Məhkəmə qərarları › İş №2-2(119)-504/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-504/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-504/2023 19.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hazırkı adı İddiaçı) Cavabdehnə qarşı “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1 ünvanında yerləşən iddiaçıya məxsus, icarəyə verilmiş sahənin Cavabdeh öz hesabına boşaldılaraq əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, təhvil verənədək Cavabdehnə icarə borcunun hesablanması, həmçinin Cavabdeh 01 saylı, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli 34 saylı icarə müqavilələrinin ləğv olunması və müqavilə şərtlərini pozaraq yaranmış icarə haqqı və kommunal xərcləri (elektrik enerjisi, su) haqlarına görə 86004 manat pul vəsaitinin, 31 manat dövlət rüsumunun (cəmi 86035 manat) dəymiş zərərə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)-318/2018 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiası təmin olunmuşdur. Cavabdeh tərəfindən 28 mart 2023-cü il tarixdə ərizə ilə müraciət olunaraq həmin qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən baxılması məhkəmədən xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)-5204/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2- 2(85)-318/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək məhkəmə baxışı iclasında mahiyyəti üzrə baxılması 19 aprel 2023-cü il tarixə təyin olunmuşdur. 19 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar