Məhkəmə qərarları › İş №2-2(113)-79/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-79/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-79/2021 26.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsinin X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş 3485 manat məbləğində ziyanın, 18 mart tarixindən ödəniş olunan tarixə qədər hesablanmış zərər və həmin gündən hər günə gecikdirmələr üçün 1 % hesablanmasını və 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 fevral 2019-cu il Babək prospekti maşın bazarında kirayə götürdüyü 27 kv.m sahəsi olan ehtiyat hissələri dükanına qəfildən BMW 528 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə girmiş, nəticədə dükana və ona məxsus mallara ziyan dəymişdir. “xxxx” ASC-nin nümayəndəsi və Xətai DYP əməkdaşları hadisə yerinə gəlib hadisəni protokollaşdırıb şəkil, video məlumat götürmüşlər. “xxxx” ASC-nin nümayəndəsi və polis müfəttişi dəymiş zərərin smetasını hazırlayıb onlara təqdim etməyi xahiş etmişdir.O, 14 fevralda ona dəymiş ümumi zərəri hazırlayıb DYP və Xətai rayon Polis Bölməsinə təqdim etmişdir. 11 mart 2019-cu il tarixində o “xxxx” ASC-nin Nərimanov filialına yaxınlaşıb ödəniş olunması üçün bank kartını təqdim etmiş, lakin oradan bildirmişlər ki, sənədlər DYP-dən gəlməyib.O martın 12,13,14 hər gün oraya gedib sənədlərin onlarda olduğunu bildirmişdir. Çünki Azərpoçt zərfin çatdırıldığını bildirmişdir. Martın 15-i yenə “xxxx” ya gedib tələb etmişdir ki, axtarıb tapsınlar, süründürməçiliklə məşğul olmasınlar.Onun hər gün 2-3 saat burada vaxt keçirməyə vaxtı olmadığını bildirmişdir. Bir qədər sonra bəlli olmuşdur ki, sənədlər martın 11-də “xxxx” ASC-nin Nərimanov filialına daxil olmuş və səbəbsiz onun vaxtını almışlar. Martın 18-i yenidən həmin idarəyə gəlib işin gedişatını soruşmuşdur. Bildirmişlər ki, 18-i araşdıracaqlar və sənədlərdə çatışmayan satış obyektinin texniki pasportunu tələb etmişlər. Bildirmişdir ki, onun icarə müqaviləsi var və həmin sənədlə o vergi ödəyir, onun sənədləri DYP və X9 araşdırılıb və heç bir qüsur olmayıb. Həmin gün o “xxxx” ASC-nin Baş ofisinə gedib orada onların hüquqşünasları ilə görüşüb onların filiallarının süründürməçiliklə məşğul olduqlarını və onun sənədlərinin tam qaydasında olduğunu və zərərçəkmiş olduğunu bildirmişdir. Lakin oradan da bildirmişlər ki, kupça sənədi lazımdır. Həmin gün o Azərbaycan Respublikası Maliyyə nəzarəti palatasına gedib hadisəni danışıb şikayət ərizəsi yazmışdır. Oradan bildirmişlər ki, “xxxx” ASC-nin tələbləri əsassızdır, qanunsuzdur. Çünki icarə müqaviləsi var və Polis DYP zərərçəkmiş kimi onu təsdiqləyib. 01.04.2019-cu il o Maliyyə Palatasına yenidən gəlib ərizənin cavabını almışdır ki, dəymiş zərər ödəniləcək. “xxxx” ASC əsassız sənədlər tələb edir. Həmin gün “xxxx” ASC-nin Nərimanov filialına məktubun cavabına uyğun olaraq ödəniş etmələrini tələb etmiş və qüsur aktını ona vermələrini xahiş etmişdir. Lakin məlum olmuşdur ki, sığorta şirkəti ay keçməsinə baxmayaraq qüsur aktını hələ də tərtib etməyiblər. O israrla tələb etmişdir ki, ona qüsur aktını təqdim etsinlər. Çünki sığorta qanununa əsasən qüsur aktı hadisədən 3-4 iş günü ərzində tərtib olunmalıdır. Lakin cəmiyyətin əməkdaşları onunla kobud danışaraq oradan çıxıb getməyini və polis əməkdaşına onu çölə çıxarmağını tələb etmişlər. Axşam saatlarında ona WhatsApp vasitəsilə saxta qüsur aktı adı ilə bir sənədi şəkil formasında göndərmişlər - burada nə tarix, nə nəqliyyat vasitəsinin nömrəsi, möhür, nə də hansı obyekt kimə məxsus olduğu və zərərçəkmiş şəxsin məlumatları öz əksini tapmamışdır.Səhəri gün o həmin sığorta şirkətinə gəlmiş və onlardan ona göndərdikləri sənədin saxta olduğunu bildirmişdir. Həmin sənəddə ona dəymiş zərərin, sınmış, qırılmış malların heç yarısının qeyd olunmadığını bildirmişdir. Həmin gün Maliyyə Palatasına şikayət etmişdir. Bir neçə gündən sonra Maliyyə Palatasından 01.05.2019-cu tarixində cavab məktubu gəlmişdir. Orada qeyd olunmuşdur ki, 5 iş günü ərzində yenidən hesablanıb vətəndaşa dəymiş ziyan ödənilsin. Lakin bu günə qədər” xxxx” şirkəti tərəfindən heç bir hərəkət olmayıb. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cəmiyyətlə X6 arasında 13.02.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "BMW 528“ markalı. 90 l.D 625 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Zərər dəymiş əmlak "Üzeyir-2” kiçik müəssisəsi tərəfindən İddiaçı icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin surəti Cəmiyyətə təqdim edilsə də, icarə obyektinin icarəyə verən “Üzeyir-2" kiçik müəssisəsinin mülkiyyətində və ya sərəncamında olması barədə və ya sığorta marağını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Qeyd olunan sənədin təqdim edilməsinin vacibliyi tərəflərindən İddiaçı bildirilmişdir. Təqdim edilmiş icarə müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bağlanılmamışdır. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüquqa onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Lakin Cəmiyyətə təqdim edilmiş icarə müqaviləsi notariat qaydasında bağlanılmamış və bununla da icarəyə verənin həmin əmlakı icarəyə vermək hüququnun olması təsdiqlənməmişdir. İcarəyə verən “Üzeyir-2" kiçik müəssisəsinin həmin əmlaka mülkiyyət və ya sərəncam hüququnu təsdiqləyən hər hansı bir sənəd Cəmiyyətə təqdim edildikdən sonra müvafiq sığorta tədbirləri görüləcəkdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "Üzeyir-2” kiçik müəssisəsinə məxsus “BMW 528” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 13.02.2018-ci il tarixdə PAA********** saylı şəhadətnamə nömrəsi ilə “xxxx” ASC tərəfindən sığortalanmışdır. -12.11.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarədar” adlanan "Üzeyir-2” kiçik müəssisəsi ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə ünvanındakı obyektini “İcarəçi” İddiaçı icarəyə vermişdir. Aylıq icarə haqqı 189 manat müəyyən olunmuşdur. -Bakı şəhər BPİ Xətai rayon Polis İdarəsinin ***-**** saylı 01.03.2019-cu il tarixli arayışından görünür ki, 12.02.02019-cu il saat 16:00 radələrində X2 idarə etdiyi “BMW 528” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, maşın bazarı adlanan ərazidə qəzaya uğramışdır. Hadisə nəticəsində "Üzeyir-2” kiçik müəssisəsinə məxsus və icarə müqaviləsi əsasında əmlakdan istifadə edən X5 maddi zərər dəymişdir. Belə ki, R.Ə.Məmmədovun avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olduğu obyektdə hadisə nəticəsində bir sıra mallar yararsız hala düşmüşdür. -MN ******* nömrəli 02.02.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, 02.02.2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq sürücü X7 avtonəqliyyat vasitəsi ilə Babək prospekti maşın bazarı adlanan ərazidə qəzaya uğramış, nəticədə icarəçi X5 məxsus mağazanın şüşəsinə söykənən xırda avtomobil ehtiyat hissələrini sındırması ilə AR İXM-nin 3271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətdiyi üçün ona 40 manat cərimə tətbiq edilmişdir. - X3 AR Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı 25.04.2019-tarixli ərizədən görünür ki, 12.02.02019-cu il saat 16:00 radələrində X7 idarə etdiyi “BMW 528” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə idarəetməni itirərək Bakı şəhəri, Babək prospektində icarəyə götürdüyü mağazaya çırpılmışdır. Nəticədə ona 3485 manat məbləğində ziyan dəymişdir. Lakin cavabdeh “xxxx” ASC hadısə ilə bağlı mağazaya gəlməmiş və zərərlə bağlı heç bir qiymətləndirmə aparmamışdır. -X10 və Hüquq Şirkətinin 12.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 12.02.2019-cu il tarixdə BMW 528 markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 8-ci km maşın bazarında yerləşən avtomobil ehtiyat hissələri mağazasına və mağazada olan ehtiyat hissələrinə dəymiş ziyanın orta bazar qiyməti 3266 manat müəyyən olunmuşdur. -müstəqil sığorta esperti tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, dükan yerləşən əraziyə avtomobil idarəetməni itirərək çırpılmışdır.Zərbədən dükanın qapı və pəncərəsi, daxildə olan şüşə vitrin və müxtəlif çeşittə mallar zədələnmişdir. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 1549 AZN müəyyən olunmuşdur. -"Üzeyir-2” kiçik müəssisəsinin məhkəməyə ünvanladığı məktubdan müəyyən olunur ki, 12.02.2019-cu il tarixdə BMW 528 markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək İddiaçı (vöen **********) icarə müqaviləsi ilə 27kv metr istifadəsində olan Bakı şəhəri Xətai rayonu 8-ci km maşın bazarında yerləşən avtomobil ehtiyyat hissələri mağazasına daxil olması nəticəsində mağazaya və mağazada olan avtomobil ehtiyyat hissələrinə ziyan dəymişdir. İcarəçi İddiaçı tərəfindən 14.02.2019 tarixdə mağazaya dəymiş zərər (dükanın qapı və pəncərə çərçivəsi) tamamilə yenisi ilə bərpa olunmuşdur."Üzeyir-2” kiçik müəssisəsi “ATASİGORTA” açıq səhmdar cəmiyyəti tərəfindən dəymiş zərərin İddiaçı ödənilməsinə dair heç bir etiraz etmir və gələcəkdə bu hadisə ilə bağlı şikayət və iddiası olmayacaq. -Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspert rəyindən görünür ki, 12.02.2019-cu il tarixdə BMW 528 markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 8-ci km maşın bazarında yerləşən avtomobil ehtiyat hissələri mağazasına və mağazada olan ehtiyat hissələrinə dəymiş ziyanın orta bazar qiyməti 3266,70 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə görə təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmədə baxışında müəyyən edilmişdir ki, 12.02.2019-cu il tarixdə BMW 528 markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 8-ci km maşın bazarında yerləşən avtomobil ehtiyat hissələri mağazasına və mağazada olan ehtiyat hissələrinə zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qaimə-fakturaya əsasən dəymiş ziyan 3485 manat, cavabdeh tərəfindən təqdim edilən qüsur aktına görə dəymiş ziyan 1549 manat müəyyən olunsa da, məhkəmə ekspertizasının rəyində isə dəymiş ziyan 3266,70 manat göstərildiyindən, məhkəmə 31 mart 2021-ci-il tarixli 9/1056 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 3266,70 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş 3266,70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Məhkəmə hesab edir ki, icarə müqaviləsinin notariat qaydasında təsdiq edilməməsi sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməməsi üçün əsas ola bilməz Məhkəmə, sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədiyindən öhdəliyin gecikdirilməsinə görə tələb olunan faiz məbləği ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə dəqiq və aydın olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş 3266,70 manat məbləğində ziyanın və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3266,70 manat və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar