Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-510/2021 26.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə daxil olmuş İddiaçı Əlı̇ ş qızının Cavabdeh qarşı borcun və sair xərclərin ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun və sair xərclərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 26.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim edərək, hazırkı mərhələdə yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsinin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı Əlı̇ ş qızının Cavabdeh qarşı borcun və sair xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-510/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-510/2021
26.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver