Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-33/2025 12.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və X2rşı “qanunsuz zəbt olunmuş yeraltı keçidin boşaldılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və X2rşı “cavabdeh və üçüncü şəxs X1 tərəfindən qanuna zidd olaraq MKT İB-nin balansında olan zəbt etdikləri yeraltı keçidin boşaldılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmədiyindən hazırkı qərardadı qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7-ci bəndinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ötən tarixlərdə keçirilən məhkəmə hazırlıq iclaslarında və hazırda keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş və işə iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə baxış iclasında işə mahiyyəti üzrə baxılmamasını tələb etmədiklərini qeyd etmişdir. İddiaçı tərəfin təkrar məhkəmə iclasında iştirak etməməsini, habelə işə iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməməsini, cavabdeh tərəfin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı dövlət təşkilatı olduğundan iddia ilə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və X2rşı “cavabdeh və üçüncü şəxs X1 tərəfindən qanuna zidd olaraq MKT İB-nin balansında olan zəbt etdikləri yeraltı keçidin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-33/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-33/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver