Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2777/2025 04.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Novasaratovka Bələdiyyəsinin (sabiq) sədri X4 arasında, Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş xx.xx.2020-ci il tarixli reyestr N-3M-82 nömrəli icarə müaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Novosaratovka kəndi ərazisində bələdiyyənin örüş sahələri olmuşdur ki, həmin sahələri keçmiş bələdiyyə sədri müxtəlif şəxslərə 15 il müddətinə icarəyə verilmişdir.xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X8 ərazi Torpaq müsabiqəsi və hərrc komissyasının 385N-1 №-li protokol və Novosaratovka Bələdiyyəsi ilə Cavabdeh arasında Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş xx.xx.2020-ci il tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsi əsasında 100 ha örüş sahəsinə dair Cavabdeh DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********6 qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdeh tərəfindən həmin örüş sahəsi alındığı gündən bu günkü günədək özünün məqsədləri üçün yox başqa məqsədlər üçün istifadə edilmişdir. Belə ki, cavabdeh hal-hazırda Göy-Göl rayonunda yaşamaqla özünün nə iri buynuzlu nədə ki, xırda buynuzlu mal qarası var. Cavabdehin həmin torpaq sahəsini məqsədli olaraq varlanmaq məqsədi ilə müxtəlif şəxslərə “subicarəyə” verməklə məşğul olur ki, buda digər heyvandarlıqla məşğul olan şəxslərin haqlı narazılıqlarına səbəb olur. Belə ki, Gədəbəy rayonu, dağlıq rayon olmaqla əhalinin əsas məşğuliyyəti əkinşilik və maldarlıqdır, Ərazidə 20-dən çox kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vardır ki, həmin şəxslər müraciət edərək heyvanlarını saxlamaq məqsədi ilə örüş sahəsi verilməsini bildirmişlər. Lakin Cavabdeh isə 100 ha örüş sahəsini varlanmaq məqsədi ilə Tovuz rayonu, Çeşməli kənd sakinləri X6, X7, X5 və X1 müəyyən miqdarda pul vəsaiti alaraq subicarəyə vermişdir ki, buda kənd sakinləri arasında böyük narazılıqlara səbəb olmuşdur. Həmin şəxslərin həmin ərazidən çıxarılmaları barədə dəfələ sözü gedən şəxslərə və həmin örüş sahəsini onlara subicarəyə vermiş Cavabdeh desələr də bu könüllü olaraq mümkün olmamışdır. Mən məcbur olaraq iddianın müfəqqəti təminat tədbirinin seçilməsi barədə Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin 16(042)-10/25 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsasında adlarını qeyd etdiyi şəxslərin bələdiyyənin mülküyyətinə verilmiş 100 ha örüş sahəsindən çıxarılması barədə qərardad qəbul olunmuş və Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.2025-ci il tarixdə cavabdehlərə məxsus olan heyvanlar ərazidən çıxarlaraq boşaldılmışdır. Cavabdeh həmin örüş sahəsini şəxsi maraqları üçün yəni varlanmaq məqsədi ilə almış və bugünk günə həmin məqsəd üçün istifadə etməyə çalışır. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Cavabdeh ilə Novosaratovka Bələdiyyəsinin sədri arasında Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş xx.xx.2020-ci il tarixli reyestr N-3M-82 nömrəli icarə müaviləsi ləğv edilməlidir.
3. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1227/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeyi
4. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlə bağlanmış müqavilə əsasında ərazini Anara öz heyvanlarını saxlamaq üçün vermişlər. Ancaq əraziyə baxanda orda başqa şəxsin heyvanlarının saxladığını aşkarlamışlar. Dəfələrlə heyvanların çıxarılmasını istəsələr də çıxartmadılar. Onlar Anardan heyvanların ona məxsus olması barədə sənəd istəsələr də, sənəd vermədi. Əraziyə baxış keçirəndə aktlaşdırma da aparmışlar və 2 dəfə akt yazmışlar. Cavabdeh 2700 manata onlarla müqavilə bağlasa da, başqa vətəndaşa daha baha qiymətə verib. Subicarə ilə bağlı sənədləri olmasa da, ərazini başqasına verdiyi üçün müqavilənin ləğv edilməsini xahiş edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh 100 hektar torpaq sahəsini hərrac vasitəsi ilə icarəyə götürmüşdür. Bələdiyyə ilə müqavilə də bağlanıb. Ancaq həmin ərazi ilə maraqlı olan Xəyal adlı şəxs aksiyon nəticələrini mübahisələndiribdir. İnzibati Məhkəmə aksionun nəticəsini ləğv edib. Bundan da apellyasiya şikayəti verilib. Onlar indiyə kimi həmin torpağın icarə haqqını ödəmişlər. Xəyal adlı şəxs torpaqdan istifadəyə mane olur. Bələdiyyə əsassız olaraq iddia qaldırıb. Cavabdeh həmin ərazini subicarəyə verməmişdir. Müqavilə 2035-ci ilə kimi qüvvədədir. Anar heyvanlarının dərmanlanması ilə bağlı Yevlax baytarlıq idarəsindən də məktub alıb. Ərazinin başqasına verilməsi ilə bağlı heç bir sübut yoxdur. Onlar heyvanların cavabdehə məxsus olması ilə bağlı arayış da təqdim ediblər. Gələn çoban özü də heyvan gətirir. Bələdiyyə gəlib çobanın heyvanlarını da sayır. Cavabdehin heyvanları ilə bağlı baytarlıqdan arayış da alıblar. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sadəcə əsassız iddialar verirlər. O, həmin ərazini subicarəyə verməmişdir. Nə də ki, heç kimə torpaq satmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Sübutların tədqiqi
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 275734 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı torpaq sahəsinin hüquq sahibi Novosaratovka bələdiyyəsidir.
8. xx.xx.2019-cu il tarixli, **********6 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha torpaq sahəsi Novosaratovka bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi MA seriyalı 011807 saylı şəhadətnamədən görünür ki, Cavabdeh sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan ******* kv.m (100,0 ha) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur və torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.
10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçınə məxsus Gədəbəy rayonu, Novosaratovka kəndi ünvanında yerləşən, ümumi sahəsi 100 ha olan torpaq sahəsi Cavabdeh Cavid oğluna icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən illik icarə haqqı 2700 manat, icarə müddəti xx.xx.2035-ci il tarixədək müəyyən edilmişdir.
11. İddiaçı 11 iyun 2025-ci il tarixli 10 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, İsmayıllı rayonu Qalagah kənd sakini Cavabdeh sabiq Novosaratovka bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat tarixli çıxarışla 15 illiyinə bağlanmış 100 ha bələdiyyə örüş torpağının icarə müqaviləsi Cavabdeh tərəfindən pozularaq ikinci ələ əsassız olaraq icarəyə verdiyi üçün ləğv olunması məqsədi ilə Gədəbəy Məhkəməsinə müraciət edilməsi, Anar Cavadov tərəfindən subicarəyə verilmiş Tovuz rayon Çeşməli kənd sakinləri Elxan Tağıyev və qardaşlarına məxsus olan 600 baş xırda buynuzlu və 60 baş iribuynuzlu mal-qaranı Qaraməmmədli bələdiyyəsinə məxsus "Şahnazar "adlı ərazidə yerləşən örüş sahəsindən çıxarılması üçün Gəncə Kommersiya Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır.
12. İddiaçı 12 iyun 2025-ci il tarixli 99 nömrəli müraciətindən görünür ki, Cavabdeh icarəyə götürmüş olduğu torpaq sahəsini icarə müqaviləsinin 7-ci bəndinin şərtlərini pozaraq Çeşməli kənd sakini X6 və onun qardaşlarına mal-qara saxlamaq üçün verdiyninə görə sabiq Novosaratovka Bələdiyyəsi tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməsi üçün Qaraməmmədli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 10 saylı qərarı ilə Gədəbəy rayon Məhkəməsinə müraciət olunması qeyd olunmuşdur.
13. Gədəboy rayonu Novosaratovka bələdiyyəsinə kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavastə mülkiyyətə, istifadəyə icarəyə verilməsi nəzərdə tumlan Novosaratovka kəndi ərazisində yerləşən ******* kv.m (100,0 ha) torpaq sahəsi barədə rəydən görünür ki, Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan ******* kvm (100 ha) torpaq sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təssərüfatı təyinatlı torpaqlar kateqoriyasına daxildir. 4-cü keyfiyyət qrupu banitet balı 35 uqodiyası örüş olmaqla icarə premetidir.
14. 01 iyun 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh Novosaratovka bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 07 saylı qərarı ilə icarəyə verilmiş sahəyə baxış keçirərkən həmin ərazidə mal-qara otaran X3 otardığı mal-qara sayılarkən 600 baş xırdabuynuzlu və 60 baş iribuynuzlu mal-qara otardığı müəyyən edilmişdir. Həmin mal– qaranın kimə məxsus olduğu soruşulduqda 450 baş xırda davarın, 40 baş iribuynuzlu malqaranın Anar Cavadova məxsus olduğu, 150 baş xırda davarın 20 baş iribuynuzlu malqaranın Tovuz rayonu Çeşməli kənd sakini X6 aid olduğu bildirilmişdir.
15. İddiaçı 02 iyun 2025-ci il tarixli 95 nömrəli arayışından görünür ki, İsamayıllı rayon Qalağan kənd sakini Cavabdeh icarəsində olan “Şahnazar” adlı sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qara aşkar olunmuşdur. Cavabdeh mal-qaranın vaksinasiya arayışlarını, Qida təhlükəsizliyindən heyvanların birkalanaraq qeydiyyata alınması və mütəxəssis gətirərək həmin torpaq sahəsində dəqiq ara nişanları qoyulması bildirilmişdir.
16. xx.xx.2025-ci il tarixli aktan görünür ki, borclular X9 və X5 məxsus xırda və iri buynuzlu heyvanlar ərazidən çıxarılaraq, heyvanların saxlanması üçün olan setkalar ərazidən çıxarılmışdır.
IV. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 704. İcarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Maddə 708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 708.3. İcarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. 712.2. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. Maddə 713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Maddə 719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Maddə 721. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğvi və təsviyəsi 721.1. Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. 721.2. Müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş torpağın hər hansı hissəsi üçün uzadılırsa, məhkəmə həmin hissə üçün icarə haqqını müəyyənləşdirə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
21. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
V. Məhkəmənin mövqeyi
a) İcarə müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı
23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
24. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
25. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2019cu il tarixli, **********6 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha torpaq sahəsi Novosaratovka bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2028-ci il tarixli 275734 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı torpaq sahəsinin hüquq sahibi Novosaratovka bələdiyyəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi MA seriyalı 011807 saylı şəhadətnaməsinə əsasən Cavabdeh sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan ******* kv.m (100,0 ha) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuş və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçınə məxsus Gədəbəy rayonu, Novosaratovka kəndi ünvanında yerləşən, ümumi sahəsi 100 ha olan torpaq sahəsi Cavabdeh Cavid oğluna icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən illik icarə haqqı 2700 manat, icarə müddəti xx.xx.2035-ci il tarixədək müəyyən edilmişdir.
26. Hazırda iddiaçı icarə müqaviləsinin ləğv edilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, cavabdeh ona icarəyə verilmiş bələdiyyə torpağını subicarəyə vermişdir.
27. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin qeyd olunan torpaq sahəsini başqa şəxsə subicarəyə verməsi ilə bağlı sübut təqdim edilməsi təklif edilsə də, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin başqa şəxslərə icarəyə verilməsi və gəlir götürülməsilə bağlı yazılı müqavilənin olmadığını, sübut kimi yalnız aktlara istinad etdiyini bildirmişdir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən torpaq sahəsinin başqa şəxslərə icarəyə verilməsi və gəlir götürülməsilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı qeyd olunan faktı sübut etməlidir. Qeyd olunan haldan istisna bir halda mümkündür ki, cavabdeh iddianı etiraf edə və torpaq sahəsini başqa şəxslərə icarəyə verdiyini qəbul edə. Lakin cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyindən və iddianı etiraf etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşür.
30. İddiaçı həmin faktı təsdiq edən sübut kimi aktların tərtib olunduğunu bildirmişdir.
31. Belə ki, iddiaçının istinad etdiyi 01 iyun 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh Novosaratovka bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 07 saylı qərarı ilə icarəyə verilmiş sahəyə baxış keçirərkən həmin ərazidə mal-qara otaran X3 otardığı mal-qara sayılarkən 600 baş xırdabuynuzlu və 60 baş iribuynuzlu mal-qara otardığı müəyyən edilmişdir. Həmin mal–qaranın kimə məxsus olduğu soruşulduqda 450 baş xırda davarın, 40 baş iribuynuzlu mal-qaranın Anar Cavadova məxsus olduğu, 150 baş xırda davarın 20 baş iribuynuzlu mal-qaranın Tovuz rayonu Çeşməli kənd sakini X6 aid olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixli akta əsasən isə borclular X9 və X5 məxsus xırda və iri buynuzlu heyvanlar ərazidən çıxarılaraq, heyvanların saxlanması üçün olan setkalar ərazidən çıxarılmışdır.
32. Məhkəmə qeyd edir ki, qeyd olunan aktlar torpaq sahəsinin cavabdeh tərəfindən başqa şəxslərə subicarəyə verilməsini təsdiq etmir. Belə ki, yuxarıda qeyd olunan aktlardan görünür ki, əraziyə baxış keçirilərkən cavabdehin özünə məxsus olan 450 baş xırda davarın və 40 baş iribuynuzlu mal-qaranın olduğu aşkar edilmişdir. Əgər torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxs icarəyə verilsəydi ona məxsus heyvanlar həmin ərazidə olmazdı. Digər tərəfdən, iddiaçının istinad etdiyi xx.xx.2025-ci il tarixli aktın tərtib olunmasından sonra İddiaçı tərəfindən 1 gün sonra, yəni 02 iyun 2025-ci il tarixdə 95 nömrəli arayış tərtib olunmuş və arayışda İsamayıllı rayon Qalağan kənd sakini Cavabdeh icarəsində olan “Şahnazar” adlı sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qara aşkar olunmuşdur. Cavabdeh mal-qaranın vaksinasiya arayışlarını, Qida təhlükəsizliyindən heyvanların birkalanaraq qeydiyyata alınması və mütəxəssis gətirərək həmin torpaq sahəsində dəqiq ara nişanları qoyulmasının bildirildiyi qeyd olunmuşdur.
33. Göründüyü kimi həmin hadisədən sonra bələdiyyə tərəfindən şəxsən arayış tərtib edilərək, “Şahnazar” adlı sahənin Cavabdeh icarəsində olması və sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qaranın aşkar olunduğu qeyd olunmuş və mal-qaranın vaksinasiyaları barədə hətta cavabdehə tövsiyyələr verilmişdir.
34. Belə olan halda iddiaçı tərəfindən ərazinin cavabdehin istifadəsində olması və mal-qaranın cavabdehə məxsus olmasının bildirilməsi öz-özlüyündə iddia tələbinin əsaslılığını inkar edir.
35. Bundan əlavə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəalarından görünür ki, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmçinin, Mülki Məcəllənin 712-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə vermək və o cümlədən ikinci əldən icarəyə vermək hüququnun olmadığı qeyd olunmuşdur.
36. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə dəlillər əsassızdır və iddiaçı iddia tələbini təmin etmək üçün yetərli sübutları məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu sadəcə olaraq onun izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yarıaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Buna görə də məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğvi üçün heç bir əsas olmadığından iddia təmin edilməməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
39. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli