Məhkəmə qərarları › İş №2-2(3-6)-691/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-691/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-691/2026 28.08.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qəbul olunması, yerinə yetirilmiş işin haqqı, podratın qüsurları, müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, öhdəliyin icrasının gecikdirilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova SəadətRəşidqızındanvəİmanovAzadNizamoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) X7, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi (vəkili)Vəkil/Nümayəndəİsmətoğlunun,digərnümayəndəsi(qanunitəmsilçisi)X8iştirakıilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. “xxxx” MMC (sifarişçi) ilə İddiaçı (icraçı) arasında ## ####### 2023-cü il tarixdə **/** nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı, sifarişçinin Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villasının landşaft işlərinin yerinə yetirilməsi üzrə Əlavə 1 “Smeta”da göstərilmiş işləri icra etməyi, sifarişçi isə icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinəgötürmüşlər.

2. Müqavilənin 1.2-ci bəndinə görə, göstərilən xidmətlərin həcmi müqaviləyə Əlavə 1 “Smeta” ilə müəyyənləşdirilir; 1.3-cü bəndinə görə, xidmətin göstərilməsi müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir; 2.1-ci bəndinə görə, xidmətin göstərilməsi ilkinsifarişüzrəhəyatakeçirilir.Göstəriləcəkxidmətinsifarişisifarişçitərəfindənverilir.

3. Müqavilənin 2.4-cü bəndinə görə, icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktıimzalanmaqlasifarişçitərəfindəntəhvilalınır.

4. Müqavilənin 4.2-ci bəndinə görə, müqavilə üzrə hesablaşmalar nağd qaydada həyata keçirilir.

5. Müqavilənin 5.2-ci bəndinə görə, bu müqavilədə Əlavə 1 “Smeta”da qeyd olunan müddətnəzərdətutulur.

6. Müqavilənin Əlavəsinə əsasən, görülən işlərin dəyərinin 655 297,26 ABŞ dolları olmasırazılaşdırılmışdır.

7. X9 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış ##.##.2023-cü il tarixli **-**/** nömrəli alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (aqlay məhsulu) alıcı tərəfindən satıcıya sifariş verilməsi, satıcı tərəfindən sifariş verilən malların hazırlanması və alıcıya təqdim edilməsi, alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi ilə bağlı münasibətlərintənzimlənməsitəşkiledir.

8. Həmin müqavilənin 2.1-ci bəndinə görə, müqavilənin ümumi dəyəri müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 283 000 (iki yüz səksən üç min) manat təşkil edir. Mallar hazırlandığı gündən 3 iş günü ərzində malların ümumi dəyəritamödənilməlidirvəbundansonramallaralıcıyatəhvilverilir.

9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış ##.##.2023-cü il tarixli **-**/** nömrəli alqı-satqı müqaviləsinə əsasən, bu müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) alıcı tərəfindən satıcıya sifariş verilməsi, satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və alıcıya təqdim edilməsi, alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmişpulməbləğininödənilməsiiləbağlımünasibətlərintənzimlənməsitəşkiledir.

10. Həmin müqavilənin 2.4-cü bəndinə görə, müqavilənin ümumi dəyəri müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 115 000 (yüz on beş min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonramallaralıcıyatəhvilverilir.

11. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış ##.##.2023-cü il tarixli **-**/** nömrəli alqı-satqı müqaviləsinə əsasən, bu müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) alıcı tərəfindən satıcıya sifariş verilməsi, satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və alıcıya təqdim edilməsi, alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmişpulməbləğininödənilməsiiləbağlımünasibətlərintənzimlənməsitəşkiledir.

12. Həmin müqavilənin 2.4-cü bəndinə görə, müqavilənin ümumi dəyəri müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 107 000 (yüz yeddi min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonramallaralıcıyatəhvilverilir.

13. İddiaçılə Cavabdeh MMC-nin adından çıxış etdiyi bildirilən Leyla xanım adlı şəxs arasında “WhatsApp” proqramı vasitəsilə ##.##.2024-cü il tarixdə baş tutan danışıqda İddiaçı “belə ədalətsizlik olmaz, ən çirkli işləri mənə gördürüblər, indi də deyirlər daşları öz adamlarımız vuracaq” şikayətlənməsi edərək, “istəmirəm, layihədən çıxacağam, saxlayıram işlərimi də” demiş, Leyla xanım isə “mən gəlim danışarıq, tam çıxmaq üçün pulu qaytarmaq lazım olacaq, məncə tələsmə”bildirmişdir.

14. İddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh MMC-nə pretenziya məktubu ünvanlayaraq (məktub ##.##.2024-cü il tarixdə poçta verilmişdir), MMC-nin landşaft işlərinin həyata keçirilməsi üçün tələb olunan lazımı şəraiti yaratmaq öhdəliyinin olduğunu, lakin bu öhdəliyini öhdəliyini yerinə yetirmədiyini, müqavilənin icrası ilə bağlı tərəfindən bir çox yüksək səviyyədə işlər görülməsinə baxmayaraq, ## ##### 2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən ərazidən uzaqlaşdırılması barədə əsassız göstəriş verildiyini, dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyini yerinə yetirib onu əraziyə buraxmaqdan imtina etdiyini, özünü Cavabdeh MMC-nin təsisçisi kimi təqdim edən Adilə xanımın və müəssisənin adından çıxış edən Leyla xanımın da ərazidən çıxması barədə göstərişlər verdiklərini, məcburən konteynerlərini götürərək ərazidən uzaqlaşdığını bildirmiş, ##.##.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, sabahkı gündən etibarən işlərin görüləcəyi Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villanın landşaft işlərinin həyata keçirilməsi üçün əraziyə buraxılmasını, avans ödənişinin tam həcmdə edilməsini, bunu təmin etmədikləri təqdirdə isə müqaviləyə xitam verməklə 461 495 ABŞ dolları borcun 5 iş günü müddətində bank hesabına ödənilməsinixahişetmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 2023-cü il ## ####### tarixli **/** nömrəli xidmət müqaviləsinə xitam verilməklə, həmin müqavilə əsasında görülmüş işlərin və alınmış malların dəyəri olaraq 633576,5 manat yaranmış borcun, həmçinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məbləği ödədiyi günə münasibətdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik beş faiz məbləğində əlavə vəsaitin və 925 manat dövlət rüsumunun onun bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasınıxahişetmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə ## ####### 2023cü il tarixdə **/** nömrəli xidmət müqaviləsi bağlamışdır və həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən Cavabdeh MMC-nin Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villanın landşaft işlərinin həyata keçirilməsi üçün tələb olunan lazımı şəraiti yaratmaq öhdəliyi mövcuddur. Lakin Cavabdeh MMC qeyd olunan öhdəliyini yerinə yetirmir. Müqavilənin icrası ilə bağlı tərəfindən bir çox yüksək səviyyədə işlər görülməsinə baxmayaraq, ## ##### 2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən ərazidən uzaqlaşdırılmağı barədə əsassız göstəriş verilmişdir. Dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina edərək onu əraziyə buraxmaqdan imtina etmişdir. Cavabdeh MMC-nin təsisçisi və işlərə əsas nəzarəti edən Adilə xanım və müəssisənin adından çıxış edən Leyla xanım da həmçinin ərazidən çıxması barədə göstərişlər vermişlər. O da məcburən konteynerlərini götürərək ərazidən uzaqlaşmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmələri üçün ## ##### 2024-cü il tarixli pretenziya göndərmiş, ərazisində sifarişi icra etdiyi mülkiyyətçinin işinin yubanmaması, işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün müqavilə öhdəliklərini yerinə yetirməyi və onu əraziyə buraxmalarının ən uğurlu tərəfdaşlıq olacağını vurğulamışdır. Lakin buna da məhəl qoyulmamışdır. Hazırda görülmüş işlərin dəyəri və müqavilənin icrası üçün tərəfindən digər bir müəssisəyə sifariş verilmiş mal-materialların (qranit, prila və aqlay məhsulları) dəyəri ödənilməlidir. Həmçinin Cavabdeh MMC-nin müqaviləyə əlavədə göstərilən tam məbləği avans olaraq ödəmək öhdəliyi vardır. Çünki, sifariş verdiyi məhsullar ölkə ərazisinə idxal olunub və hazırda Cavabdeh MMC-nin ödəniş etməməsinə görə ona cərimə məbləğləri, dəbbə pulu və faizlər, həmçinin bunlardan başqa anbarda saxlanılması üçün icarə haqqı hesablanır. Bütün bunlara baxmayaraq, işin yubanmaması, tərəfdaşlığın davamı üçün bütün lazımı tədbirləri görməyə çalışsa da, Cavabdeh MMC müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən edilməli olan avans ödənişini də tam olaraq ödəmir. Halbuki, sifariş verilmiş mallar gətirilməzdən əvvəl və görülmüş işlər görülməzdən əvvəl Cavabdeh MMC avans olaraq həmin işlərin dəyərini ödəməli idi. Qeyd edilən müqavilə üzrə 461 495 dollar (784 541,5 manat) məbləğində tərəfindən işlər görülmüş və materiallar sifariş verimişdir. Cavabdeh MMC müxtəlif vaxtlarda (50 000, 34 000, 34 000, 2000, 2000, 17 000, 5000, 5000, 770, 1195 manat olmaqla) cəmi 150 965 manat vəsait vermişdir. Hazırda Cavabdeh MMC ona görülmüş işlərdən və sifariş verilmiş mallardan 633 576,5 manat vəsait borcludur. Sifariş verilmiş malların yarısı artıq istifadə olunmuşdur, lakin nəinki tam avans məbləğini ala bilməmiş, heç gördüyü işlərin və sifariş üzrə hazır olan malların dəyərini belə Cavabdeh MMC ödəmir. Bu azmış kimi onu işin icrasından uzaqlaşdırır. Bunun da məqsədi əsas işlərin çox hissəsini görməyidir. İşin sonlandırılmasına yaxın ərəfədə Cavabdeh MMC-nin bu cür qeyri-adekvat hərəkəti onun əldə edəcəyi gəlirə sahib olmaqdır. ## ####### 2023-cü il tarixli **/** nömrəli xidmət müqaviləsinin 2.2-ci, 3.1.1-ci və 3.1.3cübəndləriCavabdehMMCtərəfindənyerinəyetirilmir.

17. İddiaçı ##.##.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ## ####### 2023-cü il tarixli **/** nömrəli xidmət müqaviləsinin ləğv olunması, görülmüş işlərin dəyəri olaraq 168 011 ABŞ dolları (285 618,7 manat), vurulan qranit, tamet və aqlay mallarının dəyəri olaraq 96 520,805 ABŞ dolları (164 085,36 manat), Cavabdeh MMC tərəfindən müqavilə üzrə tələb olunaraq sifariş olunmuş anbarda saxlanılan aqlay və qranit məhsullarının dəyəri olaraq 233 145,225 ABŞ dolları (396 346,34 manat), ödənişin gecikdirilməsinə görə illik 5% olmaqla 5 aylıq gecikdirmə üçün 17 626,05 manat, ümumilikdə cəmi 863 676,61 manat vəsaitin və 1154 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ona ödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

18. Cavabdeh MMC isə ##.##.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı 240 000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun, ümumilikdə 240530manatıntutulubonaödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

19. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” MMC ilə İddiaçı arasında ##.##.2023-cü il tarixli **/** nömrəli xidmət müqaviləsi bağlanılmış, müqavilənin ümumi dəyəri 655 297 (altı yüz əlli beş min iki yüz doxsan yeddi) ABŞ dolları, yəni 1114 004 (bir milyon yüz on dörd min dörd) manat olmuşdur. Müqavilə üzrə İddiaçı Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villanın müqavilənin smetasında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirməli idi. İlkin olaraq Cavabdeh MMC-nin yuxarıda qeyd edilən ünvanında mal-materialların sifariş verilməsi və müəyyən işlərin görülməsi üçün İddiaçı 255 000 (iki yüz əlli beş min) manat nağd qaydada verilmişdir. Bununla bağlı o, müqavilənin “xxxx” MMC-də olan nüsxəsinə pulu almasını təsdiq edən qeydə öz imzasını çəkmişdir. Daha sonra İddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda İddiaçı 150 965 (yüz əlli min doqquz yüz altmış beş) manat məbləğində pul verilmişdir. Ümumilikdə İddiaçı 405 965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat verilmişdir. Lakin İddiaçı öhdəliklərini gec və keyfiyyətsiz icra etməyə davam etmişdir. Belə ki, ona dəfələrlə sifarişçi qarşısında vaxt öhdəliklərinin olması bildirilsə də, o gördüyü bütün işləri ləngitmiş və işlərin bir çoxunun keyfiyyətsiz icra etmişdir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunacaqdır. İddiaçı müqavilə öhdəliklərini düzgün və lazımı qaydada yerinə yetirmədiyi üçün ona dəfələrlə xəbərdarlıq edilmiş, keyfiyyəti və danışılmış forma tələb olunmuşdur. Lakin İddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək, işin vaxtında icra olunması üçün heç bir tədbir görməmişdir. Həmçinin tələb edilmiş materiallar lazımı formada təmin edilməmişdir. İddiaçı göstərdiyi işlərin görülməsi üçün lazımı şəraitin yaradılması ilə bağlı təklifinə Cavabdeh MMC heç zaman mane olmamışdır. Bu gün də İddiaçı öhdəliyində olan keyfiyyətdə mal-materialın onun tərəfindən təmin edilməsinə və əraziyə gətirilməsinə etiraz edilmir. "xxxx” MMC şirkəti isə sifarişçi qarşısında öhdəliklərini keyfiyyətli və vaxtında yerinə yetirmək üçün həmçinin, şirkətin işgüzar nüfuzunu qorumaq məqsədi ilə ziyana düşməklərini də gözə alaraq, digər idxalçılardan material tədarük edir. Bu da əlavə xərclərin çəkilməsinə gətirib çıxarır. İddiaçı ümumilikdə 160 000 (yüz altmış min) manat məbləğində işlər görsə də, qalan heç bir öhdəliyini icra etməmiş, əvəzində isə Cavabdeh MMC-dən ümumilikdə 405 965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat almışdır. Bununla da İddiaçı tərəfindən Cavabdeh MMC-yə 240 000 (iki yüzqırxmin)manatməbləğindəziyanvurulmuşdur.

20. Cavabdeh MMC ##.##.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 271 604 manat pul vəsaiti və ödənilmiş 530 manat dövlət rüsumu olmaqla, ümumilikdə 272 134 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasınıxahişetmişdir.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsini məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, Cavabdeh MMC tərəfindən ona müqavilə üzrə yalnız 150 965 manat ödənilmiş, müqavilə bağlanan zaman ona hər hansı avans (Cavabdeh MMC-nin iddia etdiyi kimi 255 000 manat) verilməmişdir. Müqavilənin əlavəsində olan imzalar onun tərəfindən icra edilsə də, imza edilən zaman orada pulun ödənilməsi ilə bağlı hər hansı qeyd olmamış, müqavilənin əlavəsini özü həm yuxarı, həm də aşağı hissədə imzalamışdır. Müqavilə üzrə hər hansı təhvil aktı imzalanmamış, tərəfindən müqavilə üzrə mallar sifariş edilmiş, bir hissəsi İrandan idxal edilmiş, qalan hissəsi yerli bazardan alınmış, həmin malların dəyəri Cavabdeh MMC tərəfindənödənilməmişdir.

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ilkin iddianın “müqavilənin ləğvi” hissəsinin təmin edilməsinə etiraz etmir.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Adilə Haqnəzərova qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müqavilə üzrə görülmüş işlərlə bağlı hər hansı təhvil aktı olmasa da, Cavabdeh MMC İddiaçı tərəfindən ümumilikdə 119 439,71 dollar həcmində işlərin görülməsini qəbul edir, bundan əlavə, həmin Forma 2 sənədində öz əksini tapmasa da, İddiaçı tərəfindən Cavabdeh MMC-nə əlavə olaraq 120 kv.metr qranit verilmiş, həmin qranit İddiaçı layihəni tərk etdikdən sonra Cavabdeh MMC tərəfindən vurulmuş, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən sökülərək atılmışdır. İddiaçı Cavabdeh MMC tərəfindən müqavilə bağlanan zaman 255 000 manat avans verilmiş, həmin vəsait nağd qaydada şəxsən İddiaçı ödənilmiş, o, həmin pulu almasını imzası ilə təsdiq etmişdir. Tərəflərindən yaranmış mübahisə ilə bağlı polis orqanına şikayət edilmiş, İddiaçı polisdə verdiyi izahatında ümumiyyətlə həmin pulu alması ilə bağlı imzanın ona məxsus olmamasını bildirmişdir. Cavabdeh MMC layihə üzrə işlərin yubanmaması üçün dəyərini ödəmiş olduğu malların onlara təhvil verilməsini dəfələrlə İddiaçı tələb etsə də, həmin mallar onlara təhvil verilməmiş, malların gömrükdə olması, onların sənədləşməsi üçün əlavə olaraq 50 000 dollar pulun ödənilməsi tələb edilmiş, bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı tərəfindən alınması iddia edilən malları Cavabdeh MMC ümumiyyətlə görməmişdir. Daha sonra cavabdeh həmin malları məcbur olaraq özü öz vəsaiti hesabına almış, layihə üzrə işləri tamamlamış,hazırdaümumiyyətləhəminmallarahərhansımarağıqalmamışdır.

24. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış **/** nömrəli ##.##.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı ##.##.2023-255.000 AZN" əlyazmalarının qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış **/** nömrəli ##.##.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı ##.##.2023-255.000 AZN” əlyazmaları - İddiaçı tərəfindənyox,başqaşəxstərəfindənicraolunmuşdur”.

25. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəydə göstərilmişdir ki, “tədqiqata təqdim edilmiş e-*-*(***)-****/**** saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8ci vər.) "ƏDV daxil deyil” yazısının yanındakı imzanın rəngləyiciləri "aldım: İddiaçı ##.##.2023- 255.000 AZN” yazılarının və imzanın rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş e-*-*(***)-****/**** saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) "ƏDV daxil deyil” yazısının yanındakı imzanın "aldım: İddiaçı ##.##.2023-255.000AZN” yazılarınınvəimzanınicravaxtınımüəyyənetməkmümkünolmadı”.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-nin bütün layihələri üzrə hesabatlar və kommersiya məsələləri ilə bağlı fəaliyyət göstərir. İddiaçı şəxsi bağ evində mebel işi ilə bağlı olaraq fəaliyyətini bəyənmiş, Bilgəh layihəsinə landşaft işləri ilə bağlı cəlb olunmasına vasitəçilik etmişdir. Seymura avans məbləği kimi işi başlamaq, materialları almaq üçün 255 000 manat vəsait verilmişdir. Müqavilədə ödənişin məzənnəsi dollar göstərilsə də, ödənişlər Azərbaycan manatı şəklində verilmişdir. Müqavilə dəyəri 655 297 dollar idi. Qranit İrandan, aqlay isə Bakıdan alınmalı idi. Müqaviləyə görə İddiaçı 1500 kv.m qranit, təxminən 2000 kv.m aqlay almalı idi. Dekabr ayında layihə üzrə işlərə başlanılsa da, 2024-cü ilin fevral ayının sonunda fiziki olaraq işlər başlanılmışdır. Müqavilə üzrə 7 ay ərzində 2024-cü ilin may ayında işlər yekunlaşmalı idi. Müqavilə üzrə müəyyən həcmdə işlər görüldükdən sonra Forma-2 aktı imzalanmalı idi, lakin İddiaçı kifayət qədər həcmdə iş görmədiyi üçün müqavilə üzrə Forma-2 aktı imzalanmamışdır. Seymurun gətirdiyi materiallarda olan uyğunsuzluqlar, onların düzülüşü sifarişçi tərəfindən bəyənilmədiyindən bu məsələlərlə bağlı Adilə xanıma narazılıqlar olunurdu. Bunun nəticəsində Seymura irad bildirdikdə o, sıxışdırıldığını, işləyə bilmədiyini bildirirdi. Bütün materiallar dekabr-fevral ayında gəlməli idi, lakin Seymur müxtəlif bəhanələrlə malların gələcəyini bildirsə də, mallar gecikdirilirdi. Beləlikdə 2024-cü ilin mart ayında Seymur sahəni tərk etdi. Sahəyə gətirilməyən materialları heç vaxt görməmişlər. Seymur, materialların gömrükdən çıxarılması üçün əlavə pul tələb etmişdi, buna baxmayaraq, sonradan malların təslim olunmadığı açıqlanmışdır. Seymur, bir neçə dəfə video göndərmiş, orada malların gəmiyə yükləndiyini göstərmişdi, lakin sahəyə mal gəlməmişdir. Malların gətirildiyi Seymur tərəfindən iddia edilsə də, invoys sənədlərində onun adı yoxdur. İlk dəfə 255 000 manat, sonra isə əlavə olaraq 10 000 dollar və 30 000 dollar vəsait Seymura ödənilmişdir. Seymur, gömrükdən malları çıxartmağa bir neçə dəfə cəhd edib, lakin sonuncu mal haqqında məlumat verilməmişdir. Sifariş etdiyi malları verməməsi və əlavə pul istəməsi məsələləri mübahisə yaradıb. Qranit və aqlay ilə bağlı yaranan problemlər, malın keyfiyyəti və uyğunsuzluğu ilə bağlı bir çox çətinliklər mövcud olub. Qranit - 340 kv.m sahəyə gətirilib, lakin heç bir faydalı iş görülməmişdir. Seymur hesabata görə 119 440 dollarlıq iş görmüş, əlavə olaraq təxminən 12 000 dollar dəyərində (120 kv.metr) qranit vermişdir. Qranit olaraq Seymur heç bir iş görməyib. Seymur 12 000 dollar dəyərində (120 kv.metr) qranit vermiş, həmin qranit cavabdeh tərəfindən vurulmuş, lakin 120 kv.m qranit ilkin sifarişçinin xoşuna gəlmədiyi üçün sökülüb özünə qaytarılmışdır. Müqavilə üzrə qranitin 1 kv.m-nin dəyəri 102,35 dollar razılaşdırılmışdır. Tamet 320 kv.m gətirilib. Daha sonra tamet lazım olmadığından qranitlə əvəzləşdirilmişdir. 2555 dollar tametin dəyəri Cavabdeh MMC tərəfindən qarşılanıb. Birinci aqlaydan 250 kv.m gəlib. İkinci aqlay 10 reys maşın olub tamamilə uyğun olmadığından tullanılmışdır. Aqlayın neçə kv.m olmasını bilmir. Aqlayın uyğunsuz olduğu bildirilmiş, lakin Seymur gəlib materialı aparmamışdır. Cavabdeh MMC də yeri boşaltmaq üçün həmin aqlayı atmışdır. Sahəyə gəlməyən malı görməmiş, yalnız sahəyə gələn malı görmüşdür. Hasar işləri 14 228 dollar, mata işləri 663 dollar və əlavə olaraq görülən işlər 40 000 dollar, 4 ay üçün mobilizasiya xərcini Cavabdeh MMC qəbul etmişdir. Mobilizasiya 119 000 dollara daxildir. Cavabdeh MMC tərəfindən 2600 dollar Seymurun işçilərinə pul ödənilmişdir. Seymur işçiləri özü cəlb etsə də, onların əmək haqqını Cavabdeh MMC-dən tələb etmişdir. Əlavə olaraq 2 ədəd konteyner götürdüklərini, onun da ödənişini ödədiklərini bildirmişdir. Seymur paralel olaraq başqa layihədə də işləri yarımçıq görərək layihədən çıxmış, həmin layihə üzrə işçiləri də şantaj etmişdir. Seymurun məhkəməyə təqdim etmiş olduğu yazışmaların tərəfi olan Elgün adlı şəxs Cavabdeh MMC-nin işçisi deyil. Şəxsi olaraq tanışıdır. Mübahisənin sülhyönümlü həlli üçün məsələni həll etməyəçalışmışdır.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, keçən ilin yanvar ayında işə başlamış, layihə üzrə sahə rəisi vəzifəsində işləmiş, İddiaçı Bilgəh layihəsindən etibarən tanımışdır. Seymur layihə üzrə qranit işləri görməli idi. O isə işin keyfiyyətinə nəzarət edirdi. Seymur bəyin gətirməli olduğu material və mallara nəzarət edirdi. İddiaçı 300-340 kv.m gətirdiyi qranit heç bir işə yaramamışdır, Seymurun sahəyə tamet gətirib-gətirməməsi barədə məlumatlı deyil, lakin aqlay gətirməli olduğunu bilib. Təxminən 250 kv.m-yə yaxın partlama aqlay sahəyə gətirilmişdir. Malları Seymurun işçisi sahəyə gətirmiş, gətirilən malları o özü qəbul etmişdir. Sahəyə gətirilən qranitlər sınıq olub eyni zamanda ölçüləri fərqli olub. Yerə vurulan qranit isə sifarişçi tərəfindən sökdürülmüşdür. Mübahisə Seymurun səhlənkarlıqlarına görə yaranmış, sonda isə Seymur özü sahəni dəfələrlə tərk etmişdir. Buna əsas səbəb isə onun işi tamamlaya bilməyəcəyini anlaması olub. O dəfələrlə İddiaçı qalıb işləməsini təklif edib, kömək etməyə çalışmışdır. Lakin İddiaçı onu da aldadaraq, işləyə bilməmişdir. İddiaçı "xxxx” MMC tərəfindən sahədən qovulmayıb. Seymurun anbarında hansı malların olmasını bilmir, lakin Seymurun bildirdiyinə görə anbarda material çox olub. O Seymura materialları sahəyə gətirməli olduğunu bildirdikdə Seymur onlara səbrli olub, gözləməli olduqlarını bildirib. Seymurun sahəyə gətirdiyi qranitinölçüləri,rəngiuyğunolmayıb.

28. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Onların rəhbəridir, əsas fəaliyyəti tikinti işidir, onunla əmək müqaviləsi bağlayıb və əmək müqaviləsi üzrə anbardardır. 2023-cü ildən anbardar vəzifəsində çalışır. Tərəflər arasında müqavilə bağlandığını bilir. Layihədə 2023-cü ildə işləmişdir. İlk gündən anbardar vəzifəsində işləmişdir. Anbar Bilgəh qəsəbəsində yerləşir və İddiaçı məxsusdur. Anbarda ümumi tikintiyə aid hər cür materiallar saxlanılır. Anbarda saxlanılan mallarla bağlı qaimələri saxlayırdı. Materialları əraziyə Şüvəlan qəsəbəsinə və Bilgəh qəsəbəsinə təhvil vermişdir. Tamet, taxta, armatur və sairə təhvil verirdi. Qeydiyyatı qaimələr əsasında aparırdı. Özü "xxxx” MMC-yə təhvil verirdi. Hər dəfə material verəndə qaimə yazıb, qol çəkdirirdi. Daha sonra o qaimələri Pərviz müəllimə verirdi. Özündə bir nüsxə saxlayırdı. Pərviz orada sahə rəisi idi. Sonda materialları "xxxx” MMC-də qalmışdır. Sonuncu dəfə sahəyə 2024-cü ilin aprel ayında, sahəyə nəzarət etməyə görə getmişlər. İşin 90 faizi yekunlaşmışdı. Daha sonra onları oradan çıxardılar. Adilə xanım çıxarmışdı. Vurulmayan aqlay, tamet, armatur, taxtalar orada qalmışdır. Anbarda "xxxx” MMC-yə veriləsi tikinti materialları qalmışdı. 2024-cü ilin aprel ayında onlar sahədən çıxanda anbarda qalan malların verilməsinin tələb olunub-olunmamasını rəhbərlik bilir. 2024-cü ildə eyni vaxtda iki layihə üzrə çalışmışlar. Mal-materialın Bilgəhdəki layihədə olmasını onlar əvvəldən ayırmışlar. Bilgəh layihəsi üzrə malları Azərbaycandan alınmamışdı, əksər hissəsi xaricdən alınmışdı. Malları Seymur müəllim özü almışdı. Hansı xarici ölkədən alındığını bilmir. Təqdim edilmiş şəkillər Sumqayıt anbarında çəkilib. Mübahisə yaranmazdan əvvəl materiallar anbara gəlmişdi. Mübahisə yarandıqda "xxxx” MMC materialların gəlməsini bilirdi. Lakin niyə qəbul etmədiyini bilmirlər. Yerin döşəmə hissəsi getmişdi, ora qranit vurulmalı idi. Divarın təməli düzgün olmadığından aşmışdı. Divarın aşması işlərin görülməsinə maneə yaradırdı. Gördüyü şəkillərdə qranitlər yerə vurulmalı idi. Divar aşdıqdan sonra daşlar yararsız vəziyyətə düşmüşdür. Ərazinin divarlarının hörgüsü işləri görülmüşdü, qranit və aqlayın düzülməsi qalmışdı. İddiaçı cavabdeh tərəfindən nə qədər pul verilməsinibilmir.MateriallarınpulunuSeymurnağdödəmişdir.

29. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, əmək müqaviləsi üzrə 2024-cü ilin mart ayından "xxxx” MMC-də tikinti mühəndisi kimi çalışır. İddiaçı "xxxx” MMC-nin layihəsi üzrə tanıyır. Layihədə iş icraçısı idi. Bilgəh qəsəbəsindəki layihə üzrə bir ay müddətində işləmişdir. Onu layihəyə İddiaçı nəzarət üçün dəvət etmişdi. Ora gedən aqlay, tamet işləri aparılırdı. Görülən işləri şifahi şəkildə özünə bildirirdi. Yazılı sənəd tərtib olunmurdu. Yağış yağdıqdan sonra bünövrəsinə su dolduğundan hasar uçdu. Divar uçana qədər mübahisə olub-olmamasını bilmir. Əsasən mübahisə 2024-cü ilin aprel ayında tametə görə yaşandı. Adilə xanım ödənişləri gecikdirirdi, buna görə mübahisə yaşanırdı. Seymurun ustaları sahədən qovulurdu. Müxtəlif bəhanələrlə işləri bəyənmirdi. Tamet piyada yollara vurulurdu. Orada olan vaqonlarını sahədən çıxarmışlar. Ona əmək haqqı verilmirdi, o da işdən çıxmışdır. Görülən qəlib işlərinin pulu ödənilməmişdir. İddiaçı əmək haqqını "xxxx” MMC-dən pulunu ala bilmədiyi üçün gecikdirdiyini deyirdi. Seymur bəyin telefon danışıqlarında narazılıq olduğunu, pulun gecikdirildiyini görürdü. Layihə davam etsə idi işlər 60 iş günü ərzində yekunlaşmalı idi. İşin demək olar ki, hörgü işi bitmişdi, suvaq işi qalmışdı. Bəzək işi qutarmışdı. Tamet işinin 40 faizi qalmışdı. Tamet və qranit daşların vurulması qalmışdı. Yerə 10x10 qranit və tamet vurulmalı idi. Sahədən çıxanda vurulmayan material da qalmışdı. Material Sumqayıtdan gəlirdi. Layihə üzrə materialların bir hissəsi gəlmişdi, 860 kv.m qranit və tamet materialı sahəyə gəlmişdi. Sahəyə gətirilməmiş materiallar var idi. Anbarda qranitlər qalmışdı. Anbarı görməmişdir. 2024-cü ilin aprel ayında anbarda materialların qalmasını görməmişdir. Anbarda layihə üçün nəzərdə tutulan materiallar qalıb. Materialları Seymur bəy alırdı. Mart ayının sonunda pul ödənişi dayanmışdı. Bu günə qədər nə ödəniş olunduğunu bilmir. Adilə xanımı sahədə görmüşdür. Tamet işləri aparılarkən oraya gəlmişdi. Adilə xanımdan Seymur bəyin üzbəüz şəkildə pul istəməsinə şahid olmamışdır. Şüvəlan layihəsini də "xxxx” MMC ilə işləyirdi. Mübahisə isə Bilgəh layihəsi üzrə başlamışdı. Onlar tərəfdən görülən işləi bəyənilmirdi. Gəlməli olan qranit və aqlay gələn materialdan çox olmalı idi. Adilə xanım bilərəkdən Seymur bəyi sahədən uzaqlaşdırmaq istəyirdi. 2023-cü ilin dekabrından Seymuru tanıyır, Şüvələn, Bilgəh, Yaşma layihəsi üzrə işləmişdir. Yaşma Layihəsi üzrə də ödənişlərlə bağlı gecikmələr var idi. Layihənin bütün materialları Seymur müəllimə həvalə edilmişdi. O da materialları almışdı. Bunu söhbət əsnasında eşitmişdir. Materiallar anbara yığılmışdı. Hasar uçduqdan sonra təqribi 8000 manat xərcləndi. Divar uçmasa idi əlavə xərclər yaranmazdı. Divar onların təqsirindən uçmadı, başqa şirkətin təqsiri səbəbindən uçmuşdu. Təqribən öz hesabı ilə 180 000 manat xərc çəkilmişdi. Sement və sairə kimi materiallar tikinti sahəsində qalmışdı. Sonuncu dəfə sahədən aprelin 12-də çıxmışlar. Materialın niyə orada qalmasını bilmir. Qalan materiallar başqa layihə üzrə işlənə bilməzdi. Çünki ölçülər fərqli idi. O gəldikdən sonra işlərin 80 faizi görülmüşdü, bəzək işləri görülmüşdü, hasar uçduqdan sonra bərpa olunmuşdu. Uçan divarın üzlənməsi, aqlay, hörgünün suvağı, qranitlərin vurulmasının bir hissəsi qalmışdı. Ona göstərilən 520 kv.m yolun 330 kv.m işi görülmüşdü. Aqlay işinin 10 faizi qalmışdı. Mal-materialların hamısının Seymur bəyin alınmasını telefon danışıqlarında eşitmişdir. Adilə xanım əsasən işi bəyənmirdi, bir də mal-materialın rəngini bəyənmirdi. Lakin gələn materiallar eyni sifarişlər idi. Yağış yağanda daşın rəngini dəyişirdi, o da bəyənmirdi. Qalan materialları oradançıxarmamışlar,hamısıoradaqalmışdır.

30. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli podrat müqaviləsinin ləğv edilmiş hesab olunması, Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 1054 (bir min əlli dörd) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 182 037,60 manatın, 472,04 manat dövlət rüsumunun, ümumilikdə 182 509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dörd qəpik) manatın tutulub Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumununCavabdehMMC-ninözünəaidedilməsiqətolunmuşdur.

31. Məhkəmənin ##.##.2025-ci il tarixli əlavə qətnaməsi ilə isə aparılmış ekspertiza tədqiqatı ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin İddiaçı, 80 (səksən) manat ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməEkspertizasıMərkəzininhesabınaödənilməsiqətedilmişdir.

32. Məhkəmə ilkin iddia tələbi üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 İlk iddia dörd hissədən ibarətdir: 1. ##.##.2023-cü il tarixli müqavilənin ləğv edilməsi;

2. Görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96 520,805 ABŞ dolları (164 085,36 manat) pulun tutulması; 3. Müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233 145,225 ABŞ dolları (396 346,34 manat) pulun tutulması; 4. Ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17 626,05 manat pulun tutulması.

 Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilə üzrə ümumilikdə 655 297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixdə podrat müqaviləsinin ləğv edilməsini xahiş edir, bununla bağlı iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərməklə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsinə etiraz etmədiklərini, iddia tələbini bu hissədə qəbul etdiklərini bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tərəf ##.##.2023-cü il tarixdə podrat müqaviləsinin ləğv edilməsində maraqlı olduğu üçün ilk iddia bu hissədə təmin edilməlidir.

 Məhkəmə ilk iddia ərizəsini ikinci hissədə əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli podrat müqaviləsi üzrə ümumilikdə 655 297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmış, iddiaçı bu barədə müvafiq sübutlar olmasa da, cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə ümumilikdə 150 965 manat muzdun ödənilməsini iddia ərizəsində qəbul etmişdir. Cavabdeh həmin məbləğdən əlavə, iddiaçıya müqavilə və onun əlavəsi imzalanan zaman (##.##.2023-cü il tarixdə) 255 000 manat avans ödənildiyini bildirir. İddiaçı həmin vəsaitin ona ödənilmədiyini bildirmiş, məhkəmə iclasında verdiyi izahatında hazırkı iş üzrə hüquqi savadı olmadığı üçün məhkəmə-xətşünaslıq ekspertizasının hansı səbəbdən təyin edilməsi barədə məlumatlı olmadığı, bu səbəbdən ekspertiza təyin edilməmişdən əvvəl və sonra imzanın ona məxsus olmasını mübahisələndirmədiyi halda bu barədə vaxtında məhkəməyə bildirə bilməmiş, cavabdehin təqdim etdiyi müqavilə nüsxəsində imzaların ona məxsus olmasına baxmayaraq, həmin imzanı müqavilə daha mötəbər olsun deyə iddiaçıda qalan nüsxəsini iki yerdə imza etmiş, o, müqavilənin əlavəsinin aşağı hissəsinə imza edən zaman orada pulun verilməsi ilə bağlı hər hansı yazı olmamış, həmin yazılar sonradan vərəqəyə əlavə edilmişdir, o, müqavilə bağlanan zaman 250 000 manat vəsaiti almamışdır.

 Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil4 məhkəməyə yazılı vəsatət verib (nümayəndənin həmin vəsatəti verməsindən iddiaçının xəbərsiz olması barədə onun arqumentini məhkəmə ağlabatan hesab etmir) iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini, avansla bağlı qeydin altındakı imzanın cavabdehə məxsus olub olmamasının müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx” MMC ilə İddiaçı arasında bağlanmış **/** nömrəli ##.##.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə "aldım: İddiaçı ##.##.2023- 255.000 AZN” əlyazmalarının qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.

 Bundan əlavə, iddiaçı müqavilənin əlavəsinin onda olan nüsxəsinə bir dəfə, cavabdehdə olan nüsxəsinə isə iki dəfə (Əlavənin yuxarı və aşağı hissələri) imza etməsinin səbəbini, habelə heç bir qeyd və yazı olmadığı halda vərəqənin boş hissəni imza etməsinin səbəbini ağlabatan şəkildə məhkəməyə izah edə bilməmişdir.

 Habelə, məhkəməyə təqdim edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan vatsap proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255 000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255 000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir.

 Bu səbəbdən məhkəmə iddiaçının 255 000 manat avansın onun tərəfindən alınmaması barədə dəlilini əsassız hesab edir.

 İddiaçı iddia ərizəsində ilkin olaraq tərəfindən görülmüş işlərin və təhvil verilmiş materialların dəyərinin 461 495 dollar (784 541,50 manat) olmasını göstərmiş, məhkəmənin təklifi ilə verdiyi ##.##.2024-cü il tarixli açıqlamada görülmüş işlərin dəyərinin 168 011 dollar, verilmiş qranitin dəyərinin 51 897 dollar, aqlayın dəyərinin 41 505 dollar (ümumilikdə 261 410 dollar) olmasını bildirmiş, ##.##.2024-cü il tarixdə verdiyi tələbin həcminin artırılması barədə ərizədə isə cavabdehə 53 223,56 dolları dəyərinə qranit, 6394,04 dollar dəyərində tamet, dəyəri 20 541,205 dollar və 16 362 dollar olmaqla 2 cür aqlay mallarının verildiyini, görülmüş işlərin həcminin 168 011 dollar (ümumilikdə cəmi 264 532,201 dollar) təşkil etdiyini göstərməklə təzadlı izahatlar vermişdir.

 Tərəflər arasında görülmüş işlərin iki tərəfli təhvil aktlarının olmaması məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən məhkəməyə görülmüş işlər və təhvil verilmiş materiallarla bağlı həftəlik hesabatlar və Forma 2 aktı təqdim edilmişdir.

 Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119 439,71 ABŞ dolları (hazırlıqlar – 40 072,93 ABŞ dolları, döşəmə işi – 24 561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32 919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21 885,32 ABŞ dolları) təşkil edir.

 Bundan əlavə, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Şahid məhkəmə iclaslarındakı izahatlarında həmin Forma 2 sənədində öz əksini tapmasa da, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 120 kv.metr qranit verildiyini, həmin qranitin iddiaçı layihəni tərk etdikdən sonra cavabdeh tərəfindən istifadə edildiyini, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən daha sonra söküldüyünü bildirmişlər.

 İddiaçı tərəfindən isə məhkəməyə cavabdeh tərəfindən mübahisələndirilən, lakin iddiaçı tərəfindən görülməsi və təhvil verilməsi iddia edilən həcmdə materialın təhvil verilməsini və işlərin görülməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

 Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405 965 manat (255 000 manat + 150 965 manat) ödənildiyi, həmin vəsaitin müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131 721,71 dollar – 223 927,40 manat (119 439,71 ABŞ dolları + 12 282 dollar (120 kv.m aqlay * 102,35 dollar)) olması müəyyən edilmişdir.

 Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı müqavilə üzrə hər hansı ödənilməmiş muzdu olmadığı üçün onun görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96 520,805 ABŞ dolları (164 085,36 manat) pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

 Məhkəmə ilk iddia ərizəsini müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233 145,225 ABŞ dolları (396 346,34 manat) pulun tutulması hissəsində də əsassız hesab edir.

 Belə ki, iddiaçı iddia ərizəsində hazırkı müqavilə üzrə müqavilənin smetasında nəzərdə tutulmuş, habelə cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233 145,225 ABŞ dolları (396 346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

 İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi, təhvil aktlarından görünür ki, iddiaçıya "xxxx” MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 1013,87 kv.metr, "xxxx” MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 722 kv.metr, Q.Bəxtiyarov tərəfindən təhvil verilmiş aqlayın ümumi dəyəri 283 000 manat təşkil edir.

 Q.Bəxtiyarov tərəfindən iddiaçıya mallar ##.##.2023-cü il tarixdə, "xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə, "xxxx” MMC tərəfindən isə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Həmin sənədlərdən göründüyü kimi, mallar iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdən (layihədən kənarlaşma tarixi) əvvəl alınmış, iddiaçı tərəfindən məhkəməyə həmin malların iddiaçıya təhvil verilməsinə cəhd edildiyini, iddiaçı tərəfindən malların qəbulundan imtina edildiyini, həmin malların məhz bu müqavilə üzrə alındığını, habelə dəyərinin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

 Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.  Məhkəmə ilk iddia ərizəsini sonuncu hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17 626,05 manat pulun tutulması tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı icra edilməli olan hər hansı öhdəliyinin olmaması müəyyən edildiyi üçün iddiaçının hazırkı tələbi əsassızdır, məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

33. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Qarşılıqlı iddiaçı ilkin olaraq 240 000 manat pulun cavabdeh İddiaçı tutulmasını tələb etmiş, daha sonra məhkəməyə verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 271 604 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

 Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405 965 manat (255 000 manat + 150 965 manat) vəsait ödənildiyi müəyyən edilmiş, qarşılıqlı iddiaçı təqdim etdiyi Forma 2 sənədində iddiaçı tərəfindən ümumilikdə 119 439,71 ABŞ dolları həcmində işlərin görüldüyünü qəbul etmiş, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Şahid məhkəmə iclaslarındakı izahatlarında həmin sənəddə göstərilməsə də, iddiaçı tərəfindən əlavə olaraq cavabdehə 120 kv.m aqlay təhvil verildiyini təsdiq etmişlər.

 Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya ödənilmiş 405 965 manat pulun müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131 721,71 dollar, yəni 223 927,40 manat (119 439,71 ABŞ dolları + 12 282 dollar (120 kv.m aqlay * 102,35 dollar)) olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

 Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

 Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, 182 037,60 manat məbləğində avans (405 965 manat – 223 927,40 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

 İlk və qarşılıqlı iddialar qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 472,04 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qalan ödənilmiş 1054 manat dövlət rüsumu ilk iddiaçının, 57,96 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özlərinə aid edilməlidir.

34. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 421.1-ci, 422.1-ci, 424.3cü,491.1-ci, 491.2-ci, 491.3-cü,752.1-ci, 753.1-ci, 756.1-cimaddələrinəistinadetmişdir.

35. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini və ilkin iddianın təmin olunması barədə; Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti və şikayətə əlavə verərək, qətnamənin “qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi” hissəsində ləğv olunub, qarşılıqlı iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamə çıxarılmasınıxahişetmişlər.

36. İddiaçı apellyasiya şikayətini aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Məhkəmə nəzərə almamışdir ki, 255 000 manat avansın verilməsini cavabdeh tələb edir və bunun sübut edilməsi cavabdehin üzərindədir. Həmçinin keçirilən ekpertiza nəticəsində verilən rəydə imzanin İddiaçı məxsus olması qeyd edilib. Həmçinin qeyd edilib ki, **/** nömrəli ##.##.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə "Aldim: İddiaçı ##.##.2023-255.000 Azn” əlyazmalari İddiaçı Tərəfindən icra olunmamışdır. Buna baxmayaraq məhkəmə 255 000 manatın alındığı qənaətinə gəlmişdir. Əlyazmanin başqa şəxsə aid olması sübutu mötəbərlikdən çıxarır. Belə ki, əlyazma başqa şəxsə məxsusdur və bu işin mübahisəsiz halıdır. Həmçinin əlyazmanin imzadan əvvəl və ya sonra yazılmasi da ekspert tərəfindən müəyyən oluna bilməmişdir. Onda elə nəticəyə gəlmək olar ki, əlyazmani yazan şəxs 255 000 yazisinin əvvəlinə 1 rəqəmi yazsa, İddiaçı 1 255 000 manat almış hesab olunmalıdır? Bu hansi qanuna və məntiqə uyğundur? Burdan da belə nəticəyə gəlinir ki, məhkəmənin yanaşmasi tamamilə qanunsuz və əsassiz yanaşmadir. 255 000 manat ödənilməmişdir, işlərin ümumi dəyərinin isə daha çox olduğu cavabdehin nümayəndəsi Adilə xanım tərəfindən məhkəmə iclasında 168 000 dollar olaraq qeyd edilmişdir. Bu məhkəmə iclasının görüntüsündə və səsyazmasında vardır. Məhkəmə iclasında dindirilən şahid Leyla xanım bildirmişdir ki, İddiaçı onunla danışan zaman xaricdən (İrandan) qranit, tamet məhsullarını gətirdiyini bildirmiş, haqqında gömrük sənədləşməsi ilə bağlı şəkillər də göndərmişdir. Həmçinin məhkəmə iclasında həmin gətirilən malların ölçülərinin spesifik olmasını, başqa layihədə işlənə bilməyəcəyini bildirmişdir. Bunu Razim adlı şəxs də dindirilən zaman bildirmişdir. Həmçinin Pərviz adında şəxsin dindirilməsi zamanı İddiaçı ona anbarda çox mal olduğunu bildirdiyini, 300-340 kv.m qranitin, 250 kv.m aqlayın sahəyə vurulduğunu bildirmişdir. Bundan başqa Eldar adlı şəxs də həmin malların xaricdən gətiriləcəyini bildirmişdir. Bütün bunlar anbarda olan malların həmin layihə üçün gətirildiyini, lakin Cavabdeh MMC tərəfindən ərazidən kənarlaşdırıldığı üçün istifadə oluna bilmədiyini sübut edir. Bununla bağlı anbardan və ərazidən də şəkillər əlavə olunmuşdur. Eyni ölçüdə, eyni rənglərdə, eyni növlərdə gələn malları məhkəmə nədənsə Cavabdeh MMC ilə bağlanan müqavilə əsasında gətirilməmiş hesab etmişdir. Bu da tamamilə əsasızdır. Anbarda saxlanılan mallar Cavabdeh MMC tərəfindən ərazidən kənarlaşdırıldığı üçün istifadə oluna bilməmişdir. Seymurun ərazıdən onun tərəfındən kənarlaşdırılmasını Cavabdeh MMC-nin nümayəndəsı Adılə xanım məhkəmə iclasında bildirsə də, məhkəmə qətnaməsində bunu qeyd etməmışdır. Bu cavabdehin etirafıdır və əlavə sübut edilməsinə zərurət yoxdur. Məhkəmə iclasında izahat verən Cavabdeh MMC-nin təsisçisi və həmçinin məhkəmədə nümayəndəsi əvvəlcə anbardakı malların aralarındakı müqavilə əsasında gəlmədiyini bildirsə də, sonradan etiraf etmişdir ki, məhkəmə işinin gedişatında əlaqə saxlayaraq qranit və tamet mallarını istəmişdir. Bu da onu sübut edir ki, həmin anbarda saxlanan mallar həmin layihədə istifadə olunmaq üçün gətirilib və ödənişi sifarişçi Cavabdeh MMC tərəfindən ödənilməlidir. Həmçinin Adilə xanım bildirmişdir ki, təhvil-təslim aktını Leylaya göndərmiş, Leyla da Seymura vatsapp proqramı vasitəsilə göndərmişdir. Bundan başqa Elgün adlı tanışını İddiaçıla danışığa göndərərək anbarda saxlanan malların qarşılığında 50 000 (əlli min) dollar verərək götürmək istəmişdir. İşlə bağlı məlumatları alan Elgün adlı şəxs İddiaçıla danışdıqdan sonra hesabat göndərmişdir. Həmin yazışmanı məhkəməyə təqdim etmişik və orada görülmüş işlərin dəyərinin 168011 (yüz altmış səkkiz min on bir) dollar olduğu qeyd edilmişdir. Bu da bir daha öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, lakin ekspertizaya işlərin görüldüyü ərazi təqdim edilmədiyindən ekspert işlərin həcmini müəyyənləşdirə bilməmişdir. Hakim isə bununla bağlı heç bir tədbir görməmiş, işi tam araşdırmamışdır. Həmçinin anbarda olan malların dəyərinin müəyyən edilməsi, yazışmalardakı excel cədvəllərinin və təhvil-təslim aktlarının araşdırılaraq dəqiq rəqəmlərin üzə çıxması, görülmüş işlərin miqdarının müəyyən edilməsi üçün müvafiq əmtəəşünaslıq, tikinti texniki və maliyyə ekspertizaların keçirilməsi barədə vəsatət versək də, 1-ci instansiya məhkəməsi buna məhəl qoymamış, vəsatətlərə səthi yanaşmışdır. Halbuki işin ədalətli həllində və iddiaçının hüquqlarının qorunması üçün çox əhəmiyyət kəsb edir. Lakin 1-ci instansiya məhkəməsi bütün bunlara məhəl qoymadan əsassız və qanunsuz qətnamə qət etmişdir. Ona görə də razılaşmadığımızhissədəqətnamələğvolunmalıdır”.

37. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətini və şikayətinə əlavəni aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Bizə dəymiş zərərin hesablanması məsələsində çıxarılmış qətnamədən narazıyıq. Belə ki, müqavilədə mobilizasiya xərcləri nəzərdə tutulmuşdur ki, buraya ərazidə konteynerlərin və digər kiçik konstruksiyaların yerləşdirilməsi (işçilər üçün) aiddir. Həmin mobilizasiya xərcləri həmçinin İddiaçı tərəfindən görülmüş işlər barədə məhkəməyə təqdim etdiyimiz hesabat-məlumatda da qeyd edilmişdir (4 ay müddətinə). Lakin İddiaçı ərazini tərk edərkən həmin konteynerləri də özü ilə aparmışdır. Bunu məhkəmə iclasında şahid kimi dindirilən həm X2, həm də X11 da tərəfimizdən verilən suallara cavab olaraq təsdiq etmişdirlər. Nəzərinizə çatdırıram ki, hər iki şahid elə İddiaçı vəsatəti əsasında məhkəmə iclasında dindirilmişdir. Həmçinin məlumdur ki, iş İddiaçı tərəfindən yarımçıq saxlanıldığı üçün yekunlaşdırılması bizim özümüz tərəfimizdən həyata keçirilmişdir. Həmin mobilizasiya xərcləri də tərəfimizdən işlər yekunanlaşana qədər, yəni daha 7 ay tərəfimizdən qarşılanmışdır. Həmçinin İddiaçı tərəfindən əraziyə gətirilmiş və daha sonra aparılmış konteynerlər ona ödənilmiş avans məbləği ilə alınmışdır. Lakin sonradan onun tərəfindən ərazidən aparıldığı üçün bizim üçün əlavə xərc olmuşdur. Həmçinin məhkəmə iclasında şahid kimi dindirilən həm X2, həm də X11 İddiaçı başqa da iş icraçılarının olduğunu və həmçinin suallara cavab olaraq onların maaşlarının da Adilə Haqnəzərova tərəfindən ödənildiyini bildirmişdir. Hətta şahidlərdən X4 pul borclu qaldığını bildirmiş və bu məhkəmə tərəfindən də təəccüb doğuran suala səbəb olmuşdur ki, “əgər siz məvacibinizi İddiaçı alırsınızsa necə olur ki, Adilə Haqnəzərova sizə borclu qalır”. X5 etiraf etmişdir ki, onun yanında İddiaçı dəfələrlə Adilə Haqnəzərovadan pul da istəmişdir. Lakin bütün bunlara baxmayaraq İddiaçı işçilərinə bizim tərəfimizdən ödənilmiş məvaciblər də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Habelə İddiaçı ərazini tərk etdikdən sonra 1 aylıq bir müddətdə iş dayanmış, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilə yaranmışdır ki, burada da zəruri xərclər nəzərə alınmamışdır. Məhkəmə işin bütün hallarına və ilkin iddia tələbinə kifayət qədər müfəssəl münasibət bildirmiş, düzgün əsaslandırsa da, bizim qarşılıqlı iddia tələbimizi qalan hissədə nəyə görə təmin etməməsi barədə ümumiyyətlə fikir bildirməmişdir. Biz isə hesab edirik ki, iddia tələbimiz tam təmin edilməlidir. Habelə İddiaçı ərazini tərk etdikdən sonra 1 aylıq bir müddətdə iş dayanmış, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilə yaranmışdır ki, burada da zəruri xərclər nəzərə alınmamışdır. ##.##.2024-cü il tarixdə isə İddiaçı tərəfindən görülmüş işlərin bir hissəsi sifarişçi tərəfindən bəyənilmədiyindən sökülməsi barədə bizə göstəriş verilmişvəhəmintullantınınərazidənçıxarılmasıəlavəxərclərəsəbəbolmuşdur”.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119 439,71 ABŞ dolları (hazırlıqlar – 40 072,93 ABŞ dolları, döşəmə işi – 24 561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32 919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21 885,32 ABŞ dolları) təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ####### tarixli ekspert rəyinə görə cavabdeh ilə iddiaçı arasında bağlanmış **/** nömrəli 2023-cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə "aldım: İddiaçı ##.##.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza iddiaçı tərəfindən icra olunmuşdur. Cavabdeh ilə iddiaçı arasında bağlanmış **/** nömrəli, 2023-cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə "aldım: İddiaçı ##.##.2023-255 000 AZN” əlyazmaları - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinə görə tədqiqata təqdim edilmiş e-*-*(***)-****/**** saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) "ƏDV daxil deyil” yazısının yanındakı imzanın rəngləyiciləri "aldım: İddiaçı ##.##.2023- 255000 AZN” yazılarının və imzanın rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş e-*-*(***)-****/**** saylı işin materiallarında olan sənəddəki (2- ci cild, 8-ci vər.) "ƏDV daxil deyil” yazısının yanındakı imzanın "aldım: İddiaçı ##.##.2023-255.000AZN” yazılarınınvəimzanınicravaxtınımüəyyənetməkmümkünolmadı.

40. İddiaçının 255 000 manat ödənilməməsi dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan "Watsap” proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255 000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyinibildirməmiş,iddiaçıyahəminpulunxərclənməsiiləbağlıizahlarvermişdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233 145,225 ABŞ dolları (396 346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiqedənhərhansımötəbərsübuttəqdimetməmişdir.

42. Həmçinin malların müqavilə üzrə alınmasını cavabdeh tərəfin etiraf etməsi dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd etmişdir. Apellyasiya icraatı zamanı 2025-ci il ## #### tarixli məhkəmə iclası zamanı cavabdehin təsisçisi X8 izahatında və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 405 000 manat pul ödənilib üstündə də 50 000 dollar pul təklif olundu ki, malların verildiyi təqdirdə məsələnin həll olunduğunu, siyahıda qeyd olunan malları onlara təqdim edildiyi təqdirdə qəbul edəcəklərini bildirmişdir. İddiaçı isə sədrlik edənin suallarına cavab olaraq malların Pərviz adlı şəxsə təhvil verildiyini bildirsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. İddiaçının Adilə xanım tərəfindən layihədən uzaqlaşdırılması dəlilinə münasibətdə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 2025-cü il ## #### tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi (vəkili) təqdim olunan qarnitin lazımi keyfiyyətdə olmaması ilə bağlı iddiaçıya irad bildirdikdən sonra sahədəki işləri yarımçıq qoyub getdiyini bildirmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, vəkilləri tərəfindən buhalınmövcudluğunaetirazedilməmişdir.

43. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfin anbarda saxlanan malların qarşılığında 50 000 ABŞ dolları verərək götürmək istədiyini qeyd etmiş, lakin hansı səbəbdənmallarıcavabdehətəhvilvermədiyiniəsaslandırmamışdır.

44. İddiaçı apellyasiya şikayətinin dəlillərində lahiyədə istifadə etdiyi qranit və mərmərlərin başqa şirkətlərlə bağladığı müqavilə və bəyannamələr əsasında alınıb, ölkəyə gətirildiyini bildirsə də, həmin müqavilə və ya bəyannamələrdə alınan materialların təyinatının məhz cavabdeh ilə bağladığı müqavilə üzrə olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəmədə bildirmişdir ki, bu lahiyə ilə paralel ayrı-ayrı tikintilərdə bir çox işləri icraetmişdir.

45. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən xüsusilə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikaytində qeyd etdiyi hallara dair heç bir sübut təqdim etməmiş,yalnızformalmülahizələrəəsaslanmışdır.

46. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tikinti haqqında həftəlik hesabatlara əsasən 25-##.##.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.m, 8-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.metr, 25- ##.##.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 38.33 və 51.77 kv.metr, 21- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 96.17 kv.metr, aqlay üzləmə işləri 7.6 kv.metr, section 1-də mayaklar atılmışdır - 55 faiz, 29.01-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 174.555 kv.metr, section 2-də mayaklar atılmışdır - 55 faiz, suvaq işləri - 184.48 kv.metr, 12-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, aqlay üzləmə işləri - 20 kv.m, suvaq işləri - 300.252 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 05-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri - 293,252 kv.metr, section 1-də D/B işləri görülür. 19-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri - 364.71 kv.metr, aqlay üzləmə işləri - 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 26.02-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri - 574.52 kv.metr, aqlay üzləmə işləri - 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 04-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri - 589.52 kv.metr, izolyasiya - 200 kv.metr, beton dağıdılması - 24.51 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m-dir. 11- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri - 589.52 kv.metr, izolyasiya - 224 kv.m, beton dağıdılması - 48.63 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü - 86.54 kv.metrdir. 17-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri - 589.52 kv.metr, izolyasiya - 224 kv.m, beton dağıdılması - 48.63 p/m, yeni hörgü (20- 30 sm) 31.2 p/m, hasar hörgü - 86.54 kv.metrdir. Kalon D/B - 37 p/m, kəmər D/B - 72.49 p/m, hasarın sökülməsi - 21.85 p/m-dir. 25-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri - 589.52 kv.metr, izolyasiya - 224 kv.m, beton dağıdılması - 49.83 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü - 134.13 kv.metrdir. Kalon D/B - 37 p/m, kəmər D/B - 72.49 p/m, hasarın sökülməsi - 21.85 p/m, hörgü-36.88p/m-dir.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən şikayətin dəlillərində iddiaçının ərazini tərk etdikdən sonra 1 aylıq müddətdə işin dayanması, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilənin yaranması, ərazidə iddiaçıdan sonra qalan tullantıların atılması və s. zəruri xərclərin nəzərə alınmamasını qeyd etsə də bununla bağlı hər hansı əlavə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən yarımçıq görülmüş işlərin başa çatdırılması başqa şirkət tərəfindən həyata keçirilərək sifarişçiyə təhvil verildiyindən birinci instansiya məhkəməsində iddiaçı tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün təyin edilmiş ekspertizanın keçirilməsi tədqiqat obyektində işlər tamamlandığından və ilkin vəziyyət saxlanılmadığındanmümkünolmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 448.1, 467, 752.1-ci və MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1, 106.3-cümaddələrinəistinadlaəsaslandırmışdır.

49. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin, qarşılıqlı iddianın tam rədd olunması barədə yeni qərar çıxarılmasını; Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv olunaraq, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddiatələbinintamtəminedilməsibarədəyeniqərarçıxarılmasınıxahişetmişlər.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli qətnaməsinin ləğv olunması, işin təkrar baxılması üçün apellyasiyainstansiyasıməhkəməsinəqaytarılmasıqəraraalınmışdır.

51. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Kollegiya ilk növbədə qeyd edir ki, hər iki iddianın düzgün həlli baxımından birinci müəyyən edilməli olan hal podrat münasibətlərinə kimin - sifarişçinin, yoxsa podratçının təşəbbüsü ilə və hansı səbəblərə görə xitam verilməsinin müəyyən edilməsidir.

 Çünki qanunverici podrat münasibətlərinə hansı subyekt tərəfindən və hansı səbəblərə görə xitam verilməsinin hüquqi nəticələrini fərqli qaydada tənzimləmiş və tərəflərin hüquq və vəzifələrini bilavasitə həmin hallardan asılı etmişdir.

 MM-nin 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə, 760-cı maddəsi isə podratçı tərəfindən podrat münasibətlərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir.

 Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina etməklə podrat münasibətlərinə xitam verə bilər. Yəni sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı çəkdiyi xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir.

 Sifarişçi tərəfindən podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə isə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, sifarişçi belə hallara istinad etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Sifarişçinin yerinə yetirilmiş işlərə marağı olmadığı hallarda isə o, onların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir.

 Podratçının təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin də iki əsası nəzərdə tutulmuşdur. Birinci əsası müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilməsi təşkil edir. Lakin MM-in 760.1-ci maddəsində bununla bağlı podratçının öhdəliyi də nəzərdə tutulmuşdur. Belə ki, o, işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Ona görə də, yalnız podratçı üzərinə düşən həmin öhdəliyi icra etdiyi halda müqavilədən imtina edə və yerinə yetirilmiş işin haqqının ödənilməsi tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Sifarişçinin belə işlərə marağı olmadığı hallarda isə onların dəyərini ödəməkdən imtina edə bilər.

 Eyni zamanda, podratçı üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə və nəticədə sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilmək imkanından məhrum olduqda, o, podratçıdan müqavilə üzrə öhdəliklərinin icrasını tələb edə bilər. Podratçı öhdəliklərini icra etmədiyi hallarda isə sifarişçi MM-in 759.2ci maddəsinə əsasən podrat münasibətlərinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

 Podratçı tərəfindən podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Sifarişçinin belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, podratçı belə hallara istinad etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yerinə yetirilmiş işin haqqını və müqavilə münasibətlərinə xitam verilməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı çəkdiyi xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir.

 Göründüyü kimi podrat münasibətlərinə kimin təşəbbüsü ilə və hansı səbəblərə görə xitam verilməsinin müəyyənləşdirilməsi işin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hər iki iddiada da məhz əks tərəfin öz öhdəliklərinin pozulmasına istinad edilmişdir.

Hazırki iş üzrə aşağı instansiya məhkəmələri isə müqavilənin icrasının faktiki olaraq hansı tərəfin iradəsi ilə dayandırıldığını, podratçının iş sahəsindən uzaqlaşdırılıbuzaqlaşdırılmadığını, yaxud podratçının işi öz təşəbbüsü ilə yarımçıq qoyub-  qoymadığını müəyyən etmədən birbaşa hesablaşma aparmış, yalnız ödənilmiş avans məbləği ilə görülmüş işlərin ehtimal olunan dəyərini müqayisə etməklə nəticəyə gəlmişlər. Halbuki belə yanaşma MM-in 759 və 760-cı maddələrinin tətbiqi mexanizminə uyğun deyildir.

 Bundan başqa kollegiya qeyd edir ki, podrat işlərinin həcmi və dəyəri barədə ekspert rəyinin alınmasının mümkün olmaması MPM-in 14.1 və 88-ci maddələri ilə məhkəmənin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən azad etmir və məhkəmə işin hallarını mövcud digər sübutlarla, yəni tərəflər arasında işgüzar münasibətlərdə istifadə olunan "WhatsApp” vasitəsilə aparılmış yazışmaları, habelə həftəlik hesabatları, şahid ifadələri, MPM-in 106.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla tərəflərin izahatlarını qiymətləndirməklə, podrat münasibətlərinə sifarişçinin, yoxsa podratçının təşəbbüsü ilə xitam verilməsini və bunun səbəblərini, həmçinin görülmüş işlərin həcmi, tərəflərin çəkdiyi xərclər və aparılmış ödənişləri müəyyən etməli idi. Eyni zamanda, işdə olan yazılı sənədlər əsasında ekspertizanın keçirilməsi, habelə iddiaçının istinad etdiyi (anbarda saxlanılan) tikinti materiallarına yerində müayinə keçirilməsinin mümkünlüyü məsələləri də tərəflərlə müzakirə edilməli idi. Yalnız bu prosessual hərəkətlər edildikdən sonra məhkəmənin öz vəzifələrini yerinə yetirməsi qəbul edilə və həmin prosessual hərəkətlərin nəticəsində müəyyən edilmiş hallar üzrə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qanuni və əsaslı hesab edilə bilər.

 Lakin aşağı instansiya məhkəmələri MPM-in qeyd olunan müddəalarının tələblərinə riayət etməmiş və MM-in istinad olunan müddəalarına uyğun hüquq dəyərləndirmə aparmamışlar.  Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin pozuntular isə iş üzrə MPM-in 217.1 və 217.3-cü maddələrinə uyğun olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

Təkrar apellyasiya baxışı, izahatlar

52. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili), habelə Cavabdeh MMC-nin nümayəndələri (vəkili) apellyasiya şikayətlərinindəlillərinimüdafiəedərəkmüvafiqqətnaməçıxarılmasınıxahişetmişlər.

53. Hər iki tərəfin nümayəndələri (vəkilləri) kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasınıntəyinolunmasıbarədəvəsatətlərvermişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.

55. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.

56. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

58. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.

60. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.

61. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

62. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

63. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digərşərtlərinpozulmasıbaşadüşülməlidir.

64. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallarüçüncavabdehdir.

65. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.

66. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmişsayılır.

67. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərinəvəziniödəməlidir.

68. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həminişlərəhansısamarağıolsun.

69. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağıolsun.

70. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsinitələbedəbilər.

71. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan,üçüncüşəxslərinhüquqlarındanvəyaiddialarındanazadolsun.

72. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadəüçünyararlıolduğuhaldaqüsurlardanazadsayılır.

73. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbuletməkaçıq-aşkarmümkündeyildirsə,qüsurlarabərabərtutulur.

74. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə,podratınnəticəsiüçüncüşəxslərinhüquqlarındanvəiddialarındanazadsayılır.

75. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçıözseçimiiləyaqüsuruaradanqaldırabilər,yadayeniməmulathazırlayabilər.

76. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçıhəminicradanimtinaedəbilər.

77. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatıqaytarmağıtələbedəbilər.

78. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçiqüsuruözüaradanqaldırıbçəkdiyixərclərinəvəziniödəməyitələbedəbilər.

79. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabınaavanstələbedəbilər.

80. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyəödəməyəborcludur.

81. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdunmiqdarınıqüsurməmulatındəyərininəqədərazaldırsa,oqədərazaldabilər.

82. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmişsayılır.

83. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədənonuqəbuledirsə,buqüsurlarlabağlıtələbhüququəmələgəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

84. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədəonlarıxəbərdaredir,onlarınprosessualhüquqlarınınhəyatakeçməsinəköməkgöstərir.

85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

86. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.

87. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.

88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

89. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

90. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

91. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

92. Maddə 106.3. Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.

93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

94. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

“Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarı

95. Bənd 3.9. Tərəflərin razılığı ilə muzdun bir hissəsi və ya tam məbləği əvvəlcədən ödənilə bilər. Müqavilənin icrası zamanı sifarişçinin göstərişləri ilə yerinə yetirilməli işlərin həcminin dəyişməsi nəticəsində muzdun məbləği azaldıldıqda və ya işlər tam yekunlaşanadək müqavilə münasibətlərinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildikdə nəzərə alınmalıdır ki, podratçı tərəfindən faktiki yerinə yetirilmiş işlərin dəyəri çıxılmaqla artıq ödənilmiş məbləğ geri qaytarılmalıdır. Podrat müqaviləsinə dair Mülki Məcəllənin 752-776-cı maddələrində artıq ödənilmiş muzdun geri qaytarılması xüsusi şəkildə tənzimlənmədiyindən, belə tələblərin qanuni əsasınıMülkiMəcəllənin439.4,1091-1095-cimaddələritəşkiledir.

96. Bənd 5.1. Mülki Məcəllənin ümumi normaları olan 421 və 422-ci maddələrində müqavilənin ləğv edilməsi əsasları kimi tərəflərin razılaşması, tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, habelə Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallar göstərilmişdir. Müqavilədən birtərəfli qaydada imtina hüququ isə Mülki Məcəllənin 421.3-cü maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 759 və 760-cı maddələrində isə həm "podrat müqaviləsinin ləğv edilməsi”, həm də "müqavilədən imtina” və "müqaviləyə xitam verilməsi” anlayışlarından istifadə edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin maddələrlə eyni hüquqi nəticəyə gətirib çıxaran, yəni podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlərtənzimlənir.

97. Bənd 5.2. Mülki Məcəllənin 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə, 760-cı maddəsi isə podratçı tərəfindən podrat münasibətlərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddələrin tələblərinə görə, podrat münasibətlərində həm müqavilədən birtərəfli imtinaya, həm də tərəflərdən birinin müqaviləni pozması hallarında digər tərəfin müqavilə münasibətlərinə vaxtındanəvvəlxitamverilməsinəyolverilir.

98. Bənd 5.3. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina etməklə podrat münasibətlərinə xitam verə bilər. Yəni sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı xərclər), həm də əldən çıxmışfayda(müqavilətamicraolunduğutəqdirdəəldəedəbiləcəyigəlir)aiddir.

99. Bənd 5.4. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Sifarişçinin yerinə yetirilmiş işlərə marağı olmadığı hallarda, onların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir (məsələn, müəyyən tədbirin keçirilməsi üçün sifariş olunmuş çap məhsulları həmin tədbirin keçirildiyi tarix üçün hazır edilmədiyinə görə sifarişçi podrat münasibətlərinə vaxtından əvvəl xitam verir. Həmin tədbir keçirildikdən sonra sifarişçinin podratçının hazırladığı çap mə hsullarına hər hansı marağı qalmır). Bununla yanaşı, sifarişçi Mülki Məcəllənin 443-cü maddəsinə əsasənzərərinəvəzininödənilməsinidətələbedəbilər.

100. Bənd 5.5. Podratçının təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin də iki əsası nəzərdə tutulmuşdur. Birinci əsası müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilməsi təşkil edir. Mülki Məcəllənin 760.1-ci maddəsinin mənasına görə podratçı sifarişçi kimi müqavilənin icrasından imtina etmək hüququna malikdir. Lakin həmin norma podratçının bu hüququnun həyata keçirilməsi ilə bağlı imperativ xarakter daşıyan şərt müəyyən edir. Belə ki, podratçı işlər başa çatanadək müqaviləyə elə qaydada xitam verməlidir ki, sifarişçi işlərin tamamlanmasını başqa podratçı vasitəsilə bərabər və ya daha əlverişli şərtlərlə təmin edə bilsin. Ona görə də, podratçı yalnız qeyd olunan öhdəliyinə riayət etdiyi halda müqavilədən imtina edə və həmin vaxta qədər faktiki yerinə yetirdiyi işlərin dəyərinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Sifarişçinin belə işlərə marağı olmadığı hallardaisəonlarındəyəriniödəməkdənimtinaedəbilər.

101. Bənd 5.6. Eyni zamanda podratçı Mülki Məcəllənin 760.1-ci maddəsi ilə üzərinə düşən öhdəliyini yerinə yetirmədikdə və nəticədə sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilmək imkanından məhrum olduqda o, podratçıdan müqavilə üzrə öhdəliklərinin icrasını tələb edə bilər. Podratçı öhdəliklərini icra etmədiyi hallar da isə sifarişçi hazırkıQərarın5.4-cübəndindəgöstərilənhüquqlarındanistifadəedəbilər.

102. Bənd 5.7. Podratçı tərəfindən podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Sifarişçinin belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yerinə yetirilmiş işin haqqını və müqavilə münasibətlərinə xitam verilməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

103. Bənd 5.8. Mülki Məcəllənin 759 və 760-cı maddələrində göstərilən əsaslar üzrə yerinə yetirilmiş işin haqqı müəyyən edilərkən mübahisənin xüsusiyyəti də nəzərə alınmalıdır. Belə ki, bəzi hallarda yerinə yetirilmiş işin haqqının müəyyən edilməsi görülmüş işlərin dəyərinə görə deyil, icra edilməmiş işin tamamlanması üçün tələb olunan xərclərin dəyərinə görə müəyyən edilməlidir. Bu, o hallarda ola bilər ki, müqavilə üzrə görüləcək işlərin ayrı-ayrı dəyərləri deyil, ümumi smeta dəyərivəyamuzdunümumidəyərirazılaşdırılır.

104. Bənd 6.7. Podratın nəticəsi qüsurlu olduğu halda Mülki Məcəllənin 763-766-cı maddələrində sifarişçinin və podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər, yaxud muzdun miqdarını, qüsur məmulatın dəyərini nə qədərazaldırsa,oqədərazaldabilər.

105. Bənd 6.8. Sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt vermədən qüsuru özü aradan qaldırdığı hallarda, çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək və ya müqavilədən imtina etmək və yaxud muzdun miqdarının azaldılmasını tələb etmək hüquqlarınıitirmişolur.

106. Bənd 6.9. Podratın nəticəsində müəyyən edilən qüsurlar bilavasitə istifadə olunan materialların keyfiyyəti ilə bağlı olduqda nəzərə alınmalıdır ki, podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün birbaşa məsuliyyət daşıyır (Mülki Məcəllənin 767.1-ci maddəsi). Sifarişçinin materiallarından istifadə zamanı isə belə məsuliyyət iki halda - sifarişçinin materiallarından yanlış istifadə edilməsinə görə (Mülki Məcəllənin 767.2-ci maddəsi); podratçının Mülki Məcəllənin 768.1-ci maddəsində göstərilən öhdəliyini icra etməməsi və ya lazımi qaydada icraetməməsinəgörəyaranır.

107. Bənd 6.10. Podratçının Mülki Məcəllənin 768.1-ci maddəsində göstərilən məlumat vermək vəzifəsinin yerinə yetirməsi ilə bağlı halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi heç bir hərəkət etmədikdə, yəni müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlılığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Podratçının bu hüquqları Mülki Məcəllənin760.2və768.2-cimaddələrindətəsbitedilmişdir.

108. Bənd 6.11. Podratçı Mülki Məcəllənin 768.1-ci maddəsində göstərilən məlumat vermək vəzifəsini yerinə yetirmədikdə, habelə vaxtında xəbərdar etsə də sifarişçinin heç bir hərəkət etməməsinə və işlərin davam etdirilməsi barədə göstəriş verməməsinə baxmayaraq, müqavilədən imtina etmədikdə və işlərin görülməsini davam etdirdikdə qüsurlara görə məsuliyyət daşıyır. Bu nəticə Mülki Məcəllənin 767 və 768-ci maddələrinin birgə təfsirindən, habelə öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipindən irəli gəlir. Belə ki, öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipi davam edən xarakter daşıyır və onun mahiyyəti konkret situasiyalarda formal hərəkətlərin yerinə yetirilməsindən deyil, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrası nı təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməsindən ibarətdir. Bununla yanaşı, podratçı qeyd edilən məlumat vermək vəzifəsini yerinə yetirdikdən sonra sifarişçi işlərin davam etdirilməsi barədə göstəriş verdiyi hallarda qüsurlara görə məsuliyyətpodratçınındeyil,sifarişçininüzərinədüşür.

109. Bənd 6.12. Hazırkı Qərarın 2.1-ci bəndində ifadə olunmuş hüquqi mövqe baxımından kommersiya subyektləri arasında olan münasibətlərdə podratçının Mülki Məcəllənin 768.1-ci maddəsində göstərilən məlumat vermək vəzifəsinin yerinə yetirilməsi, habelə sifarişçinin həmin hallarlabağlımünasibətiyazılısübutlarlatəsdiqedilməlidir.

110. Bənd 7.1. Podrat münasibətlərində vacib məsələlərdən birini yerinə yetirilmiş işin təhvil- təslimi təşkil edir. Belə ki, podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsi və ya qəbul edilmiş hesab edilməsi bir neçə hüquqi nəticəyə səbəb olur (muzdun ödənilməsi, sifarişcinin qüsurlarla bağlı tələb hüququ, iddia müddətinin başlanma anı, risklərin bölüşdürülməsi vəs.).

111. Bənd 7.2. İşin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləşdirildiyi halda keyfiyyətə, şərtləşdirilmədiyi halda isə müqaviləyə uyğun istifadəyə və ya adi istifadəyə yararlı olubolmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər. Hazırkı Qərarın 2.1-ci bəndində ifadə olunmuş hüquqi mövqe baxımından kommersiya subyektləri arasındaolanmünasibətlərdəişlərintəhvilvəqəbuledilməsiyazılısübutlarlatəsdiqedilməlidir.

Apellyasiya baxışının həddi

112. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

113. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

114. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 1054 (bir min əlli dörd) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 182 037,60 manatın, 472,04 manat dövlət rüsumunun, ümumilikdə 182 509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dörd qəpik) manatın tutulub Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-nin özünə aid edilməsi” hissələri üzrə yoxlanılmasıtəşkiledir.

115. Qətnamə “tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli podrat müqaviləsinin ləğv edilmiş hesab olunması” hissəsində mübahisələndirilmədiyindən, həmin hissə apellyasiya baxışınınpredmetideyildir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

116. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir.

117. Kassasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, iş üzrə ilk növbədə tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli müqaviləyə xitam verilməsinin səbəbi və bunun hansı tərəfin təşəbbüsü ilə baş verdiyi müəyyən edilməli, bundansonratərəflərinqarşılıqlıhesablaşmalarınaqiymətverilməlidir.

118. İş üzrə tərəflərin mövqeləri də məhz müqaviləyə kimin təşəbbüsü ilə xitam verilməsi məsələsindəziddiyyətlidir.

119. İddiaçı bildirir ki, # ##### 2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən onun ərazidən uzaqlaşdırılması barədə göstəriş verilmiş və işləri davam etdirmək imkanından məhrum olunaraq məcburən konteynerlərini ərazidən çıxarmış, # ##### 2024-cü il tarixdə Cavabdeh MMC-yə pretenziya göndərərək müqavilə üzrə öhdəliklərin icrasının davam etdirilməsi üçün əraziyə buraxılmasınıtələbetmişdir.

120. Cavabdeh MMC isə İddiaçı işləri gecikdirdiyini və keyfiyyətsiz icra etdiyini, nəticədə öztəşəbbüsüiləsahənitərketdiyinibildirmişdir.

121. Məhkəmə kollegiyası sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, müqavilə münasibətlərinin faktiki olaraq Cavabdeh MMC-nin təşəbbüsü ilə dayandırıldığı daha inandırıcıdır.

122. Belə ki, iş materiallarında İddiaçı # ##### 2024-cü il tarixli pretenziyası vardır - həmin pretenziyada İddiaçı müqavilənin icrasını davam etdirmək niyyətində olduğunu bildirməklə sifarişçidənmüqaviləüzrəöhdəlikləriniyerinəyetirməyivəəraziyəburaxılmasınıtələbetmişdir.

123. Bu sənəd isə müqavilə münasibətlərinin İddiaçı öz iradəsi ilə dayandırıldığı barədə irəlisürülənarqumentitəkzibedir.

124. İş üzrə çahid qismində dindirilmiş X11 da İddiaçı və onun işçilərinin 2024-cü ilin aprel ayında ərazidən çıxarıldığını bildirmiş, şahid X2 isə İddiaçı ustalarının sahədən uzaqlaşdırıldığını vəvaqonlarınsahədənçıxarıldığınıgöstərmişdir.

125. Cavabdeh MMC-nin nümayəndələrinin və şahid Şahid İddiaçı işləri keyfiyyətsiz yerinə yetirməsi, materialların uyğun olmaması və işlərin gecikdirilməsi barədə bildirdikləri də, müqavilə münasibətlərinin məhz Cavabdeh MMC-nin təşəbbüsü ilə sonlandırıldığı qənaətini gücləndirir.

126. Lakin kommersiya subyektləri arasındakı podrat münasibətlərində podratçının müqavilə üzrə öhdəliklərini pozması və bunun sifarişçinin müqaviləyə vaxtından əvvəl xitam verməsinə əsas yaratması yalnız ümumi və şifahi mülahizələrlə deyil, mötəbər sübutlarla təsdiq edilməlidir.

127. “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, podratçının materialların yararlılığı, işlərin icrası və nəticəyə təsir edə bilən hallar barədə məlumat verməsi və sifarişçinin həmin hallara münasibəti kommersiyamünasibətlərindəyazılısübutlarlatəsdiqedilməlidir(§ 107, 108, 109).

128. Eyni zamanda, işin qüsurlu icrası ilə bağlı məsələlərdə müqavilədə şərtləşdirilmiş keyfiyyət meyarları, belə şərtlər olmadıqda isə işin müqaviləyə uyğun və ya adi istifadəyə yararlı olub-olmamasımüəyyənedilməlidir.

129. Hazırkı işin hallarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı konkret tarixdə müqaviləyə xitam verilməsi, işlərin dayandırılması və ya onun ərazidən uzaqlaşdırılmasının müqavilə üzrə hansı konkret pozuntu ilə əlaqədar olması barədə yazılı bildiriş təqdim edilməmişdir.

130. Əksinə, İddiaçı tərəfindən # ##### 2024-cü il tarixdə göndərilmiş pretenziyada əraziyə buraxılmamasından şikayət edilmiş və müqavilə öhdəliklərinin icrasının davam etdirilməsi tələbolunmuşdur.

131. Bu baxımdan, ayrı-ayrı şahidlərin sonradan verdikləri “işlərin keyfiyyətsiz olması”, “materialların bəyənilməməsi” və “işlərin gecikdirilməsi” barədə ifadələri müqaviləyə məhz bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərə görə xitam verildiyini birmənalı şəkildə təsdiq edən sübut kimi qəbul oluna bilməz.

132. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Cavabdeh MMC-nin nümayəndəsi müqavilənin ləğv olunmasına etiraz etməmiş və birinci instansiya məhkəməsində bu hissədə iddianıqəbuletdiyinibildirmişdir.

133. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh MMC müqavilənin məhz podratçının təqsirli davranışları səbəbindən xitam olunduğunu lazımi və mötəbər sübutlarla təsdiq edə bilməmişdir, buna görə də xitamın Cavabdeh MMC-nin öz iradəsi iləbaşverdiyiqəbulolunmalıdır.

134. Ali Məhkəmə Plenumunun Qərarında göstərildiyi kimi, sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etdiyi halda podratçıya yerinə yetirilmiş işin haqqı, habelə müqaviləninləğviiləvurulanrealzərərvəəldənçıxmışfaydaödənilməlidir (§ 98).

135. Bununla belə, ilkin iddianın əsaslı hesab olunması üçün İddiaçı tələb etdiyi məbləğlərinhərbirininayrıcahüquqivəfaktikiəsasınınmüəyyənedilməsizəruridir.

136. İddiaçı ilkin olaraq 633 576,50 manat, daha sonra isə iddia tələbinin həcmini artırmaqla ümumilikdə 863 676,61 manat tələb etmiş, sonuncu tələbinə görülmüş işlərin, təhvil verilmiş materialların, anbarda saxlanılan materialların və gecikdirilməyə görə 5 faizli məbləğin daxiledildiyinigöstərmişdir.

137. Görülmüş işlərin dəyərinə münasibətdə qeyd olunmalıdır ki, Cavabdeh MMC tərəfindən təqdim edilmiş Forma 2 sənədində İddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumidəyəri119439,71ABŞdollarıgöstərilmişdir.

138. Həmin məbləğ hazırlıq işləri üzrə 40 072,93 ABŞ dolları, döşəmə işləri üzrə 24 561,76 ABŞ dolları, istinad və sərhəd divarı üzrə 32 919,70 ABŞ dolları və əlavə işlər üzrə 21 885,32 ABŞdollarındanibarətdir.

139. Cavabdeh MMC-nin özü tərəfindən hazırlanaraq məhkəməyə təqdim edilmiş bu sənədinməzmunuişlərinmüəyyənhissəsiningörüldüyününqəbulolunduğunugöstərir.

140. Bundan başqa, Cavabdeh MMC-nin nümayəndəsi Adilə Haqnəzərova məhkəmə iclasında Forma 2 sənədində göstərilməsə də, İddiaçı tərəfindən əlavə olaraq 120 kv.metr qranit verildiyinibildirmişdir.

141. Şahid Şahid da həmin halı təsdiq etmiş, qranitin sahəyə gətirildiyini və istifadə edildiyini,dahasonrasifarişçininbəyənməməsisəbəbindənsöküldüyünübildirmişdir.

142. Beləliklə, 120 kv.metr qranitin verilməsi faktı yalnız İddiaçı izahatı ilə deyil, qarşı tərəfinnümayəndəsininvəşahidinizahatlarıilədətəsdiqolunur.

143. İş materiallarında həmin qranitin 1 kv.metrinin müqavilə qiymətinin 102,35 ABŞ dolları olduğu göstərilmişdir, buna görə 120 kv.metr qranitin müqavilə qiyməti 12 282 ABŞ dolları təşkil edir.

144. Beləliklə, tərəflərin təqdim etdiyi sübutlara əsasən, görülmüş işlərin və qarşı tərəfə verilmişmaterialınümumidəyəri131721,71ABŞdollarıdır.

145. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi və tərəflər tərəfindən ayrıca əsaslandırılmış qaydada mübahisələndirilməyən hesablamaya əsasən bu məbləğ Azərbaycan manatıekvivalentində223927,40manattəşkiledir.

146. Podrat münasibətlərinə vaxtından əvvəl xitam verildikdə yerinə yetirilmiş işin haqqı konkret mübahisənin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilməlidir və bəzi hallarda görülmüş işlərin dəyərindən, bəzi hallarda isə icra edilməmiş işlərin tamamlanması üçün tələb olunan xərclərdən çıxış etmək mümkündür. Hazırkı işdə müqavilə smetasında ayrı-ayrı işlərin qiymətləri müəyyən edildiyindən faktiki görülmüş işlərin müqavilə qiymətləri əsasında hesablanmasımümkündür (§ 103).

147. Bununla yanaşı, ilk növbədə İddiaçı 255 000 manat məbləğində avans alıb-almaması ayrıcamüəyyənedilməlidir. İş materiallarından görünür ki, müqavilənin Əlavəsində “aldım: İddiaçı ##.##.2023- 255.000148.AZN” qeydi vardır və həmin qeydin qarşısındakı imzanın İddiaçı məxsus olması ## ####### 2024-cüiltarixliekspertrəyiiləmüəyyənedilmişdir.

149. Eyni zamanda ekspert həmin qeydin mətninin İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyini müəyyən etmişdir, ## ###### 2024-cü il tarixli ekspert rəyində isə həmin yazıiləimzanınicravaxtınımüəyyənetməyinmümkünolmadığıgöstərilmişdir.

150. Məhkəmə kollegiyası hesab edir ki, yazının başqa şəxs tərəfindən yazılması həmin yazınınaltındakıimzanınhüquqiəhəmiyyətiniavtomatikolaraqaradanqaldırmır.

151. Əksinə, mühüm olan imzanın kimə məxsus olması və imzanı atan şəxsin hansı məzmunlusənəditəsdiqetməsidir.

152. İddiaçı izahına görə, müqavilənin müxtəlif nüsxələrində səhifəni daha mötəbər etmək məqsədilə bir neçə dəfə imza etmişdir; lakin o, boş sahədə, xüsusilə “aldım” qeydi yerləşdirilən hissədəimzaetməsininkonkretvəinandırıcısəbəbiniizahedəbilməmişdir.

153. Bundan başqa, ekspert tərəfindən yazının imzadan əvvəl, yoxsa sonra icra edilməsinin müəyyən olunmaması yazının sonradan əlavə edilməsinin özlüyündə sübuta yetirilməsideməkdeyildir.

154. Ən əsası isə, tərəflər arasında “WhatsApp” vasitəsilə aparılmış yazışmalarda və səs yazılarında Cavabdeh MMC tərəfindən İddiaçı 255 000 manatın xərclənməsi və həmin məbləğ alındığı halda əlavə vəsait tələb edilməsinin səbəbi barədə izahat tələb olunduğu, İddiaçı isə həmin məbləği ümumiyyətlə almadığını bildirmədiyi, pulun xərclənməsi barədə izahat verdiyi müəyyənolunur.

155. Odur ki, ekspertin imzanın İddiaçı məxsusluğunu müəyyən etməsi, həmin imzanın “aldım” qeydi altında yerləşməsi və sonrakı elektron yazışmalarda İddiaçı ödəniş faktını inkar etməməsi birlikdə qiymətləndirildikdə, 255 000 manat məbləğinin İddiaçı ödənilməsi nəticəsinə gəlməküçünkifayətedənsübutlarmövcuddur.

156. Beləliklə, Cavabdeh MMC tərəfindən İddiaçı ödənilmiş məbləğ 405 965 manat təşkil edir; bu məbləğ 255 000 manat avans və sonrakı müxtəlif ödənişlərdən ibarət 150 965 manatdır.

157. Müqaviləyə xitam verildiyi tarixədək görülmüş işlərin və verilmiş qranitin dəyəri isə 223927,40manatdır.

158. Deməli, faktiki görülmüş işlərin dəyəri ödənilmiş məbləğdən artıq deyil və bu baxımdan İddiaçı yalnız görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri kimi əlavə olaraq 164085,36manattələbetməsiəsaslısayılabilməz.

159. Bununla yanaşı nəzərə alınmalıdır ki, müqaviləyə xitam sifarişçinin təşəbbüsü ilə baş vermişdirsə, podratçı tərəfindən müqavilənin icrası ilə əlaqədar çəkilmiş və müqavilənin vaxtından əvvəldayandırılmasınəticəsindəonunüzərindəqalmışrealxərclərindəəvəziödənilməlidir.

160. İddiaçı müqavilə üzrə anbarda saxlanılan qranit və aqlay materiallarının dəyəri olaraq 233145,225ABŞdollarıtələbetmişdir.

161. İş materiallarında İddiaçı ilə X9 arasında bağlanmış # ###### 2023-cü il tarixli **-**/** nömrəli alqı-satqı müqaviləsi, “xxxx” MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli **-**/** nömrəli müqavilə və “xxxx” MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli **-**/** nömrəli müqavilələrvardır.

162. Həmin sənədlərə əsasən, İddiaçı adı çəkilən şəxs və şirkətlərlə qranit və aqlay məhsullarının alınması üzrə münasibətlər mövcud olmuş, malların bir hissəsinin İddiaçı təhvil verilməsidəmüvafiqsənədlərlətəsdiqlənmişdir.

163. Lakin həmin sənədlərin mövcudluğu İddiaçı tələb etdiyi 233 145,225 ABŞ dollarının bütövlükdə Bilgəh layihəsi üçün alınmış materialların dəyəri olduğunu avtomatik şəkildə təsdiq etmir.

164. Belə ki, İddiaçı paralel olaraq digər layihələrdə də fəaliyyət göstərdiyi müəyyən olunur, buna görə malların sadəcə onun tərəfindən alınması onların hamısının Cavabdeh MMC iləbağlanmışkonkretmüqaviləninicrasıüçünalındığınəticəsinəgəlməyəkifayətetmir.

165. Bu məsələ ilə bağlı həmçinin nəzərə alınmalıdır ki, əvvəlki apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi Adilə Haqnəzərova İddiaçı 405 000 manat ödənildiyini və əlavə olaraq mallar üçün 50 000 ABŞ dolları təklif edildiyini, siyahıda göstərilən malların təqdim edilməsi halında onları qəbul edəcəklərini bildirmiş, İddiaçı isə sədrlik edənin suallarına cavab olaraq malların Pərviz adlı şəxsə təhvil verildiyini irəli sürsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir.

166. İddiaçı apellyasiya şikayətində də Cavabdeh MMC-nin anbarda saxlanan malların qarşılığında 50 000 ABŞ dolları verərək götürmək istədiyini vurğulamış, lakin hansı səbəbdən mallarıtəhvilvermədiyiniizahetməmişdir.

167. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddianın anbarda saxlanılan materialların dəyərinin tutulması tələbi sübutların yetərli olmaması səbəbindən təmin oluna bilməz.

168. İddiaçı “ödənişin gecikdirilməsinə görə illik 5 faizlə 17 626,05 manatın xeyrinə tutulması” tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, Cavabdeh MMC-nin podrat müqaviləsi üzrə ona ödənilməli borcunun qaldığı müəyyən edilmədiyindən, həmin tələbin təmin olunmas üçünəsasolmamışdır.

169. Qarşılıqlıiddiatələbiüzrəisəkollegiyaaşağıdakılarıqeydedir.

170. Cavabdeh MMC İddiaçı tərəfindən 405 965 manat vəsait alındığını və yalnız 223 927,40 manatlıq işlər görüldüyünü əsas gətirərək 271 604 manat tələb etmiş, birinci instansiya məhkəməsiisə182037,60manatavansınqaytarılmalıolduğunəticəsinəgəlmişdir.

171. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin podratla bağlı müddalarında podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi zamanı sifarişçinin podratçıya ödədiyi bütün məbləğinavtomatikolaraq“avans”kimigeriqaytarılmasınınəzərdətutannormayoxdur.

172. Əksinə, Ali Məhkəmə Plenumunun # #### 2026-cı il tarixli Qərarının 3.9-cu bəndində göstərilmişdir ki, (§ 95) müqavilənin icrası zamanı işlərin həcmi dəyişdikdə və ya işlər tam yekunlaşanadək müqaviləyə xitam verildikdə faktiki yerinə yetirilmiş işlərin dəyəri çıxılmaqla artıq ödənilmiş məbləğin qaytarılması məsələsi ayrıca həll edilməlidir. Bu cür tələblərin hüquqi əsası MülkiMəcəllənin439.4və1091-1095-cimaddələrindənəzərdətutulanqaydalardır.

173. Hazırkı işdə isə Cavabdeh MMC-nin 405 965 manat ödəməsi mübahisəsiz şəkildə müəyyən edilməklə yanaşı, müqaviləyə xitamın sifarişçinin təşəbbüsü ilə baş verdiyi və podratçınınhəminvaxtaqədər223927,40manatlıqişgördüyümüəyyənedilmişdir.

174. Sifarişçinin öz təşəbbüsü ilə müqaviləyə xitam verməsi nəticəsində podratçıya ödənilmiş məbləğin müəyyən hissəsinin müqavilənin icrası ilə bağlı xərcləri və əvvəlcədən edilmiş ödənişləri əhatə etməsi mümkündür; buna görə yalnız ödənilmiş məbləğlə görülmüş işlərin dəyəri arasındakıfərqinavtomatikolaraqəsassızvarlanmakimiqiymətləndirilməsidüzgündeyildir.

175. Bundan başqa, qarşılıqlı iddiaçı Cavabdeh MMC müqaviləyə podratçının müqavilə öhdəliklərinipozmasısəbəbindənxitamverildiyinisübutedəbilməmişdir.

176. Mülki Məcəllənin 759.2-ci maddəsinin tətbiqi üçün podratçının öhdəliklərini pozması və bu pozuntunun sifarişçinin müqaviləyə vaxtından əvvəl xitam verməsinə əsas olması müəyyən edilməlidir; lakin yuxarıda qeyd olunduğu kimi, iş materiallarında bu halları kifayət qədər təsdiq edənmötəbəryazılısübutlaryoxdur.

177. Cavabdeh MMC-nin apellyasiya şikayətində göstərilən mobilizasiya xərcləri, konteynerlərin sonradan İddiaçı tərəfindən aparılması, işçilərə ödənişlər, işlərin bir ay dayanması və sonradan tullantıların çıxarılması ilə bağlı xərclər də qarşılıqlı iddianın təmin edilməsi üçün əsasolabilməz.

178. Belə ki, zərərin tutulması üçün yalnız xərcin çəkilməsi deyil, həmin xərcin İddiaçı müqavilə üzrə pozuntusunun birbaşa nəticəsi olması, onun məbləği və səbəbli əlaqəsi sübut edilməlidir.

179. Cavabdeh MMC tərəfindən bu xərclərin konkret məbləğini, ödənilməsini və İddiaçı pozuntusu ilə birbaşa səbəbli əlaqəsini təsdiqləyən kifayət qədər mötəbər sənədlər təqdim edilməmişdir.

180. Eyni zamanda, İddiaçı işçilərinə Cavabdeh MMC tərəfindən müəyyən ödənişlərin edilməsi barədə şahid ifadələri həmin ödənişlərin hansı hüquqi əsasla və hansı müqavilə öhdəliyininəvəzinəhəyatakeçirildiyinimüəyyənetməyəimkanvermir.

181. Əgər Cavabdeh MMC podratçının işçilərinin əmək haqqını onun əvəzinə ödəyibsə, bu halın müvafiq maliyyə sənədləri ilə təsdiq edilməsi və həmin ödənişlərin İddiaçı öhdəliyi olduğu müəyyənləşdirilməlidir;təkcəşahidifadəsibelənəticəyəgəlməküçünkifayətetmir.

182. Cavabdeh MMC-nin ## ###### 2024-cü il tarixdə görülmüş işlərin bir hissəsinin sökülməsi ilə bağlı çəkdiyi xərclərə dair arqumenti də qarşılıqlı iddianın təmin edilməsinə əsas vermir.

183. Çünki həmin işlərin qüsurlu icra edilməsi, qüsurun İddiaçı məsuliyyət dairəsinə aid olması, podratçıya qüsurların aradan qaldırılması üçün imkan və müddət verilməsi, buna baxmayaraq qüsurların aradan qaldırılmaması və məhz bundan sonra sifarişçinin həmin işləri özü sökməsibarədəişmateriallarındakifayətqədərsübutyoxdur.

184. Ali Məhkəmə Plenumunun Qərarında da göstərilmişdir ki, (§ 104, 105) sifarişçi qüsurlu icra ilə bağlı hüquqlarını həyata keçirərkən podratçıya əlavə icra imkanı verməlidir, qüsurun aradan qaldırılmasına imkan yaratmadan özü həmin qüsuru aradan qaldırdığı halda müəyyənhüquqlarınıitirmişolur.

185. Cavabdeh MMC-nin müqavilə üzrə işlərin başqa podratçı tərəfindən tamamlanmasınaçəkdiyixərclərdəavtomatikolaraqİddiaçıüzərinəqoyulabilməz.

186. Belə xərclərin tutulması üçün onların yaranmasının podratçının qanunsuz hərəkəti nəticəsində baş verdiyi sübuta yetirilməlidir; hazırkı iş üzrə isə müqavilənin sifarişçinin təşəbbüsü ilə dayandırıldığı müəyyən edildiyindən, sonradan başqa podratçı cəlb edilməklə görülmüş işlərə çəkilmişxərclərinİddiaçıvurduğuzərərkimiqiymətləndirilməsimümkündeyildir.

187. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kommersiya subyektləri arasında bağlanmış podrat müqaviləsində işlərin təhvil və qəbulunun yazılı sübutlarla təsdiqlənməsi tələb olunur; işin qəbul edilməsi muzdun ödənilməsi, qüsurlarla bağlı hüquqların yaranması və digər hüquqi nəticələr baxımından əhəmiyyətlidir və kommersiya münasibətlərində işlərin təhvil və qəbuledilməsiyazılısübutlarlatəsdiqlənməlidir(§ 110, 111).

188. Hazırkı işdə iki tərəfli Forma 2 aktının imzalanmaması, lakin Cavabdeh MMC tərəfindən özünün hazırladığı Forma 2 sənədində konkret iş həcminin göstərilməsi və həmin işlərin müəyyən hissəsinin nümayəndə və şahid tərəfindən təsdiqlənməsi nəzərə alınaraq, bu sənədgörülmüşişlərinmövcudluğunutəsdiqləyənyazılısübutkimiqiymətləndirilir.

189. Tərəflərin “WhatsApp” vasitəsilə yazışmaları və səs yazıları, həftəlik hesabatlar, Forma 2 sənədi, müqavilələr, alqı-satqı sənədləri, ekspert rəyləri və şahid ifadələri qarşılıqlı əlaqədə qiymətləndirildiyi zaman, müqavilənin faktiki olaraq sifarişçinin təşəbbüsü ilə dayandırıldığı, İddiaçı tərəfindən müəyyən həcmdə işlərin görüldüyü, 255 000 manat avansın ona verildiyi və Cavabdeh MMC-nin qarşılıqlı iddiasının sübuta yetirilmədiyi nəticəsinə gəlmək mümkündür.

190. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin, Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd olunmalı, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi “İddiaçı 182 037,60 manatın, 472,04 manat dövlət rüsumunun, ümumilikdə 182 509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dörd qəpik) manatın tutulub Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv olunaraq, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin olunmamalı, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədənsaxlanılmalıdır.

191. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

192. Kollegiya, “işdə olan yazılı sənədlər əsasında ekspertizanın keçirilməsi, habelə iddiaçının istinad etdiyi (anbarda saxlanılan) tikinti materiallarına yerində müayinə keçirilməsinin mümkünlüyü məsələlərinin müzakirə edilməsi” barədə kassasiya instansiyası məhkəməsinin qərarındaəksolunangöstərişləbağlıisəaşağıdakılarıqeydedir:

193. Ekspertizanın təyin edilməsi yalnız o halda mümkün ola bilərdi ki, ekspert qarşısında qoyulacaq suallar üçün tədqiqat obyekti və ilkin məlumatlar mövcud olsun; hazırkı işdə isə ekpertiza tədqiqatı üçün kifayət edəcək yazılı sübutlar yoxdur, eyni zamanda tikinti işlərinin sonradan digər şəxs(lər) tərəfindən tamamlanması nəticəsində tikinti obyektinin ilkin vəziyyətinin saxlanılmadığımüəyyənedilmişdir.

194. Ona görə də hazırda ekspertin əraziyə baxış keçirməklə ilkin iddiaçının konkret hansı işlərigördüyünüetibarlışəkildəmüəyyənetməsiobyektivolaraqmümkündeyildir.

195. Anbarda faktiki mövcud olan materialların siyahısı, miqdarı, növü və bazar dəyəri konkret şəkildə müəyyən edilə bildiyi halda əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəzəri cəhətdən mümkün olsa da, müvafiq iddia tələbinin təmin edilməsi üçün yalnız materialların bazar dəyərinin müəyyən edilməsi kifayət etmir; yuxarıda şərh olunduğu kimi, əsas məsələ həmin materialların məhz bu müqavilə üzrə alındığının və mübahisəli podrat işi üçün nəzərdə tutulduğununsübutayetirilməsidir.

196. Ekspertiza isə hüquqi faktı - materialların hansı müqavilənin icrası üçün alınmasını müəyyənedəbilməz.

197. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

İddiaçıapellyasiya şikayətiqisməntəminedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi “İddiaçı 182 037,60 manatın, 472,04 manat dövlət rüsumunun, ümumilikdə 182 509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dördqəpik)manatıntutulubCavabdehMMC-yəödənilməsi”hissəsindələğvolunsun. Cavabdeh MMC-ninqarşılıqlıiddiatələbihəminhissədədətəminedilməsin. Cavabdeh MMC-ninapellyasiyaşikayətitəminolunmasın. Qətnaməmübahisələndiriləndigərhissələrdədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərinözlərinəaidolunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar