Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-5/2021 09.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9761,20 manat əsas borc, 7713,76 manat cərimənin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 17504,96 manat pul vəsaitinin Cavabdeh tutularaq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 79-LD/12 saylı, xx.xx.2012-ci il tarixli 87-LD/12 saylı və xx.xx.2012-ci il tarixli 97- LD/12 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 24 baş Holştin-friz cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 19975,83 (on doqquz min doqquz yüz yetmiş beş manat 83 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir.Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixinədək 22549,67 (iyirmi iki min beş yüz qırx doqquz manat 67 qəpik) manat ödəməli olduğu halda, 12788,45 (on iki min yeddi yüz səksən səkkiz manat 45 qəpik) manat ödəniş olunmuş və müqavilə üzrə həmin tarixədək 9761,20 (doqquz min yeddi yüz altmış bir manat 20 qəpik) manat borcu qalmışdır.Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh xx.xx.2019-cu il tarixə yaranmış 5046 manat əsas borcun, 13194 manat 32 qəpik cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh vəsətəti təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 10633 nömrəli məhkəmə ekspertiza rəyinə əsasən xx xxxxxxxx 2012-ci il tarixli 79-LD/12 saylı, xx xxxxxx 2012-ci il tarixli 87-LD/12 saylı və xx xxxxxx 2012-ci il tarixli 97-LD/12 saylı damazlıq heyvanlarının güzəştli qaydada lizinqə verilməsi barədə lizinq müqavilələri üzrə Cavabdeh xx xxxxxx 2019-cu il tarixə (iddia ərizəsinə dəqiqləşdirmə verilən tarixə) İddiaçı ASC-yə olan borcu 18240 manat 32 qəpik müəyyən edilmiş, o cümlədən əsas borcu 5046 manat, cərimə borcu 13194 manat 32 qəpik göstərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 9761 manat 61 qəpik əsas borcun, 17785 manat 39 qəpik cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 27577 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında vəsatət verərək bildirdi ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən xx xxxxxxxx 2012-ci il tarixli, 79-LD/12 saylı, xx xxxxxx 2012-ci il tarixli, 87-LD/12 saylı və xx xxxxxx 2012-ci il tarixli, 97-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə lizinq müqavilələri üzrə Cavabdeh xx xxxxxx 2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 5046,0 manat əsas borcu, 13194,32 manat cərimə borcu olmaqla cəmi 18240,32 manat məbləğində borcun olması müəyyən edilmişdir. Cavabdehin borcu artdığından, ekspertizanın rəyi ilə razılaşmayaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(115)-6/2020 nömrəli qərardadı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 79-LD/12 nömrəli müqavilədən görünür ki, iddiaçı 3 baş damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verilmişdir. Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1303,23 manat məbləği əvvəlcədən iddiaçıya ödəmiş, qalan 3877,07 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 87-LD/12 nömrəli müqavilədən görünür ki, iddiaçı 10 baş damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verilmişdir. Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 8835,38 manat məbləği əvvəlcədən iddiaçıya ödəmiş, qalan 8835,38 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 97-LD/12 nömrəli müqavilədən görünür ki, iddiaçı 11 baş damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verilmişdir. Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 9837,22 manat məbləği əvvəlcədən iddiaçıya ödəmiş, qalan 9837,23 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(115)-6/2020 nömrəli qərardadı ilə iddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında xx xxxxxxxx 2012-ci il tarixli, 79-LD/12 saylı, xx xxxxxx 2012-ci il tarixli, 87- LD/12 saylı və xx xxxxxx 2012-ci il tarixli, 97-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə lizinq müqavilələri üzrə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixinə İddiaçı ASC-yə olan əsas və cərimə borcu nə qədərdir sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4748 nömrəli rəyindən görünür ki, maliyyə arayışı məlumatlardan, tərəflər arasında imzalanmış xx xxxxxxxx 2012-ci il tarixli, 79-LD/12 saylı, xx xxxxxx 2012-ci il tarixli, 87- LD/12 saylı və xx xxxxxx 2012-ci il tarixli, 97-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə lizinq müqavilələrinin qeyd edilən şərtləri üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxxxx 2020-ci il tarixə olan borcu 27.546,52 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 9761 manat 22 qəpik əsas borc, 200 manat cərimə borcu, cəmi 9961 manat 22 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «Aqroservis» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 245 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9761 manat 22 qəpik əsas borc, 200 manat cərimə borcu, cəmi 9961 manat 22 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «Aqroservis» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 245 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-5/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-5/2021
09.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver