Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-939/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsfər oğlu olmaqla) qarşı “pulun tutulması, icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, icarə haqqının tutulması, müqaviləyə xitam verilməsi, öhdəliklərin əvəzləşdirilməsi, sübutetmə, icarəyə verilmiş əmlakın özgəninkiləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1, cavabdeh Cavabdeh, onun nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsfər oğlu olmaqla) qarşı “pulun tutulması, icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 1124084981 olan çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
2. Iddiaçı İddiaçı (icarəyə verən) ilə cavabdeh Cavabdeh (icarəçi) arasında imzalanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi icarəçiyə icarəyə verilmişdir. Həmin müqavilənin: 2-ci bəndinə əsasən müqavilənin müddəti ##.##.2028-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 1600 manat icarə haqqı ödəyir, ##.##.2025-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı əsasında infilyasiya nəzərə alınaraq qiymət dəyişikliyinə baxılacaqdır. 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. 8-ci bəndinə əsasən icarəçilər icarəyə verənlərin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. 9-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçilər tərəfindən ödənilir.
3. Iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə 2700 manat, ##.##.2024-cü il tarixdə 2000 və 700 manat, ##.##.2024-cü il tarixdə 2700 manat, ##.##.2024-cü il tarixdə 2700 manat, ##.##.2024-cü il tarixdə 2700 manat, ##.##.2025-ci il tarixdə 3200 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1500 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 1600 manat, ##.##.2025-ci il tarixdə 1600 manat icarə haqqı ödənilmişdir.
4. Iş materiallarından görünür ki, İddiaçı tərəfindən icarəçi Cavabdeh ##.##.2025-ci il tarixdə pretenziya məktubu ünvanlanaraq icarə müqaviləsinin 4-cü bəndinə əsasən inflyasiya nəzərə alınaraq aylıq icarə haqqının artırılmasının nəzərdə tutulduğunu, əlavə olaraq son iki ay ərzində müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqının ödənilmədiyini, yaranmış borcun dərhal ödənilməsini tələb etmiş, icarə müqaviləsindəki aylıq icarə haqqının dəyişdirilərək, 7000 manat müəyyən edilməsi təklif olunmuşdur.
5. Cavabdeh tərəfindən pretenziyaya cavab məktubu göndərilərək, icarə haqqının ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılaraq ödəniş üçün bank hesabının verilməsi xahiş olunsa da bank hesabının verilməsindən imtina olunduğu, icarə haqqının ödənilməsindən yayınmadığını, aylıq icarə haqqının 1600 manatdan 6000 manata qaldırılmasına razı olmadığını, müqavilənin 5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında inflyasiya nəzərə alınaraq qiymət dəyişikliyinə baxılacağının mümkün olduğunu icarəyə verənə bildirilmiş, bundan başqa müqavilə üzrə qeyri-yaşayış sahəsinə çəkilən xərclərin 06 aylıq icarə haqqının ödənilməsinə möhlət verilməsi ilə əvəzləşdirilməsinə dair razılıq olmadığını, qeyri-yaşayış sahəsinə çəkilən xərclərin 150000 manat təşkil etdiyindən və icarə haqqının 06 aylıq dəyəri 9600 manat təşkil etdiyindən belə bir razılığın əldə edilməsinin ağlabatan olmadığı, ##.##.2024-cü il tarixli icarə müqaviləsində müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hər hansı bənd olmadığı qeyd edilmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Cavabdeh göndərilmiş ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, ev 8, giriş-E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə verilmiş, sözügedən qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir. Lakin əmlakın icarəyə verilməsi ilə bağlı hər hansı razılaşma və ya müqavilə mövcud deyildir. Belə olan halda əmlakdan istifadə qanunsuz və əsassızdır. Bununla əlaqədar olaraq 3 gün müddətində Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, ev 8, giriş-E, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasının təmin edilməsi və ya qeyri-yaşayış sahəsini boşaltmaqla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verməyinizi xahiş olunmuş, lakin hər hansı bir reaksiya verilməmişdir. Belə olan halda Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, ev 8, giriş-E, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində olan əşyaların çıxarılaraq məsul saxlanmağa veriləcəyi və giriş qapısının açarının dəyişdiriləcəyi barədə xəbərdar edilmişdir.
7. Iş materiallarında olan iddiaçı (satıcı) ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC (alıcı) arasında imzalanmış ##.##.2025-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı ünvan 1 mərtəbə, qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 178,4 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən alıcının mülkiyyətinə verir.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC (lizinq verən) ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (lizinq alan) arasında bağlanmış ##.##.2025-ci il tarixli, *** saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən ünvan 1 mərtəbə, qapı 3 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 353000 (üç yüz əlli üç min) ABŞ dolları müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir. 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 24 ay müəyyən edilir. 3.1-ci bəndinə əsasən, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavəsində göstərilir.
9. Tərəflər arasında imzalanmış D*** saylı daxili maliyyə lizinq müqaviləsinə * saylı əlavədə lizinq ödənişlərinin qrafiki razılaşdırılmışdır.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ##.##.2026-cı il tarixli qeydiyyat nömrəsi 1126008052 olan çıxarışa əsasən, ünvan 2 köhnə ünvanı: ünvan 1 mərtəbə, qapı 3/QYS mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin mülkiyyətindədir, sahə ##.##.2026-cı il tarixdən etibarən 24 ay müddətinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, *** saylı daxili lizinq müqaviləsi əsasında yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ## #### 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsini xahiş etmişdir.
12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2024-cü il tarixdə notariat qaydasında bağlanmış icarə müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh hər ay 1600 manat məbləğində icarə haqqı ödəməli və əmlakdan təyinatı üzrə istifadə etməli idi. Müqavilənin 4-cü bəndinə əsasən ## ###### 2025-ci il tarixdən inflyasiya nəzərə alınmaqla icarə haqqının artırılması nəzərdə tutulmuşdur. ## #### 2025-ci il tarixdə cavabdehə pretenziya göndərərək, aylıq icarə haqqının mövcud bazar qiyməti nəzərə alınmaqla 7000 manat məbləğində müəyyən edilməsi əks halda müqavilənin ləğvi və əmlakın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, Cavabdeh pretenziyaya cavab olaraq müqavilə şərti ilə razı olmadığını bildirmişdir.
13. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## #### 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, ##.##.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat məbləğində icarə haqqı, 325 manat hüquqi yardıma görə çəkilən xərc və 333 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək aylıq 6700 manat məbləğində icarə haqqının, 325 manat məbləğində hüquqi yardıma görə çəkilən xərcin və 333 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
16. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğvi, qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilməsi; ##.##.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat məbləğində icarə haqqının, 325 manat məbləğində hüquqi yardıma görə çəkilən xərcin və 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## #### 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, ##.##.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat məbləğində icarə haqqı, 325 manat hüquqi yardıma görə çəkilən xərc və 333 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qoşulmalıdır. Belə ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə verilmişdir. Hazırda sözügedən qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir. Lakin üçüncü şəxslə cavabdeh arasında əmlakın icarəyə verilməsi ilə bağlı hər hansı razılaşma və ya müqavilə mövcud deyildir. Belə olan halda cavabdehin əmlakdan istifadəsi qanunsuz və əsassızdır. Buna baxmayaraq əvvəlki mülkiyyətçi İddiaçıla Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 16 və ## ###### 2026-cı il tarixlərində cavabdeh Cavabdeh pretenziya və xəbərdarlıq ünvanlayaraq müvafiq icarə müqaviləsinin bağlanmasını və ya icarə obyektinin təhvil verilməsinı xahiş etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Belə olan halda hesab edirik ki, cavabdehin icarə obyektini təhvil verməsi ilə yanaşı, eyni zamanda təhvil verəcəyi günədək icarə haqqı hesablanaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilməlidir. Çünki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki olaraq öz əmlakını icarəyə verərək gəlir əldəetmə hüququndan məhrum olur. Iş materiallarında olan qiymətləndirmə təşkilatı tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına əsasən, müqavilə predmetinin bazar şərtlərinə uyğun aylıq icarə haqqı 6700 manat müəyyən edilmişdir. Buna görə də hesab edirik ki, əmlakın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə verilməsi tarixindən, yəni ##.##.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat məbləğində icarə haqqı cavabdeh tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilməlidir. Bütün bu yuxarıda qeyd edilən hallarla bağlı olaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
19. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri yaşayış sahəsinin boşaldılaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilməsi; ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək aylıq 6700 manat hesablanmaqla, cəmi 26800 manat məbləğində icarə haqqının, 325 manat məbləğində hüquqi yardıma görə çəkilən xərcin və 172 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onun əsl tərəflə əvəz olunması təklif edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin əsl üçüncü şəxslə əvəz olunaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC müstəqil tələb irəli sürən üçüncü şəxs qismində, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsfər oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
22. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrə görə 52700 manat məbləğində icarə haqqının, 325 manat məbləğində hüquqi yardıma görə çəkilən xərcin və 249 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-##.##.2026-cı il dövrlərini əhatə edən icarə haqqı məbləği kimi 25500 manat pulun və 333 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Məhkəmə iclasında iddiaçının, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsfər oğlunun nümayəndəsi və vəkili vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqı məbləğinin 1600 manat göstərilməsinə baxmayaraq əslində icarə haqqının məbləği 2700 manat olmuş, belə ki, icarə müqaviləsi üzrə ardıcıl 5 ay üzrə cavabdeh iddiaçıya 2700 manat vəsait ödəmiş, lakin daha sonra cavabdehə pretenziya göndərildikdən və tərəflər arasında mübahisə yarandıqdan sonra cavabdeh müqavilədə rəsmi olaraq göstərilmiş icarə haqqını (aylıq 1600 manat) ödəyəcəyini bildirmiş, hazırkı günə qədər də aylıq 1600 manat olmaqla icarə haqqı üzrə ödəniş edilir.
25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 hər iki iddia ərizəsinə etiraz edərək, iddia ərizələrinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqı məbləği 1600 manat göstərilmiş, hazırkı günə qədər hər ay davamlı olaraq həmin vəsait icarəyə verənə ödənilir. Ilk beş ay 2700 manat ödənilməsinin səbəbi isə tərəfin növbəti aylar üzrə nəzərə alınması şərti ilə artıq ödəmə etməsi olmuşdur. Iddiaçı cavabdehə icarə haqqının artırılmasını təklif etmiş, lakin cavabdeh buna razılıq verməmiş, bu səbəbdən mübahisə yaranmışdır. Hazırda icarə müqaviləsinin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
26. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin nümayəndəsi A.Musayeva iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icarə sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC tərəfindən ##.##.2025-ci il tarixdə satın alınmış, daha sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lizinqə verilmiş, hazırda sahə cavabdehin sahiblik və istifadəsindədir. Icarə müqaviləsində göstərilmiş icarə haqqı aşağı olduğu, ödənişlər natamam edildiyi üçün hazırda müqavilənin ləğv edilməsini, sahənin boşaldılaraq təhvil verilməsini tələb edirlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.
27. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinə lazımi qaydada məluma verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
28. Sonuncu məhkəmə iclasının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
29. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh 11366,66 manat məbləğində pul, 124,10 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə xərc, ümumilikdə 11815,76 (on bir min səkkiz yüz on beş manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 124,90 (bir yüz iyirmi dörd manat doxsan qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması, icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.metr olan qeyri-yaşayış sahəsi boşaldılaraq üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-yə təhvil verilməsi, cavabdeh Cavabdeh 5500 manat məbləğində pul, 100 manat dövlət rüsumu, ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul tutularaq üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 233 (iki yüz otuz üç) manat dövlət rüsumunun üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin özünə aid edilməsi qət edilmişdir.
30. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: - Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının xüsusi mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsinə verilmişdir. - Iddiaçı hazırda icarə haqlarının tam ödənilmədiyini göstərib ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə qalıq 52700 manat (aylıq 6700 manatdan ödənilmiş 1600 manat icarə haqları çıxılmaqla) ödənilməsini tələb edir. - Cavabdeh iddiaya qarşı etirazında icarə haqqının müqavilədə göstərildiyi kimi 1600 manat olduğunu, həmin vəsaitin də tam şəkildə iddiaçıya ödənildiyini göstərib iddianın rədd edilməsini xahiş edir. - Məhkəmə cavabdehin icarə haqqı məbləğinin 1600 manat olması barədə dəlilini əsassız hesab edir. - Belə ki, ##.##.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsində aylıq icarə haqqı məbləğinin 1600 manat olması göstərilsə də, məhkəməyə təqdim edilmiş tərəflər arasında olan watsapp yazışmalarından, habelə ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə bağlandığı tarixdən sonra ardıcıl 5 ay 2700 manat olmaqla icarə haqqı ödənilmiş, 2700 manat birdəfəlik ödənilmiş, həmin vəsaitin 1600 manatdan artıq hissəsinin avans və sairə olması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, cavabdeh tərəf məhkəmə iclasındakı izahatında icarə müqaviləsi üzrə ardıcıl 5 ay icarə haqqının 2700 manat ödənilmə səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. - Beləliklə də tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən aylıq icarə haqqının 1600 manat deyil, 2700 manat təşkil etdiyi tərəflər arasındakı watsapp yazışmaları və cavabdehin etdiyi ödənişlərlə təsdiq edilir. - Məhkəmə iddiaçının aylıq icarə haqqının 6700 manat müəyyən edilməli olması barədə dəlilini də əsassız sayır. - Belə ki, icarə haqqının artırılıb 6700 manat müəyyən edilməsi barədə iddiaçının təklifi ilə cavabdeh razı olmamışdır. - Icarə müqaviləsinin həmin şərtinin dəyişdirilməsi barədə tərəflərin razılaşması olmadığından cavabdehdən icarə haqları tutulan zaman icarə haqqının aylıq 2700 manat olması məhkəmə tərəfindən nəzərə alınır. - Bundan əlavə, məhkəmə iclaslarındakı izahatlardan, habelə iddia ərizələrinin məzmunundan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hər ay iddiaçıya 1600 manat vəsait ödənilir. - Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddiaçının tələb etdiyi 10 ay 10 gün üçün ümumilikdə 11366,66 manat (2700 manat / 30 gün * 310 gün – (1600 manat / 30 gün * 310 gün)) icarə haqqı tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. - Məhkəmə üçüncü şəxsin iddiasını qismən əsaslı hesab edir. - Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı icarə sahəsi sonuncu tərəfindən satın alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. - Məhkəmə qeyd edir ki, ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə aylıq 2700 manat ödənilməli olması, habelə cavabdehin hazırkı tarixədək 1600 manat aylıq icarə haqqı ödəməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia birinci hissədə qismən təmin edilməli, üçüncü şəxsin tələb etdiyi 5 aylıq dövr üzrə ümumilikdə 5500 manat icarə haqqı (2700 manat * 5 ay – 1600 manat * 5 ay) tutularaq üçüncü şəxsə ödənilməlidir. - Məhkəmə araşdırması zamanı cavabdehin (icarəçi) ##.##.2024-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi müəyyən edildiyindən, icarə müqaviləsi üzrə hazırkı tarixə qədər 16866,66 manat icarə haqqı borcu olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməlidir. - ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edildiyi üçün məhkəmə hesab edir ki, üçüncü şəxs hazırda cavabdehin icarə sahəsindən çıxarılmasını və əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. - Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdeh icarə sahəsindən çıxarılmalı və əmlak boşaldılaraq üçüncü şəxsə təhvil verilməlidir. - Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edildiyindən 124,10 manat dövlət rüsumu və iddiaçı tərəfindən hüquqi yardımla bağlı çəkilmiş 325 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 124,90 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin iddiası qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq üçüncü şəxsə ödənilməli, qalan ödənilmiş 233 manat dövlət rüsumu isə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin özünə aid edilməlidir.
31. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 421.1, 423.1, 424.3, 423.1, 675, 697.1, 699.1, 700.1, 700.3-cü maddələrinə istinad etmişdir.
32. Həmin qətnamədən İddiaçı apellyasiya verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin icarə haqqını düzgün müəyyən etməmiş, cavabdehin faktiki olaraq aylıq 2.700 manat ödədiyini, müqavilənin 4-cü bəndinin icarə haqqına bazar dəyişiklikləri nəzərə alınmaqla yenidən baxılmasına imkan verdiyini və qiymətləndirmə hesabatına əsasən bazar icarə haqqının aylıq 6.700 manat təşkil etdiyini nəzərə almamışdır.
33. Qətnamədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC apellyasiya verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. MMCnin apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin əvvəlki icarə münasibətlərindəki aylıq 2.700 manat ödənişi əsas götürməklə düzgün nəticəyə gəlməmiş, həmin dövr üçün əmlakın real bazar icarə haqqının qiymətləndirmə hesabatına uyğun olaraq aylıq 6.700 manat hesablanmaqla tələb tam təmin edilməlidir.
34. Qətnamədən Cavabdeh apellyasiya verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələblərinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində əmlaka təxminən 150.000 manat məbləğində ayrılmaz yaxşılaşdırmalar etdiyini, həmin xərclərin əmlakın dəyərini artırdığını, bu tələbin icarə haqqı borcu ilə əvəzləşdirilməli olduğunu, qarşılıqlı tələblər nəzərə alınmadan müqavilənin ləğv edilməsinin və borcun tutulmasının əsassız olduğunu bildirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazlar
35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar
36. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, müstəqil tələb irəlin sürən 3-cü şəxsin nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
38. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
39. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
40. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
41. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
42. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
46. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
49. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
50. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
51. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
52. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.1. Ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə
53. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.
54. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
55. Maddə 700.3. Əgər Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
56. Maddə 700.5. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
66. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə birlikdə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir.
67. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
68. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
69. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
70. Işin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2024cü il tarixli icarə müqaviləsi bağlanmış, ünvan 1 mərtəbədə yerləşən, ümumi sahəsi 178,4 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmiş, müqavilə üzrə aylıq icarə haqqı 1.600 manat müəyyən edilmişdir.
71. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini və icarəçinin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini sübut etməlidir; icarəçi isə iddiaçıya borcunun qalmadığını, eyni zamanda artıq ödənişlərinin olduğunu sübut etmək vəzifəsi daşıyır.
72. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 57, 58,59,60).
73. Işin hallarından görünür ki, müqavilədə aylıq icarə haqqının 1.600 manat göstərilməsinə baxmayaraq, işdə olan ödəniş sənədləri və tərəflər arasındakı yazışmalar cavabdehin müqavilə bağlandıqdan sonra ardıcıl 5 ay ərzində hər ay 2.700 manat icarə haqqı ödədiyini təsdiq edir. Cavabdeh 2.700 manat məbləğində ödənişlərin 1.600 manatdan artıq hissəsinin avans və ya başqa təyinatlı ödəniş olması barədə hər hansı sübut təqdim etməmiş, həmçinin məhkəmə iclasında həmin məbləğin ardıcıl olaraq 5 ay ödənilməsinin səbəbini əsaslandıra bilməmişdir.
74. Belə olan halda, tərəflərin müqavilənin icrası zamanı formalaşmış ardıcıl davranışı onların aylıq icarə haqqının 2.700 manat olması barədə razılığa gəldiklərini göstərir. Bu səbəbdən birinci instansiya məhkəməsi müqavilədə icarə haqqının 1.600 manat göstərilməsinə baxmayaraq, tərəflər arasında sonradan formalaşmış işgüzar münasibətləri nəzərə alaraq aylıq icarə haqqını 2.700 manat müəyyən etməkdə haqlı olmuşdur.
75. Işdə olan ödəniş sənədlərindən həmçinin görünür ki, cavabdeh ##.##.2025-ci ildən sonrakı dövrdə aylıq 1.600 manat məbləğində ödənişləri davam etdirmişdir. Lakin tərəflər arasında faktiki olaraq formalaşmış işgüzar münasibətlərə əsasən aylıq icarə haqqı məbləği 2.700 manat olduğundan, 1.600 manat məbləğində ödəniş öhdəliyin tam icrası kimi qiymətləndirilə bilməz.
76. Bu baxımdan birinci instansiya məhkəməsi ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək olan 10 ay 10 günlük dövr üzrə aylıq 2.700 manat icarə haqqı ilə cavabdehin faktiki ödədiyi aylıq 1.600 manat arasındakı fərqi nəzərə alaraq 11.366,66 manat borc müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
77. Cavabdehin apellyasiya şikayətinin məzmunu da həmin nəticəni təkzib etmir. Belə ki, cavabdeh sözügedən dövr üzrə icarə haqqı borcunun mövcudluğunu və ya həmin borcun ödənildiyini mübahisələndirmir, əksinə yaxşılaşdırma xərclərinin icarə haqqı borcu ilə əvəzləşdirilməli olduğunu irəli sürür.
78. Cavabdehin 150.000 manat məbləğində yaxşılaşdırma xərclərinin icarə haqqı borcu ilə əvəzləşdirilməsi barədə dəlili də əsaslı hesab edilə bilməz.
79. Cavabdehin istinad etdiyi ##.##.2023-cü il tarixli **/**-** nömrəli müqavilə onunla “xxxx” MMC arasında mal, material, iş və xidmətlərin göstərilməsinə dair bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən görülmüş işlərin həcmi xidmət aktları ilə müəyyən edilməli və işlər müvafiq icra aktı əsasında təhvil alınmalıdır.
80. Lakin sözügedən müqavilə özlüyündə mübahisəli qeyri-yaşayış sahəsində 150.000 manat dəyərində ayrılmaz yaxşılaşdırmaların aparıldığını, həmin məbləğdə xərcin faktiki olaraq cavabdeh tərəfindən çəkildiyini və bunun nəticəsində cavabdehin icarəyə verənə qarşı 150.000 manat məbləğində qarşılıqlı tələb hüququnun yarandığını təsdiq etmir.
81. Bundan başqa kollegiya qeyd edir ki, mülki qanunvericilikdə icarə müqaviləsi ləğv edildiyi icarə obyektinə görə yaxşılaşdırmaların qaytarılması ilə bağlı hər hansı müddəa təsbit edilməmişdir. Cavabdehin bu hüququ ayrıca icraat qaydasında Mülki Məcəllənin 680.2ci maddəsinə uyğun həyata keçirmək imkanı var.
82. Kollegiya qeyd edir ki, müqavilənin 4-cü bəndində ##.##.2025-ci ildən inflyasiya nəzərə alınmaqla icarə haqqına yenidən baxılması nəzərdə tutulsa da, həmin bənd icarə haqqının birtərəfli qaydada dəyişdirilməsini deyil, bu barədə tərəflərin qarşılıqlı razılığının əldə edilməsini nəzərdə tutur.
83. Iddiaçı ##.##.2025-ci il tarixli pretenziya ilə aylıq icarə haqqının 7.000 manata artırılmasını təklif etmiş, cavabdeh isə bu təkliflə razılaşmamışdır. Iş materiallarında tərəflərin sonradan icarə haqqının 6.700 və ya 7.000 manat olması barədə razılığa gəldiklərini təsdiq edən hər hansı sübut mövcud deyil.
84. Iş materiallarından müəyyən olunur ki, mübahisəli əmlak ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC tərəfindən əldə edilmiş, onun mülkiyyət hüququ ##.##.2026-cı ildə dövlət qeydiyyatına alınmışdır.
85. Əmlak özgəninkiləşdirildiyi vaxt ##.##.2024-cü il tarixli icarə müqaviləsi qüvvədə olduğundan, mülkiyyətçinin dəyişməsi həmin müqaviləyə xitam verilməsi ilə nəticələnməmişdir. Mülki Məcəllənin 699.1-ci maddəsinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC əmlakı əldə etməklə əvvəlki icarəyə verəni mövcud icarə münasibətlərində əvəz etmişdir (§ 53).
86. Buna görə də əmlakın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin mülkiyyətinə keçməsindən sonra cavabdehin həmin sahədən istifadəsi hüquqi əsası olmayan istifadə kimi qiymətləndirilə və bu əsasla ondan aylıq 6.700 manat icarə haqqı tələb edilə bilməz.
87. Beləliklə, cavabdehin həmin dövrdə hər ay 1.600 manat icarə haqqı ödədiyini nəzərə alınmaqla, birinci instansiya məhkəməsi 5 aylıq dövr üzrə yaranmış aylıq 1.100 manat fərqin, ümumilikdə 5.500 manatın cavabdehdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-nin xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.
88. Işin yuxarıda qeyd edilən hallarına əsasən cavabdehin icarə haqqı üzrə 2 aylıq icarə haqqının məbləğindən artıq borcu olduğundan Mülki Məcəllənin 685.2.2-ci maddəsinin dizpozisiya şərtlərinin mövcudluğu müəyyən edilmişdir.
89. Belə olan halda, birinci instansiya məhkəməsinin icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin sahədən çıxarılması və əmlakın mülkiyyətçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC-yə təhvil verilməsi barədə nəticəsi əsaslı olmuşdur.
90. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
91. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
İddiaçı, Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.