Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-398/2024 02.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı notarial qaydada verilmiş razılığın etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunaraq Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında istifadədə olan 0,009 ha torpaq sahəsində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 199,2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair Gəncə 2 saylı notariat kontorunda verdiyi razılıq ərizəsinin etibarsız hesab edilməsinə, Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi həmin qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə və cavabdehlər Bank "xxxx" ASC-dən və Gəncə şəhər 2 saylı notariat kontorundan yetirilmiş mənəvi zərərin ədalətli ödənilməsi müqabilində hər birindən xeyirinə 5000, cəmi 10000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(125)-7797/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2nə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı notarial qaydada verilmiş razılığın etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(125)-7797/2023 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı notarial qaydada verilmiş razılığın etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. “Elektron məhkəmə informasiya” sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı fərdi sahibkar statusuna malik deyil, o vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmçinin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Məhkəmə hesab edir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan ikisi, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Ona görə də hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmçinin məhkəmə qeyd edir ki, ipoteka qoyan və borcalan Cavabdeh3 vergi ödəyicisi olmaqla kreditin ona biznes məqsədi ilə verilməsi hazırki mübahisəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə olmasına dəlalət etmir. Belə ki, iddiaçının tələbi Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin ipoteka qoyulması ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlıdır. Yəni burada tərəflər arasında hər hansı sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı notarial qaydada verilmiş razılığının etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-398/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-398/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver