Məhkəmə qərarları › İş №2-2(3-7)-95/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-95/2026

03.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-95/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları

1. Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı torpaq sahəsi Novosaratovka bələdiyyəsinin mülkiyyətində olmuşdur.

2. Bununla bağlı bələdiyyənin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir ərazi idarəsi tərəfindən ##.##.2018-ci il tarixdə ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və ##.##.2019-cu il tarixdə *********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

3. Gədəboy rayonu Novosaratovka bələdiyyəsinə kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavastə mülkiyyətə, istifadəyə icarəyə verilməsi nəzərdə tumlan Novosaratovka kəndi ərazisində yerləşən 1000000 kv.m (100,0 ha) torpaq sahəsi barədə rəyə əsasən, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000000 kvm (100 ha) torpaq sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təssərüfatı təyinatlı torpaqlar kateqoriyasına daxildir. 4-cü keyfiyyət qrupu banitet balı 35 uqodiyası örüş olmaqla icarə premetidir.

4. Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 100 ha kənd təsərrüfatı torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı ##.##.2020-ci il tarixdə hərrac keçirilmiş, cavabdeh müsabiqənin qalibi olmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən MA seriyalı ****** saylı şəhadətnamə veriomişdir.

5. Novosaratovka bələdiyyəsi ilə cavabdeh arasında ##.##.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən illik icarə haqqı 2700 manat, icarə müddəti ##.##.2035-ci il tarixədək müəyyən edilmişdir.

6. Bundan sonra iddiaçı X11 cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Qazax ərazi torpaq müsabiqə və hərrac komissiyasına, Cavabdeh və Novosaratovka bələdiyyəsinə qarşı “torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti olan torpaq sahəsini almaq üçün 2017-ci il tarixdə bələdiyyəyə müraciət etmiş, onun müraciəti təmin olunmamış, torpaq sahəsinə çıxarışın alınması üçün rüsumlar ərinin adından ödənilmiş, torpaq hərraca çıxarılmış, hərracı Cavabdeh udmuş, onların təkidi ilə hərracın baş tutmadığı elan olunsa da sonradan ona məcbur edib akta imza etdirmişlər.

7. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı X11 tərəfindən irəli sürülmüş iddia tələbi təmin edilməmiş, qətnamədən sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı ləğv edilmiş, iddianın Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Qazax ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin hərracın keçirilməsinin nəticələri barədə qəbul edilmiş ##.##.2020-ci il tarixli *** nömrəli müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, iddianın ##.##.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

8. Bundan sonra iddiaçı X11 cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Qazax ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı “torpaq müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və yenidən torpaq müsabiqəsinin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Qərardan narazı qalan iş üzrə üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, qərardan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

10. Iddiaçı X11 iddianın ##.##.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin ##.##.2023-cü il tarixli, 2- 2(104)-8/2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

11. Bunlardan sonra İddiaçı ## #### 2025-ci il tarixli ** nömrəli iclasında qərar qəbul edilmiş və qərada göstərilmişdir ki, Ismayıllı rayonu Qalagah kənd sakini Cavabdeh sabiq Novosaratovka bələdiyyəsi tərəfindən ##.##.2019-cu il tarixli 3119000036 qeydiyyat tarixli çıxarışla 15 illiyinə bağlanmış 100 ha bələdiyyə örüş torpağının icarə müqaviləsi Cavabdeh tərəfindən pozularaq ikinci ələ əsassız olaraq icarəyə verdiyi üçün ləğv olunması məqsədi ilə Gədəbəy Məhkəməsinə müraciət edilməsi, Anar Cavadov tərəfindən subicarəyə verilmiş Tovuz rayon Çeşməli kənd sakinləri Elxan Tağıyev və qardaşlarına məxsus olan 600 baş xırda buynuzlu və 60 baş iribuynuzlu malqaranı Qaraməmmədli bələdiyyəsinə məxsus “Şahnazar” adlı ərazidə yerləşən örüş sahəsindən çıxarılması üçün Gəncə Kommersiya Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır.

12. İddiaçı ## #### 2025-ci il tarixli ** nömrəli məktubla cavabdehə müraciət olunaraq bildirilmişdir ki, cavabdeh icarəyə götürmüş olduğu torpaq sahəsini icarə müqaviləsinin 7-ci bəndinin şərtlərini pozaraq Çeşməli kənd sakini X1 və onun qardaşlarına mal-qara saxlamaq üçün verdiyninə görə sabiq Novosaratovka Bələdiyyəsi tərəfindən bağlanmış ##.##.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməsi üçün Qaraməmmədli Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** saylı qərarı ilə Gədəbəy rayon Məhkəməsinə müraciət olunması qeyd olunmuşdur.

13. ## #### 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh Novosaratovka bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə icarəyə verilmiş sahəyə baxış keçirərkən həmin ərazidə mal-qara otaran X3 otardığı mal-qara sayılarkən 600 baş xırdabuynuzlu və 60 baş iribuynuzlu mal-qara otardığı müəyyən edilmişdir. Həmin mal–qaranın kimə məxsus olduğu soruşulduqda 450 baş xırda davarın, 40 baş iribuynuzlu mal-qaranın Anar Cavadova məxsus olduğu, 150 baş xırda davarın 20 baş iribuynuzlu mal-qaranın Tovuz rayonu Çeşməli kənd sakini X1 aid olduğu bildirilmişdir.

14. İddiaçı ## #### 2025-ci il tarixli ** nömrəli arayışından görünür ki, Isamayıllı rayon Qalağan kənd sakini Cavabdeh icarəsində olan “Şahnazar” adlı sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qara aşkar olunmuşdur. Cavabdeh malqaranın vaksinasiya arayışlarını, Qida təhlükəsizliyindən heyvanların birkalanaraq qeydiyyata alınması və mütəxəssis gətirərək həmin torpaq sahəsində dəqiq ara nişanları qoyulması bildirilmişdir.

15. ##.##.2025-ci il tarixli aktan görünür ki, X1 və X3 məxsus xırda və iri buynuzlu heyvanlar ərazidən çıxarılaraq, heyvanların saxlanması üçün olan setkalar ərazidən çıxarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

16. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə Novasaratovka Bələdiyyəsinin (sabiq) sədri X7 arasında, Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş ##.##.2020-ci il tarixli reyestr N-*M-** nömrəli icarə müaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Novosaratovka kəndi ərazisində bələdiyyənin örüş sahələri olmuşdur ki, həmin sahələri keçmiş bələdiyyə sədri müxtəlif şəxslərə 15 il müddətinə icarəyə verilmişdir.##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X9 ərazi Torpaq müsabiqəsi və hərrc komissyasının 385N-* №-li protokol və Novosaratovka Bələdiyyəsi ilə Cavabdeh arasında Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş ##.##.2020-ci il tarixli reyestr N-*M-** nömrəli icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsi əsasında 100 ha örüş sahəsinə dair cavabdeh Cavabdeh DƏDRX-nin ** saylı ərazi idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə *********** qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdeh Cavabdeh tərəfindən həmin örüş sahəsi alındığı gündən bu günkü günədək özünün məqsədləri üçün yox başqa məqsədlər üçün istifadə edilmişdir. Belə ki, cavabdeh hal-hazırda Göy-Göl rayonunda yaşamaqla özünün nə iri buynuzlu nədə ki, xırda buynuzlu mal qarası var. Cavabdehin həmin torpaq sahəsini məqsədli olaraq varlanmaq məqsədi ilə müxtəlif şəxslərə “subicarəyə” verməklə məşğul olur ki, bu da digər heyvandarlıqla məşğul olan şəxslərin haqlı narazılıqlarına səbəb olur. Belə ki, Gədəbəy rayonu, dağlıq rayon olmaqla əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır, ərazidə 20-dən çox kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vardır ki, həmin şəxslər müraciət edərək heyvanlarını saxlamaq məqsədi ilə örüş sahəsi verilməsini bildirmişlər. Lakin cavabdeh Cavabdeh isə 100 ha örüş sahəsini varlanmaq məqsədi ilə Tovuz rayonu, Çeşməli kənd sakinləri X1, X2, X3 və X6 müəyyən miqdarda pul vəsaiti alaraq subicarəyə vermişdir ki, buda kənd sakinləri arasında böyük narazılıqlara səbəb olmuşdur. Həmin şəxslərin həmin ərazidən çıxarılmaları barədə dəfələ sözü gedən şəxslərə və həmin örüş sahəsini onlara subicarəyə vermiş cavabdeh Cavabdeh desələr də bu könüllü olaraq mümkün olmamışdır. Mən məcbur olaraq iddianın müfəqqəti təminat tədbirinin seçilməsi barədə Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin **(***)-**/** saylı ##.##.2025-ci il tarixli qərardadı əsasında adlarını qeyd etdiyi şəxslərin bələdiyyənin mülküyyətinə verilmiş 100 ha örüş sahəsindən çıxarılması barədə qərardad qəbul olunmuş və Gədəbəy rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə ##.##.2025-ci il tarixdə cavabdehlərə məxsus olan heyvanlar ərazidən çıxarlaraq boşaldılmışdır. Cavabdeh həmin örüş sahəsini şəxsi maraqları üçün yəni varlanmaq məqsədi ilə almış və bugünk günə həmin məqsəd üçün istifadə etməyə çalışır. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq cavabdeh Cavabdeh ilə Novosaratovka Bələdiyyəsinin sədri arasında Gədəbəy rayon Notarat Kontoru tərəfindən təstiq edilmiş ##.##.2020-ci il tarixli reyestr N-*M-** nömrəli icarə müaviləsi ləğv edilməlidir.

18. Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

19. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə bağlanmış müqavilə əsasında ərazini Anara öz heyvanlarını saxlamaq üçün vermişlər. Ancaq əraziyə baxanda orda başqa şəxsin heyvanlarının saxladığını aşkarlamışlar. Dəfələrlə heyvanların çıxarılmasını istəsələr də çıxartmadılar. Onlar Anardan heyvanların ona məxsus olması barədə sənəd istəsələr də, sənəd vermədi. Əraziyə baxış keçirəndə aktlaşdırma da aparmışlar və 2 dəfə akt yazmışlar. Cavabdeh 2700 manata onlarla müqavilə bağlasa da, başqa vətəndaşa daha baha qiymətə verib. Subicarə ilə bağlı sənədləri olmasa da, ərazini başqasına verdiyi üçün müqavilənin ləğv edilməsini xahiş edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

20. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh 100 hektar torpaq sahəsini hərrac vasitəsi ilə icarəyə götürmüşdür. Bələdiyyə ilə müqavilə də bağlanıb. Ancaq həmin ərazi ilə maraqlı olan Xəyal adlı şəxs aksiyon nəticələrini mübahisələndiribdir. Inzibati Məhkəmə aksionun nəticəsini ləğv edib. Bundan da apellyasiya şikayəti verilib. Onlar indiyə kimi həmin torpağın icarə haqqını ödəmişlər. Xəyal adlı şəxs torpaqdan istifadəyə mane olur. Bələdiyyə əsassız olaraq iddia qaldırıb. Cavabdeh həmin ərazini subicarəyə verməmişdir. Müqavilə 2035-ci ilə kimi qüvvədədir. Anar heyvanlarının dərmanlanması ilə bağlı Yevlax baytarlıq idarəsindən də məktub alıb. Ərazinin başqasına verilməsi ilə bağlı heç bir sübut yoxdur. Onlar heyvanların cavabdehə məxsus olması ilə bağlı arayış da təqdim ediblər. Gələn çoban özü də heyvan gətirir. Bələdiyyə gəlib çobanın heyvanlarını da sayır. Cavabdehin heyvanları ilə bağlı baytarlıqdan arayış da alıblar. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh Cavabdeh məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sadəcə əsassız iddialar verirlər. O, həmin ərazini subicarəyə verməmişdir. Nə də ki, heç kimə torpaq satmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

22. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddia tələbi rədd edilmişdir.

23. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh tərəfindən torpaq sahəsinin başqa şəxslərə icarəyə verilməsi və gəlir götürülməsilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı qeyd olunan faktı sübut etməlidir. Qeyd olunan haldan istisna bir halda mümkündür ki, cavabdeh iddianı etiraf edə və torpaq sahəsini başqa şəxslərə icarəyə verdiyini qəbul edə. Lakin cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyindən və iddianı etiraf etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşür. Iddiaçı həmin faktı təsdiq edən sübut kimi aktların tərtib olunduğunu bildirmişdir.

24. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qeyd olunan aktlar torpaq sahəsinin cavabdeh tərəfindən başqa şəxslərə subicarəyə verilməsini təsdiq etmir. Belə ki, yuxarıda qeyd olunan aktlardan görünür ki, əraziyə baxış keçirilərkən cavabdehin özünə məxsus olan 450 baş xırda davarın və 40 baş iribuynuzlu mal-qaranın olduğu aşkar edilmişdir. Əgər torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxs icarəyə verilsəydi ona məxsus heyvanlar həmin ərazidə olmazdı. Digər tərəfdən, iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli aktın tərtib olunmasından sonra İddiaçı tərəfindən 1 gün sonra, yəni ## #### 2025-ci il tarixdə ** nömrəli arayış tərtib olunmuş və arayışda Isamayıllı rayon Qalagah kənd sakini Cavabdeh icarəsində olan “Şahnazar” adlı sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qara aşkar olunmuşdur. Cavabdeh mal-qaranın vaksinasiya arayışlarını, Qida təhlükəsizliyindən heyvanların birkalanaraq qeydiyyata alınması və mütəxəssis gətirərək həmin torpaq sahəsində dəqiq ara nişanları qoyulmasının bildirildiyi qeyd olunmuşdur.

25. Məhkəmə bildirmişdir ki, həmin hadisədən sonra bələdiyyə tərəfindən şəxsən arayış tərtib edilərək, “Şahnazar” adlı sahənin Cavabdeh icarəsində olması və sahəyə baxış keçirərkən həmin ərazidə 600 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qaranın aşkar olunduğu qeyd olunmuş və mal-qaranın vaksinasiyaları barədə hətta cavabdehə tövsiyyələr verilmişdir. Belə olan halda iddiaçı tərəfindən ərazinin cavabdehin istifadəsində olması və mal-qaranın cavabdehə məxsus olmasının bildirilməsi öz-özlüyündə iddia tələbinin əsaslılığını inkar edir.

26. Bundan əlavə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəalarından görünür ki, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmçinin, Mülki Məcəllənin 712-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə vermək və o cümlədən ikinci əldən icarəyə vermək hüququnun olmadığı qeyd olunmuşdur.

27. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə dəlillər əsassızdır və iddiaçı iddia tələbini təmin etmək üçün yetərli sübutları məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu sadəcə olaraq onun izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yarıaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinin ləğvi üçün heç bir əsas olmadığından iddia təmin edilməməlidir.

28. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1, 700.2, 700.3, 704.1, 704.2, 706.1, 706.2, 706.3, 706.4., 708.1, 708.2, 708.3, 710.1, 710.2, 710.3, 712.1.1, 712.1.2, 712.2, 713, 719.1, 719.8, 721.1 və 721.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 80, 81, 88, 106.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

29. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

30. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh Cavabdeh ilətorpağı istifadələrinə verdiyi şəxslərlə subicarə müqaviləsi bağlamasa da, Bələdiyyə tərəfindən tərtib edilmiş aktlardan, iclas protokolundan və məhkəmə qərardadının icrası ilə bağlı məlumatdan görünür ki, ## #### 2025-ci il tarixdə Cavabdeh Novosaratovka bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə icarəyə verilmiş sahəyə baxış keçirərkən həmin ərazidə mal-qara otaran X3 otardığı malqara sayılarkən 600 baş xırdabuynuzlu və 60 baş iribuynuzlu mal-qara otardığı müəyyən edilmiş, həmin mal–qaranın kimə məxsus olduğu soruşulduqda 450 baş xırda davarın, 40 baş iribuynuzlu mal-qaranın Anar Cavadova məxsus olduğu, 150 baş xırda davarın 20 baş iribuynuzlu mal-qaranın Tovuz rayonu Çeşməli kənd sakini X1 aid olduğu bildirilmiş və bu barədə akt tərtib edilmiş və ## #### 2025-ci il tarixdə Cavabdeh icarəyə götürmüş olduğu torpaq sahəsini icarə müqaviləsinin 7-ci bəndinin şərtlərini pozaraq Çeşməli kənd sakini X1 və onun qardaşlarına mal-qara saxlamaq üçün verdiyinə görə sabiq Novosaratovka Bələdiyyəsi tərəfindən bağlanmış ##.##.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi üçün müraciət olunmuşdur. Qeyd olunan sübutlar mülki iş materiallarına əlavə edilmiş olsa da, məhkəmə tərəfindən həmin sübutlar mötəbər sayılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, torpaq sahəsini hərrac vasitəsilə 15 illik icarəyə götürmüşdür. Əsassız olaraq ona qarşı iddia qaldırmışlar. Hazırda 650 baş iri-xırda buynuzlu heyvanları vardır. Torpaqdan istifadə etməyə imkan vermədikləri üçün heyvanları Ağdərə rayonuna aparmışdır. Torpaq üçün icarə haqqını da ödəmişdir. Iddiaçı tərəf istəmir ki, o torpaqdan istifadə edə bilsin. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

33. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

35. Maddə 29. III. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

43. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

44. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

45. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

46. Maddə 704.2. Icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

47. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

48. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

49. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.

50. Maddə 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.

51. Maddə 708.1. Icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın.

52. Maddə 708.2. Icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır.

53. Maddə 708.3. Icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir.

54. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.

55. Maddə 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.

56. Maddə 710.3. Icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.

57. Maddə 712.1. Icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin.

58. Maddə 712.2. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır.

59. Maddə 713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.

60. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

61. Maddə 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir.

62. Maddə 721.1. Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər.

63. Maddə 721.2. Müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş torpağın hər hansı hissəsi üçün uzadılırsa, məhkəmə həmin hissə üçün icarə haqqını müəyyənləşdirə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

64. Maddə 51 Torpaq sahəsi üzərində icarə hüququ.

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. Icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. Icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. Icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.

65. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

75. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

76. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

77. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

79. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

80. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

82. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək tam olaraq mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

84. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı torpaq sahəsi Novosaratovka bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bununla bağlı bələdiyyənin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir ərazi idarəsi tərəfindən ##.##.2018-ci il tarixdə ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və ##.##.2019-cu il tarixdə *********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gədəboy rayonu Novosaratovka bələdiyyəsinə kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavastə mülkiyyətə, istifadəyə icarəyə verilməsi nəzərdə tumlan Novosaratovka kəndi ərazisində yerləşən 1000000 kv.m (100,0 ha) torpaq sahəsi barədə rəyə əsasən, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000000 kvm (100 ha) torpaq sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təssərüfatı təyinatlı torpaqlar kateqoriyasına daxildir. 4-cü keyfiyyət qrupu banitet balı 35 uqodiyası örüş olmaqla icarə premetidir. Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 100 ha kənd təsərrüfatı torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı ##.##.2020-ci il tarixdə hərrac keçirilmiş, cavabdeh müsabiqənin qalibi olmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən MA seriyalı ****** saylı şəhadətnamə verilmişdir. Novosaratovka bələdiyyəsi ilə cavabdeh arasında ##.##.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən illik icarə haqqı 2700 manat, icarə müddəti ##.##.2035-ci il tarixədək müəyyən edilmişdir.

87. Hazırda mübahisə predmeti Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ##.##.2020-ci il tarixli torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsindən ibarətdir. Iddiaçı bələdiyyə müqavilənin ləğvini cavabdehin icarəyə götürdüyü torpaq sahəsini üçüncü şəxslərə istifadəyə verməsi, faktiki olaraq subicarəyə çıxarması və bununla da müqavilə öhdəliklərini pozması ilə əsaslandırmışdır.

88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1.1-ci maddəsinə əsasən, icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə vermək hüququ yoxdur. Həmin Məcəllənin 713-cü maddəsinə görə isə icarəçinin torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmədikdə və icarəyə verənin xəbərdarlığına baxmayaraq həmin istifadə davam etdirildikdə, icarəyə verən müqavilənin ləğv edilməsini tələb edə bilər.

89. Beləliklə, mübahisənin düzgün həlli üçün ilk növbədə cavabdehin icarəyə götürdüyü torpaq sahəsini üçüncü şəxslərə verdiyi və ya faktiki olaraq subicarəyə çıxardığı halının mövcud olub-olmaması müəyyən edilməlidir. Çünki, müqavilənin ləğvinə səbəb ola biləcək hüquqi fakt məhz həmin halın sübuta yetirilməsidir.

90. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

91. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

92. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

93. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

94. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

95. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

96. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

97. Buna görə də cavabdehin torpaq sahəsini üçüncü şəxslərə istifadəyə verməsi faktının sübut olunması yükü iddiaçının üzərinə düşür.

98. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ##.##.2025-ci il tarixli akt, bələdiyyə iclas protokolu, müraciətlər və icra hərəkətlərinə dair sənədlər cavabdehin torpaq sahəsini üçüncü şəxslərə verdiyini təsdiq edir. Lakin, məhkəmə həmin dəlillərlə razılaşmır.

99. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, mübahisəli torpaq sahəsində ümumilikdə 600 baş xırdabuynuzlu və 60 baş iribuynuzlu heyvan mövcud olmuş, onların 450 baş xırdabuynuzlu və 40 baş iribuynuzlu hissəsinin cavabdeh Cavabdeh, qalan hissəsinin isə digər şəxsə məxsus olduğu göstərilmişdir. Həmin sənəd özlüyündə torpaq sahəsinin üçüncü şəxsə verilməsi və ya tərəflər arasında subicarə münasibətlərinin mövcud olmasını təsdiq edən sübut hesab edilə bilməz. Çünki aktda hər hansı subicarə müqaviləsinin bağlanması, torpaqdan istifadəyə görə haqq ödənilməsi, yaxud cavabdehin torpaq sahəsi üzərində istifadəyə dair hüquqlarını üçüncü şəxsə verməsi barədə məlumat yoxdur.

100. Əksinə, həmin aktın məzmunundan torpaq sahəsində cavabdehin özünə məxsus çox sayda heyvanların saxlanıldığı görünür ki, bu da torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olması qənaətini gücləndirir. Əgər torpaq sahəsi tam və ya qismən üçüncü şəxslərə verilmiş olsaydı, həmin halın konkret və mötəbər sübutlarla təsdiq edilməsi tələb olunardı.

101. Bundan əlavə, ##.##.2025-ci il tarixli ** nömrəli arayışda da “Şahnazar” adlanan sahənin Cavabdeh icarəsində olduğu göstərilmiş, həmin ərazidə aşkar edilən heyvanlarla bağlı tövsiyələrin məhz cavabdehə ünvanlandığı qeyd edilmişdir. Bu hal da iddiaçının torpaq sahəsinin artıq cavabdehin istifadəsində olmaması və ya üçüncü şəxslərə verilməsi barədə mövqeyi ilə ziddiyyət təşkil edir.

102. Eyni zamanda aktlar və ya məktubların hamısı iddiaçı tərəfindən bir tərəfli qaydada tərtib edilmiş sənədlərdir ki, onların məzmunu ilə cavabdehin razılaşması və orada yazılanları imzası ilə təsdiq etməsi halı mövcud deyildir.

103. Apellyasiya şikayətində istinad edilən bələdiyyə iclas protokolu, müraciətlər və digər daxili sənədlər isə mahiyyət etibarilə iddiaçı tərəfin mövqeyini əks etdirən sənədlər olmaqla, onların özləri subicarə münasibətlərinin mövcudluğunu təsdiq edən birbaşa sübut sayıla bilməz. Həmin sənədlərdə yalnız bələdiyyənin müəyyən qənaət və ehtimalları öz əksini tapmışdır. Lakin mülki prosesdə ehtimallar və fərziyyələr əsasında deyil, məhkəmə tərəfindən araşdırılmış və qiymətləndirilmiş mötəbər sübutlar əsasında nəticəyə gəlinməlidir.

104. Məhkəmə nəzərə alır ki, iş materiallarında cavabdehlə hər hansı üçüncü şəxs arasında torpaqdan istifadəyə dair müqavilə, ödəniş sənədi, yazılı razılaşma, yazışma və ya subicarə münasibətlərinin mövcudluğunu təsdiq edən digər obyektiv sübut mövcud deyildir. Iddiaçı tərəfindən istinad edilən hallar yalnız torpaq sahəsində digər şəxslərə məxsus müəyyən sayda heyvanların mövcudluğu faktı ilə əsaslandırılmışdır ki, bu hal özlüyündə subicarə münasibətlərinin mövcudluğunu şübhəsiz şəkildə sübut etmir.

105. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi göstərir ki, iddiaçı tərəfindən müqavilənin vaxtından əvvəl ləğvi üçün hüquqi əsas yaradan müqavilə üzrə öhdəliklərin pozuntusunun mövcudluğu lazımi sübutetmə standartı səviyyəsində təsdiq edilməmişdir.

106. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməsi, işin faktiki hallarını düzgün müəyyən etməsi və iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

107. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

108. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

109. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

110. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar