Məhkəmə qərarları › İş №2-2(113)-177/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-177/2021

12.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-177/2021 12.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı X1 Səhmdar Cəmiyyətinin “Qlobal-Motors” firmasına (Azərbaycan Respublikasının Sahibkarlığın X2 Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı X1 Səhmdar Cəmiyyəti “Qlobal-Motors” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 28 sentyabr 2006-cı il tarixli, İFD-05/06 saylı kredit müqaviləsinə xitam verilməsi və “Qlobal-Motors” firmasından onun xeyrinə 73000 manat əsas borcu, 23703,20 manat hesablanmış faiz borcu, 6898,50 manat peniya, cəmi 103601,70 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 15.12.2010-cu il tarixli qərarı ilə İddiaçı Kommersiya Bankı ASC-nin müflis elan edilərək iflas prosesinə başlanılması qərara alınmışdır. Həmin qətnamə 17.01.2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı Kommersiya Bankı ASC ilə "xxxx" firması arasında bağlanmış 28.09.2006-cı il tarixli İFD-05/06 saylı kredit müqaviləsinə əsasən "xxxx" firmasına avadanlıqlarının alınması və dövriyyə vəsaitinin atırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5 il müddətinə, illik 7% olmaqla 73000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 29.09.2006-cı il tarixli, İFD-05/06 saylı kredit müqaviləsinin 3-cü bəndinə əsasən "xxxx" Firması kredit faizlərini rüblük, rübün axırıncı ayının 28-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 5 il müddətində kredit müqaviləsinin 1 nömrəli əlavəsində göstərilmiş ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" Firması tərəfindən kredit müqaviləsi yerinə yetirilməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 3-cü bəndində nəzərdə tutulan öhdəliyi vaxtında icra etmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0.2% məbləğində penya hesablana bilər. Kreditin ödənilməsi üçün 21.12.2012-ci il tarixli məktubla cavabdehə müraciət olunmuşdur, lakin cavabdeh Banka olan borcunu ödəməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2iq(82)- 1297/2013 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Qlobal-Motors” firması ilə İddiaçı Kommersiya Bankl ASC arasında bağlanmış 28.09.2006-cı il tarixli, İFD- 05/06 saylı kredit müqaviləsinə xitam verilməsi, "xxxx" Firmasından ləğvetmədə olan İddiaçı Kommersiya Bankı ASC-nin xeyrinə 73000 manat əsas borc, 23703,20 manat əsas borca hesablanmış faiz borcu, 6898,50 manat penya, cəmi 103601,70 manat borc, habelə ödənilmiş 30 manat dövlt rüsumunun tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2iq(82)-1297/2013 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2iq(82)-1297/2013 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi. Cavabdeh “Qlobal-Motors” firması və Azərbaycan Respublikasının Sahibkarlığın X2 Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 28 sentyabr 2006-cı il tarixli N İFD-05/06 saylı kredit müqaviləsinə əsasənbank borc alan “Qlobal-Motors” firmasına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Xətti ilə 73000 manat məbləğində kredit vermişdir. - 28 sentyabr 2006-cı il tarixli Memoraila orderin surətinə əsasən SKMF xətti üzrə “Qlobal-Motors” firmasının hesabına 73000 manat kredit məbləği daxil olmuşdur. - 21 iyul 2014-cü il tarixli orderə əsasən “Qlobal-Motors” müəssisəsi tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun hesabına 73761 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun 12 iyul 2021-ci il tarixli, SİF-12/01-8/38 saylı məktubunda SKMF tərəfindən "xxxx" ASC vasitəsilə 27.06.2006-cı il tarixində “Qlobal-Motors” firmasının inşaat materiallarının istehsalınının inkişafı yönümlü investisiya layihəsinə 60 ay müddıtinə (40 ay güzəşt müddəti olmaqla) güzəştli kredit vəsaiti ayrılmışdır. Kredit üzrə faiz borcu 18.12.2006-cı il tarixindən 30.12.2009-cu il tarixinə qədər ödəniş qrafikinə uyğun olaraq, "xxxx" ASC tərəfindən fond qarşısında icra edilmişdir. Əsas borc üzrə öhdəlik isə gecikdirilməklə 21.07.2014-cü il tarixində “Qlobal-Motors” firması tərəfindən Fond qarşısında icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. - 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. İşə əlavə edilmiş mədaxil qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan borc məbləği tam ödənilmiş və hazırki dövrə ödənilməmiş borc qalmamışdır. Həmçinin, borcun ödənilməsi barədə 21 iyul 2014-cü il tarixli qəbzdə “ödənişin təyinatı” kimi yalnız əsas borcun deyil, “əsas və faiz borcunun tam ödənişi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.4-cü maddəsinə əsasən həmin sənəd pul öhdəliyinə tamamilə xitam verilməsini təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X1 Səhmdar Cəmiyyətinin “Qlobal-Motors” firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar