Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-586/2023 23.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 01 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonunun Həmyəli kəndində, İddiaçı balansında və istismarında olan PE-110 mm-lik qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin (daş hasarın) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, xəttin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2(074)-15/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və 25 aprel 2023-cü ildə həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 16 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına proses iştirakçıları gəlməmişlər. İş üzrə 23 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına isə Cavabdeh nümayəndəsi Nümayəndə2 gəlmiş olsa da, həmin məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi yenə də gəlməmişdir. Yəni, iş üzrə 16 may 2023-cü il tarixinə və 23 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi həmin məhkəmə iclaslarının heç birinə gəlməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddiaçı tərəf məhkəmə iclaslarına gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, kommersiya işi üzrə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına təkrarən gəlmədiyinə, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə - İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-586/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-586/2023
23.05.2023 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver