Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-240/2024 13.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2021-ci il tarixdə vergi orqanları vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə tətbiq edilən 647,5 manat məbləğində sanksiya üzrə cərimə, həmin cərimə artıbsa, artan məbləğ də nəzərə alınmaqla cavabdehdən və onun direktoru Xdan iddiaçının xeyrinə tutulması, iddia ərizəsi verilən zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, eləcə də, cəriməyə səbəb olmuş xx.xx.2020-ci il tarixli 03/08 nömrəli xidmət müqaviləsinin etibarsız əqd hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdə vergi orqanları vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə tətbiq edilən 647,5 manat məbləğində sanksiya üzrə cərimə, həmin cərimə artıbsa, artan məbləğ də nəzərə alınmaqla cavabdehdən və onun direktoru Xdan iddiaçının xeyrinə tutulması, iddia ərizəsi verilən zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, eləcə də, cəriməyə səbəb olmuş xx.xx.2020-ci il tarixli 03/08 nömrəli xidmət müqaviləsinin etibarsız əqd hesab edilərək ləğv olunması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd edilib ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə də əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehə qarşı yönələn tələb dedikdə dəqiq və aydın ifadə edilmiş tələb nəzərdə tutulur ki, hazırki iş üzrə müəyyən olunduğu kimi iddia ərizəsində cavabdehə qarşı yönəlməli olan tələb dəqiq və aydın deyildir. Belə ki, iddiaçı 647,5 manat məbləğində sanksiya üzrə cərimənin tutulması tələbi ilə yanaşı həmin cərimə məbləğinin artacağı təqdirdə artan məbləğin də nəzərə alınmasını tələb edir ki, göründüyü kimi konkret olaraq nə qədər pulun tutulmalı olmasını müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, cavabdehə qarşı tələbin yönəldilməsi hüququ iddiaçıya məxsusdur, tələblərdən hər hansısa birinin seçilməsi hüququ məhkəməyə məxsus deyildir və məhkəmə tərəflər arasında yaranmış cavabdehə qarşı yönəlmiş qəti tələbə baxaraq yekun nəticə verir. Bu baxımdan iddiaçı tələbini dəqiqləşdirməli və cavabdehə qarşı yönəltmək istədiyi dəqiq tələbi irəli sürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə cavabdehin VÖEN-i mövcud olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun iddia ərizəsi və ona əlavə sənədlərin, eləcə də, pretenziya sənədinin cavabdehə çatdırılması və bunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2021-ci il tarixdə vergi orqanları vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə tətbiq edilən 647,5 manat məbləğində sanksiya üzrə cərimə, həmin cərimə artıbsa, artan məbləğ də nəzərə alınmaqla cavabdehdən və onun direktoru Xdan iddiaçının xeyrinə tutulması, iddia ərizəsi verilən zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, eləcə də, cəriməyə səbəb olmuş xx.xx.2020-ci il tarixli 03/08 nömrəli xidmət müqaviləsinin etibarsız əqd hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-240/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-240/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver