Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-2(3-1)-5/2026 06.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər X4 və cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: pul tələbi, iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X3 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi nümayəndə3, Naxçıvan MR Iqtisadiyyat Nazirliyininin nümayəndəsi nümayəndə1, cavabdeh1 nümayəndəsi nümayəndə2 və cavabdeh4 MMC-nin nümayəndəsi nümayəndə4 iştirakları ilə Işin halları
1. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R***LC-7” markalı ekskavatorun Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X5 və ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı ekskavatorun cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, iddianın Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir.
2. Həmin qətnaməyə əsasən verilmiş icra sənədləri icra olunaraq ##.##.2024-cü il tarixdə “Hidromek 102S” markalı ekskavator İddiaçı və ##.##.2024 cü il tarixdə “Hyundai R***LC-7” markalı ekskavator İddiaçı nümayəndəsi X2 təhvil verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) 2025-ci il ## ###### tarixdə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, cavabdeh1, Naxçıvan MR Iqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Maliyyə Nazirliyinə və cavabdeh4 MMC-yə (bundan sonra “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək: "Hidromek 102S” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.060.000 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 50.000 manatın və həmin ekskavatorun əsaslı təmiri üçün işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 43.819,30 manatın, cəmi 1.153.819,30 manatın; "Hyundai R***LC-7” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.891.500 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 80.000 manatın və həmin ekskavatorun təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 47.908 manatın, cəmi 2.019.408 manatın və ödənilmiş 2376,62 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Naxçıvan Şəhər Məhkəməsinin 2025-ci il ## ### tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iddiaçı tərəfdən həmin qərardaddan şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı qərarı ilə həmin şikayət təmin edilməmişdir.
5. Naxçıvan MR Kommersiya Məhkəməsində icraat zamanı iddiaçının 2025-ci il ## ######## tarixdə göndərilmiş iddia tələbinin artırılması ilə bağlı ərizəsi nəzərə alınaraq 2025-ci il ## ######## tarixli hazırlıq iclasında iddia tələbinə "Hidromek 102S” markalı ekskavatoru 2008-ci ilin əvvəlindən 2024-cü ilin sentyabr ayına qədər qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.135.500 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 50.000 manatın və həmin ekskavatorun əsaslı təmiri üçün işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 43.819,30 manatın, cəmi 1.229.319,30 manatın; "Hyundai R***LC-7” markalı ekskavatoru 2008-ci ilin əvvəlindən 2024-cü ilin oktyabr ayına qədər qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.905.800 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 80.000 manatın, həmin ekskavatorun təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 47.908 manatın, cəmi 2.033.708 manatın və ödənilmiş 2421,52 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır.
6. Iddiaçı tərəfindən 2025-ci il ## ###### tarixdə məhkəməyə göndərilmiş ərizədə yaranmış zərurətlə əlaqədar Naxçıvan MR Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılması xahiş edilmiş, həmin tarixli qərardadla Naxçıvan MR Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılması, işə iddiaçının digər cavabdehlərə qarşı pul tələbi çərçivəsində baxılması qərara alınmışdır.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tikinti və qazma işlərinin görülməsi, qaz xətlərinin çəkilməsində istifadə edilməsi məqsədilə 2007-ci ilin sentyabr ayında Cənubi Koreya Respublikasından "Hyundai R***LC-7" markalı (ban № ********, mühərrik № ********, 2007-ci il buraxılışlı, tırtırlı) və 2007-ci ilin oktyabr ayında Türkiyə Respublikasından "Hidromek 102S" markalı (ban № **S******, mühərrik № RG*****U******P, 2007-ci il buraxılışlı, təkərli) ekskavatorlar alaraq Naxçıvan Muxtar Respublikasına gətirmişdir.
8. Həmin ekskavatorlar təxminən 2008-ci ilin əvvəllərində qeyri-rəsmi formada məcburi şəkildə onun əlindən alınmış və Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinə verilmişdir. Daha sonra isə Naxçıvan MR Ali Məclisinin ##.##.2013-cü il Fərmanına əsasən Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkəti ləğv edilmiş, iddiaçıya məxsus "Hidromek 102S" markalı ekskavator Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X5, "Hyundai R***LC-7" markalı ekskavator isə Komitənin Naxçıvan Şəhər Idarəsinin qanunsuz istifadəsinə verilmişdir.
9. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə ekskavatorların qanunsuz sahiblikdən alınaraq iddiaçıya qaytarılması barədə iddiası təmin edilmiş və 2024-cü ilin sentyabr-oktyabr aylarında icra olunmuşdur.
10. Cavabdehlər iddiaçıya məxsus ekskavatorları qanunsuz sahiblikdə saxlamaqla onlardan istifadə edərək gəlir götürmüş, texnikaların istifadə nəticəsində köhnəlməsinə - dəyər itirməsinə səbəb olmuş, iddiaçını həmin texnikalardan istifadə edərək gəlir (əldən çıxmış fayda) götürmək hüququndan məhrum etmişlər.
11. 16 illik (2008-2024) qanunsuz istismardan sonra texnikalar yararsız halda təhvil verilmişdir. "xxxx" MMC-nin qiymətləndirməsinə əsasən, bərpa üçün cəmi 91.727,30 manat təmir xərci tələb olunur.
12. Mülkiyyətçi əşyanın qanunsuz sahiblikdə olduğu dövr üzrə götürülməli olan gəlirləri tələb edə bilər. 2008-2024-cü illər üzrə orta aylıq icarə haqları əsasında hesablanmış məbləğ 2.951.500 manat təşkil edir.
13. Uzunmüddətli istismar nəticəsində texnikaların bazar dəyərinin aşınması üzrə cəmi 130.000 manat zərər hesablanmışdır.
14. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 157.5, 1096.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1 və 5.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2025-ci il # ######## tarixdə daxil olmuş etiraz ərizəsində iddiaçının iddia tələbinin həmin Komitəyə münasibətdə rədd olunmasını xahiş etmişdir.
16. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddianın rədd olunması və iddiaçının ödədiyi 2421,52 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim Qabil Məmmədov).
17. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan “Hyundai 210LÇ-7” və “Hidromek HNK 102 S” markalı ekskavatorlar cavabdehlərin sahibliyinə qanuni sənədlər (Naxçıvan MR Ali Məclisi sədrinin ## ###### 2013-cü il tarixli 84 IV FR saylı fərmanı, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2013-cü il tarixli ** saylı və ## ###### 2020-ci il tarixli *** saylı əmrləri) əsasında keçmişdir:
18. 2013-cü ildə ekskavatorlar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansından Naxçıvan Şəhər Idarəsinə verilmiş, 2020-ci ildə “Hyundai 210LÇ-7” markalı ekskavator Komitənin Naxçıvan Şəhər Idarəsinin balansından X5 (hazırda cavabdeh4 MMC) balansına ötürülmüş, 2023-cü ildə Naxçıvan MR Ali Məclisi sədrinin ## #### 2023-cü il tarixli 180-VI FR saylı fərmanına əsasən Komitənin yerli idarələri tabelikdən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmişdir.
19. Məhkəmə hesab edir ki, həm Naxçıvan Şəhər Idarəsi, həm də cavabdeh4 MMC vicdanlı sahib hesab olunmalıdırlar. Çünki ekskavatorları dövlət orqanlarının rəsmi əmrləri ilə qəbul etmişlər. Həmin vaxt bu əmlakın iddiaçının mülkiyyətində olması və ya qanunsuz yolla əldə edilməsi barədə onlarda məlumat olmamışdır. Mülki qanunvericiliyə görə, vicdanlı sahib əmlakın dəyər itirməsinə, ona dəymiş zərərə və ya əldən çıxmış faydaya görə əvəz ödəmək öhdəliyi daşımır.
20. Məhkəmə iddiaçının arqumentlərini bu əsaslarla rədd etmişdir ki, iddiaçı texnikaların hazırkı cavabdehlər tərəfindən qanunsuz olaraq əlindən alınması və ya istismar edilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir; iddiaçı texnikaların 2008-ci ildə Asəf Məmmədov adlı şəxs tərəfindən əllərindən alınıb aparıldığını bildirdiyi halda, nümayəndəsi həmin texnikaların gömrük məntəqəsində əllərindən alındığını qeyd etmişdir; iddiaçının texnikaların alındığını iddia etdiyi 2008-ci ildə hazırkı cavabdeh təşkilatlar hüquqi şəxs kimi mövcud olmamışlar.
21. Komitənin Naxçıvan Şəhər Idarəsi və cavabdeh4 MMC vicdanlı sahib olduqları, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ekskavatorlar artıq onun tabeliyində olmayan və özəlləşdirməyə verilmiş qurumlara ötürüldüyü və Naxçıvan MR Iqtisadiyyat Nazirliyi ekskavatorların bu nazirliyin balansında və ya istifadəsində olması faktı sübuta yetirilmədiyi üçün iddiaçının iddiası rədd olunmalıdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 60-cı maddəsinin II hissəsinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Mülki Məcəllənin 157.5, 157.6, 157.7 və 157.8-ci, Mülki-Prosessual Məcəllənin 9.1, 14.2, 50.1, 50.3, 54.1, 54.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1-108.1.1, 108.2, 119.1, 217.3 - 217.5, 218.1, 218.3 və 220.4-cü, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ###### tarixli, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli və “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il ## ####### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
23. Iddiaçı 2026-cı il ## ###### tarixdə apellyasiya şikayəti ilə müraciət edərək e- *-*(***)-***/**** saylı 2025-ci il ## ###### tarixli qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
24. Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.5, 1096.1, 1096.2 və 1097.1-ci maddələri üzrə - həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur.
25. Iddia tələbində göstərilən ekskavatorları iddiaçı öz şəxsi vəsaiti hesabına xaricdən alıb Azərbaycan Respublikasına gətirmiş, lakin dövlət qeydiyyatına aldırana qədər ekskavatorlar cavabdehlər tərəfindən qanunsuz şəkildə ondan alınmışdır.
26. Iddiaçı tərəfindən ekskavatorların qanunsuz sahiblikdən alınıb ona qaytarılmasına dair hazırkı cavabdehlərə qarşı qaldırılmış iddiası Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə təmin olunmuş və həmin qətnamə icra edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
27. Mülki Məcəllənin 157.5, 181.1, 181.4, 182.1, 182.2-ci, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsi, 28-ci maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin VI və 32-ci maddələri üzrə qanunvericiliyin tələbləri və işin faktiki hallarına əsasən iş üzrə cavabdehlərin ona məxsus texnikalara vicdanlı sahiblik etməsi aşağıda göstərilənlərə əsasən mümkün deyildir:
1. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, ona məxsus texnikalar ən azından 2013-cü ilin fevral ayından cavabdehlərin qanunsuz istifadəsində olmuşdur;
2. Ona məxsus texnikaların cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı hər hansı bir qanuni əsas olmamışdır;
3. Cavabdehlərin və birinci instansiya məhkəməsinin istinad etdiyi fərman və əmrlərin ona məxsus texnikalarla bağlı verildiyini təsdiq edən hər hansı bir sübut yoxdur. Çünki fərman və əmrlərdə ona məxsus texnikaların dövlət qeydiyyat nişanı, ban (şassi) və mühərrik nömrəsi göstərilməmişdir;
4. Həmin texnikalar ona məxsus olduğu üçün onlarla bağlı Naxçıvan MR Ali Məclisinin sədrinin fərman, Komitənin isə əmr vermək səlahiyyəti olmamışdır. Komitənin özünün də bildirdiyi kimi həmin texnikalar ümumiyyətlə onun balansında olmamışdır;
5. Hətta hesab etsələr ki, ona məxsus texnikalar qeyd olunan fərman və əmrlər əsasında cavabdehlərin istifadəsinə verilmişdir. Belə olan halda həmin texnikalar onun iradəsinin ziddinə sahibliyindən çıxmışdır və cavabdehlər həmin texnikaları əvəzsiz əldə etmişdir. Cavabdehlər vicdanlı sahib kimi qiymətləndirilə bilməz;
6. Birinci instansiya məhkəməsinin iddia etdiyi kimi hesab etsələr ki, ona məxsus texnikalar cavabdehlərə rəsmi sənədlər əsasında verilmişdir, o zaman da işin faktiki halları ilə təsdiq olunur ki, həmin texnikaları istifadəsinə qəbul etdikdən sonra cavabdehlərin həmin texnikaların qanuni əsaslarla istifadələrində olmadığını bilməmələri mümkün deyil. Belə olan halda isə qanunvericiliyin tələbləri baxımından bunu bildikləri və ya bilməli olduqları andan vurulmuş zərəri ödəməlidirlər. Odur ki, qanunvericiliyin tələblərinə və göstərilənlərə əsasən hesab edirlər ki, iş üzrə cavabdehlərin vicdanlı sahib kimi qiymətləndirilməklə hazırki iddia tələbinin rədd olunması tamamilə qanunsuzdur.
28. Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri üzrə - birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv araşdırılmasını və hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Çünki tərəflərindən təqdim edilmiş sübutlar iddia tələbinin əsaslı olduğunu sübut edir. Hətta tərəfindən təqdim edilmiş təsdiqedici sübutlardan əlavə olaraq, iş üzrə cavabdehlər özləri də ona məxsus texnikaların ən azından 2013-cü ilin fevral ayından onların istifadəsində olduğunu etiraf etmiş, lakin texnikaların onların qanunsuz sahibliyində olmadığını əsaslandırmaq üçün Naxçıvan MR Ali Məclisinin sədrinin ##.##.2013-cü il tarixli 84-IV FR saylı fərmanına, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2013-cü il tarixli ** saylı və ##.##.2020-ci il tarixli *** saylı əmrlərinə əsasən onların istifadəsinə verildiyinə istinad etmişlər. Halbuki qeyd olunan fərman və əmrlərdə ona məxsus ekskavatorlarla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır.
29. Mülki Prosessual Məcəllənin 217.1 və 217.3-cü maddələri üzrə - birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə olan halda isə qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab oluna bilməz.
30. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair göstərilən hallar həm də birinci instansiya məhkəməsinin gəldiyi qənaətini əsaslandırmaq üçün müəyyən etdiyi iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və məhkəmənin qətnamədə gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2026-cı il tarixli etirazında Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin iddianın Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə rədd edilməsi nəzərə alınmaqla hazırkı iş üzrə iddia tələbinin Komitəyə münasibətdə rədd olunması xahiş edilmişdir.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
32. Iddiaçı İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əlavə olaraq göstərdi ki, o, 2007ci ilin sentyabr ayında "Hyundai R***LC-7" markalı və həmin ilin oktyabr ayında "Hidromek 102S" markalı ekskavatorlar alaraq Naxçıvan Muxtar Respublikasına gətirmiş və onları Şərurda Arpaçayın kənarında saxlamışdır. Həmin vaxt Naxçıvan MR baş nazirinin birinci müavini işləyən Asəf Məmmədov ekskavatorları ondan tələb etmiş, o, “vermirəm” deyərək şifahi qaydada Asəf Məmmədova etiraz etmiş və 1 həftə aralarında mübahisə olmuş, sonra ekskavatorları götürüb aparmışlar. Ondan həmin ekskavatorların sənədlərini istədikdə isə demişdir ki, “sənədlər yoxdur, Bakıda qalıb”.
33. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi nümayəndə3 izahatında göstərdi ki, iş materiallarından və aparılan araşdırmalardan aydın olur ki, 2 ədəd ekskavator Komitənin balansına qanunvericiliyə uyğun formada, yəni yuxarı dövlət orqanının qərarı, o cümlədən Naxçıvan MR Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq inzibati aktlara (sərəncam, əmr) əsasən daxil edilmişdir və bu əsasda cavabdeh qanunvericiliyə əsasən vicdanlı sahib hesab edilməlidir. Iddiaçının Komitəyə və onun tabeli idarələrinə qarşı iddia tələbinin hüquqi əsası yoxdur. Mövcud qanunvericiliyə əsasən iddiaçı tərəfindən yalnız həmin əşyaların balansa və ya sahibliyə alınması ilə əlaqədar qəbul edilmiş müvafiq inzibati aktlar (sərəncam, əmr göstəriş və s.) inzibati icraat qaydasında mübahisələndirilə bilər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir.
34. Cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə2 izahatında göstərdi ki, həmin texnikalar Ali Məclisin, Nazirlər Kabinetinin və baş idarənin qərarı ilə onlara verilmişdir, onlar həmin texnikaların qanunsuz əldə edildiyini bilə bilməzdilər. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
35. Cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyininin nümayəndəsi nümayəndə1 izahatında göstərdi ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon Idarəsi Naxçıvan MR Ali Məclisinin 2023-cü il tarixli fərmanı ilə özəlləşdirilmiş, onlar sadəcə olaraq həmin idarənin balansında olan əmlakı təhvil almışlar, iddia olunan texnikanın həmin idarənin balansına haradan gəlməsi barədə məlumatları olmamışdır. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
36. Cavabdeh cavabdeh4 MMC-nin nümayəndəsi nümayəndə4 izahatında göstərdi ki, həmin texnikalar 2020-ci ilin sonlarında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansından Komitənin Naxçıvan Şəhər Idarəsinin balansına, oradan isə Hyundai 210LC7 markalı ekskavator X5 balansına keçirilmiş, bu barədə Komitə tərəfindən əmr verilmişdir. Naxçıvan MR Ali Məclisi sədrinin qərarı ilə idarələr özəlləşməyə getdiyindən Komitənin göstərişi ilə 2023-cü ilin sentyabr ayında Naxçıvan MR Iqtisadi Inkişaf Nazirliyi texnikaları təhvil götürmüşdür. cavabdeh4 MMC olaraq bu işdə cavabdeh olmalı deyillər. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
37. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
38. Apellyasiya baxışında Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxiv Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-NDA/*-*-***/**** saylı məktuba əlavə olunmuş; *-** saylı ##.##.2008-ci il tarixli Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkəti tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məktubdan görünür ki, son zamanlar tikinti quraşdırma işlərinin həcminin artması ilə əlaqədar torpaq işlərinin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə şirkətə bir ədəd Hunday 210 LC-7 markalı və bir ədəd Hidromex HMK-102S markalı təkərli ekskavatorun verilməsinə köməklik olunması xahiş edilmişdir.
39. */*** saylı ##.##.2008-ci il tarixli Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Naxçıvan MR baş nazirinə ünvanlanmış məktubdan görünür ki, Komitə bir ədəd Hunday 210 LC-7 markalı və bir ədəd Hidromex HMK-102S markalı təkərli ekskavatorun əvəzsiz olaraq Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin balansına verilməsinə sərəncam verilməsini xahiş etmişdir.
40. Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ***s saylı sərəncamından məlum olur ki, Komitənin 2008-ci il ## ###### tarixli */*** saylı məktubunun nəzərə alınması, Komitənin balansında olan bir ədəd Hunday 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromex HMK-102S markalı təkərli ekskavatorun əvəzsiz olaraq mövcud qaydalar əsasında Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin balansına verilməsi tapşırılmışdır.
41. Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin ** saylı ##.##.2008-ci il tarixli sərəncamından görünür ki, Mexanizasiya və Avtonəqliyyat müəssisəsinin rəhbərliyinə Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ***s saylı sərəncamına əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əvəzsiz olaraq alınmış bir ədəd Hunday 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromex HMK-102S markalı təkərli ekskavatorun idarənin balansına götürülməsi tapşırılmışdır.
42. Naxçıvan MR Ali Məclisi sədrinin 2013-cü il # ###### tarixli 84-IV FR saylı Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv olunması və “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan MR Ali Məclisi sədrinin 2007-ci il ## ###### tarixli 93-III FR saylı fərmanında dəyişiklik edilməsi haqqında fərmanından məlum olur ki, Naxçıvan Dövlət Tikinti- Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakı və şəhər (rayon) idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi ... qərara alınmışdır.
43. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ** saylı 2013-cü il ## ###### tarixli əmrindən görünür ki, Naxçıvan MR Ali Məslisi sədrinin 2013-cü il tarixli 84 IV FR saylı fərmanına əsasən, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi ilə əlaqədar şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan Hunday 210LÇ-7 (buraxılış ili 2007-ci il) və Hidromex HNK-102S markalı (buraxılış ili 2007-ci il) ekskavatorların və digər maşın-mexanizmlərin əvəzsiz olaraq balansdan balansa Komitənin Naxçıvan Şəhər Idarəsinə verilməsi əmr edilmişdir.
Tətbiq edilən hüquq
44. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: ... 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Maddə 405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: ... 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
45. Inzibati Prosessual Məcəllə; Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: … 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); ... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;
46. Inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
47. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı 2015-ci il ## ##### tarixli Qərarı;
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. Inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “Inzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1. Inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. … inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
Apelyasiya məhkəməsinin hüquqi mövqeyi
48. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Iddiaçının iddia ərizəsi, birinci instansiya məhkəməsində və apellyasiya baxışında verdiyi izahatlarda göstərdiklərindən məlum olur ki, onun 2007-ci ilin sentyabr-oktyabr aylarında öz vəsaiti hesabına əldə edib Naxçıvan Muxtar Respublikasına gətirərək Şərur rayonu ərazisində olan Arpaçayın kənarında saxladığı "Hyundai R***LC-7" markalı və "Hidromek 102S" markalı ekskavatorlar 2008-ci ilin əvvəllərində bilavasitə, həmin vaxt Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini işləmiş Asəf Məmmədovun hərəkətləri ilə, zorla ondan tələb olunaraq məcburi şəkildə əlindən alınmış və Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinə verilmişdir. Həmin hallar mübahisələndirilmir və qanuni qüvvəsini alaraq icra olunmuş qətnamə ilə təsdiq edilir.
49. Iş materiallarından göründüyü kimi, məhz həmin ekskavatorlar barəsində dövlət hakimiyyəti orqanları tərəfindən müvafiq inzibati aktlar qəbul edilmişdir. Bununla bağlı xronoloji ardıcıllığa sondan əvvələ doğru nəzər yetirdikdə həmin faktlar müvafiq sənədlər və işdə iştirak edən şəxslərin izahatları ilə aşkar şəkildə müəyyən edilərək təsdiq olunur. a) Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsinə əsasən “Hyundai R***LC-7” markalı (ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı) ekskavatorun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X5 və “Hidromek 102S” markalı (ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı) ekskavatorun həmin Komitənin Naxçıvan Şəhər Idarəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (İ c, i/v. 9-22) b) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin *** saylı 2020-ci il ## ######## tarixli əmrinə əsasən qeyd olunan “Hyundai R***LC-7” markalı ekskavator Komitənin Naxçıvan şəhər Idarəsinin balansından əvəzsiz olaraq X5 balansına verilmişdir. (İ c, i/v.65-66) c) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ** saylı 2013-cü il ## ###### tarixli əmrinə görə, Naxçıvan MR Ali Məslisi sədrinin 2013-cü il tarixli 84 IV FR saylı fərmanına əsasən, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi ilə əlaqədar şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan, e-*(***)-***/**** saylı qətnamədə qeyd edilən Hyundai 210LÇ-7 (buraxılış ili 2007-ci il) və Hidromek-102S markalı (buraxılış ili 2007-ci il) ekskavatorların əvəzsiz olaraq balansdan balansa Komitənin Naxçıvan Şəhər Idarəsinə verilməsi əmr edilmişdir. (İ c, i/v. 134-135) ç) Naxçıvan MR Ali Məclisi sədrinin 2013-cü il # ###### tarixli 84-IV FR saylı fərmanına əsasən, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakı və şəhər (rayon) idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi ... qərara alınmışdır. (İ c, i/v. 91) d) Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ** saylı ##.##.2008-ci il tarixli sərəncamına müvafiq olaraq, həmin şirkətin tabeliyində olan Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin rəhbərliyinə Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ***s saylı sərəncamına əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əvəzsiz olaraq alınmış bir ədəd Hyundai 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromek-102S markalı təkərli ekskavatorun idarənin balansına götürülməsi tapşırılmışdır. e) Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli 180s nənrəli sərəncamına əsasən, Komitənin balansında olan bir ədəd Hyundai 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromek-102S markalı təkərli ekskavatorun əvəzsiz olaraq mövcud qaydalar əsasında Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin balansına verilməsi tapşırılmışdır.
50. Mexanizasiya və Avtonəqliyyat Müəssisəsi üzrə əsas vəsaitlərin və nizamnamə kapitalının hərəkəti haqqında məlumatlardan isə görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin göstərilən sərəncamı ilə qeyd olunan ekskavatorlar həmin müəssisənin balansına verilənədək onun balansında həmin markalı başqa ekskavator olmamış, məhz göstərilən sərəncam əsasında sözügedən ekskavatorlar müəssisənin balansına götürülmüşdür.
51. 2013-cü il # ###### tarixli 84-IV FR saylı fərmanla Naxçıvan Dövlət Tikinti- Quraşdırma Şirkəti ləğv edildikdən sonra isə həmin ekskavatorlar Komitənin ** saylı 2013-cü il ## ###### tarixli əmrinə əsasən Naxçıvan Şəhər Idarəsinin və *** saylı 2020-ci il ## ######## tarixli əmrinə müvafiq olaraq “Hyundai R***LC-7” markalı ekskavator X5 balansına verilmişdir ki, həmin ekskavatorlar da e-*(***)-***/**** saylı qətnaməyə əsasən iddiaçıya qaytarılmışdır.
52. Iddiaçı isə izahatında “sərəncamlarda filan qeydiyyat nömrəsi ilə olan filan şassi saylı ekskavatorun filan yerə verildiyi yazılmadığına görə həmin sərəncamların onun texnikasına heç bir aidiyyəti olmadığını” göstərsə də, bu barədə etirazını əsaslandıran hər hansı sübutu kollegiyaya təqdim etməmiş, həmçinin “o vaxt onun əlindən gömrükdə verilən sənədləri çox almağa çalışdıqlarını, lakin gizlədib vermədiyini” bildirmişdir.
53. Göstərilənlərə əsasən müəyyən olunur ki, ekskavatorlar iddiaçıdan dövlət hakimiyyəti orqanının - inzibati orqanın rəsmi şəxslərinin (baş nazirin birinci müavininin hərəkətləri, sonra isə baş nazirin sərəncamı ilə) müdaxiləsi nəticəsində alınmışdır. Inzibati orqanlar burada mülki-hüquqi müqavilə tərəfi kimi deyil, özlərinin publik hakimiyyət səlahiyyətlərini həyata keçirən subyektlər kimi çıxış etmişlər.
54. Inzibati hüquq münasibətlərindən irəli gələn ziyana görə kompensasiyanın ödənilməsi tələbləri isə inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
55. Iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi üzrə birinci iddiası (əşyaların qanunsuz sahiblikdən alınması vindikasiya iddiası) mülki qaydada həll olunsa da, zərərin ödənilməsi mərhələsində cavabdeh tərəflərin statusu və zərərin yaranma mexanizmi işin icraat qaydasını dəyişir.
56. Kommersiya məhkəmələri bərabər hüquqlu tərəflər arasında sahibkarlıq mübahisələrinə baxır. Burada isə bir tərəfdə dövlət hakimiyyəti orqanı, digər tərəfdə fərdi sahibkar dayanır və münasibət “tabeçilik” (imperativ) xarakter daşıyır. Cavabdehlərdən birinin sahibkarlıq fəaliyyətini həyata keçirən cavabdeh4 MMC olması isə işin icraat qaydasını dəyişmir.
57. Zərər inzibati orqanın inzibati aktı (fərman, sərəncam və s.) və ya faktiki hərəkəti (əmlakın zorla götürülməsi) nəticəsində vurulubsa, bu, mülki-hüquqi delikt (ziyanvurma) deyil, inzibati-hüquqi zərər hesab olunur. Iddiaçı tərəfindən isə qeyd olunan inzibati aktlar mübahisələndirilməmişdir.
58. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinin məzmununa görə isə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
59. Birinci instansiya məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olubolmamasını araşdırmamış, iş üzrə icraata xitam verilməsi üçün əsas olduğu halda işə mahiyyəti üzrə baxmışdır. Belə olan təqdirdə Mülki-Prosessual Məcəllənin 261.0-261.0.1-ci maddələrinin tələblərinə riayət olunmamışdır.
60. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, 2025-ci il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədən, apellyasiya şikayəti təmin olunmamalı və Mülki-Prosessual Məcəllənin 385.1-385.1.1, 387.2 və 387.2.1-ci maddələrinin tələblərinə əsasən qətnamə tamamilə ləğv edilməklə bu Məcəllənin 261.0-261.0.1-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli, iddiaçıya həmin tələblə bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır.
61. Mülki-Prosessual Məcəllənin 114.1 və 114.1.4, 262.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
62. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia verilərkən 26.091.2025-ci il tarixli ********** saylı, ## ###### 2025-ci il tarixli ********** saylı və ## ######## 2025-ci il tarixli ********** saylı qəbzlərlə ödənilmiş 2421,52 manat, apellyasiya şikayəti verilərkən ## ###### 2026-cı il tarixli ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 1210,76 manat dövlət rüsumu ona qaytarılmalıdır.
63. Mülki Prosessual Məcəllənin 365, 384.0 və 384.0.5, 402.2 və 402.2.4, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2025-ci il ## ###### tarixli qətnaməsi tamamilə ləğv edilsin. Iddiaçı İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, cavabdeh1, Naxçıvan MR Iqtisadiyyat Nazirliyinə və cavabdeh4 MMC-yə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Iddiaçı İddiaçı həmin tələblə bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Iddiaçı İddiaçı tərəfindən iddia verilərkən 26.091.2025-ci il tarixli ********** saylı, ## ###### 2025-ci il tarixli ********** saylı və ## ######## 2025-ci il tarixli ********** saylı qəbzlərlə ödənilmiş 2421,52 manat, apellyasiya şikayəti verilərkən ## ###### 2026-cı il tarixli ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 1210,76 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.