Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-4/2025 21.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı X7, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-427/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi və vəkili Vəkil 22 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, 579095 saylı elektron qaiməyə əsasən 230.037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 (beş yüz iyirmi) manat dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınıb X5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 25 oktyabr 2024cü il tarixli, e-2-2(123)-427/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən (VÖEN**********) 230 037,16 (iki yüz otuz min otuz yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X5 (VÖEN: **********), (Fin-1ARMYCD) ödənilməsi, iddia ərizəsi verilərkən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən ********* saylı qəbzlə ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən alınıb iddiaçı X5 ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 18 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-427/2024 saylı məhkəmə işi üzrə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın rədd ed ilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə müəyyən edilən hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsi müəyyən edilir. Belə ki, hakimiyyətdən sui-istifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsi Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edilir. Bu Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edil miş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Mübahisələndirilən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər əsasında qanunvericiliyin tələblərinə əsasən dövlət vəsaitinin özəl tikinti obyektlərində tikinti işlərinin aparılması, mal və avadanlıqların alınması, xidmət göstərilməsi və digər məqsədlərlə istifadə edilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı təsbit edilmiş və sənədlər araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, Azərbayc an Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 03 may 2023-cü il tarixli, 40s nömrəli Sərəncamı ilə Komitənin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, malmaterial və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış Arayışa əsasən Naxçıvan şəhəri Heydər Əliyev prospektində abadlıq işləri adı altında obyektin təyinatı dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının qanunsuz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər tiki nti obyekti dövlət vəsaiti hesabına maliyyələşdirilirsə, onda tikinti layihəsinin tərkibi kimi smeta bölməsi hazırlanmalıdır ki, iş materiallarında bu sənədlər aşkar edilmir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa əsasən büdcə təşkilatları həmin vəsaitlərdən istifadə haqqında müvafiq icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına hesabatlar verir. Bu qanuna və digər hüquqi aktlara əsasən tələb olunan dövlət vəsaitinin Komitə tərəfindən ödənilməsi hüquqi məsuliyyət yaradır. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə, “Korrupsiya ya qarşı mübarizə haqqında” AR Qanununun 10.1-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə, AR “Büdcə sistemi haqqında” Qanununun 18.3-1-ci maddəsinə, AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarına istinad etmişdir. Apellyator sonda Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-427/2024 saylı məhkəmə işi üzrə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-22(123)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçı X7 apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş halla rda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. İş materiallarında olan: Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi haqqında 03 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi ilə X7 arasında podrat müqaviləsi bağlanmış, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi sifarişçi qismində, X7 isə podratçı qismində çıxış etmiş və sifarişçi ilə razılaşma əsasında podratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri 1147972,98 (bir milyon yüz qırx yeddi min doqquz yüz yetmiş iki manat, doxsan səkkiz qəpik) manat təşkil etmişdir. 06 iyun 2023-cü il tarixli “Akt”dan görünür ki, tikinti obyektinə baxış keçirilən zaman müqavilədə qeyd olunan 1072.79 m2 alüminium pəncərə və 1019.15 m2 6mm şəffaf temperli şüşə iş həcmlərindən 969.7 m2 alüminium pəncərə və 921.2 m26mm şəffaf temperli şüşə quraşdırıldığı aydın olmuşdur. 06 iyun 2023-cü il tarixli “Akt”dan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaş ayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi üçün 03 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil 1147972.98 manat dəyərində müqavilə bağlanmış, X5 bağlanmış müqavilə əsasında 573986 manat avans olmaqla cəmi 918377 manat vəsait ödənişi həyata keçirilmişdir. Obyektə baxış keçirilən zaman müqavilədə 1268.4 m2 alüminium pəncərə və 1204.98 m2 6 mm şəffaf temperli şüşə qeyd olunmağına baxmayaraq 1346.01 m2 alüminium pəncərə və 1278.7 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı müəyyən edilmişdir. 22 avqust 2023-cü il tarixli, 579095 saylı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, X7 tərəfindən Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə 230037.15 (iki yüz otuz min otuz yeddi manat, on beş qəpik) dəyərin də işlər təqdim edilmişdir. Kollegiya apellyasiya şikayətinin mübahisələndirilən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər əsasında qanunvericiliyin tələblərinə əsasən dövlət vəsaitinin özəl tikinti obyektlərində tikinti işlərinin aparılması, mal və avadanlıqların alınması, xidmət göstərilməsi və digər məqsədlərlə istifadə edilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığının təsbit edilməsi və sənədlərin araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi dəlilinə münasibətdə qeyd edir ki, şikayə tdə göstərilən hallarla bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə sorğular göndərilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 19 fevral 2025-ci il tarixdə məktub daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, X4 Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə qarşı pul tələbinə dair xüsusatla əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işləri çərçivəsində hər hansı cinayət təqibi aparılmır. X3 Respublikasının Prokurorluğuna göndərdiyi sorğuya cavab olaraq 30 yanvar 2025ci il tarixdə daxil olmuş məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı maliyyətəftiş yoxlamaları aparılmasına dair materiallar Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarına daxil olmamışdır. Həmçinin X3 Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsindən 15 yanvar 2025ci il tarixdə 1(109)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökm daxil olmuşdur. Kollegiya tərəfindən həmin hökmə nəzər yetirdikdə aydın olunur ki, hökmdə “..... Rüstəmov Hicran Yaqub oğlunun 2018-ci ilin iyun ayından 21 noyabr 2022-ci il tarixədək olan dövr ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitə sinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə.................., eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisində küçələrin, qəsəbələrin və digər ictimai iaşə obyektlərinin abadlaşdırılması, təmir və tikintisi işlərinin görülməsi üçün ayrılmış 104.090.867,69 (yüz dörd milyon doxsan min səkkiz yüz altmış yeddi manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti hesabına digər şəxslər üçün 10 ədəd mağaza, hotellər, tələbə evi, yaşayış binaları, fərdi qazanxanalar, yanacaqdoldurma stansiyaları, bağlar, istirahət mərkəzləri və digər özəl obyektlərdə təmir-tikinti, abadlıq və quraşdırma işlərinin görülməsini təşkil edərək, ümumilikdə dövlət büdcəsinə məxsus 245.126.590,00 (iki yüz qırx beş milyon yüz iyimi altı min beş yüz doxsan) manat məbləğində xüsusilə kü lli miqdarda pul vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə qəsdən taladığı” da qeyd olunmaqla H.Y.Rüstəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsilə təqsirli bilinmişdir. Kollegiya qeyd edir ki, hökmdə göstərilən xüsusat cavabdehin risq dairəsinə aid olduğundan iddiaçı ilə olan müqavilə münasibətlərinə təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya həmçinin cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 03 may 2023-cü il tarixli, 40s nömrəli Sərəncamı ilə Komitənin sifarişi əsasında 20 22-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış Arayışa əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospektində abadlıq işləri adı altında obyektin təyinatının dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının qanunsuz olduğunun müəyyən edilməsi dəlilinə münasibətdə də bildirir ki, cavabdeh tərəfin qalıq borcunun ödənilməməsinin əsası kimi istinad etdiyi hallar onu müqavilədən irəli gələn, onun üzərinə qoyulmuş öhdəliyi icra etmək vəzifəsindən azad etmir. Belə ki, Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Kollegiya həmçinin, cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə müəyyən edilən hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsinin müəyyən edilməsi, belə ki, hakimiyyətdən sui-istifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsinin Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edilməsi, bu Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülkihüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olması dəlilini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edi lmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı and an zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tər əf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Beləliklə, kollegiya cavabdeh tərəfin əqdin etibarsızlığı ilə bağlı dəlillərini əsassız hesab edir. Həmçinin apellyasiya şikayətində qeyd olunan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər tikinti obyekti dövlət vəsaiti hesabına maliyyələşdirilirsə, onda tikinti layihəsinin tərkibi kimi smeta bölməsi hazırlanmalıdır ki, iş materiallarında bu sənədlərin aşkar edilməməsi, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa əsasən büdcə təşkilatlarının həmin vəsaitlərdən istifadə haqqında müvafiq icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikas ının Hesablama Palatasına hesabatların verilməsi, bu qanuna və digər hüquqi aktlara əsasən tələb olunan dövlət vəsaitinin Komitə tərəfindən ödənilməsinin hüquqi məsuliyyət yaratması dəlilinə kollegiya hüquqi məsuliyyətlə bağlı məsələ kommersiya mübahisəsinə dair iş üzrə icraatın predmeti olmadığından hər hansı münasibət bildirmir. Eləcə də iş materiallarında olan 03 dekabr 2021-ci il tarixli Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi “Smetası”ndan (1 saylı əlavə) görünür ki, işlərin ümumi dəyəri 1147972,98 (bir milyon yüz qırx yeddi min doqquz yüz yetmiş iki manat, doxsan səkkiz qəpik) manatdır. Beləliklə, kollegiya hazırki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla q eyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kommersiya mübahisəsinə dair işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Resp ublikasının Şəhərsalma və Arxitektura Komitəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-427/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-22(123)-427/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.2 və 405.0.1-ci maddələrini rəhbər tut araq kollegiya qətetdi: İddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-427/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)427/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-4/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-4/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver