Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-17/2020 09.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsinə və cavabdeh “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə məhkəmə prosesi zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia və qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasına təkrarən gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya işi üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına təkrarən gəlmədiklərindən – iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsinə və cavabdeh “Qaraəhmədli LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı “Qaraəhmədli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-17/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-17/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver