Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-172/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “müqavilənin ləğv hesab edilməsi”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxCavabdeh2-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “lizinq obyektinin qaytarılması və pul tələbi” barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı iddia ərizəsi və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli “öhdəliklərin köçürülməsi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, daxili lizinq müqaviləsinə edilmiş əlavə 1-də göstərilən “XGMG QY25K5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxCavabdeh2-yə geri qaytarılmasına və əsas məbləğ üzrə 45801 ABŞ dolları, dəyişən haqq üzrə isə 7822 ABŞ dolları olmaqla, cəmi 53623 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq cavabdeh İddiaçı Ali oğlundan tutularaq Cavabdeh2-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilmiş və ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilərək, daxili lizinq müqaviləsinə edilmiş 1 saylı Əlavədə göstərilən “XCMG QY25K5” avtokranın Cavabdeh1 təhvil alınaraq Cavabdeh2-yə geri qaytarılması, əsas məbləğ üzrə 76.538,73 ABŞ dolları, dəbbə pulu üzrə 3000 ABŞ dolları olmaqla, cəmi 79.538,73 ABŞ dolları məbləğində vəsaitin və 30 AZN dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Cavabdeh2yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 kassasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10285/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək və mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiasından imtina etdiyini və iddiadan imtina edilməsinin hüquqi nəticələrinin ona tamamilə aydın olduğunu bildirərək, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiasından imtina etdiyini və iddiadan imtina edilməsinin hüquqi nəticələrinin ona tamamilə aydın olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2-nin iddialarından imtina etməsi onların sərbəst iradə ifadəsini əks etdirir və həmin imtinanın məhkəmə tərəfindən qəbul edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2-nin iddialarından imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iş üzrə icraata xitam verilməli olduğundan 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxxx 2016-cı il tarixli, TT2208191 nömrəli qəbz İddiaçı, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxxxx 2016-cı il tarixli, ********* nömrəli qəbz Cavabdeh2-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “müqavilənin ləğv hesab edilməsi”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxCavabdeh2-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “lizinq obyektinin qaytarılması və pul tələbi” barədə qarşılıqlı iddiası ilə əlaqədar kommersiya mübahisəsinə dair iş üzrə ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2-nin iddialarından imtina etməsi qəbul olunsun və hazırki iş üzrə icraata xitam verilsin. 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxxx 2016-cı il tarixli, TT2208191 nömrəli qəbz İddiaçı geri qaytarılsın. 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxxxx 2016-cı il tarixli, ********* nömrəli qəbz Cavabdeh2-yə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-172/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-172/2020
18.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver