Məhkəmə qərarları › İş №2-2(117)-273/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-273/2020

17.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-273/2020 17.07.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, X1 Dövlət Komitəsinin (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: X1 Dövlət Komitəsi Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət edərək “tərəflər arasında bağlanmış, Şəki şəhəri, M.F.Axundov prospekti, 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsinin (ümumi sahəsi-186.6 kv.m) və 1754,4 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3238 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlakı Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)-726/2020 nömrəli qərardadı ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs kimi vergi orqanlarında qeydiyyatı əsas götürülərək iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-in qeyd edilən 10-1-ci maddəsi kommersiya məhkəməsinin icraat qaydasını müəyyən etdiyindən və imperativ norma olduğundan həmin norma hazırkı iş üzrə icraatda da məcburidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, kommersiya mübahisələri üzrə icraatın elektron qaydada aparılması qanunvericiliyin tələbi olduğundan iddiaçı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Dövlət Komitəsinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış, Şəki şəhəri, M.F.Axundov prospekti, 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsinin (ümumi sahəsi-186.6 kv.m) və 1754,4 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3238 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlakı Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar