Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(3-10)-6/2026 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: Torpaq mübahisələri - torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması, cavabdehin torpaq sahəsindən çıxarılması və icarə haqqı) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X12 və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçı Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması, cavabdehin torpaq sahəsindən çıxarılması və icarə haqqı tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı il cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə” müqaviləsinə xx.xx.2007-ci il tarixli əlavə imzalanmışdır. Həmin əlavədə xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə” müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən illik icarə haqqı 200 manat müəyyən edilmişdir. Göstərilən icarə haqqının xx.xx.2007-ci ildən hesablanması qərara alınmışdır. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəki şəhər Şöbəsinin müdiri Xəlil Xəlilovun, İddiaçı sədri Əsgər Abdullayevin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Marat Əkbərovun iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə uzun müddətli icarəyə torpaq sahəsi ayrılmasına sahəni seçmə barədə akt tərtib edilmişdir. Aktda ayrılan torpaq sahəsinin yerləşdiyi ərazi qeyd olunmuşdur. Həmin ərazinin şimaldan bələdiyyənin torpaq sahəsi, şərqdən Murdal çay, cənub və qərbdən bələdiyyənin torpaq sahəsi ilə həmsərhəd olduğu qeyd edilmişdir. Həmin akt yuxarıda adları kəçilən şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmin aktda qeyd olunan icarəyə verilən torpaq sahəsinin planı əlavə edilmiş və həmin planda yuxarıda adları çəkilən şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
3. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununun 47.3-cü bəndinə əsasən Baltalı, İnçə, Qoxmuq və Zunud bələdiyyələrinin əhatə etdiyi Aşağı Şabalıd, Baltalı, İnçə, Qoxmuq və Zunud kəndlərində Qoxmuq Bələdiyyəsi yaradılmaqla, qeyd olunan ərazilər Qoxmuq Bələdiyyəsinə birləşdirilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Zunud Bələdiyyəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 hektar torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 19 noyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin, 19 noyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 07 sentyabr 2007-ci il tarixli “əlavə”nin ləğv edilməsi, "xxxx" ASC-nin 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Zunud Bələdiyyəsinə qaytarılması, həmin torpaq sahəsindən Zunud Bələdiyyəsinin istifadə etməsinə "xxxx" ASC tərəfindən edilən maneələrin aradan qaldırılması, ödənilməmiş 4600 manat (dörd min altı yüz) icarə haqqının, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zunud Bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli 13 saylı iclasının qərarında göstərilir ki, tut tingi bağlarının salınması məqsəd ilə "xxxx" ASC-nə bələdiyyənin BEF torpaq sahəsindən 10 ha torpaq sahəsi uzun müddətli (30 otuz il) icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilsin və bu haqda bağlanılan müqavilə təsdiq edilsin. Həmin qərarlar əsasında Zunud bələdiyyəsi ilə "xxxx" ASC arasında 10 hektar torpaq sahəsinin 30 il müddətinə hər il üçün 700000 manat (140 manat, hər hektar üçün 14 manat) icarə haqqı ödənilməklə 19 noyabr 2004-cü il tarixdə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 nömrəli müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunduğu kimi sözügedən müqavilənin 2.4-cü maddələrinə əsasən icrarə haqqı bir ildə hər bir hektar üçün 20 manat müəyyən edilmişdir. Zunud Bələdiyyəsinin və "xxxx" ASC-nin nümayəndələrinin imzaları və müvafiq möhürlərlə təsdiq edilmiş 07 sentyabr 2007-ci il tarixli “əlavə”yə 19 noyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.4-cü maddələrində düzəlişlər edilərək bir illik icarə haqqı 02 nömrəli müqavilə üzrə 200 manat müəyyən edilmiş, Zunud Bələdiyyəsinin 14 mart 2015-ci il tarixli iclasının 6 saylı qərarının 1-ci hissəsinə əsasən 19 noyabr 2004cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqındakı müqavilənin 2.4-cü bəndində dəyişiklik edilərək icarə haqqı bir ildə hər bir hektar üçün 50 manat müəyyən edilmişdir. Müəyyən edilən icarə haqqı üzrə axırıncı dəfə 01 may 2015-ci il tarixdə 400 manat ödənilmişdir. Həmin müddətdən sonra ödənilməmiş icarə haqqı 4600 manat (dörd min altı yüz) təşkil edir ki, bundan da heç bir məbləğ ödənilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraicət edilsə də heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə Zunud Bələdiyyəsi arasında bağlanmış yuxarıda göstərilən icarə müqaviləsi üzrə müqavilənin şərtlərinə əməl edilməməklə həmin şərtlər "xxxx" ASC tərəfindən pozulmuşdur. Bununla da Zunud Bələdiyyəsinin qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Eyni zamanda həmin torpaq sahəsinə dair icarə haqqı verilmədiyinə görə bələdiyyəninin büdcəsində kəsirlərin yaranması səbəbindən bələdiyyə ərazisində yaşayan əhalinin tələblərinin tam ödənilməsi mümkün olmadığına, həmçinin bələdiyyənin ərazisində yaşayan vətəndaşlar tərəfindən həmin torpaq sahəsindən istifadə edə bilinmədiyinə görə vətəndaşların da hüquqları pozulur və haqlı narazılıqları yaranır. Zunud Bələdiyyəsi hesab edir ki, yuxarıda qeyd olunan icarə müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməlidir. Tərəflər arasında olan mübahisə ilə bağlı cavabdehə rəsmi qaydada məktublar göndərilmiş, lakin həmin məktublara heç bir cavab verilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi barədə tələb edilsə də heç bir əhəmiyyət verilməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak edərək izahatında bildirmişdir ki, Zunud Bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli 13 saylı iclasının qərarına əsasən bələdiyyənin ehtiyat fondundan “Şəki-İpək ASC-yə 10 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmişdir. 10 hektar torpaq sahəsi 30 il müddətinə icarəyə verilir. Hər hektar üçün 14 manat olmaqla İllik icarə haqqının qiyməti 140 manat müəyyən edilir. Daha sonra torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə dəyişiklik edilərək icarə haqqı 50 manat müəyyən edilmişdir. Müəyyən edilən icarə haqqı üzrə sonuncu dəfə isə 400 manat ödənilmişdir. Həmin müddətdən sonra ödənilməmiş icarə haqqı 4600 manat təşkil edir. Eyni zamanda icarə haqqının ödənilməməsi barədə torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndində əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi üzərində icarə hüququnun ləğvi əsas hesab edilə bilər. Həmin hüquqdan istifadə edərək ödənilməmiş icarə haqqının və eyni zamanda icarəyə verilmiş torpaq sahəsinin bələdiyyəyə geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia tələbini müdafiə edir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak edərək izahatında bildirmişdir ki, X14 Məhkəməsinin 2016-ci il 19 oktyabr tarixli qərarına əsasən "xxxx" ASC-nin əmlakının 46499065 manat 30 qəpik məbləğin alınaraq "xxxx" X8 verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra 7 noyabr 2017-ci il tarixində Şəki-İpək ASC-nin bütün əmlakı Aqrar Kredit X8 komissiyanın iştirakı ilə təhvil verilmişdir. Təhvil verilməmişdən əvvəl qiymətləndirici şirkət dəvət olunmuşdur. Həmin qiymətləndirici şirkət 46499065 manat 30 qəpik məbləğində borca müvafiq 37000000 məbləğdə "xxxx" ASC-nin bütün əmlakını dəyərləndirmişdir. Azərbaycan Respublikasının prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə bağlı Şəki-İpək ASC-nin bütün əmlakı 02 oktyabr 2015-ci il tarixində təhvil-təslim aktına əsasən "xxxx" QSC BOKT-a təhvil verilmişdir. Daha sonra Prezidentin 04 dekabr 2017-ci il tarixdə ikinci fərmanında qeyd edilir ki, fərmanın ikinci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin fəaliyyətini təmin edilməsi məqsədilə nəzərdə tutulan dövlət əmlakının sənayə koorperasiyasının mülkiyyətinə verilməsi prezidentin həmin sərəncamında nəzərdə tutulmuşdur. 22 may 2018-ci il tarixdə həmin qərara əsasən X10 Kredit QSC-yə keçən bütün aktivlər Aqrar kredit QSC tərəfindən Azərbaycan Sənaye Koorperasiyasına təhvil verilib. 29 oktyabr 2021-ci il tarixdə 2979 nömrəli Prezidentin Sərəncamı əsasında habelə Azərbaycan Respublikasının Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnamələri əsasında 3 fevral 2025-ci tarixində Azərbaycan Sənaye Koorperasiyası ASC-nin tabeliyində olmuş "xxxx" MMC 15 nömrəli sərəcamla "xxxx" ASC-yə çevrilmişdir. Hal-hazırdakı "xxxx" ASC bir növ MMC-nin varisi sayılır. Lakin sənaye Koorperasiyasına keçəndə varis kimi keçməyib. "xxxx" ASC-nin yalnız ləğv olunma haqqında sərəncamı yoxdur. "xxxx" ASC-nin nə əmlakı var, nə də hesabında pulu, yəni "xxxx" ASC-nin heç bir əmlakı yoxdur. Zunud Bələdiyyəsinə olan icarə haqqını "xxxx" ASC 2015-ci ildən ödəyə bilməmişdir. Bu səbəbdən ödənilməmiş borc qalmışdır. X13 ilə "xxxx" ASC arasında bağlanmış icarə müqavilələri ləğv edilərsə həmin torpaq sahələrində salınmış tut tingləri zərər görə bilər. "xxxx" ASC həmin tut tinglərinin salınmasına xərc çəkib, uzun illər onlara qulluq edilib və baramaçılıq təsərrüfatı ilə məşğul olub.
8. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi izahat verərək bildirmişdi ki, ekspert rəyinə əsasən mübahisə predmeti olan torpaq kollu örüş torpağıdır. Qannunvericiliyə əsasən örüş torpaqları 15 il müddətinə heyvandarlığın inkişafı mqəsədilə icarəyə verilə bilər. Digər məqsədlər üçün verilə bilər. Həmçinin daşınmaz əmlak olaraq torpaq sahəsi icarəyə verilərəkən dövlət qeydiyyatına alınmalıdır. X13 ilə "xxxx" ASC arasında bağlanmış icarə müqavilələri dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən iddia tələbini əsassız hesab edir.
9. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 hektar torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 19 noyabr 2004-cü il tarixli 02 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, 19 noyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 07 sentyabr 2007-ci il tarixli Əlavənin ləğv edilməsi, "xxxx" ASC 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsi İddiaçınə qaytarılsın və həmin torpaq sahəsindən Zunud Bələdiyyəsinin istifadə etməsinə "xxxx" ASC tərəfindən edilən maneələr aradan qaldırılması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4600 manat məbləğində icarə haqqı ürzə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddia tələbinin “iddiaçı Zunud Bələdiyyəsi ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 hektar torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 19 noyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin, 19 noyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 07 sentyabr 2007-ci il tarixli “əlavə”nin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
11. Məhkəmə tələbin "xxxx" ASC-nin 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Zunud Bələdiyyəsinə qaytarılması, həmin torpaq sahəsindən Zunud Bələdiyyəsinin istifadə etməsinə "xxxx" ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
12. Məhkəmə tələbin “ödənilməmiş 4600 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını 2015-ci ildən ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, həmçinin 2015-ci il tarixdən icarə haqqının ödənilmədiyini də qəbul etmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, tərəflər arasında bağlanan icarə müqaviləsi üzrə 4600 manat ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə tələbin “hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İddiaçı tərəfindən hüquqi yardım üçün 500 manat pulun vəkilə ödənilməsi tələb edilsə də, lakin 500 manat pulun vəkilə ödəniş edilməsini təsdiq edəcək hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda iddiaçı tərəfindən həqiqətən vəkilə hüquqi yardımla bağlı ödəniş edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 706.1, 706.2, 706.3, 719.7, 719.8-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 11-ci, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 121.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... iş materialları ilə müəyyən olunur ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Baltalı, İnçə, Qoxmuq və Zunud bələdiyyələrinin əhatə etdiyi Aşağı Şabalıd, Baltalı, İnçə Qoxmuq və Zunud kəndlərində Qoxmuq bələdiyyəsi yaradılmaqla, qeyd olunan ərazilər Qoxmuq bələdiyyəsinə birləşdirilmişdir. Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin 15 may 2025-ci il tarixli, 5 nömrəli qərarı ilə X3 təsdiq edilmişdir. Qoxmuq bələdiyyəsinin qeyd olunan qərarının üçüncü bəndinə uyğun olaraq “Azərbaycan Respublikası Şəki rayonunun X4” təsdiq edilməsi barədə Zunud bələdiyyəsinin 23 iyul 2018-ci il tarixli, 09 nömrəli qərarı ləğv edilmişdir. Qeyd olunan Nizamnamənin 1.6-cı bəndində X11 Şabalıd, Baltalı, İnçə, Qoxmuq və Zunud kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərdiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işə məhkəmədə baxılarkən X4 qüvvədən düşmüşdür və onun iddia ərizəsi ilə məhkəmədə çıxış etmək səlahiyyəti olmamışdır. Eyni zamanda bildirirlər ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icarə haqlarının 2015-ci ildən ödəmədiyini qeyd etmişdir. Belə olan halda qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq 2015 ildən sonra yaranmış icarə haqqı borclarına münasibətdə iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməli idi. Bu səbəbdən hesab edirlər ki, hazırkı iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır. Beləliklə araşdırılmış iş materialları ilə İddiaçı 2024-cü ildə ləğv olunduğu və mübahisələndirilən icarə müqaviləsinin predmeti olan torpaq sahəsinin Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunduğundan, Zunud Bələdiyyəsi hazırkı iş üzrə iddiaçı qismində çıxış edə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
18. İddiaçı ləğv olunduğundan məhkəmə kollegiyasının protokol qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan məhkəmə kollegiyasının protokol qərardadı ilə Şəki rayonu Qoxmuq bələdiyyəsi hazırkı iş üzrə İddiaçı ilə əvəz edilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Şəki Rayonu Qoxmuq Bələdiyyəsinin nümayəndəsi (sədri) X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təkrarən məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: (...). - 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; - 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; (...).
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
30. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: -551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; (...).
33. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
34. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
35. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
36. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
37. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
38. Maddə 719.7. Bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
39. Maddə 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
40. Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
41. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir.
42. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.
43. Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
44. Maddə 33. Bələdiyyə mülkiyyəti (...). - 3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. (...). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
57. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
58. Qeyd edildiyi kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zunud Bələdiyyəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 hektar torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 19 noyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin, 19 noyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 07 sentyabr 2007-ci il tarixli “əlavə”nin ləğv edilməsi, "xxxx" ASC-nin 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Zunud Bələdiyyəsinə qaytarılması, həmin torpaq sahəsindən Zunud Bələdiyyəsinin istifadə etməsinə "xxxx" ASC tərəfindən edilən maneələrin aradan qaldırılması, ödənilməmiş 4600 manat icarə haqqının ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti vermişdir.
59. Müəyyən edilmişdir ki, İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı mülkiyyətində olan 10 ha torpaq sahəsini, tut tingi salmaq məqsədi ilə 30 il müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı 700 000 manat (həmin dövrdə Azərbaycan Respublikasının müvafiq məzənnəsinə uyğun) müəyyən edilmişdir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
60. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətində X1 qüvvədən düşməsini və onun iddia ərizəsi ilə məhkəmədə çıxış etmək səlahiyyətinin olmamasını vurğulamışdır.
61. Qeyd edilməlidir ki, hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının protokol qərardadı ilə Şəki rayonu Qoxmuq bələdiyyəsi hazırkı iş üzrə İddiaçı ilə əvəz edilmişdir.
62. İşə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin 21 avqust 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi Qoxmuq Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin naturada 7.56 ha olub, yerləşmə və kordinatları tərtib edilmiş sxemdə kollu örüş torpaqları kimi göstərilmişdir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır.
63. Eyni zamanda Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli qərardadı ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli, 10/4189 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli, 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi Qoxmuq bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin 7.56 ha olub, yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Həmin ərazi kollu örüş torpaqları kimi göstərilmişdir.
64. Göründüyü kimi, mütəxəssis və ekspert rəylərindən də müəyyən edilir ki, İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli, 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda Qoxmuq bələdiyyəsinin mülkiyyətindədir.
65. Mütəxəssis və ekspert rəylərindən o da müəyyən edilmişdir ki, İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixli 02 nömrəli “torpaq icarə müqaviləsi” əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin naturada 7.56 ha olmuşdur.
66. İş üzrə birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.
67. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
69. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
70. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi bir neçə qanun pozuntusuna yol vermişdir.
71. Əvvala, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Baltalı, İnçə, Qoxmuq və Zunud bələdiyyələrinin əhatə etdiyi Aşağı Şabalıd, Baltalı, İnçə Qoxmuq və Zunud kəndlərində Qoxmuq bələdiyyəsi yaradılmaqla, qeyd olunan ərazilər Qoxmuq bələdiyyəsinə birləşdirilmişdir.
72. İş materiallarından görünür ki, Şəki rayon Qoxmuq bələdiyyəsinin 15 may 2025-ci il tarixli, 5 nömrəli qərarı ilə X3 təsdiq edilmişdir.
73. Qoxmuq bələdiyyəsinin qeyd olunan qərarının üçüncü bəndinə uyğun olaraq “Azərbaycan Respublikası Şəki rayonunun X4” təsdiq edilməsi barədə Zunud bələdiyyəsinin 23 iyul 2018-ci il tarixli, 09 nömrəli qərarı ləğv edilmişdir.
74. Qeyd olunan Nizamnamənin 1.6-cı bəndində X11 Şabalıd, Baltalı, İnçə, Qoxmuq və Zunud kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərdiyi qeyd edilmişdir.
75. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işə məhkəmədə baxılarkən X4 qüvvədən düşmüşdür və onun iddia ərizəsi ilə məhkəmədə çıxış etmək səlahiyyəti olmamışdır.
76. Birinci instansiya məhkəməsi bunları nəzərə almadan Zunud bələdiyyəsini iddiaçı qismində qəbul etmişdir.
77. İkincisi, iş üzrə alınmış rəylərlə müəyyən edilmişdir ki, icarəyə verilmiş torpaq sahəsinin ölçüsü 10 ha deyil, 7.56 ha təşkil edir.
78. Lakin birinci instansiya məhkəməsi cavabdehin 10 ha torpaq sahəsindən çıxarılmasını və həmin ölçüdə torpaq sahəsinə görə icarə haqqı tutulmasını qət etmişdir.
79. Nəhayət, qanunvericiliyin tələbinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllə 551.2, 551.2.1).
80. İş materialları ilə cavabdehin 2015-ci ildən icarə haqqını ödəmədiyi müəyyən edilmişdir.
81. Qeyd olunan nomanın tələbinə görə iddiaçı son beş ilin icarə haqqını tələb edə bilər.
82. Beləliklə də, cavabdeh 7,56 ha torpaq sahəsindən çıxarılmalı, sonuncudan 7,6 ha torpaq sahəsinə görə son 5 il üzrə ödənilməmiş icarə haqqını təşkil edən 2268 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
83. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
84. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
85. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsi qismən – "xxxx" ASC-nin 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 ha torpaq sahəsindən çıxarılması və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4600 manat məbləğində icarə haqqı ürzə pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, e-2-2(117)-480/2025 saylı qətnaməsi qismən – "xxxx" ASC-nin 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 10 ha torpaq sahəsindən çıxarılması və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4600 manat məbləğində icarə haqqı üzrə pul vəsaitinin tutularaq Şəki rayon Zunud bələdiyyəsinin xeyrinə ödənilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" ASC 19 noyabr 2004-cü il tarixli 02 nömrəli müqavilə ilə icarəsinə verilmiş 7.56 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətindən icarə haqqı üzrə 2268 manat məbləğində pul vəsaiti tutularaq Şəki rayon Qoxmuq bələdiyyəsinin xeyrinə ödənilsin. Qətnamə mübahisəlləndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov