Məhkəmə qərarları › İş №2-2(115)-264/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-264/2023

26.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-264/2023 26.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Goranboy rayon Baxçakürd kənd Bələdiyyəsinin cavabdehlər X2 və Cavabdeh2nə qarşı “əmlakın cavabdehlərin öz vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Goranboy rayon Baxçakürd kənd Bələdiyyəsinin cavabdehlər X2 və Cavabdeh2nə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və əmlakın cavabdehlərin öz vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy rayon Baxçakürd Bələdiyyəsi ilə cavabdeh X4 arasında bağlanmış 16(12.9 hektar göl altında, 3.2 hektar örüş torpaq sahəsi) hektar sahəsinin 20 il müddətinə icarəyə verilməsinə dair 24 iyun 2004-cü il tarixli 08 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi və 12.9 hektar göl altında torpaq sahəsində hər iki cavabdehlərin birgə istifadə etdikləri suvarma məqsədilə suyu göldən qəbul edən nasosun cavabdehlər X1 və Azərbaycan Respublikası Meliorasiya və X6 Səhmdar Cəmiyyəti Cavabdeh2 öz vəsaitləri hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Goranboy rayon Baxçakürd kənd Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsl cavabdeh olan X4 ilə əvəz edilməsini, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğvi ilə bağlı tələblərini geri götürdüklərini bildirmiş, digər tələbi isə müdafiə edərək həmin tələblə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə,bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin cavabdehlər X2 və Cavabdeh2nə qarşı “əmlakın cavabdehlərin öz vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya şurasına müraciət etdikdən sonra məhkəmədə iddia qaldıra bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Goranboy rayon Baxçakürd kənd Bələdiyyəsinin cavabdehlər X2 və Azərbaycan Respublikası Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Cavabdeh2nə qarşı “əmlakın cavabdehlərin öz vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar