Məhkəmə qərarları › İş №2-2(121)-680/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-680/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-680/2024 16.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac İdarəsi” X4 Kəmərləri Sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonası əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Separadi kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və Təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələblərini pozaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin X4 kəmərlərinin balans və istismarında olan magistral qaz kəmərinin 57-ci km-liyində (Lənkəran rayonunun Separadi ondi ərazisində) kəmərin mühafizə zonasında, kəmərdən 6 metr aralıda (uzunluğu 8,6 metr, eni 7,6 metr, hündürlüyü 0,7 metr) və 16 metr aralıda (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2,9 metr) qanunsuz tikililər inşa etməklə magistral qaz kəmərinin mühafizə zonasını pozmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran rayon Polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir.Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı qərarın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir.Cavabdehin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası MM-nin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Sonradan “iddiaçı tələbin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac İdarəsi” X4 Kəmərləri Sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndi ərazisində magistral qaz kəmərindən 6 metr aralıda (uzunluğu 8.6 metr, eni 7.6 metr, hündürlüyü 0.7 metr) məsafədə inşa olunmuş qanunsuz tikililərin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin 2(049)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2-2(121)- 2767/2023 saylı qərardadın dəyişdirilmədən saxlanılması və həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasia Məhkəməsinin 2-2(106)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-2(121)-2767/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına gəlmmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmladan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddiaçı tələbin həcminin artırılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kənd sakini Cavabdeh tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından 2 ədəd yarımçıq tikili tikilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X3 X2 Dövlət Agentliyinin SOCAR-ın “Qaz İxrac” İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı tikinti işlərin Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparıldığı məlum olmuşdur. Bildirilir ki, Cavabdeh kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılan tikinti işlərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2390/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı Lənkəran rayonu, Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməımməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur. ("xxxx" yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi”nin nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir) 2. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara-Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6844 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2390/2023 nömrəli mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara- Qazıməımməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur. ("xxxx" yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi”nin nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). 2. Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara- Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********** nömrəli, RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ********** nömrəli, RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********** nömrəli, RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ********** nömrəli, RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsin təmin edilməsi, əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi tikililər (ferma və yaşayış evi) cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. İddiaçı tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsinin təmin edilməsi, əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran Rayon Polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin cavabdeh qeyd edilən məsələ ilə bağlı heç bir addım atmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Araşdırma zamanı, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə Lənkəran rayonu, Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara- Qazıməımməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi və Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara-Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, mübahisələndirilən tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahələrində olması işin mübahisəsiz halı olsa da torpaq sahəsinin mülkiyyətdə olması özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikililər qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından aşağıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2ci hissəsinə əsasən qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Qeyd olunan Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qanunsuz tikililər inşa etmiş, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, prosessual xərclərə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 20,40 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20,40 manat dövlət rüsumu və mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 95 manat pul Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac İdarəsi” X4 Kəmərləri Sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonası əvvəlki vəziyyətinə gətirilsin. Dövlət rüsumunun əvəzi olaraq 20,40 manat və mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 95 manat olmaqla, ümumilikdə 115,40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar