Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-92/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: subyektiv hüquq Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Tərəflər arasında qeydə alınmış telefon danışığında xurma məhsullarının biznesindən, satın alınmış məhsulların dəyərinin ödənilməməsi səbəblərindən və s. bəhs edilir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh «hesabladınmı camaata nə qədər borc qalıb»; «sənin camaata borcun 14350 manatdır» deyə suallar verir. Digər telefon danışığında iddiaçı İddiaçı cavabdeh Cavabdeh «camaatın pulu veriləcəkmi»; «mən cavabdeh getdiyim borc nə qədərdir» deyə suallar ünvanlayır. Bundan sonra cavabdeh Cavabdeh borclu olduğu kənd sakinlərinin adlarını çəkir və kimə hansı məbləğdə borcu olduğunu bildirir (birinci instansiya məhkəməsində icraat zamanı tərəflər telefon danışığının onlara aid olduğunu qəbul etmişlər).
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 14450 manat pulun və 134 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Kamal oğlu bir neçə dəfə məhsul yığımı ərəfəsində onların kəndinin ərazisindən xurma məhsulu almış və pulunu ödəmişdir. 2024-cü ilin məhsul yığımı ərəfəsində ondan 14450 manat dəyərində xurma məhsulu almış, məhsulu satmasına baxmayaraq pulunu ödəməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Tovuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 14350 (on dörd min üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 5 (beş) qəpik pul tutularaq iddiaçı İddiaçı ödənilməsi; Iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır
7. Məhkəmə iclasında iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh onun 14450 manat dəyərində malının pulunu verməyib. Həmin pul 8 nəfər kənd camaatının verilməyən pullarıdır. Mallar ona məxsus olmayıb, həmin malları kənd camaatından toplamışdır. Həmin malları kənd camaatından toplayarkən nisyə götürmüş və pullarını verməmişdir. Pulları isə Aqil ona verdikdən sonra kənd camaatına qaytaracaqdı.
8. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, malları götürüb Ismayıl Bayramova vermişdir. Mallardan bir qisminin pulu verilib, bir qisminin isə pulu qalıb. Səs yazısında o, ümumi veriləcək pulu hesablayıb demişdir. Onun Ismayıldan götürdüyü xurmalar kənd camaatına aid idi. Hazırki borcun onunla heç bir əlaqəsi yoxdur.
9. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddianın rədd edilməsi; Iddia rədd edildiyi üçün ödənilmiş 133,65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 152.1, 567, 597.1, 598.1, 600.1 və 600.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, kənd sakinlərindən xurma məhsulunu nisyə alıb cavabdehə nisyə satmışdır və kənd sakinlərinə cavabdeh Cavabdeh yox, onun borcu vardır və cavabdehlə aralarında faktiki alqı-satqı (nisyə satış) münasibəti yaranmışdır. Məhkəmə səhv olaraq mübahisəni mülkiyyət hüququ kimi qiymətləndirmişdir. Halbuki, mübahisə öhdəlik hüququndan irəli gəlir. Məhsulu əldə etmiş (nisyə olsa belə), cavabdehə vermişdir və sonuncu da qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.
31. Bu kontekstdə kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnamədə «ilk növbədə iddiaçının cavabdehə qarşı pul tələbi üzrə iddiaçının subyektiv hüquqa malik-olmadığının araşdırılması zəruridir» deyə qeyd etmiş olsa da, lakin bu istiqamətdə araşdırma aparmamış, işin həlli baxımından mühüm əhəmiyyət kəsb bu məsələ ilə bağlı yekun mövqeyinin nədən ibarət olmasını qətnamədə göstərməmişdir. Halbuki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə - ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.
32. Eyni zamanda, məhkəmənin qətnamədə göstərdiyi dəlillər də işin faktiki hallarına uyğun olmamışdır.
33. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
34. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
35. Məhkəmə kollegiyası hesab edir ki, şərh edilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Iddianın əsaslılığına münasibətdə kollegiya vurğulayır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
37. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
38. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı cavabdehə xurma məhsulunu nisyə şəkildə satdığını, lakin məhsulun dəyərinin ona ödənilmədiyini iddia etmişdir.
40. Cavabdeh Cavabdeh isə iddiaya etiraz edərək, onun iddiaçıdan götürdüyü xurma məhsulunun sonuncuya deyil də, kənd camaatına məxsus olduğunu, bu alqı-satqı münasibətləri üzrə yaranmış borcun iddiaçı ilə heç bir əlaqəsi olmadığını bildirmişdir.
41. Kollegiyanın qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətləri ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
42. Qanunun mənasına görə, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir.
43. Hazırkı mübahisə üzrə sübutetmənin predmetini cavabdehə nisyə satılmış xurma məhsullarının iddiaçıya məxsus olub-olmaması təşkil edir.
44. Iddiaçı İddiaçı xurma məhsullarının cavabdehə məhz onun tərəfindən nisyə satıldığını iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
45. Bununla belə, tərəflər arasında qeydə alınmış telefon danışığı məhkəməyə təqdim edilmişdir (birinci instansiya məhkəməsində icraat zamanı tərəflər telefon danışığının onlara aid olduğunu qəbul etmişlər). Hansı ki, həmin danışıqda xurma məhsullarının biznesindən, satın alınmış məhsulların dəyərinin ödənilməməsi səbəblərindən və s. bəhs edilir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh «hesabladınmı camaata nə qədər borc qalıb»; «sənin camaata borcun 14350 manatdır» deyə suallar verir. Digər telefon danışığında iddiaçı İddiaçı cavabdeh Cavabdeh «camaatın pulu veriləcəkmi»; «mən cavabdeh getdiyim borc nə qədərdir» deyə suallar ünvanlayır. Bundan sonra cavabdeh Cavabdeh borclu olduğu kənd sakinlərinin adlarını çəkir və kimə hansı məbləğdə borcu olduğunu bildirir.
46. Kollegiya göstərir ki, mövcud vəziyyətdə cavabdehə nisyə satılmış xurma məhsullarının iddiaçıya məxsus olması kimi bir qənaətə gəlmək mümkün deyildir. Çünki, cavabdehlə aralarında qeydə alınmış danışıq əsnasında iddiaçı özü etiraf edir ki, cavabdehin nisyə aldığı xurma məhsulu kənd camaatına məxsusdur və məhsulun dəyəri də sahibi olan şəxslərə ödənilməlidir.
47. Belə olan təqdirdə, iddiaçı V.Imamverdiyev hazırkı tələb üzrə subyektiv hüquq kimi qəbul edilə bilməz. Çünki, mübahisəli hüquq münasibətləri onunla cavabdeh arasında yaranmamışdır. Işin müəyyən olunan hallarına görə, nə dəyəri tələb olunan xurma məhsulları iddiaçıya məxsus olmuş, nə həmin məhsullar iddiaçı tərəfindən cavabdehə satılmış, nə də ki, cavabdeh həmin məhsulların dəyərinin ödənilməsi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür.
48. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı İddiaçı nisyə satılmış xurma məhsulunun dəyərini o halda cavabdehdən tələb etmək hüququna malik şəxs sayıla bilərdi ki, həmin məhsulun dəyərini məhsulu satan şəxslərə öz hesabına ödəmiş olsun. Bu halda iddiaçı xurma məhsullarının satıcıları qarşısında icra etdiyi öhdəliyi reqres qaydada cavabdehdən tələb etməsi əsaslı hesab edilə bilərdi. Ancaq bu qənaətə gəlmək üçün də əsaslar mövcud deyildir. Belə ki, cavabdehin nisyə şəkildə aldığı xurma məhsullarının dəyəri iddiaçı tərəfindən məhsul sahiblərinə ödənilməmişdir. Cavabdehə xurma məhsulu satan şəxslərdən bir neçəsi iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmişlər və onlar məhkəməyə verdikləri ifadədə satdıqları məhsulun dəyərinin ödənilmədiyini bildirmişlər (bax İ cild səhifə 22 və 117).
49. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki,hazırkı mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən onun irəli sürdüyü dəlillərin araşdırılmasına da zərurət yoxdur. Çünki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmışdır və əlavə olaraq irəli sürülən dəlillərin nə araşdırılmasına ehtiyac vardır, nə də ki, işin həlli baxımından bunun əhəmiyyəti qalmamışdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia təmin edilməsin. Iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.