Məhkəmə qərarları › İş №2-2(3-10)-69/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-69/2026

25.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-69/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin Ilham oğlunun katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh cavabdeh1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə (“Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi və Oğuz Bələdiyyəsi – iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar) Şək Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı ## ###### 2024-cü ildə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (“Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi və Oğuz Bələdiyyəsi – iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar) “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz şəhərinin Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlərin iddiaçı İddiaçı məxsus 105 kv.m. torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin və cavabdeh cavabdeh1 adına olan ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın həmin hissədə qismən etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarına əsasən sahibkarlıq məqsədilə tikinti tikmək üçün 105 kv.m. torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə ##.##.2008-ci il tarixdə 820 nömrə ilə qeydiyyata alınmış “torpaqların alqı-satqısına dair” akt tərtib olunmuşdur. Torpaq sahəsinə onun adına ##.##.2008-ci il tarixli, A №****** saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək, X4 kitabında 553 nömrə ilə qeydə alınmışdır. O, * saylı Qəbələ Ərazi Idarəsinə müraciət edərək, həmin torpaq sahəsinə adına Çıxarışın verilməsini xahiş etmiş, lakin Idarədən ##.##.2022-ci il tarixli, ************ saylı məktubla əsassız və qanunsuz imtina cavabı verildiyindən, o, Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə araşdırma aparılarkən məlum olmuşdur ki, İddiaçı məxsus torpaq sahəsi ilə əlaqədar hazırki iş üzrə cavabdehlər arasında alqı-satqı olmuş və həmin torpaq sahəsi üzrə cavabdeh cavabdeh1 adına Çıxarış hazırlanmışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı A №****** saylı plan-ölçü sənədində qeyd edilmiş 105 kv.m. torpaq sahəsinin ************ reyestr nömrəli Çıxarışla cavabdeh cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyü və həmin torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi 2007-ci ildən onun istifadəsindədir. Torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin hansı yolla hazırlandığı ona məlum deyil. Iddiaçı hesab edir ki, cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlər qanunsuzdur. Buna uyğun olaraq da həmin sənədlər əsasında bağlanmış əqdlər də qanunsuzdur. Qeyd edilənlərə əsasən də o, Oğuz Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)- */**** nömrəli qətnaməsi ləğv edilmiş və həmin mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

2. Birinci instansiya məhkəməsində (Şəki Kommersiya Məhkəməsində) icraat

Birinci instansiya məhkəməsində iş üzrə aparılan məhkəmə araşdırması nəticəsində qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (“Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi və Oğuz Bələdiyyəsi – iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar) “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (ləğv edilmiş) torpaq sahəsinin A №****** saylı planı və ölçüsü sənədindən və Oğuz Bələdiyyəsinin qərarından, torpaqların alqı-satqısına dair ##.##.2008-ci il tarixli, 320 nömrə ilə qeydə alınmış, ##.##.2008-ci il tarixdə tərtib edilmiş aktından və digər sənədlərdən görünür ki, Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə Oğuz rayonu, Kərimli kənd sakini İddiaçı sahibkarlıq üçün Oğuz şəhərində 105 kv.m torpaq sahəsi satılmış, torpaq sahəsi X4 kitabında ## ### 2008-ci il tarixdə 553 nömrə ilə uçota alınmışdır. İddiaçı ** nömrəli qəbzlə (tarix göstərilməyib) əvvəlcədən Kapital Bankdakı hesabına 200 manat haqq ödəmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (ləğv edilmiş) Oğuz rayon şöbəsinin müdiri A.M.Əzizov tərəfindən imza və möhürlə təsdiq edilmiş, işə əlavə edilmiş tarixsiz və nömrəsiz rəydən görünür ki, İddiaçı sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulmuş 105 kv.m torpaq sahəsi Oğuz Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi şərti yararsızdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Qəbələ Ərazi Idarəsinin işə əlavə edilmiş ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, İddiaçı adına tərtib edilmiş, Oğuz şəhərində yerləşən 105 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinə aid A №****** saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan sənədlər Idarədə saxlanılmır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işə əlavə edilmiş bildiriş məktubunun, ##.##.2013-cü il tarixli, **** saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış ##.##.2013-cü il tarixli, **** saylı alqı-satqı müqaviləsi əsasında cavabdeh2 Oğuz şəhəri, Ş.Qurbanov küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının (90 yerlik uşaq bağçasının yarımçıq tikilisinin) istifadəsində olan 2098,8 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, əmlakın dəyəri 1070 manat alıcı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2013-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan * nömrəli ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı cavabdeh2 ünvan * nömrəli ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsini ##.##.2019cu il tarixdə 40000 manata alıcı cavabdeh1 satmış, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-**** nömrə ilə qeydiyyat aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və A №****** saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, ünvan * nömrəli ünvanda yerləşən 0,2099 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinin daşınmaz əmlakın ##.##.2019-cu il tarixli, 4Ə**** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işə əlavə edilmiş müəssisənin (obyektin) ##.##.2013-cü il tarixli, **** saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ** saylı ərazi şöbəsi tərəfindən həmin tarixdə keçirilmiş hərracda ** nömrəli protokola əsasən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi 2583 manata cavabdeh2 satılmış, hərracın nəticələrinə uyğun olaraq satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı cavabdeh2 arasında həmin müqavilə bağlanmaqla tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, ##.##.2013- cü il tarixli, 405011000657-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Oğuz şəhərinin Ş.Qurbanov küçəsində dövlət mülkiyyətində istifadədə olan 0,0364 ha torpaq sahəsində yerləşən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından, habelə Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** saylı məktubu ilə ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Oğuz şəhərində yerləşən, Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə sahibkarlıq üçün Oğuz rayonu, Kərimli kənd sakini, iddiaçı İddiaçı satılmış, X4 kitabında ##.##.2008-ci ildə 553 nömrə ilə uçota alınmaqla A №****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi (qüvvədə olan) işlənilmiş 105 kv.m torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. Həmçinin ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış və A № ****** saylı torpaq sahəsinin planı-ölçüsü sənədinə əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan 0,2099 ha torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. Qərardadın 3-cü sualına cavab olaraq iddiaçı İddiaçı qeyd edilən torpaq sahəsinin cavabdeh cavabdeh1 torpaq sahəsinin hüdudları daxilində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Oğuz şəhərində yerləşən, Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə sahibkarlıq üçün Oğuz rayonu Kərimli kənd sakini, iddiaçı İddiaçı satılmış, X4 kitabında ##.##.2008-ci ildə 553 nömrə ilə uçota alınmaqla A №****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmiş 105 kv.m torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üstüstə düşür. Həmçinin ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış və A №****** saylı torpaq sahəsinin planı-ölçüsü sənədinə əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan 0,2099 ha torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə sahibkarlıq üçün İddiaçı satılmış torpaq sahəsi cavabdeh cavabdeh1 məxsus 0,2099 hektar torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ** saylı Ərazi Şöbəsi tərəfindən ##.##.2013-cü il tarixdə keçirilmiş hərracda ** nömrəli protokola əsasən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi 2583 manata cavabdeh2 satılmış, buna uyğun olaraq satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı cavabdeh2 arasında müəssisənin (obyektin) ##.##.2013-cü il tarixli, **** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyd edilən obyekt ##.##.2013-cü il tarixdə alıcının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Daha sonra satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış ##.##.2013-cü il tarixli, **** saylı alqı-satqı müqaviləsi əsasında alıcı cavabdeh2 Oğuz şəhəri, Ş.Qurbanov küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının (90 yerlik uşaq bağçasının yarımçıq tikilisinin) istifadəsində olan 2098,8 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, əmlakın dəyəri 1070 manat alıcı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satın alınmış torpaq sahəsi ##.##.2013-cü il tarixdə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Satıcı cavabdeh2 tərəfindən ünvan * nömrəli ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsi ##.##.2019-cu il tarixdə 40000 manata alıcı cavabdeh1 satılmış, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-**** nömrə ilə qeyd edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlak ##.##.2019-cu il tarixdə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçının 105 kv.m. torpaq sahəsinin cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilsə də, ##.##.2013-cü il tarixli, **** saylı alqı-satqı müqaviləsi və satıcı cavabdeh2 ilə alıcı cavabdeh1 arasında bağlanmış *Ə-**** nömrəli, ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi qanuni əsaslarla aparılmış, alqı-satqı predmeti olan daşınmaz əmlaka dair sənədlərin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Iddiaçı tərəfindən buna dair mötəbər sübutlar təqdim edilməmiş, o yalnız adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 105 kv.m torpaq sahəsinin mübahisəli torpaq sahəsinin tərkib hissəsi olduğuna dair arqumentə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə sahibkarlıq üçün Oğuz rayonu Kərimli kənd sakini, iddiaçı İddiaçı satılmış 105 kv.m. torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Oğuz bələdiyyəsinin dövlətin mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından həmin aktın əsasında tərəflərin hüquq və vəzifələrinin yaranması da qanunvericiliyin tələbinə ziddir. Mülki qanunvericiliyin tələbinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsas hesab olunur. Işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Məhkəmə araşdırması zamanı 0,2099 ha torpaq sahəsi ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənədlərə münasibətdə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə tərəfindən Oğuz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlərin, həmin sənədlər əsasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Qəbələ Ərazi Idarəsi, X3 cəlb edilməklə, Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlərin iddiaçıya məxsus 105 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin həmin hissədə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərci iddiaçı İddiaçı tutulub Dövlət Büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 144.3, 146.1, 146.2, 146.3, 152.1, 157.2, 324.1, 324.4, 331.1, 337.1, 389.1, 394 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.9-cu maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1. Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını” xahiş etmişdir. Iddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə onun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı və eyni zamanda, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi və Oğuz Bələdiyyəsi cəlb edilməklə tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqlənmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Lakin, qətnamədə qeyd edilən maddi hüquq norması və digər normalar məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsində məhkəmə heç bir araşdırma aparmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mülki- Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinin tələbinə məhkəmə tərəfindən əməl edilməmişdir. Qeyd edilən prosessual normalarda açıq-aşkar göstərilir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, məhkəmə iddiaçının hüququnu və mənafeyini nəzərə almamışdır. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə qeyd edilən maddələrin tələbinə əməl etməli olduğu halda, heç bir zərurət və əsas olmadığı halda, eyni hüquq normalarına əsaslanaraq qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə tam və ətraflı araşdırma aparmamış, onun tələbinə düzgün hüquqi qiymət verməmişdir. Ən əsası isə məhkəmə eyni məzmunlu bir neçə ekspert rəyini və mütəxəssis rəylərini ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə yalnız cavabdehin qeyd etdiyi mülahizələrə əsaslanaraq, sözügedən qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Iddiaçı İddiaçı tələbi məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmamış, bələdiyyə qərarı və onun mülkiyyət sənədi nəzərə alınmamışdır. Iddiaçı İddiaçı sözügedən torpaq sahəsinə hazırlanmış ilkin sənədlərin ləğvi, həmin sənədlər əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı və digər hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığı üçün nəticələr düzgün hesab oluna bilməz. Məhkəmə iddiaçının 2007-ci ildən qanuni əsaslarla əldə edib, plan-ölçü sənədi aldığı 105 kv.m torpaq sahəsinə dair faktiki və hüquqi hallara uyğun qiymət verməmişdir. Məhkəmə yalnız mülahizələrlə kifayətlənərək, işin tam araşdırılması üçün şərait yaratmamışdır. - 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə və cavabdeh cavabdeh1 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh cavabdeh2 və iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – “Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin və Oğuz Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh cavabdeh2 və iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – “Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin və Oğuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsində və apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilərək, Oğuz şəhərinin Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlərin iddiaçı İddiaçı məxsus 105 kv.m. torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin və cavabdeh cavabdeh1 adına olan ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın həmin hissədə qismən etibarsız hesab edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – iddiaçı İddiaçı heç bir vaxt mübahisəli torpaq sahəsindən istifadə etməməsi, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olması, bələdiyyənin öz mülkiyyətində olmayan torpaq sahəsini satmaq hüququnun olmaması, həmin torpaq sahəsini müvafiq dövlət orqanından iş üzrə digər cavabdeh cavabdeh2 alması və sonradan müvafiq alqı-satqı müqaviləsi əsasında ona satması ilə əsaslandırdı.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-2(117)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X6 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... . 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 86.

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqı-satqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “Oğuz şəhərinin Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdeh cavabdeh2 adına hazırlanmış ilkin sənədlərin iddiaçı İddiaçı məxsus 105 kv.m. torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin və cavabdeh cavabdeh1 adına olan ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın həmin hissədə qismən etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və apellyasiya baxışında işin araşdırılmış hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinə dair hazırlanmış ilkin sənədlərin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və Çıxarışın qismən etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar