Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-67/2025 28.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X3 nümayəndəsi Nümayəndə, Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X3 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Heydər Əliyev adına X5 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Masazır kəndində Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X4 daxil olmuş məktubda qeyd edilmişdir ki, 20 aprel 2023-cü il tarixdə Abşeron rayonunun Masazır kəndində (Qurtuluş yaşayış kompleksi) iddiaçıya məxsus boru xəttindən təxminən 45 metr aralı məsafədə 50 metr uzunluğunda, 40 metr enində bina tikintisi üçün təməl qazıntı işlərinin aparılması faktı aşkar edilmişdir. Zavodun obyektlərini mühafizə edən polis idarəsinin əməkdaşları ilə birlikdə mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olması həmin işləri həyata keçirən iş icraçısı Xəyyam adlı şəxsə izah edilərək tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. 28 iyun 2023-cü il tarixdə həmin əraziyə təkrar baxış zamanı 40x50 metr ölçüdə bina tikilisinin 3-cü mərtəbəsi üzrə tikinti işlərinin tamamlanması və 4-cü mərtəbə üzrə tikinti işlərinin başlayaraq sürətlə davam etdirilməsi, eləcə də həmin ərazidə hasarın içərisində olan digər 40x50 metr ölçüdə bina tikintisi üçün nəzərdə tutulan bünövrənin içərisinə beton tökülməsi və içərisində taxtalardan istifadə etməklə taxta konstruksiyaların quraşdırılması aşkarlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 19 iyun 2023-cü il tarixli 3-21-3/2-8339/2023 nömrəli məktubda göstərilmişdir ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan 2 hektar ehtiyat fondu təyinatlı və 7,500137 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı dəyişdirilmədən çoxmərtəbəli binalar kompleksinin inşası məqsədilə tikinti işlərinin aparılması faktları təsdiqini tapmış və bu barədə səlahiyyətlərinə aid tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 yanvar 2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 2 ha ehtiyyat fondu torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamının surətindən görünür ki, Bağçalı Evlər MTK-ya Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 737 saylı sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmiş, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyasının və mülkiyyət hüquqlarının aidiyyəti təşkilatlarla həll etməsi sifarişçiyə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneəçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşməsi nəzərə alınaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən edilmişdir. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bundan başqa, Cavabdeh1 ayrılmış torpaq sahəsinin ehtiyat fondu torpaqlarının kateqoriyasına aid olmasına və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamı ilə tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyasının və mülkiyyət hüquqlarının aidiyyəti təşkilatlarla həll etməsinin cavabdehə tapşırılmasına baxmayaraq, cavabdeh bu göstərişlərə əməl etmədən, yəni torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün müvafiq orqana müraciət etmədən hazırda sözügedən ərazidə təyinatı ehtiyat fondu torpaqları və kənd təsərrüfatı torpaqları olan ərazidə tikinti işlərini davam etdirir. İddiaçı 21 may 2024-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə müraciət edərək məhkəmədən Abşeron rayonu Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında inşa edilmiş hündürmərtəbəli yaşayış evlərinin özbaşına tikili hesab edilməsi və həmin tikililərin (hündürmərtəbəli yaşayış evlərinin) sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(012)-223/2024 nömrəli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X3 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmişdir) qarşı “tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 14 avqust 2024cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli ekspert rəyində ərazidəki binaların və daş hasarın mərkəz koordinatları, ərazinin ümumi görüntüsü və şərti xətləri göstərilməmişdir. Bundan əlavə, "xxxx" MMC ilə Bağçalı Evlər Mənzil Tikinti Kooperativi arasında bağlanmış 05 avqust 2024-cü il tarixli 112 nömrəli xidmət müqaviləsinə əsasən "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyində ekspert rəyindən tamamilə fərqli məsafələr göstərilmişdir və ekspert rəyi ilə istinad edilən mütəxəssis rəyi arasında ziddiyyətlər mövcuddur. İddiaçı 29 avqust 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək Abşeron rayonu, Masazır kəndində Qurtuluş yaşayış kompleksində Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində Bağçalı Evlər MTK tərəfindən iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasında uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış çoxmərtəbəli yaşayış binası (2-ci bina), uzunluğu 45 metr, eni 40 metr olan 3-cü çoxmərtəbəli yaşayış binasının tikilisi üçün qazılmış bünövrə ilə iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəməri arasında olan məsafənin müəyyən olunması üçün iş üzrə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadı ilə X4 məxsus neft məhsulu nəql olunan boru xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilsə də, cavabdehlər məhkəmənin qərardadına məhəl qoymayaraq qeyd olunan ünvanda əlavə bir neçə binanın tikinti işlərini həyata keçirməkdə davam etmişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə X3 əməkdaşlarının iştirakı ilə sözügedən əraziyə baxış keçirilmiş və baxış zamanı Bağçalı Evlər MTK tərəfindən X4 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasının 45 metrliyində artıq 7-ci mərtəbəsi tamamlanmış uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 21 metr olan çoxmərtəbəli yaşayış binası (1-ci bina), uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış çoxmərtəbəli yaşayış binası (2-ci bina), uzunluğu 45 metr, eni 40 metr olan 3-cü yaşayış binasının tikilisi üçün qazılmış bünövrə aşkar edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən cavabdehlər tərəfindən iddiaçıya məxsus meft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında tikilən digər binalara da münasibətdə ekspertizanın keçirilməsi zərurətinin yarandığını qeyd etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2-2(119)- 1257/2024 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı 11 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək məhkəmədən cavabdehlər tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərinin mühafizə zonasında kəmərdən 42 metr aralı məsafədə tikilmiş hasarın, eləcə də həmin neft boru kəmərindən 46,5 metr aralı məsafədə uzunluğu 45 metr, eni 40 metr olan tikintisi başa çatmış 2 ədəd hündürmərtəbəli yaşayış binasının və uzunluğu 45 metr, eni 40 metr olan tikintisi davam edən hündürmərtəbəli yaşayış binasının sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 28 avqust 2025ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, 17 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasar Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə, 1 ədəd inşası davam edən yaşayış binasının həmin neft kəmərindən 45 metr məsafədə yerləşir. 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən cavabdeh Bağçalı Evlər MTK-ya məxsus yaşayış binası arasında 56,64 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 54,64 metr məsafə vardır. 20 fevral 2025-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, neft kəmərinin keçdiyi hissəni naturada dəqiqliklə müəəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikililərin iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsinə dair tədqiqar aparılmamışdır. 07 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonunun Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasar Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə, 1 ədəd inşası davam edən yaşayış binası və 2 ədəd çoxmənzilli yaşayış binası həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(118)-525/2025 nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh Bağçalı Evlər MTK-ya məxsus daş hasarla ara məsafəsi 43,86 metr, 44,55 metr artan məsafədə yerləşir. Binaların və boruların yerləri dəyişmədiyi halda ekpertlər tərəfindən hər dəfə fərqli məsafələr qeyd olunmuşdur. Nümunə üçün mütəxəssis rəyində daş haşarla ara məsafə 43,86 metr, 44,55 metr artan məsafədə yerləşdiyi göstərilmiş, lakin rəylərdə 42 metr, rəyin birində bina ilə ara məsafə 46,5 metr, digərində 45 metr göstərilmişdir. Nəticə olaraq rəylər arasında kifayət qədər ziddiyət mövcuddur. Cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-2(119)-67/2025 nömrəli qərardı ilə cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 28 avqust 2025ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamına əsasən, Bağçalı Evlər MTK-ya Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksinin tikintisinin əlavə 2 ha sahədə (mübahisəli torpaq sahəsi) genişləndirilməsinə icazə verilmiş və bu sərəncama əsasən, tikinti işləri aparılmaqdadır. İddiaçının özünün təqdim etdiyi arayışdan görünür ki, boru xətləri 2011-ci ildən istismara başlamışdır. Lakin cavabdehə verilmiş sərəncamın tarixi isə 2009-cu ildir. Hazırda iddiaçı, həmçinin Sumqayıt İnzibati Məhkəməsinə (2-1(118)-525/2025 nömrəli iş) müraciət edərək həmin sərəncamın etibarsız sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-525/2025 nömrəli iş üzrə yekun qərar qəbul edilib qanuni-qüvvəsini alanadək kommersiya işinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilən iclasında həmin vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehin nümayəndəsinin icraatın dayandırılması barədə vəsatəti əsassızdır. Həm inzibati, həm də kommersiya işləri üzrə iddiaçı qismində Heydər Əliyev adına X5 çıxış edir. Həmin iş üzrə iddia hər hansı prosessual səbəbdən təmin edilməsə belə, bu hal hazırkı iddianın da rədd edilməsinə səbəb olmayacaqdır. Hər bir halda həmin binalar ixrac boru kəmərlərinin mühafizə zonasına düşür və qanunvericiliyə edilən dəyişikliklər iddiaçının subyektiv hüququnu istisna etmir, ixrac boru kəmərlərinin istismarçısı kimi subyektiv hüquq Heydər Əliyev adına X4 məxsusdur. Müvafiq binaların inşası zamanı sərəncamda nəzərdə tutulmuş icazələr alınmamışdır. Binalar özbaşına tikilidir. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin məktubu da məhkəməyə təqdim edilmişdir ki, həmin məktubda Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi iddiaya etiraz edərək icraatın dayandırılması və təkrar məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə vəsatətlərin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirdi ki, mübahisə predmeti olan binaların yerləşdiyi yaşayış kompleksi layihələri ardıcıl olaraq həyata keçirilir. Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı 2009-cu ildə qəbul edilmiş, binaların inşasına daha sonra başlanmışdır. Müvafiq yaşayış kompleksində sosial ehtiyaclar üçün ictimai əhəmiyyətli binalar da mövcuddur və tikinti zamanı bütün dövlət orqanlarının razılığı alınmışdır. Digər tərəfdən qanunvericiliyə edilən dəyişikliklərdən sonra iddiaçı iddia qaldırmaq üçün subyektiv hüququnu itirmişdir. İddiaçı tərəfindən Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli sərəncamı inzibati mühakimə icraatı çərçivəsində mübahisələndirilmişdir. İddiaçının mühafizə zonasına daxil olduğunu iddia etdiyi binalar Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa edilmişdir. Həmin iş üzrə mübahisə həll edilməyənədək hazırkı iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinin məqsədəmüvafiq olmadığını hesab edir. Eyni zamanda iş materaillarında olan ekspertiza və mütəxəssis rəyləri arasında ziddiyətlər mövcuddur. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq, işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına X2 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft borcu kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir. İş materiallarında olan iddiaçı təşkilatın Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 20 aprel 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, 20.04 2023-cı ıl tarixində saat 14:05-də 19 saylı ( H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20.00-a kimi) müşahidə) postun ərazisində keçirilən monitorinq zamanı ünvan 3 ünvanında NEZ-ə məxsus yeraltı neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə, köhnədən hasara alınmış boş ərazidə, özünü Xəyyam kimi təqdim edən iş icraçısı tərəfindən təqribən 40x50 m ölçüdə bina tikilisi üçün təməl qazıntısı işlərinin aparılması aşkarlandı. İş icraçısı Xəyyam adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilərək xəbərdarlıq olunaraq dayandırılması tələb edilsə də, həmin şəxs müvafiq sənədləri, yəni ******* nömrəli çıxarışı təqdim edərək görülən işlərin qanuna uyğun olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını, eləcə də davam etdirəcəyini bildirmişdir. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfova məlumat verilmiş, o da öz növbəsində müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlarını bildirmişdir. Faktla bağlı XTŞnin növbə rəisinə və NEZ-in (SDM-in) məsul şəxslərinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 yanvar 2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ünvanında yerləşən 2 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamının birinci bəndinə əsasən, Bağçalı Evlər MTK-ya Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 05 oktyabr 2007-ci il tarixli 737 saylı sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın ikinci bəndinə əsasən, sifarişçiyə tapşırılmışdır ki, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyası və mülkiyyət hüquqları aidiyyəti təşkilatlarla həll edilsin; tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın; tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılsın. İş materiallarında olan 28 iyun 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 14:00-da 15 saylı postun ərazisində ünvan 4 ünvanında NEZ-ə məxsus yeraltı neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə köhnədən hasara alınmış boş ərazidə, özünü Xəyyam kimi təqdim edən iş icraçısı tərəfindən təqribən 40x50 metr ölçüdə bina tikilisinin 3-cü mərtəbəsi üzrə tikinti işlərinin tamamlanması və 4-cü mərtəbə üzrə tikinti işlərinin başlayaraq surətlə davam etdirilməsi, eləcə də həmin ərazidə hasarın içərisində olan digər 40x50 metr ölçüdə bina tikilisi üçün nəzərdə tutulan bünövrənin içərisinə beton tökülməsi və içərisinə taxtalardan istifadə etməklə taxta konstruksiyaların quraşdırılması aşkarlandı. İş icraçısı Xəyyam adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və şifahi xəbərdarlıq olunaraq dayandırılması tələb edilsə də, o, müvafiq sənədlərinin olduğunu və görülən işlərin qanunauyğun olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını, eləcə də davam etdirəcəyim bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçı Heydər Əliyev adına X4 ünvanlanmış 19 iyun 2023-cü il tarixli 3-21-3/2-8339/2023 nömrəli məktubun məzmununda “müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan 2 hektar ehtiyat fondu təyinatlı və 7,500137 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı dəyişdirilmədən çoxmərtəbəli binalar kompleksinin inşası məqsədilə tikinti işlərinin aparılması faktları təsdiqini tapmış və bu barədə səlahiyyətlərinə aid tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı Heydər Əliyev adına X4 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 5-29/1-1232/2023 nömrəli məktubun məzmununda “monitorinqlər zamanı, ünvan 6 ünvanında vətəndaş Cavabdeh1 mülkiyyətində olan 2 ha ehtiyat fondu torpaqlarda kəmərdən təxminən 45 metr aralı məsafədə tikinti işləri aparan Xəyyam adlı şəxs tərəfindən 50 metr uzunluğunda, 40 metr enində bina tikintisi üçün təməl qazıntısı işlərinin aparılması faktı aşkarlanmışdır. Vətəndaşa istifadə etdiyi torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, o buna əməl etməmişdir. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntu barədə aidiyyəti üzrə orqanlara məlumat verilmişdir. Vətəndaşa qanunamüvafiq qaydada torpaq ayırma sənədlərini qaydasına salındıqdan sonra tikinti norma və sanitar qaydalarına riayət edilməsi ciddi tapşırılmışdır” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən iddiaçı Heydər Əliyev adına X4 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 3-18-2/2-10354/2023 nömrəli məktubun məzmununda “ünvan 6 ünvanında neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında bünövrə qazıntısının aparılması barədə 13 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2161 /2023 nömrəli müraciətinizə baxılmışdır. Qeyd edilən ünvanda "xxxx" MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 18 aprel 2023-cü il tarixli 0299 nömrəli "Qərar” verilmişdir” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 17 may 2024-cü il tarixli 22/124 nömrəli aktın məzmununda “"xxxx" MTK tərəfindən (həmin ərazidə aparılan tikinti işləri ilə bağlı təqdim olunmuş çıxarış Cavabdeh1 adınadır) ünvan 7 ünvanında yerləşən ərazidə Heydər Əliyev adına X4 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasının 45 metrliyində inşa edilməkdə olan, uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 21 metr olan 7-ci mərtəbəsi tamamlanmış 1-ci çoxmərtəbəli yaşayış binası, uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış 2-ci çoxmərtəbəli yaşayış binası, uzunluğu 45 metr, eni 40 metr olan 3-cü çox mərtəbəli yaşayış binasının tikintisi üçün qazılmış bünövrə aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-250 mm neft məhsulu nəql olunan boru kəmərinə paralel Dş- 200 mm neft məhsulu nəql olunan boru kəməri keçir” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 17 may 2024-cü il tarixli 20 nömrəli arayışın məzmununda “Heydər Əliyev adına X3 obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyriqanuni tikililərə qarşı mübarizə aparılması üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasının işçi qrupu tərəfindən 17 may 2024 cü il tarixində ünvan 8 ünvanına baxış keçirildi. Baxış zamanı aşkar olundu ki, həmin ünvanda özünü iş icraçısı kimi təqdim edən Xəyyam adlı şəxs tərəfindən tikintisi həyata keçirilən hündür mərtəbəli binalar NEZ-dən “Azərkimya” İB-yə gedən, NEZ-ə məxsus yüksək təzyiqli nafta və quru qaz nəql olunan boru xətlərindən 45 m məsafədə yerləşir. Ərazidən keçən boru xətləri haqqında texniki məlumat aşağıda göstərilmişdir: 1) Nafta: Dş250 mm; 2) Quru qaz xətti: Dş 200 mm; 3) Hər iki xətt 2011-ci ildən istismardadır. Tikinti aparılan sahə boru xətlərinin mühafizə sahəsində yerləşir” qeyd edilmişdir. İş materiallarında olan cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli 01-112/24 nömrəli mütəxəssis rəyinin “Tədqiqatın nəticəsi” hissəsində “Abşeron rayonu, Masazır kəndində, "xxxx" MTK-ya məxsus, mərkəz koordinatları X-394256, Y- 4482756 və X-394236, Y-4482710 olan yaşayış binasının mişar daşından inşa olunmuş hasarı ilə SOCAR X4 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəməri arasında nə qədər məsafənin olmasının müəyyən edilməsi üzrə aparılan tədqiqat zamanı müəyyən edildi ki, mərkəz koordinatları X- 394256, Y-4482756 olan ‘Bağçalı evlər” MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 2,0 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan SOCAR X4 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 1,70 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan isə SOCAR X4 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında 55.53 metr məsafənin olması müəyyən olundu. Beləliklə SOCAR X4 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394256, Y-4482756 olan “Bağçalı evlər" MTK-ya məxsus yaşayış binası arasında 56,64 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Həmçinin SOCAR X4 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası arasında 57,23 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 55.53 metr məsafənin olması müəyyən olundu” qeyd edilmişdir. İş materiallarında olan cavabdehlər Bağçalı Evlər MTK və Cavabdeh1 aasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər Abşeron Rayon İcra Hskimiyyəti başçısının 737 saylı 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi (Masazır-Novxanı şossesinin sol tərəfi) ərazisində 2,0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının, məişət, digər obyektlərin tikintisi və istismarı (satışı, icarəyə verilməsi və s.) sahəsində birgə fəaliyyət barədə razılığa gəlirlər. Həmin müqavilənin 3.2-ci, 3.3-cü və 3.5-ci bəndlərinə əsasən, fiziki şəxs Cavabdeh1 verdiyi torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması, tikinti-quraşdırma işlərini layihə sənədlərinə, tikinti norma və qaydalarına tam olaraq aparmaq, tikinti ilə bağlı digər işləri yerinə yetirmək cavabdeh Bağçalı Evlər MTK-nın vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/8238 nömrəli ekspert rəyinin nəticə hissəsində “Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən, Dş-250 mm-lik nafta neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 45 metr məsafədə isə yarımçıq çoxmərtəbəli yaşayış binasının inşa olunduğu nəzərə aralaq, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 20 fevral 2025-ci il tarixli 10/7268 nömrəli ekspert rəyinin nəticə hissəsində “X4 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəməri yer altı olduğundan həmin neft kəmərinin keçdiyi hissəni naturada dəqiqliklə müəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikililərin X4 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşibyerləşməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəyinin nəticə hissəsində “Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasarın Dş-250 mm-lik neft boru kəmərində 42 metr məsafədə yerləşdiyini, 1 ədəd inşası davam edən yaşayış binasının və 2 ədəd çoxmənzilli yaşayış binasının həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşdiyini nəzərə aralaq, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir” qeyd edilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli 165 nömrəli arayışın məzmununda “Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksinin yaxınlığında Heydər Əliyev adına X2 (NEZ) “Azərkimya” İB-ə nəql olunan yüksək təzyiqli nafta və quru qaz xətləri haqqında texniki məlumat göstərilmişdir: Dş 250 mm boru xətti ilə NEZ-dən “Azərkimya” İB-ə nafta nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir; Dş 200 mm boru xətti ilə NEZ-dən Azərkimya” İB-ə quru qaz nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir” qeyd edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixli 3-21-3- 32/2-9600/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin məzmununda “İddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirildi. İddiaçının nümayəndələri tərəfindən yeraltı X4 məxsus boru kəmərlərini aşkar etmək üçün torpaq sahəsinin 3 hissəsində qazıntı işləri aparılmış, həmin qazıntı işlərindən sonra yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh "xxxx" MTK-ya məxsus daş hasarla ara məsafəsi 43.86 metrlə, 44.55 metr artan məsafədə yerləşir. Yeraltı neft kəmərinin boru xətti ilə **********50 reyestr nömrəli çıxarışla (sənəd üzrə yerləşməsi ilə) ara məsafəsi 41.4 metrlə 41.7 metr artan məsafədə yerləşir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, X6 kəmərləri yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, X6 Kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Heydər Əliyev adına X3 balansında olan, neft məhsulunun nəql olunduğu Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə cavabdeh Bağçalı Evlər MTK tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində hasar tikilmiş, 46,5 metr aralı məsafədə isə 2 ədəd hündürmərtəbəli yaşayış binası tikilmiş və tikintisi davam edən hündürmərtəbəli yaşayış binası mövcuddur. Həmin tikililər inşa edilərkən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndində nəzərdə tutulmuş məsafəyə, yəni boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafənin mühafizə zonası hesab edilməsi barədə tələbə riayət edilməmişdir. Qeyd edilməlidir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə və həmin qanunun 1 nömrəli Əlavəsinin 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərləri daxil olmaqla) əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyektlər hesab edilir. Digər tərəfdən, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması bilavasitə konstitusion normadır. Eyni zamanda, mülkiyyətçinin, digər qanuni sahibin özünün əmlakından qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə sahib ola bilmək, ondan istifadə edə bilmək və ona dair sərəncam verə bilmək hüquqları vardır (Mülki Məcəllə, 152.5). Belə olduğu halda, cavabdeh Bağçalı Evlər MTK Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində tikililəri inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, neft məhsulunun nəql olunduğu Dş-250 mm-lik neft boru kəmərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq 42 və 46,5 metr məsafədə tikililər inşa etməklə qanunvericiliyin istinad edilən normalarını pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh Bağçalı Evlər MTK tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçının balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə tikilmiş hasar, 46,5 metr aralı məsafədə tikintisi başa çatmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və tikintisi davam edən hündürmərtəbəli yaşayış binası sökülməlidir. Məhkəmə cavabdeh Bağçalı Evlər MTK-nın iş materiallarına əlavə edilmiş ekspert rəyləri və mütəxəssis rəyi arasında ziddiyyətlərin mövcud olması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8238 nömrəli ekspert rəyində Dş- 250 mm-lik nafta neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 45 metr məsafədə isə yarımçıq çoxmərtəbəli yaşayış binasının inşa olunduğu, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü qeyd edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəyində Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 46,5 metr məsafədə isə 1 ədəd inşası davam edən yaşayış binasının və 2 ədəd çoxmənzilli yaşayış binasının inşa olunduğu, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixli 3-21-3-32/2-9600/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh Baxçalı Evlər MTK-ya məxsus daş hasarla ara məsafəsinin 43.86 metrlə, 44.55 metr artan məsafədə, yeraltı neft kəmərinin boru xətti ilə **********50 reyestr nömrəli çıxarışla (sənəd üzrə yerləşməsi ilə) ara məsafəsi 41.4 metrlə 41.7 metr artan məsafədə yerləşdiyi müəyyən edildiyi qeyd edilmişdir. Göründüyü kimi, hər iki ekspert rəyi və 17 iyun 2025-ci il tarixli mütəxəssis rəyində iddiaçının balansında olan Dş-250 mm-lik neft boru kəməri ilə cavabdeh Baxçalı Evlər MTK tərəfindən inşa edilmiş tikililərin arasındakı hesablanmış məsafələr arasında əhəmiyyətli və ya nəzərəçarpacaq fərq yoxdur. Ən əsası isə həmin məsafələrin hər biri Azərbaycan Respublikasi Nazirlər Kabinetinin istinad edilmiş qərarında müəyyən edilmiş 50 metrlik mühafizə zonasının sərhədlərini keçmədiyindən cavabdehin nümayəndəsinin bu barədə dəlili əsaslı hesab edilə bilməz. Üstəlik, o da nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyinin məzmununa əsasən, həmin tədqiqat zamanı bilavasitə Dş-250 mm-lik neft boru kəmərindən inşa edilmiş tikililərə qədər olan məsafə ölçülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər dəlil hesab edilə bilməz. Bundan başqa, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsinin Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan - hazırkı iş üzrə iddiaçının Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamını mübahisələndirdiyi 2-1(118)-525/2025 nömrəli inzibati işə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, mülkiprosessual qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır (MPM, 254.1.4-cü maddə). Məhkəmə hesab edir ki, hazırkı işə baxılması Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı inzibati işə baxılmadan da mümkündür, həmin inzibati iş üzrə iddianın təmin edilməsi və ya rədd edilməsi barədə nəticə hazırkı işin mahiyyətinə bilavasitə təsir etmir, çünki hazırkı iddia inşa edilmiş tikililərin neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsi barədədir. Digər tərəfdən, istinad edilmiş Qaydaların 1.3-cü bəndinə əsasən, Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edildiyindən, o cümlədən cavabdehlər Bağçalı Evlər MTK və Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 3.2-ci, 3.3-cü və 3.5-ci bəndlərinə əsasən, torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması, tikintiquraşdırma işlərini layihə sənədlərinə, tikinti norma və qaydalarına tam olaraq aparılması, tikinti ilə bağlı digər işlərin yerinə yetirilməsi bilavasitə cavabdeh Bağçalı Evlər MTK-nın vəzifələrinə aid edildiyindən, məhkəmə tədqiqatı zamanı da sözügedən tikililərin Cavabdeh1 tərəfindən deyil, məhz digər cavabdeh Bağçalı Evlər MTK tərəfindən inşa edildiyi müəyyən edildiyindən, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz və məhkəmənin gəldiyi nəticəyə əsasən, hazırkı iş üzrə cavabdeh yalnız Bağçalı Evlər MTK hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdeh Bağçalı Evlər MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8238 nömrəli, 20 fevral 2025-ci il tarixli 10/7268 nömrəli və 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərə əsasən, aparılan ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdeh Bağçalı Evlər MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçı Heydər Əliyev adına X3 balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə tikilmiş hasar, 46,5 metr aralı məsafədə tikintisi başa çatmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və tikintisi davam edən hündürmərtəbəli yaşayış binası sökülməli, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən 100 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçı Heydər Əliyev adına X3 balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə inşa edilmiş hasar, 46,5 metr aralı məsafədə inşası başa çatdırılmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və inşası davam etdirilən hündürmərtəbəli yaşayış binası sökülsün. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Heydər Əliyev adına X3 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-67/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-67/2025
28.08.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver