Məhkəmə qərarları › İş №2-2(119)-436/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-436/2020

24.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-436/2020 24.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı cavabdehlər Cavabdeh1 şəbəkəsinin direktoru Cavabdeh2 və digərlərinə qarşı təkzib məktubunun təqdim edilməsi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 şəbəkəsinin direktoru Cavabdeh2 və digərlərinə qarşı təkzib məktubunun təqdim edilməsi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı fiziki şəxsdir. Həmçinin, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gəlir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı üçün hazırkı iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. İddiaçı izah olunmalıdır ki, o, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydə alındığı rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim iddia ərizəsini qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır vəişə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 şəbəkəsinin direktoru Cavabdeh2 və digərlərinə qarşı təkzib məktubunun təqdim edilməsi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə (cavabdehlərdən birinin rəsmi qeydə alındığı rayon (şəhər) məhkəməsinə) müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar