Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-53/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Dövlət X6 "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, iddia müddəti, nümayəndəlik institutu) hakimlər X2 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Dövlət X6 "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4481/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə "xxxx" ASC-nin "xxxx" müəssisəsi arasında LWC2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Baş podratçı ilə "xxxx" Aşıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanan LWC-2022/01 saylı 06 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən «Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların xüsusi digital cihazla (AQUA SCAN610) aşkarlanması və qarşısının alınması» layihəsi çərçivəsində «Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların xüsusi digital cihazla (AQUA SCAN610) aşkarlanması və qarşısının alınması» işlərinin görülməsi məqsədilə sub podratçının 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən subpodratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında podratçıdan satın alınan tikinti işləri zamanı ona aid olan işlərin yerinə yetirilməsini öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) Subpodratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. 3.1-ci bəndinə əsasən müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər müqavilənin xüsusi şərtlərində göstərilməlidir. 3.2-ci bəndinə əsasən müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və Subpodratçı tərəfindən hazırlanan digər sənədlər podratçının mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Subpodratçı bu sənədlərin surətini özündə saxlaya bilər. Müqavilə Subpodratçının günahı nəticəsində ləğv olunarsa, müqavilə üzrə gətirilmiş materiallar, qurğular, avadanlıqlar və müvəqqəti tikililər Baş podratçının mülkiyyətində qalır. 5.1-ci bəndinə əsasən subpodratçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Baş podratçıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 5.2-ci bəndinə əsasən subpodratçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. Subpodratçını bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. 5.3-cü bəndinə əsasən subpodratçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir. 5.4-cü bəndinə əsasən baş podratçı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların Sub podratçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 5.5-ci bəndinə əsasən baş podratçı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin edir. 5.6-cı bəndinə əsasən baş podratçı müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və Subpodratçıya vaxtında çatdırılmasına təminat verir. Müqavilənin 6.1-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. Subpodratçı malların və ya xidmətlərin tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. 7.1-ci bəndinə əsasən subpodratçı tender təklifində təqdim olunan və podratçı tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq əsas işçilərin və aparıcı mütəxəssislərin müqavilənin yerinə yetirilməsində iştirakını təmin edir. Baş podratçı müqavilənin icrası müddətində dəyişdirilən işçilərin siyahısını (ixtisas uyğunluğunu və səriştəsini) yenidən təsdiq edir. 8.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr podratçı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Subpodratçı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. 8.2-ci bəndinə əsasən baş podratçı satın alınan işlərin yerinə yetirilməsi üçün Subpodratçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün (avadanlıqların, qurğuların, materialların və onların səfərbər edilməsi xərclərinin ödənilməsinə) istifadə edə bilər. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. 8.3-cü bəndinə əsasən müqavilə Baş podratçı və ya Subpodratçı tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. 9.1-ci bəndinə əsasən sub podratçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. Subpodratçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Baş podratçıya dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. 9.2-ci bəndinə əsasən müqavilə podratçı və Subpodratçı tərəfindən imzalandığı andan qüvvəyə minir. 9.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Baş podratçı tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda Subpodratçı müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 10.1-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar podratçının və Subpodratçının riskləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq sığortalanır. 11.1-ci bəndinə əsasən podratçı (və ya onun nümayəndələri) heç bir əlavə xərc çəkmədən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir və belə texniki nəzarətin və sınağın keçirilməsi üçün təyin olunmuş nümayəndələri barədə Subpodratçıya vaxtında yazılı məlumat verməlidir. 11.2-ci bəndinə əsasən baş podratçı texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda Subpodratçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Baş podratçının tələblərini təmin edən digər malları təqdim edir. 12.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində Baş podratçı aşkar olunmuş qüsurlar haqqında Subpodratçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 12.2-ci bəndinə əsasən subpodratçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Baş podratçı həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və Sub podratçıya ödəniləcək məbləğdən çıxır. 13.1-ci bəndinə əsasən sub podratçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Baş podratçı digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Baş podratçı müqaviləni ləğv edə bilər. 13.2-ci bəndinə əsasən baş podratçı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Subpodratçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. 14.1-ci bəndinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, Subpodratçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 ay müddətinə texniki təminat verir. 14.2-ci bəndinə əsasən təminat müddətində Baş podratçı tərəfindən aşkar olunmuş qüsurlar Subpodratçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır. 14.3-cü bəndinə əsasən subpodratçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Baş podratçı cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləği müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Baş podratçı müqaviləni ləğv edə bilər.
2. Tərərflər arasında bağlanmış müqailəyə 1 №-li Əlavəyə əsasən “Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların xüsusi digital cihazla (AQUA SCAN610) aşakarlanması və qarşısının alınması barədə işlərin həcmi 359929,45 manat təşkil etmişdir.
3. 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbulu Aktına əsasən “Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların xüsusi digital cihazla (AQUA SCAN610) aşkarlanması və qarşısının alınması barədə 355250,37 manat məbləğində işlər İddiaçı MMC tərərindən "xxxx" ASC-nin "xxxx" müəssisəsinə təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
4. 15.11.2022-ci il tarixində İddiaçı MMC "xxxx" ASC-nin "xxxx" müəssisəsinin direktoruna məktub ünvanlayaraq bildirmişdir ki, tərərflər arasında LWC2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə icra edilmiş işlərin dəyəri ƏDV daxil 355.250,37 manat təşkil etmişdir. Müqavilə üzrə icra edilmiş işlərin dəyərinin, qısa zamanda ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
5. 25.10.2023-cü və xx.xx.2024-cü il tarixlərində Akelik Group” MMC "xxxx" ASC-nin "xxxx" müəssisəsinin direktoruna məktub ünvanlayaraq bildirmişdir ki, tərərflər arasında LWC-2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə icra edilmiş işlərin dəyəri ƏDV daxil 355.250,37 manat təşkil etmişdir. Lakin "xxxx" müəssisəsi müqavilə üzrə icra edilmiş işlərin dəyərini ödəməmişdir, əgər borc məbləği ödənilməsə, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə görülmüş işlərə dair EBBQ seriyalı 73832 saylı xx.xx.2022-ci il tarixli 355.250,38 manat dəyərində e-qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin "xxxx" müəssisəsi ilə İddiaçı arasında bağlanmış LWC2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 355250,37 (üç yüz əlli beş min iki yüz əlli manat 37 qəpik) manat (ƏDV daxil) dəyərində “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizliaxıntıların aşkarlanması və qarşısının alınması” işləri yerinə yetirilib cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh bu günədək görülmüş işlərin dəyərini ödəmədiyi üçün 355250,37 manat əsas borcun, 35525,37 manat məbləğində cərimənin və ödənilmiş 686 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-nin "xxxx" müəssisəsindən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" müəssisəsi arasında bağlanmış LWC2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən Baş podratçı ("xxxx" müəssisəsi) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış LWC-2022/01 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Abşeron yarımadası üzrə mövcud olan su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” layihəsi çərçıvəsində “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işlərinin görülməsi məqsədilə sub podratçının 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) təklifini qəbuletmişdir. Subpodratçı- İddiaçı tərəfindən qeyd olunan subpodrat müqaviləsi üzrə 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) dəyərində işlər görülərək müvafiq Forma 2 əsasında Baş podratçı"xxxx" müəssisəsinə təhvil verilmişdir. LWC-2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən - bənd 8.1 Müqavilə üzrə ödəmələr podratçı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Subpodratşı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. LWC-2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinin xüsusi şərtlərinə əsasən - bənd 3 Müqavilə üzrə ödəmələr Baş Podratçı tərəfindən Subpodratçının təqdim etdiyi yerinə yetrilmiş işlərin qəbul AKTİ (Forma 2) və e-QF (VHF) əsasında aparılır. Görülmüş işlərin dəyərinin ödənilməsindən ötrü yerinə yetrilmiş işlərin qəbul AKTİ (Forma 2) əsasən Baş podratçıya 2022-ci ildə e-QF göndərilməsinə və həmin e-QF qəbul edilməsinə baxmayaraq bu günə kimi 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) vəsaitin ödənilməsi təmin edilməmişdir. LWC- 2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə və Müqavilənin xüsusi şərtlərinə əsasən Satınalma müqaviləsi üzrə Baç podratçı tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği Hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1 %-i (Cərimə məbləğinin yuxarı həddi Ümumi müqavilə məbləğinin 10 %-i) müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" müəssisəsi arasında bağlanmış LWC- 2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işlərinin görülməsinin dəyəri 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) müəyyən edilmişdir. 01 mart 2022-ci il tarixdən hazırki günədək hər gün üçün gecikdirilmiş məbləğ 359929,45 manatın 0,1%-i 359,9 manat təşkil edir. Hazırki günədək cərimə məbləği 01 mart 2022-ci il tarixdən hər gün üçün 359,9 manat hesablandıqda “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işlərinin görülməsinin ümumi dəyərinin 359929,45 manat (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manatın 10 faizindən çox olduğu üçün müqaviləyə uyğun olaraq cərimə məbləği ümumi müqavilə dəyərinin 10 faizi həcmində, yəni 35992,945 manat hesablanmalıdır. LWC- 2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən - bənd 8.1 Müqavilə üzrə ödəmələr podratçı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Subpodratşı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılmalı olsa da, Baş podratçı "xxxx" müəssisəsi tərəfindən həmin işlərin dəyəri 2 ildən çox vaxt keçməsinə baxmayaraq İddiaçı MMC-yə ödənilməmiş, "xxxx" müəssisəsi tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh "xxxx" ASC-nin "xxxx" müəssisəsi ilə İddiaçı arasında bağlanmış LWC- 2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) dəyərində “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işləri yerinə yetirilib cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh bu günədək görülmüş işlərin dəyərini ödəmədiyi üçün 359929,45 manat əsas borcu, 35992,945 manat məbləğində cəriməni və ödənilmiş 686 manat dövlət rüsumunu verməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 18.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən sonuncu dəfə “onlayn kagüzarlıq” vasitəsi ilə xx.xx.2024-cü il tarixində "xxxx" Müəssisəsinə müqavilə üzrə görülmüş işlərin dəyərinin ödənilməsi tələb edilmiş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı məktub ünvanlanmışdır. Həmin tarixdə eyni zamanda Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, İş №e-2-2(113)-5145/2024 saylı qərardadına əsasən cavabdehə göndərilən pretenziyadan 30 gün keçmədən iş üzrə məhkəməyə müraciət edilməsi əsası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsi əsas tutularaq iddia ərizəsi və ona qoşma sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır.
9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərsu ASC-nin Su Tikinti Müəssisinin nümayəndəsi həmin müəssisəsinin ləvğ edildiyini və Azərbaycan Dövlət Su Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığını bildirmişdir. Odur ki, cavabdeh qismində Azərsu ASC-nin Su Tikinti Müəssisinin Azərbaycan Dövlət Su Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 "xxxx" Məhdud Məsuliyyətli ilə əvəz edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMCnin cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Müəssisəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Müəssiəsi əsl cavabdeh Azərbaycan Dövlət X6 "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmiş və işin icraatı təzələnmişdir.
11. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Müəssisəsinə qarşı Bakı Kommersiya Məhkəməsində "görülmüş işlərin dəyərinin ödənilməsinə" dair iddia qaldırmışdır. Hesab edirlər ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, 06 yanvar 2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Müəssisəsi arasında "Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların digital cihazla aşkarlanması və qarşısının alınması işlərinin satınalınması" üçün 506969,66 (beş yüz altı min doqquz yüz altmış doqquz manat altmış altı qəpik) manat dəyərində əsas müqavilə bağlanmışdır. Həmin müqavilə əsas tutularaq 27 yanvar 2022-ci il tarixində "xxxx" Müəssisəsi ilə İddiaçı arasında "Abşeron yarımadası üzrə mövcud su təchizatı sistemində gizli axıntıların digital cihazla aşkarlanması və qarşısının alınması işlərinin satınalınması" üçün 359929,45 (üç yüz əlli doqquz min doqquz yüz iyirmi doqquz manat qırx beş qəpik) manat dəyərində subpodrat müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə 27 yanvar 2022-ci il tarixli müqaviləyə əlavə 1 olaraq iş həcmləri barədə sənəd təqdim edilmişdir. Həmin sənəddə iş həcmlərinin dəyərinin 359929,45 manat olduğu qeyd edilmişdir. İş materiallarından göründüyü kimi əsas müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Müəssisəsi arasında 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktı təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə 27 yanvar 2022-ci il tarixində imzalandığını nəzərə alsaq bu məbləğdə işlərin görülməsi fiziki cəhətdən mümkün deyildir. Əlavə olaraq bildirirk ki, tərəfimizdən bir neçə rayon sukanal idarələrinin, Səbail, Nərimanov, Xətai, Suraxanı, Nizami rayon Sukanal idarələrinin həmin müqaviləyə əsasən görülmüş işlər barədə bildirişlər məhkəməyə təqdim edilmişdir. Həmin bildirişlərin tarixlərinin 21 fevral 2022-ci il və 13 may 2022-ci il olduğunu görmək mümkündür. Əgər iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli iş həcmlərində, həmçinin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən işlərin yanvar ayında yerinə yetrirldiyini güman etsək, sonradan tərtib edilmiş Rayon sukanal idarələrinin bildirişlərin tarixlərinin 21 fevral və 13 may olması da işin görülmədiyini sübut edir. Digər tərəfdən işlərin görülməsi üçün Rayon Sukanal idarələri tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktublar ünvanlanmalı idi. Lakin araşdırma zamanı hər hansı bir rayon sukanal idarələri tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktublar ünvanlanmamışdır. Həmçinin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktındakı imzaların bəzilərinin Rayon Sukanal İdarələrinin rəisləri tərəfindən çəkilmədiyi bildirilmişdir. Daha sonra bildiririk ki, diametri d=300 mm dən yuxarı olan borular, həmçinin magistral borular və anbarlara məxsus su xəttləri Bakı Sukanal İdarəsinin balansındadır. Aktdan göründüyü kimi həmin aktda Bakı Sukanal İdarəsinin rəisinin imzası yoxdur. Digər tərəfdən iş həcmlərində qeyd edilən bəzi küçələrin mövcud olmadığı bildirilmişdir. Araşdırma zamanı 27 yanvar 2022-ci il tarixli iş həcmlərində qeyd edilən ünvanlar üzrə işlərin görülmədiyi bildirilmişdir.
12. Cavabdeh Azərbaycan Dövlət X6 "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 "xxxx" MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında görülmüş işlərin dəyəri barədə 2022-ci il tarixində yanvar ayında görülmüş işlərin təhvil-təslim aktı imzalanmışdır. İddiaçı tərəf 2025-ci ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəf akt təsdiq edildikdən 3 il 4 ay sonra məhkəməyə müraciət etmiş və beləliklə iddia müddətini ötürmüşdür. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Odur ki, iş üzrə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz və iddia müddətinin tətbiqi barədə ərizələrin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPMnin 185-ci maddəsinin tələblərinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
15. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında müqavilə və görüləcək işlərin həcmi barədə müqaviləyə Əlavə xx.xx.2022ci il tarixində imzalanmışdır, yerinə yetirilmiş işlərin qəbul aktı da, günü göstərilmədən, yanvar 2022-ci il tarixlidir. Nəzərə alsaq ki, yanvar ayı 31 gündən ibarətdir və ən yaxşı ehtimalla müqavilə bağlandığı 27 yanvar günündən yanvarın sonuna cəmi 3-4 gün ərzində işlərin təhvil-təslim aktında göstərilən 8 fərqli inzibati ərazilərdə (Abşerov rayonu, Xırdalan şəhəri, Xətai rayonu, Nərimanov rayonu, Nizami rayonu, Səbail rayonu, Suraxanı rayonu, Sumqayıt şəhəri) 355250,37 manat dəyərində işlərin görülməsi və cavabdehə təhvil verilməsi arqumentlərində iddiaçı məhkəmədə daxili inamı yarada bilməmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə və təhvil aktı 355250,37 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər və yetərli sübut hesab edilə bilməz. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İddiaçı həmin xidmətlərin faktiki olaraq hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri, bu xidmətlərin yerinə yetirilməsi üçün hansı üsul və materiallardan istifadə olunmasına dair hər-hansı sübutu təqdim etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən 355250,37 manat dəyərində podrat işlərinin həqiqətən də görülməsi möhtəbərliyi şübhə altına alınmayan və təqzibolunmaz sübutla təsdiq olunmur. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin faktiki görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. Lakin, işlərin həqiqətən görüldüyü zənn edildiyi halda belə məhkəmə hesab edir ki, iddia tələbi yenə də təmin edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmə cavabdehin həmin ərizəsini əsaslı hesab edir. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə işlərin yerinə yetirilməsinə dair sənədlər (yetərli və təkzibolunmaz sübut qismində qəbul edildiyi halda) işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etdiyi halda belə, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iş materiallarından görünür ki, müqavilə üzrə görülmüş işlər cavabdehə 2022-ci ilin yanvar ayı tarixində təhvil verilmişdir. Cavabdeh həmin işlərə görə ödənişlər etməmişdir, 355250,37 manat ödənilməmiş qalmışdır. Beləliklə, müəyyən olunur ki, dəyəri (355250,37 manat) ödənilməmiş qalmış işlər 2022ci ilin yanvar ayı tarixində cavabdehə təhvil verilmiş, Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr podratçı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Subpodratçı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. İmzalanmış təhviltəslim aktı (yanvar 2022) əsas götürüldüyü halda və müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuş 30 gün nəzərə alınmaqla iddia müddəti fevral 2025-ci il tarixində, e-qaimənin tarixi (xx.xx.2022) əsas götürüldüyü halda və müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuş 30 gün nəzərə alınmaqla iddia müddəti mart 2025-ci il tarixində başa çatmış hesab olunmalıdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Son olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əvvəl də bu cür iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (xx.xx.2024-cü il tarixində). Lakin hazırlıq iclasları mərhələsində iddiaçı şirkətin direktoru (xx.xx.2024-cü il tarixində) iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəmənin e-2-2(113)-6447/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən (işə mahiyyəti üzrə baxılmadan) İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikası Azərsu ASC-nin Sutikinti ”Müəssisəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi hazırlıq iclasından geri qaytarılmışdır (yəni iddia ərizəsi baxılmamış saxlanılmamışdır, hazırlıq iclasından iddiaçının ərizəsinə əsasən geri qaytarılmışdır). Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1, 385.1, 390.1, 427.3, 442, 443.1, 448.1, 752.1, 769, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarina istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərsu” ASC-nin "xxxx" müəssisəsi ilə İddiaçı arasında bağlanmış LWC-2022/01/SBP-01 saylı xx.xx.2022-ci il tarixli Subpodrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 359929,45 (üç yüzəlli doqquz min doqquz yüz iyirmi doqquz manat 45 qəpik) manat (ƏDV daxil) dəyərində “Abşeron yarımadası üzrə mövcud su təchizatı sustemində gizli axıntıların aşkarlanması və qarşısının alınması” işləri yerinə yetirilib cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh bu günədək görülmüş işlərin dəyərini ödəmədiyi üçün 359929,45 manat əsas borcu, 35992,945 manat məbləğində cəriməni ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 3 illik müddətini ötürmüşdür. Lakin qeyd etmək istəyirəm ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura sonuncu dəfə xx.xx.2022-ci il tarixində göndərilmişdir. Belə olan halda 30 gün müddət hesablandıqda sonuncu müraciət etmə tarixi xx.xx.2022-ci il tarixinə təsadüf edir. İddiaçı tərəfindən qarşı tərəfə pretenziya xx.xx.2024-cü il tarixində göndərilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflər arasında şifahi danışıqlar əsasında barışıq əldə olunması məqsədilə iddia ərizəsi geri götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikası Azərsu ASC-nin Sutikinti ”Müəssisəsinə qarşı“ müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad xx.xx.2024-cü ildə tərəflərə çatmışdır. Qərardaddan 10 gün şikayət müddəti hesablandıqda, bu, xx.xx.2024-cü ilə təsadüf edir. xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 2 il 4 ay 3 gün müddət keçmişdir. 3 illik müddətdən qalan 7 ay 27 günü xx.xx.2024-cü ildən başlayaraq hesabladıqda, bu müddət 2025-ci ilin avqust ayına təsadüf edir. İddiaçı tərəfindən pretenziya xx.xx.2025-ci il tarixində, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Beləliklə, iddia müddəti ötürülməmişdir. Əlavə olaraq, məhkəmənin hazırlıq iclasında məhkəmənin diqqətinə çatdırılmışdır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 nümayəndə deyil. Bununla bağlı təsdiqedici sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı vaxt verilmiş və məhkəmə iclası təxirə salınmışdır. Elektron Məhkəmə Sistemində elektron kabinetə əlavədən də görünür ki, X9 elektron kabinetə xx.xx.2025-ci il tarixində əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı məhkəmə birinci baxış iclasında iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi məqsədilə sənədlərin elektron kabinetə yerləşdirilməsi üçün iddiaçının nümayəndəsinə vaxt vermişdir. Lakin növbəti məhkəmə iclası zamanı səhhətində yaranmış problemlə bağlı elektron kabinetə ərizə yüklənsə də, məhkəmə buna əhəmiyyət verməmiş, iddia ərizəsinin müdafiəsi və çıxış üçün vaxt verməmişdir. Bu səbəbdən də cavabdehin nümayəndəsinin səlahiyyətinin olub-olmaması ilə bağlı mövqe bildirilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə verilmiş vəkil sorğusuna 10 dekabr 2025-ci il tarixində cavab verilmişdir. Cavabdan görünür ki, X9 ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixində qanuni qüvvəyə minmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi baxımından, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Nümayəndə qismində cavabdehi vəkil və ya əmək müqaviləsinə əsasən orda çalışan etibarnamə üzrə nümayəndə təmsil edə bilər. Elektron Məhkəmə Sistemində elektron kabinetə yerləşdirilmiş sənədlərdən görünür ki, X9 barəsində yalnız əmr və ərizəni elektron kabinetə yükləmişdir. Əmək müqaviləsi elektron kabinetdə olmamışdır. X4 əmək müqaviləsi həmin dövrdə qanuni qüvvəsini almadığından həmin dövrdə məhkəmə onun məhkəmə iclasında səlahiyyətli nümayəndə qismində iştirak etmək hüququ olmamışdır. Belə ki, X9 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim olunmuşdur. X9 ilə əmək müqaviləsi isə xx.xx.2025-ci ildə bağlanmışdır. Beləliklə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilərkən, X1 nümayəndə olmamışdır. Məhkəmə kobud pozuntuya yol verərək bu kimi halları nəzərə almamış, nümayəndənin səlahiyətini lazımınca yoxlamamış, beləliklə iddia müddətinin tətbiqinə dair ərizə səlahiyyətli olmayan şəxs tərəfindən verilmişdir. Ona görə də cavabdehin nümayəndəsi qismində tanınmış X9 tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqinə dair ərizə, o cümlədən bütün sənədlər və çıxışlar etibarsız hesab olunmalıdır. Beləliklə məhkəmənin iddia müddəti ilə bağlı gəldiyi qənaət qanunvericiliyə ziddir. Hazırda müqavilələr qüvvədədir. Faktiki olaraq, həmin müqavilələrin etibarsızlığı ilə bağlı cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Əlavə olaraq, görülmüş işlərin video-görüntüləri vardır ki, bu da işlərin görülməsini bir daha sübut edir. Həmin video-görüntülər məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf faktiki olaraq aktları imzalamış şəxslərin şahid qismində məhkəmədə dindirilmələrini tələb etməmişdir. Bu məqam mübahisələndirilmədiyindən iddiaçı tərəfindən sübut təqdim olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahat
21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
25. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
28. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
31. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
32. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
33. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. Maddə 769. Əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
38. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
41. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarına uyğundur.
51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
53. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
54. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC-nin "xxxx" müəssisəsi arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən görülmüş işlərin dəyəri kimi 355250,37 manat məbləğinin ödənilməsi tələb edilir.
55. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddəti yalnız tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən tətbiq olunur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməsi iş materialları ilə təsdiq olunur. Bu baxımdan cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi məhkəmənin həmin müddəti tətbiq etməsi üçün hüquqi əsas yaradır.
56. Kollegiya iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir.
57. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında hesablaşmalar üzrə xx.xx.2022-ci il tarixli e-qaimə mövcuddur və müqavilənin şərtlərinə əsasən ödəniş 30 gün müddətində həyata keçirilməli idi.
58. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlanmasını hüququn pozulması ilə əlaqələndirdiyindən, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu tarix ödəniş üçün müqavilədə nəzərdə tutulmuş 30 günlük müddətin bitdiyi vaxt, yəni ən gec 2022-ci ilin mart ayı hesab edilməlidir.
59. İddiaçı tərəfindən göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu mübahisə üzrə ilk dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsi iddia müddətinin kəsilməsi kimi qiymətləndirilə bilməz.
60. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6447/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikası Azərsu ASC-nin Sutikinti” Müəssisəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi işə mahiyyəti üzrə baxılmadan, hazırlıq iclasında iddiaçının ərizəsinə əsasən geri qaytarılmışdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması işin mahiyyəti üzrə baxılmasını nəzərdə tutmadığından və məhkəmə icraatını başlatmadığından həmin hal iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilə bilməz. Belə hallarda başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
62. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən iddia baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.
63. Beləliklə, iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsi və sonradan iddia ərizəsinin geri qaytarılması iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış, başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.
64. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
65. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş və həmin ərizə cavabdehin nümayəndəsi X9 tərəfindən verilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən nümayəndə etibarnamə ilə ona verilmiş səlahiyyətlər çərçivəsində məhkəmədə təmsil etdiyi şəxsin hüquq və vəzifələrini həyata keçirə bilər.
67. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli etibarnamədən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10n "xxxx" MMC-nin direktoru tərəfindən hüquq məsləhətçisi X5 məhkəmə mübahisələri üzrə cavabdeh təşkilatın hüquqlarının müdafiə edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquqlardan istifadə edilməsi, o cümlədən məhkəmə prosesində iştirak, vəsatətlərin verilməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi səlahiyyətləri verilmişdir (iş materialları 24-cü vərəqə).
68. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmrdən müəyyən olunur ki, X9 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10n "xxxx" idarəsinin rəhbərlik yanında aparata 10-cu dərəcə ilə hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir (iş materialları 25-ci vərəqə).
69. Beləliklə, qeyd olunan etibarnamə və əmrin məzmunundan görünür ki, X9 cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi olmaqla məhkəmədə onun hüquqlarını müdafiə etmək və prosessual hüquqlardan istifadə etmək səlahiyyətinə malik olmuşdur. Bu səbəbdən onun tərəfindən xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair verilmiş ərizə səlahiyyətli nümayəndə tərəfindən verilmiş prosessual müraciət hesab edilir və məhkəmə tərəfindən nəzərə alınmalıdır.
70. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4481/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.