Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-91/2024 09.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Qara Çay” şirkətinin cavabdeh "Kənd” MMC-yə qarşı "podrat müqaviləsi üzrə pul” tələbinə ilk, iddiaçı "Kənd” MMC-nin cavabdeh "Qara Çay” şirkətinə qarşı "vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X14 və X1 ibarət tərkibdə, X6 iclas katibliyi İddiaçı "Qara Çay” şirkətinin nümayəndələri Nümayəndə2 və X8, Cavabdeh "Kənd” MMC-nin nümayəndəsi X4; Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qətnaməsindən iddiaçı "Qara Çay” şirkəti və cavabdeh "Kənd” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Sifarişçi "Kənd” MMC ilə podratçı "Qara Çay” şirkəti arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə atçılıq kompleksinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərin yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 948.681 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 may tarixinədək müəyyən olunmuşdur. Sifarişçi "Kənd” MMC ilə podratçı "Qara Çay” şirkəti arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 1.068.476 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 mart tarixinədək müəyyən olunmuşdur. Sifarişçi "Kənd” MMC ilə podratçı "Qara Çay” şirkəti arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən sifarişçiyə məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 1.174.004 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 30 aprel tarixinədək müəyyən olunmuşdur. Hər 3 müqavilə üzrə "sifarişçi” və "podratçı”nın hüquq və vəzifələri (müqavilə predmeti, müqavilə dəyəri və müqavilə müddəti istisna olmaqla) eynilik təşkil etməklə aşağıdakı kimi təsbit edilmişdir: Bənd 1.3. İşlərin icrası zamanı "sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Bənd 2.1."Sifarişçi”nin vəzifələri: "Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. "xxxx" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. "xxxx" müqavilənin ümumi dəyərinin 5%-ni "podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "xxxx"yə təhvil verdikdən 3 ay sonra ödəyir. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. Bənd 2.2. "Podratçı”nın vəzifələri: İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. Bənd 3.1. "Podratçı” "sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra 2019-cu il 1 noyabr tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "sifarişçi”nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan işləri tamamlayır. Bənd 3.2. İşlərin "podratçı”dan "sifarişçi”yə təhvil-təslimi "təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Bənd 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "podratçı” və "sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan "defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "podratçı” "sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Bənd 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar "sifarişçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə ("defekt cədvəli”) bu barədə "podratçı”ya yazılı məlumat verməlidir. Bənd 3.6. "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. "Kənd” MMC (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən "Qara Çay” şirkətinə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) pul ödənilmişdir (2020-ci il 7 fevral tarixli ******* və 255551 nömrəli ödəniş tapşırıqlarından, 2020-ci il 12 oktyabr tarixli ******* və ******* nömrəli ödəniş tapşırıqlarından, habelə 2019cu il 16 dekabr tarixində 1 nömrəli ödəniş tapşırıqları). İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat "Qara Çay” şirkəti (bundan sonra - "podratçı”) 2022-cü il 14 iyul tarixində "xxxx" MMC-yə (bundan sonra - "sifarişçi”) qarşı iddia ərizəsi və iddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, sifarişçi ilə podratçı arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.068.476 manat, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12- 2019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.174.004 manat, 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli və 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq 1.312.421 manat, balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat, ümumilikdə 3.780.627 manat pulun sifarişçidən tutularaq podratçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, podratçı ilə sifarişçi arasında 2019-cu il 9 dekabr tarixində 3 podrat müqaviləsi bağlanmışdır. Bundan başqa, tərəflər arasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair şifahi podrat müqaviləsi də bağlanmışdır. Həmin müqavilə üzrə görüləcək işlərin dəyəri əDv daxil 225.726 manat olmuşdur. Ödəniş tapşırıqlarına əsasən sifarişçi tərəfindən ümumilikdə 1.274.323,50 manat ödəniş olunmuşdur. Eyni zamanda, qAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli müqavilələr üzrə sifarişə əsasən 1.312.421 manat dəyərində əlavə işlər görülmüşdür. Sifarişçi qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 2019-cu il 9 dekabr tarixində bağlanmış QAR-xx/xx-2019, QAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli podrat müqavilələrindən (bundan sonra müvafiq olaraq - "70, 70-1 və 70-2 nömrəli müqavilələr”) irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində sifarişçiyə vurulmuş 1.999.000 manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 2.292 manat pulun podratçıdan tutularaq sifarişçiyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müvafiq arayışlar, müayinə və qüsur aktları ilə müəyyən edilənlərə görə, podratçı tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayət qədər qüsurlar vardır. Digər tərəfdən, işləri podratçı tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. Podratçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər 70, 70-1 və 70-2 nömrəli müqavilələrdə göstərilmiş məbləğlərə uyğun olmamaqla yanaşı, həmin məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirməmiş və razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənmişdir. Bundan əlavə, iddia ərizəsində podratçı tərəfindən Balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında podrat müqaviləsinin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225.726 manat təşkil etdiyi qeyd olunmuşdur. Halbuki, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Belə olan halda sifarişçinin podratçıya 225.726 manat borcunun olması ilə bağlı tələb əsassız olmuşdur. Digər tərəfdən, 70, 70-1 və 70-2 nömrəli müqavilələrə əsasən işlərin dəyəri cəmi 3.041.742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji və elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92.616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464.723 manat olmaqla, cəmi 557.339,20 manat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən edilmişdir. Bundan başqa, Mirzəhüseynli balıqçılığında podratçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə sifarişçi ilə "xxxx" şirkəti müqavilə bağlamış və "xxxx" Şirkətinə 2021-ci il 5 fevral tarixində həmin işlərin görülməsinə görə sifarişçi tərəfindən ümumilikdə 645.750,19 manat ödəniş edilmişdir. Bu səbəbdən, 3.041.742,44 manat puldan aşağıdakı məbləğlər çıxılmalıdır: sifarişçi tərəfindən podratçıya avans kimi ödənilmiş 1.792.323 manat; podratçı tərəfindən görülməmiş işlər üçün hesablanmış 557.339,20 manat; podratçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün "xxxx" şirkətinə ödənilmiş 645.750,19 manat; nohurlara (prudlara) girişdə yol və beton körpü işlərinin görülməməsinə görə hesablanmış 45.330,05 manat. Beləliklə, podrat müqavilələri üzrə podratçının sifarişçiyə 1.999.000 manat borcu yaranmışdır. Podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə işlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən sifarişçinin işgüzar nüfuzuna 999.500 manat məbləğində ziyan vurulmuşdur. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(117)- 1018/2022 nömrəli (hakim - M.Hüseynovun) qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, sifarişçidən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953.665,64 manat pulun tutularaq podratçı "Qara Çay” şirkətinin xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd olunmuş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 676,24 manat hissəsi sifarişçidən tutularaq podratçının xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Məhkəmə tərəflərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2), təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim olunmasını tələb etmişdir. İş materiallarından layihə-smeta sənədlərinin tərəflərdə olması müəyyən olsa da, tərəflər bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişlər. Həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılmasının mümkün olmayacağını nəzərə alan məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı ekspertiza təyin etməmişdir. Buna görə məhkəmə qeyd olunanlarla bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir. Podratçı tərəfindən görülmüş işlərə dair təhvil-təslim aktları təqdim edilmişdir. Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 1.105.868,9 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (müqavilə dəyəri 948.681 manat olmuşdur) fiziki imza ilə imzalamışdır. Nərə balıqlarının yetişdirilməsi sahəsinin yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 2.630.619,4 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (vergi və digər xərclər göstərilməmiş, ilkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir) fiziki imza ilə imzalamışdır. Naqqa balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin tarixsiz qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (texnoloji avadanlıqlar quraşdırılmamış (nasosxana hissəsində), Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmiş, xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməmiş, vergi 15.983 manat və digər xərclər göstərilməmişdir) fiziki imza ilə imzalamışdır. Yuxarıda qeyd olunan hər 3 akt podratçının rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş sifarişçinin icra orqanının rəhbəri Nümayəndə3 qeyd edilən aktlarda sonuncu səhifədə olan imzanın ona məxsus olduğunu bildirmiş, lakin işlərin müqavilə qiymətlərinə uyğun və tam görülmədiyini, lazım olandan artıq işlərin görüldüyünü bildirmişdir. Qeyd edilən təhvil-təslim aktlarının sonuncu imza olan vərəqlər surət olsa da qeyd olunan imzanın Nümayəndə3 tərəfindən icra edildiyi etiraf olunduğundan məhkəmə həmin sənədi sübut olaraq qəbul etmişdir. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarında olan sifarişçinin nümayəndəsinin qeydlərindən müəyyən etmişdir ki, podratçı həmin qeydlərə münasibət bildirməmiş, işlərin qüsurlu olması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə tikintisi aparılan obyektə baxış keçirməmiş, akt tərtib edilməmiş, nəticədə isə müqavilə üzrə işləri tam yerinə yetirməmiş, yerinə yetirilən işlər isə qüsurlu icra olunmuşdur. Məhkəmə hər üç təhvil-təslim aktındakı görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyənləşdirmişdir ki, müqavilə qiymətləri qeyd edilən qiymətlərdən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Belə ki, müqavilələr üzrə təhvil- təslim aktlarında 1.105.868,9 manat, 2.630.619,4 manat və 1.649.605 manat məbləğləri qeyd edilmişdir. Lakin, müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur. Tərəflərin razılaşdıqları müqavilə qiyməti artırıldığı təqdirdə ən azı həmin müqavilə ilə müəyyən edilmiş formada bağlanmış yazılı formada razılaşdırılmış müqavilə olmadığından, İcraçı təqribi smeta dəyərindən kənara çıxma haqqında sifarişçiyə məlumat vermədiyindən, təqdim edilən sənədlərdə sifarişçi ilk dəfə ona təqdim olunan təhvil-təslim aktında qiymətin artırılmasına bununla bağlı həmin təhvil-təslim aktına müvafiq qeydiyyat aparmaqla etiraz etdiyindən görülmüş işlərin dəyəri üçün əsas müqavilədə müəyyən olunan qiymət götürülməlidir. Bundan əlavə əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi ilə bağlıdırsa, qanunvericiliyin tələbinə görə bu barədə sifarişçiyə ləngimədən məlumat verməli, ən azı sifarişçinin məlumatı olmalıdır. Belə hallar, yəni məlumatlandırma iş materiallarında mövcud olmamışdır. Podratçı tərəfindən tələb olunan 225.726 manat məbləğlə bağlı qeyd edilməlidir ki, podratçı bununla bağlı məhkəməyə müqavilə, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı razılaşma sənədlərini və ya işlərin təhvil-təslim edilməsi ilə bağlı sənədləri təqdim etməmişdir. Təqdim edilmiş təhvil-təslim aktlarının məzmununda isə qeyd olunan zavodun tikintisi ilə bağlı hər hansı işin görülməsi qeyd edilməmişdir. Sifarişçi tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülsə də, 2.000.000 manat məbləğində maddi ziyanın və 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərərin podratçı tərəfindən işgüzar nüfuza ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə, sifarişçinin tələb etdiyi məbləğlərin əsası mövcud olmamış, sifarişçinin özü müqavilə öhdəliklərini vaxtında icra etməmiş və podrat müqaviləsi üzrə ödənişlərini vaxtında icra etməmişdir. 70 nömrəli müqavilə üzrə 948.681 manat, 70-1 nömrəli müqavilə üzrə 1.068.476 manat və 70-2 nömrəli müqavilə üzrə 1.174.004 manat olmaqla ümumilikdə məbləğ 3.191.161 manat təşkil etmişdir. Podratçıya sifarişçi və ya onun təsisçisi tərəfindən göstərilən xidmətlərin qarşılığında ödənilən vəsaitin ümumi məbləği 1.687.323,5 manat təşkil etmişdir. Podratçı hər bir halda qüsursuz mal verməyə borclu olduğundan onun tərəfindən yol verilmiş qüsurların digər şirkət tərəfindən aradan qaldırılmasını qəbul etməli və bununla bağlı ödənilən xərcləri tələb etməməlidir. Qüsurlu işlərə görə sifarişçi tərəfindən 550.171,86 manat vəsait "X2 Company” mMc -nin bank hesabına ödənilmişdir. Sifarişçi tərəfindən ümumilikdə 1.687.323,5 manat məbləğində podratçıya edilmiş ödəniş və qüsurlu işlərin görülməsi üçün "X2 Company” MMC-nin bank hesabına ödənilmiş 550.171,86 manatı toplanmaqla (1.687.323,5+550.171,86=2.237.495,36) cəmi 2.237.495,36 manat məbləğində ödəniş edilmişdir. Podratçı ümumi müqavilə dəyəri olan 3.191.161 manat məbləğdən qeyd edilən 2.237.495,36 manat çıxılmaqla alınan 953.665,64 manat (3.191.161- 2.237.495,36 =953.665,64) məbləğində vəsaiti sifarişçidən tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 423.1, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 762.1, 762.2, 763.1 və 763.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-2(107)-18/2023 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi qismən təmin olunmuş, sifarişçidən 1.503.837,50 manat pulun tutularaq podratçıya ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - G.Cavadova, hakimlər - E.Hüseynov və V.Məlikov). Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: 70-1 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, 70 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur. 70 nömrəli müqavilə üzrə inşa olunmuş tikililərin ölçülərinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat müqaviləsinə əlavə edilmədiyindən, yuxarıda göstərilən ünvanlarda forma 2 aktlarına əsasən aparılmış tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olub- olmamasını müəyyən etmək mümkün olmadı. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ödəniş tapşırıqlarından (yuxarıda § 5) müəyyən olunanlara görə, sifarişçi tərəfindən podrat müqavilələri üzrə avans şəklində podratçıya ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat təşkil etmişdir. Halbuki, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50 %-ni təşkil etməli idi. Məhkəmə işdə olan təhvil-təslim aktlarına əsaslanaraq qeyd etmişdir ki, görülmüş işlərin dəyərinə dair podratçının təqdim etdiyi məbləğlər müqavilə qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 1.105.868,9 manat, 70-1 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Lakin iş materiallarından göründüyü kimi, tərəflər öz aralarında qeyd edilən müqavilələr üzrə müqavilə qiymətlərini müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat məbləğində razılaşmışlar. Podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə tərtib olunmuş qəbul aktlarından görünür ki, həmin aktlar podratçının rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Həmin qeydlərə əsaslanan sifarişçi, podratçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia etmişdir. Podrat müqavilələrinin 3.2-3.5-ci bəndlərində qeyd olunan şərtlərinə sifarişçi tərəfindən əməl olunması iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, "xxxx"nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “defekt aktı”nın tərtib olunması, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının "xxxx"dan rəsmi qaydada tələb edilməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Podratçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən sifarişçi birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların aradan qaldırması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış 2021-ci il 15 fevral tarixli müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, sifarişçinin təqdim etdiyi həmin sənədlər, podratçının apardığı işlərin qüsurlu olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Çünki görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı aparılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən podratçının nümayəndəsi cəlb olunmamış, bu barədə şirkətə məlumat verilməmişdir. Bu səbəbdən, podratçı auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur. Digər tərəfdən, tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin şərtlərinə görə işlərin görülməsində qüsurlara yol verildiyi halda, podratçının bu qüsurları aradan qaldırmaq vəzifəsidir və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməz. Lakin artıq qeyd olunduğu kimi, sifarişçi yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilməsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını podratçıdan tələb etməmiş, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə həmçinin qüsurların olması barədə sifarişçinin bildirdiklərinə ona görə şübhə ilə yanaşmışdır ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə podratçı tərəfindən yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi imkanı olduğu halda, sifarişçi bu qüsurların aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, müqavilə üzrə həmin şəxsə 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödəmiş, çəkdiyi bu xərcin əvəzini podratçıdan isə məhz həmin şirkət məhkəmədə iddia qaldırdıqdan sonra tələb etmişdir. Bundan başqa, "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz podratçının gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə birbaşa bağlı olması iş materialları ilə müəyyən olunmamışdır. Qeyd olunan bu hal həmçinin işdə olan 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəydə göstərilmişdir ki, podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olub- olmamasını müəyyən etmək mümkün olmadı. Sifarişçi bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, işin qüsurlu görülməsini sübutetmə vəzifəsi ilk növbədə bunu iddia edən sifarişçinin üzərinə düşür. Belə olan halda, hesab edilməlidir ki, tərəflər arasında bağlanmış "podrat müqavilələri” üzrə podratçı tərəfindən görülmüş işlər qüsurlu olmamışdır. Bundan başqa, iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizanın aparılması barədə vəsatətlə çıxış edən sifarişçi isə birinci instansiya məhkəməsində icraat zamanı da tələb olunan müvafiq layihə smeta sənədlərini məhkəməyə təqdim etməmişdir. Odur ki, 2023-cü il 21 sentyabr tarixli ekspert rəyinin əsassızlığına, qeyri-obyektivliyinə dair hər-hansı sübut təqdim olunmadığını nəzərə alan məhkəmə iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmiş və iş üzrə verilmiş rəyi sübut kimi qəbul edərək, işdə olan digər sübutlarla yanaşı qiymətləndirmişdir. Bundan başqa, görülmüş işlərə dair tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, görülmüş işlərin dəyəri müqavilə qiymətlərindən əhəmiyyətli dərəcədə yuxarı olmuşdur. Tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3cü bəndinə görə isə, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun sifarişçinin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmiləşdirilməsini tələb edir. Lakin sifarişçinin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçıdan tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi barədə sifarişçinin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Əksinə, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında müqavilə qiymətlərindən kənara çıxılmasına sifarişçi etirazını bildirmişdir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, podratçı sifarişçi ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və tələb edilməyən əlavə işlərin görülməsinə görə muzd tələb edə bilməz. Odur ki, hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas podrat müqavilələri ilə razılaşdırılmış qiymətlər götürülməlidir. 70 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 948.681 manat, "70-1 nömrəli "podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.068.476 manat, 70-2 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 1.174.004 manat, ümumilikdə isə 3.191.161 manat təşkil etmişdir. İşdə olan ödəniş tapşırıqlarına əsasən razılaşdırılmış həmin vəsaitin 1.687.323,5 manat hissəsi sifarişçi (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən podratçıya ödənilmişdir. Belə olan halda, hər üç podrat müqaviləsi üzrə sifarişçinin podratçıya 1.503.837,5 (3.191.161 - 1.687.323,5) manat ödənilməmiş borcu yaranmışdır və həmin borc sifarişçidən podratçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, 70, 70-1 və 70-2 nömrəli "podrat müqavilələri”nə aid hissədə podratçının iddiası və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, işə baxan birinci instansiyası məhkəməsi isə müzakirə olunan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iddia tələbləri üzrə digər hissələrdə birinci instansiya məhkəməsinin bu qərarın 19-20-ci bəndlərində göstərilən hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni düzgün hesab etmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 445.2, 448.1, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 762.1, 762.2, 763.1, 763.2, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 14.2 və 77.1 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyasında icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-2(102)-148/2024 nömrəli (X7 məruzəsi ilə, hakimlər X9 və X5 ibarət tərkibdə) qərarı ilə, iddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2- 2(107)-18/2023 nömrəli qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilməli və iş həmin hissələrdə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin iddiada irəli sürülmüş digər tələblərə münasibətdə məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinin dəyəri -948.681 manat, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri-1.068.476 manat, QAR- 70-2/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri-1.174.004 manat təşkil edir. Bununla belə, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi QAR-70- /12-2019 nömrəli müqavilə üzrə tərtib olunmuş “Qəbul aktı”nda 1.105.868,9 manat, QAR70-1/12- 2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 2.630.619,4 manat, QAR-70- 2/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Qeyd olunan müqavilələr üzrə görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə hazırkı işə apellyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2023- cü il 21 sentyabr tarixli 10/2437 nömrəli rəy verilmişdir. Həmin rəyə görə, tərəflər arasında bağlanmış QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, QAR-xx/xx- 2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur. Göründüyü kimi, iş üzrə verilmiş ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavə işlərin görülməsi müəyyən edilmişdir. Bu mənada əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı ilk iddia tələblərinin qanuni əsasını təşkil edən MM-in 753.3-cü maddəsinin dispozitiv şərtlərinə nəzər yetirilməsi zəruridir. Belə ki, həmin maddənin tələblərinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddənin məzmunundan göründüyü kimi qanunverici əlavə işləri yerinə yetirməyə görə podratçının üzərinə ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat vermək öhdəliyi qoymuşdur. Eyni zamanda bu öhdəlik sifarişçinin razılığı əldə olunduğu təqdirdə yerinə yetirilmiş hesab olunur. Bununla bağlı tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndində təsbit olunmuşdur ki, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. İşin materiallarında olan, QAR-70- /12-2019, 70-1/12-2019 və 70-2/12-2019 nömrəli müqavilələr üzrə tərtib edilmiş “Qəbul aktları”ndan görünür ki, həmin aktlar "xxxx" Şirkətin rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, sifarişçinin qanuni təmsilçisi QAR-70-/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70- 1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” məzmunlu, 70- 1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”da isə “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” qeydlər etmişdir. Məhkəmə araşdırması zamanı sifarişçi bildirmişdir ki, həmin qeydlər onun görülən əlavə işlərə etirazı olmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, MM-nin 753.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğunun müəyyən edilməsi üçün əhəmiyyətli məsələ əlavə işlərin görülməsi ilə bağlı sifarişçinin sifarişinin olub-olmaması və ya əlavə işlərə dair podratçı tərəfindən sifarişçiyə məlumatın verilib-verilməməsi, məlumat verildiyi halda sifarişçinin buna razılığının və ya hər hansı etirazının olub-olmaması, eyni zamanda bu fakt mövcud olduğu halda bunun sənədlərdə, xüsusilə podrat müqavilələri üzrə tərtib olunmalı olan layihəsmeta sənədlərində öz əksini tapıb-tapmaması ilə bağlıdır. Hazırki halda əlavə işləri, məhz sifarişçinin razılığı və ya sonuncunu xəbərdar etməklə həyata keççirdiyini sübutetmə vəzifəsini daşıyan tərəf kimi, layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi də məhz podratçının üzərində olmuşdur. Lakin işin materiallarına, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırlanmış, hər iki tərəfin təsdiq etdiyi layihə-smeta sənədləri əlavə edilməmişdir. Bu baxımdan hazırda mübahisənin predmetini təşkil edən əlavə işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçirilib-keçirilməməsi aydın deyildir. Bu baxımdan iş üzrə verilmiş ekspert rəyində də, yerinə yetirilmiş işlərin yalnız ümumi həcmi müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmin işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçirilib-keçirilməməsi məsələsinə də MM-nin 754.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, sifarişçi işlərin qüsurlu və yarımçıq görülməsinə və həmin qüsurların aradan qaldırılması üçün onunla "Collosium" şirkəti arasında müqavilə bağlanmasına, sonuncu tərəfindən işlərin görülməsinə və ona ödənişlərin edilməsinə istinad etmişdir. İşin materiallarından da görünür ki, sifarişçi bununla bağlı müqavilə və ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaya və həmin sənədlərə münasibət bildirilmiş, lakin "Collosium" şirkəti maraqlarına toxunan şəxs qismində işə cəlb edilməmişdir. Bundan əlavə, MM-in 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-nin 764.1-ci maddəsi). Tərəflər arasında bağlanmış hər 3 podrat müqaviləsinin 3.3-cü bəndində də təsbit olunmuşdur ki, işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “Defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Göründüyü kimi ilk iddia tələblərinin təmin olunmasını qismən aradan qaldıran qarşılıqlı iddia tələbi üzrə sifarişçinin podrat müqavilələrinin yuxarıda qeyd olunan şərtlərinə və MM-in tələblərinə, yəni podratçının gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında defekt aktının tərtib edilib-edilməməsinin, o cümlədən, sifarişçinin iddia etdiyi qüsurların aradan qaldırılmasını podratçıdan rəsmi qaydada tələb edib-etməməsinin araşdırılaraq müəyyən olunması qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinin müəyyən edilməsi və mübahisənin düzgün həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sifarişçinin istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddətinin müəyyən edilib-edilməməsi müzakirə edilərək işin qeyd olunan mübahisəli halları üzrə MM-nin 763 və 764-cü maddələrinin dispozisiya şərtlərinin mövcud olubolmaması ilə bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 329.1, 385.1, 386.1, 398.1, 398.2, 406.1, 423.1, 442, 448.1, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 762.1, 762.2, 763.1, 763.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) İddiaçı apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində ləğv, ilk iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilkin iddianın bir hissəsinin rədd edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, cavabdeh "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "Qara Çay” şirkəti ilə üç müqavilə bağlamışlar. Bunlar atçılıq mərkəzinin tikintisi, som balıqlarının yetişdirilməsi və nərə balıqlarının yetişdirilməsi ilə bağlı tikinti işləri ilə bağlıdır. Birinci müqavilə üzrə iş 2020-ci ilin aprel ayında təhvil verilməli idi, lakin iş iyul ayında təhvil verildi. Nohurların yalnız 8-ni istifadə etmək mümkün olmuş, sentyabr ayında məhsul yığan zaman 40 nohurları boş qalmış və ziyana düşmüşlər. Buna dair video çəkilişlər də mövcuddur. Nərə balıqları ilə bağlı işlər də düzgün təşkil edilməmişdir. Nöqsanlar çox olmuşdur. Akta gəldikdə isə, həmin aktlar formal olaraq tərtib edilmiş aktlardır. Həmin aktların son səhifələrində icra edilən imzalar ona məxsusdur və hər bir təhvil-təslim aktında qeydlər yazmaqla həmin aktlara imzalar onun tərəfindən edilmişdir. Əgər bu aktların əsli olsaydı o, həmin aktları möhürü ilə təsdiq edərdi. Bu nöqsanlarla bağlı onlar müstəqil audit təşkil etmişdilər. Qüsurlara 600.000 manatdan yuxarı xərc çəkmişlər. Bu qüsurlarla bağlı şirkətə əvvəl şifahi müraciət etmişlər, nöqsanlar artdıqdan sonra isə pretenziya göndərmişlər.” Göründüyü kimi cavabdeh şirkətin rəhbəri izahatında etiraf edir ki, iddiaçı ilə üç müqavilə bağlanmış, müqavilədə 16 nohur nəzərdə tutulduğu halda 32 nohurun olduğunu, təhvil- təslim aktlarını özü imzaladığını etiraf etmişdir. Həmçinin bildrimişdir ki, nöqsanlarla bağlı müstəqil audit təşkil edilmiş, qüsurlara 600.000 manatdan yuxarı xərc çəkmişlər. Burada sadə sual ortaya çıxır. Əgər nöqsanlar vardırsa, bu barədə niyə təhvil-təslim aktlarında bununla bağlı qeydlər aparılmamış, bununla bağlı podratçı olan iddiaçıya irad bildirilməmiş, rəsmi yazışma aparılmamışdır. Çünki əgər nöqsanlar olmuşsa, həmin nöqsanların aradan qaldırılması podratçının vəzifəsidir. Cavabdehin təhvil-təslim aktlarını imzalayaraq görülmüş işləri təhvil aldıqdan və hər hansı nöqsan barədə irad bildirmədən sonradan müstəqil audit təşkil edərək guya nöqsanlar ortaya çıxarması inandırıcı olmadığı ilə yanaşı, cavabdehin iddiaçıya olan borcunu silməsi ilə bağlı qurduğu oyundan başqa bir şey deyil. İddiaçı "Qara Çay” şirkəti (podratçı) ilə cavabdeh "Kənd” MMC (sifarişçi) arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "Podratçı” "Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır. 3.2-ci bəndinə əsasən işlərin "Podratçı”dan "Sifarişçi”yə təhviltəslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "Podratçı” və "Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "Podratçı” "Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "Podratçı”ya yazılı məlumat verməlidir. 3.6-cı bəndinə əsasən "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texnikitəhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. İddiaçı "Qara Çay” şirkəti ilə cavabdeh "Kənd” MMC arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 20l9-cu il tarixli Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "Podratçı” "Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün malmaterialı və avadanlıqları birbaşa "Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin "Podratçı”dan "Sifarişçi”yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "Podratçı” və "Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "Podratçı” "Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "Podratçı”ya yazılı məlumat verməlidir. İddiaçı "Qara Çay” Şirkəti ilə cavabdeh "Kənd” MMC arasında Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "Podratçı” "Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin "Podratçı”dan "Sifarişçi”yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3-cü bəndinə əsasən işlərin təhvil- təslimi zamanı aşkar edilmiş qüsurlar "Podratçı” və "Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "Podratçı” "Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "Sifarişçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "Podratçı”ya yazılı məlumat verməlidir. Müqavilələrin yuxarıdan qeyd edilən bəndlərindən də göründüyü kimi, nöqsanlarla bağlı qüsur aktları tərtib olunmalı və tərəflər tərəfindən imzalanmalı idi. Qüsur aktlarına əsasən isə podratçı qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməli idi. Belə bir qüsur aktları olmadığı halda və təhvil-təslim aktları imzalanaraq görülmüş işləri təhvil aldıqdan nöqsanların olduğunu qeyd etmək məhkəmənin fikrini yayındırmaq və işin obyektiv həllinə maneçilik törətməkdir. Qətnamədə qeyd olunmuşdur ki, fiziki şəxs X11 ("Sifarişçi”) ilə "X3 Company” MMC ("İcraçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Col002/2021 nömrəli "İşlərin görülməsi haqqında” müqaviləyə əsasən Sifarişçi tapşırır, İcraçı isə Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən Afrika Naqqa balıqların yetişdirilməsi sahəsində şlüzların yenidən bərpası, giriş su xəttlərinin yenidən qurulması, göl ətrafı yollara qırmadaşının yayılması işlərinin icrasını öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 515.460,58 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə "Kənd” MMC-nin sifarişi, podratçı "Qara Çay” şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, 1.105.868,9 manat dəyərində iş görülmüş, həmin akt "Qara Çay” şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq "müqavilə dəyərinin 948.681 manat olmasını bildirmiş” və fiziki imza ilə imzalamışdır. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-1/12- 2019 nömrəli müqavilə üzrə "Kənd” MMC-nin sifarişi, podratçı "Qara Çay” şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Nərə balıqlarının yetişdirilməsi sahəsinin (D=13 m olan hovuzlar) yerinə yetirilən tikintiquraşdırma işlərinin qəbul aktından görünür ki, 2.630.619,4 manat dəyərində iş görülmüş, həmin akt "Qara Çay” şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq "vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR- 70-/12-2019 nömrəli müqavilə üzrə "Kənd” MMC-nin sifarişi, podratçı "Qara Çay” şirkəti tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə Yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, həmin akt "Qara Çay” şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq "texnoloji avadanlıqlar quraşdırılmayıb(nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində labaratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. Qeyd olunanlardan görünür ki, cavabdeh "Forma 2” ləri qəbul etmiş: - Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işləri ilə bağlı xx.xx.2019cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə müqavilə dəyərinin 948.681 manat olmasını bildirmiş və fiziki imza ilə imzalamış; - Nərə balıqlarının yetişdirilməsi sahəsinin tikinti-quraşdırma işləri ilə bağlı xx.xx.2019-cu il tarixli qAR-70- 1/12-2019 nömrəli müqavilə üzrə 2.630.619,4 manat dəyərində iş görülmüş, həmin akt "Qara Çay” şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq "vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. - Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi ilə bağlı xx.xx.2019-cu il tarixli QAR-70- /12-2019nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, həmin akt "Qara Çay” şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, "Kənd” MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq "texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində labaratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. İş materiallarına əlavə olunan bank çıxarışlarından görünür ki, "X3 Company” MMC il ərzində cəmi bir dəfə əməliyyat aparmışdır. Bu da həmin şirkətin Fərhad Əhmədovun şirkəti olduğunu göstərir və pulların nağdlaşdırılmasına xidmət edir. Bundan başqa "X3 Company” MMC ilə müqavilənin kim tərəfindən bağlandığı naməlumdur. Belə ki, "X3 Company” MMC ilə Fərhad Əhmədov arasında bağlanmış müqavilə rus dilində tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə azərbaycan dilində tərtib olunmuş müqavilə təqdim olunmuşdur. Hesab edirik ki, bu müqavilələr formal xarakter daşıyır və heç bir hüquqi nəticə yaratmır. Cavabdehin təqdim etdiyi qüsur aktlarının kim tərəfindən də imzalandığı məlum deyil. İmzalayan şəxslərin vəzifələri aktda qeyd olunmamışdır. Qüsur aktları tərtib olunarkən iddiaçının nümayəndələrinin orada iştirakı təmin edilməmiş, həqiqətən qeyd olunan qüsurların olubolmaması podratçı olaraq iddiaçı ilə aydınlaşdırılmamışdır. Həmçinin qüsur aktlarında göstərilən qüsurların aradan qaldırılması üçün görüləcək işlərə tələb olunan məbləğlər göstərilməmişdir. Məhkəmə qətnamədə bu halı qeyd etsə də, bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə guya "X3 Company” MMC tərəfindən görülmüş işi 550.171,86 manat qiymətləndirmişdir. Lakin bu məbləğin reallığı əks etdirdiyini aydınlaşdırmaq üçün qüsurlar aradan qaldırıldığı ərazilərə baxış keçirməmiş və ya bununla bağlı ekspertiza təyin etməmişdir. Əraziyə baxış keçirilməsi üçün tərəfimizdən şifahi vəsatət verilməsinə baxmayaraq, məhkəmə vəsatətimizi təmin etməmiş, ekspertizadan sonra baxış keçirilə biləcəyini qeyd edərək məsələ açıq qalmışdır. Cavabdeh şirkətin rəhbəri hər üç təhviltəslim aktlarında cüzi qüsurların olduğu barədə qeydlər aparmış, lakin "X3 Company” MMC tərtib etdiyi qüsur aktında isə tam fərqli böyük tikinti-söküntü qüsurların olduğunu qeyd etmişdir. Balıq konserv zavodunun tikintisi ilə bağlı bildiririk ki, sözügedən zavodun tərəfimizdən tikintisini də cavabdeh etiraf etmişdir. Bundan başqa Balıq konserv zavodunun tikintisinin tərəfimizdən aparıldığını sübut edən başqa bir hal da tikintinin həyata keçirilməsi ilə bağlı bizimlə subpodratçılarla arasında bağlanmış subpodrat müqavilələridir. Məhkəmə tərəflərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni, işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2) təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim edilməsini tələb etmişdir. İş materiallarından layihə-smeta sənədlərinin cavabdehdə olması müəyyən olsa da cavabdeh bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişdir. Bu səbəbdən məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı hər hansı bir ekspertiza təyin etməmişdir, çünki həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılması mümkün olmayacaqdır. Cavabdeh də ekspertizanın keçirilməməsi üçün bilərəkdən sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmənin ədalətli qərar qəbul etməsinə əngəllər yaratmışdır. Çünki ekspertizanın keçirilməsi halında cavabdehin sifarişi əsasında "X3 Company” MMC-nin tərtib etdiyi qüsur aktının həqiqətə uyğun olmadığı öz təsdiqini tapacaqdır. Bundan ehtiyat edərək sənədləri təqdim etməmiş və ekspertiza keçirilməsini əngəlləmişdir. Buna görə məhkəmə işlərin görülməsi, keyfiyyəti və görülməyən işlərlə bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir. Cavabdeh həm pretenziya məktubunda, həm də qarşılıqlı iddia ərizəsində aramızda bağlanmış müqavilələrin, layihə-smeta sənədlərinin və təhvil-təslim aktlarının onlarda olduğunu birdirmişdir. Lakin həmin sənədləri məhkəməyə təqdim etməmişlər. Halbuki sözügedən sənədlərin onlarda olduğunu etiraf etdikləri üçün sübutetmə yükü cavabdehin üzərinə düşür. Eyni zamanda bildiririk ki, əgər cavabdehdə qeyd edilən sənədlər yox idisə, onda sual olunur: Cavabdeh "X3 Company” MMC-yə sifariş verərkən hansı sənədləri təqdim etmişdir? Onda belə çıxır ki, "X3 Company” MMC əlində heç bir sənəd olmadan öz mülahizəsi əsasında havadan qüsur aktı tərtib etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, "Məhkəmə qeyd edilən üç ədəd təhvil-təslim aktlarında görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyən edir ki, müqavilə qiymətləri qeyd edilən qiymətlərdən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə təhviltəslim aktında 1.105.868,9 manat, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 2.630.619,4 manat və xx.xx.2019-cu il tarixli QAR- 70- /12-2019 müqavilə üzrə təhvil-təslim aktında 1.649.605 manat qeyd edilmişdir. Lakin qeyd edilən müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur.” Məhkəmənin bu qənaətindən də aydın olur ki, iddiaçı tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş işlərdən qat-qat artıq həcmdə işlər görülmüş və bu da təhvil-təslim aktlarında öz təsdiqini tapmışdır. Məhkəmənin bu halı qeyd etməsinə baxmayaraq, cavabdehlə aramızda bağlanmış təhvil-təslim aktlarındakı işlərin dəyərlərini qəbul etməmiş, cavabdehin sifarişi əsasında kökü bilinməyən bir şirkətin verdiyi qüsur aktını daha üstün tutmuşdur. b) ”Kənd” MMC-nin apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh "Qara Çay” şirkəti "Kənd” MMC ilə bağladığı QARxx/xx-2019 saylı, 09 dekabr 2019-cuil tarixli, QaR- 70-1/12- 2019 saylı, 09 dekabr 2019cu il tarixli və QAR-70-2/12-2019 saylı, 09 dekabr 2019-cu il tarixli podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ya lazımi şəkildə yerinə yetirməmiş, bununla yanaşı hər üç podrat müqaviləsi üzrə üzərinə götürdüyü işləri qarşılıqlı razılıqla əldə edilmiş və müqavilələrdə əksini tapmış icra müddətlərində yerinə yetirməmişdir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC digər bir şirkətlə müqavilə bağlamaq məcburiyyətində qalaraq cavabdeh "Qara Çay” şirkətinin görmədiyi, eyni zamanda ciddi nöqsan və qüsurlarla görmüş olduğu işləri həmin şirkətə həvalə etmiş, bununla da cavabdehin müqavilə şərtlərini (müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozması) pozması nəticəsində maddi ziyana uğramışdır. Lakin bütün bu qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi bu kimi halları tam və hərtərəfli qaydada araşdırmamışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)- 1018/2022 saylı qətnaməsi MPM-nin 217-ci maddəsinin mahiyyəti baxımından qanuni və əsaslı sayıla bilməz. Belə ki, həmin maddənin birmənalı tələbinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara (tərəflər arasında podrat müqavilələrindən irəli gələn kommersiya mübahisəsi üzrə qanuni və ədalətli məhkəmə qərarının qəbul edilməsinə nail olmaq üçün iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin vacib olduğu halda və bununla bağlı tərəfimizdən müvafiq vəsatət verilsə də, həmin vəsatətin təmin edilməməsi və hansı hüquqi əsasa görə sözügedən vəsatətin təmin edilməməsinin əsaslandırılmaması və s.) uyğun əsaslandırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "Qara Çay” şirkətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, podratçı podrat müqavilələri üzrə üzərinə düşən öhdəliyi tam icra edib. Cavabdeh öhdəliyindən boyun qaçıraraq görülmüş işlərin dəyərini ödəmir. Cavabdehlə 3 yazılı və 1 şifahi müqavilə bağlanıb. İstər layihə-smeta sənədləri, istərsə də təhvil-təslim aktları cavabdehdədir. Tikinti-quraşdırılma işlərinin qəbul aktlarına dair bütün sənədləri təsdiq olunması üçün qarşı tərəfə təqdim etmişlər. İddiaçı qarşı tərəfə müraciət etdikdən sonra, həmin təsdiq edilmiş pritenziyanı onlara verdikdən sonra iddia ərizəsinə dəqiqləşmə vermişlər. Forma-2 aktlarını cavabdeh şirkətin müdiri təsdiq etmişdir ki, sənədin arxa hissəsindəki imza həqiqət ona məxsusdur. İddiaçı şirkətdə bu gün layihəsimeta sənədləri yoxdur. Cavabdeh şirkətlərin rəhbərləri hər üç rəhbər təhvil-təslim aktınlarında azda olasa qüsurların olması ilə bağlı qeyd aparmışdır. Həmin təsərüffat çox zəngin təsərrüfatdı, görülən işlərlə bağlı ekspertlərdə gəlmişdir onlarda işdə hər hamsı qüsur tapa bilməmişdir. Layihə-smeta sənədlərini qarşı tərəfə möhürlənmək üçün təqdim edilmişdir. Lakin, cavabdeh tərəf sənədləri təsdiqləyib geri qaytarmamışlar. Layihə-smeta sənədləri qarşı tərəfə nə vaxt hansı formada verilməsi məlum deyil, ancaq onu qeyd edir ki, keçmiş rəhbər Nümayəndə3 təqdim olunub. Cavabdeh həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etməsə də, amma bizim iddiamıza pretenziya məktubunda layihə smeta sənədlərini auditə verdiyini və həmin audit yoxlaması nəticəsində guya podratçının gördüyü işlərdə qüsur olduğunun müəyyən edildiyi bildirilir. Podratçı olan "Qara Çay” şirkəti əlavə işlərlə bağlı sifarişçi "Kənd” MMC-yə əvvəlcədən məlumat verilmiş və sifarişçinin razılığı alınmışdır. Sifarişçi şirkət əlavə işlərin görülməsinə etiraz etməmişdir. Şirkət rəhbərləri əvvəllər dost münasibətində olduğundan məlumatlandırma rəsmi qaydada olmamışdır. Məhkəməyə təqdim edilmiş “layihə-smeta” sənədlərində əlavə işlərin görülməsi və sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. “Qüsur Aktı” tərtib edilən zaman podratçı şirkətə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Ümumiyyətlə podratçı şirkət həmin aktdan məlumatsız olmuşdur. Qüsurların aradan qaldırılması və əlavə icra üçün podratçı şirkətə heç bir vaxt verilməmiş, ümumiyyətlə onlar bundan məlumatsız olmuşlar. Göstərilənlərə əsasən, "Qara Çay” şirkətinin apellyasiya şikayətinin təmin, "Kənd” MMC-nin apellyasiya şikayətinin isə rədd olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "Qara Çay” şirkətinin nümayəndəsi X12 digər nümayəndənin dediklərini təsdiq edərək "Qara Çay” şirkətinin apellyasiya şikayətinin təmin, "Kənd” MMC-nin apellyasiya şikayətinin isə rədd olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, podratçı müqavilə üzrə öhdəliklərini pozmuşdur. O, bütün işləri müqavilədə göstərilən müddətlərdə təhvil verməmiş və qüsurla təhvil vermişdir. Bundan başqa, ümumi biznes planı üzrə gecikmə yarandığı üçün balıqçılıq təsərrüfatına görə onlara ziyan vurulmuşdur. Sifarişçi şirkətin əlavə işlərin görülməsi ilə bağlı heç bir tələbi olmamışdır. Belə ki, sifarişçi tərəfindən podratçı şirkətə heç bir əlavə iş sifariş edilməmiş, eyni zamanda podratçı şirkət özü də əlavə işlər görəcəyi barədə onları məlumatlandırmamış və sifarişçidən heç bir razılıq almamışdır. “Qəbul aktları”nda yazılmış qeydlər sifarişçinin görülmüş işlərlə bağlı etirazı olmuşdur. Onlar tərəfindən audit yoxlaması zamanı "Colosium” MMC-yə heç bir layihə-smeta sənədi təqdim edilməmişdir. "Colosium” MMC-yə qüsur aktı təqdim edilmişdir. “Qüsur Aktı” tərtib edilən zaman podratçı şirkətə rəsmi yox, qeyri-rəsmi məlumat verilmişdir. Lakin, onlar “Qüsur Aktı”nın tərtib edilməsində iştirak etməmişlər. Bundan başqa, podratçı şirkətə qüsurların aradan qaldırılması və əlavə icra üçün vaxt verilmişdir. Lakin, podratçı qüsurları aradan qaldırmaqdan və əlavə icradan imtina etmişdir. Göstərilənlərə əsasən, "Kənd” MMC-nin apellyasiya şikayətinin təmin, "Qara Çay” şirkətinin apellyasiya şikayətinin isə rədd olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş “layihə-smeta” sənədləri ilə tanış olmuşdur. Təqdim edilmiş sənədlərdən məlumatsızdırlar və sənədlər heç bir sübut əhəmiyyəti daşımır. Sənədlər həqiqəti əks etdirmir. Təqdim edilmiş sənədlər “layihə-smeta” sənədləri deyildir. Belə ki, “layihə-smeta” sənədlərində olan hazırki möhür iddiaçı "xxxx" şirkətinin 2019-2020-ci illərində olan sənədlərdəki möhürlərdən kəskin fərqlənir. Bu halda onu təsdiq edir ki, hazırda “layihə-smeta” sənədi kimi təqdim edilmiş sənədlər yenicə tərtib edilmişdir. Həmçinin həmin sənədlərin birində də olsa sifarişçi şirkətin hər hansı qeydi yoxdur. Bu halda sənədlərin məhkəmə mübahisəsi getdiyi zaman hazırlandığını sübut edir. Həmin sənədlər bizim şirkət tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Əgər doğrudan da təqdim edilmiş sənədlər “layihə-smeta” sənədləri olsaydı onda iddiaçı tərəf onları birinci instansiya məhkəməsinə təqdim edərdi. Göstərilənlərə əsasən, "Kənd” MMCnin apellyasiya şikayətinin təmin, "Qara Çay” şirkətinin apellyasiya şikayətinin isə rədd olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "Colosium” MMC-nin nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirmişdir ki, "Kənd” MMC tərəfindən onlara heç bir “Layihə-Smeta” sənədləri təqdim edilməmişdir. Faktiki yarımçıq olan işlərlə bağlı qüsur aktı tərtib edilmiş və daha sonra aralarında bağlanmış podrat müqaviləsinə əsasən onlar işlər görmüşlər. Hansı işlərin görülməsi ilə bağlı onda tam olaraq məlumat yoxdur. Görülmüş işlərin dəyəri onlara demək olarki tamamilə ödənilmiş, yalnız az bir məbləğ qalmışdır. Apellasiya şikayətlərinin təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.https://e-qanun.az/framework/46944 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Hər iki iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin pozulması, lazımınca icra edilməməsi və öhdəliklərin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin müqavilənin əsas xüsusiyyətlərindən biri də müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Beləliklə işdən görünür ki, Kənd” MMC, ("xxxx") və İddiaçı ("xxxx") arasında yazılı formada 3 “Podrat müqaviləsi” bağlanmışdır:
1. QAR-xx/xx-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – İsmayıllı rayonu, Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 948.681 manat müəyyən edilmişdir.
2. QAR-70-1/12-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – İsmayıllı rayonu, Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 1.068.476 manat müəyyən edilmişdir.
3. QAR-70-2/12-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən cavabdeh MMC-yə məxsus ərazidə Som (Naqqa) balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 1.174.004 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış hər üç müqavilə üzrə "xxxx" və "xxxx"nın hüquq və vəzifələri eynilik təşkil etməklə aşağıdakı kimi təsbit edilmişdir: Maddə 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. Maddə 2.1."xxxx"nin (Cavabdeh MMC) vəzifələri: 2.1.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."xxxx" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.1.4. "xxxx" müqavilənin ümumi dəyərinin 5%-ni "Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "xxxx"yə təhvil verdikdən 3 ay sonra ödəyir. 2.1.5. "Sifarişçii" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. Maddə 2.2. "Podratçı”nın (İddiaçı) vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. 2.2.3. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. Maddə 3.1. "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan işləri tamamlayır. Maddə 3.2. İşlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi “Təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Maddə 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “Defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Maddə 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (“Defekt cədvəli”) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Maddə 3.6. "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır Məhkəmə kollegiyası hər iki apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış hər üç “Podrat müqavilələri”nə əsasən "xxxx" olan Cavabdeh MMC "xxxx" olan İddiaçınə müvafiq müqavilə dəyərinin 50% hissəsini avans olaraq ödəyir. Beləliklə işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 saylı, 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 948.681 manat, QAR-70- 1/12- 2019 saylı 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 1.068.476 manat, QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 1.174.004 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli və 255551 nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli və xx.xx.2019-cu il tarxdə 1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (o cümlədən MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) məbləğində pul ödənilmiş, İddiaçı isə həmin pul vəsaitini qəbul etmişdir. İşdən daha sonra müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən “Podrat müqavilələri” üzrə avans şəklində İddiaçınə ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50%-ni təşkil etməli idi. Odur ki, Cavabdeh MMC hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, ödənilməsi nəzərdə tutulan vəsaiti tam olaraq ödəməmişdir. Bundan başqa, ilkin iddia ərizəsindən və həmin iddianın dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinin dəyəri -948.681 manat, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri - 1.068.476 manat, QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri- 1.174.004 manat təşkil edir. İlkin iddiaçı eyni zamanda, görülmüş əlavə işlərin dəyərini təşkil edən 1.312.421 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Bununla belə, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi QAR-70- /12-2019 nömrəli müqavilə üzrə tərtib olunmuş “Qəbul aktı”nda 1.105.868,9 manat, QAR70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 2.630.619,4 manat, QAR-70-2/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. İşə əvvəllər apellyasiya qaydasında baxılarkən görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək rəy alınmışdır. Həmin rəydə göstərilmişdir ki, tərəflər arasında bağlanmış QAR-70-1/12- 2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, QAR-70- 2/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir (Mülki Məcəllə 753.3). Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllə 753.4.). Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi qanunverici əlavə işləri yerinə yetirməyə görə podratçının üzərinə ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat vermək öhdəliyi qoymuşdur. Eyni zamanda bu öhdəlik sifarişçinin razılığı əldə olunduğu təqdirdə yerinə yetirilmiş hesab olunur. Eyni zamanda, tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndində təsbit olunmuşdur ki, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun sifarişçinin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmilləşdirilməsini tələb edir. Lakin, sifarişçinin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçı şirkətindən tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi barədə sifarişçinin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmur. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, sifarişçi şirkətin əlavə işlərin görülməsi ilə bağlı heç bir tələbi olmamış. Belə ki, sifarişçi tərəfindən podratçı şirkətə heç bir əlavə iş sifariş edilməmiş, eyni zamanda podratçı şirkət özü də əlavə işlər görəcəyi barədə onları məlumatlandırmamış və sifarişçidən heç bir razılıq almamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "Qara Çay” şirkətinin nümayəndəsi Nümayəndə2 isə izahat verərək bildirmişdir ki, podratçı olan "Qara Çay” şirkəti əlavə işlərlə bağlı sifarişçi "Kənd” MMC-yə əvvəlcədən məlumat verilmiş və sifarişçinin razılığı alınmışdır. Sifarişçi şirkət əlavə işlərin görülməsinə etiraz etməmişdir. Şirkət rəhbərləri əvvəllər dost münasibətində olduğundan məlumatlandırma rəsmi qaydada olmamışdır. Beləliklə hazırki işdən görünür ki, qanunvericilikdə açıq şəkildə qeyd edilməsinə baxmayaraq podratçı qiyməti müəyyən edilməyən və müqavilədə nəzərdə tutulmamış əlavə işləri görməkdən əvvəl sifarişçiyə heç bir yazılı məlumat verməmiş, sifarişçi də öz növbəsində müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçı şirkətindən tələb etməmişdir. Əksinə tərəflər arasında imzalanmış “təhvil-təslim aktları”nda müqavilə qiymətlərindən kənara çıxılmasına sifarişçi etirazını bildirmişdir. Belə ki, işdə olan QAR-70-/12-2019, 70-1/12-2019 və 70-2/12-2019 nömrəli müqavilələr üzrə tərtib edilmiş “Qəbul aktları”ndan görünür ki, həmin aktlar "xxxx" Şirkətin rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, sifarişçinin qanuni təmsilçisi QAR-70-/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70- 1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” məzmunlu, 70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”da isə “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” qeydlər etmişdir. Məhkəmə araşdırması zamanı isə sifarişçi bildirmişdir ki, həmin qeydlər onun görülən əlavə işlərə etirazı olmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, “Qəbul aktları”nda yazılmış qeydlər sifarişçinin görülmüş işlərlə bağlı etirazı olmuşdur. Göründüyü kimi, Cavabdeh MMC, İddiaçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarına əsasən layihəsmeta sənədlərinin hazırlanması öhdəliyi podratçının üzərində olmuşdur. Lakin, dəfələrlə məhkəmələr tərəfindən tələb edilməsinə baxmayaraq layihə-smeta sənədləri məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, layihə-smeta sənədlərinin vacib əhəmiyyət daşımasının səbəbi, layihə-smeta sənədlərində əlavə işlərin görülməsində sifarişçinin sifarişinin olubolmamasını və ya əlavə işlərə dair podratçı tərəfindən sişarişçiyə məlumatın verilibverilməməsi, məlumat verildiyi halda isə sifarişçinin buna etirazının olub-olmamasını müəyyən etmək idi. Hazırki işdən görünür ki, əlavə işlər gördüyünü iddia edən tərəf podratçı şirkətdir. Lakin, buna baxmayaraq və podratçı şirkət olaraq məhz öhdəliyin özünün daşımağına baxmayaraq “layihə-smeta” sənədlərini məhkəməyə təqdim etməmişdir. Kollegiya bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hazırki halda əlavə işlərin, məhz sifarişçinin razılığı və ya sonuncunu xəbərdar etməklə həyata keçirdiyini sübutetmə vəzifəsini daşıyan tərəf kimi, layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi də məhz podratçının üzərində olmuşdur. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçı tərəfin şifahi izahatı əsasında sifarişçiyə əlavə işlərin görülməsi ilə bağlı məlumatın verilməsi və ondan razılıq alınması ilə bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Odur ki, podratçı sifarişçi ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və sifarişçinin tələb etmədiyi əlavə işlərin görülməsinə görə sonuncudan muzd tələb edə bilməz. Kollegiya daha sonra bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-2(102)-148/2024 nömrəli qərarında da layihə-smeta sənədlərinin hazırlanması öhdəliyinin podratçının üzərində olduğu qeyd edilmişdir. Bundan sonra, işə təkrar apellyasiya instansiyasında baxılan zaman podratçl şirkət 19 ədəd “layihə-smeta” adında sənədi məhkəməyə təqdim etmişdir. Kollegiya nə üçün həmin sənədlərin üç məhkəmə instansiyasında baxıldıqdan sonra təqdim edildiyini soruşduqda, podratçının nümayəndəsi sənədləri indi tapdıqlarını bildirmişdir. Məhkəmə kollegiyası ilkin olaraq bildirir ki, məhkəməyə təqdim edilmiş 19 ədəd “layihə-smeta” sənədləri (hərçənd, həmin sənədlərin özünün həqiqiliyi belə şübhə doğurur) sifarişçi tərəfindən təsdiq edilməmişdir. Lakin, hazırda “layihə-smeta” sənədi adı ilə məhkəməyə təqdim edilmiş heç bir sənəddə sifarişçinin razılığı və ya onun sənədləri təsdiqləməsi müəyyən edilmir. Yəni, həmin sənədlərlə bağlı sifarişçi məlumatlandırılmamış və onun razılığı alınmamışdır. İşdən belə görünür ki, podratçı tərəfindən sonradan layihə-smeta adı ilə təqdim edilmiş sənədlərdən sifarişçinin ümumiyyətlə məlumatı olmamışdır. Yəni, 19 ədəd sənədin birində də olsa sifarişçinin hansısa qeydi olmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, təqdim edilmiş sənədlər “layihə-smeta” sənədləri deyildir. Məhkəmə kollegiyası təqdim edilmiş “layihə-smeta” sənədləri ilə bağlı qeyd edir ki, həmin sənədlər hazırlıq iclası yekunlaşana qədər birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Belə ki, əvvəllər işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri “layihə-smeta” sənədlərini dəfələrlə tələb etmişlər. Hətda işə Azərbaycan Respublikası Ali Məhkəmədə baxılanda belə mübahisəli sənədlər orayada təqdim edilməmişdir. Prosessual qanunvericiliyə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Mülki Prosessual Məcəllə 78, 85.1, 184.3). Göründüyü kimi, podratçı tərəf ən vacib sübutu (hərçənd həmin sənədin həqiqiliyi təsdiq edilmir) birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində ikinci baxışda təqdim etmiş və sənədin nə səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməməsini əsaslandırmamışdır. Eyni zamanda, təqdim edilmiş həmin sənədlərin həqiqiliyi də sübuta yetirilmir. Belə ki, təqdim edilmiş “layihə-smeta” adında sənədlər sifarişçi tərəfindən təsdiq edilməmiş, layihədə sadəcə podratçı tərəfin imzası və möhürü olmuşdur. Podratçı tərəf özüdə layihədə sifarişçinin hansı səbəbdən imzası və möhürü olmadığı ilə bağlı açıqlama verə bilməmişdir. Sifarişçi tərəfin nümayəndəsi də həmin sənədlərlə bağlı izahat verərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdən məlumatsızdırlar və sənədlər heç bir sübut əhəmiyyəti daşımır. Xüsusən qeyd edilməlidir ki, iddiaçı "Qara Çay” şirkətinin nümayəndəsi Nümayəndə2 ilkin məhkəmə iclasında izahatında - “Layihə-Smeta” sənədlərini qarşı tərəfə möhürləmək üçün təqdim edilmiş lakin, cavabdeh tərəf sənədləri təsdiqləyib geri qaytarmadığını bildirmişdir. Yəni, nümayəndə apellyasiya məhkəməsində ilkin olaraq özü bildirmişdir ki, “layihə-smeta” sənədləri onlarda yoxdur. Göründüyü kimi, tərəflər arasında razılaşmada belə olmuşdur ki, müqaviləyə əsasən podratçı "Qara Çay” şirkəti “Layihə-Smeta” sənədlərini hazırlayır və təsdiq edilib razılıq verilməsi üçün sifarişçiyə təqdim edir. Bu hal birdaha onu təsdiq edir ki, hazırda məhkəməyə təqdim edilmiş sənədlər ilkin sənədlər olmamış, sonradan "Qara Çay” şirkəti tərəfindən hazırlanmışdır. Belə olan halda isə məhkəmə kollegiyası podratçının təqdim etdiyi sifarişçi tərəfindən imzalanmamış və təsdiq edilməmiş “layihə-smeta” sənədlərinin mötəbərliyi sübuta yetirilmədiyindən iş üzrə sübut kimi qəbul etmir. Kollegiya xüsusilə bir məqamıda vurğulayır ki, təqdim edilmiş “layihə-smeta” sənədində podratçının iddia etdiyi kimi əlavə işlərin görülməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Yəni, təqdim edilmiş həmin sənədlərdə əlavə işlərin görülməsi ilə bağlı sifarişçiyə məlumat verilməsi, əlavə işlərlə bağlı sifarişçi tərəfin razılığı və ya sifarişçinin əlavə işlərin görülməsi üçün sifarişi ilə bağlı hər hansı qeyd və ya razılıq mövcud deyildir. Bundan başqa məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında özüdə bildirmişdir ki, məhkəməyə təqdim edilmiş “layihəsmeta” sənədlərində əlavə işlərin görülməsi və sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, təqdim edilmiş “layihə-smeta” sənədləri ilə tanış olmuşdur. Təqdim edilmiş sənədlərdən məlumatsızdırlar və sənədlər heç bir sübut əhəmiyyəti daşımır. Sənədlər həqiqəti əks etdirmir. Təqdim edilmiş sənədlər “layihəsmeta” sənədləri deyildir. Belə ki, “layihə-smeta” sənədlərində olan hazırki möhr iddiaçı "xxxx" şirkətinin 2019-2020-ci illərində olan sənədlərdəki möhürlərdən kəskin fərqlənir. Bu halda onu təsdiq edir ki, hazırda “layihə-smeta” sənədi kimi təqdim edilmiş sənədlər yenicə tərtib edilmişdir. Həmçinin həmin sənədlərin birində də olsa sifarişçi şirkətin hər hansı qeydi yoxdur. Bu halda sənədlərin məhkəmə mübahisəsi getdiyi zaman hazırlandığını sübut edir. Həmin sənədlər bizim şirkət tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Əgər doğrudan da təqdim edilmiş sənədlər “layihə-smeta” sənədləri olsaydı onda iddiaçı tərəf onları birinci instansiya məhkəməsinə təqdim edərdi. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hətda iddiaçı "xxxx" şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş “layihə-smeta” sənədi məhkəmə tərəfindən qəbul edilsə belə, həmin sənədlərdə əlavə işlərin görülməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Belə ki, təqdim edilmiş “layihə-smeta” sənədlərində əlavə işlərin görülməsi ilə bağlı sifarişçiyə məlumat verilməsi, ondan razılıq (əlavə işlərlə bağlı) alınması və ya əlavə işlərin görülməsi ilə bağlı sifarişçinin podratçıya sifarişi olması müəyyən edilmir. Hətda bu halı sənədi təqdim edən iddiaçı tərəfin nümayəndəsi də izahatında təsdiq etmişdir ki, cavabdeh tərəfə əlavə işlərlə bağlı rəsmi məlumat verilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas, “Podrat müqavilələri” ilə razılaşdırılmış qiymətlər götürülməlidir. Məhkəmə kollegiyası ilk iddiaçının apellyasiya şikayətinin "xxxx" MMC-yə ödənilmiş pulun qanunsuz olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və podratçının öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi işlərin qüsurlu və yarımçıq görülməsinə və həmin qüsurların aradan qaldırılması üçün sifarişçi ilə "xxxx" MMC arasında müqavilə bağlanmasına, sonuncu tərəfindən işlərin görülməsinə və ona ödənişlərin edilməsinə istinad etmişdir. Bu səbəbdən də, şifarişçi tərəfindən görülmüş işlərin qüsurunun aradan qaldırılması üçün "xxxx" MMC-yə ödənilmiş 550171.86 manat pulu podratçıya ödənilmiş məbləğdən çıxmışdır. Doğrudan da, işin materiallarından da görünür ki, sifarişçi bununla bağlı müqavilə və ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsində qeyd edilmişdir ki, işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən isə müəyyən edildi ki, podratçının gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında ümumiyyətlə defekt aktı tərtib edilməmişdir. Belə ki, hər üç podrat müqaviləsinin 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi “təhvil-təslim” aktı ilə rəsmiləşdirilir. İşlərin “təhvil-təslim aktı” hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Müqavilələrin 3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "xxxx" işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Bu halı sübutetmə vəzifəsi sifarişçinin üzərinə düşməsinə baxmayaraq "xxxx"nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “Defekt aktı”nın tərtib edilməsi, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının "xxxx"dan rəsmi qaydada tələb olunması işdə olan sənədlərlə təsdiq olunmur. İşdən görünür ki, podratçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən sifarişçi birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların aradan qaldırırması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sifarişçinin təqdim etdiyi həmin sənədlər, podratçı şirkətinin apardığı işlərin qüsurlu olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Belə ki, görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı aparılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən podratçı şirkətinin nümayəndəsi cəlb edilməmiş, həmin barədə şirkətə məlumat verilməmişdir. Odur ki, podratçı şirkət auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, İddiaçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin, sifarişçi iddia etdiyi qüsurların aradan qaldırılmasını podratçıdan rəsmi qaydada da tələb etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər ( Mülki Məcəllə 763.1 və 764.1). Tərəflər arasında bağlanmış hər üç müqavilənin şərtlərinə görə də işlərin görülməsində qüsurlara yol verildiyi halda, podratçının bu qüsurları aradan qaldırmaq vəzifəsi idi və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməzdi. Lakin artıq qeyd olunduğu kimi, sifarişçi yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilməsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını podratçı şirkətindən tələb etməmişdir, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Kənd” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, “Qüsur Aktı” tərtib edilən zaman podratçı şirkətə rəsmi yox, qeyri-rəsmi məlumat verilmişdir. Lakin, onlar “Qüsur Aktı”nın tərtib edilməsində iştirak etməmişlər. Bundan başqa, podratçı şirkətə qüsurların aradan qaldırılması və əlavə icra üçün vaxt verilmişdir. Lakin, podratçı qüsurları aradan qaldırmaqdan və əlavə icradan imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "Qara Çay” şirkətinin nümayəndəsi Nümayəndə2 isə izahat verərək bildirmişdir ki, “Qüsur Aktı” tərtib edilən zaman podratçı şirkətə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Ümumiyyətlə podratçı şirkət həmin aktdan məlumatsız olmuşdur. Qüsurların aradan qaldırılması və əlavə icra üçün podratçı şirkətə heç bir vaxt verilməmiş, ümumiyyətlə onlar bundan məlumatsız olmuşlar. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq sifarişçi ilə podratçı arasında sifarişçinin istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddəti də müəyyən edilməmiş və podratçıya qüsurları aradan qaldırmaq üçün vaxt verilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-yə ödənilmiş pulu iddiaçının xeyrinə tutulan məbləğdən çıxmaqda haqlı olmamışdır. Apellyasiya şikayətində qeyd edilmiş digər bir məqam isə ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi imkanı olduğu halda, sifarişçi nə üçün bu qüsurları aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, ona müəyyən ödənişlər etmişdir. Həmçinin, üçüncü şəxsə edilmiş ödənişləri də, podratçı məhkəmədə iddia qaldırdıqdan sonra ondandan tələb etmişdir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası sifarişçinin dəlillərini inandırıcı hesab etmir. Bundan başqa, ekspertiza rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı”. Bu hal da "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz, podratçının gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə birbaşa bağlı olması nəticəsinə gəlmək olmur. Belə ki, ekspert rəyindən görünür ki, podratçının gördüyü işlərdə qüsur olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yalnız cavabdeh tərəfin şifahi izahatı əsasında podratçıya işin qüsurları barədə məlumat verilməsi və qüsurların aradan qaldırılması üçün əlavə icra müddətinin müəyyən edilməsi ilə bağlı cavabdehin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-2(102)-148/2024 nömrəli qərarı ilə, iddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-2(107)-18/2023 nömrəli qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarı ilə ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinə dair hissədə artıq qətnamə qanuni qüvvəsini aldığından hazırda işə baxan məhkəmə tərkibi apellyasiya şikayətinin həmin hissəsinə münasibət bildirmir. Məhkəmə kollegiyası sifarişçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Başqa sözlə, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni, cavabdehin istənilən davranışına görə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. İşdən müəyyən edilmişdir ki, Cavabdeh MMC sifarişçi olaraq bağladığı podrat müqavilələri üzrə ödənişləri müqavilədə nəzərdə tutulan qaydada etməmiş, hətta tam yerinə yetirməmişdir. Halbuki qeyd olunan müqavilələr hər iki tərəfin öhdəliyini və hüquqlarını müəyyən edir. Müqavilələr üzrə sifariş edilən işlərin dəyəri ödənilmədən, nəticədə hazır olmayan müvafiq sahibkarlıq obyektlərindən hər hansı gəlirin götürülməsi mümkün deyil, yəni, sifarişçi ilkin olaraq görülmüş işlərin dəyərini tam ödəməli idi. Əgər sifarişçi ödənişi tam aparmayıbsa podratçı tərəfindən də işlərin tam görülməsi mümkün deyildir. Belə ki, bu hallar tərəflər arasında bağlanmış müqavilənin ikinci maddəsində ətraflı nəzərdə tutulmuşdur. Bundan başqa, sifarişçi qüsurlu işin görülməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sifarişçi onunla podratçı şirkət arasında bağlanmış “Podrat müqavilələri”nin ikinci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstəməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini podratçıdan şirkətindən tələb edə bilməzdi. Birinci instansiyası məhkəməsi eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, maddi ziyanla yanaşı həm də işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Çünki sifarişçi həmin tələbini də sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, hər iki apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə işdən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış QAR- 70-/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 948.681 manat, “QAR- 70-1/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.068.476 manat, QAR-70-2/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.174.004 manat, ümumilikdə isə 3.191.161 manat təşkil etmişdir. İşdə olan ödəniş tapşırıqlarına əsasən razılaşdırılmış həmin vəsaitin 1.687.323,5 manat hissəsi Cavabdeh MMC (o cümlədən MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ödənilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hər üç “Podrat müqaviləsi” üzrə Cavabdeh MMC-nin İddiaçınə 1.503.837,5 (3.191.161 - 1.687.323,5) manat ödənilməmiş borcu yaranmışdır və həmin borc sifarişçidən İddiaçı xeyrinə tutulmalıdır. Podratçı tərəfindən əlavə işlərin görülməsi və ümumiyyətlə razılıq (məlumatlandırma) əsasında görülməsi isə öz təsdiqini tapmamışdır. Məhəkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən məhkəmə tikinti-texnikası ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul Cavabdehndən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorların ödədiyi dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/202 nömrəli qətnaməsi qismən yəni, ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci – 100 (bir yüz) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.