Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-140/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, imzanın mübahisləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=AizLW2$sIIM=" Vəkil iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024- cü il tarixli **/**** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi tikinti materiallarının satınalınması üçün icraçının razılaşdırma protokolunda göstərilmiş məbləğində təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan tikinti materiallarının çatdırılmasını öhdəsinə götürür.
2. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
3. Tərəflər ##.##.2024-cü il tarixli * saylı Əlavə ilə təsdiq edilən Qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri 253.341,45 manat məbləğində olan malların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər. Müqavilə və Qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. ##.##.2024-cü il tarixli, ** saylı təhvil-təslim aktına əsasən müxtəlif adda mallar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin təhvil verilmişdir. Təhvil təslim aktı hər iki tərəfin imzası və möhürü ilə tədiq edilmişdir.
5. ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC təsdiq etmişdir ki, onun ##.##.2024-cü il tarixə İddiaçı MMC-yə olan borcu 253.341,45 manat təşkil edir. Üzşləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə tədiq edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***- */*** nömrəli ## ##### 2026-cı il tarixli məhkəmə-xəttşünaslıq, sənədlərin məhkəmə texniki ekspertizası rəylərinə əsasən, ekspertizaya təqdim edilmiş, ##.##.2024-cü il tarixli **/**** saylı mallar üzrə satınalma müqaviləsinin ** saylı əlavəsi olan ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunda “Alıcı: Direktor: X1” qrafasındakı imza, ##.##.2024-cü il tarixli ** saylı təhvil-təslim aktında “Təhvil aldı Direktor: nümayəndə1” qrafasındakı imza, ##.##.2025ci il tarixli üzləşmə aktında “Alıcı Direktor nümayəndə1” qrafasındakı imza - nümayəndə1 tərəfindən icra olunmuşdur. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağdakı profialktik tövsiyələr verilir: sənədlərdə imzaların sadələşdirilmiş formada icra olunmasına yol verməmək; imza qrafalrında imza edən şəxsin öz xətti ilə adsoyadını icra etməsini təmin etmək. Tədqiq edilmiş ##.##.2024-cü il tarixli **/**** saylı “Mallar üzrə satınalma müqaviləsi”nin, ##.##.2024-cü il tarixli ** nömrəli “Təhvil-təslim aktı”nın, ##.##.2025-ci il tarixli “Üzləşmə aktı”nın, ##.##.2024-cü il tarixli ** saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılması protokoTun üzərlərindəki möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş ##.##.2024-cü il tarixli **/**** saylı “Mallar üzrə satınalma müqaviləsi”nin, ##.##.2024-cü il tarixli ** saylı nömrəli “Təhviltəslim aktı”nın, ##.##.2025-ci il tarixli “Üzləşmə aktı”nın ##.##.2024-cü il tarixli ** saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılması protkolunun üzərində MMC xxxx məzmunlu möhür əksləri təqdim eidlmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş 11,06.2024-cü il tarixli **/**** saylı “Mallar üzrə satınalma müqaviləsi”nin, ##.##.2024-cü il tarixli ** nömrəli “Təhvil-təslim aktfnın, ##.##.2025-ci il tarixli “Üzləşmə aktfnın, ##.##.2024-cü il tarixli ** saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılması protokol”un üzərlərindəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **/**** saylı Müqaviləsin ləğv edilməsi, həmin Müqaviləyə əsasən 253.341,45 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 544 manat rüsumun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC ilə iddiaçı arasında ##.##.2024-cü il tarixli **/**** saylı müqavilə bağlanmış, malların qiyməti razılaşdırılmış, daha sonra təhvil-təslim aktı imzalanmışdır və ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 253341,45 (iki yüz əlli üç min üç yüz qırx bir manat 45 qəpik) borcu vardır (ədv daxil). Dəfələrlə borcun istənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsələr də, bütün müraciətlər nəticəsiz qalmaqdadır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 328.2, 328.3, 339.1, 51.1-ci maddələri göstərilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2024-cü il tarixli **/**** saylı mallar üzrə satınalma müqaviləsi ləğv edilmiş hesab edilməsi, ##.##.2024-cü il tarixli **/**** saylı müqavilə üzrə 253.341 manat 45 qəpik məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Dövlət rüsumunun əvəzi olaraq 544 manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli aktla tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 253.341,45 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər. Bundan başqa iş materiallarından görünüb ki, tərəflər ##.##.2025-ci il tarixli aktan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə ##.##.2024-cü il tarixinə ƏDV daxil 253.341,45 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir. Belə olan halda, Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Məhkəmə qeyd edib ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edib ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 253.341,45 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ##.##.2024-cü il tarixli **/**** saylı mallar üzrə satınalma müqaviləsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmiş və cavabdeh tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmədiyindən ##.##.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 421.2, 567, 600.4-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği ilə razı deyil, borc məbləği iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. İddiaçı Cavabdeh MMC-nin məhkəmədə iştirakının təmin edilməməsindən sui-istifadə edərək məbləğləri məhkəməyə olduğundan yüksək məbləğdə təqdim etmiş, məhkəmə isə obyektiv araşdırma etmədən borc məbləğini elə o formada da qəbul etmişdir. Sübutetmə yükünün düzgün bölüşdürülməməsi ilə bağlı bildirir ki, hər bir tərəf öz tələblərini və etirazlarını əsaslandıran halları sübut etməli olduğu halda, iddiaçı tərəfindən hər hansı bir maliyyə sənədi, e-qaimə, bank çıxarışı və ya digər sübut məhkəməyə təqdim olunmamışdır. Tələblərini şişirdən iddiaçının borc məbləğinə dair iddiasının reallığa uyğun gəlməsi məsələsi şübhəlidir, məhkəmə yekun qərar verib qətnamə çıxarmazdan öncə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərar qəbul edib eqaimə və təhvil-təslim aktlarının mövcudluğuna, onların həqiqətə uyğun olub-olmamasına dair dəlil və məlumatlara sahib olmalı, xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizalarını keçirərək üzləşdirmə aktındakı imzanın təşkilatın direktoruna və möhürün təşkilata aid olubolmamasını araşdırmalı, yalnız bundan sonra daxili inama və qanunvericiliyə əsaslanan qətnamə qəbul edilməli idi. Bildirir ki, məhkəmənin istinad etdiyi malların qiymətinin razılaşdırılması protokuluna və üzləşmə aktına mahiyyəti üzrə əsas sübut kimi istinad edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, işlə bağlı təhvil-təslim aktları və e-qaimələrin mövcudluğunun araşdırılması mütləqdir. Məhkəmənin əsas sübut olaraq istinad etdiyi protokol və üzləşmə aktları əsasında qətnamə qəbul etməsi əsassızdır. Burada diqqət yetirilməli məqam təhvil-təslim aktlarının işdə mövcudluğunun, onun həqiqiliyinin, aktda qeyd olunanların müəyyən olunmasıdır. Birbaşa üzləşmə aktlarına və hər hansı protokola istinadən qərar qəbul etmək əsassız və qanunsuzdur. Məhkəmə sadəcə üzləşmə aktına istinad etmiş, borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası belə keçirməmişdir. Üzləşmə aktında və protokolunda imzalar Cavabdeh MMC-nin direktoruna məxsus deyil, həmin imzalar faks və ya elektron poçt vasitəsilə göndərilmiş sənəddən köçürülmə (basdırma) üsulu ilə sənədə yerləşdirilmişdir. Belə ki, sözügedən imzanın təbii imza xüsusiyyətlərini əks etdirməməsi, xətt qalınlığının və təzyiqinin qeyribərabər olmaması, sənədin digər mətn hissələri ilə texniki uyğunluq təşkil etməməsi imzanın mexaniki surətdə köçürüldüyünü göstərir. Qeyd olunan hallar üzləşmə aktının sübut kimi qəbul edilməsini şübhə altına alır. Bunu müəyyən etmək üçün xəttşünaslıq, sənədlərin texniki ekspertizası keçirilməlidir. Məhkəmə sübutları qiymətləndirmədən, ümumi və əsaslandırılmamış nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmənin yalnız subyektiv fərziyyə və iddiaçının mülahizəsinə əsaslanaraq iddia tələblərini qəbul etməsi sübuta deyil, ehtimala əsaslanan qərar qəbul edilməsi deməkdir ki, bu da prosessual qanunvericiliyin kobud pozuntusudur. Bu pozuntular isə apelyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Apellyasiya baxışı zamanı mühasibatlıq ekspertizası keçirilib borcun olub-olmaması müəyyən edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.
18. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələbləri və apellyasiya şikayəti üzrə təqdim edilmiş dəlilləri nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam təmin olunduğundan, lakin cavabdehin apellyasiya şikayətində dəlilləri qətnamənin borcun tutulması hissəsində mübahisələndirilməsinə yönəldildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC (icraçı) ilə cavabdeh Cavabdeh MMC (sifarişçi) arasında ##.##.2024-cü il tarixli mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə icraçı tikinti materiallarının çatdırılmasını, sifarişçi isə malların qəbulunu və dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən tərəfindən cavabdehə mallar təqdim edildiyini, lakin həmin malların dəyərinin ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 253.341,45 manat məbləğində borcu yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
26. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması işin mübahisə edilməyən halıdır. İşin mübahisəli halı isə adıçəkilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə iddia edilən məbləğdə malların təqdim edilib-edilməməsi və belə olan halda cavabdehin borcunun olub-olmaması ilə bağlıdır.
27. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
28. İddia tələbinin əsaslılığı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı 253.341,45 manat məbləğində malların təqdim edilməsi faktını sübuta yetirmək məqsədilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim və üzləşmə aktlarını məhkəməyə təqdim etmişdir.
29. Cavabdeh tərəfindən üzləşmə aktındakı, təhvil-təslim aktındakı, o cümlədən qiymətlərin razılaşdırılması protokolundaki imza və möhürün həqiqiliyini mübahisələndirildiyindən kollegiya iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə sənədlərinin texniki ekspertizalarının təyin etmiş və ekspert rəyi ilə qiymətlərin razılaşdırılması protokolu, təhvil-təslim aktı və üzləşmə aktındakı imzaların birbaşa qələmlə, hər hansı bir texniki vasitə (faksimile və s.) istifadə edilmədən direktor X1 tərəfindən icra olunduğu təsdiq edilmişdir. Eyni zamanda, sözügedən sənədlərin üzərindəki möhür izlərinin relyef klişedən sənədlərin üzərinə birbaşa vurulduğu müəyyən olunmuşdur. Son olaraq, müvafiq sənədlərdəki bu möhür əkslərinin müqayisə üçün təqdim edilmiş eksperimental nümunələrlə tam eynilik təşkil etdiyi, yəni Cavabdeh MMC-yə məxsus olduğu müəyyən edlmişdir.
30. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
31. Odur ki, məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə tərəflərin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğu, həmin müqavilə üzrə iddiaçının cavabdehə 253.341,45 manat məbləğində malların təqdim edilməsi faktları öz təsdiqini tapır. Cavabdeh isə həmin malların dəyərindən hər hansı ödəniş etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Borcun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməli olması barədə cavabdehin dəlillərinə gəlincə, kollegiya hesab edir ki, hazırkı halda mübahisəli alqısatqı müqaviləsi
32. üzrə cavabdehin icra edilməmiş öhdəliyinin həcminin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir.
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş malların dəyəri olan 253.341,45 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulmasını tələb etmək hüququna malik olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov