Məhkəmə qərarları › İş №2-2(3-6)-21/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-21/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-21/2026 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi qanuni təmsilçi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5796/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli tərcümə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.  Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə icraçı sifarişçiyə yazılı və şifahi tərcümə xidmətlərini, o cümlədən notarial, apostil və leqallaşma xidmətlərini göstərməyi, sifarişçi isə göstərilən xidməti qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür;  2.1-ci bəndinə əsasən xidmətlər üzrə haqq bu müqavilənin 1 saylı əlavəsində müəyyən olunacaq. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən qiymətlər başlanğıc qiymətlərdir və mövzudan və ya tələb olunan vaxt təcililiyindən asılı olaraq dəyişə bilər;  2.3-cü bəndinə əsasən ödəmə görülmüş işlər üçün sifarişçi tərəfindən e-qaimə təsdiq edildikdən və hesab-faktura tarixindən etibarən 10 gün ərzində icraçının müqavilənin 9-cu bəndində göstərilən bank hesabına pul vəsaitlərinin ödənilməsi yolu ilə həyata keçirilir;  3.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 10 oktyabr 2025-ci il tarixinə qədər qüvvədə qalır;  5.4-cü bəndinə əsasən sifarişçinin yerinə yetirilmiş xidmətlərə görə ödənişləri sifarişçiyə razılaşdırılan müddət ərzində yerinə yetirmək vəzifəsi vardır;  5.4.3-cü bəndinə əsasən müqavilə üzrə 10 gündən 90 günədək gecikdirilmiş borca görə sifarişçi hər gecikdirilən gün üşün gecikdirilmiş borcun 0,2 faizi məbləğində cərimə ödəyir.  Ödənişin gecikdirilməsi 30 günü keçdikdə şirkət müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ER-02 saylı, xx.xx.2022-ci il tarixli tərcümə xidmətlərinin göstərilməsi barədə müqaviləyə xx.xx.2024-cü il tarixli, 01 saylı əlavə sazişə əsasən ER-02 saylı, xx.xx.2022-ci il tarixli tərcümə xidmətlərinin göstərilməsi barədə müqaviləyə dəyişikliklər edilmişdir.  1.1. Hazırkı əlavə imzalandığı tarixdən etibarən 2 il müddətində sifarişçi icraçıya minimum 20000 manat məbləğində xidmət sifariş verməyi, icraçı isə xidməti vaxtında və lazımi qaydada icra etməyi öz öhdəsinə götürür. Müqavilənin əlavəsində, birinci bənddə qeyd olunan ödəniş (20000 manat) icra olunduqda, müqaviləyə əlavə icra etdikdən öncə, sifarişçiyə icraçı tərəfindən olan bütün pretenziyalar ləğv olunacaq.;  2.3. Ödəmə görülmüş işlər üçün sifarişçi tərəfindən e-qaimə təsdiq edildikdən və hesab faktura tarixindən etibarən 40 gün ərzində icraçının müqavilənin 9-cü bəndində göstərilən bank hesabına pul vəsaitlərinin ödənilməsi yolu ilə həyata keçirilir;  5.4.3. Bu müqavilə üzrə 60 gündən çox gecikdirilmiş borca görə sifarişçi 41-ci gündən başlayaraq hər gecikdirilən gün üçün gecikdirilmiş borcun 0,1%-i məbləğində cərimə ödəyir. Ödənişin gecikdirilməsinin 90 günü keçdikdə icraçı müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir.  Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 6248,55 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 5077,8 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 7114,8 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 5468,47 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 541,52 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 1782,97 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 2126,95 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 738,5 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 1343,72 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 1305,29 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 816643 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6248,55 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 295498 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5077,8 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 310077 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7114,8 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 681922 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5468,47 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

17. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 440361 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 541,52 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

18. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10584140 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1782,97 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

19. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11934740 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2126,95 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

20. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11226456 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 738,5 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

21. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, ********* nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1305,29 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

22. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11244083 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1343,72 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

23. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində 11867,87 manat, xx.xx.2024-cü il tarixində 7114,8 manat, xx.xx.2024-cü il tarixində 5468,47 manat ödəniş edilmişdir.

24. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi əsasında tərtib edilmiş EBDD seriyalı, 603292 nömrəli, EBDK seriyalı, 970860 nömrəli elektron qaimələr üzrə 12518,14 manat ödəniş edilmişdir.

25. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli xidmət müqaviləsi əsasında tərtib edilmiş MT2411 seriyalı, 11226456 nömrəli elektron qaimə üzrə 738,97 manat ödəniş edilmişdir.

26. ER-02 saylı, xx.xx.2022-ci il tarixli tərcümə xidmətlərinin göstərilməsi barədə müqavilə əsasında ödənilməmiş xidmət haqqı və gec ödənilən xidmət haqqı üzrə xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, müqavilə əsasında tərtib edilmiş qaimələr üzrə borc 6558,93 manat, cərimə məbləği ümumilikdə 13636,93 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

27. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə ödənilməli olan 6558,93 manat (altı min beş yüz əlli səkkiz manat doxsan üç qəpik) məbləğində göstərilən xidmətlərin dəyərini və göstərilən xidmətlərin dəyərinin gec ödənilməsi nəticəsində müqavilənin 5.4.3-cü maddəsinə uyğun olaraq hesablanan 13636,93 manat (on üç min altı yüz otuz altı manat doxsan üç qəpik), ümumi olaraq 20195,86 manat (iyirmi min yüz doxsan beş manat səksən altı qəpik) məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsinə dair "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması və iddia ərizəsini verilməsi üçün ödənilmiş 150,59 manat (yüz əlli manat əlli doqquz qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

29. İddiaçının nümayəndəsi qanuni təmsilçi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tələb olunan cərimə məbləğinin 1151,46 manat hissəsi 6558,93 manat məbləğin, digər cərimə məbləği isə əvvəlki gecikdirilməklə ödənilmiş borcun cərimə məbləğidir.

30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5796/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 6558,93 manat (altı min beş yüz əlli səkkiz manat doxsan üç qəpik) məbləğində borc, 1560 (min beş yüz altmış) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,53 manat (altmış manat əlli üç qəpik) olmaqla, ümumilikdə 8179,46 manat (səkkiz min yüz yetmiş doqquz manat qırx altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

31. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, ER-02 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müqaviləyə görə icraçı sifarişçiyə yazılı və şifahi tərcümə xidmətlərini, o cümlədən notarial, apostil və leqallaşma xidmətlərini göstərməyi, sifarişçi sə göstərilən xidməti qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, xx.xx.2024-cü il tarixli, 01 saylı əlavə sazişə əsasən ER-02 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə dəyişikliklər edilmişdir və əlavə imzalandığı tarixdən etibarən 2 il müddətində sifarişçi icraçıya minimum 20000 manat məbləğində xidmət sifariş verməyi, icraçı isə xidməti vaxtında və lazımi qaydada icra etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə və əlavə saziş üzrə icraçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və göstərilən xidməti qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş muzdu icraçıya ödəmək barədə öhdəliyini pozmuşdur. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında təhvil-təslim aktları tərtib olunaraq, təsdiq olunmuşdur. Həmin təhvil-təslim aktlarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət müqaviləsi üzrə xidmətlər təhvil verilmişdir. Aktlar Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Tələbin həmin hissəsi ilə bağlı olan 09 oktyabr 2024-cü il tarixli (1782,97 manat dəyərində), 29 oktyabr 2024-cü il tarixli (2126,95 manat dəyərində), 21 noyabr 2024-cü il tarixli (1343,72 manat dəyərində), 29 noyabr 2024-cü il tarixli (1305,29 manat dəyərində) təhvil-təslim aktları məhkəməyə təqdim edilmişdir. Həmin aktlar üzrə ümumi məbləğ 6558,93 manat təşkil edir. Müvafiq elektron qaimələr də məhkəməyə təqdim edilmişdir. İddia tələbinin digər hissəsini 10 oktyabr 2022-ci il tarixli xidmət müqaviləsi üzrə göstərilən xidmətlərin dəyərinin gec ödənilməsi nəticəsində müqavilənin 5.4.3-cü maddəsinə uyğun olaraq hesablanan 13636,93 manat cərimə məbləğinin tutulması təşkil edir. Həmin cərimə məbləğinin 1151,46 manat hissəsi 6558,93 manat məbləğin gecikdirilməsinə görə tələb olunan məbləğdir və 2024-cü ilin oktyabr, noyabr aylarında qeyd olunan məbləğdə göstərilmiş xidmətlərin dəyəri hazırkı vaxtadək ödənilməmişdir. Tələb olunan cərimə məbləğinin qalan hissəsi 2023-cü il tarixli, məhkəməyə təqdim olunan, ümumi məbləği 24451,14 manat təşkil edən təhvil-təslim aktları, elektron qaimələrlə bağlıdır. Həmin məbləğ tam şəkildə, lakin gecikdirilməklə ödənilmişdir. Ödəniş tarixləri, gecikdirilmiş günlərin sayı ilə bağlı bank hesabından çıxarışlar və iddiaçının tərtib etdiyi müvafiq cədvəl məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş sübutlarla təqdiq olunur ki, həmin qaimələr üzrə ödənişlər gecikdirilməklə ödənilmişdir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cərimə məbləği azaldılaraq, xx.xx.2022-ci il tarixli, ER-02 saylı xidmət müqaviləsi üzrə ümumilikdə 1560 manat (330 manat 6558,93 manat məbləğin, 1230 manat isə 24451,14 manat gecikdirilməsinə görə) müəyyən edilməli, qalan hissədə təmin edilməməlidir.

32. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci tarixli e-2-2(113)-5796/2025 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələblərimin tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu xidmətlərin dəyərinin ödənilməsi üçün İcraçı dəfələrlə Sifarişçiyə müraciət etmiş, lakin Sifarişçi Müqavilənin 2.3. və 5.4.1. maddələrinin tələblərini əməl etməyərək yalan vədlər verərək ödəməni gecikdirmişdir və nəticədə yuxarıda qeyd edilən xidmətlər üzrə 12 485,47 {on iki min dörd yüz səksən beş manat 47 qəpik) məbləğində gecikmə cəriməsi üzrə borc yaranmışdır. İcraçı tərəfindən pretenziya göndərildikdən sonra qeyd edilən xidmətlərin Müqavilə üzrə dəyəri gec də olsa, İcraçının bank hesabına ödənmişdir. Lakin, qeyd etmək lazımdır ki, Müqavilənin 5.4.3.-ci maddəsinə uyğun olaraq “Bu müqavilə üzrə 10 (on) gündən 90 (doxsan) günədək gecikdirilmiş borca görə, “Sifarişçi”, hər gecikdirilən gün üçün gecikdirilmiş borcun (əsas borc məbləğinin) 0.2 (sıfır tam onda iki) faizi məbləğində cərimə ödəyir”. Bunları əsas tutaraq Sifarişçi göstərilmiş xidmətlər üzrə ödənilməli borca əlavə olaraq İcraçıya bu məktubda qeyd edilən cərimədə ödəməlidir. Buna əlavə olaraq Sifarişçi ilə İcraçı arasında 04 sentyabr 2024-cü il tarixdə X5 № 01 (bundan sonra “Əlavə saziş” adlanacaq) imzalanmışdır və Müqaviləyə aşağıdakı maddələrinə dəyişikliklər edilmişdir: Müqavilənin 1.1.-ci bəndinə 2-ci cümlə əlavə edilmişdir: “Hazırkı Əlavə imzalandığı tarixdən etibarən Sifarişçi İcraçıya minimum 20 000 (iyirmi min) manat məbləğində Xidməti sifariş verməyi, İcraçı isə bu Xidməti vaxtında və lazımi qaydada icra etməyi öz öhdəsinə götürür”. Müqavilənin əlavəsində, birinci bənddə, qeyd olunan ödəniş (20.000 manat) icra olduqda, müqaviləyə Əlavə icra etdikdən öncə, Sifarişçiyə, İcraçı tərəfindən olan bütün pretenziyalar ləğv olunacaq. Müqavilənin 2.3-cü bəndi aşağıdakı şəkildə dəyişdirilmişdir: “Ödəmə görülmüş işlər üçün Sifarişçi tərəfindən e-qaimə təsdiq edildikdən və hesab faktura tarixindən etibarən 40 (qırx) gün ərzində İcraçının Müqavilənin 9-cu bəndində göstərilən bank hesabına pul vəsaitlərinin ödənilməsi yolu ilə həyata keçirilir”. Müqavilənin 5.4.3-cü bəndi aşağıdakı şəkildə dəyişdirilmişdir: ‘‘Bu müqavilə üzrə 60 (altmış) gündən çox gecikdirilmiş borca görə Sifarişçi 41-ci gündən başlayaraq hər gecikdirilən gün üçün gecikdirilmiş borcun (əsas borc məbləğinin) 0.1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Ödənişin gecikdirilməsinin 90 (qırx) günü keçdikdə İcraçı müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir‘‘. Əlavə saziş imzalandıqdan və dəyişikliklər qüvvə qüvvəyə mindikdən sonra İcraçı, 2024-cü ilin oktyabr-noyabr ayları ərzində Sifarişçi tərəfindən tərcümə edilməsi üçün göndərilən mətnləri Müqavilənin şərtlərinə uyğun olaraq düzgün formada yazılı şəkildə tərcümə etmiş, elektron poçt vasitəsi Sifarişçiyə təqdim etmişdir. Qeyd edilən işlərin görülməsinin təsdiq edilməsinə dair İcraçı ilə Sifarişçi arasında işlərin təhvil-təslim aktları tərtib edilib, qarşılıqlı təsdiqlənmişdir. Təhvil-təslim aktların imzalandığı tarixdə Müqavilənin 1.4-cü maddəsinə əsasən görülən işlər üzrə E-Qaimə tərtib edilib Sifarişçiyə elektron şəkildə göndərilmişdir. Xidmət tam və ya lazımınca göstərildiyi üçün Sifarişçi ona göndərilən E-Qaimələri təsdiq etmişdir. Qeyd edilən maddəyə uyğun olaraq Sifarişçinin E-Qaiməni təsdiq etməməsi ödəniş tarixinin gecikməsinə səbəb olmamılıdır. Xidmətlərin dəyəri xx.xx.2025-ci tarixində tam ödənilmişdir, digər xidmətlərin dəyərini isə Sifarişçi Müqavilənin 2.3. və 5.4.1. maddələrinin tələblərini əməl etməyərək bu günə hələdə ödənilməyib. Sifarişçi Müqavilə üzrə ödəliklərinin icra etmədiyi nəticəsində yuxarıda qeyd edilən xidmətlər üzrə 6558,93 AZN (altı min beş yüz əlli səkkiz manat 93 qəpik) məbləğində əsas borc və 1 151,46 AZN {min yüz əlli bir manat 46 qəpik) məbləğində gecikmə cəriməsi üzrə borc yaranmışdır. Əlavə imzalanana qədər gecikdirilən ödənişlərə görə daha artıq cərimə nəzərdə tutulurdu. İddiaçının xidmətlərini vaxtında və keyfiyyətli görməsi üçün müəyyən vəsaitin olması vacibdir, və hər bir xidmətin dəyəri gec ödənilən zaman İddiaçının digər müştərilər üçün işlərin görməsi və xidmətləri göstərməsi imkanları məhdudlaşır.

34. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilələr üzrə hesablanmış borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

37. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

41. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

42. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

44. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

45. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

46. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (cərimə borcunun məbləği) hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. İş müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında təhvil-təslim aktları tərtib olunaraq, təsdiq olunmuş, həmin təhvil-təslim aktlarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət müqaviləsi üzrə xidmətlər təhvil verilmişdir. Aktlar Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 oktyabr 2024-cü il tarixli (1782,97 manat dəyərində), 29 oktyabr 2024-cü il tarixli (2126,95 manat dəyərində), 21 noyabr 2024-cü il tarixli (1343,72 manat dəyərində), 29 noyabr 2024-cü il tarixli (1305,29 manat dəyərində) təhvil-təslim aktları məhkəməyə təqdim edilmiş,həmin aktlar üzrə ümumi məbləğ 6558,93 manat təşkil edir. Müvafiq elektron qaimələr də məhkəməyə təqdim edilmişdir.

54. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tələb olunan cərimə məbləğinin 1151,46 manat hissəsi 6558,93 manat məbləğin gecikdirilməsinə görə tələb olunan məbləğdir və 2024-cü ilin oktyabr, noyabr aylarında qeyd olunan məbləğdə göstərilmiş xidmətlərin dəyəri hazırkı vaxtadək ödənilməmişdir. Tələb olunan cərimə məbləğinin qalan hissəsi 2023-cü il tarixli, məhkəməyə təqdim olunan, ümumi məbləği 24451,14 manat təşkil edən təhvil-təslim aktları, elektron qaimələrlə bağlıdır. Həmin məbləğ tam şəkildə, lakin gecikdirilməklə ödənilmişdir. Ödəniş tarixləri, gecikdirilmiş günlərin sayı ilə bağlı bank hesabından çıxarışlar və iddiaçının tərtib etdiyi müvafiq cədvəl məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş sübutlarla təqdiq olunur ki, həmin qaimələr üzrə ödənişlər gecikdirilməklə ödənilmişdir.

55. Apellyator tərəfindən yalnız cərimə borcunun məbləği mübahisələndirilmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 13636,93 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cavabdehin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azaldaraq 1560 manat müəyyən etmişdir. Apellyator müqavilə şərtlərinə istinad edərək cərimə məbləğinin düzgün hesablanmadığını bidirsədə dəlil işin həlli baxımından hüquqi əhəmiyyət kəsb etmir.

57. İşin hallarından görünür ki, cavabdeh müqavilə dəyərinin az hissəsini gecikdirmişdir. Bu hissəni də iddiaçıya ödəmişdir. Belə vəziyyətdə cərimə məbləği hesablanarkən müqavilə qiymətinin bütün məbləği nəzərə alına bilməz.

58. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

59. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5796/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar