Məhkəmə qərarları › İş №2-2(117)-311/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-311/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-311/2020 23.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170X3 Dövlət Xidmətinin Cavabdeh qarşı “Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən sahəsi 220,6 m2 olan 80 saylı idman malları mağazası və 261,2 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 3931 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 3450 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən sahəsi 220,6 m2 olan 80 saylı idman malları mağazası və 261,2 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 3931 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 3450 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini imzalayan R.Cəlilova xx.xx.2020-ci il tarixdən sonra səlahiyyət verilməsinə dair sənəd mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi Rafiq Cəlilov tərəfindən imzalansa da, sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə sübutlar, habelə onun nümayəndə olmasını təsdiq edən etibarnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Hazırkı işin araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli iddia ərizəsi X4 tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə X4 xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilən xx.xx.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr, və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyildir. Buna baxmayaraq, hazırkı iş üzrə iddia ərizəsini imzalamış Rafiq Cəlilov iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli əmrini məhkəməyə təqdim etmişdir ki, həmin əmrlə ona Əmlak Məsələləri Dövlət Xidmətinin deyil Əmlak Məsələləri Dövlət Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Şərh olunduğu kimi isə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdə qüvvəsini itirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi xx.xx.2020 tarixdən sonra xx.xx.2020-ci il tarixdə R.Cəlilov tərəfindən imzalandığından və xx.xx.2020ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin adından R.Cəlilovun iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığından və bununla da iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələblərinə riayət etməklə yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170X3 Dövlət Xidmətinin Cavabdeh qarşı “Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən sahəsi 220,6 m2 olan 80 saylı idman malları mağazası və 261,2 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 3931 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 3450 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar