Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-51/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı (əvvəlki adı “X2” QSC) ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq ödənişləri üzrə 5461.02 manat əsas, 4197.40 manat faiz, 4875.78 manat dəbbə pulu, cəmi 14534.20 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan 1 ədəd “FOTON FL958G” markalı yükləyicinin cavabdehdən geri alınaraq iddiaçıya verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinəaçıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı (əvvəlki adı “X2” QSC) ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq ödənişləri üzrə 5461.02 manat əsas, 4197.40 manat faiz, 4875.78 manat dəbbə pulu, cəmi 14534.20 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan 1 ədəd “FOTON FL958G” markalı yükləyicinin cavabdehdən geri alınaraq iddiaçıya verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (əvvəlki adı "X2' QSC) ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, 1 ədəd "FOTON FL958G” markalı yükləyici iddiaçıya lizinqə təhvil verilmiş və cavabdeh lizinqi müqaviləsi üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin 2 ildən çoxdur ki, cavabdeh lizinq ödənişlərini həyata keçirmir. Hazırda 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas lizinq haqqı borcu 5461,02 manat, faiz borcu 4197,40 manat, dəbbə pulu 4875,78 manat, cəmi borc 14534,20 manat təşkil edir. Lizinq müqaviləsinin 34-cü maddəsinə əsasən liznqalan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə lizinq verən müqaviləni birtərəfli qaydada xitam edə bilər. Lizinq müqaviləsinin ləğv edilməsi, pul məbləğlərinin və lizınq obyektinin geri qaytarılması barədə cavabdehə xx.xx.2018-ci il tarixdə müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziyaya heç bir cavab verməmişdir. 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 45-ci maddəsinə əsasən, bu Müqavilə üzrə tərəflərin borclarının və öhdəliklərinin müstəsna icra yeri Azərbaycan, Bakı şəhəridir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizəylə məhkəməyə müraciət edərək,işəonun iştirakı olmadan, təqdim etdiyi sənədlər əsasında baxılmasını və iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehin lizinq müqaviləsi üzrə borcu şişirdilmişdir, iddiaçı lizinq borcun 14534,20 manat təşkil edilməsini göstərsə də, göstərilən məbləğdə borcun yaranmasına dair hər hansı tutarlı sübut təqdim etməmişdir. İddiaçının tərtib etdiyi xx.xx.2018-ci il tarixli pretenziya məktubunda, cavabdehin hansı tarixlər üzrə ardıcıl olaraq iki dəfədən artıq lizinq haqqının ödəməməsi göstərilməmiş, abstrakt şəkildə “iki ildən artıqdır ki, ödənişlərin həyata keçirilməməsi” ifadəsi ilə cavabdehdən şişirdilmiş, qeyrimüəyyən borc məbləğlərinin ödənilməsi tələb edilmişdir. Halbuki, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə görə, borc məbləği 3000 manat civarında olmuşdur. Cavabdeh lizinq alan kimi lizinq verənin pretenziya və xəbərdarlıq məktublarından asılı olmayaraq müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödəniş qrafıkində razılaşdırılmış ödənişləri vaxtında ödəmək vəzifəsi daşısa da, bu hal iddiaçıya lizinq verən kimi prosessual qanunvericiliyin tələbinə əməl etmədən məhkəmədə iddia qaldırmaq hüququ vermir. Belə ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəçində həyata keçirilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsindən görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. Hazırki işdə iddiaçı lizinq müqaviləsinin ləğv edillməsini xahiş etmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. İddiaçı cavabdehə lizinq borcu ilə bağlı pretenziya göndərsə də, borcun hansı dövrü əhatə etməsi göstərilməmiş, borc qeyri-müəyyən, heç bir əsasa söykənməyən məbləğdən ibarət olmuşdur. Belə ki, lizinq müqaviləsinin 34-cü bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıqödənişi yerinə yetirməzsə, lizinqverən bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İşə əlavə olunmuş Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 2 saylı Əlavəsindən görünür ki, ödəmə qrafiki üzrə aylıq lizinq haqqı 1501 manat təşkil edir. İşə əlavə olunmuş maliyyə sənədlərindən və mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, lizinq borcu 3107 manat təşkil edir. Göründüyü kimi, lizinq borcu iki dəfədən artıq dövrü əhatə etmir. Belə olan halda, iddia tələbi lizinq əmlakının geri qaytarılması hissəsində də Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tələblərinə uyğun deyildir. Bundan əlavə, yaranmış lizinq borcun 1500 manat məbləği ödəmə qrafiki üzrə vaxtında ödənilsə də, həmin məbləğ sığorta ödənişi kimi Lizinq Əmlakının satıcısı olan “Qrand Motors” şirkəti tərəfindən ödəniş silinmişdir, digər 1500 manat məbləği isə müqavilə bağlandığı vaxt satıcı “Qrand Motors” şirkəti müqavilə qiymətinə əlavə edilməklə, özü ödəyəcəyini vəd etmişdir. Bununla yanaşı, cavabdeh ekspert rəyində göstərilən məbləği, yəni 3107 manat məbləğdə olan lizinq borcu ödəməyə razı olduğunu bildirmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti xx xxxx 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh xx xxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, iddiaçı, cavabdeh tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan iddiaçı və satıcı “GRAND MOTORS" məhdud məsuliyyətli cəmiyyəti arasında imzalanacaq alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş 1 ədəd "FOTON FL958G” markalı yükləyicinin cavabdehin xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq cavabdehə lizinqə verməyi, cavabdeh isə göstərilmiş alqı-satqı müqaviləsinin bütün müddəalarını qəbul etməyi və həmin müqavilədə müəyyən edilmiş Lizinq obyektinin növü, satıcısı, qiyməti, xüsusiyyətləri, o cümlədən, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, tesviri, ödəmə və təslim müddətləri ilə tamamilə qeyd-şərtsiz razı olmağı öhdələrinə götürmüşlər. Müqavilələrin 19-cu bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinqalan lizinq haqqını lizinqverənin hesabına ödəməzsə ödənişin Pozulması baş verir. Bununla Lizinqalan razılıq verir və öhdəsinə götürür ki, lizinq haqqının (əsas məbləğ və lizinq mükafatı-faizi) ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş lizinq haqqının 0,1 %-i məbləğində Cərimə faizi ödəyəcəkdir. xx xxxxxxx 2010-cu il tarixli Təhvil-təslim protokolunun surətindən görünür ki, iddiaçı tərəfindən 1 ədəd "FOTON FL958G” markalı yükləyici cavabdehə təhvil verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 5461.02 manat əsas, 4197.40 manat faiz, 4875.78 manat dəbbə pulu, cəmi 14534.20 manat təşkil etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(81)- 569/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı QSC-nin Cavabdeh MMC arasında imzalanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla, hazırda ödənilməli olan əsas və faiz borcunun nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16959 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödəniş cədvəli, hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinə olan əsas məbləğ borcu 0,00 manat, lizinq mükafatı borcu 0,00 manat, artıq ödəniş 5.627,00 manat olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(81)- 569/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı QSC-nin Cavabdeh MMC arasında imzalanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin restrukturizasiyasına əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla, hazırda ödənilməli olan əsas və faiz borcunun nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1055 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödəniş cədvəli, maliyyə arayışı məlumatları və xx xxxxxxx 2010-cu il tarixli, 4xx/xx/2010 saylı müqaviləsinin şərtlərinə, eləcə də xx.xx.2014-cü il tarixli restrukturizasiyaya əsasən Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcu ümumilikdə 3107,00 manatməbləğində müəyyən olunmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı, cavabdeh tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan iddiaçı və satıcı “GRAND MOTORS" məhdud məsuliyyətli cəmiyyəti arasında imzalanacaq alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş 1 ədəd "FOTON FL958G” markalı yükləyicinin cavabdehin xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq cavabdehə lizinqə verməyi, cavabdeh isə göstərilmiş alqı-satqı müqaviləsinin bütün müddəalarını qəbul etməyi və həmin müqavilədə müəyyən edilmiş Lizinq obyektinin növü, satıcısı, qiyməti, xüsusiyyətləri, o cümlədən, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, təsviri, ödəmə və təslim müddətləri ilə tamamilə qeyd-şərtsiz razı olmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 1 ədəd "FOTON FL958G” markalı yükləyici cavabdehə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili maliyyə lizinqi müqaviləsinə istinad edir. İddiaçı cavabdehdən daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 5461.02 manat, faiz üzrə 4197.40 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1055 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu borc ümumilikdə 3107,00 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunan rəylə müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16959 saylı rəyində göstərilən rəqəmlər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1055 saylı rəyi ilə və iş materialları ilə ziddiyyət təşkil edir. Buna görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16959 saylı rəyi ilə məhkəmə razılaşmır. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçıya olan borcu ümumilikdə 3107,00 manatməbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 3107,00 manatməbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 2 saylı Əlavəsindən görünür ki, ödəmə qrafiki üzrə aylıq lizinq haqqı 1501 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə cavabdehin iddiaçıya olan borcu ümumilikdə 3107 manat müəyyən olunmuşdur ki, bu halda lizinq borcu iki dəfədən artıq dövrü əhatə etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ümumilikdə borcu 3107 manat olması müəyyən edilir ki, göstərilən məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmaqla cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi şərtə əsasən müqavilə ləğv edilə və lizinq obyekti geri alına bilməz. Belə ki, cavabdehin iddiaçıya borcu tam şəkildə ödənilmişdir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq alan lizinq müqaviləsinin müddəti bitməmiş lizinq ödənişlərini, o cümlədən lizinq obyektinin əldə edilməsi üçün lizinq verənin çəkdiyi xərcləri və müqavilədən irəli gələn bütün digər ödənişləri verməklə lizinq obyektinə mülkiyyət hüququ əldə edir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 19-cu bəndinə əsasən lizinq haqqının (əsas məbləğ və lizinq mükafatı-faizi) ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş lizinq haqqının 0,1 %-i məbləğində cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4875.78 manat dəbbə pulu məbləği yaranmış 3107,00 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, lizinq ödənişləri üzrə 3107 manat, 100 manat dəbbə pulu, cəmi 3207 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (3207 manat) iddia tələbinin (14534.20 manat) 22 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6,6 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 23,4 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 400 manat məbləğində ekspertiza xərclərinin 88 manat məbləği cavabdehdən, qalan 312 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lizinq ödənişləri üzrə 3107 manat, 100 manat dəbbə pulu, cəmi 3207 manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 6,6 manat məbləği Cavabdehndən tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilsin, qalan 23,4 manat məbləği isə İddiaçı qapalı səhmdar cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 400 (dörd yüz) manat məbləğində ekspertiza xərclərinin 88 (səksən səkkiz) manat məbləği Cavabdehndən, qalan 312 (üç yüz on iki) manat məbləği isə İddiaçı qapalı səhmdar cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-51/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-51/2020
12.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver