Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-328/2022 01.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 15 noyabr 2021-ci ildə Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(060)-487/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair 2(060)-487/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin Qərardadda işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24, 26, 31 və 32-ci maddələrinə istinad edilməklə, “iş üzrə tərəflər vergi ödəyicisi olmaqla, onların arasında yaranan mübahisənin sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisə olması” ilə əsaslandırılmışdır. Məhkəmə, İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair işin materialları ilə tanış olub hesab edir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlsə də, Sumqayıt Şəhər Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün hazırkı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir (mübahisənin kommersiya mübahisəsi olması və hazırkı mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən mübahisələndirilmir). Belə ki, iş materiallarındakı sənədlərlə (iş vərəqi: 23-25, 50, 86, 89) və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, iş üzrə Cavabdeh qeydiyyat ünvanı “ünvan 1eydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh qeydiyyat ünvanı “ünvan 2ğlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsidir. Ona görə də, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Çünki, Tərtər rayonu ərazi aidiyyətinə görə Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-328/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-328/2022
01.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver