Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-139/2022 30.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi İddiaçı poçt xidməti vasitəsi ilə kağız daşıyıcıda cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Bələdiyyə Şurasına, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmış və bununla da, həmin iş üzrə 19 fevral 2021-ci il tarixli yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qərardaddan şikayət verilmiş olsa da, birinci instansiya məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində həmin qərardad qüvvəsində saxlanılmışdır. Lakin, 2021-ci ildə Sumqayıt Kommersiya Məhkəməsində mahiyyəti üzrə baxılaraq, müvafiq məhkəmə qərardadı çıxarılmaqla baxışı yekunlaşdırılmış (geri qaytarılmış) həmin kommersiya işi 2021-ci ilin sonunda yekun məhkəmə aktı qəbul edilməmiş kommersiya işi kimi 2022-ci ildə 2-2(119)-139/2022 nömrə ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində səhvən qeydiyyata alınmışıdr. Halbuki, İddiaçı tərəfindən cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Bələdiyyə Şurasına, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-415/2021 nömrəli kommersiya işi üzrə məhkəmə icraatı Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə yekunlaşdırılmış olduğundan, həmin iş yeni nömrə verilməklə qalıq iş kimi 2022-ci ilə keçirilə bilməzdi. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-139/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-139/2022
30.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver