Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-96/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddia və Cavabdeh İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddia və Cavabdeh İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 14 iyul 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 09 dekabr 2019-cu il tarixli QAR-xx/xx-2019 saylı Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 891588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz manat 88 qəpik) manat, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 09 dekabr 2019-cu il tarixli QAR-70-1/12-2019 saylı Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 2610906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat 59 qəpik) manat, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 09 dekabr 2019-cu il tarixli QAR-70-2/12-2019 saylı Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1649604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat 95 qəpik) manat və balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat olmaqla, ümumilikdə ******* (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı“ (Podratçı”) arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya ilkin avansla və hissə-hissə ödəməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin müqavilədə tərəflər təsdiq etmişlər ki, cavabdeh İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 891588,88 manat olan təklifini qəbul etmişdir. Bundan başqa, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cavabdehə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya ilkin avansla və hissə-hissə ödəməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin müqavilədə tərəflər təsdiq etmişlər ki, cavabdeh İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən cavabdehə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 2610906,59 manat olan təklifini qəbul etmişdir. Bundan başqa, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən cavabdehə məxsus ərazidə Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya ilkin avansla və hissə-hissə ödəməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin Müqavilədə tərəflər təsdiq etmişlər ki, cavabdeh Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən cavabdehə məxsus ərazidə Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 1649604,95 manat olan təklifini qəbul etmişdir. Bundan başqa, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı (Podratçı) arasında bağlanmış Podrat müqaviləsinə əsasən “Podratçı”nın özünün və cəlb etdiyi qüvvəsi ilə Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, “Sifarişçi”nin isə görülmüş işlərin dəyərini “Podratçı”ya ilkin avansla və hissə-hissə ödəməsi barədə tərəflər razılığa gəlmişlər və tərəflər təsdiq etmişlər ki, həmin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı İddiaçının (Podratçının) ümumi dəyəri ƏDV daxil 225726 manat olan təklifini qəbul etmişdir. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən layihələrin hazırlanması və layihələrə uyğun tikinti işlərinin aparılması üçün ümumilikdə 5.572.950 manatlıq iş görülmüş, cavabdeh isə həmin işlərə görə avansla və hissə-hissə olmaqla cəmi 1.792.323 manat ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya 3.780.627 manat məbləğində borcu qalmışdır. Sözügedən borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər olmuşdur. Lakin cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Ona görə də, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2 və 448.2-ci maddələri ilə əsaslandırılmışdır). Cavabdeh də iş üzrə məhkəmə hazırlıq mərhələsində, yəni 30 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı ümumilikdə 3 780 627 (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsini və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixində bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqaviələrindən irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda və 999500 (doqquz yüz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və cavabdeh tərəfindən həmin qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə podratçı İddiaçı tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayat qədər nöqsanlar (qüsurlar) vardır. Digər tərəfdən bağlanmış podrat müqavilələri üzrə üzərinə götürdüyü işləri podratçı İddiaçı tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. İddiaçı "xxxx" Şirkətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixində bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70-1/12- 2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrində göstərilmiş məbləğlər ilə doğru olmamaqla, həmin müqavilələr üzrə tərəflər arasında razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia etdiyi məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirmir. Bu baxımdan bildirilir ki, iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı yönəlmiş 3 780 627 manat məbləğində pul tələbinə dair iddiası əsassızdır. Bundan əlavə, məhkəməyə verilmiş iddia ərizəsində "xxxx" Şirkəti tərəfindən balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında "Podrat Müqaviləsi"nin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225726 manat olması qeyd olunub. Tərəflər arasında belə bir müqavilə bağlanmayıb. Tərəflər arasında belə bir müqavilə mövcud olmadığı halda "xxxx" MMC-nin İddiaçınə 225726 manat məbləğində borcunun olması tam əsassızdır və "xxxx" MMC-nin İddiaçınə belə bir məbləğdə borcu yoxdur. Başqa sözlə İddiaçı "xxxx" MMC-yə qarşı olan həmin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. xx.xx.2019-cu ildə bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70- 2/12-2019 saylı podrat müqavilələrinə əsasən işlərin dəyəri cəmi 3041742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji va elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92616,20 manat və Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464723,00 manat olmaqla, cəmi 557339,20 manat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən edilmişdir. Digər bir tərəfdən, Mirzəhüseynli balıqçılığında İddiaçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə "xxxx" MMC "xxxx" Şirkəti ilə müqavilə bağlamış və "xxxx" Şirkətinə xx.xx.2021-ci il tarixdə həmin işlərin görülməsinə görə "xxxx" MMC tərəfindən ümumilikdə 645750,19 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Şirkəti tərəfindən "xxxx" MMC ilə bağladığı müvafiq podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə İşlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən 2 sezon üzrə (2020 ve 2021-ci illər üzrə) "xxxx" MMC-nin balıqçılıq təsərrüfatına ümumilikdə 2 000 000 (iki milyon) manatdan artıq maddi ziyan dəymişdir. Bundan sonra isə, İddiaçı 27 oktyabr 2022-ci ildə, yəni iş üzrə məhkəmə hazırlıq mərhələsində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil ******* (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı) manat, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil ******* (bir milyon bir yüz yetmiş dörd min dörd) manat, QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR- 70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı manat) manat olmaqla, ümumilikdə ******* (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə məhkəmə gedişatında cavabdeh tərəfindən onunla İddiaçı arasında bağlanmış Podrat müqavilələri və ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən görülmüş işlər üzrə ödəniləcək pul məbləğləri - iddiaçının ilkin iddiasında qeyd olunan pul məbləğləri ilə fərqlilik təşkil etdiyindən, iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Bundan başqa bildirilir ki, atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair cavabdehlə iddiaçının arasında bağlanmış QAR-xx/xx-2019 saylı xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin dəyərinin 948681 manat olmasına baxmayaraq, Cavabdeh MMC məhz QAR-xx/xx-2019 saylı xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən ümumilikdə 1274323,5 manat məbləğində ödəniş etmişdir. Bu onu göstərir ki, Cavabdeh MMC sözügedən müqavilə üzrə əlavə sifarişlər vermiş və iddiaçı tərəfindən də həmin sifarişlər yerinə yetirildiyi üçün müqavilə dəyərindən artıq ödəniş edilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli QAR-xx/xx-2019 saylı Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən həqiqətən də keyfiyyətli işlər görülmüş, həmçinin həmin müqavilə üzrə əlavə sifarişlər üzrə işlər görülmüşdür ki, cavabdeh də həmin müqavilə əsasında görülən bu işlərin dəyərini iddiaçıya ödəmişdir. Əks halda, cavabdehin iddia etdiyi kimi, iddiaçı tərəfindən keyfiyyətli işlər görülməmişdirsə, cavabdehin görülən işlərin dəyərinin iddiaçıya ödəməsinin səbəbi nə olmuşdur ?. Həmçinin, digər nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqavilələri üzrə də cavabdehin sifarişinə əsasən iddiaçı tərəfindən əlavə işlər görülmüşdür və həmin əlavə işlərin dəyəri 1 312 421 manat təşkil edir. İddiaçı və Cavabdeh tərəfindən müvafiq olaraq ilkin iddia və qarşılıqlı iddia tələblərinin əsaslılığının sübutu kimi məhkəməyə tərəflər arasında bağlanmış müqavilələr, maliyyə-mühasibatlıq sənədləri və digər sənədlər təqdim olunmuşdur. Həmin sənədlər əsasında isə işin faktiki halları kimi aşağıda qeyd olunanlar müəyyən olunur: 1). Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 09 dekabr 2019-cu il tarixli QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Podratçı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən Sifarişçiyə məxsus ərazidə atçılıq kompleksinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, Sifarişçi isə görülmüş işlərin dəyərini Podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərin yerinə yetirilməsi ilə bağlı Podratçının ümumi dəyəri ƏDV daxil 948.681 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 31 may 2020-ci il tarixinədək müəyyən olunmuşdur; 2). Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 09 dekabr 2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Podratçı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən Sifarişçiyə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, Sifarişçi isə görülmüş işlərin dəyərini Podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı Podratçının ümumi dəyəri ƏDV daxil 1.068.476 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 31 mart 2020-ci il tarixinədək müəyyən olunmuşdur. 3). Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 09 dekabr 2019-cu il tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Podratçı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Sifarişçiyə məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, Sifarişçi isə görülmüş işlərin dəyərini Podratçıya ilkin avansla və hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı Podratçının ümumi dəyəri ƏDV daxil 1.174.004 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 30 aprel 2020-ci il tarixinədək müəyyən olunmuşdur. 4). Hər 3 müqavilə üzrə Sifarişçi və Podratçının hüquq və vəzifələri (müqavilə predmeti, müqavilə dəyəri və müqavilə müddəti istisna olmaqla) eynilik təşkil etməklə, müqavilələrnin müvafiq bəndlərində aşağıdakı kimi təsbit edilmişdir: - 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə, müqavilənin qiymətinə yenidən baxıla bilər. - 2.1.“Sifarişçi”nin vəzifələri: - 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. - 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. - 2.1.3. ”Sifarişçi” müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissəhissə tutur. - 2.1.4. “Sifarişçi” müqavilənin ümumi dəyərinin 5%-ni “Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib “Sifarişçi”yə təhvil verdikdən 3 ay sonra ödəyir. - 2.1.5. “Sifarişçi” müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. - 2.2. “Podratçı”nın vəzifələri: - 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. - 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. - 2.2.3. “Podratçı” müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. - 3.1. “Podratçı” “Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra 01 noyabr 2019-cu il tarixində müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa “Sifarişçi”nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan işləri tamamlayır. - 3.2. İşlərin “Podratçı”dan “Sifarişçi”yə təhvil-təslimi “təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. - 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “Podratçı” və “Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “Podratçı” “Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. - 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarişçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (“defekt cədvəli”) bu barədə “Podratçı”ya yazılı məlumat verməlidir. - 3.6. “Podratçı” icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. 5). Tərəflər arasında yuxarıda qeyd olunan Podrat Müqavilələri əsasında yaranmış münasibətlər üzrə sifarişçi Cavabdeh MMC (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən podratçı İddiaçınə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) məbləğində pul ödənilmişdir.
2. İş üzrə aparılmış əvvəlki məhkəmə icraatları: - Birinci instansiya məhkəməsində icraat; - Apellyasiya instansiyası məhkəməsində birinci icraat; - Kassasiya instansiyası məhkəməsində birinci icraat; - Apellyasiya instansiyası məhkəməsində ikinci icraat.
2.1). Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddia ərizəsi qismən təmin, Cavabdeh İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi isə tamamilə rədd edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953 665,64 (doqquz yüz əlli üç min altı yüz altmış beş manat altmış dörd qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun 676,24 manat hissəsi Cavabdeh MMCdən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia - iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı “09 dekabr 2019-cu il tarixdə bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda 999.500 (doqquz yiiz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin ve dövlet rüsumunun əvəzi olaraq ödənilmiş 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin.”” Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir: - İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsinin ilkin iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv olunması və həmin hissədə də ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir; - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətinə qarşı podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi və keyfiyyətsiz (qüsurlarla) yerinə yetirilməsi nəticəsində Cavabdehnə vurulmuş “zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 2.2). Həmin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən hakim - G.Cavadova, hakimlər - E.Hüseynov və V.Məlikov) 31 oktyabr 2023-cü il tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022ci il tarixli qətnamə ilkin iddianın həll edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 1.503.837 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci- 100 (bir yüz) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.” Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsindəki birinci icraat üzrə aparılan araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qərardadı əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/2437 nömrəli ekspert rəyi verilmişdir. X17 hissəsində aşağıdakılar göstərilmişdir: - Tərəflər arasında 09 dekabr 2019-cu ildə bağlanmış QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, QAR-70-2/12-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat və QAR-xx/xx-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur; - QAR-xx/xx-2019 nömrəli müqavilə üzrə inşa olunmuş tikililərin ölçülərinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat müqaviləsinə əlavə edilmədiyindən, yuxarıda göstərilən ünvanlarda “forma-2” aktlarına əsasən aparılmış tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; - Podratçı tərəfindən “forma 2” aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 17 aprel 2021-ci il tarixli qüsur aktında göstərilən qüsurların olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi həmin qətnaməsindən həm iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), həm də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti vermişlər: - İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(107)-18/2023 saylı qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir; - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(107)-18/2023 saylı qətnaməsini tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 2.3). Həmin kassasiya şikayətləri üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (X3 məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) 21 may 2024-cü il tarixli 2-2(102)-148/2024 nömrəli qərarında qərara alınmışdır ki: - “İddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.” 2.4). Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli 2-2(102)-148/2024 nömrəli qərarının tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – E.Mehdiyev və T.Həsənov ) 09 oktyabr 2024cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi ilə ayrı-ayrılıqda verilmiş həmin apellyasiya şikayətləri qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/202 nömrəli qətnaməsi qismən yəni, ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 1.503.837,5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat 50 qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci – 100 (bir yüz) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun.” Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat üzrə aparılan araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi həmin qətnaməsindən yenə də həm iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), həm də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti vermişlər: - İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(107)-91/2024 saylı qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin olunması, Cavabdeh MMC-nin kassasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir; - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-91/2024 saylı qətnaməsinin tamamilə ləğv edilərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı“pul tələbinə” dair iddiasının tamamilə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətinə qarşı podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi və keyfiyyətsiz (qüsurlarla) yerinə yetirilməsi nəticəsində vurulmuş “zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
3. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat.
Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə kassasiya instansiyası məhkəməsində ikinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (X2 məruzəsi ilə, hakimlər X6 və X7 ibarət tərkibdə) 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarında qərara alınmışdır ki: - “Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi qismən – ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarının “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki: “
84. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
85. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, həmin dəlillər əsaslı olmadığından təmin edilə bilməz.
86. Belə ki, podratçının podratın nəticəsinin qüsursuz icra edilməsi vəzifəsi MMin 762-ci maddəsində müəyyən edilmiş və həmin maddədə podrat müqaviləsi üzrə qüsurun anlayışı verilmişdir.
87. MM-in 763-766-cı maddələrində isə podrat müqaviləsi üzrə qüsurlar olduqda sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və vəzifələri göstərilmişdir.
88. Həmin maddələrdən müəyyən edilir ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
89. Beləliklə, MM-in 763-766-cı maddələrindən müəyyən edilir ki, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.
90. MM-in 763.1-ci maddəsinin birinci cümləsinin imperativ deyil, dispozitiv şəkildə (sifarişçi əlavə icra tələb edə bilər) qeyd edilməsi ilə yanaşı MM-in 763-766-cı maddələrinin bu şəkildə təfsir edilməsi həmin normaların strukturundan irəli gəlir.
91. Belə ki, sifarişçinin həmin maddələrdə nəzərdə tutulmuş hüquqları “əgər” bağlayıcısı qeyd edilməklə podratçıya verilmiş əlavə icra ilə şərtləndirilib. Ona görə də, sifarişçinin hüquqları hüquq normasının dispozisiyası, podratçıya verilməli olan əlavə icra müddəti isə hüquq normasının hipotezasıdır. Hipoteza isə hüquq normasının elə hissəsidir ki, o, hüquq normasının tətbiqi üçün lazım olan halları (şərtləri), yəni həmin normanın tətbiq edilməsini mümkün edən konkret həyati halları (şərtləri) müəyyən edir.
92. MM-in ümumi normalarına aid 443.5-ci maddəsi də eyni struktura malikdir. Belə ki, həmin maddəyə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
93. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt verməyərək qüsuru özü aradan qaldırdığı hallarda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilməz.
94. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də qeyd edilən hal, yəni sifarişçi Cavabdeh MMC tərəfindən podratçı İddiaçınə qüsurların aradan qaldırılması ilə bağlı vaxt verilməsi halı müəyyən edilməmişdir.
95. Belə olan halda isə qüsurların aradan qaldırılması ilə bağlı qarşılıqlı iddia tələblərinin rədd edilməsi, habelə ilk iddianın podrat müqaviləsi ilə nəzərdə tutulmuş muzdun ödənilməsi barədə tələblərin təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-in 763-764 və 769-cu maddələrinin tələblərinə uyğun olmuşdur.
96. Əldən çıxmış faydanın tutulması ilə bağlı qarşılıqlı iddia tələblərin rədd edilməsi barədə nəticə də MM-in 443.1 və 443.4-cü maddələrinin tələblərinə uyğundur və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır.
97. Qarşılıqlı iddiada irəli sürülmüş işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbə dair kollegiya qeyd edir ki, MM-də bu məsələləri birbaşa müəyyən edən normalar mövcud deyil.
98. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir.
99. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
100. Həmin Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərər və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər.
101. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə hər hansı müqavilə (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) və ya podrat müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmamışdır.
102. Ona görə də, həmin tələblər özü-özlüyündə əsassız olduğuna görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
103. Sübutlara və işin hallarına düzgün qiymət verilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
104. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
105. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslıdır.
106. Belə ki, ilk iddia tələblərinin predmeti podrat müqaviləsi üzrə görülmüş əlavə işlərin dəyərinin ödənilməsindən ibarətdir.
107. Bu tələblərin qanuni əsasını MM-in 753.3 və 753.4-cü maddələri təşkil edir.
108. MM-in 753.3-cü maddəsi sifarişçinin tələbi ilə görülmüş əlavə işlərin dəyərinin ödənilməsi, 753.4-cü maddəsi isə podratçının özü tərəfindən yerinə yetirilmiş əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
109. Eyni zamanda, nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə nəzərdə tutulmayan əlavə işləri iki qrupa ayırmaq lazımdır.
110. Birinci qrupa podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olan əlavə işlər aiddir, ikinci qrupa isə podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlər aiddir.
111. MM-in 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
112. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə podratçının üzərinə əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq hüququndan istifadə etməsi və işə başlamazdan əvvəl sifarişçiyə bu barədə məlumat verməsi ilə bağlı halların sübut etməsi vəzifəsi düşür. Sifarişçi isə sübut etməlidir ki, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etməmiş və bu barədə podratçıya məlumat vermişdir. Podratçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi halda əlavə işlərin dəyəri ödənilmir. Belə ki, bu halda onun öz hüququndan (əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq barədə) istifadə etməsi müəyyən edilmir. Sifarişçi üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi halda isə əlavə işlərin dəyəri ödənilməlidir. Belə ki, bu halda müəyyən edilir ki, o, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmişdir.
113. MM-in 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
114. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə isə sübutetmə yükü podratçının üzərinə düşür və o, sübut etməlidir ki, sifarişçi əlavə işlərin yerinə yetirilməsi barədə məlumatlı olmuş və bununla bağlı öz etirazını bildirməmişdir. Müvafiq olaraq sifarişçinin əlavə işlərin yerinə yetirilməsindən məlumatlı olması və buna etiraz etməməsi müəyyən edildikdə əlavə işlərin dəyəri ödənilməli, əks halda isə əlavə işlərin dəyəri ödənilmir.
115. Podrat müqaviləsi üzrə tərəflərin üzərinə düşən sübutetmə ilə bağlı kollegiya qeyd edir ki, podrat müqaviləsinin mahiyyəti və konkret mübahisənin halları nəzərə alınmalıdır.
116. Bu baxımdan qeyd edilir ki, tərəflər podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi ilə bağlı razılaşmanın müəyyən formada (yazılı formada) bağlamaq barədə razılığa gəldiyi hallarda, MM-in 404-cü maddəsinə əsasən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə nəzərə alınma zamanı tərəflərin əlavə işlər üzrə faktiki podrat münasibətlərinə daxil olduğu (işlərin xarakteri, görüldüyü yer və müddət nəzərə alınmaqla sifarişçinin podrat işlərinin yerinə yetirilməsi üçün şərait yaratması və etiraz bildirməməsi, görülməli olan işlərin texniki göstəriciləri barədə məlumat verməsi və s., eyni zamanda podratçının işlərin görülməsinə faktiki başlaması və s.) müəyyən edildiyi halda isə qəbul edilməlidir ki, Mülki Məcəllənin 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq sifarişçi ofertanı vermiş, podratçı həmin ofertanı aksept etmiş və onlar arasında podrat müqaviləsi üzrə əlavə işlərə dair razılaşma əldə olunmuşdur.
117. Bundan əlavə, ikinci qrup, yəni podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlərə dair qeyd edilir ki, Mülki Məcəllənin 753.4-cü maddəsində sifarişçinin belə işlərlə bağlı xüsusi hüquqları nəzərdə tutulmuşdur. Belə ki, sifarişçi belə işlərin nəticələrini aradan qaldırılmasını tələb edə bilər. Əgər podratçı bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər.
118. Bununla yanaşı nəzərə alınmalıdır ki, sifarişçinin öz hüquqlarından istifadə etməməsi ilə yanaşı əlavə işlərin nəticələrindən bəhrələnməsi onun əsassız varlanmasına gətirib çıxarır. Belə ki, MM-in 1091.2-ci maddəsinə uyğun olaraq bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
119. Bu baxımdan izah edilir ki, sifarişçi podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlərin dəyərini ödəməkdən imtina etməklə yanaşı MM-in 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi və həmin işlərin nəticələrindən bəhərləndiyi hallarda, MM-in özgə işlərini tapşırıqsız aparma ilə bağlı qaydalar tətbiq olunmalıdır.
120. Belə ki, MM-in 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
121. MM-in 1090.2-ci maddəsində isə təsbit edilmişdir ki, işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.
122. Apellyasiya instansiyası məhkəməsi isə MM-in qeyd olunan müddəalarının tələblərini nəzərə almamış və ilk iddianın həllində tətbiq etməmişdir.
123. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi qətnaməsi qismən ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Yeni apellyasiya baxışında hazırkı qərarın 107-121-cü bəndlərində göstərilənlər nəzərə alınmaqla ilk iddia tələbinə hüquqi qiymət verilməlidir.”
4. İş üzrə üçüncü (hazırkı) apellyasiya icraatı:
4.1). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, hazırkı apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarının tələbləri, o cümlədən də kassasiya instansiya məhkəməsinin mövqeyinin əks olunduğu Qərarın 123cü bəndinə, yəni həmin bənddə ifadə olunmuş “yeni apellyasiya baxışında hazırkı qərarın 107-121-cü bəndlərində göstərilənlər nəzərə alınmaqla ilk iddia tələbinə hüquqi qiymət verilməlidir” göstərişi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2- 2(117)-1018/2022 nömrəli qətnaməsinin ilkin iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv olunması və həmin hissədə də ilkin iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. Belə ki, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli qətnamə ilkin iddianın həll edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin iddiası qismən təmin edilərək, “ilkin iddia üzrə Cavabdehndən 1.503.837,50 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması və eyni zamanda, 100 manat ekspertiza xərcinin isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli 2-2(102)-148/2024 nömrəli qərarına əsasən isə iddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2- 2(107)-18/2023 nömrəli qətnaməsi qismən, yəni ilkin iddia üzrə “Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinin rədd edildiyi” hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilmiş və iş ləğv edilən hissələrdə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2- 2(117)-1018/202 nömrəli qətnaməsi qismən, yəni ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, İddiaçı ilkin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdehndən 1503837,5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 100 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatorlara aid olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarına əsasən isə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi qismən – ilk iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməməklə, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)- 1018/202 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat yekunlaşmışdır. Eyni zamanda, kassasiya instansiyasının həmin X8 Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsinin qismən, yəni “ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması” ilə müəyyən olunur ki, hazırkı apellyasiya icraatında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi hazırkı apellyasiya icraatında ilk iddianın təmin edilməyən hissəsində yenidən yoxlanılmalı və apellyasiya qaydasında araşdırılaraq qiymət verilməlidir. Həmin hissədə isə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 09 dekabr 2019-cu ildə ƏDV daxil 948681 manat dəyərində işlərin görülməsi ilə əlaqədar QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi, ƏDV daxil 1.068.476 manat dəyərində işlərin görülməsi ilə əlaqədar QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsi və ƏDV daxil 1.174.004 manat dəyərində işlərin görülməsi ilə əlaqədar isə QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi olmaqla, ümumilikdə cəmi 3 191 161 manat dəyərində üç podrat müqaviləsi bağlanmış olsa da, podratçı İddiaçı tərəfindən həmin müqavilələrdə nəzərdə tutulan işlərdən əlavə olaraq öz vəsaiti hesabına əlavə işlər də görmüşdür. Yəni, podratçı İddiaçı tərəfindən qeyd olunan müqavilələrdə nəzərdə tutulan işlərlə birlikdə, həmin müqavilələrin icrası zamanı Sifarişçi üçün əlavə işlər də görülərək, sifarişçi Cavabdeh MMC-yə təhvil verilməsinə baxmayaraq, Sifarişçi həmin işlərə görə Podratçıya əlavə işlərin dəyərini ödəməmişdir.
4.2). Hazırkı apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Hazırkı apellyasiya icraatında apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə5 gəlmişlər. Lakin, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş apellyasiya şikayəti vermiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə5 Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsindən verilmiş iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsinin ilkin iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv olunması və həmin hissədə də ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər və iddiaçı tərəfin baxılan mübahisə üzrə mövqeyini onunla əsaslandırdılar ki, hazırkı iş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinin dəyəri olan 948681 manatın, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri olan ******* manatın və QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri olan ******* manatın və eyni zamanda, görülmüş əlavə işlərin dəyərini təşkil edən ******* manatın Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. Çünki, xx.xx.2019-cu il tarixli QAR-xx/xx-2019 nömrəli Podrat müqaviləsinin predmetini İsmayıllı rayonu Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə “atçılıq” kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil etmiş və Müqavilənin ümumi dəyəri ƏDV daxil 948681 manat müəyyən edilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli Podrat müqaviləsinin predmetini İsmayıllı rayonu Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə “nərə” balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil etmiş və müqavilənin ümumi dəyəri ƏDV daxil ******* manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixli QAR-70-2/12- 2019 nömrəli Podratmüqaviləsinin predmetini Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Cavabdeh MMC-yə məxsus ərazidə “som” (naqqa) balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil etmiş və Müqavilənin ümumi dəyəri ƏDV daxil ******* manat müəyyən edilmişdir. Lakin, QAR-xx/xx-2019 nömrəli müqavilə üzrə tərtib olıınmuş "Qəbul aktı”nda 1.105.868,9 manat, QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş "Qəbul aktı”nda 2.630.619,4 manat və QAR-70-2/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda isə 1.649.605 manat məbləğində olmaqla, ümumilikdə cəmi 5 386 093,3 manat dəyərində işlərin görüldüyü qeyd olunmuşdur. Əvvəlki apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının rəyində isə müəyyən edilmişdir ki, QAR-xx/xx-2019 nömrəli müqavilə üzrə 1.105.868,9 manat, QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə 2.630.619,4 manat və QAR-70-2/12-2019 nömrəli müqavilə üzrə 1.581.081,5 manat məbləğində olmaqla, ümumilikdə cəmi 5 317 569,8 manat dəyərində işlər görülmüşdür. Göründüyü kimi, ümumilikdə görülmüş işlərin iş materiallarında olan qəbul aktlarında qeyd olunan cəmi dəyəri ilə ekspert rəyində qeyd olunan işlərin ümumilikdə hesablanan dəyəri arasında cəmi 68.523,5 manat fərq vardır. Bundan əlavə, cavabdeh “Kənd" MMC 29 sentyabr 2021ci il tarixdə İddiaçınə göndərdiyi pretenziyaya cavab məktubunda təsdiq etmişdir ki, podratçı İddiaçı məlum podrat müqavilələri əsasında gördüyü işlər üzrə sifarişçi “Kənd MMC-də audit yoxlaması aparılmışdır. Cavabdeh pretenziya məktubunda xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 saylı müqavilə üzrə Nərə balıqlarının yetişdirilməsi üçün 16 ədəd hovuzun əvəzinə, 32 ədəd beton hovuzun tikildiyini və xx.xx.2019-cu il tarixli QAR-70- 2/12-2019 saylı müqavilə üzrə isə “Afrika somu” balıqlarının saxlanması üçün 24 ədəd nohurun əvəzinə, 48 ədəd nohurun tikildiyini etiraf etmişdir. Belə olan halda isə, artıq bu faktların araşdırılmasına ehtiyac yaranmır. Çünki, cavabdeh bu faktları etiraf etmişdir. Lakin, bütün bu işlərin müqabilində Cavabdeh MMC tərəfindən iddiaçıya ümumilikdə cəmi 1.687.323,5 manat məbləğində pul ödənilmişdir. Beləliklə, 3 müqavilə üzrə tərtib olunmuş qəbul aktlarına görə ümumi dəyəri 5.386.093,3 manat təşkil edən görülən işlərlə əlaqədar cavabdeh cəmi 1.687.323,5 manat məbləğində pul ödəmiş və buna görə də, cavabdehin cəmi 3.698.769,8 manat məbləğində borcu qalmışdır. Həmin 3.698.769,8 manat məbləğində borcun 1.503.837,5 manatı hissəsi isə tərəflər arasında bağlanmış üç müqavilədə nəzərdə tutulan əsas işlərin dəyəri kimi Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdehndən İddiaçı xeyrinə tutulmuşdur. Bu halda isə ödənilməmiş həmin 3.698.769,8 manat məbləğində borcdan da məhkəmənin qət etdiyi 1.503.837,5 manat çıxdıqda cavabdehin müqavilələr üzrə görülmüş əlavə işlərin dəyəri qismində 2.194.932,3 manat məbləğində borcu qalmış olur ki, hazırkı məhkəmə icraatında da əlavə görülən işlərin dəyəri kimi həmin 2.194.932,3 manat məbləğində ödənilməmiş borcun araşdırılması gedir.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.” 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissədə qismən, yəni “cavabeh Cavabdehndən podrat müqavilələri üzrə əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də təmin edilərək, podrat müqavilələri üzrə əlavə görülən işlərə görə tələb olunan ******* manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflər arasındakı mövcud mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları və işin konkret halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddia və Cavabdeh MMC-nin İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə mövcud mübahisə - iş üzrə qəbul edilmiş və yuxarıda təsvir olunan məhkəmə aktları əsasında müəyyən hissələrdə həll edilmiş olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarında qeyd olunmuş hissədə, yəni “ilk iddianın təmin edilməyən” hissəsində həll olunmadığından, hazırkı apellyasiya icraatının predmeti də İddiaçı ilkin iddia tələbinin təmin olunmayan və iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə öz yekun həllini tapmamış hissəsi olan “Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsidir. Yəni, iş üzrə ilkin iddia tələbi “podrat müqavilələrinin tərəflər arasında razılaşdırılmış dəyərinin tutulması” hissəsində təmin edilməklə və “Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı manat) manat məbləğində pulun tutulması” hissəsində isə rədd edilməklə yekun olaraq həll edilmiş olsa da, iddia tələbi “Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsində öz yekun həllini tapmamışdır. Eyni zamanda, Cavabdeh MMC-nin İddiaçınə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mübahisə də iş üzrə daha əvvəl qəbul edilmiş məhkəmə aktları ilə öz yekun həllini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-56/2025 nömrəli qərarının 123-cü bəndində qeyd olunur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi qətnaməsi qismən ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Yeni apellyasiya baxışında hazırkı qərarın 107-121-cü bəndlərində göstərilənlər nəzərə alınmaqla, ilk iddia tələbinə hüquqi qiymət verilməlidir (kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan (MPM-nin 420-ci maddəsi)). Həmin Qərarın qeyd olunan 107-121-ci bəndlərində göstərilir ki, ilk iddia tələbinin qeyd olunan təmin olunmamış hissəsinin predmeti - podrat müqaviləsi üzrə görülmüş əlavə işlərin dəyərinin ödənilməsindən ibarətdir və bu tələbin qanuni əsasını Mülki Məcəllənin 753.3 və 753.4-cü maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, sifarişçinin öz hüquqlarından istifadə etməməsi ilə yanaşı, əlavə işlərin nəticələrindən bəhrələnməsi onun əsassız varlanmasına gətirib çıxarır. Bu baxımdan izah edilir ki, sifarişçi podrat müqaviləsi üzrə görülməli olan işlərlə bağlı olmayan və mahiyyət üzrə yeni olan əlavə işlərin dəyərini ödəməkdən imtina etməklə yanaşı, MM-in 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi və həmin işlərin nəticələrindən bəhərləndiyi hallarda isə Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparma ilə bağlı qaydalar tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı iş materiallarına və işin konkret hallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfin məlum podrat müqavilələri üzrə əlavə işlər kimi dəyərini tələb etdiyi işlər qismində “nərə balıqlarının yetişdirilməsi” üçün nəzərdə tutulan 16 ədəd hovuzun əvəzinə 32 ədəd beton hovuzun tikilməsi, “som balıqlarının saxlanması” üçün nəzərdə tutulan 24 ədəd nohurun əvəzinə 48 ədəd nohurun tikilməsi və digər əlavə işlərin görülməsi və bu işlərin nəticəsindən cavabdeh tərəfin istifadə etməsi öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə araşdırmaları zamanı iş materiallarına əsasən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında 09 dekabr 2019-cu ildə bağlanmış QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinin dəyəri 948681 manat, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri ******* manat və QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri ******* manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə Podratçı tərəfindən Sifarişçi üçün görüləcək işlərin cəmi dəyəri 3 191 161 manat məbləğində olmuşdur. Lakin, iş üzrə birinci apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə ekspertizası tərəfindən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/2437 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında 09 dekabr 2019-cu ildə bağlanmış QAR-70- 1/12-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, QAR-70- 2/12-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat və QARxx/xx-2019 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində olmaqla, ümumilikdə hər üç müqavilə üzrə Podratçı tərəfindən Sifarişçi üçün görülmüş işlərin cəmi dəyəri 5 317 569,8 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, hər üç müqavilə üzrə tərəflərin razılaşdırdıqları görüləcək işlərin dəyəri 3 191 161 manat məbləğində olduğu halda, faktiki görülmüş işlərin dəyəri 5 317 569,8 manat məbləğində olmuşdur. Bu hesabatdan da görünür ki, Podratçı tərəfindən hər üç müqavilə üzrə əlavə görülən işlərin dəyəri 2 126 408,8 manat məbləğindədir (5 317 569,8 manat - 3 191 161 manat = 2 126 408,8 manat). Eyni zamanda, yuxarıda təsvir olunanlardan görünür ki, sifarişçi Cavabdeh MMC tərəfindən podratçı İddiaçınə ümumilikdə 1.687.323,5 manat məbləğində pul ödənilmiş və Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2-2(107)-91/2024 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-dən 1.503.837,5 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya faktiki ödənilmiş və məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması təmin olunmuş pul vəsaitlərinin ümumi məbləği cəmi 3 191 161 manat miqdarındadır (1.687.323,5 manat + 1.503.837,5 manat = 3 191 161 manat). Bu hesabatla da müəyyən edilir ki, hər üç müqavilənin ümumi dəyəri 3 191 161 manat məbləğindədir və faktiki ödənilmiş və məhkəmə qətnaməsi ilə tutulması təmin olunan pulun cəmi miqdarı da 3 191 161 manat məbləğindədir. Deməli, məlum ekspert rəyinə əsasən müəyyən edilən əlavə görülən işlərin dəyəri 2 126 408,8 manat məbləğindədir və həmin pul vəsaiti Sifarişçi tərəfindən Podratçıya ödənilməmişdir. Lakin, iddiaçı hazırkı mübahisənin əsası olan iddia ərizəsində cavabdehdən “Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin tutulmasını” tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki- Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə üzrə İddiaçı 27 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, həmin ərizədə “Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını” xahiş etmişdir. Ona görə də, məhkəmə, iddiaçı tərəfin həmin iddia tələbini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbinə əsasən hesab edir ki, qətnamədə cavabdehdən əlavə işlərin dəyəri olaraq tutulmalı olan borc məbləğinin miqdarı - iddiaçının 27 oktyabr 2022-ci ildə məhkəməyə təqdim etmiş olduğu “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədəki iddia tələbinə uyğun müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissədə qismən, yəni “cavabeh Cavabdehndən podrat müqavilələri üzrə əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilərək, podrat müqavilələri üzrə əlavə görülən işlərə görə tələb olunan ******* manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni “cavabeh Cavabdehndən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə də təmin edilib, əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.