Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2968/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı və cavabdehlərin iştirakı olmadan, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış GL/0xx/xx/226634 saylı kredit və girov müqaviləsinin ləğv edilməsinə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin tam silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 21000 (iyirmi bir min) manat, 15 adda olan 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 21,67 qram olan boyunbağı, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 23,67 qram olan komplekt, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 4,20 qram olan üzük, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 9,56 qram olan komplekt, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 0,14 qram olan üzük, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 4,90 qram olan üzük, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 9,48 qram olan bir cüt sırğalar, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 4 qram olan lom, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 9,58 qram olan kulon, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 22,40 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 44,48 qram olan qolbağ, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 6,47 qram olan üzük, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 5 qram olan üzük, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 33,70 qram olan saat + qolbağ, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 32,38 qram olan boyunbağıdan ibarət qızıl-zinyət əşyalarının girovdan azad edilib ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları 25 aprel 2024-cü il tarixə, saat 12:30-a, 13 may 2024-cü il tarixə, saat 10:00 və 29 may 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Hazırlıq iclaslarında nə iddiaçının, nə də cavabdehin nümayəndələri iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclaslarının hər dəfə (20 gün, bir ay göstərməklə) təxirə salınmasını xahiş etmiş, lakin ərizədə qeyd olunan səbəblərə dair hərhansı sübutlar təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə üç məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi heç bir məhkəmə hazırlıq iclasına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə məlumat versə də, həmin səbəblərə dair heç bir sübut təqdim etməmişdir, məhkəmə tərəfindən iştirak etməməklərinin səbəbləri üzürlü hesab edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №2-2(113)-2968/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2968/2024
29.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver