Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-54/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) ilkin, Cavabdeh MMCnin “xxxx” MMC-yə qarşı qarşılqılı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qəbul olunması, yerinə yetirilmiş işin haqqı, podratın qüsurları, öhdəliyin icrasının gecikdirilməsi, sübutetmə, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) nümayəndə3 İsmət oğlunun iştirakı ilə “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun, faizlərin və cərimənin ödənilməsi” barədə ilkin, Cavabdeh MMC-nin “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin gecikdirilməsinə görə hesablanmış cərimənin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “xxxx" MMC və “İCSS" MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı müqavilə bağlanılmışdır.
2. “xxxx” MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ##.##.2024-cü il tarixdə GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndində göstərilmişdir ki, müqavilənin predmetini podratçı tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş layihə tapşırığına uyğun obyektdə işlərin (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması) müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında müqavilədə göstərilmiş qaydada sifarişçi tərəfindən qəbul edilməsi və işlərin dəyərinin sifarişçi tərəfindən vaxtında ödənilməsi təşkil edir.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 1 400 000 AZN (bir milyon dörd yüz min) manat təşkil edir. İşlərin dəyərinə mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planalma xərcləri daxil deyil və sifarişçi tərəfindən əlavə olaraq ödənilir. İşlərin dəyərinin mərhələlər üzrə bölgüsü müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 2-də göstərilir.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən, podratçı müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 (bir yüz iyirmi) iş günü müddətində müqaviləyə uyğun olaraq təhvil verməlidir.
5. Müqavilənin 4.2-ci bəndinə əsasən, podratçıdan asılı olmayan səbəblərə görə işləmək mümkün olmadıqda təhvil müddəti işləmək mümkün olmayan günlərin sayı qədər artırılır; 4.3-cü bəndinə əsasən, pis hava şəraiti ilə əlaqəli iş günləri müqavilədə göstərilən müddətə daxil edilmir; 4.4-cü bəndinə əsasən, işlərin bitirilmə vaxtı tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunur.
6. Müqavilənin 4.5-ci bəndinə əsasən, podratçı tərəfindən tərtib edilərək sifarişçiyə təqdim olunan son Təhvil-Təslim Aktı əgər sifarişçinin heç bir əsaslı etirazı yoxdursa, ən geci 15 (on beş) iş günü ərzində sifarişçi tərəfindən imzalanır. Əgər bu Akt sifarişçi tərəfindən bu müddətdə əsassız olaraq imzalanmazsa Akt sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur.
7. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra sifarişçi aşağıdakı qrafikə uyğun podratçıya ilkin avans ödəyir: ##.##.2024-cü il tarixdə 5000 (beş min) manat və həmin məbləğə hesablanmış ƏDV; ##.##.2024-cü il tarixdə 100 000 (bir yüz min) manat və həmin məbləğə hesablanmış ƏDV; ##.##.2024-cü il tarixdə 85 000 (səksən beş min) manat və həmin məbləğə hesablanmış ƏDV; ##.##.2024-cü il tarixdə 100 000 (bir yüz min) manat və həmin məbləğə hesablanmış ƏDV.
8. Müqavilənin 5.2-ci bəndinə əsasən, dövlət ekspertizasından keçirilmiş müqavilə üzrə işlərin layihəsi və onun smetası podratçı tərəfindən sifarişçiyə təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü ərzində sifarişçi 420 000 (dörd yüz iyirmi min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləğini ikinci avans şəklində podratçıya ödəyir.
9. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilə dəyərinin qalan hissəsi, yəni 690 000 (altı yüz doxsan min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği aşğıdakı qaydada Sifarişçi tərəfindən Podratçıya ödənilir: 5.3.1. 650 000 (altı yüz əlli min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləğini avans məbləğləri çıxılmaqla podratçı tərəfindən faktiki yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında Təhvil-Təslim sənədlərinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Sifarişçi tərəfindən Podratçının bank hesabına köçürülür; 5.3.2. Müqavilə dəyərinin qalan sonuncu hissəsi, yəni 40 000 (qırx min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində sifarişçi tərəfindən podratçının bank hesabına köçürülür.
10. Müqavilənin 6.3.3-cü bəndinə əsasən, heç bir əsaslı etirazı olmazsa, podratçının təqdim etdiyi Təhvil-Təslim sənədlərini (Təhvil-təslim aktları, Forma 2, Forma 3) 5 (beş) iş günü ərzində təsdiq etmək sifarişçinin öhdəliyidir.
11. Müqavilənin 7.1.1-ci bəndinə əsasən, podratçı işlərin icra olunmasına sifarişçi tərəfindən tikinti ərazisi hazır şəkildə podratçıya təhvil verildikdən sonra başlayır.
12. Müqavilənin 7.1.2-ci bəndinə əsasən, podratçı işləri plan-qrafikə uyğun şəkildə Azərbaycan Respublikasında qüvvədə olan standartlara, təhlükəsizlik qaydalarına, əmək və mülki qanunvericiliyinin tələblərinə əməl edərək yerinə yetirir.
13. Müqavilənin 7.2.1-ci bəndinə əsasən, podratçı sifarişçiyə yerinə yetirilmiş işlər haqqında hesabatları, Təhvil-Təslim aktları və yerinə yetirilmiş işlərə görə elektron qaimələri təqdim edir; 7.2.2-ci bəndinə əsasən, sifarişçi yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktlarını sifarişçinin rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə 5 (beş) iş günü ərzində təsdiq edir; 7.2.3-cü bəndinə əsasən, əgər təhvil-təslim vaxtı işlərdə nöqsanlar və ya çatışmazlıqlar ortaya çıxarsa onda tərəflər arasında qüsur aktı tərtib olunur. Bu halda təhvil-təslim sənədləri podratçı tərəfindən qüsurlar və çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra 3 (üç) gün ərzində imzalanır.
14. Müqavilənin 7.2.4-cü bəndinə əsasən, əgər tərəflər qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməsələr, qüsurların mövcud olub-olmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspert verir. Ekspertin rəyi tərəflər üçün məcburidir. Bu halda ekspertiza xərcləri haqlı olmayan tərəf tərəfindən, əgər heç bir tərəf tam haqlı deyildirsə, tərəflərin hər ikisi tərəfindən bərabər həcmdə ödənilir.
15. Müqavilənin 7.2.5-ci bəndinə əsasən, son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Qurğunun ilkin sınağı müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş qaydada işlərin sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. sifarişçinin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Sifarişçinin təqsirindən qurğunun ilkin sınaq olunması müqavilənin 7.2.5-ci bəndində nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və sifarişçi müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə həmin bənddə nəzərdə tutulmuş məbləği podratçıya ödəyir. Podratçı işlərin yerinə yetirilməsi ilə bağlı aralıq sənədləri, layihəni və smeta sənədlərini sifarişçiyə təqdim edir.
16. Müqavilənin 7.2.6-cı bəndinə əsasən, son təhvil-təslim aktı müqavilədə nəzərdə tutulmuş bütün işlər bitirildikdən sonra imzalanır; 7.2.7-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş bütün işlər başa çatdıqdan sonra podratçı rəsmi şəkildə sifarişçiyə işlərin təhvil-təslimə hazır olması haqqında bildiriş göndərir. Sifarişçi öz növbəsində bildirişi aldığı vaxtdan 5 (beş) gün ərzində komissiya təşkil edir. Komissiya podratçının nümayəndəsi ilə birlikdə yoxlama işlərini həyata keçirir.
17. Müqavilənin 8.1-ci bəndinə əsasən, podratçı qarantiya verir ki, müqavilədə nəzərdə tutulmuş işləri müqavilənin şərtlərinə uyğun şəkildə texniki tapşırığa, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik, norma və standartlarına, müqavilənin Əlavə 1-də göstərilən iş həcmlərinə uyğun yerinə yetirəcək və işlərin həyata keçirilməsi zamanı “Əməyin təhlükəsizliyi Qaydaları”na əməl edəcəkdir. Podratçı hazırladığı qurğuya bir il müddətinə istismar keyfiyyət qarantiyası verir.
18. Müqavilənin 9.1-ci bəndinə əsasən, podratçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün göstəriciləri uyğun gələn, təcrübəli və bacarıqlı personalı işə cəlb edir.
19. Müqavilənin 9.2-ci bəndinə əsasən, öz təqsiri nəticəsində öz personalının zədələnməsi ilə bağlı yaranan cavabdehliyi podratçı özü daşıyır və xərclərini özü qarşılayır. Podratçının təqsiri ucbatından sifarişçiyə dəyən zərərin əvəzini podratçı ödəyir.
20. Müqavilənin 10.1-ci bəndinə əsasən, hər bir tərəf müqavilə üzrə öhdəliklərini pozduqlarına görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyır.
21. Müqavilənin 10.2-ci bəndinə əsasən, sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 0.5 %-i miqdarında podratçıya cərimə ödəyir.
22. Müqavilənin 10.3-cü bəndinə əsasən, podratçı müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə müqavilənin dəyərinin 0.3 %-i miqdarında sifarişçiyə cərimə ödəyir.
23. Müqaviləyə ##.##.2024-cü il tarixli * saylı Əlavəyə əsasən, görüləcək işlərin cəmi dəyəri (ƏDV-siz) 1 400 000 manat təşkil etmişdir.
24. “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli GEMİ/ADOG-01/2*-** saylı subpodrat müqaviləsinin 1-ci bəndində göstərilmişdir ki, “İşlər” dedikdə, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması işlərinin yerinə yetirilməsindən ötrü tələb olunan mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planlama isləri nəzərdə tutulur. Həmçinin “xxxx" MMC və "İCSS" MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud "Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı müqavilə bağlanılmışdır.
25. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin predmetini podratçının texniki tapşırığına uyğun obyektdə işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında müqavilədə göstərilmiş qaydada sifarişçi tərəfindən qəbul edilməsi və işlərin dəyərinin sifarişçi tərəfindən vaxtında ödənilməsi təşkil edir.
26. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 32 500 (otuz iki min beş yüz) manat təşkil edir.
27. Müqavilənin 4.1-ci bəndinə əsasən, podratçı müqavilədə nəzərdə tutulmuş işləri müqavilənin imzalandığı tarixdən etibarən 2 (iki) ay müddətində müqaviləyə uyğun olaraq təhvil verməlidir.
28. Müqavilənin 4.2-ci bəndinə əsasən, podratçıdan asılı olmayan səbəblərə görə işləmək mümkün olmadıqda təhvil müddəti işləmək mümkün olmayan günlərin sayı qədər artırılır; 4.3-cü bəndinə əsasən, pis hava şəraiti ilə əlaqəli iş günləri Müqavilədə göstərilən müddətə daxil edilmir.
29. Müqavilənin 4.4-cü bəndinə əsasən, işlərin bitirilmə vaxtı tərəflər arasında son Təhvil- Təslim Aktının imzalandığı tarix hesab olunur.
30. Müqavilənin 4.5-ci bəndinə əsasən, podratçı tərəfindən tərtib edilərək sifarişçiyə təqdim olunan Son Təhvil-Təslim Aktı əgər sifarişçinin heç bir əsaslı etirazı yoxdursa, ən geci 15 (on beş) iş günü ərzində sifarişçi tərəfindən imzalanır. Əgər bu Akt sifarişçi tərəfindən bu müddətdə əsassız olaraq imzalanmazsa Akt sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur.
31. Müqavilənin 5.1-ci bəndinə əsasən, işlərin dəyəri işlər sifarişçiyə təhvil verildikdən sonra podratçının sifarişçiyə təqdim etdiyi elektron qaimə əsasında onun təqdim olunduğu tarxdən etibarən 5 (beş) iş günü ərzində sifarişçi tərəfindən podratçıya ödənilir.
32. Müqavilənin 7.1.1-ci bəndinə əsasən, podratçı işlərin icra olunmasına sifarişçi tərəfindən tikinti ərazisi hazır şəkildə podratçıya təhvil verildikdən sonra başlayır.
33. Müqavilənin 7.1.2-ci bəndinə əsasən, podratçı işləri plan-qrafikə uyğun şəkildə Azərbaycan Respublikasında qüvvədə olan standartlara, təhlükəsizlik qaydalarına, əmək və mülki qanunvericiliyinin tələblərinə əməl edərək yerinə yetirir.
34. Müqavilənin 7.2.1-ci bəndinə əsasən, podratçı sifarişçiyə yerinə yetirilmiş işlər haqqında hesabatları, Təhvil-Təslim aktları və yerinə yetirilmiş işlərə görə elektron qaimələri təqdim edir.
35. Müqavilənin 7.2.2-ci bəndinə əsasən, sifarişçi yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktlarını sifarişçinin rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə 5 (beş) iş günü ərzində təsdiq edir.
36. Müqavilənin 7.2.3-cü bəndinə əsasən, əgər təhvil-təslim vaxtı işlərdə nöqsanlar və ya çatışmazlıqlar ortaya çıxarsa, onda tərəflər arasında Qüsur aktı tərtib olunur. Bu halda təhviltəslim sənədləri podratçı tərəfindən qüsurlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 3 (üç) gün ərzində imzalanır.
37. Müqavilənin 7.2.4-cü bəndinə əsasən, əgər tərəflər Qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməsələr qüsurların mövcud olub-olmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspert verir. Ekspertin rəyi tərəflər üçün məcburidir. Bu halda ekspertiza xərcləri haqlı olmayan tərəf tərəfindən, əgər heç bir tərəf tam haqlı deyildirsə, tərəflərin hər ikisi tərəfindən bərabər həcmdə ödənilir.
38. Müqavilənin 7.2.5-ci bəndinə əsasən, son Təhvil-Təslim aktı müqavilədə nəzərdə tutulmuş bütün işlər billrildlkdən sonra imzalanır.
39. Müqavilənin 7.2.6-cı bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş bütün işlər başa çatdıqdan sonra podratçı rəsmi şəkildə sifarişçiyə işlərin təhvil-təslimə hazır olması haqqında bildiriş göndərir. Sifarişçi öz növbəsində bildirişi aldığı vaxtdan 5 (beş) gün ərzində komissiya təşkil edir. Komissiya podratçının nümayəndəsi ilə birlikdə yoxlama işlərini həyata keçirir.
40. Müqavilənin 8.1-ci bəndinə əsasən, podratçı qarantiya verir ki, müqavilədə nəzərdə tutulmuş işləri müqavilənin şərtlərinə uyğun şəkildə Texniki tapşırığa, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik, norma və standartlarına, sifarişçinin Texniki Tapşırığına uyğun yerinə yetirəcək və işlərin həyata keçirilməsi zamanı “Əməyin təhlükəsizliyi Qaydaları”na əməl edəcəkdir. Podratçı hazırladığı qurğuya bir il müddətinə istismar keyfiyyət qarantiyası verir.
41. Müqavilənin 9.1-ci bəndinə əsasən, podratçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün göstəriciləri uyğun gələn, təcrübəli və bacarıqlı personalı işə cəlb edir.
42. Müqavilənin 9.2-ci bəndinə əsasən, öz təqsiri nəticəsində öz personalının zədələnməsi ilə bağlı yaranan cavabdehliyi podratçı özü daşıyır və xərclərini özü qarşılayır. Podratçının təqsiri ucbatından sifarişçiyə dəyən zərərin əvəzini podratçı ödəyir.
43. Müqavilənin 10.1-ci bəndinə əsasən, hər bir tərəf müqavilə üzrə öhdəliklərini pozduqlarına görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyır.
44. Müqavilənin 10.2-ci bəndinə əsasən, sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 0.5 %-i miqdarında podratçıya cərimə ödəyir.
45. Müqavilənin 10.3-cü bəndinə əsasən, podratçı müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə müqavilənin dəyərinin 0.3 %-i miqdarında sifarişçiyə cərimə ödəyir.
46. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərə dair ##.##.2024-cü il tarixli EBED seriyalı ****** nömrəli e-qaimə üzrə 84 075 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli e-qaimə üzrə 704 847,05 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli e-qaimə üzrə 19 498,32 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli e-qaimə üzrə 120 318,57 manat məbləğində, ##.##.2024cü il tarixli MT2410 seriyalı ******** nömrəli e-qaimə üzrə 273 220,24 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli e-qaimə üzrə 120 318,57 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2410 seriyalı ******** nömrəli e-qaimə üzrə 273 220,24 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli e-qaimə üzrə 260 488,54 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli e-qaimə üzrə 260 488 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** nömrəli e-qaimə üzrə 41 536 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** nömrəli e-qaimə üzrə 143 851,93 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** nömrəli e-qaimə üzrə 41 536 manat məbləğində e-qaimə fakturalar göndərilmişdir.
47. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı müqavilə üzrə göstərilmiş işlər üzrə ##.##.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən ƏDV daxil 41 536 manat məbləğində işlər “xxxx” MMC tərəfindən "xxxx” MMC-yə təhvil verilmiş, akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
48. Cavabdeh MMC (əvvəlki adı "xxxx” MMC) tərəfindən "xxxx” MMC-nin hesabına ##.##.2024-cü il tarixli, GEMİ/ADO-G- **/** saylı müqavilə üzrə ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 3600 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 11700 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 16200 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 14400 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 13500 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən hesab fakturaya əsasən bir hissəsin ƏDV borcu üzrə 540 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən MT240711825515 üzrə 21600 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 15480 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 15210 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 13500 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 5580 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 28620 manat məbləğində, ##.##.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 18000 manat məbləğində ödəniş tapşırığı göndərilmişdir.
49. ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx” MMCnin hesabına 75 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 3000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 90 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 80 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 65 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 120 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 86 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 84 500 manat məbləğində avans, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 75 000 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 100 000 manat məbləğində ödəniş edilmişdir.
50. "xxxx” MMC-nin icraçı direktoru tərəfindən "xxxx” MMC-nin direktoruna göndərilmiş ## ###### 2024-cü il tarixli məktubda aşağıdakılar bildirilmişdir: “##.##.2024-cü il tarixli GEMİ/aDo- G-OI/24 saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud "SLİP" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması başa çatmış və layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmışdır. Bununla bildirmək istəyirəm ki, qurğu sınaqlara hazırdır. Tez bir zamanda qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunmasını və təhvil-təslim sınaqlarının təşkil olunmasını xahiş edirəm. Qeyd etmək istəyirəm ki, təhvil-təslim sınaqlarının aparılmasının gecikdirildiyi hər gün müəssisələrinin tikinti avadanlıqlarının və işçi personalının boş dayanmasına və gündəlik 20 000 AZN (iyirmi min manat) vəsait itkisinə səbəb olur ki, bu itkinin ödənilməsini sizdən tələb etmək məcburiyyətində qalacayıq”.
51. Cavabdeh MMC həmin məktubu qəbul etməkdən imtina etmişdir.
52. ADOG şirkəti tərəfindən inşa edilmiş Quru tərsanənin kliboka birləşdirilmiş arabasına Sahil Mühafizəsinin nümayəndələrinin, Franklin Offşor şirkətinin nümayəndəsi və ADOG şirkətinin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, bununla bağlı tərtib olunmuş ## ###### 2025-ci il tarixli “Müşahidə komissiyasının Aktı”nda göstərilmişdir ki, “arabanın tam suya enmiş vəziyyətdə arxa kilbloklarının reyslər üzərində müşahidə edilmişdir və Geodeziya topoqrafik aparatı vasitəsi ilə ölçüləri çıxardılmışdır. Ölçülər aparılan zaman arabanın sağ qolunun sol qolundan 30 sm aşağı olması müşahidə edilmişdir. Araba orta vəziyyətə gətirildikdə isə qabaq sol qolun sağ qoldan 9 sm aşağı olması müəyyən edilmişdir”.
53. Müşahidə komisiyasının ## ###### 2025-ci il tarixli Aktında qeyd olunmuşdur ki, “## ###### 2025-ci il tarixli aktda göstərilmiş iradlar "xxxx” MMC tərəfindən tam aradan qaldırılmışdır. Arabacıq maili yolla sona kimi suya endirilmiş və sudan təkrar tam quruya tam axıra kimi çıxarılmışdır. Franklin Offşor şirkətinin direktoru, baş meneceri, layihə meneceri və "xxxx" MMCnin nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, arabacığın sınağı uğurla keçmiş və iradlar olmamışdır”.
54. “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə "xxxx” MMC-yə e-mail vasitəsi ilə ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı müqavilə üzrə ##.##.2025-ci il tarixli Təhvil-təslim Aktı göndərilərək aktın təsdiq olunması və qalan ödənişlərin ödənilməsi xahiş edilmiş, bu e-mail məktuba hər-hansı cavab verilməmişdir.
55. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli *** №-li maliyyə arayışına əsasən, Cavabdeh MMC tərəfindən "xxxx” MMC-yə ##.##.2024-cü il tarixli GEMİ/ADOG-01/2*-** saylı subpodrat müqaviləsi üzrə əsas borc məbləği 41 536 manat, ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi üzrə əsas borc məbləği 574 070 manatdır.
56. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli *** №-li maliyyə arayışına əsasən, "xxxx” MMC tərəfindən "xxxx” MMC-yə avans olaraq ##.##.2024-cü il tarixindən - ##.##.2024-cü il tarixinə kimi cəmi əsas məbləğ üzrə 378 000 manat, ƏDV məbləği üzrə 68 040 manat olmaqla, cəmi 446 040 manat məbləğində ödəniş edilmişdir.
57. Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda bidirilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "X2” LTD arasında bağlanmış ##.##.2023cü il tarixli K/*** nömrəli müqavilənin ("Gəmi inşası və təmiri mərkəzinin fəaliyyətinin bərpası üçün dəniz akvatoriyasının dibdərinləşdirilməsi və hidrotexniki qurğuların təmiri (tikinti) işləri) bütün bəndləri üzrə işlərin icrası şirkət tərəfindən təmin edilmişdir. Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və şirkət nümayəndələrinin iştirakı ilə qurğunun sınağı keçirilmiş və təhvil-təslimə dair akt tərtib edilmişdir. Həmçinin qeyd olunur ki, Dövlət Sərhəd Xidməti tərəfindən "xxxx” və "xxxx” MMC arasında sözügedən işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir müqavilə bağlanılmamışdır.
58. Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş ##.##.2025-ci il tarixli “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair ** №-li Akta imza edənlər təsdiq etmişdirlər ki, Dövlət Sərhəd Xidməti və “Franklın Offshore İnternational PTE LTD” şirkətinin Azərbaycan Respublikasındakı “X3 LTD Nümayəndəliyi” MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli K/*** nömrəli müqavilənin 16-cı bəndinin icrasının təmin edilməsi məqsədi ilə Sahil Mühafizəsi rəisinin ##.##.2024 cu il tarixli *** №-li əmrinə əsasən ##.## 2024-cüil tarixdə Şahdağ tipli *** nömrəli gəminin və ##.##.2025-ci il tarixli ** №-li əmrinə əsasən ##.##.2025-ci il tarixində Tufan tipli *** nömrəli gəminin slip qurğusunun dənizə enmə-qalxma zolağında gəmilərin dənizdən qaldırma və endirilmə sınaqları keçirilmiş, sınaqlar zamanı nöqsanlar aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
59. “xxxx” MMC “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “xxxx” MMC və "xxxx” MMC arasında bağlanılmış ##.##.2024-cü il tarixli GEMİ/ADOG-**/** saylı subpodrat müqaviləsi üzrə ƏDV-siz 521 700 (beş yüz iyirmi bir min yeddi yüz) manatın, həmin məbləğə hesablanmış 93 906 (doxsan üç min doqquz yüz altı) manat məbləğində ƏDV-nin və 906 (doqquz yüz altı) manat dövlət rüsumunun əvəzinin “xxxx” MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
60. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və “xxxx” MMC (hazırki "xxxx” MMC) arasında bağlanılmış ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “SLİP” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması başa çatmış və layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmışdır. “xxxx” MMC-nin müqavilə üzrə ƏDV-siz 521 700 manat məbləğində borcu vardır. Müqaviləyə əsasən həmin məbləğin 481 700 manat hissəsi təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında "SLİP” qurğusunun ilkin sınağınadək, qalan 40 000 manat hissəsi isə qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində "xxxx” MMC-yə ödənilməlidir. Belə ki, müqavilə üzrə bütün işlərin yekunlaşmasına və müvafiq təhvil-təslim sənədlərinin (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) təsdiq edilməsinə, "xxxx” MMC-yə müvafiq elektron qaimələrin təqdim edilməsinə baxmayaraq, "xxxx” MMC tərəfindən müqavilənin 5.3.1-ci maddəsində göstərilmiş ƏDV-siz 650 000 manat məbləğin 481 700 manat hissəsi bu günədək "ADOG İnşaat Təchizat və Quraşdırma” MMC-nə ödənilməmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən 650 000 (altı yüz əlli min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği "xxxx” MMC tərəfindən faktiki yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında Təhvil-Təslim sənədlərinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində "xxxx” MMC tərəfindən "xxxx” MMC-nin bank hesabına köçürülməlidir. Bununla yanaşı, işlərin başa çatması, İşlərin son təhviltəslimə (son təhvil-təslim aktının imzalanmasına) hazır olması, qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunması və ilkin (təhvil-təslim) sınaqlarının təşkil olunmasına dair “xxxx” MMC-yə *** saylı ##.##.2024-cü il tarixli məktub göndərilmişdir. Bununla da Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlərin ##.##.2024-cü il tarixdən “xxxx” MMC-yə təhvil verilməsi təsdiq olunur və müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı ən geci ##.##.2024-cü il tarixdə “xxxx” MMC tərəfindən təşkil edilməli idi. Lakin “xxxx” MMC tərəfindən müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlər ötürülərək ##.##.2024-cü il tarixdə (“xxxx” MMC ilə işgüzar münasibətlərin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan razılıq verilərək) təşkil olunmaqla Sahil Mühafizəsi Xidmətinin “Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilərək gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolunun birinci sınağı uğurla həyata keçirilsə də, Sahil Mühafizəsi Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suya endirilməsi ilə maili yolun sonuncu sınağı "xxxx” MMC-dən asılı olmayan səbəblərə və “xxxx” MMC-nin təqsirinə görə (Müqavilə üzrə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. təşkil və təmin edilməsi məhz “xxxx” MMC-nin vəzifəsidir) qurğunun qaldırma - endirmə mexanizmindəki çatışmazlıqlarla əlaqədar olaraq baş tutmamışdır. “xxxx” MMC tərəfindən qurğunun sınaq olunmasından ötrü yeni qaldırma - endirmə mexanizminin təmin ediləcəyi bildirilmiş, lakin ##.##.2024-cü il tarixdən etibarən “xxxx” MMC tərəfindən qurğunun ilkin sınaq olunmasından ötrü heç bir addım atılmadığından, yenə də qarşılıqlı işgüzar və hörmət münasibətlərinin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan qurğunun ilkin sınaq olunmasından ötrü "xxxx” MMC tərəfindən və öz vəsaiti hesabına yeni qaldırma - endirmə mexanizmi təşkil edilmiş, ##.##.2025-ci il tarixdə qurğu uğurla sınaq olunmuş və xxxx” MMC-nin texnika və avadanlıqları “xxxx” MMC-nin razılığı ilə ##.##.2025-ci il tarixdə işlərin yerinə yetirildiyi ərazidən çıxarılmışdır. Lakin “xxxx” MMC göstərilən hörmət münasibətlərini heçə sayaraq, müqavilə üzrə qalan borc məbləğini hələ də ödəməmişdir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı İşlərin “xxxx” MMC-yə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. “xxxx” MMC-nin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. “xxxx” MMC-nin təqsirindən qurğunun ilkin sınaq olunması bu maddədə nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və “xxxx” MMC bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə, yəni 5 (beş) iş günü müddətində həmin maddədə nəzərdə tutulmuş məbləği, yəni 40 000 manat məbləğində pul vəsaitini “xxxx” MMC-yə ödəməli idi. Göründüyü kimi, Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlər ##.##.2024-cü il tarixdən “xxxx” MMC-yə təhvil verilmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə “xxxx” MMC-yə təhvil-təslim aktının göndərilməsinə baxmayaraq, hələ də “xxxx” MMC tərəfindən müqavilənin 5.3.1-ci maddəsində göstərilmiş ƏDV-siz 650 000 manat məbləğinin 81 700 manat hissəsi və ona hesablanmış ƏDV məbləği “xxxx” MMC-yə ödənilməmişdir. Eyni zamanda, qurğunun sınaq olunması müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlərdə (##.##.2024-cü il tarixdən hesablanmaqla ən geci 20 gün müddətində - ən geci ##.##.2024-cü il tarixdə) "xxxx” MMC-nin təqsirindən baş tutmadığından həmin maddəyə əsasən qurğu ##.##.2024-cü il tarixdən ilkin sınaqdan uğurla keçmiş hesab olunmuşdur və ##.##.2024cü il tarixdən hesablanmaqla 5 (beş) iş günü müddətində Müqavilə üzrə qalan 40 000 manat məbləğində pul vəsaiti "xxxx” MMC-nə ödənilməli idi. Lakin həmin məbləğin ödənilməsi də gecikmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər.
61. "xxxx” MMC-nin nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmiş, "GEMİ/ADO-G-01/2*-** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 41 536 (qırx bir min beş yüz otuz altı) manat məbləğində əsas borcun, həmin müqavilə üzrə əsas borca hesablanmış 88 679,36 (səksən səkkiz min altı yüz yetmiş doqquz manat otuz altı qəpik) manat məbləğində cərimənin, GEMİ/AdO-G-01/24- saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcun, həmin müqavilə üzrə əsas borca hesablanmış 694 624,70 manat (altı yüz dovşan dörd min altı yüz iyirmi dörd manat yetmiş qəpik) məbləğində cərimənin, məhkəməyə ödənilmiş 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun əvəzinin və 350 (üç yüz əlli) manat məbləğində vəkil bürosuna ödənilmiş xidmət haqqının əvəzinin Cavabdeh MMC-dən tutulub “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
62. Həmin ərizə belə əsaslandırılmışdır ki, "xxxx” MMC və "xxxx” MMC (hazırki "xxxx” MMC) arasında GEM/ADO-**/** saylı, ##.##.2024-cü il tarixli xidmət müqaviləsi, GEMi/ADO-G- **/** saylı, ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi və GEMİ/ADO-G-01/2*-** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi bağlanmışdır. GEM/ADO-Ol/** saylı ##.##.2024-cü il tarixli xidmət müqaviləsi üzrə "xxxx” MMC "xxxx” MMC-yə 75 000 (yetmiş beş min) manat məbləğində ödəniş etmişdir və həmin müqavilə üzrə cavadehin iddiaçıya borcu yoxdur. GEMİ/ADO-G-01/24- ** saylı, ##.##.2024-cü il tarixli subpodrat müqaviləsinə əsasən "xxxx” MMCnin "xxxx” MMC-yə ƏDV ilə birlikdə 41 536 (qırx bir min beş yüz otuz altı) manat məbləğində əsas borcu vardır. Belə ki, həmin müqaviləyə əsasən tərəflərindən işlər tam icra edilərək ** saylı, ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq bu günədək həmin borc iddiaçıya ödənilməmişdir. GEMİ/ADO-G- Ol/24 saylı, ##.##.2024-cü il tarixli subpodrat müqaviləsinin ümumi dəyəri ƏDV ilə birlikdə 1 652 000 manat təşkil edir. Həmin müqaviləyə əsasən "xxxx” MMC-nin "xxxx” MMC-yə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcu vardır və cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq bu günədək həmin borc ödənilməmişdir. Belə ki, həmin müqaviləyə əsasən, ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat əsas borcun 526 870 (beş yüz iyirmi altı min səkkiz yüz yetmiş) manat hissəsi təhvil-təslim sənədləri (Təhvil- Təslim aktları, Forma 2, Forma 3) əsasında "SLİP” qurğusunun ilkin sınağınadək, qalan 47 200 (qırx yeddi min iki yüz) manat hissəsi isə qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində "xxxx” MMC-yə ödənilməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflərindən GEMi/ADO-G-**/** saylı, ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə işlərin başa çatması, işlərin son təhvil-təslimə (son təhvil-təslim aktının imzalanmasına) hazır olması, qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunması və ilkin (təhvil-təslim) sınaqlarının təşkil olunmasına dair cavabdeh "xxxx” MMC-yə *** saylı, ##.##.2024-cü il tarixli məktub göndərilmişdir. Bununla da Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlərin ##.##.2024-cü il tarixdən tərəfimizdən "GEMİNı GROUP” MMC-yə təhvil verilməsi təsdiq olunur və Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı ən geci ##.##.2024-cü il tarixdə "xxxx” MMC tərəfindən təşkil edilməli idi. Lakin, cavabdeh "xxxx” MMC tərəfindən Müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlər ötürülərək ##.##.2024- cü il tarixdə ("xxxx” MMC ilə işgüzar münasibətlərin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan tərəflərindən razılıq verilərək) təşkil olunmaqla Sahil Mühafizəsi Xidmətinin "Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilərək gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolunun birinci sınağı uğurla həyata keçir isə də, Sahil Mühafizəsi Xidmətinin "Tufan” gəmisinin sudan çıxarılması və suva endirilməsi ilə maili yolun sonuncu sınağı iddiaçıdan asılı olmayan səbəblərə və "xxxx” MMC-nin təqsirinə görə (Müqavilə üzrə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. təşkil və təmin edilməsi məhz "xxxx” MMC-nin vəzifəsidir) qurğunun qaldırma - endirmə mexanizmindəki çatışmamazlıqlarla əlaqədar olaraq baş tutmamışdır. Cavabdeh tərəfindən qurğunun sınaq olunmasından ötrü yeni qaldırma - endirmə mexanizminin təmin ediləcəyi iddiaçıya bildirilmişdi. Lakin, ##.##.2024-cü il tarixdən etibarən cavabdeh "xxxx” MMC tərəfindən qurğunun ilkin sınaq olunmasından ötrü heç bir addım atılmadığından, yenə də qarşılıqlı işgüzar və hörmət münasibətlərinin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan qurğunun ilkin sınaq olunmasından ötrü tərəflərindən və öz vəsaitləri hesabına yeni qaldırma - endirmə mexanizmi təşkil edilmiş və ##.##.2025-ci il tarixdə qurğu uğurla sınaq olunmuşdur və iddiaçıın texnika və avadanlıqları cavabdeh "xxxx” MMC-nin razılığı ilə ##.##.2025-ci il tarixdə işlərin yerinə yetirildiyi sahədən çıxarılmışdır. Eyni zamanda cavabdehə tərəflərindən ##.##.2025-ci il tarixdə sonuncu xəbərdarlıq da göndərilmişdir. Lakin "xxxx” MMC iddiaçının göstərdiyi hörmət münasibətlərini heçə sayaraq, müqavilə üzrə qalan borc məbləğini hələ də ödəməmişdir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı İşlərin tərəflərindən cavabdeh "xxxx” MMC-yə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. "xxxx” MMC-nin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. "xxxx” MMC-nin təqsirindən qurğunun ilkin sınaq olunması bu maddədə nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və "xxxx” MMC bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə, yəni 5 (beş) iş günü müddətində həmin maddədə nəzərdə tutulmuş məbləği, yəni 40 000 manat məbləğində pul vəsaitini "xxxx’" MMC-yə ödəməli idi. Göründüyü kimi, Müqavilənin 7.2.5-ci maddəsinə uyğun olaraq İşlər ##.##.2024-cü il tarixdən iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə cavabdehə təhvil-təslim aktının göndərilməsinə baxmayaraq, cavabdeh hələ də "xxxx” MMC-yə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcunu ödəməmişdir. Bununla yanaşı, hər iki müqavilə şərtlərinə əsasən, "xxxx” MMC müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 5%-i miqdarında "xxxx” MMC-yə cərimə ödəyir. Belə ki, GEMİ/ADO-C -01 1.*-** saylı, ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə işlərin ##.##.2024-əü il tarixdə tərəflərindən cavabdehə təhvil verildiyini nəzərə alaraq, ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr (427 gün) üzrə həmin müqavilənin 10.2-ci maddəsinə əsasən cavabdehdən 88 679,36 manat məbləğində cərimə (41 536 manat x 0.5% x 427 gün) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. GEMİ/AdO-G-OI/24 sayli, ##.##.2024cü il tarixli subpodrat müqaviləsi üzrə İşlərin ##.##.2024-cü il tarixdə tərəflərindən cavabdehə təhvil verilmiş hesab olunduğunu nəzərə alaraq, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr (242 gün) üzrə hənin müqavilənin 10.2-ci maddəsinə əsasən cavabdehdən 694 624,70 manat məbləğin cərimə (574 070 manat x 0.5% x 242 gün) cavabdehdən tutularaq iddiaçya ödənilməlidir.
63. Cavabdeh MMC də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1 362 900 manat cərimə məbləğinin, ödənilmiş 1473 manat dövlət rüsumunun xeyrinə tutulması, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
64. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin X4 qəsəbəsindəki bazasında “Slip” qurğusunun uzadılması işi ilə bağlı "xxxx” MMC (qarşılıqlı iddia üzrə cavabdeh) və “xxxx" MMC (qarşılıqlı iddia üzrə iddiaçı) arasında müqavilələr imzalanmışdır. Belə ki, tərəflər arasında ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli, dəyəri 1 400 000 manat olan subpodrat müqaviləsi və Tikintinin Layihələndirilməsi üzrə ##.##.2024-cü il tarixli GEM/ADO-G-**/** nömrəli, dəyəri 75 000 manat olan xidmət müqaviləsi bağlanmışdır. ##.##.2024cü il larixli GEMİ/ADO-G-**/** nömrəli Subpodrat müqaviləsi üzrə cavabdehin öhdəliyi Müqaviləyə Əlavə-də göstərilmiş Layihə tapşırığına uyğun obyektdə işlərin Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, iddiaçının öhdəliyi isə təhvil-təslim aktları, Forma 2, Forma 3 əsasında yerinə yetirilmiş işlərin qəbul edilməsi və dəyərinin ödənilməsidir. Bu Müqavilə üzrə cavabdeh hər iki əsas öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, işlərin tamamlanma müddəti Müqavilənin 4.1-ci maddəsinə əsasən 120 iş günü olaraq razılaşdırılsa da, cavabdeh ilkin sınaq üçün müraciət zamanı 60 gün gecikməyə yol vermiş, indiyədək də işləri razılaşdırılmış formada təhvil verməmişdir. Bununla yanaşı, ##.##.2025-ci il tarixində sınaq keçirilən zaman əhəmiyyətli qüsurlar aşkarlanmışdır. Müvafiq qüsurlar aşağıdakı kimidir: - cavabdeh tərəfindən köhnə, daha əvvəl istifadə edilmiş metal boruların və digər köhnə materialların istifadəsi; - Razılaşdırılmış ölçüdə və bütöv formada olan yeni lövhələrin deyil, kiçik hissələrə bölünərək qaynaq vasitəsilə köhnə lövhələrin birləşdirilməsi və istifadəsi; - Layihədə nəzərdə tutulmuş və əvvəlcədən razılaşdırılmış standartlara, texniki göstəricilərə əməl olunmaması. Bu qüsurlar barədə dərhal cavabdeh məlumatlandırılsa da, bizə qüsurların aradan qaldırılması müddəti və digər detallar barədə məlumat verilməmiş, bu zaman ərzində qüsurların aradan qaldırılması üçün heç bir tədbir də görülməmişdir. Cavabdehin nümayəndəsi ##.##.2025-ci tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq görülməmişdir. Aydındır ki, yuxarıdakı tədbirlərə əl atmaqla, cavabdeh daha az xərclə layihəni tamamlamağı planlamış, lakin bu layihənin əhəmiyyətini nəzərə almamış, nəticədə də qüsurlu və istifadəyə yararlı olmayan işlərlə bizdən xeyli miqdarda ödəniş əldə etmək istəmişdir. Cavabdeh iddia ərizəsində ilkin sınaq təklifindən sonra gecikmənin olmasına əsaslansa da, əsas sifarişçinin noyabr ayında iki dəfə iş sahəsinə dəvət təklifinə baxmayaraq, cavabdeh sahəyə gəlməmişdir. Həmçinin ilkin sınaq vaxtında keçirilsə idi belə, yenə də mövcud qüsurların yaranacağı qaçılmaz idi. Çünki bu qüsurlar gecikməyə görə deyil, podratçının - cavabdehin öhdəliyini lazımınca yerinə yetirməməsindən irəli gətir. Növbəti olaraq, cavabdeh qaldırma-endirmə mexanizmindəki texniki qüsurların olduğunu, bu mexanizmin təmin edilməsinin iddiaçının məsuliyyəti olduğunu iddia ərizəsində qeyd etmişdir. Bununla bağlı qeyd edirik ki, Tikintinin Layihələndirilməsi üzrə ##.##.2024-cii il tarixli GEM/ADO-G-Ol/** nömrəli, dəyəri 75 000 manat olan xidmət müqaviləsi bağlanılarkən iddiaçının əsas vəzifəsi bu layihə üzrə təqdim edilmiş parametrləri araşdırmaq, texniki faktorları mövcud layihə üzrə yoxlayaraq iddiaçıya məlumat vermək idi. Buna baxmayaraq cavabdeh yeni vəziyyəti, yəni “Slip” qurğusunun uzadılmasını düzgün qiymətləndirməmiş, bununla bağlı təmin olunan texnika və avadanlıqlarla bağlı bizə irad bildirməmişdir. Qurğunun dartma, qaldırma gücünün cavabdeh tərəfindən düzgün hesablanmaması və bizə məlumat verilməməsi hazırkı halda iddiaçı üçün məsuliyyət yarada bilməz. Əlavə olaraq, cavabdeh bizə işlərin gecikdirilməsinə görə cərimə ödəməlidir. Subpodrat Müqaviləsinin 10.3-cü maddəsinə əsasən, işlərin gecikdirilməsi halında Podratçı hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.3 faizi həcmində cərimə ödəməlidir. Bununla da, xidmətlərin təhvil verilməli olduğu gündən hesablanmaqla, podratçı gecikdirilmiş müddət üçün 1.362.900 AZN (275 gün x 1 652 000 manat (ƏDV daxil müqavilənin dəyəri) x 0.3 %) məbləğində cərimə ödəməlidir. Cavabdehin tələb etdiyi ödənişə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh hesablamalar zamanı yanlışlıqlara yol vermiş, dəqiq olmayan hesabalamalara əsaslanmışdır. Hər bir halda hər hansı bir məbləğin ödənilməsi üçün tərəflər yekun təhvil təslim aktları tərtib edib imzalamalı, komissiyanın iştirakı ilə testlər, yoxlamalar keçirilməlidir. Lakin cavabdeh sadəcə özlərinin imzalayıb möhürlədikləri sənədlər əsasında ödənişin edilməsini tələb edir, qüsurlar və icranın gecikdirilməsi barədə bildirişlərə əhəmiyyət vermirlər. Yuxarıdakıları ümumiləşdirməklə bir daha qeyd olunmalıdır ki, qüsurların aradan qaldırılmaması, işin keyfiyyətsiz görülməsi və yarımçıq saxlanılması ilə cavabdeh öhdəliklərini kobud şəkildə pozmuş, əsas sifarişçi ilə Cavabdeh MMC arasında olan peşəkar münasibətlərə ciddi ziyan vurmaqla yanaşı, gələcəkdə Cavabdeh MMC-ni külli miqdarda zərərin ödənilməsi halı ilə üz-üzə qoymuşdur..
65. Sonradan qarşılıqlı iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, “xxxx” MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1 302 000 (bir milyon üç yüz iki min) manat cərimə məbləğinin, 1473 (bir min dörd yüz yetmiş üç) manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda Cavabdeh MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
66. Ərizə belə əsaslandırılmışdır ki, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli GEMİ/ADO-G- **/** nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə müvafiq olaraq, podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişinin həyata keçirildiyi tarixdən hesablanmaqla 120 (yüz iyirmi) iş günü müddətində müqaviləyə uyğun olaraq təhvil verməlidir. Həmin müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq, müqavilə imzalandıqdan sonra sifarişçi podratçıya ilkin avans ödəmələrini ##.##.2024 tarixindən etibarən müəyyən edilmiş qrafikə uyğun olaraq, ümumilikdə 290 000 (iki yüz doxsan min) manat məbləğində ödəməlidir. Ödəniş tapşırıqlarına əsasən, ##.##.2025-ci il tarixinədək, ümumilikdə 313 000 (üç yüz on üç min) manat məbləğində ödəniş sifarişçi tərəfindən həyata keçirmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2023 tarixli № *-**/*-*-**/**** saylı qərarı ilə təsdiq edilmiş istehsalat təqviminə müvafiq olaraq tərəflər arasında bağlanış müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş işlərin təhvil verilməsinə dair 120 iş günlük müddət, ödəniş tapşırıqlarına müvafiq olaraq ##.##.2024-ci il tarixindən hesablanmaqla, ##.##.2024 tarixinədək olan müddəti əhatə etməlidir. Buna görə də, gecikmə müddəti ##.##.2024cü il tarixindən hesablanmalıdır. Müqavilənin 10.3-cü maddəsinə əsasən, podratçı müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə müqavilənin dəyərinin 0,3% (sıfır tam onda üç faiz) miqdarında sifarişçiyə cərimə ödəməlidir. 2024-cü il üzrə təsdiq edilmiş istehsalat təqviminə uyğun olaraq müəyyən edilmiş işlərin təhvil verilmə müddətinin son gününün ##.##.2024-cü il olduğunu nəzərə alsaq, ##.##.2024-cü il tarixindən etibarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin verildiyi ##.##.2025-ci il tarixinədək işlər 310 gündür təhvil verilmir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış müqavilənin 4.1, 5.1 və 10.3-cü maddələrinə müvafiq olaraq cərimə məbləği aşağıdakı qaydada hesablanmalıdır: Təhvil verilməyən işlərin dəyəri 1 400 000 və bu məbləğə hesablanmış günlük gecikmə faizi 0.3 hesablamaq günlük məbləğ 4200 manat təşkil edir. 4200 x 310 = 1 302 000 (bir milyon üç yüz iki min) manat.
67. “xxxx” MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, ödənilən 75 000 manatlıq məbləğ birinci müqaviləyə aiddir. Birinci müqavilə layihənin hazırlanması müqaviləsidir, ödəniş tapşırıqlarında öz əksini tapır və bu müqavilə üzrə mübahisə yoxdur. Qarşı tərəfin qeyd etdiyi 3cü müqavilə üzrə, yəni 41 536 manatlıq müqavilə üzrə təhvil-təslim olduğu üçün qaimə vurulmasa belə ödəniş tələb oluna bilər. Əslində isə bu müqavilə ilə bağlı qaimə may ayından əvvəl vurulmuş, sonradan ləğv edilmişdir. Əsas müqavilə üzrə 574 070 manat məbləğində (ƏDV daxil), üçüncü müqavilə üzrə isə 41 536 manat borc qalmışdır.
68. “xxxx” MMC-nin məhkəmə iclasında iştirak edən digər nümayəndəsi M.Əlizadə bildirmişdir ki, 41 536 manatlıq müqavilə üzrə e-qaimənin ləğvini iddiaçıdan qarşı tərəfin direktoru şifahi qaydada tələb etmiş, 2024-cü il tarixində qaimə vurulmuş və sistem tərəfindən təsdiqlənmişdir. Qarşı tərəf qaimənin ləğv olunmasını tələb etmiş, lakin sonradan qaimə vurulduqda qarşı tərəf təhvil-təslim aktı olmasına baxmayaraq bir neçə dəfə geri qaytarmışdır. İddianın ikinci tələbi olan müqavilə üzrə ilkin avans məbləği olan 299 000 manat məbləğ ##.##.2024-cü il tarixində tamamlanmışdır. 120 000 manat ödənilmiş və 290 000-dən artıq ödəniş olaraq müqavilə üzrə məbləğlər tamamlanmışdır.
69. Cavabdeh MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, ilkin iddiaçıya GEMi/ADO- G-**/** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcun yarandığını qəbul edirlər, lakin ilkin iddiaçı da onlara cərimə ödəməlidir. "GEMİ/ADO-G-01/2*-** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə isə pretenziyada müddəa öz əksini konkret tapmamış, iddia ərizəsi sonradan düzəldilmişdir, ona görə də mötəbər hesab olunmur. Qaimə 13 may tarixində təqdim olunduğu üçün pretenziya ondan sonra müddət gözlənilməklə göndərilməli idi. ## #### 2024-cü il tarixində ilkin avans üzrə ödənişlər tamamlanmışdır. Bundan 120 gün sonra işlər təhvil verilməli idi, lakin işlər təhvil verilməmişdir. Qarşı tərəf təhvil-təslim aktı göndərsə də, işlər qüsurlu olduğu üçün imzalanmamışdır.
70. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADOG- 01/2*-** saylı subpodrat müqaviləsi üzrə ƏDV daxil 41 536 manat əsas borc, 1662 manat dəbbə pulu; ##.##.2024-cü il tarixli GEMİ/ADOG-**/** saylı subpodrat müqaviləsi üzrə ƏDV daxil 574 070 manat əsas borc və 22 963 manat dəbbə pulu olmaqla, cəmi 640 231 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq 931 manatın və vəkil xərcinin əvəzi olaraq 350 manatın tutulub “xxxx” MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.
71. Məhkəmə ilkin iddia tələbi üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 71.1. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması məqsədi ilə sifarişçi Dövlət Sərhəd Xidməti və baş podratçı X6 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı X3 LTD Nümayəndəliyi olmuş, daha sonra X6 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı X3 LTD Nümayəndəliyi sifarişçi olmaqla “İCSS” MMC podratçı olmaqla müqavilə bağlanmış, daha sonra “İCSS” MMC sifarişçi Cavabdeh MMC podratçı olmaqla müqavilə bağlanmış, ən sonda isə Cavabdeh MMC sifarişçi, “xxxx” MMC subpodratçı olmaqla subpodrat müqaviləsi bağlanmışdır (işin mübahisəsiz halıdır.) 71.2. İlkin iddia üzrə tələb ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı və ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-01/2*-** saylı subpodrat müqavilələri üzrə əsas və cərimə məbləğinin tutulmasından ibarətdir. 71.3. ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-01/2*-** saylı subpodrat müqaviləsi üzrə 41 536 manat pulun tutulması tələbini məhkəmə əsaslı hesab edərək qeyd edir ki, tələb edilən məbləğ tərəflər arasında bağlanmış müqavilə və təhvil-təslim aktı ilə öz təsdiqini tapdığı üçün, bu hissədə iddia ərizəsi təmin edilməlidir. Cavabdehin (müqavilənin nömrəsi GEMİ/ADO-G-01/24-02 olduğu halda təhvil-təslim aktında müqavilənin nömrəsi kimi GEMİ/ADO-G-01/24 göstərilmişdir və həmin müqavilə üzrə qeyd edilən məbləğə dair iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilməmişdir) etiraz argumentlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, nəzərə alsaq ki, tərəflər arasında bağlanmış bütün müqavilələrin nömrələri bir-birinə oxşayır, təhvil-təslim aktında yol verilmiş texniki yalnışlıq anlaşılan olmalıdır, ikincisi, cavabdeh tərəf əgər 41 536 manat dəyərində işlər GEMİ/ADO-G-01/2*-** saylı müqavilə üzrə deyil, başqa müqavilə üzrə görülmüşdürsə, hansı müqavilə üzrə olduğunu əsaslandıra bilməmişdir, üçüncüsü iddiaçının təqdim etdiyi sənədlərdən və izahatından müəyyən olunur ki, 41 536 manatlıq e-qaimə cavabdehə göndərilmişdir və sistem tərəfindən təsdiq edilmişdir, lakin cavabdehin xahişi ilə iddiaçı həmin qaiməni ləğv etmiş, sonradan təkrar göndərildiyi halda e-qaimə cavabdeh tərəfindən təsdiq edilməmişdir, dördüncüsü, eqaimənin mövcüd olmaması işlərin görülməməsi anlamına gəlməməli, 41 536 manatlıq təhvil-təslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 71.4. ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi üzrə 574 070 manat pulun tutulması tələbini də məhkəmə əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Qeyd edilən müqavilə üzrə görüləcək işlərin cəmi dəyəri 1 400 000 manat (ƏDVsiz) olması və bu müqavilə üzrə ƏDV daxil 574 070 manat ödənişin cavabdeh tərəfindən edilməməsi işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi iddianın bu hissəsinə də etiraz edərək bildirmişdir ki, tərəflər arasında müqavilənin təhvil-təsliminə dair hər-hansı sənəd mövcüd olmadığı üçün, işlərin qüsursuz və tam təhvil verilmiş kimi giymətləndirilə bilməz, ona görə də həmin hissədə də iddianın rədd edilməsini xahiş edir. 71.5. Məhkəmə cavabdehin bu arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, müqavilənin 6.3.3-cü bəndinə əsasən heç bir əsaslı etirazı olmazsa, Podratçının təqdim etdiyi Təhvil-Təslim sənədlərini (Təhvil-təslim aktları, Forma 2, Forma 3) 5 iş (beş) günü ərzində təsdiq etmək sifarişçinin öhdəliklərindən biridir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Qurğunun ilkin sınağı bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş qaydada İşlərin Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. sifarişçinin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Sifarişçinin təqsirindən qurğunun ilkin sınaq olunması Müqavilənin 7.2.5-ci bəndində nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və Sifarişçi bu Müqavilənin 5.3.2,-ci bəndində nəzərdə tutulmuş müddətdə həmin bənddə nəzərdə tutulmuş məbləği Podratçıya ödəyir. Podratçı İşlərin yerinə yetirilməsi ilə bağlı aralıq sənədləri, Layihəni və smeta sənədlərini Sifarişçiyə təqdim edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ## ###### 2024-cü il tarixində Cavabdeh MMC-nin direktoruna məktub göndərərək tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-Ol/24 saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud "SLİP" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılmasının başa çatdığını və layihədə nəzərdə tutulmuş bütün işlərin yekunlaşdığını, qurğunun sınaqlara hazır olduğunun bildirmişdir. Lakin, cavabdeh həmin məktubu almaqdan imtina etmişdir. Daha sonra iddiaçı gördüyü işləri üst podratçıya təhvil vermək məcburiyyətində qalmış, hətta sınaq işlərinin aparılması üçün Müqavilənin 7.2.5-ci maddəsinə əsasən Cavabdeh MMC-nin görməli olduğu hazırlıq işlərini belə iddiaçı özü görmüşdür. Sınaqlar keçirilmiş, qüsurlar aradan qaldırılmış və işlər (Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş ##.##.2025-ci il tarixli “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair ** №-li Akt) tam icra edilmiş hesab edilmişdir. 71.6. İş materialları ilə müəyyən edilən hal ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçının səylərinə baxmayaraq cavabdeh-sifarişçi işlərin qəbulundan yayınmışdır. Cavabdehin nümayəndəsinin “##.##.2024-cü il tarixli məktubunun Cavabdeh MMC-yə göndərilməməsi/almaması” arqumentləri əsaslı hesab edilsə belə, yenə də iş materiallarında olan cavabdehə e-mail vasitəsi ilə göndərilən təhvil-təslim aktının cavabsız qoyulması, müqavilənin işlərin ilkin avans məbləği ödənildikdən sonra 120 iş günü müddətində təhvil verilməsi şərtinin mövcüdluğu və bu müddət ərzində (işlər görülməmişdirsə və ya qüsurlu görülmüşdürsə) cavabdehin iddiaçıya hər hansı tələb/pretenziya/iradın bildirilməməsi və nəhayət baxmayaraq ki, qarşılıqlı iddiada "xxxx” MMC-nin tələblərindən biri qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada təhvil verilməsi olmasına baxmayaraq məhkəmə araşdırılması zamanı qüsurlu işlərin nədən ibarət olmasını cavablandıra bilməməsi məhkəmə üçün o nəticəyə gəlməyə əsas verir ki, işlər iddiaçı tərəfindən qüsursuz yerinə yetirilib və təhvil verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi üzrə 574070 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. 71.7. İlkin iddia tələbinin digər hissəsi - GEMİ/ADO-G-01/2*-** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 88 679,36 manat məbləğində cərimənin və GEMi/ADO-G-**/** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 694 624,70 manat məbləğində cərimənin tutulması təşkil edir. İddia tələbini bu hissədə məhkəmə qismən əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan müqavilələr üzrə dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq ##.##.2024-cü il tarixli GEMİ/ADOG-01/2*-** saylı subpodrat müqaviləsi üzrə 1662 manat məbləğində, ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsi üzrə 22 963 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
72. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 72.1. Cavabdeh MMC-nin tələbi "xxxx” MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1 302 000 manat cərimə məbləğinin tutulması və qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsindən ibarətdir. 72.2. 1 302 000 manat cərimə məbləğinin "xxxx” MMC-dən tutulması tələbini məhkəmə əsassız hesab edərək aşağıdakıları qeyd edir. 72.3. Qarşılıqlı iddiaçı bildirir ki, ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə müvafiq olaraq, Podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişinin həyata keçirildiyi tarixdən hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Həmin Müqavilənin 5.1ci maddəsinə uyğun olaraq, Müqavilə imzalandıqdan sonra Sifarişçi Podratçıya ilkin avans ödəmələrini ##.##.2024 tarixindən etibarən müəyyən edilmiş qrafikə uyğun olaraq, ümumilikdə 290.000 AZN məbləğində ödəməlidir. Ödəniş tapşırıqlarına əsasən, ##.##.2025-ci il tarixinədək ümumilikdə 313 000 manat məbləğində ödəniş Sifarişçi tərəfindən həyata keçirmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2023 tarixli, № *-**/*-*- **/**** saylı qərarı ilə təsdiq edilmiş istehsalat təqviminə müvafiq olaraq tərəflər arasında bağlanış müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş işlərin təhvil verilməsinə dair 120 iş günlük müddət, ödəniş tapşırıqlarına müvafiq olaraq ##.##.2024-ci il tarixindən hesablanmaqla, ##.##.2024 tarixinədək olan müddəti əhatə etməlidir. Buna görə də, gecikmə müddəti ##.##.2024-cü il tarixindən hesablanmalıdır. 72.4. Müqavilənin 4.1-ci bəndinə əsasən podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən ilkin avans məbləği ƏDV-siz 290 000 manat təşkil edir. Qarşılıqlı iddiaçı bildirsə də ki, ilkin avans ödənişi ##.##.2024-cü il tarixində tamamlanmışdır, lakin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, avans ödənişi ##.##.2024-cü il tarixində tamamlanmışdır. Və həmin tarixdən 120 iş günü hesablandığı halda (bayram günləri nəzərə alınmadan belə) işlərin təhvil verilməli tarix təxminən ##.##.2025-ci il tarixinə təsadüf edir. Lakin məhkəmə hazırkı qətnamənin 96-100 §-rında qeyd edilənləri bir daha nəzərdən kerirərək hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin işlərin gecikdirilməsi halı müəyyən edilmir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh ##.##.2024-cü il tarixində işləri qarşılıqlı iddiaçıya təhvil verməyə hazır idi. Və hətta qüsurlar müəyyən edilmiş olsaydı belə, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə kimi də onları tamamlayıb, qüsursuz təhvil vermək imkanı da mövcüd idi. Lakin işin hallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı işlərin vaxtında təhvil alınmasından özü yayınmışdır, hərəkətsiz qalmışdır (##.##.2024-cü il tarixli məktubun qəbulundan imtina etmiş, göndərilən təhviltəslim aktına ümumiyyətlə münasibət bildirməmiş, keçən müddət ərzində işlərin vəziyyəti ilə maraqlanmamış, hər hansı irad/etiraz/tələb bildirməmiş və s.), belə olan halda qarşılıqlı cavabdeh hətta baş podratçıya işləri təhvil vermək üçün müqavilə üzrə onun öhdəliklərinə aid olmayan işləri belə icra etmək məcburiyyətində qalmışdır. 72.5. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ##.##.2024cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən üçün 1.302.000 AZN cərimə məbləğinin qarşılıqlı cavabdeh "xxxx” MMC-dən tutulması tələbi təmin edilə bilməz. 72.6. Qarşılıqlı iddianın - qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi tələbini də məhkəmə əsassız hesab edərək, rədd edilməli qənaətinə gəlir. Belə ki, birincisi, qarşılıqlı iddiaçı qüsurlu işlərin nədən ibarət olmasını məhkəmə araşdırılması zamanı bildirə bilməmiş, ikincisi, Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, işlər tam icra edilərək qüsursuz başa çatdırılmışdır.
73. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 390.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 752.1-ci, 753.1-ci, 756.1-ci, 756.1-ci, 756.2ci, 769-cu, 770-ci maddələrinə istinad etmişdir.
74. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Hesab edirik ki, məhkəmə tərəfindən işin halları düzgün qiymətləndirilməmiş, qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, mübahisənin əsasını Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “SLİP” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı işlərin görülməsi ilə bağlı müqavilə təşkil edir. Məhkəmənin mövqeyinə əsasən qeyd olunan müqavilə üzrə işlər başa çatdırılmış, lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər icra olunmamışdır. Məhkəmə əsassız olaraq iddiaçının işləri ##.##.2024cü il tarixdə təhvil verməsi ilə bağlı arqumentini qəbul etmişdir. İşlərin 2024-cü ilin noyabr ayında yekunlaşması ilə bağlı mülahizə iş materiallarında olan 2025-ci ildə tərtib edilmiş qüsur aktları və iddiaçının özünün təhvil aktını 2025-ci ilin mart ayında göndərməsi ilə açıq şəkildə təkzib olunur. İşlərlə bağlı qüsurların olması, 2025-ci il yanvar ayında bununla bağlı aktların imzalanması mövcud olduğu halda işlərin 2024-cü il noyabr ayında təhvil verilmiş hesab edilməsi qeyrimümkündür. Belə ki, ##.##.2025-ci il tarixli qüsur aktından birbaşa görünür ki, Sahil Mühafizəsi Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suya endirilməsi ilə bağlı sınaq uğursuz olmuşdur. İddiaçı özü də qəbul edərək bildirir ki, noyabr ayında məktub göndərilmiş lakin sınaqların yanvar ayında aparılmışdır. İddiaçının ##.##.2024-cü il tarixli, çatdırılması və tərtibi mübahisəli olan məktubu yalnız ilkin sınağın keçirilməsi ilə bağlı dəvətdir, heç bir halda təhvil faktı kimi qəbul edilə bilməz. Məhkəmə sadəcə olaraq iddiaçının mülahizələrini düzgün qiymətləndirmə aparmadan qəbul etmişdir. Məhkəmə eyni zamanda Tikintinin Layihələndirilməsi üzrə ##.##.2024cii il tarixli, GEM/ADO-G-Ol/** nömrəli müqavilə üzrə iddianı əsaslı hesab etmişdir. Lakin ilk növbədə bildiririk ki, həmin müqavilə ilə pretenziya təqdim olunmamış, qaimə iddianın təqdim edilməsindən sonra göndərilmiş və həmin müqaviləyə istinad olunan təhvil aktı iş materiallarında mövcud deyildir. Digər tərəfdən qarşılıqlı iddianın rədd olunması hissəsində də məhkəmə əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehin müqavilə tərəfi olaraq məhz ona işlərin qüsursuz təhvil verilməsi ilə bağlı iş materiallarında heç bir sübut olmadığı halda onun icranın gecikməsi ilə bağlı cərimənin tətbiqi tələbi təmin olunmamışdır. İşin faktiki hallarından tam olaraq aydındır ki, işlər razılaşdırılmış müddət ərzində qüsursuz olaraq təhvil verilməmişdir. Bu halda icranın gecikməsinə görə müqavilə ilə müəyyən olunmuş cərimənin tətbiq olunmaması üçün heç bir əsas mövcud deyildi. Beləliklə, işin faktiki hallarından aydın olur ki, məhkəmə tərəfindən əsassız və qanuni olmayan qərar qəbul edilmiş, məhkəmə yalnız bir tərəfin mülahizələrinə əsaslanmış və işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə iddiaçının ##.##.2025-ci il tarixdə göndərdiyini bildirdiyi məktubu mötəbər sübut kimi qəbul etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, həmin məktub mövcud olmuş olsa belə o ilkin sınağın aparılması üçün dəvətdir. İddiaçı işlərin təhvili ilə bağlı məktubunu yalnız ##.##.2025-ci il tarixində göndərmişdir. Digər tərəfdən məktuba qoşma kimi təqdim olunan qəbzdə “qəbuldan imtina edilib" qeydi yazılıb. Məhkəmə tərəfindən həmin qəbzin mötəbərliyi, həqiqətən belə bir qəbzin mövcudluğu araşdırılmamış, düzgün qiymətləndirmə aparılmamışdır. Məktubla bağlı bildiririk ki, belə bir məktub cavabdehə çatdırılmamış, tərəflər arasında danışıqlar iddiaçının özünün də dəfələrlə qeyd etdiyi kimi şifahi qaydada aparılmışdır. Məktubun mötəbərliyi ilə bağlı tərəfimizdən müvafiq sorğular verilmişdir. Müqavilənin 4.4-cü bəndinə əsasən işlərin bitirilmə vaxtı Tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunur. Müqavilənin 7.2.5-ci bəndinə əsasən son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Əgər belə bir məktub mövcud olmuş olsa belə bu məktub ilkin sınağın keçirilməsi ilə bağlı dəvətdir. İddiaçı özü bildirir ki, sınaqlar sonrakı tarixlərdə məhz iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Bu halda işlərin 2024-cü il noyabr ayında tam təhvil verilmiş olması ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız olmuş olur. İş materiallarında olan qüsur aktlarına isə məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Belə ki, aktlardan aydın olur ki, icra olunmuş işlərdə qüsurlar olmuşdur. Bu qüsur aktdan göründüyü kimi görülmüş işin texniki normalara uyğun icra olunmaması səbəbəbindən arabacığın hərəkətinin təmin olunmaması ilə bağlıdır. Qüsur arabacıqda yox, məhz arabacıq üçün iddiaçının qurduğu yeni yol ilə bağlıdır. Belə ki, arabacıq baş sifarişçiyə məxsus olmaqla həmişə mövcud olmuş, hazırkı layihə elə məhz həmin yolun uzadılması ilə bağlı olmuşdur. Yol lazımı qaydada uzadılmadığından arabacığın hərəkətinin təmin edilməsi mümkün olmamışdır və iş beləliklə qüsurlu hesab edilmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, 2025-ci il yanvar ayında (## ###### 2025-ci il tarixli müşahidə komissiyasının Aktı) işlə bağlı qüsurlar mövcud idi. İddiaçının müqavilə üzrə əsas öhdəliyi işləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə icra olunmasıdır. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, iddiaçının müqavilə tərəfi olduğu cavabdeh qarşısında öhdəliklərinin icrası ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir. Məhkəmə cavabdehin bildirdiyi mülahizələri təsdiq edən (qüsurlarla bağlı) sübutların təqdim edə bilməməsini onun əleyhinə qiymət verməsinə baxmayaraq, eyni qaydada iddiaçının də mülahizələrini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməməsini onun lehinə şərh etmişdir. Məhkəmə tərəfindən təmin edilən ##.##.2024-cü il tarixli, GEMİ/ADOG-01/24-02 saylr üqavilə üzrə tələb isə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılmalı olan tələb olduğundan təmin edilməsi əsassızdır. Eyni qaydada həmin müqavilə üzrə də (nömrə və tarixinə istinadla) təhvil barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Digər tərəfdən həmin müqavilənin 5.1 -ci bəndinə əsasən işlərin dəyəri İşlər Sifarişçiyə təhvil verildikdən sonra Podratçının Sifarişçiyə təqdim etdiyi elektron qaimə əsasında onun təqdim olundugu tarxdən etibarən 5 (beş) iş günü ərizndə Sifarişçi tərəfindən Podratçıya ödənilir. İş materiallarından müəyyən olunur ki, elektron qaimə iddia məhkəməyə təqdim olunduqdan sonra göndərilmiş, pretenziya təqdim olunmamışdır. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin çıxışını da təhrif etmişdir. Belə ki, məhkəmə iclasında bildirilmişdir ki, iddiaçı tərəfindən bildirilən ödəniş və qalıq məbləglə bağlı hesablamalar dogrudur. Lakin məhkəmə bu ifadəni iddia tələbinin qəbul edilməsi kimi qeyd etmişdir. İddia tələbi heç bir halda qəbul edilməmiş, iddiaçının öhdəliyinin icra etmədiyi və cavabdehə işlərin qüsursuz şəkildə təhvil verilmədiyi dəfələrlə bildirilmişdir. Göstərilən səbəblərdən məhkəmə qətnaməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı qərarı tamamilə əsassızdır. Məhkəmə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində də əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, işlər müqavilə üzrə razılaşdırılmış qaydada (120 gün ərzində) təhvil verilməmişdir. İşlərin 2024-cü il noyabr ayında təhvil verilməsi yalnız mülahizədən ibarətdir və heç bir əsaslı sübutla təsdiq olunmur. Müqavilənin 10.3-cü maddəsinə əsasən, Podratçı Müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə Müqavilənin dəyərinin 0,3% (sıfır tam onda üç faiz) miqdarında Sifarişçiyə cərimə ödəməlidir. Beləliklə tərəfimizdən verilmiş iddia ərizəsi ilə dəqiq hesablama aparılmaqla müəyyən olunmuşdur ki, işlər 310 gün gecikdirilmişdir. Qeyd olunan tələbimizin məhkəmə tərəfindən təmin edilməməsi üçün heç bir əsas olmamışdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
75. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
76. Cavabdeh MMC-nin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, məhkəmə iclaslarının vaxtı (yeri) barədə dəfələrlə lazımi qaydada məlumatlandırılmış “xxxx” MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
77. Cavabdeh MMC-nin nümayəndəsi suallara cavab olaraq həmçinin bildirmişdir ki, ## ###### 2024-cü il tarixli məktub təmsil etdiyi hüquqi şəxsə çatdırılmasa da, Cavabdeh MMC ilə “xxxx” MMC yaxın qohum olan şəxslərə məxsus olduğundan (ata-oğul), Cavabdeh MMC-nin sınaq işlərinin keçiriləcəyindən məlumatı olmuş, lakin sınaqda iştirak etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
78. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
79. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
80. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
81. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
82. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
83. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
84. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
85. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
86. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
87. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
88. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
89. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
90. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
91. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
92. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
93. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
94. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
95. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
96. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
97. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
98. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
99. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
100. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
101. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
102. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
103. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
104. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
105. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
106. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
107. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
108. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
109. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
110. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
111. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
112. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
113. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
114. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
115. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
116. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
117. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
118. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
119. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
120. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
121. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
122. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
123. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
124. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
125. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
126. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
127. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, həmin tələblə bağlı müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).
128. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
129. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
130. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 84, 85).
131. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı və GEMİ/ADOG-01/2*-** saylı subpodrat müqavilələrinin şərtlərindən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması işlərini görməyi və bu işlərin yerinə yetirilməsindən ötrü tələb olunan mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planlama islərini müqavilələrdə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməyi, Cavabdeh MMC isə yerinə yetirilmiş işləri Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında müqavilədə göstərilmiş qaydada qəbul etməyi və işlərin dəyərini vaxtında ödəməyi öhdələrinə götürmüşlər.
132. İlkin və qarşılıqlı iddiaçıların iddia tələblərinin əsaslandırdıqları faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələblərin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 91-107) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü podratçının, görülmüş işlərə görə ödənişlərin edildiyini və podratda qüsurların mövcudluğunu sübutetmə yükü isə sifarişçinin üzərinə düşür.
133. Hazırkı halda “xxxx” MMC təhvil-təslim sənədlərinə (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) istinad edərək işlərin vaxtında görüldüyünü və təhvil verildiyini bildirir; Cavabdeh MMC isə təhvil-təslim sənədlərinin yalnız podratçı tərəfindən təsdiqləndiyini, həmçinin həm işlərin vaxtında təhvil verilmədiyini, həm də qüsurlu olduğunu irəli sürür.
134. Qeyd olunmalıdır ki, podrat münasibətlərində işin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləndirildiyi halda keyfiyyətə, şərtləndirilmədiyi halda istifadəyə yararlığa uyğun olub-olmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, Forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər.
135. Yerinə yetirilmiş işin qəbul edilməsi sifarişçinin hüququ deyil, vəzifəsidir (§ 106), əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir.
136. İşin hallarından görünür ki, podratçı (ilkin iddiaçı) ## ###### 2024-cü il tarixində Cavabdeh MMC-nin direktoruna məktub göndərərək ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-Ol/24 saylı subpodrat müqaviləsi üzrə nəzərdə tutulmuş bütün işlərin yekunlaşdığını, qurğunun sınaqlara hazır olduğunun bildirmiş, lakin Cavabdeh MMC həmin məktubu almaqdan imtina etmişdir.
137. Apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, sözügedən məktub təmsil etdiyi hüquqi şəxsə çatdırılmasa da, Cavabdeh MMC ilə “xxxx” MMC yaxın qohum olan şəxslərə məxsus olduğundan (ata-oğul), Cavabdeh MMC-nin sınaq işlərinin keçiriləcəyindən məlumatı olmuş, lakin sınaqda iştirak etməmişdir.
138. İşin hallarından aydın olur ki, bundan sonra – ##.##.2024-cü il tarixdə - Cavabdeh MMC tərəfindən müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlər ötürülərək təşkil olunmaqla Sahil Mühafizəsi Xidmətinin “Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilərək gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolun birinci sınağı uğurla həyata keçirilsə də, Sahil Mühafizəsi Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suya endirilməsi ilə maili yolun sonuncu sınağı qurğunun qaldırma - endirmə mexanizmindəki çatışmazlıqlarla əlaqədar olaraq baş tutmamışdır.
139. Nəzərə alınmalıdır ki, müqaviləyə görə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqların, nəqliyyat vasitələrinin və s. təşkil və təmin edilməsi məhz Cavabdeh MMC-nin vəzifəsi olmuşdur (§ 15).
140. İşin hallarından görünür ki, ##.##.2024-cü il tarixindən sonra qurğunun sınaq olunmasından ötrü “xxxx” MMC tərəfindən öz vəsaiti hesabına yeni qaldırma - endirmə mexanizmi təşkil edilmiş, ##.##.2025-ci il tarixdə qurğu uğurla sınaq olunmuş, Quru tərsanənin kliboka birləşdirilmiş arabasına Sahil Mühafizəsinin, Franklin Offşor şirkətinin və "xxxx” MMC-nin nümayəndələrinin iştirakı ilə keçirilmiş baxış üzrə tərtib olunmuş ## ###### 2025-ci il tarixli “Müşahidə komissiyasının Aktı”nda isə “arabanın tam suya enmiş vəziyyətdə arxa kilbloklarının reyslər üzərində müşahidə edilmişdir və Geodeziya topoqrafik aparatı vasitəsi ilə ölçüləri çıxardılmışdır. Ölçülər aparılan zaman arabanın sağ qolunun sol qolundan 30 sm aşağı olması müşahidə edilmişdir. Araba orta vəziyyətə gətirildikdə isə qabaq sol qolun sağ qoldan 9 sm aşağı olması müəyyən edilmişdir” göstərilmişdir.
141. Yuxarıda qeyd olunduğu kimi, müşahidə komisiyasının ## ###### 2025-ci il tarixli Aktında qeyd olunmuşdur ki, “...göstərilmiş iradlar “xxxx” MMC tərəfindən tam aradan qaldırılmışdır. Arabacıq maili yolla sona kimi suya endirilmiş və sudan təkrar tam quruya tam axıra kimi çıxarılmışdır. Franklin Offşor şirkətinin direktoru, baş meneceri, layihə meneceri və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, arabacığın sınağı uğurla keçmiş və iradlar olmamışdır”.
142. İşin hallarından həmçinin aydın olur ki, ##.##.2025-ci il tarixdə Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və “Franklin Offshore İnternational PTE LTD” şirkətinin nümayəndələrinin iştirakı ilə “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair ** №-li Akt tərtib olunaraq qurğu həmin akt əsasında təhvil alınmış, ##.##.2025-ci il tarixdə isə “xxxx” MMC tərəfindən "xxxx” MMC-yə e-mail vasitəsi ilə ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı müqavilə üzrə ##.##.2025-ci il tarixli Təhvil-təslim Aktı göndərilərək aktın təsdiq olunması və qalan ödənişlərin ödənilməsi xahiş edilmişdir.
143. Beləliklə, ilkin iddiaçı gördüyü işləri üst podratçıya və əsas sifarişçiyə təhvil vermək məcburiyyətində qalmış, hətta sınaq işlərinin aparılması üçün müqavilənin 7.2.5-ci bəndinə əsasən Cavabdeh MMC-nin görməli olduğu hazırlıq işlərini belə ilkin iddiaçı özü görmüş, sınaqlar keçirilmiş, qüsurlar aradan qaldırılmış və işlər tam icra edilmiş hesab olunmuşdur (Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş ##.##.2025-ci il tarixli Akt).
144. Başqa sözlə, görünən odur ki, ilkin iddiaçının səylərinə baxmayaraq sifarişçi (Cavabdeh MMC) işlərin qəbulundan yayınmışdır və onun nümayəndəsinin “##.##.2024-cü il tarixli məktubun Cavabdeh MMC-nə göndərilmədiyi/alınmadığı” arqumentləri əsaslı hesab edilsə belə, Cavabdeh MMC-nə e-mail vasitəsilə göndərilən təhvil-təslim aktının cavabsız qoyulması, müqavilənin işlərin ilkin avans məbləği ödənildikdən sonra 120 iş günü müddətində təhvil verilməsi şərtinin mövcüdluğu və bu müddət ərzində (işlər görülməmişdirsə və ya qüsurlu görülmüşdürsə) ilkin iddiaçıya hər hansı tələb/pretenziya/iradın bildirilməməsi və nəhayət qarşılıqlı iddiada “qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada təhvil verilməsi” tələbinin də irəli sürülməsinə baxmayaraq, həmin “qüsurlu işlər”in nədən ibarət olmasının konkret izah edilə bilinməməsi işlərin ilkin iddiaçı tərəfindən qüsursuz yerinə yetirildiyi və təhvil verildiyi qənaətinə gəlməyə əsas yaradır.
145. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsinin və ya qəbul edilmiş hesab edilməsinin vacib əhəmiyyət daşıması ondan irəli gəlir ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Belə ki, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir, eyni zamanda, sifarişçinin qüsurlarla bağlı tələb hüququ da işin qəbul edilməsi ilə bağlıdır. Belə ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (§ 107).
146. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddiaçı tərəfindən görülmüş işlər sifarişçi (Cavabdeh MMC) tərəfindən qəbul olunmuşdur.
147. Şərh olunanları ümumiləşdirən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ##.##.2024-cü il tarixli GEMİ/ADOG-**/** saylı subpodrat müqaviləsi üzrə Cavabdeh MMC-dən görülmüş işlərin dəyəri qismində ƏDV daxil 574 070 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin xeyrinə tutulması nəticəsinə gəlmişdir.
148. Kollegiya məhkəmənin, Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADOG-**/** saylı subpodrat müqaviləsi üzrə müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:
149. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
150. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
151. Kollegiya, ilkin iddiaçının (podratçının) “GEMİ/ADO-G-01/2*-** saylı ##.##.2024-cü il tarixli subpodrat müqaviləsinə əsaslanan tələbi üzrə gəlinən nəticə ilə də razılaşır və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət görmür.
152. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh MMC-nə 41 536 manatlıq e-qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş, sonradan ləğv olunaraq təkrarən göndərilən e-qaimə təsdiqlənməsə də, 41 536 manatlıq təhvil-təslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
153. Qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:
154. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının “qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi” tələbi üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmamış, onu işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
155. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
156. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
157. Bu kontekstdə kollegiya hesab edir ki, müvafiq hissədə qətnamə ləğv olunmaqla, həmin iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
158. Belə ki, podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§ 96) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.
159. Podratın nəticəsinin qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, işin nəticəsinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydalara uyğun olmaması və podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür.
160. Podratın nəticəsinin qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün ilk olaraq müqavilə tərəfləri arasında keyfiyyətə dair şərtlərin müəyyən edilib-edilməməsi dəqiqləşdirilməlidir. Keyfiyyətə dair şərtlər müəyyən edildikdə, podratın nəticəsinin yalnız şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlməməsi müəyyən edilməli və bu zaman yerinə yetirilmiş podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması nəzərə alınmamalıdır. Belə ki, Mülki Məcəllənin 752.1 və 762.1ci maddələrinin birgə təfsirinə görə podratçı podrat müqaviləsində nəzərdə tutulan işi müqavilə ilə şərtləşdirilmiş keyfiyyətdə icra etmək öhdəliyini daşıyır. Müqavilə ilə şərtləndirilmiş keyfiyyətin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması riskini isə sifarişçi daşıyır.
161. Podrat müqaviləsi ilə keyfiyyət şərtləşdirilmədikdə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Belə olan hallarda, həmçinin podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması da müəyyən edilməlidir. Belə ki, həmin norma və qaydaların tələblərinə uyğun olmayan əşya istifadə üçün yararlı hesab oluna bilməz.
162. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda Mülki Məcəllənin 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.
163. Tərəflər arasında bağlanmış müqavilələrdə və Əlavədə müqavilənin keyfiyyəti və görülməli olan işlərin məzmunu ətraflı şəkildə tənzimlənməmiş, ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı subpodrat müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmişdir ki, layihəçi layihəni və layihə-smeta sənədlərini Azərbaycan Respublikası dövlət ekspertiza orqanlarında təsdiq edilməsi üçün tələb olunan səviyyədə hazırlamalı və dövlət ekspertiza orqanlarına təqdim edib müsbət rəy almalıdır.
164. Bununla bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 79). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
165. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər olaraq müqavilələrin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görülən işin keyfiyyəti ilə bağlı konkret meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.
166. Həmin ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə (§ 96), görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
167. Şərh olunan meyara əsasən sifarişçi (Cavabdeh MMC), yuxarıda göstərilən hallardan birini sübut etməlidir – hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.
168. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
169. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab edir ki, sifarişçi (Cavabdeh MMC) yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir.
170. Xüsusilə nəzərə alınmalıdır ki, ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı müqavilənin 7.2.3-cü bəndində tərəflər, təhvil-təslim vaxtı işlərdə nöqsanlar və ya çatışmazlıqlar ortaya çıxacağı təqdirdə tərəflər arasında qüsur aktının tərtib olunacağı və bu halda təhvil-təslim sənədlərinin podratçı tərəfindən qüsurlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 3 (üç) gün ərzində imzalanacağı, 7.2.4-cü bəndində isə, qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməyəcəkləri halda, qüsurların mövcud olub-olmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspertin verəcəyini razılaşdırmışlar; hazırkı işin müəyyən olunan halı isə ondan ibarətdir ki, sifarişçi işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı podratçıya hər hansı pretenziya ünvanlamamış, qüsur aktının tərtib olunması ilə bağlı təşəbbüs göstərməmiş, qüsurlar varsa onların aradan qaldırılması üçün podratçıya müraciət etməmişdir – hansı ki, bu bilavasitə qanunvericiliyin tələbidir və qanunun mənasına görə, sifarişçi qüsuru özü o halda aradan qaldıra bilər ki, podratçı əlavə icradan imtina etmiş olsun, yaxud əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarsın.
171. Kollegiya qəbul edir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından sui-istifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, sadəcə sifarişçinin şifahi bildirdikləri əsasında işlərin qüsurla icra olunduğu qəbul edilə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.
172. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, sifarişçi işlərin qəbul aktını təsdiqləməsə də, bunun hər hansı səbəbini göstərməmiş, işlərin görülməsi ilə bağlı qüsur aktı tərtib etməmiş, uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər həcmli işlərin icra olunubolunmadığı ilə maraqlanmamasının və əlavə tədbirlər görməməsinin ağlabatan izahını verməmişdir.
173. Həmçinin nəzərə alınmalıdır ki, işin (podratın) üst podratçıya və əsas sifarişçiyə təhviltəslim edilməsinə dair tərtib olunmuş ##.##.2025-ci il tarixli aktda “işlərin tam icra edilmiş hesab olunduğu”, habelə “nöqsanlar aşkar edilmədiyi” göstərilmişdir.
174. Qarşılıqlı iddiaçının “xxxx” MMC-dən ##.##.2024-cü il tarixli GEMİ/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1 362 900 manat cərimə məbləğinin xeyrinə tutulması” tələbi üzrə gəlinən nəticə ilə isə kollegiya ümumiyyətlə razılaşmır və hesab edir ki, məhkəmə, müəyyən edilmiş faktları düzgün qiymətləndirməmişdir.
175. Belə ki, podratçının (ilkin iddiaçının) müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 (bir yüz iyirmi) iş günü müddətində təhvil verməli olduğu (§ 4), işlərin bitirilmə vaxtının tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunduğu (§ 5), podratçı tərəfindən sifarişçiyə təqdim olunan son Təhvil- Təslim Aktının ən geci 15 (on beş) iş günü ərzində imzalanacağı, əgər bu müddətdə əsassız olaraq imzalanmazsa sifarişçi tərəfindən qəbul edilmiş hesab ediləcəyi (§ 6) müqavilə ilə razılaşdırılmış şərtlərdir.
176. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, ilkin avans ödənişi ## #### 2024-cü il tarixində həyata keçirilmiş, Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və “Franklın Offshore İnternational PTE LTD” şirkətinin nümayəndələrinin iştirakı ilə ##.##.2025-ci il tarixdə “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhviltəsliminə dair ** №-li Akt tərtib olunmuş, qurğu həmin akt əsasında təhvil alınmış, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə "xxxx” MMC-yə e-mail vasitəsi ilə ##.##.2024-cü il tarixli GEMi/ADO-G-**/** saylı müqavilə üzrə ##.##.2025-ci il tarixli Təhvil-təslim Aktı göndərilərək aktın təsdiq olunması və qalan ödənişlərin ödənilməsi xahiş edilmiş, lakin təhvil-təslim aktı Cavabdeh MMC tərəfindən təsdiqlənməmişdir.
177. Rəsmi istehsalat təqviminə əsasən, ## #### 2024-cü il tarixindən etibarən hesablanacaq 120 iş günü ## ###### 2025-də başa çatır və belə olan halda, müqavilənin 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla, “xxxx” MMC-nin işin təhvilini 52 gün gecikdirdiyi qəbul olunmalıdır.
178. Belə ki, Cavabdeh MMC-nin ona ##.##.2025-ci il tarixdə göndərilmiş təhvil-təslim aktını təsdiq edib-etməməsindən asılı olmayaraq, işin (podratın) əsas sifarişçisi ##.##.2025-ci il tarixdə işi təhvil almış, müvafiq təhvil-təslim aktında nöqsanların aşkar edilmədiyi qeyd olunmuşdur – işin təhvil verilməli olduğu ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər ötən müddət isə 52 gün (dövrün başladığı və bitdiyi günlər nəzərə alınmadan) təşkil edir.
179. Bu kontekstdə kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının müvafiq iddia tələbi qismən təmin olunmalı, işin təhvilinin gecikdirildiyi 52 günlük müddət üçün hesablanması mümkün olan 218 400 manat (1 400 000 x 0,3 % = 4200 manat (günlük) x 52 gün = 218 400 manat) cərimə məbləği mütənasib şəkildə azaldılaraq, ilkin iddiaçıdan 20 000 (iyirmi min) manat Cavabdeh MMCnin xeyrinə tutulmalıdır.
180. Tənasübü müəyyənləşdirərkən kollegiya qanunvericinin təsbit etdiyi kriteriya (§ 90) ilə yanaşı, işin hallarını, qarşılıqlı iddiaçının davranışlarını, həmçinin ilkin iddiaçının cərimə tələbinə olan yanaşmanı (həmin tələb üzrə məbləğin azaldıldığını) əsas götürür və “bərabər mənafelərə bərabər nisbət” prinsipini nəzərə alır.
181. Qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
182. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh MMC-nin “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin gecikdirilməsinə görə hesablanmış cərimənin tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. “xxxx” MMC-dən 20 000 (iyirmi min) manat Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qarşlıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev Səməd Cəfərov