Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-807/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və onun arvadı cavabdeh1 müştərək qaydada ondan aldıqları 1360 manat və tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh2 və cavabdeh1 840 manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 35 manat pulun 30 manatının cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. cavabdeh2 qətnamədən şikayət və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin adı qeyd edilən qətnaməsi ilə razı deyil. Lakin səhhəti ilə əlaqədar apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bilməmişdir. Bu səbəbdən də müddət üzrlü səbəbdən ötürülmüşdür. Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəsini yalnız ##.##.2026-cı il tarixində məhkəməyə təqdim etmişdir. Cavabdeh qətnamənin surətini əldə etdiyi tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş və həmin müddət başa çatdıqdan xeyli sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh müddətin bərpası barədə ərizəsində şikayətin qanunla müəyyən edilmiş prosessual müddət ərzində verilməməsinin səbəbini səhhəti ilə əlaqələndirmişdir. Lakin ərizədə göstərilən halların həqiqiliyini və həmin halların onun şikayət vermək imkanını obyektiv olaraq məhdudlaşdırdığını təsdiq edən hər hansı tibbi arayış, xəstəlik tarixçəsindən çıxarış, stasionar və ya ambulator müalicədə olması barədə sənəd, əmək qabiliyyətini müvəqqəti itirməsini təsdiq edən sənəd və ya digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu sübut etmək vəzifəsi həmin müddətin bərpasını xahiş edən şəxsin üzərinə düşür. Şəxs müddətin buraxılmasının onun iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında həyata keçirilməsini faktiki olaraq mümkünsüz edən hallardan irəli gəldiyini sübuta yetirməlidir. Hazırkı halda cavabdeh tərəfindən müddətin ötürülməsinin səbəbi kimi yalnız ümumi qaydada səhhəti ilə bağlı hallar göstərilmiş, lakin bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh qətnamənin surətini əldə etdikdən sonra uzun müddət ərzində heç bir prosessual hərəkət etməmiş, apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni yalnız ##.##.2026-cı il tarixində təqdim etmişdir. Bu isə müddətin ötürülməsinin üzrlü səbəblərdən irəli gəlməsi barədə nəticəyə gəlməyə əsas vermir. Cavabdeh tərəfindən prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən irəli gəldiyi sübuta yetirilmədiyindən müddətin bərpası üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. cavabdeh2 qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh olmadığı təqdirdə üzərinə mülki məsuliyyət qoyulmuşdur. İddiaçı ona aid heç bir mötəbər sübutu təqdim etmədiyi halda o əsassız olaraq cavabdeh kimi tanınmışdır. Sonradan səhətində yaranmış problemlər onu daha da çətin vəziyyətə gətirib çıxarmışdır. X8 iştirakçısıdır və müddətsiz olaraq birinci qrup əlildir. Demək olar ki, 1994-cü ildən bəri mütəmadi olaraq müalicələr alır. Həmin müalicələrini də dövlət tərəfindən ona verilmiş dərmanlarla demək olar ki, ev şəraitində alır. Belə ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərkən həmin ərizədə səhhətilə bağlı vaxtında şikayət verə bilmədiyini qeyd etmişdir. Qərardadda isə buna dair hər hansı bir sübutun təqdim edilmədiyi qeyd edilmişdir. Müalicəsini yalnız ev şəraitində etdirmişdir, çünki müharibədə aldığı travmaya görə həmin müalicələr davamlı xarakter daşıyır. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan poçt xəbərnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh2 tərəfindən imza edilərək qəbul edlmişdir. MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materiallarına əsasən cavabdeh2 Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsini ## #### 2026-cı il tarixdə əldə etmişdir. MPM-in 135.5-ci maddəsinin tələblərinə əsasən prosessual müddətin axımı qətnamənin əldə edildiyi gündən başlandığından, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ## ##### 2026-cı il tarixdə başa çatmışdır. Bundan əlavə, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh2 hazırlıq iclasında şəxsən iştirak etmiş, növbəti məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq, o ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Həmçinin məhkəmə tərkibi nəzərə alır ki, iş üzrə digər cavabdeh cavabdeh1 cavabdeh2 arvadıdır. İşə dair materiallardan görünür ki, hər iki cavabdeh eyni hüquqi mübahisə üzrə müştərək məsuliyyət daşımışlar. Bu hal cavabdeh2 mübahisəli qətnamədən və işin gedişindən məlumatlı olması, habelə qanunla nəzərdə tutulmuş müddətdə öz hüquqlarını müdafiə etmək və müvafiq hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün kifayət qədər real imkanının mövcud olduğunu təsdiq edən əlavə hal kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh2 eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməyərək öz ziyanına çıxarılmış qərara hər hansı maraq göstərməmiş və qanunvericiliklə müəyyən olunmuş müddət ərzində hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-807/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-807/2026
14.07.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver