Məhkəmə qərarları › İş №2-2(119)-112/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-112/2020

11.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-112/2020 11.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Namazov Mahəddin Vahid oğlunun iştirakı ilə, iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-112/2020 nömrəli mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxx 2017-ci ildə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Qaravəlli Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 07 saylı qərarı ilə Qaravəlli kənd ərazisində yerləşən 20 ha örüş sahəsinin icarəyə verilməsinə dair Bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2005-ci il tarixli müqavilənin və Cavabdeh1 adına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7692, KOD 41013028 saylı şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin həmin iddiası təmin edilmişdir. Həmin Qətnamədən verilmiş apelyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və məlum mülki iş aidiyyəti üzrə iqtisadi qaydada baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin mülki iş xx xxxxxx 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur (2-2(119)-112/2020 nömrəli mülki iş). Eyni zamanda, xx xxxxxx 2019-cu ildə iddiaçı Cavabdeh1 da cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Şamaxı rayon Mirikənd Bələdiyyəsinin onun xüsusi mülkiyyətində olan Şamaxı-Meysəri yolunun sol kənarında yerləşən 8 ha torpaq sahəsindən və daimi istifadəsində olan 20 hektar torpaq sahəsindən çıxarılması, tikililərin bərpa edilməsi və əldən çıxan 100000 manat məbləğində faydanın cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-42/2020 nömrəli mülki iş). 2-2(119)-112/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh1 nümayəndəsi X1 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin və digər cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X3 nümayəndələri gəlməmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X1 vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-112/2020 nömrəli mülki işlə iddiaçı Cavabdeh1 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə olan e-2-2(119)-42/2020 nömrəli mülki iş mübahisə predmetinə və tərəflərinə görə bir-biri ilə əlaqəli olduğu üçün həmin işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı və iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə olan 2-2(119)-112/2020 nömrəli mülki iş iddiaçı Cavabdeh1 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə olan e-2-2(119)-42/2020 nömrəli mülki işlə bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki işə e-2-2(119)-42/2020 nömrəsi verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə olan 2-2(119)-112/2020 nömrəli mülki iş iddiaçı Cavabdeh1 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə olan e-2-2(119)-42/2020 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işə e-2-2(119)-42/2020 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar