Məhkəmə qərarları › İş №2-2(3-7)-31/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-31/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-31/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Birinci iş üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2rşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə); Digər iş üzrə iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 cavabdeh İddiaçı MMC-yə qarşı Açar sözlər: torpaqdan təyinatı üzrə istifadə; müqavilə şərtləri Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC-nin direktoru nümayəndə2, etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 və birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh X2in etibarnamə üzrə nümayəndəsi nümayəndə1 iştirakı ilə, Birinci iş üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2rşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul tələbinə; digər iş üzrə iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 cavabdeh İddiaçı MMC-yə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə İddiaçı MMC arasında bağlanmış ## ####### 2024-cü il tarixli, BFM **/**/*****A №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 298 kv.m, ümumi sahəsi 625 kv.m olan qeyri yaşayış binası (Koordinatlar X:650049, Y:4409608,) II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). II Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1.475,00 (bir min dörd yüz yetmiş beş) manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3). ##.##.2024-cü il tarixdən fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, müqavilənin 1.3-cü bəndinə əsasən hesablama aparılır və hər ayın 5-nə qədər hesablanmış məbləği İ Tərəfin bank hesabına ödəyir (1.4). İ Tərəfin hüquqlarına daxildir (3.1) - bu müqavilənin predmetində qeyd olunan birgə fəaliyyətdən irəli gələn işlərin fasiləsiz və keyfiyyətlə icrasının təmin olunmasını, bu müqavilənin 1.3-cü bəndinin və bu müqavilənin şərtlərindən irəli gələn tələblərin icrasını II Tərəfin öhdəsinə düşən hissədə ondan tələb etmək (3.1.1); Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aparılan yoxlamalar, həmçinin dövri hesabatlara baxış zamanı aşkarlanmış və II Tərəfin məsuliyyət dairəsinə aid olan qüsur və çatışmazlıqların aradan qaldırılmasını ondan tələb etmək (3.1.2); II Tərəfin təqsiri - hərəkət və ya hərəkətsizliyi, ehtiyatsızlığı nəticəsində yaranmış zərərin aradan qaldırılmasını ondan tələb etmək (3.1.3); II Tərəfin bu Müqavilənin tələblərinə əməl etmədikdə bu müqaviləni bir tərəfli ləğv etmək (3.1.4); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı II Tərəf tərəfindən həyata keçirilmiş investisiyaya dair məsuliyyət daşımamaq (3.1.5); İ. Tərəfin vəzifələrinə aiddir (3.2) - bu müqavilə üzrə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmək (3.2.1); II Tərəfə bu müqavilənin icrası məqsədi ilə zəruri dəstəyi vermək, o cümlədən qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan faydalanmaq üçün köməklik göstərmək, dövlət orqanları ilə koordinasiyanı təmin etmək, qanunsuz və müqavilə şərtlərindən kənar hər hansı məhdudiyyətlər tətbiq etməmək (3.2.2); Birgə fəaliyyət üçün nəzərdə tutulan ərazidə mövcud olan inventar, avadanlıq, təchizat və sair maddi nemətləri rəsmiləşdirmək (müvafiq sənəd(lər) müqaviləyə əlavə olunmaqla) (3.2.3); 1.1-ci bənddə göstərilən II Tərəfin fəaliyyətini icra etməyə şərait yaradan zəruri əmlak sahəsi ilə təmin etmək (3.2.4); Hüquqi məsləhət, gəlirlərin idarəedilməsi, məişət, kommunal, habelə təbliğat və digər məsələlərdə dəstək göstərmək (3.2.5); Bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri daşımaq (3.2.6). II Tərəfin hüquqlarına daxildir (4.1) - birgə fəaliyyətin təmin olunması üçün bu müqavilənin 1.1-ci bəndində qeyd olunan əmlakdan istifadə etmək (4.1.1); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı şərtləri həyata keçirmək (4.1.2); Bu Müqavilə üzrə faəliyyətdən əldə etdiyi, öz payına düşən gəlirləri barədə sərbəst qərar qəbul etmək (4.1.3); II Tərəfin vəzifələrinə aiddir (4.2): Bu müqavilə üzrə müəyyən edilmiş və öz üzərinə düşən öhdəliklərin icrasının keyfiyyətlə və vaxtında həyata keçirilməsi məqsədilə bütün lazımi tədbirləri görmək (4.2.1); Bu müqavilənin predmeti olan və 1.1-ci bəndində qeyd edilən əmlakı digər şəxslərin (hüquqi, fiziki və.s.) istifadəsinə (icarə, birgə istifadə, birgə fəaliyyət (əmlaka dair digər əqdlər və.s.) daxil olmaqla) heç bir halda verməmək (4.2.2); Birgə fəaliyyətin təşkil edilməsinin təmin edilməsi məqsədilə hər iki Tərəfin qarşılıqlı razılaşmasına əsasən, bu müqavilənin 1.3 və 1.4-cü bəndlərində və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd olunacaq məbləğlərdə ödənişləri həyata keçirmək (4.2.3); İ Tərəfin təqdim etdiyi II Tərəf tərəfindən istifadə ediləcək əmlakda İ Tərəfin razılığı ilə öz (II TərəF) vəsaiti hesabına təyinatı üzrə fəaliyyətini təmin etmək (4.2.4); Bu Müqavilənin predmeti ilə bağlı həyata keçirəcəyi və qanunvericiliyə zidd olmayan şərtləri İ Tərəfilə razılaşdırmaq və hesabatlılığı təmin etmək (4.2.5); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı həyata keçirəcəyi investisiyanın əvəzini gələcəkdə İ Tərəfdən tələb etməmək (əgər bu Müqavilənin rəsmiləşdirilmiş əlavələrində başqa hallar nəzərdə tutulmayıbsa) (4.2.6); Lisenziya və ya icazə alınması tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək (4.2.7); Əhalinin həyat və sağlamlığının, ətraf mühitin, tarixi və mədəniyyət abidələrinin qorunması, şəhərsalma və tikinti sahələrində, əmək qanunvericiliyinin tələblərinə, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, habelə ictimai təhlükəsizlik sahəsində məcburi tələblərə əməl etmək (4.2.8); Bu müqavilə əsasında birgə fəaliyyət zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq haqsız rəqabətə yol verməmək, habelə digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurmamaq (4.2.9); Bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri daşımaq (4.2.10); Bu müqavilə üzrə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının investisiya fəaiiyyəti haqqında qanunvericiliyin, o cümlədən digər qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmək (4.2.11); Bu müqavilə üzrə fəaliyyətini həyata keçirərkən əmlakdan istifadəyə görə və istifadə zamanı yaranmış kommunal xidmətlər haqqını (qaz, su, işıq, telefon), vergi və digər məcburi ödənişləri ödəmək (4.2.12); İ Tərəfin yazılı razılığını almaqla təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) öz hesabına aparmaq (əvəzini İ Tərəfdən tələb etməmək şərti ilə) (4.2.13); Birgə fəaliyyətin fasiləsizliyini təmin etmək (İ Tərəfin təqsiri səbəbindən yaranmış hallar istisna olmaqla) (4.2.14); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 və Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinin təqdim etdiyi şəxsləri kvota üzrə işlə təmin etmək (Ümumi işçi heyətinin 40 (qırx) faizindən az olmamaq şərtilə) (4.2.15); İ Tərəf tərəfindən aparılan müşahidə və nəzarət zamanı aşkarlanmış və bilavasitə II Tərəfin təqsiri səbəbilə meydana çıxan qüsurları ən qısa müddət (İ Tərəf ilə qarşılıqlı razılaşdırılmış müddət ərzində) ərzində aradan qaldırmaq (4.2.16). Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və ##.##.2025-ci il tarixinədək qüvvədə olacaqdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və Tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur (9.1). Hər bir tərəf 1 (bir) ay öncədən bu müqavilənin predmetini, tərəflərin hüquq və vəzifələrini, qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla yazılı bildiriş verərək və qarşılıqlı razılaşdırmaqla bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər (9.2). II Tərəf Müqavilənin 1.3, 1.4-cü bəndlərinə və 4.2.2, 4.2.11, 4.2.12 və 4.2.13-cü yarımbəndlərinin şərtlərinə tam əməl etmədikdə və bu hal bir ildə 2 (iki) dəfə (bu müqavilənin 4.2.2- ci yarımbəndinin tələbi II Tərəf tərəfindən bir dəfə pozularsa) baş verdikdə İ Tərəf təktərəfli qaydada Müqaviləyə xitam verə bilər (9.5).

2. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubova ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, icarə haqqının azaldılmasına kömək göstərilməsi xahiş olunmuşdur.

3. İddiaçı MMC tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC-nin qanuni istifadəsində olan Xankəndi şəhərində yerləşən Xan Araz restoranında inşası üçün icazə tələb edilməyən manqalxana cavabdehin əməkdaşları tərəfindən qanunsuz dağıdılılıb və İddiaçı MMC-nə maddi və mənəvi ziyan vurulubdur. Ona görə də bu qanunsuzluqlara soy qoymaqla bərabər vurulmuş ziyanın aradan qaldırılması və manqalxananı 3 gün müddətində cavabdehin hesabına bərpa edilməsi xahiş olunmuş, əks təqdirdə bu pretenziya ilə bərabər cavabdehə təqdim edilmiş məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. Xərclər barədə məlumatda qeyd edilmişdir ki, X6 manqalına alınan materiallar - Şeben -120 Azn, Sement - 130 Azn, Şverler və iqolnik - 300 Azn, Kran və maşın - 200 Azn, Bişmiş kərpic - 1800 Azn, Əlavə material - 138 Azn, Fəhlə - 450 Azn, Usta əl haqqı - 1800 Azn, Şamot hörgü üçün - 100 Azn, Ustaların yemək xərci - 400 Azn olmaqla, cəmi 5438 manatdan ibarət olmuşdur. 16. Ödəniş qəbzlərindən görünürki, İddiaçı MMC tərəfindən "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 295 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat icarə haqqı ödənilmişdir.

5. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 tərəfindən elektron sistemə əlavə edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə ölkə ərazisində “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” təsdiq edilmişdir. Həmin qərarda respublika ərazisində adları qeyd olunan şəhər və rayonlarda bölgü aparılaraq zonalar müəyyən edilmişdir. Qərarın son hissəsində adları çəkilməyən digər rayonlar üzrə zona bölgüsü ümumiləşdirilərək “Digər rayonlar” kimi qeyd olunsa da, şəhərlər barədə hər hansı qeyd aparılmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 1998-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özələşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”-nin 4-cü bəndinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin bu Əsasnamənin *-* nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir. Bakı şəhərinin zona sərhədləri sonuncu dəfə 2008-ci ildə, respublikanın digər şəhər və rayon mərkəzlərinin zona sərhədləri isə 1998-ci ildə işlənərək təsdiq edilsə də, işğaldan azad olunmuş ərazilər üzrə, o cümlədən Xankəndi, Ağdərə və Xocalı şəhərlərinin zona sərhədləri təsdiq edilməmişdir. Bu səbəbdən də Ali Baş Komandanın rəhbərliyi ilə 19-## ######## 2023-cü il tarixlərdə aparılmış “Lokal xarakterli antiterror” əməliyyatları nəticəsində işğaldan azad edilmiş Xankəndi şəhəri üzrə həmin qərarla müəyyən edilmiş zona üzrə bölgü aparılmadığından, zona sərhədləri müəyyənləşdirilmiş qaydada təsdiqlənmədiyindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 Müşahidə Şurasının ## ###### 2024-cü il tarixli qərarı ilə müvəqqəti olaraq Xankəndi şəhərində zonalar üzrə bölgü aparılmış, zona sərhədləri təsdiqlənmiş və Xidmətin balansında olan dövlət əmlakından istifadə haqqının minimum məbləği təsdiq edilmişdir.

6. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 Müşahidə Şurasının ##.##.2024-cü il tarixli ** nömrəli qərarından görünür ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 Müşahidə Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli protokolunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## ##### tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidmətinin Nizamnaməsi’’-nin 4.7.7-ci yarımbəndini rəhbər tutaraq müşahidə Şurası qərara alır: Xankəndi, Ağdərə və Xocalı şəhərlərinin zona bölgü xəritələri təsdiq edilsin (əlavə olunur). “Xidmətin balansında olan dövlət əmlakından istifadə haqqının minimum məbləği” təsdiq edilsin (əlavə olunur). Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

7. Xidmətin balansında olan qeyri-yaşayış obyektlərinin zonalar üzrə minimal istifadə qiymətlərindən görünür ki, 1 kv.m sahənin aylıq istifadə haqqı tarifi (manatla) aşağıdakı kimi müəyyən edilmişdir: 2-ci zona üzrə - tarif 6, intensivlik 8, Qeyri-yaşayış obyekti tarix və ya mədəniyyət abidələrinə aid olduqda 20%-ə dək 9,6, avadanlıqla təchizat vəziyyətinə görə 50 faizədək 14,4, təmir vəziyyətinə görə 50 faizədək 21,6.

8. İddiaçı MMC tərəfindən elektron sistemə əlavə edilmiş ərizədən görünür ki, cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 müəyyən edilmiş səlahiyyət həddini aşaraq tariflər müəyyən edən qərar qəbul etmişdir. Qanunvericilikdə tariflərin müəyyən edilməsi ilə bağlı səlahiyyətli olmadığı halda belə bir qərar qəbul etməsi səlahiyyət həddinin aşılması hesab edilir.

9. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı MMC müqavilənin 1.4-cü bəndinin şərtlərinə əsasən hər ayın 5-nə qədər Xidmətin hesabına 1475 manat vəsait ödəməlidir. İddiaçı MMC müqavilənin şərtlərini pozaraq aylıq ödənişlərini aşağıdakı kimi həyata keçirmişdir: ##.##.2024 (gecikdirilmiş gün sayı – 10), ##.##.2025 (gecikdirilmiş gün sayı – 4), ##.##.2025 (gecikdirilmiş gün sayı – 9), ##.##.2025 (gecikdirilmiş gün sayı – 6), ##.##.2025 (gecikdirilmiş gün sayı – 7), ##.##.2025 (gecikdirilmiş gün sayı – 3), ##.##.2025 (gecikdirilmiş gün sayı – 7), ##.##.2025 (gecikdirilmiş gün sayı – 6).

10. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 tərəfindən İddiaçı MMC-nin direktoru nümayəndə2 ünvanlanmış bildirişdən görünür ki, müqavilənin 9-cu hissəsinin tələblərinə əsasən öhdəliklərə əməl edilmədiyinə, şərtləri dəfələrlə kobud şəkildə pozduğuna görə müqaviləyə ##.##.2025-ci il tarixdən xitam verilməsi və qeyri-yaşayış binasının 5 gün müddətində boşaldılması barədə xəbərdarlıq edilmişdir.

11. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, müqaviləyə xitam verilməsi və qeyri-yaşayış binasının boşaldılması barədə bildiriş İddiaçı MMC-nin işçi heyətinə təqdim edilmiş, lakin işçi heyəti həmin bildirişi qəbul edərək imza etməkdən imtina etmişdir.

12. İddiaçı MMC tərəfindən ##.##.2025-ci il tarixdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişə cavabdan görünür ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə İddiaçı MMC arasında qeyri-yaşayış sahəsi üzrə ##.##.2024-cü il tarixdə müqavilə bağlanmamışdır. Həmin müqavilə MMC-nin işçilərinin yaşadığı yaşayış sahəsi üzrə ola bilər ki, həmin müqavilə üzrə də heç bir öhdəlik pozulmamışdır.

13. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə ##.##.2025-ci il tarixli aktdan görünür ki, Xankəndi şəhərində keçirilən monitorinq zamanı şəhər ərazisində yerləşən 10 kv.m torpaq sahəsində tikintiquraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma nəticəsində tikinti işlərinin İddiaçı MMC tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş qeyri-yaşayış binasının (restoran) yaxınlığında, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ***s nömrəli sərəncamına əsasən Elm vəTəhsil Nazirliyinin balansına verilmiş torpaq sahəsində xidməti otaq (manqalxana) yaradılması məqsədilə aparıldığı məlum oldu.Tikinti işlərinin aparılması ilə bağlı razılığın alınması üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmədiyi müəyyən edildi.

14. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə sahibkar X7 (Həkəri restroranı) arasında bağlanmış ## ###### 2024-cü il tarixli, BFM **/**/***** №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 164.1 kv.m, faydalı sahəsi 136.3 kv.m olan qeyri yaşayış binası II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). II Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1500 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).

15. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə “xxxx” MMC arasında bağlanmış ## ####### 2024-cü il tarixli, BFM **/**/***** №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 260.3 kv.m, ümumi sahəsi 339 kv.m olan qeyri yaşayış binası II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). II Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 2824 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).

16. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə “xxxx” MMC arasında bağlanmış ## ### 2025-ci il tarixli, BFM **/**/***** №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 219.9 kv.m, ümumi sahəsi 438 kv.m olan qeyri yaşayış binası II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). II Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 2946 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).

17. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2025-ci il tarixli, BFM **/**/***** №li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 310.4 kv.m, faydalı sahəsi 226.6 kv.m olan qeyri yaşayış binası II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). II Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 3121,3 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).

18. ##.##.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi tərəfindən mobil telefon vasitəsilə göstərilmiş şəkil və videolar vasitəsilə Xan Araz restroranın əvvəlki vəziyyəti və təmirdən sonrakı vəziyyəti müşahidə edilmişdir.

19. ##.##.2025-ci il tarixli məhkəmə iclasında “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 nümayəndəsi tərəfindən təqdim edilmiş video-görüntülərdə Xan Araz restroranın olduğu ərazi və manqalxananın tikilmiş olduğu ərazi müşahidə edilmişdi

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

20. Iddiaçı İddiaçı MMC cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun cəmi 514 manat pulun cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2dən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini, əməlində əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s maddələrinin tərkib əlamətinin olub olmamasının araşdırılması üçün cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

21. Iddiaçı İddiaçı MMC iddianın həcmi artırılması barədə ərizə verərək, İddiaçı MMC-nin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli BFM **/**/*****A nömrəli birgə fəaliyyət haqqında müqavilənin müddətinin ##.##.2026-cı il tarixədək uzadılmış hesab edilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun cəmi 514 manat pulun cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2dən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini, əməlində əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s maddələrinin tərkib əlamətinin olub olmamasının araşdırılması üçün cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

22. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 arasında ##.##.2024-cü il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin tələblərinə əsasən iddiaçı Xankəndi şəhərində Xan Araz restoranı adlı obyekti icarəyə götürmüşdür. Icarəyə götürdükdən sonra həmin obyektə iddiaçı tərəfindən 200000 manatadək investisiya qoyulmuşdur. Cavabdeh qoyulmuş investisiyanı görüb qanunsuz olaraq icarə haqqını qaldırmağı tələb etmişdir. Iddiaçı bu qanunsuz tələb ilə razılaşmadıqda restoranın həyətində tikintisinə heç bir icazə tələb edilməyən hündürlüyü 3 metr olan, ümumi sahəsi 13 kv.m tikilmiş manqalxananı qanunsuz olaraq gəlib sökmüşlər. Həmin söküntü nəticəsində iddiaçıya ümumilikdə 5438 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı iddiaçı təşkilatın rəhbəri nümayəndə2 Vəlyəddin oğlu mətbuat vasitəsi ilə bu qanunsuzluqlara son qoyulması üçün cənab ölkə başçısına müraciət etmişdir. Bundan sonra cavabdeh qanunsuzluqlarının şiddətini artıraraq müqavilənin heç bir bəndinin tələblərini iddiaçı pozmadığı halda müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi və obyekti boşaltmağı tələb edən bildiriş göndərmişdir. Müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisələr danışıqlar yolu ilə bu mümkün olmadıqda müvafiq məhkəmələr vasitəsi ilə mübahisə həll edilməlidir (müqavilə 6.2-ci bənd). Lakin, buna baxmayaraq cavabdeh təşkilat iddiaçıya qarşı qanunsuz hücumlarını davam etdirməkdədir. Belə ki, İddiaçı MMC Xankəndi şəhərində fəaliyyət göstərməsinə baxmayaraq direktor nümayəndə2 Xankəndi şəhərinə girişinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquqdan sui istifadə qadağandır. Cavabdeh konstitusiyanın tələblərini ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyanın tələblərinə əsasən mülkiyyət toxunulmazdır. Məhkəmə qərarı olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sökülən manqalxanaya ümumilikdə 5438 manat dəyərində ziyan dəymişdir. Tikdiyi manqalxananı başına uçurtmaqla bu qanunsuzluğa gedən cavabdehə dur deyən yalnız ədalət məhkəməsi ola bilər. Çünki səsi ölkə başçısına çatanadək cavabdehin qanunsuz hərəkəti nəticəsində MMCyə, MMC-nin rəhbərinə və ailəsinə gələcəkdə bərpası mümkün olmayan zərər dəyə bilər. Bu zərər tək maddi zərər deyil həm də mənəvi zərər olacaqdır ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı təşkilatın direktoru artıq depressiya vəziyyətinə düşmüşdür. Hesab edir ki, ədalət məhkəməsi buna ədalətli qərar verməklə direktorun depressiya halının ağır fəsadlarla nəticələnməsinə imkan verməyəcəkdir. Iddia verilməmişdən əvvəl verdiyi MTT ərizəsi əsasında qəbul edilmiş qərardaddan şikayət verən cavabdeh qeyd edir ki, guya monitorinq zamanı müəyyən ediblər ki, ərizəçi bağlanmış müqavilənin tələblərini kobud şəkildə pozmuşdur. Lakin, cavabdehin qanunsuz tələblərindən, korrupsiyaya şərait yaradan hallarından iddiaçı ölkə başçısına mətbuat və elektron qaydada şikayət etməyənədək bu pozuntular barədə onlara heç bir bildiriş göndərməmişlər. Lakin, iddiaçı 2025-ci ilin fevral ayının 5-də rəsmi qaydada Xankəndi Xüsusi Nümayəndəliyinə və cavabdehə icarə məbləğinin azaldılması ilə bağlı rəsmi müraciət ünvanlamışlar. Lakin cavabdeh və xüsusi nümayəndəlik həmin rəsmi müraciətə heç bir cavab verməmişdir. Cavabdeh digər bir arqumenti “Ərizəçi Xidmətin təqdim etdiyi qeyri yaşayış obyektində müqavilənin 4.2.13 yarımbəndinin (İ Tərəfin yazılı razılığını almaqla təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) öz hesabına aparmaq (əvəzini İ Tərəfdən tələb etməmək şərti ilə) tələblərini pozaraq razılaşdırılmamış şəkildə əlavə tikinti işləri aparmışdır.” Cavabdehin bu arqumenti tamamilə əsassızdır. Belə ki, həmin bəndin (4.2.13- cü) tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında olan təmir tikinti işləri üzrə razılıq tələb edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) və 79.1.6-cı maddəyə əsasən tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikintisinə icazə tələb edilmir. Cavabdehin qeyd etdiyi 13 kv.m manqal üçün heç bir icazə tələb edilmədiyi üçün ərizəçi müqavilənin 4.2.13-cü maddəsinin tələblərini pozmamışdır. Lakin, cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinin tələblərini pozaraq məhkəmənin qərarı olmadan mülkiyyətini məhv etmişdir. Cavabdeh bu hərəkəti ilə 6-cı bəndin tələblərini pozmuşdur. Həmin bəndə görə, tərəflər bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikası müvafiq məhkəmələrinə müraciət edə bilərlər. Cavabdeh dövlət orqanı olmasına baxmayaraq Azərbaycan Respublikası qanunlarına, məhkəmələrinnə meydan oxumaqla vətəndaşları dövlətdən narazı salmağa yönəlmiş təxribatçı addımlar atmışdır ki, bu da ölkə başçısının siyasətinə tamamilə ziddir. Cavabdehin növbəti əsassız arqumenti ondan ibarətdir ki, “sözügedən müqavilənin yeni şərtlərlə bağlanması üçün İddiaçı MMC-nin direktoru nümayəndə2 əməkdaşlar tərəfindən dəfələrlə Xidmətin inzibati binasına dəvət olunmuşdur. nümayəndə2 Xidmətin inzibati binasına gəlmiş, əməkdaşlar tərəfindən yeni müqavilənin şərtləri bildirilmiş, lakin o, müqavilənin yeni şərtlərlə bağlanmasından imtina etmişdir. Bu barədə xidmətin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Sözügedən müqavilənin ## ##### 2025-ci il tarixdən qüvvədən düşməsinə baxmayaraq bu günədək yeni müqavilə bağlanmamış, iddiaçı qeyri-qanuni olaraq sözügedən qeyri-yaşayış binasından istifadə etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə olacaqdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və Tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Daha sonra tərəflərindən bildiriş göndərilərək, müqavilənin qeyd olunmuş tarixdən ləğv olunacağı və əlavə təyin edilmiş müddətdə qeyri-yaşayış binasının boşaldılaraq müvafiq akt əsasında Xidmətə təhvil verilməsi bildirilmişdir.” Cavabdehin bu arqumenti də tamamilə əsassızdır. Belə ki, cavabdehin nümayəndələri 2025-ci ilin aprel ayının ikinci on günlüyündən sonra iddiaçı təşkilatın rəhbəri nümayəndə2 ilə qeyri prosesual münasibət qurmağa cəhd etmişlər. nümayəndə2 onların nəzərinə bu halın korrupsiyaya şərait yaradan hal olmasını bildirmiş, cavabdehin heç bir qanunsuz tələbini icra etməmiş, hər bir tələbin qanun və müqavilə tələblərinə uyğun həyata keçirilməsinin tərəfdarı olduğunu və tələblərin yazılı bildiriş əsasında olmasını tələb etmişdir. Cavabdeh buna əməl etmədikdə cənab prezidentə şikayət edəcəyi bildirilsə də “əlin hara çatır şikayət elə” cavabını vermişdirlər. Cavabdeh icarə haqqının qaldırılması barədə hər hansı bir rəsmi bildiriş təqdim etməmişdir. Halbuki, müqavilənin 9-cu bəndinə əsasən müavilənin müddətinin bitməsinə bir ay qalmış yazılı bildiriş verməlidirlər. Bu verilmədiyi təqdirdə müqavilə 1 il müddətinə uzadılmış hesab edilir. Ona görə də ərizəçi İddiaçı MMC-nin qanunsuz fəaliyyət göstərməsini iddia etmək tamamilə əsassızdır. nümayəndə2 rəsmi bildiriş müqavilə müddətinin bitməsinə bir ay qalmış yox, müqavilə müddətinin bitməsindən 1 ay 20 gün sonra etmişlər. Onlar da bundan sonra dərhal məhkəmə müdafiəsinə baş vurmuşlar. Bunun da səbəbi onların müqavilə şərtlərini pozmağı deyil, cavabdehin qanunsuz hərəkətlərindən ölkə başçısına mətbuat və elektron poçt vasitəsi ilə şikayət etməkləridir. Cavabdehin digər bir əsassız arqumenti ondan ibarətdir ki, “Ərizəçi ilə cavabdeh arasında bağlanmış ## ####### 2024-cü il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən ərizəçi ödəməli olduğu sabit pul məbləğini hər növbəti ayın 5-nə qədər cavabdehin bank hesabına ödəyir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ərizəçi müqavilənin 1.4-cü bəndinin şərtlərinə tam əməl etmədikdə və bu hal bir ildə 2 (iki) dəfə baş verdikdə cavabdeh təktərəfli qaydada müqaviləyə xitam verə bilər. Ərizəyə əlavə edilmiş və ərizəçinin özünün təqdim etdiyi odəniş cədvəlindən görünür ki, ərizəçi dəfələrlə ödənişdə gecikdirməyə yol vermişdir. Lakin bunlara baxmayaraq ərizəçi ilə yeni şərtlərlə yeni müqavilə bağlanması üçün dəfələrlə dəvət olunmuş, ## ##### 2025-ci il tarixdə cavabdehin inzibati binasına gəlmiş, lakin müqaviləni imzalamaqdan imtina etmişdir.” Cavabdehin bu arqumentinin də əsassız olması tam təsdiq edilir. Belə ki, ##.##.2024-cü il tarixdən sonra ərizəçinin əmlakdan istifadəyə görə 1 ayı ##.##.2024-cü il tarixdə tamam olur. Deməli hesablama ##.##.2024-cü il tarixdə həyata keçirilib və növbəti ayın 5-i, yəni ərizəçinin ödəmək öhdəliyi ##.##.2024-cü il tarixədək olmalı idi. Ərizəçi isə ilk aylıq icarə haqqını ##.##.2024-cü il tarixdə, yəni öhdəliyindən 15 gün əvvəl ödəmişdir Ödəniş qrafiki cavabdehin təqdim etdiyi qaydada deyil müqaviləyə əsasən aşağıdakı kimi olmalı idi. Çünki, müqavilənin tələbinə əsasən hesablama əvvəlcədən deyil hesablandıqdan sonra ödənilməlidir. Göründüyü kimi, cavabdeh maliyyə cədvəlini əvvəldən yox, ortadan təqdim etməklə növbəti sənəd saxtalaşdırmaqla məhkəməni çaşdırmağa yönəlmiş hərəkətlərə yol vermişdir. Əlavə olaraq bildirilir ki, ərizəçi hətta 17700 manat ödəmək əvəzinə 17995 manat, yəni 295 manat artıq ödəniş etmişdir. Iş materiallarında olan qəbzlər bunu tam təsdiq edir. Cavabdeh ##.##.2025-ci il tarixli bildirişi MTT qərardadından verdiyi şikayətində əlavə edərək qeyd edir ki, guya ərizəçiyə həmin bildiriş təqdim edilib. Ərizəçi həmin bildiriş barədə məlumatı ##.##.2025-ci il tarixdə məhkəmənin elektron sisteminə vurulduqdan sonra olmuşdur. Həmin bildirişi lap ərizəçiyə ##.##.2025-ci il tarixdə təqdim etsə belə, bildirişdə 1 (bir) iş günü guya ərizəçiyə möhlət verilib. Həmin bildirişə əsasən ərizəçi ##.##.2025 ci il tarixdə cavabdehə məlumat verməli idi. Halbuki həmin manqalxana ##.##.2025-ci il tarixdə bildiriş imzalandıqdan 2 saat sonra qanunsuz olaraq cavabdeh tərəfindən sökülüb. Iddiaçı Xankəndi şəhərində doğulub, 1988-ci ilə qədər orada yaşayıb, hazırda da Xankəndi şəhər sakinidir. Onun Xankəndi şəhərinə girişinə də qadağa qoyulmuşdur. Lakin cavabdeh bildirir ki, ərizəçinin direktoru nümayəndə2 Xankəndi şəhərinə girişinə heç bir qadağa qoyulmamışdır. Halbuki nümayəndə2 Xankəndi şəhərinə səfəri üçün ##.##.2025-ci il tarixədək icazə verilmişdir. Cavabdeh iddia edir ki, restorana heç bir investisiya qoyulmamışdır. Təmir işləri aparılmamışdır. Lakin cavabdehin özünün də təqdim etdiyi foto fakt və tərəflərindən təqdim edilmiş video fakt cavabdehin bu arqumentinin də əsassız olduğunu sübut edir. Məhkəmənin diqqətinə xüsusi ilə çatdırır ki, iddiaçının rəhbəri Xankəndi şəhərində doğulub, oranın sakinidir. Ona görə də cavabdeh həmin obyektin gələcəkdə özəlləşdirilməsinin qarşısının alınması üçün qanunsuzluqlara yol verir. Yuxarıda qeyd edilənlərdən də görsənir ki, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus olan manqalxana cavabdehin hesabına bərpa edilməli, çəkilmiş məhkəmə xərci olaraq 394 manat vəkil xidmət haqqı, 110 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa hesab edirlər ki, cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 əməkdaşlarının əməlində cinayət tərkibi var. Həmin cinayətlər Azərbaycan Respublikası Cinayət Məcələsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s ola bilər. Ona görə də Məhkəmə iş üzrə xüsusi qərardad da qəbul edərək Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir.

23. Cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 iddiaya etiraz verərək qeyd etmişdir ki, “Xankəndi əhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 cənab Prezidentin 2024-cü il # ##### tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən sözügedən şəhər və rayonlarda müvəqqəti idarəetməni həyata keçirir. Ötən dövr ərzində işlərinin ağır olmasına baxmayaraq verilən tapşırıqların və qoyulan məqsədlərin öhdəsindən layiqincə gələrək fəaliyyət göstərdikləri ərazilərdə qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə və iqtisadiyyatın inkişafına tərəflərindən münbit şərait yaradılmışdır ki, bunun da nəticəsində xarici və yerli investorların sayı işğaldan azad olunmuş ərazilərdə günü-gündən artmaqdadır. İddiaçı MMC-nin Xidmətlə bağladığı BFM **/**/*****A nömrəli ##.##.2024 cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən Xankəndi şəhəri ərazisində (koordinat: X:650049 Y:4409608) ümumi sahəsi 625 kv.m olan ərazi müvəqqəti istifadə üçün Cəmiyyətə verilmişdir. Bunun müqabilində cəmiyyət əmlakdan istifadəyə görə 1475 manat vəsaiti nağdsız qaydada hər ayın 5-dək Xidmətin bank hesabına ödəməlidir. Iddiaçı tərəfindən dəfələrlə olunan müraciətlər iddia ərizələri və gətirdiyi sübutlar həqiqəti əks etdirməməklə yanaşı tamamilə cəfəngiyyatdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən isə sözügedən qeyri-yaşayış binası Cəmiyyətin mülkiyyətinə deyil, sadəcə olaraq müvəqqəti istifadəsi üçün verildiyini nəzərə alaraq iddiaçının sözegedən qeyri-yaşayış binası üzərində hansı mülkiyyətinin olduğu və hansı mülkiyyət hüququnun pozulduğu bilmək onlar üçün maraqlı olardı. Müqaviləyə əsasən Xankəndi şəhəri ərazisində (koordinat: X:650049 Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış binası müvəqqəti istifadə üçün Cəmiyyətə verilmişdir. Cəmiyyətin tikdiyi manqalxana isə xüsusi yaşıllıq zonasında, onun istifadəsinə verilməmiş torpaq (koordinat: X:650060, Y:4409601) üzərində tikilmişdir. Beləliklə, buradan da aydın olur ki, Cəmiyyət həmin dövlətə məxsus torpaq sahəsini qeyri-qanuni zəbt edərək əlavə tikili tikmək istəmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinin əməkdaşları ilə Xidmətin əməkdaşlarının birgə Xankəndi şəhərində ## ### 2025-ci il tarixdə apardıqları monitorinqlər zamanı heç bir qanuni əsası olmadan özbaşına əlavə tikili tikdiyi müəyyən olunmuş, əməkdaşlar tərəfindən tikintinin dayandırılması barədə xəbərdarlıq olunmasına baxmayaraq özünü nümayəndə2 atası kimi təqdim edən Vəliyəddin adlı şəxs aktı imzalamaqdan imtina edərək “Mən Xankəndi sakiniyəm mənə heç kim heçnə edə bilməz, Mən burda olanda siz harada idiniz” deyə bildirmişdir (akt əlavə olunur). Iddiaçı iddia edir ki, onlara heç bir bildiriş təqdim edilməmişdir. Xankəndi şəhərinin işğaldan azad olunması ilə Azərbaycan Respublikasının suverenliyi bərpa olundu. Artıq Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanır, beynəlxalq tədbirlərə ev sahibliyi edir, bununla bərabər olaraq çox geniş miqyaslı bərpa, quruculuq işləri həyata keçirilir. Hələlik Xankəndi şəhərində olan küçələrə rəsmi adlar verilməməsi səbəbindən Xidmət tərəfindən Xankəndi şəhərində rezident alan müəssisələrə yazışmalar ya əlbəəl olaraq ya da elektron poçt vasitəsilə təqdim edilir. Qarşı tərəf onlara elektron poçt təqdim etmədiyindən bütün bildirişlər tərəflərindən əlbəəl təqdim olunmuş, lakin, məqsədli şəkildə süni manelər yaratmaq üçün Xidmət tərəfindən dəfələrlə təqdim olunan rəsmi yazışmaları qəbul etsələr də, bununla bağlı müvafiq qeyd etməkdən imtina etmişlər. İddiaçı MMC-nin rəhbəri nümayəndə2 işğaldan azad olunmuş ərazilərə buraxılışına tərəflərindən heç bir məhdudiyyət qoyulmamış və bu Xidmətin fəaliyyət istiqamətlərinə aid deyildir.

24. Bundan əlavə, iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə İddiaçı MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli BFM **/**/*****A nömrəli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, tərəflər fasiləsiz olaraq birgə fəaliyyət həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsini birgə fəaliyyət üçün cavabdehin istifadəsinə verməyi, cavabdeh isə qeyd olunan əmlakdan istifadəyə görə iddiaçıya 1 il müddətində aylıq sabit olaraq 1475 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4cü bəndinə əsasən, ##.##.2024-cü il tarixdən fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, müqavilənin 1.3-cü bəndinə əsasən hesablama aparılır və hər ayın 5-nə qədər hesablanmış məbləği İ Tərəfin bank hesabına ödəyir. Tərəflər arasında bağlanmış müqavilə ##.##.2025-ci il tarixdən başa çatmışdır. Ayrı-ayrı vaxtlarda nümayəndə2 yeni müqavilə bağlanması üçün dəvət olunsa da, sonuncu yayınaraq gəlməmiş, gələrkən isə müvafiq müqaviləni yeni şərtlərlə bağlamaqdan imtina etmişdir. Bundan sonra tərəflərindən ## #### 2025-ci il tarixdə bildiriş göndərilərək, müqavilənin 9-cu bəndinin şərtlərini dəfələrlə kobud şəkildə pozulmasına və müqavilə öhdəliklərinə əməl edilməməsinə görə ## #### 2025-ci il tarixdən müqaviləyə təktərəfli xitam veriləcəyi bildirilmiş, cavabdehin müvəqqəti istifadəsinə verilmiş qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Bundan əlavə, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 4.2.13-cü yarımbəndinin tələblərini kobud şəkildə pozaraq İ tərəfin razılığını almadan icarəsinə verilməmiş yaşıllıq kompleksində özbaşına əlavə tikili tikmişdir.

26. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ######## 2025-ci il tarixli qərardadı ilə (hakim Gülnaz Quliyeva) iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2in cavabdeh İddiaçı MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair e-*-*(***)-****/**** nömrəli işin iddiaçı İddiaçı MMC-nin cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2rşı “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi və pul” tələbinə dair e-*-*(***)-****/**** nömrəli kommersiya işinə birləşdirilməsi və birləşmiş işlərə e-2- 2(115)-1496/2025 nömrəsinin verilməsi qərara alınmışdır.

27. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC-nin direktoru nümayəndə2 izahatında bildirmişdir ki, Xankəndinə ilk gələndə Əmlak Xidməti ilə müqavilə bağlamışdır. Müqavilənin müddəti bitdikdən sonra o, yeni müqavilə bağlamaq üçün cavabdehin əməkdaşlarına yaxınlaşsa da, icarə haqqı ilə razılaşmadıqları üçün müqavilə bağlanmamışdır. Qışda obyektdə qazanc olmadığı üçün burdan ərzaq alıb göndərmişdir ki, işçilər çıxmasın. O, bütün pulunu bu obyektə qoymuşdur. Avqust ayına kimi ödənişlər edibdir. O, özü Xankəndi qeydiyyatı olduğu halda onun ora gedişinə qadağa qoyurdular. Qadağa artıq götürülüb.

28. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 izahatında bildirmişdir ki, müqavilənin qüvvədə qalmasını da tələb edirlər. nümayəndə2 özü Xankəndi şəhərində qeydiyyatdadır və uzun müddətdir sahibkarlıqla məşğuldur. 2024-cü ildə verilmiş Fərmana əsasən Xankəndi şəhərindən obyekt icarəyə götürərək kafe kimi işlətmişdir. Obyekt götürəndə müsahibə əsasında obyekt verilirdi və Xankəndi şəhərində qeydiyyatda olduğu üçün iddiaçıya üstünlük verildi. Ona investisiya qoymağı şərt kimi qoymuşdular. Obyektə 200000 manatdan çox vəsait qoyulub. Heç bir normanı pozmayacaq şəkildə restoranın yanında manqalxana tikilmişdir, lakin qanunsuz şəkildə gəlib sökmüşlər. Bunların səbəbi ondan istənilən rüşvətləri verməməsidir. Onlar dəfələrlə müxtəlif şəkillərdə şikayət vermişlər. Səfəri qeyri-rəsmi çağıraraq icarə haqqını qaldırdıqlarını demişlər. Rəsmi heç bir bildiriş göndərilməyib. Son dövrlərdə qaçqınlara qarşı qarayaxma təbliğatının bir növüdür. Orda özbaşına şəkildə icarə haqlarını qaldırırlar. Icarə müqaviləsinin bitməsinə 1 ay qalmış rəsmi bildiriş verilməli olduğu halda heç bir rəsmi yazışma olmayıb. Hakim Ramiq Qələndərzadənin qərardadı ilə onların ora 200000 manat investisiya qoymağı təsdiq edilir. Onlara qarşı qərəzli münasibətin əsas mənbəsi, ölkə başçısına öz şikayətlərini göndərmələri olub. Haqsızlıq qarşısında susmamışlar. Haqqlarını qorumaq üçün şikayətlərini də davam etdirəcəklər. Xankəndi şəhərindəki obyektlər barəsində hər obyektə ayrıayrı qiymətlər müəyyən edilir. Onlar ödənişləri gecikdirməmişlər və onlara gecikmə ilə bağlı bildiriş göndərilməyib. Onlar şikayət edənə qədər bizə rəsmi bildiriş göndərilməyib. Onlar qışda məktub göndərərək, icarə haqqının azaldılması barədə köməklik istəmişlər. Cavabdeh təşkilat məhkəməyə səlahiyyət həddini aşan qərar təqdim edir. Torpağa mülkiyyət olmasa da onun üzərində tikilən hər bir şey barəsində mülkiyyət hüququ mövcuddur. Onlar qanunsuz tikmişdilərsə, məhkəmə qərarı ilə gəlib sökə bilərdilər. Dedikləri yaşıllıq zonasını da onlar özü yaratmışdır. Həmin tikili onların mülkiyyətindədir. Həmçinin, müşahidə şurasının tarifləri müəyyən edən səlahiyyəti yoxdur. X2 əsasnamə ilə fəaliyyət göstərir. Əsasnamələrində onların bu səlahiyyəti yoxdur. Ona görə də qərarlarını Ədliyyə Nazirliyində qeydiyyata salmayıblar. Müqavilədə icarə haqqını 1475 manat razılaşaraq bağlamışlar, ancaq onlardan 2600 manat istəmişlər. Manqalxananın qiymətində sadəcə xərclədikləri pulu yazıblar. Lazım gələrsə, bazar qiymətləri ilə müəyyən edilə bilər. Sökülən obyektə çəkilən xərclə bağlı mütəxəssis də cəlb etmək olar. Onlar ümumiyyətlə ilk öncə müşahidə şurasının qərarını qəbul etmirlər, sonra da qiymətlərin birdən-birə çox qaldırılmasına etiraz edirlər. Onların restoranı 2-ci sahəyə düşür. 2ci sahə ilə bağlı heç bir restoranla bağlı müqavilə təqdim edilməyib.

29. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh X2in etibarnamə üzrə nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, müqavilə tərəflərin sərbəst iradəsi şəklində bağlanır. Ərazidə olan obyektlərin qiyməti Müşahidə şurasının qərarı ilə müəyyən edilir. Işğaldan azad olunmuş ərazilərdə zonalaşma tam aparılmadığı üçün qiymətlər dövlət tarifləri ilə deyil, müşahidə şurasının qərarları ilə müəyyən edilir. Onlar 625 kv.m ərazini icarəyə vermişlər. Müqavilənin 4.2.13-cü bəndinə əsasən, dəyişiklik ediləndə ilk öncə idarədən, sonra digər qurumlardan icazə alınmalıdır. Qadağa ilə bağlı məsələdə isə onlar DIN-in əməkdaşı deyillər ki, girişə-çıxışa qadağa qoya bilsinlər. Karl Marks işğaldan əvvəlki dövrdə olan küçədir. Hal-hazırda şəhərin baş plan layihəsi hazır olmadığı üçün küçələrin adları tam müəyyən edilməyib. Onlar dəfələrlə qarşı tərəfə bildiriş göndərsələr də, onu qəbul etməyiblər. Məhkəmə prosesi başlayandan sonra bildirişlər götürülür. Ümumiyyətlə icarə müqaviləsi olmadan işləyən obyekt yoxdur. Müqavilənin şərtinə əsasən gecikdirmə olarsa, müqavilə ləğv edilir. Ancaq gecikmə olduğu üçün müqaviləni ləğv etmişlər. Müqavilənin 1.4-cü bəndinə əsasən hər ayın 5-nə qədər icarə haqqı ödənilməli idi. Müşahidə şurasının Xankəndi şəhəri üzrə bölgüsü və qiymətləri qeyd eləmişlər. Zona üzrə bölgüdən görünür ki, 2-ci zona üzrə minimum tarif 6 manat olaraq qeyd edilir. 625 kv.m ərazi üzrə icarə haqqı 3750 manat olsa da, nümayəndə2 o qədər istəməmişlər. Bu qiymət minimum qiymətdir. Qarşı tərəf müqavilə müddətinin uzadılmasını istəyərək özü etiraf edir ki, müqavilə münasibəti mövcud deyildir. Qarşı tərəf icarəyə verilən ərazidən kənarda, yaşıllıq zonada manqalxana tikib. Xankəndi respublika tabeli şəhər olduğu üçün qanunda digər rayon qeyd edilib. Müşahidə Şurasının qərarı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Münasibətləri tənzimləyən norma olmasa, orda anarxiya olardı. Iqtisadi münasibətləri tənzimləmək üçün müvəqqəti qəbul edilən aktdır. Həmin ərazidə olan obyektlərin müqavilələrində tərəfin razılığı olmadan onun verilməsi müqavilə şərtlərinin pozulmasıdır. 2-ci tərəfin razılığı olmadan müqavilənin verilməsi düzgün deyil. Obyektin baş plan layihəsində də sökülən ərazinin icarədən kənar olduğu görünür, manqalxana icarəyə verilən əraziyə daxil deyil. Qarşı tərəf manqalxanaya çəkilən xərclə bağlı smeta tərtib edib verir. Ancaq onu sübuta yetirən heç bir sübut yoxdur. Müqavilənin ləğvini manqalxanaya görə istəmirlər. Icarə haqqının 2600 manat olması barədə təklifi qəbul edir. Onlardan qabaq Korperativ Idarəetmənin təşkili ilə müqavilələr bağlanırdı. Sonradan cənab Prezidentin fərmanı ilə X2 yaradılmışdır. Ilk dəfə müqavilə bağlananda Əmlak Xidmətilə müqavilə bağlanıb. Sonra vaxtı bitmiş müqavilələr yenilənəndə sadəcə tərəf olaraq onların idarəsi əlavə edilib. Elə obyektlər var ki, uzunmüddətli müqavilə bağlanıb, amma elə müqavilə var 1 illik bağlanıb. Onların heç kəslə bağlı qərəzliliyi yoxdur.

30. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddiaçı İddiaçı cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2rşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul” tələbinə dair iddiasının rədd edilməsi; Iddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu və 394 manat vəkil xidmət haqqının iddiaçı İddiaçı aid edilməsi; Iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 cavabdeh İddiaçı qarşı “qeyriyaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməsi; Cavabdeh İddiaçı müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyriyaşayış sahəsi boşaldılması və müvafiq akt əsasında iddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 təhvil verilməsi; Cavabdeh İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.2, 385.1, 386.1, 390.1, 390.2, 390.3, 390.5, 390.6, 390.7, 421.1, 421.2, 421.3, 423.2, 424.2, 424.3, 424.4 və 424.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

32. Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddianın təmin edilməsi, digər iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müqavilə öhdəlikləri onlar tərəfindən tam yerinə yetirilsə də, lakin cavabdeh təşkilat öz öhdəliklərini lazımi qaydada icra etməmişdir.

34. Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən ən azı bir ay əvvəlcədən müqaviləyə xitam verilməsini yazılı bildirişlə bildirmək tərəflərin öhdəliyidir. Lakin, cavabdeh X2 onlar tərəfindən ölkə başçısına şikayət ərizəsi yazıldıqdan sonra müqaviləni pozmaq niyyətinə düşmüşdür. Halbuki, X2 onlarla əməkdaşlığı davam etdirmək niyyəti olmamasını ən azı ##.##.2025-ci il tarixdə yazılı bildiriş ilə onlara təqdim etməli idi. X2 Nazirlər Kabinetinin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Xankəndi şəhərində dövlət əmlakının icarəyə verilməsi ilə bağlı tariflər müəyyən etmək səlahiyyəti olmayan X2 belə bir qanunsuz qərar qəbul etmişdir. Xankəndi şəhərində fəaliyyət göstərən Xan Araz restoranı ilə yaxın ərazidə fəaliyyət göstərən, eyni fəaliyyət ilə məşğul olan “Salam Xankəndi”, “X1” və “Xan Sufrəsi” restoranları ilə bağlanmış icarə müqaviləsi və ödənişlər məhkəməyə gətirilməmişdir. Səbəbi isə çox sadədir; həmin restoranların X2 vəzifəli şəxslərinin himayəsində olması. Əksini sübut etmək üçün həmin restoranların da icarə müqavilələri məhkəməyə təqdim edilsin.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh X2 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı MMC-nin Xidmətlə bağladığı BFM **/**/*****A nömrəli ##.##.2024-cü il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”yə əsasən Xankəndi şəhəri ərazisində (koordinat: X:650049 Y:4409608) ümumi sahəsi 625 kv.m olan ərazi müvəqqəti istifadə üçün Cəmiyyətə verilmişdir. Bunun müqabilində Cəmiyyət əmlakdan istifadəyə görə 1475 manat vəsaiti nağdsız qaydada hər ayın 5-dək Xidmətin bank hesabına ödəməlidir. Iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də hazırki apellyasiya şikayətində irəli sürdüyü fikirlər heç bir mötəbər dəlilə və sübuta əsaslanmayan şəxsi mülahizələrdən ibarətdir. Belə ki, mülkiyyət hüququ ilə bağlı hissədə cavabdehə Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəlləsinə nəzər salmaq tövsiyə olunur. Sözügedən manqalxana heç bir hüquqi əsası olmadan tam qanunsuz olaraq zəbt edilmiş (koordinat: X:650060, Y:4409601), tərəflər arasında bağlanmış müqavilənin müddəalarına tam zidd olaraq, qeyriqanuni şəkildə yaşıllıq zonası məhv edilərək tikilmişdir (tərəflər arasında bağlanmış müqavilənin 4.2.13-cü yarımbəninə əsasən İddiaçı MMC təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) yalnız Xidmətin yazılı razılığını almaqla apara bilər). Lakin, buna baxmayaraq, İddiaçı MMC heç bir razılıq olmadan və onun istifadəsinə verilməyən torpaq sahəsində tikinti işi apararaq manqalxana tikməklə müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinin əməkdaşları ilə Xidmətin əməkdaşlarının birgə Xankəndi şəhərində ## ### 2025-ci il tarixdə apardıqları monitorinqlər zamanı heç bir qanuni əsası olmadan özbaşına əlavə tikili tikdiyi müəyyən olunmuş, əməkdaşlar tərəfindən tikintinin dayandırılması barədə xəbərdarlıq olunmasına baxmayaraq, özünü nümayəndə2 atası kimi təqdim edən Vəliyəddin adlı şəxs aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh iddia edir ki, onlara heç bir bildiriş təqdim edilməmişdir. Bununla bağlı qeyd edirlər ki, hələlik Xankəndi şəhərində olan küçələrə rəsmi adlar verilməməsi səbəbindən Xidmət tərəfindən Xankəndi şəhərində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərlə yazışmalar ya əlbəəl olaraq, ya da elektron poçt vasitəsilə təqdim edilir. Qarşı tərəf onlara məhkəmə prosesinədək elektron poçt təqdim etmədiyindən bütün bildirişlər əlbəəl təqdim olunmuş, lakin, məqsədli şəkildə süni manelər yaratmaq üçün Xidmət tərəfindən dəfələrlə təqdim olunan rəsmi yazışmaları qəbul etsələr də, bununla bağlı müvafiq qeyd etməkdən imtina etmişlər. Tərəflərindən təqdim edilmiş sübutlara nəzər salınsa görünər ki, **-*/*-***/**** saylı ## #### 2025-ci il tarixli məktubu qəbul etməkdən imtina etsələr də, növbəti gün həmin məktuba məhz qarşı tərəfin hüquq məsləhətçisi və nümayəndəsi tərəfindən rəsmi cavab yazılmışdır. Buradan aydın və sübut olunur ki, qarşı tərəf təqdim olunmuş bildirişlərin hər birini qəbul etsə də bu barədə müvafiq qeyd etməkdən imtina etmiş, öz mülahizələrinə əsasən gələcəkdə hansı bildirişə cavab verib-verməmək barədə qərarlar qəbul ediblər. Tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən, ##.##.2024-cü il tarixdən etibarən fəaliyyətinin olub-olmamasından asılı olmayaraq müqavilənin 1.3-cü bəndində qeyd edilən hesablamalar aparılır və ayın 5-ə qədər hesablanmış məbləği iddiaçının bank hesabına ödəyir. Bu bənd cavabdehin öz xeyrinə şərh etdiyi kimi başa düşülməməlidir. Belə ki, aydın başa düşülür ki, ## #### 2024-cü il tarixindən aparılan hesablamalar nəticəsində ## #### 2024-cü il tarixədək yaranmış müəyyən məbləğ sonuncu tərəfindən ayın 5-dək Xidmətin müvafiq bank hesabına ödənilməli idi. Iyul ayı daxil olmaqla hər növbəti tam ay üçün yaranmış borc (1475 manat) isə ondan sonra gələn ayın 5-dək nağdsız qaydada Xidmətin bank hesabına ödənilməli idi. Həmin müqavilənin 4.2.3-cü yarımbəndinə əsasən, birgə fəaliyyətin təşkil edilməsinin təmin edilməsi məqsədilə hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən, bu müqavilənin 1.3 və 1.4cü bəndlərində və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd olunacaq məbləğlərdə ödənişləri həyata keçirmək İddiaçı MMC-nin vəzifə öhdəliyidir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək, ödənişlərini gecikdirmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMCnin etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, təmsil etdiyi müəssisənin direktoru Xankəndi şəhər sakinidir. Müqavilə müddətinin bitdiyi gün, yəni ##.##.2025-ci il tarixdə MMC-nin direktorunu çağırıb müqavilənin dəyişməsi ilə bağlı məlumat vermişlər və müqavilədə dəyişiklik edildiyini, obyektin icarə haqqının məbləğinin artırılaraq 2600 manat olduğunu bildirmişlər. Halbuki, müqvilənin şərtlərinə görə, cavabdeh müqaviləyə xitam verilməsini ən azı bir ay əvvəlcədən yazılı bildirişlə onlara bəyan etməli idi. Müqavilə şərtlərinə əsasən, bu, cavabdehin üzərinə düşən öhdəlikdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, əvvəllər icarə haqqı 1475 manat məbləğdə olmuşdur. Sonradan isə icarə haqqı 1200 manat artırıldığı halda, digər restoranlarda icarə haqqı 100-150 manat məbləğdə artırılmışdır. Icarə haqqı hər ay vaxtlıvaxtında ödənilmiş, hər hansı gecikmə olmamışdır. Fəaliyyətlərini davam etdirmək istəyirlər, ona görə də müqavilənin uzadılmasını tələb edirlər. 2000 manat məbləğdə icarə haqqı ödəməyə razıdırlar.

37. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMCnin direktoru nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinə 200000 manat vəsait sərf etmişdir. Icarə münüsibətləri davam etdiyi müddətdə hər ay icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Bu barədə ödəniş qəbzləri də mövcuddur. ## ##### 2025-ci il tarixdə ona təqdim edilmiş yeni müqavilənin şərtləri ilə razı olmamışdır, çünki icarə haqqı məbləği həddindən artıq qaldırılmışdır. Sədrlik edənin suallarına cavab olaraq direktor bildirmişdir ki, əvvəlki icarə haqqı məbləği 1475 manat idi. Hazırda 2000 manat icarə haqqı ödəməyə razıdır.

38. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh X2in etibarnamə üzrə nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə icarə müqaviləsi 1 il müddətinə bağlanır. Bildirişlər qarşı tərəfə əlbəəl təqdim edilmişdir. Onlar bildirişləri qəbul etsə də, lakin bu barədə qəbzə imza etməkdən imtina etmişlər. 2025-ci ilin mart ayında iddiaçı müəssisənin rəhbəri Səfər müəllimə zəng edərək onu idarələrinə dəvət edib, yeni müqavilə şərtləri ilə bağlı danışıqlar aparmağı təklif etmişlər. Ancaq, o, müqavilənin bitdiyi son gün, yəni ## ##### 2025-ci il tarixdə idarəyə yeni şərtlərlə müqavilə bağlamağa görə gəlmiş, eləcə də yeni şərtləri qəbul etmədiyini, icarə haqqının məbləğinin çox müəyyən olunduğunu və bu məbləğdə icarə haqqı verməkdən imtina etdiyini bildirmişdir. Icarə haqqının məbləğini qaldırmağının səbəbi isə müqavilənin şərtlərinə əməl edilməməsi, icarə haqqında gecikmələrə yol verilməsi olmuşdur. Buna görə də maliyyə arayışını sənədlərə əlavə etmişdir. Bundan əlavə, manqal restoranın kənarında tikilmiş və buna xidmətin razılığı olmamışdır. Həmin manqal tikilərkən yaşıllıq ərazisi məhv edilmişdir.

39. Hazırkı məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMCnin etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh X2 iddiaçı müəssisəyə qarşı münasibəti qərəzlidir. Həmçinin, cavabdeh X2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Xankəndi şəhərində dövlət əmlakının icarəyə verilməsi ilə bağlı tariflər müəyyən etmək səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. Belə bir səlahiyyətə malik olmayan X2 bu barədə qanunsuz qərar qəbul edib. Bundan əlavə, “Xan Araz” restoranına yaxın ərazidə fəaliyyət göstərən, eyni fəaliyyətlə məşğul olan “Salam Xankəndi”, “Cənnət Istisu”, və “xxxx” restoranları ilə cavabdeh X2 arasında bağlanmış icarə müqavilələri və ödəniş qəbzləri məhkəməyə təqdim edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

40. Hazırkı məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMCnin direktoru nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

41. Hazırkı məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh X2in etibarnamə üzrə nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə iddiaçı müəssisənin direktoru nümayəndə2la görüşləri olmuşdur. Bu görüşdə icarə haqqının artırılaraq 2600 manat təşkil etdiyini bildirmişlər. Səfər müəllim icarə haqqının çox olduğunu və müqavilə bağlamaqdan imtina etdiyini bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

46. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

48. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

49. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

50. Maddə 10 (1-ci hissə). Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

51. Maddə 11 (1-ci hissə). Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

52. Maddə 44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.

53. Maddə 58. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

54. Maddə 73. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə...

55. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

62. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə İddiaçı MMC arasında ## ####### 2024-cü il tarixli, BFM **/**/*****A №-li müqavilə bağlanmışlar. Tərəflər müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 298 kv.m, ümumi sahəsi 625 kv.m olan qeyri yaşayış binası (koordinatlar X:650049, Y:4409608,) II Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir. II Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1.475 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin qüvvədə olma müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Iddiaçı müəssisə tərəfindən qeyriyaşayış sahəsinin yaxınlığındakı ərazidə manqalxana inşa edilmiş, lakin sonradan manqalxana sökülmüşdür. Daha sonra tərəflər arasındakı müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır.

67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

68. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

69. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

70. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

71. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

72. Bu kontekstdə kollegiya qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmayan müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, onlar arasında yaranmış hazırkı mübahisə də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış yazılı əqddən irəli gəlir.

73. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli qərarı).

74. Işin mübahisəsiz hallarına görə, tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqavilənin qüvvədə olma müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Bu müddət də əmlakdan istifadəyə görə icarə haqqı ödənilmişdir.

75. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə görə, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış onlardan biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur.

76. Müqavilənin müddətinin bitməsinə 1 ay qalmışa kimi cavabdeh təşkilat tərəfindən iddiaçı müəssisəyə hər hansı pretenziya göndərilməmiş olsa da, lakin cavabdeh təşkilatın iddiaçı müəssisənin direktoruna ünvanlamış olduğu bildirişdə müqavilənin 9-cu hissəsinin tələblərinə əsasən öhdəliklərə əməl edilmədiyinə, şərtləri dəfələrlə kobud şəkildə pozduğuna görə müqaviləyə ##.##.2025-ci il tarixdən xitam verilməsi və qeyri-yaşayış binasının 5 gün müddətində boşaldılması barədə iradə ifadəsi bəyan edilmişdir. Hansı ki, onlar arasında bağlanmış müqavilə şərtlərinə görə iddiaçı müəssisə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq icarə haqqı məbləğini hər ayın 5-nə dək cavabdeh təşkilatın bank hesabına ödəməyi öhdəsinə götürmüşdür, eyni zamanda onlar razılaşmışlar ki, iddiaçı bu öhdəliyinə tam əməl etmədikdə və bu hal bir ildə 2 dəfə baş verdikdə cavabdeh təşkilat birtərəfli qaydada müqaviləyə xitam verə bilər (bax müqavilənin 1.3, 1.4, 4.2 və 9.5-ci bəndləri).

77. Bu baxımdan iş materiallarındakı sənədlər tədqiq olunduqda görünür ki, iddiaçı müəssisə tərəfindən cavabdeh təşkilata ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 295 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2024-cü il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat, ##.##.2025-ci il tarixdə 1475 manat icarə haqqı ödənilmişdir. Ancaq, ödənişlər vaxtlı-vaxtında edilmədiyinə görə, ümumilikdə 52 gün gecikmə olmuşdur.

78. Şərh edilənlərin məcmusuna əsasən kollegiya belə qənaətə gəlir ki, tərəflər arasındakı müqavilə münasibətləri çərçivəsində iddiaçı müəssisə öz üzərinə düşən öhdəlikləri vaxtında icra etməmiş, bunun nəticəsində də cavabdeh təşkilatın müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmış və o, bu barədə iradə ifadəsini iddiaçıya ünvanlanan bildirişdə açıq şəkildə bəyan etmişdir.

79. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

80. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

81. Bu mənada, birinci instansiya məhkəməsi haqlı olaraq xitam verilmiş müqavilənin müddətinin uzadılması barədə iddiaçı İddiaçı MMC-nin tələbini təmin etməmişdir.

82. Gəldiyi qənaətin davamı olaraq kollegiya vurğulayır ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən və müddəti uzadılmadığından artıq İddiaçı MMC-nin istifadə (icarə) hüququna xitam verilmişdir. Ancaq, onun həmin sahəyə sahiblik və istifadəsi hər hansı hüquqi əsas olmadan davam etməkdədir. Odur ki, həmin ərazinin onun tərəfindən boşaldılaraq sahənin “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 təhvil verilməsi barədə birinci instansiya məhkəminin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

83. Digər tərəfdən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə ##.##.2025-ci il tarixli akta əsasən Xankəndi şəhərində keçirilən monitorinq zamanı şəhər ərazisində yerləşən 10 kv.m torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma nəticəsində tikinti işlərinin İddiaçı MMC tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 ilə bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş qeyri-yaşayış binasının (restoran) yaxınlığında, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ***s nömrəli sərəncamına əsasən Elm vəTəhsil Nazirliyinin balansına verilmiş torpaq sahəsində xidməti otaq (manqalxana) yaradılması məqsədilə aparıldığı, tikinti işlərinin aparılması ilə bağlı razılığın alınması üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmədiyi müəyyən edilmişdir.

84. Halbuki, müqavilə şərtlərinə görə İddiaçı MMC təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) yalnız "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti" X2 yazılı razılığını almaqla aparmaq hüququna malik olmuşdur. Lakin, o, müqavilə şərtlərini pozaraq cavabdeh təşkilatın razılığı olmadan və onun istifadəsinə verilməyən torpaq sahəsində tikinti işləri aparmışdır.

85. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrindən bəhs edən 180-ci maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

86. İddiaçı MMC tərəfindən inşa edilmiş manqalxana özbaşına tikili olduğundan həmin manqalxanın inşa edilib təhvil verilməsi barədə onun tələbi də əsassız olmuşdur.

87. Xüsusi qərardad çıxarılması barədə İddiaçı MMC-nin tələbi ilə bağlı qeyd edilir ki, işə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdığı təqdirdə məhkəmə tərəfindən bu barədə müvafiq qərar qəbul edilməsi mümkündür. Lakin, hazırkı işdə cinayət əlamətləri aşkar edilməmişdir.

88. Icarə haqqı məbləğinin artırılmasının qanunazidd olması barədə apellyatorun arqumenti də kollegiya tərəfindən əsassız ayılmışdır. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə görə, müqavilənin müddətinin uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılması nəzərdə tutulmuşdur. Yəni, cavabdeh təşkilatın növbəti icarə ili üçün ödənişin məbləğini yenidən müəyyənləşdirməsi onun müqavilədən irəli gələn hüququdur.

89. Icarə haqqı qiyməti barədə qərarın “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti” X2 Müşahidə Şurası tərəfindən qəbul edilməsi də X2 qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsindədir. Belə ki, həmin qərar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## ##### tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidmətinin Nizamnaməsi’’-nin 4.7.7-ci yarımbəndi rəhbər tutularaq qəbul edilmişdir.

90. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar