Məhkəmə qərarları › İş №2-2(3-1)-1/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(3-1)-1/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(3-1)-1/2026 11.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Kommersiya kollegiyası Ilkin iddia üzrə iddiaçı X2 cavabdehlər X4 və cavabdeh1 MMC-yə qarşı və ikinci iddia üzrə iddiaçı X4 cavabdeh X2 qarşı birləşdirilmiş iş üzrə Açar sözlər: ilkin iddia üzrə - müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması, ikinci (birləşdirilmiş) iddia üzrə icarə haqqının ödənilməsi Hakimlər - X8 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, Ilkin iddia üzrə iddiaçı X2 cavabdehlər X4 və cavabdeh1 MMC-yə qarşı “müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması” tələbləri, ikinci iddia üzrə iddiaçı X4 cavabdeh X2 qarşı “icarə haqqı” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh X2 vəkil-nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında şifahi icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. Ilkin iddia üzrə üzrə X2 (bundan sonra - “iddiaçı(cavabdeh)”) vəkil-nümayəndəsi vasitəsi ilə 2024-cü il ## ###### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgüplana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyriyaşayış sahəsinə cavabdeh X4 (bundan sonra - “cavabdeh (iddiaçı)”) tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması, həmin qeyri-yaşayış sahəsinə görə ondan qeyri-qanuni olaraq alınmış (ona ödənilməsi məcbur edilmiş) olan 11.000 manat pulun ##.##.2025-ci il tarixdə bağlanılacaq olan əsas müqavilə üzrə ödənişə hesablanması (həmin əsas müqaviləyə aid edilməsi), mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgüplana uyğun olaraq 39.98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyriyaşayış sahəsinə görə həmin məbləğin 199.800 manat əsas ödənişdən (yerdə qalan borc məbləğindən) çıxılması və iddiaçıdan hər ay tələb olunan 1.000 manat pulun tələb edilməsinin cavabdeh tərəfindən dayandırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən iddiaçı (cavabdeh) ##.##.2023-cü il tarixdə notarial qaydada cavabdeh(iddiaçı)dan (həmin şəxsin etibarnamə üzrə nümayəndəsi vasitəsilə) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən bölgü-plana uyğun olaraq 39.98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən almış və müvafiq müqavilənin tələbinə əsasən (aralarında olan razılaşmaya əsasən) qeyri-yaşayış sahəsi 399.800 manat qiymətləndirilmiş və iddiaçı-cavabdeh 200.000 manatı notariusun depozit hesabına qoymaqla cavabdeh (iddiaçıya) ödəniş etmişdir. Yerdə qalan məbləğ olan 199.800 manat pulu isə ilkin müqavilədən sonra bağlanılacaq olan əsas müqavilə bağlanılan zaman ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 5.6-cı bəndinə əsasən isə ##.##.2025-ci il tarixdə əsas müqavilə bağlanılacaqdır. Qeyd olunan müvafiq müqavilə notarial qaydada bağlanıldıqda qeyriyaşayış sahəsi iddiaç(cavabdeh)in faktiki istifadəsinə və sahibliyinə keçmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdən iddiaçı(cavabdeh)dən hər ay 1000 manat əlavə olaraq ödəniş etməyi tələb olunmuşdur. O, həmin məbləği hansı əsasla ödəməyini soruşduqda müvafiq müqavilə üzrə ödəməli olduğu 199.800 manat pulun faizi olaraq ödəməli olduğu, iddiaçı (cavabdeh) bu pulu ödəyə bilməyəcəyini qeyd etdikdə isə, onun bu pulu ödəməyi ona bildirilmişdir.

4. Bu formada cavabdeh (iddiaçı) ondan 11 ay müddətində ümumi olaraq 11.000 manat pulu qeyri-qanuni olaraq almışdır və həmin pulların ödənilməsinə dair iddiaçı (cavabdeh)də qəbzlər də mövcuddur (məhkəməyə təqdim olunacaqdır). Iddiaçı (cavabdeh) hazırkı cavabdeh (iddiaçı)nın müvafiq müqavilə üzrə nümayəndəsi X1, Əli adlı şəxs və digər Pərviz adlı şəxslə bu məsələ ilə bağlı görüşmüş və bu vəziyyətə etirazını bildirsə də, bunun bir nəticəsi olmamışdır. Hətta cavabdeh (iddiaçı) və onun nümayəndəsi tərəfindən iddiaçı (cavabdeh)in faktiki istifadəsində və sahibliyində olan qeyri-yaşayış sahəsinin istifadəsinə çox ciddi maeələr törədilmiş, qeyri-yaşayış sahəsinin elektrik enerjisi belə oktyabr ayının əvvəlindən qeyri-qanuni olaraq kəsilmişdir. Iddiaçı (cavabdeh) bununla bağlı müvafiq dövlət qurumuna müraciət etmiş və bu şikayətdən sonra elektrik enerjisinin bərpası mümkün olmuşdur.

5. Hətta cavabdeh (iddiaçı) və onun nümayəndəsi tərəfindən iddiaçı (cavabdeh) tərəfindən alınmış və mülkiyyət hüquqları ilə ona məxsus olan qeyri-yaşayış sahəsinin qeyriqanuni olaraq başqa bir şəxsə (üçüncü şəxsə) icarəyə verilməsinə cəhd edilmiş, iddiaçı (cavabdeh)dən imza atmağı tələb edilmişdir. Iddiaçı (cavabdeh) isə bütün bu hallarla razılaşmamışdır.

6. Iddiaçı (cavabdeh) müvafiq alqı-satqı müqaviləsi üzrə mülkiyyət hüququnun 3 elementindən ikisi olan sahiblik və istifadə hüququnu əldə etmiş, ona qeyri-yaşayış sahəsinin təsdiq olunmuş bölgü-planı təqdim edilmişdir. O isə öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bir mülkiyyətçi olaraq maneəsiz sahiblik etmək və faktiki olaraq istifadə etmək istəyir. Hazırda da qeyd edilən problemlər qalmaqda davam edir. Hər ay qanunsuz olaraq 1.000 manat pulun alınması tələb edilir və alınır. Eyni zamanda istifadə və sahibliyə də müxtəlif formada maneələr yaradılır. Iddiaçı (cavabdeh)ə bölgü-planın sürəti təqdim edilmişdir (bu halın nəzərə alınması xahiş olunur).

7. Məsələnin məhkəmədən kənar həll edilməsi üçün elektron formada pretenziya məktubu ünvanlanmış, həmin məktubda 3 gün müddətində bu məsələnin həll olunması, qeyd olunanlara son qoyulması tələb və xahiş edilmiş, lakin həmin məktuba cavab verilməmişdir.

8. Birinci instansiya məhkəməsinin 2025-ci il # ### tarixli qərardadı ilə cavabdeh1 (bundan sonra - ilkin iddia üzrə “cavabdeh cavabdeh1 MMC”) ilkin iddia üzrə cavabdeh qismində işə cəlb olunmuş, iddia tələbinə “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə cavabdeh X4 və cavabdeh1 MMC tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması, mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə ondan qeyri-qanuni olaraq alınmış (ona ödənilməsi məcbur edilmiş) olan 11.000 manat məbləğində pulun ##.##.2025-ci il tarixində bağlanılacaq olan əsas müqavilə üzrə ödənişə hesablanması (həmin əsas müqaviləyə aid edilməsi), mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə həmin məbləğin 199.800 AZN əsas ödənişdən (yerdə qalan borc məbləğindən) ödənişdən çıxılması və iddiaçıdan hər ay tələb olunan 1.000 manat pulun tələb edilməsinin cavabdeh tərəfindən dayandırılması barədə qətnamə qəbul edilməsi çərçivəsində baxılması qərara alınmışdır.

9. Ikinci iddia üzrə cavabdeh (iddiaçı) 2025-ci il # #### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı (cavabdeh)dən ##.##.2025-ci il tarixədək yaranmış 3.000 manat icarə haqqının, 50 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.300 manat xidmət haqqının və iddianın təmin olunacağı təqdirdə 1.000 manat mükafat üzrə xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (iddiaçı) ilə iddiaçı (cavabdeh) arasında 2023-cü il ## ###### tarixdə notariusda bağlanmış “ilkin alqı-satqı” müqaviləsinə əsasən, cavabdeh (iddiaçı) ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 73 m2 olan qeyri-yaşayış sahəsindən bölgü planına uyğun olaraq 39,98 m2 hissəsini gələcəkdə “alqı-satqı” müqaviləsi bağlamaqla iddiaçı (cavabdeh)in sahibliyinə və istifadəsinə verməyi (müvafiq qeydiyyatdan keçirdiyi zaman isə sərəncam səlahiyyəti yaranmaqla mülkiyyətinə verməyi) öhdəsinə götürmüş, iddiaçı (cavabdeh) isə öz növbəsində “alqı-satqı” müqaviləsində göstəriləcək pulu ödəməyi öhdəsinə götürmüşdür. “Ilkin alqı-satqı” müqaviləsi zamanı tərəflərin həqiqi iradəsi bu olmuşdur.

11. Qeyd edilir ki, onlar “alqı-satqı” müqaviləsi bağlananadək həmin obyektin iddiaçı (cavabdeh)in icarəsinə verməyi də nəzərdə tutmuşlar və bunun üçün də qarşılıqlı iradə ifadələrini daha da dəqiqləşdirərək 2023-cü il ## ###### tarixli, həmin qeyri-yaşayış sahəsi üzrə “icarə” müqaviləsi də bağlamışlar. Iddiaçı (cavabdeh) də buna görə aylarla hər hansı bir narazılıq etmədən, 2024-cü ilin sentyabr ayınadək icarə haqqı ödəmişdir. Bu tarixdən sonra iddiaçı(cavabdeh) ticarətin yaxşı olmadığını, icarəni ödəməyə gücünün çatmadığını deyərək “icarə” müqaviləsini ləğv etmələrini, lakin obyektən istifadəyə də davam etməyini istəmişdir. O isə buna etiraz edəndən sonra icarə haqqını (noyabr ayında) ödəməyə davam etmiş, sonra yenə dayandırmış və onlar bu zaman da iddia qaldırmaq üçün pretenziya məktubu göndərmişlər, o yanvar ayında icarəni göndərmiş və cavabdeh(iddiaçı)ya məlum olmuşdur ki, bu pulu iddiaçı (cavabdeh)in onun obyektinə yerləşdirdiyi icarəçi ödəmişdir. Təbii ki, 3 ayın ödənişi də gecikməkdədir.

12. Birinci instansiya məhkəməsinin 2025-ci il ## #### tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı X4 cavabdeh X3 qarşı “icarə haqqı” tələbi barədə kommersiya mübahisəsinə dair e-*-*(***)-***/**** nömrəli iş, iddiaçı X2 cavabdehlər X4 və cavabdeh1 MMC-yə qarşı “müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması” tələbi barədə e-*-*(***)-**/**** nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmiş, birləşdirilmiş işlər üzrə e-2-2(123)-56/2025 qeydiyyat sayı saxlanılmışdır.

13. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi ilə birinci tələb üzrə iddianın təmin edilməməsi, iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya və cavabdeh cavabdeh1 MMC-yə qarşı “ilkin alqısatqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə cavabdeh (iddiaçı) və cavabdeh cavabdeh1 MMC tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması, mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə ondan qeyri-qanuni olaraq alınmış (ona ödənilməsi məcbur edilmiş) olan 11.000 manat məbləğində pulun ##.##.2025-ci il tarixində bağlanılacaq olan əsas müqavilə üzrə ödənişə hesablanması (həmin əsas müqaviləyə aid edilməsi), mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqısatqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə həmin məbləğin 199.800 manat əsas ödənişdən (yerdə qalan borc məbləğindən) çıxılması və iddiaçı (cavabdeh)dən hər ay tələb olunan 1.000 manat pulun tələb edilməsinin cavabdeh (iddiaçı) tərəfindən dayandırılması tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid hesab edilməsi, ikinci tələb üzrə iddianın qismən təmin edilməsi, iddiaçı(cavabdeh)dən 3000 manat icarə haqqı, 50 manat ödənilmiş dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 1.300 manatın alınaraq cavabdeh (iddiaçı)ya ödənilməsi, iddia tələbinin iddianın təmin olunacağı təqdirdə 1.000 manatın alınmasına dair hissədə rədd olunması qət edilmişdir. (hakim Qabil Məmmədov)

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icarə müqaviləsinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını və ya müqavilədən irəli gələn digər ödənişlərin ödəmə tarixini gecikdirdikdə, icarəyə verən obyektə verilən elektrik, su, internet və s. kimi kommunal ximətlərin verilməsini icarəçi tərəfindən mövcud borc məbləğinin ödənişi həyata keçirilən müddətədək dayandıra bilər.

15. Iddiaçı (cavabdeh) qanunsuz olaraq ondan aylıq 1000 manat alınmasını iddia tələbində qeyd etsə də, özünün izahatından və icarə müqaviləsindən məlum olur ki, 1000 manat icarə haqqı ödəməsi barədə müqavilə bağlamaqla 11 ay icarə haqqını ödəmiş, sonradan icarə haqqını ödəmədiyi və icarəyə götürdüyü obyekti başqa şəxsə icarəyə verdiyi halda mülkiyyətçi tərəfindən onun fəaliyyətinə maneələr yaradılmışdır. Iddiaçı (cavabdeh) icarə müqaviləsini bağladıqdan sonra, hazırkı iddia tələbinə baxıldığı müddətdə onu mübahisələndirməmiş, həmçinin 11.000 manat ödəməklə müqavilə ilə razılaşdığını nümayiş etdirməkdədir.

16. Iddiaçı (cavabdeh) tələbində cavabdeh1 MMC tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılmasını qeyd etsə də, bu halın təsdiqi barədə real sübutları məhkəməyə təqdim etməmişdir. Verilən izahatlarda və şahid ifadələrində bu hal qeyd olunsa da, real olaraq cavabdeh1 MMC-nin işçiləri tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin real sübutları, maneə yaradan şəxslərin cavabdeh1 MMC-nin işçiləri olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.

17. Ikinci tələb üzrə cavabdeh (iddiaçı)nın 3000 manat tələbi qanuni olduğundan təmin olunmalıdır. Bu halı ikinci tələb üzrə iddiaçı (cavabdeh) A.Qəhramanov izahatında təsdiq etmişdir. Belə ki, A.Qəhramanov 11 ay aylıq 1000 manat ödədiyini, sonradan 1000 manatı ödəyə bilmədiyini və qanunsuz alınmasını bildirmişdir. Cavabdeh (iddiaçı)nın iddia tələbi təmin olunacağı təqdirdə 1000 manat mükafat üzrə xidmət haqqının cavabdeh(iddiaçı)dan alınaraq ona qaytarılmasına münasibətdə, bu hal cavabdeh (iddiaçı)nın öz üzərinə götürdüyü öhdəlikdir. Həmçinin cavabdeh (iddiaçı) tərəfindən hazırkı mərhələdə həmin xərcin çəkilməsi təsdiq olunmur. Iddianın təmin olunması halında da iddiaçı (cavabdeh)dən tutulmasının heç bir hüquqi əsası və məhkəmə xərclərinə aid olmadığından təmini əsasları yoxdur.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 152.1, 152.5, 329.2, 385.1, 386.1, 402.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 443.3, 443.4, 685.1, 686, 700.1, 700.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 8.1, 9.1, 9.3, 14.2, 107, 108.2, 115.0, 115.0.6, 119.1, 121.1, 217.5, 220.4 və 220.5-ci maddələrinə, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il ## ### tarixli və N.Hacıyevin şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarlarına istinad etmişdir.

19. Iddiaçı (cavabdeh)in vəkil-nümayəndəsi ## ###### 2025-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunması və X2 X4 qarşı “Nümayəndəsi olduğu şəxs iddiaçı X2 mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə nümayəndəsi olduğu şəxsdən qeyri-qanuni olaraq alınmış (ona ödənilməsi məcbur edilmiş) olan 11.000 manat məbləğində pulun ##.##.2025-ci il tarixində bağlanılacaq olan əsas müqavilə üzrə ödənişə hesablanması (həmin əsas müqaviləyə aid edilməsi) hissəsində təmin olunması və X4 X2 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Iddiaçı (cavabdeh) tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verməmiş və məhkəmə qətnaməsi ilə də bu münasibətlərə düzgün normalarla yanaşmamışdır. Belə ki, məhkəmə qətnamənin 29-cu səhifəsinin 2-ci abzasında “tərəflər arasında olan müqavilələrdən göründüyü kimi öhdəliklərin yarandığını və pozulma hallarında tərəflərin məcbur etmə hallarının da olduğunu” qeyd etmişdir. Eyni zamanda, məhkəmə həmin səhifədə və 30-cu səhifədə iddianın rədd olunması üçün bir sıra maddi hüquq normalarına istinad etmiş, lakin iddia tələbinin rədd olunması, ikinci tələbin qismən təmin olunmasına dair hər hansı əsaslandırma aparılmamışdır. Ümumiyyətlə, hesab edirlər ki, məhkəmə qətnaməsi əsaslandırılmamışdır.

21. Məhkəmə tərəflərindən məhkəməyə təqdim edilmiş ilkin alqı-satqı müqaviləsinə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində də qeyd etdikləri kimi tərəflər arasında ilkin müqavilə notarial qaydada bağlanılmış və həmçinin müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin dəyərinin yarısı cavabdeh (iddiaçı)ya ödənilmişdir. Həmin müqavilənin müvafiq bəndinə əsasən də cavabdeh (iddiaçı) müqavilə predmeti olan qeyriyaşayış sahəsini iddiaçı (cavabdeh)in sahiblik və istifadəsinə verməli idi. Lakin məhkəmə bu hala ümumiyyətlə qiymət verməmişdir.

22. Həmçinin əmlakın ilkin alqı-satqı müqaviləsindən sonra tərəflər arasında daxili icarə müqaviləsinin bağlanılması da düzgün deyildir. Bu icarə müqaviləsi yuxarıda istinad edilən ilkin müqavilənin müvafiq bəndi ilə də ziddiyyət təşkil edir. Həm ilkin müqavilə ilə əmlakın satılması, həmçinin onun əvəzli olaraq icarəyə verilməsi düzgün deyildir. Tərəflər ilkin müqavilə ilə iradə ifadəsi nümayiş etdirmiş, eyni zamanda həmin müqaviləni “ilkin alqı-satqı” müqaviləsi adlandırmışlar. Bu baxımdan məhkəmə münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.

23. Məhkəmə tərəflər arasında olan münaisbətlərə icarə münasibətləri kimi hüquqi qiymət vermişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı (cavabdeh) ilə cavabdeh (iddiaçı) arasında ilkin alqı-satqı müqaviləsindən yaranmış münasibətlər olmuş və mübahisəyə bu yöndən hüquqi qiymət verilməsi daha düzgün olardı. Iddiaçı (cavabdeh)dən alınmış 11.000 manat pula məhkəmə icarə müqaviləsindən yaranmış icarə haqqı kimi yanaşmışdır. Halbuki tərəflər arasında icarə münasibətləri deyil, ilkin müqavilədən yaranan münasibətlər kimi yanaşılmalı idi.

24. Ikinci tələbin təmin olunmasına, cavabdeh (iddiaçı) tərəfindən iddia tələbi olan icarə haqqına gəldikə isə buna dair heç bir sübut təqdim olunmamış, lakin məhkəmə iddiaçı (cavabdeh)in izahatı ilə 3 aylıq icarə haqqının ödənilməməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçı (cavabdeh) məhkəmədə verdiyi izahatında da “ilkin müqavilə bağlanıldıqdan sonra cavabdeh1 MMC-nin yerləşdiyi ofisə getdiyini, hər hansı sənədə imza etdiyini, lakin o sənədin müqavilə olmasını bilmədiyini” qeyd etmişdir. Həmçinin sonradan əmlakın iddiaçı (cavabdeh)dən alınaraq başqa şəxsə verilməsi ilə də həmin əmlakın iddiaçı (cavabdeh)dən alınması öz təsdiqini tapmışdır.

25. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ikinci iddianın təmin olunmasının məhkəmə iddiaçı(cavabdeh)in izahatı ilə təsdiq olunduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında icarə münasibətləri yox, ilkin alqı-satqı münasibətləri olmuşdur. Məhkəmə münasibətlərə düzgün hüquqi qiymət verməmiş və məsələyə icarə münasibətləri çərçivəsində hüquqi qiymət vermişdir.

26. Apellyasiya şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 402.1, 402.2, 402.3, 402.4, 402.5 və 402.6-cı, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3 və 76.1-ci maddələrinə istinad edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

28. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

Apellyasiya baxışının hədləri

30. Mülki Prosessual Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

31. Iddiaçı (cavabdeh) tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tamamilə ləğv edilməsi, ilkin iddia tələbi üzrə “11.000 manat məbləğində pulun ##.##.2025-ci il tarixdə bağlanılacaq olan əsas müqavilə üzrə ödənişə hesablanması (həmin əsas müqaviləyə aid edilməsi) hissəsində” təmin edilməsi və ikinci iddia tələbinin rədd olunmasına yönəldilmişdir.

32. Lakin apellyasiya icraatı zamanı iddiaçı (cavabdeh)in vəkil-nümayəndəsi məhkəməyə ünvanlanmış ## ##### 2026-cı il tarixli müraciətində göstərmişdir ki, tərəflər arasında ##.##.2025-ci il tarixdə bağlanılması nəzərdə tutulmuş əsas müqavilə bağlanılmamış (həmin müqaviləyə xitam verilməsinə dair müqavilə bağlanılmış), buna görə də birinci instansiya məhkəməsində iddia qaldıran zaman tələb etdikləri digər tələblərin artıq hüquqi əhəmiyyəti qalmamış, yalnız birinci instansiya məhkəməsində tələb olunan 11.000 manatın əsas müqaviləyə hesablanması kimi yox, qaytarılması kimi baxılması zərurəti yaranmışdır.

33. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadı ilə iddiaçı (cavabdeh)in vəkil-nümayəndəsi tərəfindən verilmiş vəsatət qismən təmin edilmiş, Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin “Iddiaçı X2 cavabdehlər X4 və cavabdeh1 MMC-yə qarşı “ilkin alqı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgüplana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyriyaşayış sahəsinə cavabdeh X4 və cavabdeh1 MMC tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması və iddiaçıdan hər ay tələb olunan 1.000 manat pulun tələb edilməsinin cavabdeh tərəfindən dayandırılması” hissələrində ləğv edilməsi və iddianın həmin hissələri üzrə işin icraatına xitam verilməsi, vəsatətin 11.000 manat məbləğində pulun iddiaçıya qaytarılması kimi baxılması hissəsinin isə növbəti apellyasiya baxışı iclasında tərəflərin iştirakı ilə müzakirə olunaraq qiymətləndirilməsinə qərar verilmişdir.

34. Bu səbəbdən də mübahisələndirilən məhkəmə aktı 11.000 manat pulun iddiaçı (cavabdeh)ə qaytarılması və ikinci iddia tələbinin rədd edilməsi hissələrində apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

35. Mülki Məcəllə; Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 402. Ilkin müqavilə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

37. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə müzakirə edib, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir.

38. Ilk olaraq qeyd edilməsi zəruridir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli X6 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

40. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

41. Iş materialları ilə müəyyən olunur ki, ##.##.2023-cü il tarixdə iddiaçı (cavabdeh) ilə cavabdeh (iddiaçı) arasında (sonuncunun etibarnamə üzrə nümayəndəsi vasitəsilə) notarial qaydada ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən bölgü-plana uyğun olaraq 39,98 m2 hissəsi üçün ilkin alqı-satqı müqaviləsi bağlanmış və ilkin alqısatqı müqaviləsinə əsasən əmlakın ümumi dəyərinin (399.800 AZN), 200.000 AZN hissəsi ödənilmiş, əsas alqı-satqı müqaviləsinin ##.##.2025-ci il tarixdə bağlanılacağı və həmin tarixdə də əmlakın dəyərinin qalan hissəsinin ödəniləcəyi razılaşdırılmışdır.

42. Bağlanmış ilkin alqı-satqı müqaviləsinin 1.2-ci bəndində “birinci tərəf” ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni bu müqavilənin bağlandığı andan ##.##.2025-ci il müddətindən gec olmamaq şərtilə, “ikinci tərəf” isə gələcəkdə qeyri-yaşayış sahəsinin predmeti olacaq qeyriyaşayış sahəsini həmin müqavilənin bağlanması anında sahiblik və istifadəsinə qəbul etməyi və gələcəkdə onun barəsində alqı-satqı müqaviləsi bağlamaqla bu müqavilə ilə müəyyən edilib, şərtləşdirilmiş, həmçinin gələcəkdə bağlanılacaq qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində göstəriləcək pul məbləğini “birinci tərəfə” ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.2-ci bəndində isə “qeyri-yaşayış sahəsində öz adına özgəninkiləşdirilməsi anınadək ondan vicdanla istifadə edəcək və zəruri vəziyyətdə saxlanılmasını təmin edəcək” müəyyən edilmişdir.

43. Bundan sonra, ##.##.2023-cü il tarixdə tərəflər arasında ilkin alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi barədə icarə müqaviləsi bağlanmışdır.

44. Bağlanmış icarə müqaviləsinə əsasən isə obyektdən istifadə ilə bağlı aylıq icarə haqqı vergi çıxıldıqdan sonra 1.000 manat məbləğində müəyyən edilməsi, icarə haqqının cari ayın ilk 10 iş günü ərzində icarəçi tərəfindən icarəyə verənə nağd şəkildə və ya onun bank hesabına ödənilməsi, müqaviləyə tərəflərin riayət etməməsinin icarə müqaviləsinə xitam verilməsi üçün əsas olması nəzərdə tutulmuşdur.

45. Iddiaçı (cavabdeh) bağlanmış icarə müqaviləsinə əsasən mütəmadi olaraq 11 ay icarə haqqını ödəmiş və bundan sonra aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən sahiblik, istifadə və mülkiyyət hüquqlarının olduğunu əsas gətriməklə icarə haqqı ödəməkdən imtina etmişdir.

46. Eyni zamanda, həmin qeyri-yaşayış sahəsini üçüncü şəxsə subicarəyə vermişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.3-cü bəndinə uyğun olaraq icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi obyekti və ya onun hər hansı hissəsini subicarəyə verə bilməsi məhdudlaşdırılmışdır.

47. Cavabdeh (iddiaçı) tərəfindən ##.##.2025-ci il tarixdə rəsmi xəbərdarlıq edildikdən sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir.

48. Həmçinin o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılıb yekun qərar qəbul edildikdən sonra tərəflər arasında ##.##.2025-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə əsasən bağlanmış ilkin alqı-satqı müqaviləsinə xitam verilmiş və ödənilmiş 200.000 AZN vəsait iddiaçı(cavabdeh)ə geri qaytarılmışdır.

49. Ilkin alqı-satqı müqaviləsinin 1.2 və 2.4.2-ci bəndlərində sahiblik və istifadə ilə bağlı qeydlər nəzərdə tutulsa da, bu halın konkret hansı şərtlərlə həyata keçirilməli olması müəyyən edilməmişdir.

50. Bu qeyri-müəyyənliyə isə qarşılıqlı razılıq əsasında tərəflər arasında bir gün sonra bağlanmış icarə müqaviləsi ilə aydınlıq gətirilmişdir. Buna görə də bu halda tərəflərin sonradan ayrıca icarə müqaviləsi bağlamaqla həmin hüquqi münasibətləri konkretləşdirməsi heç də hüquqa zidd olmamışdır.

51. Eyni zamanda, iddiaçının icarə müqaviləsi bağlandıqdan sonra 11 ay müddətində mütəmadi olaraq vaxtı-vaxtında icarə haqqını ödəməsi onun satın almağı nəzərdə tutduğu əmlakdan satınalma başa çatanadək istifadənin məhz ödənişli əsaslarla həyata keçirdiyini qəbul etdiyini təsdiq edir.

52. Ilk olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 402-ci maddəsinə uyğun olaraq ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

53. Iş materialları ilə müəyyən olunur ki, ilkin müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilmiş və ödənilmiş vəsait tam həcmdə alıcıya geri qaytarılmışdır.

54. Digər tərəfdən apellyasiya şikayətinin əsas dəlili kimi ilkin alqı-satqı müqaviləsinin bağlanması və gələcəkdə bağlanması nəzərdə tutulan əsas alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlaka mülkiyyət hüququnun alıcıya keçməsi nəzərdə tutulduğundan bağlanmış icarə müqaviləsinin düzgün olmamasını mübahisələndirməklə, bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bir mülkiyyətçi olaraq maneəsiz sahiblik etmək və faktiki istifadə etmək hüququnun olmasına istinad edilmişdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il ## #### tarixli **/**** nömrəli Qərardadında müəyyən edilmiş mövqeyinə görə “...məhkəmələrdə əqdə əsaslanan mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.”

57. Iddiaçı (cavabdeh) tərəfindən mübahisələndirilən icarə müqaviləsi qeyd olunan qərardadda təsbit edilmiş etibarlılıq şərtlərinə (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) tam cavab verir və bunun əksini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

58. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

59. Eyni zamanda, tərəflər arasında ##.##.2025-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə əsasən bağlanmış ilkin alqı-satqı müqaviləsinə xitam verilməsi və ödənilmiş 200.000 AZN vəsaitin iddiaçı (cavabdeh)ə geri qaytarıldığı nəzərə alınarsa, mövcud vəziyyətdə icarə müqaviləsi üzrə ödənilmiş 11.000 manat vəsaitin geri qaytarılması və ödənilməmiş üç aylıq icarə haqqının ödənilməməsi iddiaçı (cavabdeh)in əsassız varlanmasına səbəb olar. Bu nöqteyi-nəzərdən hazırkı mübahisə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir.

60. Əsassız varlanma - bir şəxsin (varlanmış şəxs) digər bir şəxsin (məhrum olanın) hesabına qanuni və ya müqavilə əsası olmadan əmlak və ya mənfəət əldə etməsidir. Mülki Məcəlləyə əsasən, bu, müstəqil bir öhdəlik növü hesab olunur və əsassız əldə edilmiş əmlakın geri qaytarılması vəzifəsini yaradır. Hazırkı vəziyyətdə, müqavilə və ya qanuni əsas olmadan daşınmaz əmlakdan kirayə haqqı ödəmədən istifadə edilməsi əsassız varlanma hesab olunur.

61. Mülki Məcəlləyə və beynəlxalq hüquqi prinsiplərə görə, bu hal aşağıdakı səbəblərdən əsassız varlanma kimi tövsif edilir: Hüquqi əsasın yoxluğu: Əgər tərəflər arasında qüvvədə olan bir kirayə müqaviləsi yoxdursa və ya müqavilənin müddəti bitibsə, şəxsin həmin əmlakda qalmağa davam etməsi üçün hüquqi əsası qalmır. Maddi mənfəət (varlanma): Istifadəçi normalda kirayə üçün ödəməli olduğu vəsaitə qənaət edir, yəni öz əmlakını başqasının hesabına artırmış (və ya azalmadan qorumuş) olur. Mülkiyyətçinin itkisi: Əmlak sahibi həmin obyekti başqasına kirayə verib gəlir əldə edə biləcəyi halda, bu imkandan məhrum olur.

62. Əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxsin başqa şəxsin hesabına əmlak əldə etməsi ilə yanaşı, bu əmlakı heç bir qanuni əsas və ya müqavilə əsası olmadan əldə etməsi də müəyyən edilməlidir. Belə ki, ilkin alqı-satqı müqaviləsində sahiblik və istifadə hüququnun nəzərdə tutulması, ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş alqı-satqının baş tutacağı və əmlakın dəyərinin tam ödəniləcəyi ümidi ilə verilir.

63. Ilkin iddianın əsası kimi iddiaçı (cavabdeh) ilkin alqı-satqı müqaviləsində sahiblik və istifadə hüququnun olması ilə əlaqələndirir. Lakin gələcəkdə əsas alqı-satqının baş tutmadığı təqdirdə sahiblik və istifadə hüququ sonradan aradan qalxmış əsasa söykənmiş olur.

64. Hazırkı iş üzrə alqı-satqının baş tutmaması, yəni ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulduğu qaydada əsas alqı-satqı müqaviləsinin bağlanmaması və əmlakın qalan dəyərinin ödənilməməsi, hətta qarşılıqlı şəkildə razılaşma əsasında, yəni ilkin alqı-satqı müqaviləsinin də xitam olunaraq ilkin müqavilə üzrə ödənilmiş məbləğin tam həcmdə geri ödənilməsi, iddianın hüquqi əsası kimi icarə haqqının ödənilməməsi ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Mülki Məcəllənin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.

65. Nəzərə almaq lazımdır ki, əsas alqı-satqı müqaviləsinin bağlanmaması, ilkin alqısatqı müqaviləsinin də xitam olunaraq ilkin müqavilə üzrə ödənilmiş məbləğin tam həcmdə 200.000 AZN geri ödənilməsi, daşınmaz əmlakdan istifadə edərək gəlir əldə edilməsi hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə iddiaçı (cavabdeh)ə ödədiyi vəsaiti geri tələb eməyi istisna etdiyi kimi, cavabdeh (iddiaçı)ya da üç ay üçün ödənilməmiş vəsaiti iddiaçı (cavabdeh)dən tələb etmək hüququnu istisna etmir.

66. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.

67. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə uyğun olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

68. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

69. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Kollegiya qeyd edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli qərardadından aydın olur ki, ilkin iddia üzrə tələblərin ikisinə dair hissədə iş üzrə icrata xitam verilmiş və dövlət rüsumunun qaytarılması məsələsinə iş üzrə yekun məhkəmə aktı qəbul edilən zaman qiymət veriləcəyi qeyd edilmişdir. Bu səbəbdən də kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

71. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.

72. Kollegiya bildirir ki, ilkin iddia üç tələbdən ibarət olmaqla həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Iddia tələbinin qiymətləndirilən hissəsi 11.000 manat təşkil edir, həmçinin iddiaçı (cavabdeh)in vəkilnümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş ərizədən aydın olur ki, 11.000 manat məbləğində pulun iddiaçıya qaytarılması tələb edilmiş və bu hissədə iş üzrə icraat davam etdirilmişdir.

73. Iddiaçı (cavabdeh) məhkəməyə müraciət edərkən hər iki tələb, həm əmlak xarakterli olmayan maneənin aradan qaldırılması üçün 100 manat, həm də əmlak xarakterli olan 11.000 manat pul tələbi üçün 123 manat, ümumilikdə 100+123=223 manat dövlət rüsumu ödəməli olduğu halda ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ödəmişdir.

74. Iş üzrə 2026-cı il ## ##### tarixli qərardad nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı (cavabdeh)ə qaytarılmalı, sonuncu tərəfindən 123 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Kollegiya hesab edir ki, geri qaytarılmalı olan 100 manat dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanmalı və az ödənilmiş 23 manat dövlət rüsumu iddiaçı (cavabdeh)dən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

75. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya və cavabdeh cavabdeh1 MMC-yə qarşı “müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması” tələbləri, ikinci iddia üzrə cavabdeh(iddiaçı)nın iddiaçı(cavabdeh)ə qarşı “icarə haqqı” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh)in vəkil-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, 2026-cı il ## ##### tarixli qərardad nəzərə alınmalı, həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ilkin iddia ərizəsi verilərkən ödənilməmiş 23 manat dövlət rüsumu iddiaçı (cavabdeh)dən alınaraq dövlət büdcəsinə ödənilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı(cavabdeh)in özünə aid edilməlidir

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli qərardadı ilə ilkin iddia tələbi üzrə “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 m2 sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39,98 m2 hissəni “ilkin alqı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə cavabdehlər X4 və cavabdeh1 MMC tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması və iddiaçıdan hər ay tələb olunan 1.000 (bir min) manat pulun tələb edilməsinin cavabdeh tərəfindən dayandırılması” hissələrində işin icraatına xitam verilməsi nəzərə alınsın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Ilkin iddia ərizəsi verilərkən ödənilməmiş 23 (iyirmi üç) manat dövlət rüsumu iddiaçı (cavabdeh) X2 alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı (cavabdeh) X2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Mehman Allahverdiyev və Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar