Məhkəmə qərarları › İş №2-2(119)-542/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-542/2021

07.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-542/2021 07.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı “təsis payının alqı-satqı müqaviləsinin ləğv edilməsixxxxkommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “təsis payının alqı-satqı müqaviləsinin ləğv edilməsixxxxkommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi öhdəliyinin qoyulması” (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsixxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsixxxxAzərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə kommersiya qurumunun dövlət reyestrində dəyişiklik edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçinin İddiaçı qeyd edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki (iddia ərizəsinin məzmunu olduğu kimi qeyd edilir), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İddiaçıxxxxCavabdeh 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqısatqı müqaviləsi” bağlamışlar. “xxxx” MMC (VOEN **********) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 29.05.2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə təsdiq edilmiş Nizamnamə əsasında qeydiyyatdan keçmişdir. “xxxx”xxxxtəsisçisixxxxtəmsilçisinin İddiaçı olması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 30.08.2017-ci ildə Kommersiya qurumunun Dövlət reyestrindən **********355700 №-li Çıxarış verilmişdir. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Kommersiya qurumunun Dövlət reyestrindən verilmiş 04.12.2019-cu il tarixli **********108800 №-li Çıxarışdan görünür ki, “xxxx”xxxxtəsisçisi Cavabdeh, təmsilçisi isə Nümayəndə2dur. Həmin Müqavilənin 1.3-cü bəndindən görünür ki, “xxxx”xxxx10 (on manat) Nizamnamə kapitalında 100% miqdarında 2 (iki) paya məxsus təsisçisi İddiaçı “xxxx”xxxxNizamnamə kapitalında ona məxsus olan 10 (on) manat həcmində 2 (iki) payı Cavabdeh 10 (on) manata satır. Həmin Müqavilənin 1.4-cü bəndindən görünür ki, iddiaçı bu Müqavilənin 1.3cü bəndində göstərilən tam payı ilə yanaşı “xxxx”xxxxadına olan Nişasta zavodunun inşası məqsədilə Göygöl rayonu ərazisində istifadəsinə verilmiş 20 (iyirmi) hektar torpaq sahəsinə dair Göygöl rayon İcra Hakimiyyəti Başçısının 109 №-li 23 avqust 2017-ci il tarixlixxxx20 №-li 16 mart 2019-cu il tarixli Sərəncamları, həmin Sərəncamlardan irəli gələn, o cümlədən Nişasta zavodunun inşasına dair verilmiş bu Müqaviləyə 1 saylı Əlavədə müəyyən edilən bütün sənədləri Cavabdehə təqdim edir. Həmin Müqavilənin 1.4cü bəndindən görünür ki, Cavabdeh “xxxx”xxxxhüquqixxxxfiziki şəxslər qarşısında yaranmış bu Müqaviləyə 2 saylı Əlavəyə müəyyən edilən borc öhdəliklərini qəbul edir. 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin 14.-cü bəndinə əsasən İddiaçıxxxxCavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavədən görünür ki, İddiaçıxxxxCavabdeh “Təsis payının alqı-satqısı” barədə 02 noyabr 2019-cu il tarixli Müqaviləyə 2 saylı aşağıdakı Əlavənin edilməsi barədə razılığa gəlmişlər. 2 saylı Əlavənin 1-ci bəndindəki borcluların siyahısından görünür ki, 6 (altı) nəfər borcluya 585650 manat qaytarılmalıdır. 2 saylı Əlavənin 2-ci bəndinə əsasən, həmin Əlavədə müəyyən edilən borclular qarşısında “xxxx”xxxxöhdəlikləri borcluların İddiaçı qarşı hər hansı tələbinin olmaması barədə notariat qaydasında alınmış ərizələri “Müəssisədəki payın alqı-satqısı barədə” 02 noyabr 2019-cu il tarixli müqaviləyə əlavələrin imzalandığı 27 noyabr 2019-cu il tarixdən 30 (otuz) gün müddətində bağlandıqdan 7 gün müddətində Cavabdeh tərəfindən İddiaçı təhvil verilir. 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqısatqı müqaviləsi”nin 14.-cü bəndinə əsasən İddiaçıxxxxCavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəyə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 27 noyabr 2019-cu il tarixli 1 saylı Sazişdən görünür ki, İddiaçıxxxxCavabdeh “Təsis payının alqısatqısı” barədə 02 noyabr 2019-cu il tarixli Müqaviləyə 2 saylı Əlavəyə aşağıdakı əlavəxxxxdüzəlişlərin edilməsi barədə razılığa gəlmişlər. 2 saylı Əlavəyə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 1 saylı Sazişin 1-ci bəndindəki borcluların siyahısından görünür ki, 23 nəfər borcluya ******* manat borc qaytarılmalıdır. 2 saylı Əlavəyə 1 saylı Sazişin 3-cü bəndindən görünür ki, “Təsis payının alqı-satqısı barədə” 02 noyabr 2019-cu il tarixli Müqaviləyə 2 saylı Əlavəxxxx2 saylı əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 1 saylı Sazişdə qeyd edilən hüquqixxxxfiziki şəxslər üzrə siyahıda göstərilən ******* (iki milyon iki yüz on min) manat borc məbləğlərindən əlavə hər hansı (istər bank vasitəsilə, istərsə də kassa mədaxil qəbzləri üzrə) vəsaitin qəbulu aşkar edilərsə, “xxxx”xxxxkeçmiş təsisçisi İddiaçı məsuliyyət daşıyırxxxxhəmin ödəmələrə cavabdehdir. Cavabdeh “Təsis payının alqı-satqısı barədə” 02 noyabr 2019-cu il tarixli müqaviləyə 2 saylı Əlavəxxxx2 saylı əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 1 saylı Sazişdə müəyyən edilən öhdəliklərini icra etməmişdir. Cavabdehə həm İddiaçı, həm də “xxxx”xxxxdirektoru Nümayəndə2 tərəfindən müqavilə öhdəliklərinin icra etməməsi barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nəinki müqavilə öhdəliklərini icra edir, habelə “xxxx”xxxxfəaliyyətinin təmin edilməsi ilə əlaqədar MMC-yə hər hansı təsisçi payı vermirxxxxnəticədə MMC-ni dəyərli edən “Nişasta” zavodunun tikilməsi layihəsinin icrası təhlükə altındadır. Göygöl rayonu ərazisində zavodun tikintisi üçün ayrılmış 20 ha torpaq sahəsinin icarə haqqının ödənilməsi üçün təsisçi tərəfindən vəsait verilmədiyi səbəbindən Göygöl rayon İcra Hakimiyyəti “icarə müqaviləsinin ləğv edilməsi” barədə Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi vermişdir. Bundan başqa, Cavabdeh tərəfindən “xxxx” MMC-yə təsisçi payı ödənilmədiyi səbəbindən Şirkət icarəyə götürdüyü öfisdən çıxarılmış, Şirkətin əməkdaşlarına əmək haqqı ödənilmədiyi səbəbindən işçilər Şirkəti tərk etmişlər. Bütün bunlar, Cavabdehin İddiaçı qarşısındakı onun borclarının ödənilməsi barədə öhdəliklərinin yerinə yetirilməsini təhlükə altına qoymuşdur. Cavabdeh 27 dekabr 2019-cu il tarixədək (2 saylı Əlavə ilə müəyyən edilən 30 günlük müddət ərzində) “xxxx”xxxxborclarını qaytarmaq öhdəliyini də icra etməmişdir. Bu isə “xxxx” MMC ilə müxtəlif şirkətlərxxxxfiziki şəxslər arasında bağlanmış müqavilələr üzrə İddiaçının məsuliyyətini aradan qaldırmamışdır. Həmin şəxslər “xxxx” MMC-yə verdikləri vəsaitləri İddiaçıdan tələb etməkdə davam edirlər ki, bu da İddiaçı üçün müəyyən problemlər yaratmışdır. İddiaçı cavabdehlə əlaqə yarada bilmədiyi üçün 02 noyabr 2019cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi barədə təklifini Cavabdehə çatdırmaq barədə 10.01.2020-ci il tarixdə məktubla “xxxx”xxxxdirektoru Nümayəndə2 müraciət etmişdir. “xxxx”xxxx17.01.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçının tələbi barədə məlumatlandırılmış, lakin 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi barədə tələbi qəbul etməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423xxxx424-cü maddələrinin məzmunu qeyd olunur). Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli e-2(012)-159/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi üzrə 07 may 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi Nümayəndə1 gəlmiş olsa da, Cavabdehxxxxmübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsininxxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasının vaxtıxxxxyeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbinixxxxya mümkünsüzlüyünü bildirmədənxxxxbu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehinxxxxmübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsixxxxİddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsixxxxAzərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə kommersiya qurumunun dövlət reyestrində dəyişiklik edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin İddiaçı qeyd edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli 2-2(119)-542/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə kommersiya qurumunun dövlət reyestrində dəyişiklik edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçinin İddiaçı qeyd edilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini,xxxxişin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) müvafiq qaydada tərtibxxxxtəsdiq edilmiş Nizamnamə əsasında təsisçi İddiaçı tərəfindən təsis edilməklə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən "bir pəncərə" prinsipi ilə 29 iyun 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx”xxxxNizamnaməsixxxxKommersiya qurumunun Dövlət Reyestrindən verilmiş 30 avqust 2017-ci il tarixli **********355700 nömrəli Çıxarışla müəyyən olunur ki, hər bir pay 5 (beş) manat olmaqla 2 (iki) paydan ibarət nizamnamə kapitalı olan, yəni ümumi nizamnamə kapitalının miqdarı 10 (on) manat həcmində olmaqlaxxxxhəmin payların hamısı (100 faiz) təsisçi İddiaçı məxsus olmaqla “xxxx” MMC təsis edilmiş (nizamnamə kapitalı tam ödənilmişdir)xxxxhəmin dövrdə “xxxx”xxxxqanuni təmsilçisi İddiaçı olmuşdur. İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən verilmiş 04 dekabr 2019-cu il tarixli **********108800 nömrəli Çıxarışla müəyyən olunur ki, “xxxx”xxxxhazırkı təsisçisi Cavabdehdurxxxxhəmin hüquqi şəxsin 100 faiz nizamnamə kapitalı ona məxsusdur. X3 Emil Kamil oğlu “xxxx”xxxxqanuni təmsilçisi, İddiaçı isə “xxxx”xxxxəvvəlki təsisçisi kimi qeyd olunmuşdur. İş materiallarında olan, notariat qaydasında tərtibxxxxtəsdiq olunmuş 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi” ilə müəyyən olunur ki, İddiaçı – “Satıcı”xxxxCavabdeh – “Alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən satıcı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Nizamnamə kapitalında özünə məxsus 10 (on) manat həcmində 2 (iki) payı (100 faiz) alıcı Cavabdeh 10 (on) manata satmışdır. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, “Alıcı” "xxxx'' Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqixxxxfiziki şəxslər qarşısında yaranmış borc öhdəliklərıni qəbul edir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, bu Müqavilənin icrası, ona dəyişikliklər olunmasıxxxxpozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nizama salınırxxxxbu Müqavilə Tərəflərin onu imzaladığıxxxxmüqavilənin notariat qaydasında təsdiq edildiyi anından qüvvəyə minir (həmin Müqavilə 02 noyabr 2019-cu ildə notariat qaydasında təsdiq edilmişdir). Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı Müqavilə imzalandığı andan “Satıcı” müəssisənin təsisçi statusu ilə bağlı malik olduğu bütün hüquq vəzifəxxxxöhdəliklərini itirmiş hesab edilir. Hazırkı Müqavilə imzalandığı andan “Satıcı”xxxx"xxxx''xxxxəmlakları üzərində sərəncam hüququ “Alıcı”ya keçir. İş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh tərəfindən imzalanmış, lakin notariat qaydasında təsdiq olunmamış “Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”nin 1-ci bəndindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Ceylan Holding A.Ş”, “xxxx”xxxx“xxxx”xxxxX2, “Caspian Service”xxxx“xxxx” MMC-yə ümumilikdə 703650 manat məbləğində borcu vardır. Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, “2 saylı Əlavədə müəyyən edilən borclular qarşısında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəlikləri borcluların İddiaçı qarşı hər hansı tələbinin olmaması barədə notariat qaydasında alınmış ərizələri “Müəssisədəki payın alqı-satqısı barədə” 02 noyabr 2019-cu il tarixli müqavilənin əlavələri imzalandığı 27 noyabr 2019 tarixindən 30 (otuz) gün müddətində Cavabdeh tərəfindən İddiaçı təhvil verilir. İş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh tərəfindən imzalanmış, lakin notariat qaydasında təsdiq edilməmiş “Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqavilənin 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə” 27 noyabr 2019-cu il tarixli 1 saylı Sazişin 1-ci bəndindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx”xxxx“İnşaatçı Firması”, ”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxxfiziki şəxs X5, ”xxxx”xxxx”xxxx”xxxx”Litosfer”, ”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”R & A”, ”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx”xxxx” MMCxxxx”xxxx” MMC-yə ümumilikdə ******* manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilir ki, “İddiaçıxxxxCavabdeh arasında bağlanmış “Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-d il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”xxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-ci il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəyə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 1 saylı Saziş”də qeyd edilən cəmi borcu ******* manat təşkil edən 23 borcluya 06 may 2021-ci il tarixədək təsisçi Cavabdeh tərəfindən hər hansı borc ödənilməmişdir”. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli e-2-2(115)-144/2020 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Göygöl rayon İcra Hakimiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsixxxxicarə haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilərək, Göygöl rayon İcra Hakimiyyətinin 23 avqust 2017-ci il tarixli 109 nömrəli sərəncamı ilə dövlət ehtiyat fondu torpağından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 20 hektar torpaq sahəsinə dair bağlanmış 23 avqust 2017-ci il tarixli icarə müqaviləsi ləğv edilmişxxxxcavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət büdcəsinə yaranmış 21147 manat məbləğində icarə haqqı borcu tutulmuşdur. Eyni zamanda, həmin Qətnamənin məzmunu ilə müəyyən olunur ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 2017-ci il tarixli 109 saylı sərəncamına əsasən bağlanmış 23 avqust 2017-ci il tarixli icarə müqaviləsi ilə dövlət ehtiyat fondu torpağından 20 hektar torpaq sahəsi nişasta zavodunun tikintisi üçün xammalın daşınması məqsədilə 49 il müddətinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş olsa da, sonuncu tərəfindən məlum İcarə müqaviləsində nəzərdə tutulan icarə haqqı ödənilməmişxxxxbuna görə də, Göygöl rayon İcra Hakimiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 23 noyabr 2019-cu il tarixli 11/659 nömrəli məktubunda 10 gün müddətində icarə üzrə borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1)xxxxbu Məcəllədəxxxxya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2). Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, birxxxxya bir neçə şəxs (fizikixxxx(və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımırxxxxcəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, 10 manat həcmində ümumi nizamnamə kapitalı olanxxxx29 iyun 2015-ci ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) İddiaçı tərəfindən təsis edilmişdir. İddiaçı həmin hüquqi şəxsin nizamnamə kapitalında özünə məxsus bütün təsis payını notariat qaydasında tərtibxxxxtəsdiq edilmiş 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh satmışxxxxsonuncu Kommersiya qurumunun Dövlət Reyestrindən verilmiş 04 dekabr 2019-cu il tarixli **********108800 nömrəli Çıxarışda 100 faiz təsis payına malik təsisçisi kimi qeydə alınmışdır. Məlum 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi” bağlandıqdan sonra həmin tərəflər arasında 27 noyabr 2019-cu ildə imzalanmış, lakin əsas Müqavilədən fərqli olaraq notariat qaydasında təsdiq olunmamış “Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”dəxxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqavilənin 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə” 27 noyabr 2019-cu il tarixli 1 saylı Sazişdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu olan hüquqixxxxfiziki şəxslərin siyahısıxxxxborcun məbləğləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunlaxxxxdigər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsixxxxləğv edilməsi, əgər bu Məcəllədəxxxxya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqdaxxxxya bu Məcəllədəxxxxya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdiriləxxxxya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “müqavilənin dəyişdirilməsixxxxləğv edilməsi qaydasının” təsbit olunduğu 423-cü maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsixxxxya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədənxxxxya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1)xxxxmüqavilənin dəyişdirilməsixxxxya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirməkxxxxya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqdaxxxxya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Göründüyü kimi, təsvir olunanlara əsasən müəyyən olunur ki, “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi” barədə iddia tələbi iddiaçı tərəfindən iddia ərizəsində “xxxx”xxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”dəxxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqavilənin 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə” 27 noyabr 2019-cu il tarixli 1 saylı Sazişdə qeyd olunan hüquqixxxxfiziki şəxslərə olan borcun Cavabdeh tərəfindən ödənilməməsi ilə, sonuncunun müqavilə öhdəliklərini icra etməməsi iləxxxxeləcə də, “Göygöl rayonu ərazisində zavodun tikintisi üçün ayrılmış 20 ha torpaq sahəsinin icarə haqqının ödənilməsi üçün təsisçi tərəfindən vəsait verilməməsi səbəbindən həmin torpaq sahəsi ilə əlaqədar imzalanmış icarə müqaviləsinin ləğv edilməsi”, “Cavabdeh tərəfindən “xxxx” MMC-yə təsisçi payı ödənilməməsi səbəbindən Şirkətin icarəyə götürdüyü öfisdən çıxarılması”xxxx“Şirkətin əməkdaşlarına əmək haqqı ödənilməməsi səbəbindən işçilərin Şirkəti tərk etmələri” ilə əsaslandırılmışdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, hüquqi şəxsxxxxonun təsisçisi (təsisçiləri) arasında qarşılıqlı münasibətlərxxxxonların məsuliyyətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarıxxxxhüquqi şəxsin Nizamnaməsi ilə nizamlanır. Lakin, ləğv olunmamış “xxxx”xxxxfəaliyyəti ilə əlaqədar ona müvafiq ödənişlər etmiş hüquqixxxxfiziki şəxslərə olan borcun hazırkı vəziyyətdə həmin hüquqi şəxsin təsis payını almış Cavabdeh tərəfindən ödənilməli olmasının əsaslılığı 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqısatqı müqaviləsi”nin şərtləri, eləcə də “xxxx”xxxxNizamnaməsixxxxMülki Məcəllənin tələbləri baxımından müəyyən olunmur (mübahisə predmeti olan tərəflər arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi” notariat qaydasında tərtibxxxxtəsdiq edilməsinə baxmayaraq, iddia tələbinin əsaslandırıldığı “Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”xxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqavilənin 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 27 noyabr 2019-cu il tarixli 1 saylı Saziş” notariat qaydada tərtibxxxxtəsdiq olunmamışdır). Eyni zamanda, 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin 5.1-ci bəndinin tələbinə görə, həmin Müqavilə imzalandığı andan satıcı İddiaçı müəssisənin təsisçi statusu ilə bağlı malik olduğu bütün hüquq vəzifəxxxxöhdəliklərini itirmişxxxxhəmin Müqavilə imzalandığı andan “Satıcı”xxxx"xxxx''xxxxəmlakları üzərində sərəncam hüququ alıcı Cavabdeh keçmişdir (həmin Müqavilə əsasında cavabdeh Cəfərov X1 qurumunun Dövlət Reyestrindən verilmiş 04 dekabr 2019-cu il tarixli **********108800 nömrəli Çıxarışda 100 faiz təsis payına malik təsisçisi kimi qeydə alındığı göstərilmişdir). Həmin Müqavilənin 1.5-ci bəndində nəzərdə tutulan “ “Alıcı” "xxxx'' Məhdud Məsuliyyəti Cəmiyyətinin hüquqixxxxfiziki şəxslər qarşısında yaranmış borc öhdəliklərıni qəbul edir” şərti isə Cavabdeh həmin hüquqi şəxsin ayrı-ayrı hüquqixxxxfiziki şəxslər qarşısında yaranmış borc öhdəliklərini hazırkı vəziyyətdə ödəmədiyi halda - məlum Müqavilənin ləğvinin əsası kimi qəbul edilə bilməz. Əsas Müqavilədən fərqli olaraq notariat qaydasında bağlanmamış “Müəssisədəki payın alqısatqısı barədə 02 noyabr 2019-cu il tarixli müqaviləyə 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavə”xxxx“Müəssisədəki payın alqı-satqısı barədə 02 noyabr 2019-cu il tarixli müqavilənin 27 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əlavəxxxxdüzəlişlərin edilməsi barədə 27 noyabr 2019-cu il tarixli 1 saylı Saziş”xxxxeyni zamanda, iddia tələbinin əsaslandırıldığı həmin 2 saylı Əlavənin 2-ci bəndində təsbit olunmuş “2 saylı Əlavədə müəyyən edilən borclular qarşısında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəlikləri borcluların İddiaçı qarşı hər hansı tələbinin olmaması barədə notariat qaydasında alınmış ərizələri “Müəssisədəki payın alqı-satqısı barədə” 02 noyabr 2019-cu il tarixli müqavilənin əlavələri imzalandığı 27 noyabr 2019 tarixindən 30 (otuz) gün müddətində Cavabdeh tərəfindən İddiaçı təhvil verilir” şərtinin özü də məlum Müqavilənin ləğvinə səbəb ola biləcək “əsaslar” kimi qəbul edilə bilməz. Eləcə də, iddia tələbinin əsaslandırıldığı “Göygöl rayonu ərazisində zavodun tikintisi üçün ayrılmış 20 ha torpaq sahəsinin icarə haqqının ödənilməsi üçün təsisçi tərəfindən vəsait verilmədiyi səbəbindən həmin torpaq sahəsi ilə əlaqədar imzalanmış icarə müqaviləsinin ləğv edilməsi”, “Cavabdeh tərəfindən “xxxx” MMC-yə təsisçi payı ödənilmədiyi səbəbindən Şirkətin icarəyə götürdüyü öfisdən çıxarılması”xxxx“Şirkətin əməkdaşlarına əmək haqqı ödənilməməsi səbəbindən işçilərin Şirkəti tərk etmələri” xüsusatları ilə əlaqədar qeyd etmək lazımdır ki, “xxxx”xxxxöhdəlikləri ilə əlaqədar yaranmış həmin hallar da Mülki Məcəllənin tələblərixxxxhüquqi şəxsin Nizamnaməsi baxımından hazırkı vəziyyətdə 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğvinə səbəb ola biləcək “əsaslar” kimi qəbul edilə bilməz. Hətta, Gəncə Kommersiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli e-2-2(115)-144/2020 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, 23 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 20 hektar torpaq sahəsinə görə icarə borcu 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin bağlanmasından əvvəlki dövrə, yəni İddiaçı təsisçixxxxqanuni təmsilçi olduğu dövrə aid olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki sözxxxxifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtlərixxxxmənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlarxxxxyazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2)xxxxmüqavilədə bir-birini istisna edənxxxxya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflixxxxtam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasənxxxxAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360xxxx362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli “Təsis payının alqı-satqı müqaviləsi”nin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar