Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-302/2021 18.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi iddiaçı İbrahı̇ mov Mənsur Nəmətulla oğlunun, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçılar İbrahı̇ mov Mənsur Nəmətulla oğlu və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Abbasov Samı̇ r Tahı̇ r oğluna və Şabran Rayon Dövlət Notarı̇ at Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 18.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili S.Məmmədov məhkəməyə iddiaçının iddia ərizəsinin qaytarılmasıl barədə ərizəsini təqdim edərək, qarşı tərəflə razılıq əldə edildiyini, işin məhkəmədən kənar tənzimlənməsi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 cavabdehlə görüşdüyünü və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün razılıq əldə edildiyini bildirərək həm şəxsən öz adından, həmdə digər iddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru kimi ərizənin təmin edilməsini, hazırkı işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili L.Bədəlova işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək idda ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsinin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçılar İbrahı̇ mov Mənsur Nəmətulla oğlu və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Abbasov Samı̇ r Tahı̇ r oğluna və Şabran Rayon Dövlət Notarı̇ at Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-302/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-302/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver