AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-234/2026 16.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (SOCAR) qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat və xidmət müqaviləsi, xidmətdə qüsurlar, öhdəliklərin lazımınca icra edilməməsi, hüquqdan sui-istifadə, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Cəfərov SəmədFəxrəddinoğlundanvəX1ibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsi(vəkili)QasımovİbrahimMusaoğlunun, cavabdehCavabdehnümayəndəsiX2iştiraklarıilə İddiaçı MMC-nin Cavabdeh (SOCAR) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh (SOCAR/sifarişçi) arasında ## ######## 2019cu il tarixdə “Ümumi təmizlik və texniki qulluq, Binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin göstərilməsi haqqında” SOCAR******************B***** saylı müqavilə bağlanmış, müqavilənin 2.1-ci bəndinə görə icraçı, SOCAR-ın Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanında yerləşən “SOCAR Tower” adlı inzibati binasında (Bina) və Binaya aid ərazidə “Xidmətlərin Həcmi və Qiymətləri” adlı * saylı Əlavəsində göstərilmiş xidmətləri (bundan sonra “Xidmətlər” adlanacaq) müqavilənin “Təmir və İstismar Tələbləri” adlı * saylı əlavəsinə və “Təmir və İstismar üzrə Məsuliyyət Matrisası” adlı * saylı əlavəsinə uyğun göstərməyi, sifarişçi isə müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi vəəvəzininmüqavilədərazılaşdırılmışqaydadaödənilməsiniöhdələrinəgötürmüşlər.
2. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Xidmətlər, * saylı Əlavədə və * saylı Əlavədə təsvir edilmiş tələb və təlimatlar, məsuliyyətlər bölgüsünə uyğun olmaqla, binada bütün sistemlərin normal fəaliyyətini, təhlükəsizliyini, funksionallığını və sabitliyini təmin edə bilən tədbirli və fəal bir istismar və təmir şirkəti olan icraçı tərəfindən lazımi qaydada (keyfiyyətli vətam)icraolunacaqdır.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə olacaqdır. Müqavilənin şərtləri tərəflər arasında ## ###### 2019-cu il tarixdən müqavilənin qüvvəyə mindiyi tarixədək mövcud olan münasibətlərinə də şamil edilir; 3.2-ci bəndinə görə, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə qarşılıqlı razılaşdıqda və ya müqavilənin qüvvədə olma müddətinin uzadılmasına etiraz etdikdə icraçı xidmətlərin göstərilməsini müqaviləyə uyğun 2 aydan çox olmamaqla davam etdirir, sifarişçiisəbudövrüçüngöstərilmişxidmətlərindəyərinimüqaviləyəuyğunödəyir.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən, xidmətlərin həcmi və dəyəri müqavilənin * nömrəli Əlavəsində müəyyən edilir; 4.2-ci bəndinə görə, qiymətlərə xidmətlərin göstərilməsi üçün bütün xərclər və qüvvədə olan qanunvericiliyə əsasən nəzərdə tutulmuş vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir; 4.3-cü bəndinə əsasən, göstərilən xidmətlərin dəyəri hər növbəti ayın ən geci 10-dək Tərəflərin təyin (yazılı qaydada) edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və icraçı tərəfindən verilmiş hesabfaktura əsasında ödənilir. Təhvil-qəbul aktı və hesab-faktura hər növbəti ayın ən geci 5-dək təsdiqedilməlivəSifarişçiyəgöndərilməlidir.
5. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı, xidmətləri yalnız müqavilədə göstərilmiş ünvandayerləşənbinavəonaaidsahələrdəhəyatakeçirməyiözöhdəsinəgötürür.
6. Müqavilənin 6.7-ci bəndinə görə, sifarişçinin müqaviləyə uyğun olaraq, icraçıya ödəniş etmək və müqavilə ilə müəyyənləşdirilmiş digər öhdəlikləri istisna olmaqla, heç bir məsuliyyəti yoxdur, sifarişçinin məsuliyyəti bu bəndlə məhdudlaşır və icraçı onun öhdəliklərinə aid hərəkət/hərəkətsizlik səbəbi ilə yaranan bütün iddia, tələb, zərər və itkilərə qarşı sifarişçini qorumalı,zərərdənmüdafiəetməlidir.
7. Müqavilənin 7.1-ci bəndinə əsasən, icraçı hər ay göstərilmiş xidmətlər üçün müqavilənin 4.3-cü bəndinə uyğun olaraq, özündə aşağıdakı məlumatları əks etdirən hesab fakturanı hazırlamalı: 1) Aylıq istismar və təmir xidmətlərinin qiyməti; 2) Müqavilənin 5.2-ci bəndinə əsasən hər bir qüsurun dəyəri, əgər varsa; üçüncü tərəfdən əldə edilən xidmət və malların faktura məbləğinə bərabər olan və Müqavilə Qiymətinə daxil edilməmiş məbləğ və bu məbləğin sifarişçi ilə öncədən razılaşdırılmış 5% (beş faiz) həcmində əlavəsi; və Sifarişçinin məmnuniyyəti üçün, satınalınan xidmət və işlər, ehtiyyat hissələri, sərf edilən ləvazimatlar, materiallar, alətlər, avadanlıqlar və sairlə əlaqədar 3-cü tərəflərə aid müşayiətedici fakturalar və ödənişqəbzlərinifakturayaəlavəedərəksifarişçiyəçatdırmalıdır.
8. Müqavilənin 15.1-ci bəndinə görə, müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq avadanlığın təhvil verilməsi ilə, xidmətin icra olunacağı bina, sifarişçi tərəfindən icraçıya təhvil verilmiş hesab olunur. Tərəflər ilkin təhvil-təslim üçün icra tarixi göstərilən təhvil-təslim şəhadətnaməsini hazırlamalı və ikitərəfli qaydada imzalamalıdır; 15.4-cü bəndinə əsasən, tərəflər xidmətlərə dair təhvil-təslim aktında, onlar tərəfindən aşkar edilmiş bütün qüsurları açıq-aydın və təfsilatlı qaydada təsvir etməli və məlumat verməlidir. Təhviltəslim prosesi zamanı zəruri diqqət yetirməsi nəticəsində aşkar etdiyi və ya edə biləcəyi qüsuru aktdaqeydetməyəntərəf,sonradanbuqüsurun(ların)mövcudluğunaistinadedəbilməz.
9. Müqavilənin * saylı Əlavəsində xidmətlərin həcmi və qiymətləri razılaşdırılmış, xidmətlərin 1 illik ümumi dəyərinin ƏDV-siz 4171746,15 manat, ƏDV ilə 4922660,46 manat olacağımüəyyənolunmuşdur.
10. İcraçı və sifarişçi arasında inzibati binaya təmizlik, bina və binada istismar olunan avadanlıqlara texniki xidmətlərin göstərilməsinə dair ## ######## 2019-cu il tarixdə bağlanmış "Ümumi təmizlik və texniki qulluq, daxili və xarici qurğu və texnikalara xidmətlərin göstərilməsi üzrə müqavilə” üzrə göstərilmiş xidmətlərin ## ###### 2019-cu il tarixli təhvil-qəbul aktına əsasən, görülmüş işlərin cəmi 354 796,36 manat məbləğində, ## ###### 2019-cu il tarixli akta əsasən cəmi 319 952,30 manat məbləğində, ## ###### 2020-ci il tarixli akta əsasən 324 454,18 manat məbləğində, ## ###### 2020-ci il tarixli akta əsasən cəmi 323 732,30 manat məbləğində, ## #### 2020-ci il tarixli akta əsasən cəmi 352 216,30 manat məbləğində, ## ##### 2020-ci il tarixli akta əsasən 318 683,55 manat məbləğində, ## ### 2020-ci il tarixli akta əsasən 328 457,30 manat məbləğində, ## #### 2020-ci il tarixli akta əsasən 373 010,90 manat məbləğində, ## #### 2020-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, ## ###### 2020-ci il tarixli akta əsasən 351 859,18 manat məbləğində, ## ######## 2020-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, ## ####### 2020-ci il tarixli akta əsasən 324 454,18 manat məbləğində, ## ###### 2020-ci il tarixli akta əsasən 323 732,30 manat məbləğində, ## ###### 2020-ci il tarixli akta əsasən 319 855,30 manat məbləğində, ## ###### 2021-ci il tarixli akta əsasən 373 010,90 manat məbləğində, ## ###### 2021-ci il tarixli akta əsasən 339 589,80 manat məbləğində, ## #### 2021-ci il tarixli akta əsasən 323 879,47 manat məbləğində, ## ##### 2021-ci il tarixli akta əsasən 348 079,18 manat məbləğində, ## ### 2021-ci il tarixli akta əsasən 323 732,30 manat məbləğində, ## #### 2021-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, ## #### 2021-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, ## ###### 2021-ci il tarixli akta əsasən 364 243,40 manat məbləğində, ## ######## 2021-ci il tarixli akta əsasən 347 357,30 manat məbləğində, ## ####### 2021-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, ## ###### 2021-ci il tarixli akta əsasən 348 079,18 manat məbləğində, ## ###### 2021-ci il tarixli akta əsasən 323732,30 manat məbləğində, ## ###### 2022-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, ## #### 2022-ci il tarixli akta əsasən 349 385,90 manat məbləğində, ## ##### 2022-ci il tarixli akta əsasən 352 397,30 manat məbləğində, ## ### 2022-ci il tarixli akta əsasən 319 952,30 manat məbləğində, ## #### 2022-ci il tarixli akta əsasən 389 128,36 manat məbləğində, ## #### 2022-ci il tarixli akta əsasən ƏDV daxil 483 536,60 manat məbləğində, ## ###### 2022-ci il tarixli akta əsasən ƏDV daxil 382 004,11 manat məbləğində, ##.##.2022-ci il tarixli akta əsasən ƏDV daxil 382 855,93 manat dyərində, ##.##.2022-ci il tarixli akta əsasən 376 511,21 manat dəyərində, ##.##.2022-ci il tarixli akta əsasən ƏDV daxil cəmi 333 964,18 manat dəyərində müəyyən edilmiş, aktlar hər iki tərəfin imza vəmöhürüilətəsdiqlənmişdir.
11. İddiaçı MMC tərəfindən müqavilə üzrə ## ###### 2019 - ## ####### 2022-ci illəri əhatəedəne-qaimələrtərtibedilərəkSOCAR-agöndərilmişdir.
12. İddiaçı MMC-nin “xxxx” ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışına görə, SOCAR tərəfindən ##.##.2019-cu il tarixli müqavilə üzrə ##.##.2019-cu il tarixdə 100000 manat, ##.##.2019-cu il tarixdə 100000 manat, ##.##.2019-cu il tarixdə 104796,36 manat, ##.##.2019cu il tarixdə 100000 manat, ##.##.2020-ci il tarixdə 100000 manat, ##.##.2020-ci il tarixdə 100000 manat, ##.##.2020-ci il tarixdə 100000 manat, ##.##.2020-ci il tarixdə 124454,18 manat, ##.##.2020-ci il tarixdə 100000 manat, ##.##.2020-ci il tarixdə 171094,24 manat, ##.##.2021-ci il tarixdə 100000 manat, ##.##.2022-ci il tarixdə 100000 manat, ##.##.2022-ci il tarixdə 119952,3 manat, ##.##.2022-ci il tarixdə 100000 manat, ##.##.2022-ci il tarixdə 100000 manat, ##.##.2022-ci il tarixdə 149385,9 manat, ##.##.2022-ci il tarixdə 672349,6 manat, ##.##.2022-ci il tarixdə 329769,8 manat, ## ####### 2022-ci il tarixdə 160 000 manat, ## ###### 2022-ci il tarixdə 150 000 manat olmaqla ümumilikdə 2981802,38 manat İddiaçı MMC-ninhesabınaköçürülmüşdür.
13. SOCAR-ın təqdim etdiyi maliyyə arayışına görə, 2017-2022-ci illər ərzində ##.##.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-nin hesabına ümumilikdə 25786931,66 manatköçürülmüşdür.
14. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışına görə, ##.##.2019 - ##.##.2022-ci illər dövrü ərzində ##.##.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-nin hesabına ümumilikdə ƏDVdaxil12989533,42manatödənişhəyatakeçirilmiş,1593072,04manatborcqalmışdır.
15. SOCAR tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ## ####### 2022-ci il tarixli SOCAR******************X***** nömrəli məktubda aşağıdakılar göstərilmişdir: “Məlumat üçün bildirilir ki, hazırda Baş ofis tərəfindən “Ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin (xidmətlər) Şirkətin daxili normativ sənədlərinə uyğun olaraq satınalınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Satınalma əməliyyatlarının yekun nəticələrinə uyğun olaraq, bununla bağlı satınalma müqaviləsi bağlananadək sözügedən xidmətlərin SOCAR və İddiaçı MMC arasında bağlanmış ## ######## 2019-cu il tarixli SOCAR*******************B***** nömrəli müqavilənin 3.2-ci bəndini rəhbər tutaraq müvəqqəti müddətə, ## ####### 2022-ci il tarixinədək davam etdirilməsi niyyətimizi bəyan edirik. Qeyd olunan seçim prosedurlarlarının tamamlanması daha çox vaxt tələb etdiyi təqdirdə, müqavilənin 3.2-ci bəndi ilə müəyyən olunmuş müddət çərçivəsində xidmətlərin göstərilməsi müddətinin artırılması barədə SOCAR tərəfindən müvafiq yazılı bildiriş təqdim edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xidmətlərin göstərilməsinin ## ####### 2022-ci il tarixinədək davam etdirilməsi üçün vaxtında və zəruri tədbirlərin görülməsini Sizdənxahişedirəm”.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı MMC (iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR/cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 1 593 072,04 manat məbləğində borcun, hüquqi yardım üçün ödənilən 1000 manatın və dövlət rüsumu kimi ödənilən 1592,39 manatın cavabdedənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
17. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, görülmüş və təhvil verilmiş işlərin dəyərinin ödənilməsi üçün SOCAR-a elektron qaimə-fakturalar göndərmiş, lakin SOCAR borc öhdəliklərini tam həcmdə icra etməmişdir. Hazırda SOCAR-ın ona cəmi 1 593 072,04 (bir milyon beş yüz doxsan üç min, yetmiş iki manat, 04 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq SOCAR həmin borcu ödəməmişdir. ## ####### 2024-cü il tarixdə "Elektron Məhkəmə Sistemi” və Dövlət Vergi Xidməti vasitəsilə elektron qaydada cavabdehə pretenziya göndərilərək hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş,lakincavabdehhəminpretenziyayacavabverməmişdir.
18. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvilqəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri barədə hər hansı məlumat və sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvil-qəbul aktları ilə kifayətlənərək, məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. Bütün bu məqamlar iş üzrə həqiqətin tam və obyektiv araşdırılması üçün son dərəcə vacib olduğundan işin tam, hərtərəfli və ədalətli araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı sənədlərlə məhdudlaşmayaraq, borcun mövcudluğunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməli idi və bu sənədlərin təqdim olunmaması iddiaçının sübutetmə vəzifəsini yerinə yetirmədiyini açıq şəkildə göstərir: 1. Xidmət müqaviləsinə əsasən görülən işlərdə hansı işçi heyətinin iştirak etdiyini təsdiq edən sənədlər: - həmin işçilərlə bağlanmış əmək müqavilələri və ya əmək münasibətlərinin mövcudluğunu sübut edən əmək bildirişləri. 2. Təhvil-qəbul aktlarında əks olunan işlərin icrasında istifadə olunan mal və materialların alınmasını təsdiq edən sənədlər: alqı-satqı müqavilələri; Qaimələr və hesab-fakturalar və ya digər müvafiq təsdiqedici sənədlər. İddiaçı tərəf tələb etdiyi 1 593 072,04 manat məbləğində borcun yaranma səbəblərini əsaslandırmamış və bu borcun mövcudluğunu təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən borcun təhvil-təslim aktları ilə təsdiq olunmasına dair iddiaçının arqumentləriəsassızdır”.
19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin, cavabdehin nümayəndəsi isə iddiaya etiraz ərizəsininməzmununauyğunizahatverərəkiddiatələbininrəddolunmasınıxahişetmişlər.
20. Birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinintəminolunmamasıqətedilmişdir.
21. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində ikitərəfli təhvil aktları və elektron qaimələr əlavə edilmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və təhvil aktları ## ######## 2019-cu il tarixli SOCAR******************B***** saylı podrat müqaviləsi üzrə 1 593 072,04 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
Məhkəmə hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əlavə sübutların (həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair sənədlərin) təqdim edilməsini tələb etsə də, iddiaçı tərəf təqdim etməmiş, əlavə sübutların təqdim edilməsinə zərurətin olmadığını, misal üçün işlərin görülməsi üçün hər-hansı ləvazimatın alınmasına dair sübutu məhkəməyə təqdim etdikləri halda həmin ləvazimatların məhz bu işlər üçün istifadə edilməsini məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyini bildirmiş, sonuncu hazırlıq iclasında isə iddiaçı tərəfindən hər-hansı başqa sübutun məhkəməyə təqdim olunmayacağını bildirərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən 1 593 072,04 manat dəyərində podrat işlərinin həqiqətən də görülməsi möhtəbərliyi şübhə altına alınmayan və təkzib olunmaz sübutla təsdiq olunmur.
Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə elektron qaimələr və tərəflər arasında imzalanmış ikitərəfli təhvil aktları podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə tərəfindən təhvil-qəbul aktlarına nəzər yetirdikdə - inzibati binaya gündəlik texniki xidmətin göstərilməsi - 191 307,02 manat, binanın daxilinin və həyətyanı sahənin təmizliyinin gündəlik və mütəmadi təmin edilməsi - 62 754,48 manat və s. xidmətlərin bu gədər yüksək qiymətə müəyyən edilməsi (başa gəlməsi) məhkəmədə sübhə yaratmış və iddiaçıya bu qiymətlərin nəyə əsasən bu qədər yüksək olunması, dəqiq olaraq binaya hansı texniki xidmətin göstərildiyi sualı verildikdə, binanın gündəlik təmizliyi, sanitar qovşaqları gigiyenik vasitələr ilə təmin edilməsi və sair bildirmişdir. Lakin bu cavablar aktlarda göstərilən məbləğlərin həqiqəti əks etdirdiklərini, 1 593 072,04 manat dəyərində işlərin faktiki olaraq görülməsinin doğruluğuna dair məhkəmədə daxili inam yarada bilməmişdir.
Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 1 593 072,4 manat dəyərində podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur.
Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 1 593 072,4 manat həcmində işlərin görülməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-
22. 398.1-ci, 399.1-ci, 442-ci, 445.2-ci, 752.1-ci, 753.1-ci, Mülki Prosessual Məcəllənin ci, 386.1-ci, 14.2-ci, 76.1-ci, 76.2-civə77.1-cimaddələrinəistinadetmişdir.
a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, maddi və prosessual qanunvericiliyin tələblərini pozduğunu, işin faktiki hallarını aydınlaşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini, tərəflər arasında təsdiqlənmiş təhvil-təslim aktlarını, habelə cavabdehin də mübahisələndirmədiyi elektron qaimələri nəzərə almadığını, öz mülahizəsinə əsaslanaraq xidmətlərin qiymətini şübhə altına almaqla qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür.
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 1593 072,04 manat məbləğində borcun və 1592,39 manat dövlət rüsumunun, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 795 manat dövlət rüsumunun iddiaçınınxeyrinətutulmasıqətedilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəlmiş, iddiaçı tərəfindən xidmət müqaviləsi üzrə işlərin yerinə yetirilməsinin işin materiallarında olan təhvil-təslim aktları və elektron qaimələrlə sübuta yetirildiyini, təhvil-təslim aktlarını hər iki tərəfin təsdiq etdiyini, cavabdehin illərlə təsdiq etdiyi təhvil-təslim aktlarını sonradan mübahisələndirməsinin ağlabatan olmamaqlavicdanlılıqprinsipinəziddolduğununəzərəalmamışdır.
26. Məhkəmə kollegiyası vurğulamışdır ki, cavabdeh dövlətə məxsus şirkət olsa da, mülki dövriyyənin digər iştirakçıları ilə kommersiya münasibətlərinə daxil olarkən məhz həmin dövriyyənin sahibkarlıqla bağlı qaydaları çərçivəsində hərəkət edir, bu baxımdan özünün təsdiq etdiyitəhvil-təslimaktlarınınhüquqinəticələriiləbağlıriskdaşıyır.
27. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan subyekt kimi, müqaviləni bağlayarkən və təhvil-təslim aktını təsdiqləyərkən iddiaçının xidmət müqaviləsini yerinə yetirmək qabiliyyətini, eləcə də görüləcək işlərin dəyərini və həcmini müəyyən etmək, eləcə də təftiş etmək hüququ var idi. Bu baxımdan, iddiaçı həm müqavilə bağlayarkən, həm də təhvil-təslim aktını təsdiq edərkən görülən işlərlə bağlı tələb irəli sürməməklə, kommersiya subyekti kimi lazımı sayıqlıq göstərməmişdir. Tərəflər arasında uzun müddət işgüzar münasibətlər mövcud olmuş və cavabdeh görülən işlərlə bağlı hər hansı irad bildirməmiş,həttamüqaviləninuzadılmasınatəşəbbüsgöstərmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3-cü, 13-cü, 14.2.1-ci, 43.3-cü, 386.1-ci, 390.1-ci, 398.1-ci, 398.3-cü, 404.1-ci, 404.2-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 752.1-ci, 753.1-ci, 756.1-ci və 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli və 2022-ci il ## ##### tarixli və ## ##### 2023-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2,77.1,81,88,106.1,106.3və217.3-cümaddələrinəistinadlaəsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat
29. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) kassasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasındakı münasibətləri işgüzar adətlər əsasında təfsir etməsi həm MM-in 10, 390 və 404.2-ci maddələrinin tələblərinə, həm də işin faktiki hallarınauyğunolmamış,məhkəməsübutetməpredmetinidüzgünmüəyyənləşdirməmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiyainstansiyasıməhkəməsinəgöndərilməsiqəraraalınmışdır.
31. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin olunmasına dair nəticəsi ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
Kollegiya ilk növbədə iddianın əsasını təşkil edən xidmət müqaviləsinin hüquqi təbiəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, MM-də sözügedən münasibətləri tənzimləyən xüsusi norma mövcud olmasa da, müqavilə azadlığı prinsipinə uyğun olaraq, belə müqavilələrin bağlanması yolveriləndir. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr MM-in ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquq normaları əsasında həll olunmalıdır.
Baxılan işdə də, apellyasiya instansiyası məhkəməsi, MM-in 11-ci maddəsinə əsasən, tələbin qanuni əsası kimi podrat müqaviləsi ilə bağlı müddəalarını nəzərdən keçirmişdir.
Nəzərə alınmalıdır ki, MPM-in sübutetmənin əsaslarını müəyyən edən normalarının tələblərinə əsaslanaraq vurğulayır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, sübutetmə yükü iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.
İstinad olunan prosessual tələbləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə qısa müddət ərzində cavabdehə 1 593 072,04 manat dəyərində təmizlik, texniki qulluq, nəzarət və idarəetmə xidmətlərinin göstərildiyini sübut etmək, bununla bağlı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə cavab verən, “əsaslı şübhələr yaratmayan” mötəbər sübutları təqdim etmək iddiaçının üzərinə düşür.
Tərəflər arasında bağlanmış müqavilədə müvafiq xidmətin göstərildiyinin təsdiqini şərtləndirən bir neçə bənd nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 6.4-cü bəndində göstərilmişdir ki, müntəzəm təmir və ya bərpa xidmətləri zamanı çıxarılmış qüsurlu və ya yararsız hissələr İcraçı tərəfindən Sifarişçiyə təqdim olunmalıdır. Digər bir bənddə (7.1-ci bənd) isə tərəflər razılaşmışlar ki, İcraçı, hər ay göstərilmiş xidmətlər üçün müqavilənin 4.3-cü bəndinə uyğun olaraq, özündə aşağıdakı məlumatları əks etdirən hesab fakturanı hazırlamalı: Aylıq istismar və təmizlik xidmətlərinin qiyməti; Müqavilənin 5.2-ci maddəsinə əsasən hər bir qüsurun dəyəri, əgər varsa; Üçüncü tərəfdən əldə edilən xidmət və malların faktura məbləğinə bərabər olan və Müqavilə qiymətinə daxil edilməmiş məbləğ və bu məbləğin Sifarişçi ilə öncədən razılaşdırılmış 5% (beş faiz) həcmində əlavəsi; Sifarişçinin məmnuniyyəti üçün, satınalınan xidmət və işlər, ehtiyat hissələri, sərf edilən ləvazimatlar, materiallar, alətlər, avadanlıqlar və sairlə əlaqədar 3- cü tərəflərə aid müşayətedici fakturalar və ödəniş qəbzlərini faktuaya əlavə edərək Sifarişçiyə çatdırmalıdır.
Sözügedən müqavilənin 4.3-cü bəndində göstərilən xidmətlərin dəyərinin icraçı tərəfindən göstərilən xidmətlərin dəyərinin hər növbəti ayın ən geci 10-dək tərəflərin təyin edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və icraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilməsi, təhvil-qəbul aktının və hesab-fakturanın hər növbəti ayın ən geci 5-dək təsdiq edilməsi və Sifarişçiyə göndərilməsi razılaşdırılmışdır.
Tərəflər arasında bağlanmış müqavilənin istinad olunan bəndlərinin birgə təhlili belə qənaətə gəlməyə əsas verir ki, yalnız təhvil-təslim aktının tərtib edilməsi, həmin aktlarda göstərilmiş xidmətlərin görüldüyünü təsdiq etmir, icraçı tərəfindən həm də müqavilənin 7.1-ci maddəsinin tələblərinə cavab verən hesab faktura və müəyyən müşayətedici sənədlər (qəbzlər və s.) təqdim olunmalıdır.
Lakin işin materiallarından belə müşayətedici sənədlərin təqdim olunması müəyyən edilmir. Bununla belə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı xidmət müqaviləsi üzrə işlərin yerinə yetirilməsini sübuta yetirmişdir.
Bundan əlavə, məhkəmə tərəfindən sözügedən təhvil-təslim aktlarının mötəbərliyinə qiymət verilərkən, cavabdehin həmin aktlarda əks olunan qiymətlərin reallığı əks etdirməməsi, eyni məzmunlu işlərin müxtəlif adlarla bir neçə dəfə göstərilməsi ilə bağlı dəlilləri üzrə də hər hansı dəyərləndirmə aparılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi pozulmuşdur.
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisəli hallara, xüsusən iddia olunan xidmətin göstərilməməsinə dair cavabdehin dəlillərinə müqavilənin qeyd olunan şərtləri baxımından qiymət verilməklə, həm MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş, həm də mülki qanunvericiliyin müqavilə hüququnu, eləcə də podrat müqaviləsini tənzimləyən (hazırki halda analogiya üzrə tətbiq edilən) normalarına zidd nəticəyə gəlinmiş, qətnamədə istinad olunsa belə, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alınmamışdır.
Halbuki, “..tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir {Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə» 2018-ci il ## #### tarixli qərarı).
İddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturaların qiymətləndirilməsi zamanı isə nəzərə alınmalıdır ki, ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun "xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında göstərilmişdir ki, ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Göründüyü kimi, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir və öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
İşin yeni apellyasiya baxışı zamanı iddianın əsasını təşkil edən müqavilənin şərtləri nəzərə alınmaqla, iddia tələbinə, işdə olan sübutlara və hər iki tərəfin dəlillərinə qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
Apellyasiya şikayətinə qarşı etiraz
32. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur. Təkrar apellyasiya baxışı, izahatlar
33. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını, cavabdehin nümayəndəsi isə Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla birinciinstansiyaməhkəməsininqətnaməsinindəyişdirilmədənsaxlanılmasınıxahişetmişlər.
34. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) müqavilə üzrə işlərin görüldüyünü təsdiq edən sübutlar qismində çoxsaylı sənədlər təqdim etmiş, cavabdehin nümayəndəsi isə həmin sənədlərin apellyasiya baxışı zamanı təqdim edilməsinin yolverilməz olduğunubildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
36. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.
37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
39. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfinhüquqlarınavəəmlakınaxüsusiqayğıgöstərməkvəzifəsiniqoyabilər.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
42. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinməzmunununbuMəcəllədəgöstərildiyihallaristisnatəşkiledir.
43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
45. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
46. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsivədigərtərəfinonuakseptetməsi(təklifinqəbulu)vasitəsiiləbağlanır.
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir.
49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalarvəhərəkətlərisəetibarsızdır.
50. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etməköhdəliyiqoyur.
51. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.
52. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmişsayılır.
53. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəziniödəməlidir.
54. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadəüçünyararlıolduğuhaldaqüsurlardanazadsayılır.
55. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbuletməkaçıq-aşkarmümkündeyildirsə,qüsurlarabərabərtutulur.
56. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə,podratınnəticəsiüçüncüşəxslərinhüquqlarındanvəiddialarındanazadsayılır.
57. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçıözseçimiiləyaqüsuruaradanqaldırabilər,yadayeniməmulathazırlayabilər.
58. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
59. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədənonuqəbuledirsə,buqüsurlarlabağlıtələbhüququəmələgəlmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədəonlarıxəbərdaredir,onlarınprosessualhüquqlarınınhəyatakeçməsinəköməkgöstərir.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.
63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
65. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
67. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
68. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
70. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
71. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxiliyerdəyişməsininrəsmiləşdirilməsinitəsdiqedənilkinuçotsənədidir.
72. Bənd 3.1. Vergi ödəyicisibu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanıelektron formada göndərir.Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanıelektronformadatərtibedərəktəsdiqedir.
73. Bənd 3.2. Elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmışelektronkabinetinəgöndərilir.
74. Bənd 3.3. Cari elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
75. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cuyarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
76. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
78. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir.
79. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgünnəticəyəgəlmiş, gəldiyinəticəişinhallarınauyğunolmuşdur.
80. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
81. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisənibitirməkolar.
82. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında ## ######## 2019-cu il tarixdə “Ümumi təmizlik və texniki qulluq, Binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, iddiaçı, SOCAR-ın “SOCAR Tower” adlı inzibati binasında (Bina) və Binaya aid ərazidə “Xidmətlərin Həcmi və Qiymətləri” adlı * saylı Əlavəsində göstərilmiş xidmətləri müqavilənin “Təmir və İstismar Tələbləri” adlı * saylı əlavəsinə və “Təmir və İstismar üzrə Məsuliyyət Matrisası” adlı * saylı əlavəsinə uyğun göstərməyi, sifarişçi isə müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin müqavilədə razılaşdırılmış qaydadaödənilməsiniöhdələrinəgötürmüşlər.
83. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, podrat, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, müqavilə azadlığıprinsipinəuyğunolaraq,beləmüqavilələrinbağlanmasıimkanınıistisnaetmir.
84. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair (tapşırıq, podrat, brokerlik, daşıma və s.) müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquqnormalarıəsasındahəllolunmalıdır.
85. Xidmətlərin göstərilməsi müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir, onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir (məsələn, mühafizə və ya təmizlik xidməti, peşə hazırlığınıntəşkiledilməsixidməti,tədrisproqramıçərçivəsindədərslərinkeçilməsivəs.).
86. Bu müqavilələr üzrə xidməti alan qismində icraçı tərəfindən göstərilən xidmətlərdən faydalanan şəxs çıxış edir və göstərilmiş xidmətin haqqını ödəmək vəzifəsi (yükü) də məhz həmin subyektinüzərinədüşür;icraçınınməsuliyyətiisəhəminfəaliyyətindüzgünicrasıiləbağlıolur.
87. Həmçinin nəzərə alınmalıdır ki, xidmətin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü icraçının (hazırkı halda iddiaçının), xidmətin dəyərinin (haqqının) ödənildiyini sübutetmə yükü isə xidməti alanın (hazırkı halda cavabdehin) üzərinə düşür.
88. İddiaçı müqavilə üzrə xidmətləri yerinə yetirdiyini, tərtib olunan təhvil-təslim aktlarının, habelətəqdimolunanqaimələrinbuhalıtəsdiqetdiyiniirəlisürmüşdür.
89. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, xidmətlərin həcmi və dəyəri müqavilənin * nömrəli Əlavəsində müəyyən edilir; həmin Əlavədə isə müqavilə üzrə göstərilməlixidmətlərinadıvəonlarındəyəriəksolunmuşdur.
90. Sözügedən Əlavənin 1-ci sırasında göstərilən xidmətlərə nəzərə saldıqda görünür ki, 3-21-ci sırada nəzərdə tutulmuş xidmətlər 1-ci sırada göstərilmiş xidmətlərlə eynilik təşkil etməklə onları təkrarlayır – halbuki, 1-ci sırada olan xidmətlər 3-21-ci sırada olan xidmətlərin ümumiləşdirilməsidir.
91. Başqa sözlə, 1-ci sırada qeyd edilən xidmətlər, 3-21-ci sırada nəzərdə tutulan xidmətləri əhatə edir, bu səbəblə həmin xidmətlərin ümumilikdə hesablanması və tələb edilməsi başa düşülən deyildir. Misal üçün, 1-ci sırada qeyd olunmuş xidmətin təsvirində həmçinin liftlər və eskalatorlara xidmətlərin göstərilməsi qeyd olunmuş və 2 550 760.23 manat məbləğində xidmətə daxil edilmişdir – halbuki, 3-cü sırada olan “liftlərin və eskalatorların periodik baxımı” adlı xidmətə liftlər və eskalatorlara xidmətlərin göstərilməsi daxildir və bu xidmətin ƏDV-siz dəyəri də illik 340 200 manat məbiəğində müəyyən edilmişdir. Digər misal: 1-cı sırada qeyd olunmuş xidmətin təsvirində həmçinin tənzimləyici damperə (TMD) xidmətlərin göstərilməsi qeyd olunmuş və 2 550760,23 manat xidmətə daxil edilmişdir – halbuki, “Trafo OG/tənzimləyici damper Şnayder elektrik panellərinə və 6/0.4 kV transformatorlara texniki xidmət” adlı xidmətə tənzimləyici damper üçün xidmətlərin göstərilməsi daxildir və bu xidmətin ƏDV-siz dəyəri də illik 33 264 manat məbləğində müəyyən edilmişdir. Eləcə də, 1-cı sırada qeyd olunmuş xidmətin təsvirində mexaniki və elektrik avadanlıqlarına xidmət nəzərdə tutulmasına baxmayaraq, həmin xidmətlər Əlavənin 3- 21-ci sırasında mexaniki və elektrik avadanlıqlarının adları sadalanmaqla təkrarən göstərilmişdir.
92. Eyni uyğunsuzluğu iddiaçının istinad etdiyi təhvil-təslim aktlarında da müşahidə etmək mümkündür. Belə ki, * saylı Əlavənin 1-ci sırasında “SOCAR-ın yeni inzibati binasına gündəlik texniki qulluğun göstərilməsi” xidmətinin 1 illik ƏDV-siz dəyəri 2 550 760.23 manat göstərilmiş, bu səbəbdən ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixli təhvil-təslim aktlarında həmin məbləğ aylıq olaraq 212563,35 manat, ##.##.2022-ci il tarixli təhvil-təslim aktında isə 191307,02 manat olaraq müəyyən edilmişdir. Halbuki, 1-ci sırada olan xidmətlər 3- 21-cı sırada olan xidmətləri ehtiva etdiyindən, təhvil-təslim aktlarında 1-ci sırada olan xidmətlərin tələbedilməsiəsassızolmuşdur.
93. İddiaçı məhz ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli təhvil-təslim aktlarına uyğun olaraq ##.##.2022-ci il tarixli ****** nömrəli qaimə üzrə 333964,18 manat, ##.##.2022-ci il tarixli ****** nömrəli qaimə üzrə 376511,21 manat, ##.##.2022-ci il tarixli ****** nömrəli qaimə üzrə 382855,93 manat, ##.##.2022-ci il tarixli ****** nömrəli qaimə üzrə 382004,11 manat, ##.##.2022-ci il tarixli ****** nömrəli qaimə üzrə 483536,60 manat tələb edir; halbuki, təhvil-təslim aktlarında qeyd olunan “SOCAR-ın inzibati binasına gündəlik texniki xidmətin göstərilməsi” xidməti Əlavənin 3-21-cı sırasında göstərilən xidmətlərlə əhatə olunduğundan iddiaçı tərəfindən həmin məbləğlərin yenidən tələb edilməsi əsaslıdeyildir.
94. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, iddiaçıya həyata keçirilmiş ödənişlər, faktiki olaraq onun hazırda tələb etdiyi məbləği də əhatə etmişdir – bu səbəblə birinci instansiyaməhkəməsiningəldiyinəticəqanunihesabolunmalıdır.
95. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkənməhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsidəyişdirilmədənsaxlanıldın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidolunsun. Qətnamədən İddiaçı MMC tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan RespublikasınınAliMəhkəməsinəkassasiyaşikayətiveriləbilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov