Məhkəmə qərarları › İş №2-2(113)-1489/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1489/2022

28.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1489/2022 28.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin 22 noyabr 2019-cu il tarixdən ləğv edilməsi və müqavilə üzrə öhdəliklərə xitam verilməsi, cavabdehin iddiaçıya vurduğu 4000 manat zərərin iddiaçıya ödənilməsi və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1281/2021 saylı işi üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "X7 Azerbaijan" MMC ilə Cavabdeh arasında 23.08.2019-cu il tarixdə bağlanılmış icarə müqaviləsi 22.11.2019-cu il tarixdən ləğv edilmiş hesab edilməsi, iddiaçı "X7 Azerbaijan" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği X3 tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən şikayət verərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 1281/2021 saylı, 07.04.2021-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və məhkəmə aidiyyəti pozulduğundan iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7649/2021 saylı iş üzrə 13.09.2021-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 2(007)-1281/2021 saylı işi üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-1489/2022 saylı işi həmin Məhkəmənin hakimi Ülkər Həsənovanın icraatında olan 2-2(113)-3139/2021 saylı işlə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 vəsatətin təmin edilməsinə etiraz edərək vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, hesab edir ki, işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə iş 10 iyun 2021-ci il tarixdə, hazırkı iş isə 28 fevral 2022-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan 2-2(113)-3139/2021 saylı və hazırkı 2-2(113)-1489/2022 saylı işdə eyni tərəflərin iştirak etdiyini və eyni müqavilədən irəli gələn mübahisə olmasını nəzərə alaraq, işin daha tez yekunlaşması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə iş daha sonra icraata qəbul olunduğundan 2-2(113)- 1489/2022 saylı iş 2-2(113)-3139/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair 2-2(113)- 1489/2022 saylı iş, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2-2(113)-3139/2021 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X2 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar