Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-223/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Məmmədli oğlunun, Cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişlərinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış Kredit Xətti müqaviləsinə 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşma, kredit Xətti müqaviləsinə dair 21 yanvar 2015-ci il tarixli 5 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 27 aprel 2015-ci il tarixli 6 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 aprel 2015-ci il tarixli 7 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 07 may 2015-ci il tarixli 8 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 may 2015-ci il tarixli 9 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 25 iyun 2015-ci il tarixli 10 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 iyul 2015-ci il tarixli 11 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 12 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 13 nömrəli Kredit sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Məmmədli oğlu iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı, kredit xətti müqaviləsinə 28 avqust 2014-cü il tarixli 1 saylı Əlavə Razılaşma, kredit Xətti müqaviləsinə dair 21 yanvar 2015-ci il tarixli 5 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 27 aprel 2015-ci il tarixli 6 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 aprel 2015-ci il tarixli 7 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 07 may 2015-ci il tarixli 8 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 may 2015-ci il tarixli 9 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 25 iyun 2015-ci il tarixli 10 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 iyul 2015-ci il tarixli 11 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 12 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 13 nömrəli Kredit sazişlərinə əsaslanmaqla pul tələbinə dair iddia mövcuddur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350). Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Göründüyü kimi iddiaçının istinad etdiyi pulun verilməməsi ilə bağlı hallar əqdlərin etibarsızlığı əsaslarına aid deyildir və Mülki Məcəllənin 329.1, 339, 340.1, 341,342, 343, 344, 345, 346, 349, 350-ci maddələrində göstərilən əsaslara heç bir halda aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-223/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-223/2022
13.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver