Məhkəmə qərarları › İş №2-2(3-8)-3/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-3/2026

01.04.2026 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-3/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 və iddiaçı3 Arif oğlunun cavabdehlər X11 və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X5, X6, iddiaçı1 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı iddiaçı3 Arif oğlunun (eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 nümayəndəsi), cavabdehlərin nümayəndəsi vəkil X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 nümayəndəsi vəkil X2 iştirakı ilə, Iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 və iddiaçı3 Arif oğlunun cavabdehlər X11 və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X5, X6, iddiaçı1 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı3 Arif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları

1. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 007011002535-***** reyestr nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 124.1 kv.m. sahənin 75,9 kv.metrinin 1/5 hissəsi iddiaçı1, 75,9 kv.metrinin 1/5 hissəsi iddiaçı3 Arif oğlunun, 75,9 kv.metrinin 1/5 hissəsi iddiaçı2 Arif oğlunun, 75,9 kv.metrinin 1/5 hissəsi və 48,2 kv.m sahə X11, 75,9 kv.m.-nin 1/20 hissəsi X5, 75,9 kv.metrinin 1/20 hissəsi X6, 75,9 kv.m.-nin 1/20 hissəsi iddiaçı1 Azər qızının və 75,9 kv.metrinin 1/20 hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin tərtib edilmə tarixi ## #### 2010- 2. cu il, inventar nömrəsi 11/255 olan, 007011002535-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Texniki pasportun məzmununda binanın yerləşdiyi torpaq sahəsinin və sözügedən qeyri-yaşayış sahəsinin (bina hissəsinin) planı vardır.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qənaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar iddiaçı1, iddiaçı2 Arif oğlu, iddiaçı3 Arif oğlu və X3 cavabdeh X12 qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilmiş, ## ###### 2008-ci ildə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanda yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinin X1 tərəfindən faktiki qəbul etməsi faktının müəyyən edilməsi, ** saylı Notariat kontoru tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanda yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinə dair iddiaçı3 Arif oğlu, iddiaçı2 Arif oğlu, X3, iddiaçı1 verilmiş ## ### 2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanında yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçılar iddiaçı3 Arif oğlu, iddiaçı2 Arif oğlu, X3, iddiaçı1 paylı mülkiyyətinə verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanında yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinə dair X1 bir vərəsə kimi 1/5 payı nəzərə alınmaqla yeni vərəslik hüququ haqqında şəhadətnamənin verilməsinin ** saylı Notariat kontorunun üzərinə vəzifə qoyulması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar iddiaçı1, iddiaçı3 Arif oğlu və iddiaçı2 Arif oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli 2(005)- **/** nömrəli qətnaməsinin onların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 124,10 m² qeyri-yaşayış binasının iddiaçı X11 məxsus 75,9 m²-dən 1/5 hissə və 48,2 m² hissəsinin (ümumilikdə 63,38 kv.m) həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının tikinti-texniki cəhətdən mümkün olduğu və bunun üçün X11 faktiki istifadəsində olan texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m məsafən sonra) * saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və * saylı tikililərə birləşdirilməli olduğu qeyd edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, iddiaçı1, iddiaçı3 Arif oğluna, iddiaçı2 Arif oğluna, X5, X6 və iddiaçı1 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilərək ünvan 4 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən X11 payı texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m məsafədən sonra) * saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və * saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi üzrə ## ###### 2025-ci il tarixdə icra vərəqəsi tərtib edilərək Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən ## #### 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Iş materiallarında olan “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli *** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 6,72 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 180 manat məbləğində müəyyən edilmişdir.

9. Icarəyə verən Saraxanım Quliyeva ilə icarəçi Isbəndiyar Cəfərov arasında bağlanmış ## ### 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən obyektin 40 kv.m. sahəsi 400 manat məbləğində icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 və iddiaçı3 Arif oğlu cavabdeh X11 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-ci ildən hazırkı vaxtadək iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiyinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində olmaqla, cəmi 81200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların vəfat etmiş atalarından miras qalmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyekti vardır. Həmin obyektin ümumi sahəsi 124,1 kv.m.-dir. Qeyri-yaşayış sahəsinin 48 kv.m. hissəsi və qalan 75,9 kv.m. sahənin 1/5 hissəsi paylı mülkiyyət hüququ əsasında cavabdeh Saraxanım Quliyevaya, digər hissələri isə iddiaçılara aiddir. Lakin uzun müddətdir həmin obyektin 21.5 kv.m. hissəsi iddiaçılara məlum olmayan əsaslarla cavabdeh tərəfindən qanunsuz şəkildə fiziki cəhətdən ayrılaraq təcrid edilmiş və zəbt olunaraq istifadə edilir. Həmin sahə cavabdeh tərəfindən uzun illərdir ki, icarəyə verilərək qazanc əldə edilir. Ilk növbədə qeyd edilməlidir ki, miras qoyan Arif Hacıyev ## ###### 2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra cavabdeh həmin qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənədlərinin əslini özünə götürürək onları qaytarmaqdan imtina etmişdir. Həmçinin sahənin əsas hissələrini özünün mülkiyyətində olan 48.2 kv.m. hissəyə qataraq iddiaçıların həmin sahədən istifadəsini mümkünsüz etmişdir. Beləliklə, uzun illərdir ki, iddiaçıların paylı mülkiyyətində olan 75,9 kv.m. sahənin 21.5 kv.m. hissəsi faktiki olaraq iddiaçıların sahibliyindən çıxmışdır. Həmin 21.5 kv.m. sahə iddiaçılara məlum olmayan şəxs tərəfindən zəbt olunaraq, orada plastik qapı-pəncərə sexi yaradılmışdır. Dəfələrlə ora gedərək sexin çalışmasının hüquqi əsaslarını soruşsalar da, iddiaçılar fiziki təzyiqin göstəriləcəyi ilə hədələnmişdirlər. Cavabdehlə aparılan bütün danışıqlar müsbət nəticə verməmişdir. Bununla əlaqədar olaraq, iddiaçılar onlara məxsus olan sahənin zəbt olunması ilə bağlı şikayət ərizəsi ilə Nərimanov rayon Polis Idarəsinin 17-ci polis şöbəsinə müraciət etmişlər. Orada aparılmış araşdırma zamanı sözügedən qeyri-yaşayış sahəsində icarəçi qismində fəaliyyət göstərən fərdi sahibkar izahatda bildirmişdir ki, cavabdehlə bağladığı icarə müqaviləsinə əsasən uzun müddətdir ki, sahədən icarəçi kimi istifadə edir və buna görə də cavabdehə icarə haqqı ödəyir. Bütün bunlar nəticəsində paylar naturada bölünməmiş, əksinə cavabdeh əmlakın ona çatası payından artıq hissədə olan sahədən qanunsuz olaraq istifadə etməsi nəticəsində əsassız varlanmış və bu hal da iddiaçıların özlərinə çatası hüququnun pozulmasına gətirib çıxarmışdır. Nəticə olaraq iddiaçılar əldə edə biləcək qazanclarından məhrum olmuşlar. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların faktiki qanuni əsaslarla istifadə etdiyi qalan hissə, yəni təxmini 54 kv.m. olan sahə kafe kimi istifadə edilir. Əgər iddiaçılar özlərinə düşən pay hissəsindən istifadə edə bilsəydilər, həmin hissəni də səmərəli, onlara qazanc gətirə biləcək qaydada işlədə bilərdilər. Lakin cavabdehin qərəzli hərəkətlərə görə iddiaçılar vərəsə olaraq bu imkanlardan qanunsuz olaraq məhrum olmuşlar. Zəbt olunmuş sahənin iddiaçılara düşən hissəsi mülkiyyətlərindən qanunsuz olaraq çıxdığına görə cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməlidir.

12. Cavabdeh Saraxanım Quliyevanın nümayəndəsi ## #### 2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı X11 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, iddiaçı1, iddiaçı3 Arif oğluna, iddiaçı2 Arif oğluna, X5, X6 və iddiaçı1 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən X11 payı texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m2 məsafədən sonra) * saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və * saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. Iş üzrə icra vərəqəsi çıxarılmış, ## #### 2025-ci il tarixində isə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda iş icra prosedurundadır, bölünmə həyata keçirilməmişdir. Belə ki, iddiaçılar tərəfindən sözügedən mübahisəyə dair ekspert rəyi əlavə edilsə də, qətnamə və işin sonrakı prosedurları əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 124,1 m² qeyri-yaşayış binasının iddiaçı X11 məxsus 75.9 m²-dən 1/5 hissə və 48,2 m² hissəsinin (ümumilikdə 63,38 kv.m.) həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının tikinti-texniki cəhətdən mümkün olduğu və bunun üçün Saraxanım Quliyevanın faktiki istifadəsində olan texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m məsafən sonra) * saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və * saylı tikililərə birləşdirilməlidir. Ekspert rəyinə əsasən cavabdehin istifadə etdiyi hissənin zərərsiz şəkildə bölünərək ayrılması mümkün sayılmışdır. Cavabdehin istifadəsində olan sahədə (1 və * saylı tikililərə bitişik * saylı tikilidə) 15.18 m² sahə ayrılıb 1 və * saylı tikililərə birləşdirilməli, arakəsmə divar 1,97 metr məsafədən hörülməlidir. Bu faktlar göstərir ki, cavabdehin əmlakdan istifadəsi hüquqi əsaslara söykənir və özünə qanuni məxsus olan hissəyə dair faktiki sahibliyə malikdir, yəni hansısa “qanunsuz zəbt” faktı mövcud deyildir. Hazırkı iddia tələblərində bildirilmişdir ki, 21,5 kv.m. sahə zəbt olunaraq icarəyə verilmişdir. Halbuki sahənin mülkiyyətçilər arasında bölünməsi ilə bağlı məhkəmə qətnaməsi hazırda icra mərhələsindədir və cavabdeh sadəcə olaraq faktiki özünün mülkiyyətində və sahibliyində olan sahədən istifadə etmişdir. Həmçinin iddiaçılar sözügedən sahənin cavabdeh tərəfindən faktiki zəbt edilməsinə dair faktı təsdiqləyən akt, bələdiyyə və dövlət orqanları tərəfində tərtib olunmuş texniki sənəd, ölçü aktı, hüquqmühafizə orqanlarının cinayət araşdırması sənədlərini, eləcə də qanunsuz sahiblik faktını sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən cavabdeh mübahisəli sahə üzrə icarəçi ilə icarə müqaviləsi bağlamışdır. Iddiaçılar bu müqavilənin varlığını və məzmununu bilmədiyi halda zəbt iddiası ilə məhkəməyə müraciət etmişlər. Icarə müqaviləsinin varlığı cavabdehin özünəməxsus olan sahəni qanuni əsasla nəzarət etdiyini təsdiqləyir. Digər tərəfdən iddiaçılar bu müqavilənin şərtlərini, icarə haqqını və ödəniş planını təqdim etməmişlər. Iddiaçılar 17 il ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 61200 manat məbləğində maddi zərərin ödənilməsini tələb etsələr də, iddiaçıların bu tələblə bağlı ümumiyyətlə, subyektiv hüquqları yoxdur. Cavabdeh məhz özünə məxsus olan paydan və əmlakdan istifadə etmişdir. Digər tərəfdən sözügedən məbləğ subyektiv təxminlərə əsaslanır, hər hansısa qiymətləndirmə, ekspert rəyi, əmlak bazar araşdırması mövcud deyildir. Cavabdeh tərəfindən sahənin real istifadə dəyəri və şərtləri fərqlidir. Əgər cavabdeh həmin sahədən real olaraq icarə gəliri əldə edibsə belə, bu gəlir onun özünəməxsus paya düşən hissədən və ya şifahi razılaşmaya əsaslanan istifadədən irəli gəlmiş ola bilər. Həmçinin iddiaçılar 20000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Mövcud mülki qanunvericiliyə əsasən mənəvi zərər yalnız zərərin mövcudluğu və onun səbəbi sübuta yetirilmiş hallarda ödənilə bilər. Iddiaçıların bu tələbləri də əsassız və subyektiv hüquqa söykənməyən tələbdir. Cavabdeh Saraxanım Quliyevanın nümayəndəsi göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmənin ## #### 2025-ci il tarixində keçirilən iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X5, X6, iddiaçı1 Azər qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməsi qərara alınmışdır.

14. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi iddiaçı3 ## ###### 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ###### 2008-ci il tarixdən hazırkı vaxtadək (iş üzrə qətnamə çıxarılana qədər) iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiyinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 335 (üç yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 81535 (səksən bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi iddiaçı3 ## ###### 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılara maddi və mənəvi ziyan vurulmasında təkcə hazırkı cavabdeh Saraxanım Quliyeva iştirak etməmişdir. Çünki uzun illərdir ki, əmlakın bir hissəsi həm hazırkı cavabdeh, həm də onun oğlu Arif Hacıyev tərəfindən faktiki olaraq zəbt olunaraq həmin hissə öz əsas sahəsinə əlavə olunaraq tam qanunsuz olaraq istifadə edilmişdir. Yalnız bir müddət əvvəl cavabdeh Saraxanım Quliyeva digər cavabdeh Arif Hacıyevdən onun adına olan pay hissəsini bağışlanma müqaviləsi əsasında adına rəsmiləşdirmişdir. Belə olduğu halda faktiki olaraq cavabdeh Saraxanım Quliyeva tərəfindən istifadə olunsa da, sənəd əsasında pay hüququ digər cavabdeh Arif Hacıyevə məxsudur. Bundan başqa, 2008-ci ilin noyabr ayından 2009-cu ilin may ayına qədər (may ayı daxil) miras qalmış əmlakı qanunsuz istifadə edərək, oradan daxil olan aylıq 600 manat məbləğində icarə haqqını cavabdeh Saraxanım Quliyeva özünə götürmüş və ümumlikdə 7 ay ərzində 4200 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Daha sonra 2011-ci ilin # ###### tarixindən qaz və işıq xətlərini kəsdirmiş və iddiaçılara aid olan sahə qaz və işıqsız qalmışdır. Bütün bunlar yalnız cavabdeh Saraxanım Quliyeva tərəfindən edilmişdir. Uzun illərdir ki, elektrik enerjisinin və qazın olmaması səbəbindən qeyri-yaşayış obyekti fəaliyyət göstərə bilməmişdir. Nəticədə iddiaçılara xeyli məbləğdə maddi ziyan vurulmuşdur. Yalnız böyük çətinliklə 2014-cü ilin noyabr ayında elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Buna da xeyli məbləğdə vaxt və pul sərf olunmuşdur. Qaz təchizatı isə bu günə qədər bərpa edilməmişdir. Buna səbəb isə xeyli məbləğdə pul vəsaitinin tələb olunmasıdır. 35 ay ərzində obyekt fəaliyyət göstərməmişdir. Işığın bərpası xərcləri 3240 manat təşkil etmişdir. Daha sonra atalarının ölümündən sonra onun VÖEN-ü əsasında obyektdə fəaliyyət göstərilmiş və cavabdeh tərəfindən kassa aparatı dayandırılmamışdır. Bununla əlaqədar olaraq vergi orqanından iddiaçılara vergi hesabatı tərtib edilməsi öhdəliyi qoyulmuş və iddiaçılar tərəfindən 324 manat məbləğində pul ödənilmişdir. Sənədlərin və texniki pasportun bərpasına və 2009-2010-cu illərdə məhkəmədə aparılan vərəsəlik işləri üzrə vəkilə (nümayəndəyə) 1700 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ## ###### 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 335 (üç yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 81535 (səksən bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Saraxanım Quliyeva və Arif Hacıyevdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən X1 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixdə keçirilmiş iclasında həmin ərizə təmin edilərək Arif Hacıyev cavabdeh qismində cəlb edilmişdir.

17. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi iddiaçı3 ## ######## 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ## ###### 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 403 (dörd yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112367 (yüz on iki min üç yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Saraxanım Quliyeva və Arif Hacıyevdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehlər Saraxanım Quliyevanın və Arif Hacıyevin nümayəndəsi ## ######## 2025ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əlavə xərclər kimi göstərilmiş 30464 manat məbləğin necə hesablanması məlum deyildir. Iş üzrə iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi ilə yanaşı, iddiaçı qismində çıxış edən iddiaçı3 Arif oğlu tərəfindən verilmiş dəqiqləşmə ərizəsi də tamamilə əsassızdır və irəli sürülmüş halları təsdiq edən hansısa mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçı cavabdeh Saraxanım Quliyevanın 7 ay ərzində ümumilikdə 4200 manat məbləğində pul vəsaitini mənimsədiyini qeyd etsə də, bu halın baş verdiyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Saraxanım Quliyeva və Arif Hacıyevin digər payçılara əmlakdan istifadəni qadağan etməsi və ya əngəl törətməsi ilə bağlı hansısa sənəd əlavə edilməmişdir. Saraxanım Quliyeva hazırda öz payına mülkiyyət hüququnu rəsmiləşdirir və bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, paylı mülkiyyətdə olan əmlaklara ayrıca qaz və işıq sayğaclarının quraşdırılması mümkün deyildir. Belə ki, paylı mülkiyyətdə olan əmlaka yalnız bir ümumi sayğac quraşdırılır. Yalnız paylı mülkiyyətin bölünməsi, yəni mülkiyyət paylarının ayrıca rəsmiləşdirilməsi və çıxarışların əldə edilməsi mümkün olduqdan sonra hər payçı öz adına ayrıca abunə müqaviləsi bağlaya və ayrı-ayrı qaz və işıq xətləri çəkdirə bilər. Bu proses həm maliyyə baxımından xeyli vəsait tələb edir, həm də inzibati icazə və texniki şərtlər əsasında həyata keçirilir. Cavabdeh öz hesabına, öz texniki və maliyyə resursları ilə öz payına qaz xətti çəkdirmiş, ayrıca sayğac quraşdırmış və abunə müqaviləsi bağlamışdır. Bu məsələ ilə bağlı aidiyyəti sənədlər, müqavilələr və aktlar məhkəməyə təqdim edilmişdir. Iddiaçılara məxsus payda qaz xətləri yoxdur və iddiaçılar hazırda qaz balonundan istifadə edir (fotoşəkillər əlavə edilmişdir). Məlumdur ki, iddiaçının qaz və işıqdan istifadə edə bilməməsi, müvafiq xidmətlərin olmaması cavabdehin fəaliyyəti ilə bağlı deyil, əksinə, öz payı üzrə texniki təchizat yaratmaması ilə bağlıdır. Işıq idarəsindən əldə edilən məlumata əsasən iddiaçılar özlərinə məxsus payda ## ###### 2010-cı il tarixində 15 il bundan əvvəl sayğac quraşdırmışdır və bu xərclərin cavabdehə hansısa aidiyyəti yoxdur. Cavabdeh özünəməxsus paya öz maddi sərfiyyatı ilə qaz çəkmişdir. Qanunvericiliyə görə, qeyri-yaşayış obyektlərində qaz balonundan istifadə etmək qadağandır. Qazın olmaması texniki səbəblərlə bağlıdır - paylı mülkiyyətdə olan əmlakda bölünmə aparılmamış və ayrıca xətt çəkilməmişdir. Bu isə cavabdehin deyil, əmlakın bölünməməsinin nəticəsidir. Hər kəs öz qaz xəttini öz vəsaiti ilə çəkməlidir. Saraxanım Quliyeva da məhz bunu etmiş, öz hissəsinə qaz çəkdirmişdir. Belə olduğu təqdirdə paylı mülkiyyətdə olan əmlakın bölünməməsi, texniki sənədlərin alınmaması və şəxsi vəsait ayrılmaması səbəbilə bu xidmətlərin istifadə olunmaması cavabdehin hüquqi məsuliyyəti daxilində deyildir. Sözügedən məlumatlar, texniki normalar və tətbiq qaydaları “Azəriqaz” IB, “xxxx” ASC və “xxxx” ASC kimi aidiyyəti qurumlardan rəsmi qaydada təsdiqlənə bilərdi. Lakin iddiaçılar cavabdeh tərəfindən işıq və qaz xətlərinin qanunsuz kəsilməsi ilə bağlı idarələrə müraciət etməmiş, aidiyyəti idarələr tərəfindən bununla bağlı hər hansısa akt və digər müvafiq tədbirlərə dair hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının irəli sürdüyü 30464 manatlıq "əlavə xərclər", vergi hesabatı ilə bağlı 324 manat, hüquqi yardımla bağlı 1700 manat, mütəxəssis rəyinin əldə edilməsi ilə bağlı 300 manat, işığın bərpası üçün 3240 manat məbləğ heç biri mötəbər sübut və sənədlərlə öz əksini tapmır. Həmçinin iddiaçı aylıq 600 manat icarə gəlirindən məhrum olması ilə bağlı məsələni də təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçıların sonradan Arif Hacıyevi cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı tələbi də əsaslandırılmamışdır. Arif Hacıyev tərəfindən hansı qanunsuz hərəkətlərin edildiyi və həmin ziyanın vurulmasını təsdiq edən hansısa sübut da məhkəməyə təqdim edilməmişdir. Bunlardan əlavə, cavabdehlərin hər hansı qəsd və ya ehtiyatsızlıq formasında davranışı sübuta yetirilməmişdir. Iddiaçıların hansı formada mənəvi sarsıntı keçirdiyi barədə sübut təqdim olunmamışdır. 20000 manat məbləğində tələb olunan kompensasiya həm iqtisadi cəhətdən gerçəkliyə, həm də hüquqi cəhətdən əsaslandınlmış ağlabatan məbləğə uyğun deyildir. Cavabdehlər Saraxanım Quliyevanın və Arif Hacıyevin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlunun, iddiaçı1 nümayəndəsi iddiaçı3 ## ###### 2025-ci il tarixdə məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müraciət edərək məhkəmədən ## ###### 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 403 (dörd yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112367 (yüz on iki min üç yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Saraxanım Quliyeva və Arif Hacıyevdən iddiaçıların xeyrinə tutulması, cavabdeh Saraxanım Quliyeva tərəfindən obyektdə qaz xəttinin kəsdirilməsi səbəbindən yenidən qaz xəttinin bərpası üçün tələb olunacaq bütün xərclərin çəkilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilən iclasında Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən həmin ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir.

20. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 və iddiaçı3 Arif oğlu tərəfindən cavabdehlər X11 və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X5, X6, iddiaçı1 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Fərman Həmidli).

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 ## ###### 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 manat məbləğində olmaqla 61200 manat məbləğində pul vəsaitinin, əlavə çəkilmiş xərclər qismində 30464 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəmə məsrəflərinin (mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş xidmət haqqının və dövlət rüsumunun) əvəzinin cavabdehlər Saraxanım Quliyeva və Arif Hacıyevdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Iddia tələbinin 61200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektinin bir hissəsindən iddiaçıların mərhum ataları Arif Hacıyevin vəfat etdiyi ## ###### 2008-ci il tarixindən başlayaraq hazırkı vaxtadək cavabdehlərin qanunsuz istifadə etmələri ilə əsaslandırılmışdır. Bununla əlaqədar iddiaçılar iddia edilən maddi ziyanı hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200) məbləğində hesablamışlar. Işin mübahisələndirilməyən hallarına əsasən, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi sahəsi 124.1 kv.m. olmaqla, 48 kv.m. və yerdə qalan 75,9 kv.m. hissənin 1/5 hissəsi cavabdeh Saraxanım Quliyevanın, 75,9 kv.m. hissənin 1/5 hissəsi iddiaçıların və digər cavabdeh Arif Hacıyevin, 75,9 kv.m. hissənin 1/20 hissəsi isə müvafiq olaraq üçüncü şəxslərin paylı mülkiyyətindədir. Iddia tələbinin sözügedən hissəsi belə əsaslandırılmışdır ki, cavabdeh Saraxanım Quliyeva iddiaçılara məxsus 21,5 kv.m. sahəni qanunsuz zəbt edərək icarəyə vermiş, bununla da iddiaçıların həmin sahədən istifadə hüququnu məhdudlaşdırmaqla onları qazancdan məhrum etmişdir. Iddiaçı iddiaçı3 məhkəmə iclaslarında verdiyi izahatlarından isə aydın olmuşdur ki, mübahisə edilən sahə cavabdeh Saraxanım Quliyevanın özünə məxsus paydan artıq qalan sahə ilə bağlıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Saraxanım Quliyevaya 124.1 kv.m. hissənin 48 kv.m. hissəsi və yerdə qalan 75,9 kv.m. hissənin 1/5 hissəsi, yəni 15,18 kv.m. düşməli olsa da, o, hazırkı dövrədək mübahisə edilməyən 48 kv.m. hissə ilə yanaşı, 21,5 kv.m. hissəyə, yəni faktiki olaraq 6,32 kv.m. (21,5 kv.m. - 15,18 kv.m. = 6,32 kv.m.) artıq sahəyə qanunsuz sahiblik etmişdir. Məhkəmə cavabdeh Saraxanım Quliyevanın qeyriyaşayış sahəsinin 6,32 kv.m. hissəsinə qanunsuz sahiblik etməsi və bununla da iddiaçılara ziyan vurması barədə tələbi aşağıdakılara əsasən əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, iddiaçı1, iddiaçı3 Arif oğluna, iddiaçı2 Arif oğluna, X5, X6 və iddiaçı1 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən X11 payı texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m məsafədən sonra) * saylı tikilidən 15,18 kv.m hissənin ayrılıb 1 və * saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. Iş materiallarında olan icra vərəqəsi və icraata başlama haqqında qərardan görünür ki, həmin qətnamə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş və ## #### 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi verdiyi izahatda qeyd etmişdir ki, qətnamə cari məhkəmə iclası tarixinədək icra edilməmiş, yəni mübahisələndirilən hissənin (21,5 kv.m. sahənin 6,32 kv.m. hissəsinin) naturada ayrılması reallaşmamışdır. Göründüyü kimi, iddiaçılar cavabdehlər tərəfindən faktiki olaraq 6,32 kv.m. hissənin qanunsuz olaraq istifadə edildiyini qeyd etsə də, ümumi sahəsi 124,1 kv.m. olan qeyri-yaşayış sahəsinin naturada ayrılmalı olan hissəsinin məhz hansı hissə olması iddiaçılara və cavabdehlərə bəlli olmamış, bu hal yalnız cavabdeh Saraxanım Quliyeva bilavasitə özü məhkəməyə müraciət etdikdən, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyi əsas götürülməklə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədə naturada ayrılmalı hissə müəyyən edilsə də, aktın icra mərhələsi hələ də başa çatmamışdır. Bu göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar 124,1 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinin naturada ayrılmalı olan 6,32 kv.m. hissəsinin uzun illər ərzində cavabdehin qanunsuz sahibliyində olması faktını sübuta yetirə bilməmişlər, çünki birincisi cavabdehə öz payından artıq sahəyə sahiblik etməsi bəlli olsa belə, naturada ayrılmalı olan hissə nə ona, nə də iddiaçılara bəlli idi, ikincisi isə məhz cavabdehin özü Mülki Prosessual Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulmuş imkandan istifadə edərək məhkəməyə müraciət edərək payının naturada ayrılmasına nail olmuşdur. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçılar aylıq 300 manat məbləğində icarə haqqının 6,32 kv.m. sahəyə əsasən hesablandığını qeyd edərək bu məbləğin əsası kimi “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli *** nömrəli mütəxəssis rəyə istinad etsələr də, həmin rəyə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6,72 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 180 manat məbləğində müəyyən edilmişdir. Iş materiallarında olan icarəyə verən Saraxanım Quliyeva ilə icarəçi Isbəndiyar Cəfərov arasında bağlanmış icarə müqaviləsindən isə görünür ki, ünvan 4 ünvanında yerləşən obyektin 40 kv.m. sahəsi 400 manat məbləğində icarəyə verilmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmir. Birincisi, rəydə hesablanma 6,72 kv.m. hissəyə görə hesablanmış, lakin naturada ayrılmalı sahə 6,32 kv.m. təşkil edir. Ikincisi, rəyin məzmunundan 124,1 kv.m. sahəyə malik qeyri-yaşayış obyektinin, məhz məhkəmə qətnaməsi ilə naturada ayrılmalı olan 6.32 kv.m. hissəsinə münasibətdə tədqiqat aparıldığı görünmür. Eyni zamanda, naturada ayrılmalı olan 6,32 kv.m. sahənin ayrılıqda icarəyə verilməsi üçün yararlı olub-olmayacağı, yəni həmin sahədən icarə məqsədləri üçün istifadə imkanlarının hansı dərəcədə mümkünlüyü qeyri-müəyyəndir və məhkəməyə bu barədə hər hansı müvafiq sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, ## ###### 2008-ci il tarixindən başlayaraq 6,32 kv.m. sahəyə görə hər ay 300 manat məbləğində olmaqla 61200 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Əlavə çəkilmiş xərclər qismində 30464 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması ilə bağlı: Iddiaçı iddiaçı3 əlavə çəkilmiş xərclərin cavabdeh tərəfindən kommunal xətlərin dağıdılması, elektrik enerjisinin və qaz xəttinin bərpası barədə müraciətləri ilə bağlı olduğunu qeyd etsə də, bununla əlaqədar hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir, mövcud təqdim edilənlər isə bu hissədə iddianı təsdiq etməmişdir. Buna görə də məhkəmə iddia tələbinin bu hissədə də sübuta yetirilmədiyi qənaətinə gəlir. Eyni zamanda, iddiaçıların mənəvi zərərə məruz qalması da iş materialları ilə təsdiq edilmir. Məhkəmə qətnamənin “Tətbiq edilən hüquq:” bölməsində istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli və ## ##### 2020-ci il tarixli Qərarlarında təsbit edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab etmişdir ki, toplanmış iş materialları ilə iddia tələbinin bu hissədə əsaslılığı təsdiq edilmir.

22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 14.1, 21.1, 21.2, 152.1, 152.2, 157.5, 213.1, 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən narazı qalan iddiaçı iddiaçı3 Arif oğlu apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin nümayəndəsi və vəkili hələ ilk iclaslarda açıq-aydın sözügedən sahədən uzun illərdi istifadə (yəni, 21.5 kv.m. olan sahədən bötüvlüklə) edərək, oradan qazanc götürdüklərini etiraf etmişdir.Lakin əmlak naturada bölünmədiyinə görə, müəyyən edə bilməmişdir ki, tərəflərə düşəcək hissə haradadı. Ancaq sözügedən 21.5 kv.m. olan hissə 2008-ci ildən onlar tərəfindən zəbt olunmuş, oradan kifayət qədər qazanc əldə edilmiş və açıq-aşkar məlumdur ki, atalarından qalmış miras pay hüququ yalnız 15.18 kv.m. ibarət olan hissədən ibarət olduğunu bilirdilər. Faktiki sahiblik etdikləri hissə isə tam olaraq 21.5 kv.m. ibarət olması hamıya bəllidir. Lakin buna baxmayaraq, əmlakın naturada bölünməməsindən sui-istifadə edərək hüquqazidd olaraq həmin əmlakdan tam qanunsuz olaraq istifadə etmiş və ondan bəhər (qazanc) götürmüşdürlər. Həmçinin qazanc əldə edərək, digər payçının açıq-aşkar mülkiyyət hüququnu kobud surətdə pozaraq, əmlakın qanuni istifadəsinə maneə törətmişdirlər. Nəzərə almaq lazımdı ki, bu durum illərlə davam edir. Məhkəmə qeyd edir ki, cavabdeh özü payın naturada bölgüsünün aparılması haqqında iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin qətnamə əsasında aparılmış bölgü faktiki olaraq aparılmışdır. Yəni həmin 21.5 kv.m. ölçüsündə olan sahə üzrə paylar naturada ayrılmış və qanunla ona çatası olan yalnız 15.18 kv.m. olan hissəsinin ona verilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyində də ekspert göstərir ki, tərəflərin faktiki istifadə etdiyi sahələr üzrə bölgünün aparılması məqsədəmüvafiqdir. Bu bir daha sübut edir ki, cavabdeh hələ məhkəməyə müraciət etməmişdən öncə sözügedən sahə bötüvlüklə, yəni 21.5 kv.m. daimi olaraq cavabdehin istifadəsindədir. Halbuki,cavabdeh S.Quliyevanın pay hissəsi yalnız 15.8 kv.m. ibarətdir. Burada açıq-aşkar görünür ki, cavabdeh bildiyi halda, açıq-aşkar artıq hissədə əmlakın istifadəsinə qanunsuz olaraq yiyənlənmişdir (sahiblənmişdir). Hesab edir ki, payların naturada ayrılmaması,cavabdehlərə əsas vermir ki, onlara qanunla çatası paydan artıq hissədə əmlaka sahiblik edərək, onu zəbt etmək və ondan bəhər götürsünlər. Çünki, bu əməllə onlar digər mülkiyyətçilərin (payçıların) qanuni hüquqlarını kobud surətdə pozumuşdurlar. Hamıya bəllidir ki, mülkiyyət hüquqları qanunla qorunur. Bundan başqa iddiaya əsasən,cavabdehlərin qanunsuzluqları bununla qurtarmamışdır. Bəllidir ki, iddiaçılara aid olan hissə kafe kimi fəaliyyət göstərir. Bunu cavabdehlər özləri də etiraf etmişdirlər. Belə olduğu halda, uzun illərdir ki, kafe hissəsində olan qaz təchizatı cavabdeh S.Quliyeva tərəfindən tam qanunsuz olaraq pozularaq və öz hissəsinə çəkdirilmişdir. Təbii bu işlər 3-cü şəxsin köməyi ilə baş vermişdir (qaz təchizatı üzrə fəaliyyət göstərən ustaların köməyi ilə). Məsələ ilə bağlı iddiaçılardan biri (iddiaçı3) şikayət ərizəsi ilə SOCAR-a müraciət etmişdir(bununla bağlı arxiv sənədlər məhkəməyə təqdim edilmişdir). Burada açıq-aşkar görünür ki, qaz və elektrik təchizatında cavabdehin etdiyi qərəzli hərəkətlərə görə iddiaçıların əmlak istifadəsində ciddi problemlər yaratmışdır. Lakin məhkəmə qətnaməsində qeyd olunur ki, “Cavabdeh öz hesabına, öz texniki və maliyyə resursları ilə öz payına qaz xətti çəkdirmiş, ayrıca sayğac quraşdırmış və abunə müqaviləsi bağlamışdır. Bu məsələ ilə bağlı aidiyyəti sənədlər, müqavilələr və aktlar məhkəməyə təqdim edilmişdir. Iddiaçılara məxsus payda qaz xətləri yoxdur və iddiaçılar hazırda qaz balonundan istifadə edir (fotoşəkillər əlavə edilmişdir). Məlumdur ki, iddiaçının qaz və işıqdan istifadə edə bilməməsi, müvafiq xidmətlərin olmaması cavabdehin fəaliyyəti ilə bağlı deyil, əksinə, öz payı üzrə texniki təchizat yaratmaması ilə bağlıdır.” Burada qeyd edir ki, bunlar hamısı cəfəngiyat və uydurmadı. Belə ki, təqdim etdikləri arxiv qazlaşdırma sənədlərə əsasən mərhum atası Arif Hacıyevin adına qaz təchizatı ilə bağlı bütün sənədlər vardı. Texniki şərti sənədi də onun adına idi. Onlara aid olan hissədə isə qaz balonlarından istifadə etməsi faktı isə ümumiyyətlə tədqiq və ya sübut olunmayıb. Buna dair da hər hansı bir fotoşəkil cavabdehlər tərəfindən təqdim olunmayıb. Amma nədənsə, məhkəmə bu araşdırılmamış hallara istinad edir. Həmçinin qeyd etmək lazımdır ki, işə obyektiv baxılması məqsədilə həm məhkəmə ekspertizasının keçirilməsi, eləcə də qeyriyaşayış sahəsinə baxış keçirilməsi məqsədilə yerli məhkəmə baxışının keçirilməsi xahiş olunmuşdur. Lakin məhkəmə bunun heç birini etməmişdir. Belə olduğu halda, işə baxan məhkəmə işə birtərəfli yanaşaraq, yalnız cavabdehin uydurma izahatlarını araşdırmış və yalnız iddianın təmin olunmaması üçün yönəldilmiş istiqamət üzrə bu məhkəmə işini aparmışdır. Hesab edir ki, bu qətnamə tamamilə qanunsuzdur və o ləğv edilərək, iddianın tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə etiraz

25. Cavabdehlərin nümayəndəsi vəkil X7 apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq qeyd etmişdir ki, dəqiqləşmə ərizəsi ##.##.2025-ci il tarixində, məhkəmə baxışı mərhələsində təqdim edilmişdir. Digər tərəfdən iddiaçı hazırlıq mərhələsində dəfələrlə iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edilmişdir. Artıq məhkəmə baxışı mərhələsində yenidən əsassız yerə iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edilməsi prosessual normaların pozulması və hüquqlardan sui-istifadədir. Bundan əlavə 2025-ci ilin yanvar ayına qədər əmlak naturada bölünməmişdir. Paylı mülkiyyətdə hər bir payçı əşyanın hər bir nöqtəsində paya malikdir. Konkret "6.32 kv.m-in kimə aid olması" yalnız ekspert rəyi və məhkəmə qətnaməsi ilə (2025-ci ildə) müəyyən edilmişdir. Qətnamə icra olunana qədər həmin hissənin hüquqi taleyi "mübahisəli" statusda olub, bu isə cavabdehin hərəkətlərini qanunsuz yox, vicdanlı sahiblik çərçivəsinə salır. Digər tərəfdən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi sahəsi 124.1 kv.m. olmaqla, 48 kv.m. və yerdə qalan 75,9 kv.m. hissənin 1/5 hissəsi cavabdeh Saraxanım Quliyevanın, 75,9 kv.m. hissənin 1/5 hissəsi iddiaçıların və digər cavabdeh Arif Hacıyevin, 75,9 kv.m. hissənin 1/20 hissəsi isə müvafiq olaraq üçüncü şəxslərin paylı mülkiyyətindədir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e2-2(113)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, iddiaçı1, iddiaçı3 Arif oğluna, iddiaçı2 Arif oğluna, X5, X6 və iddiaçı1 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən X11 payı texniki pasportda qeyd olunmuş 1 və * saylı tikililərə bitişik yerləşən * saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və * saylı tikilinin divarından 1,97 m məsafədən sonra) * saylı tikilidən 15,18 kv.m. hissənin ayrılıb 1 və * saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. Iş materiallarında olan icra vərəqəsi və icraata başlama haqqında qərardan görünür ki, həmin qətnamə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş və ## #### 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Iddiaçılar cavabdehlər tərəfindən faktiki olaraq 6,32 kv.m. hissənin qanunsuz olaraq istifadə edildiyini qeyd etsə də, ümumi sahəsi 124,1 kv.m. olan qeyri-yaşayış sahəsinin naturada ayrılmalı olan hissəsinin məhz hansı hissə olması iddiaçılara və cavabdehlərə bəlli olmamış, bu hal yalnız cavabdeh Saraxanım Quliyeva bilavasitə özü məhkəməyə müraciət etdikdən, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyi əsas götürülməklə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədə naturada ayrılmalı hissə müəyyən edilsə də, aktın icra mərhələsi hələ də başa çatmamışdır. Iddiaçı 124,1 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinin naturada ayrılmalı olan 6,32 kv.m. hissəsinin uzun illər ərzində cavabdehin qanunsuz sahibliyində olması faktını sübuta yetirməmişdir, çünki birincisi cavabdehə öz payından artıq sahəyə sahiblik etməsi bəlli olsa belə, naturada ayrılmalı olan hissə nə ona, nə də iddiaçılara bəlli idi, ikincisi isə məhz cavabdehin özü Mülki Prosessual Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulmuş imkandan istifadə edərək məhkəməyə müraciət edərək payının naturada ayrılmasına nail olmuşdur. Digər tərəfdən iddiaçılar aylıq 300 manat məbləğində icarə haqqının 6,32 kv.m. sahəyə əsasən hesablandığını qeyd edərək bu məbləğin əsası kimi “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli *** nömrəli mütəxəssis rəyə istinad etsələr də, həmin rəyə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6,72 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 180 manat məbləğində müəyyən edilmişdir. Iş materiallarında olan icarəyə verən Saraxanım Quliyeva ilə icarəçi Isbəndiyar Cəfərov arasında bağlanmış icarə müqaviləsindən isə görünür ki, ünvan 4 ünvanında yerləşən obyektin 40 kv.m. sahəsi 400 manat məbləğində icarəyə verilmişdir. Paylı mülkiyyətdə olan əmlaklara ayrıca qaz və işıq sayğaclarının quraşdırılması mümkün deyildir. Belə ki, paylı mülkiyyətdə olan əmlaka yalnız bir ümumi sayğac quraşdırılır. Yalnız paylı mülkiyyətin bölünməsi, yəni mülkiyyət paylarının ayrıca rəsmiləşdirilməsi və çıxarışların əldə edilməsi mümkün olduqdan sonra hər payçı öz adına ayrıca abunə müqaviləsi bağlaya və ayrı-ayrı qaz və işıq xətləri çəkdirə bilər. Bu proses həm maliyyə baxımından xeyli vəsait tələb edir, həm də inzibati icazə və texniki şərtlər əsasında həyata keçirilir. Cavabdeh öz hesabına, öz texniki və maliyyə resursları ilə öz payına qaz xətti çəkdirmiş, ayrıca sayğac quraşdırmış və abunə müqaviləsi bağlamışdır. Bu məsələ ilə bağlı aidiyyəti sənədlər, müqavilələr və aktlar məhkəməyə tərəflərindən təqdim edilmişdir. Bildirilir ki, iddiaçılara məxsus payda qaz xətləri yoxdur və iddiaçılar hazırda qaz balonundan istifadə edir (fotoşəkillər məhkəmə təqdim edilmişdir). Iddiaçı bununla bağlı fotoşəkillərin olmadığına istinad etsə də, iş materiallarında həmin fotoşəkillər mövcuddur və tərəflərindən e-məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Məlumdur ki, iddiaçının qaz və işıqdan istifadə edə bilməməsi, müvafiq xidmətlərin olmaması cavabdehin fəaliyyəti ilə bağlı deyil, əksinə, öz payı üzrə texniki təchizat yaratmaması ilə bağlıdır. Işıq idarəsindən əldə edilən məlumata əsasən iddiaçılar özlərinə məxsus payda ##.##.2010-cı il tarixində 15 il bundan əvvəl sayğac quraşdırılmışdır və bu xərclərin cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdeh özünəməxsus paya öz maddi sərfiyyatı ilə qaz çəkmişdir. Qanunvericiliyə görə, qeyri-yaşayış obyektlərində qaz balonundan istifadə qadağandır. Qazın olmaması texniki səbəblərlə bağlıdır paylı mülkiyyətdə olan əmlakda bölünmə aparılmayıb və ayrıca xətt çəkilməyib. Bu isə cavabdehin deyil, əmlakın bölünməməsinin nəticəsidir. Hər kəs öz qaz xəttini öz vəsaiti ilə çəkməlidir. Saraxanım Quliyeva da məhz bunu etmiş, öz hissəsinə qaz çəkdirmişdir. Belə olduğu təqdirdə paylı mülkiyyətdə olan əmlakın bölünməməsi, texniki sənədlərin alınmaması və şəxsi vəsait ayrılmaması səbəbilə bu xidmətlərin istifadə olunmaması cavabdehlərin öhdəliyi daxilində deyildir. Sözügedən məlumatlar, texniki normalar və tətbiq qaydaları Azəriqaz IB, xxxx ASC və xxxx ASC kimi aidiyyəti qurumlardan rəsmi qaydada təsdiqlənməsi mümkündür. Habelə cavabdeh tərəfindən işıq və qaz xətlərinin qanunsuz kəsilməsi ilə bağlı iddiaçılar idarələrə müraciət etməmiş, aidiyyəti idarələr tərəfindən bununla bağlı hər hansısa akt və digər müvafiq tədbirlərə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də cavabdehin qaz sayğacının quraşdırılması ilə bağlı akt və müqavilələri iş materiallarına əlavə edilmişdir. Həmçinin iddiaçı əlavə çəkilmiş xərclər qismində 30464 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması ilə bağlı əlavə çəkilmiş xərclərin cavabdeh tərəfindən kommunal xətlərin dağıdılması, elektrik enerjisinin və qaz xəttinin bərpası barədə müraciətləri ilə bağlı olduğunu qeyd etsə də, bununla əlaqədar hər hansı təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir, mövcud təqdim edilənlər isə bu hissədə iddianı təsdiq etməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş hazırki apellyasiya şikayəti də tamamilə formal xarakter daşıyır sadəcə olaraq mülahizələrdən ibarətdir.

Işdə iştirak edən şəxslərin izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı3 Arif oğlunun (eyni zamanda digər iddiaçılar iddiaçı2 Arif oğlu, iddiaçı1 nümayəndəsi) apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi vəkil X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 nümayəndəsi vəkil X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 007011002535-***** reyestr nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 124.1 kv.m. sahənin 75,9 kv.metrinin 1/5 hissəsi və 48,2 kv.m. hissəsi X11 mülkiyyətindədir. Bununla da cavabdeh Saraxanım Quliyevaya məxsus payın ümumi həcmi 63,38 kv.metr təşkil edir. Lakin iddiaçı iddia ərizəsində onların faktiki olaraq 54 kv.m istifadə etdiklərini qeyd etdiklərindən müəyyən edilir ki, cavabdeh tərəfindən faktiki istifadə olunan sahə onun payına düşən hissədən təxminən 6,72 kv.metr artıq olmuşdur.

34. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, həmin 6.72 kv.metr sahə iddiaçılara məxsus olsa da, yalnız iddiaçı3 apellyasiya şikayəti verdiyindən onun payına payına uyğun olaraq bu artıq istifadədən düşə biləcək hissə cəmi təxminən 1,68 kv.metr təşkil edir ki, həmin sahə də öz həcminə görə cüzi hesab olunur.

35. Eyni zamanda nəzərə alınmalıdır ki, mübahisəli əmlak üzrə hazırki məhkəmə mübahisəsi üzrə əvvəllər payların naturada real bölgüsü aparılmamışdır və tərəflər qarşılıqlı razılıq əsasında faktiki bölgü üzrə qeyri-yaşayış sahəsindən uzun müddət istifadə edərək gəlir götürmüşlər.Iddiaçılar tərəflər arasında qeyri-yaşayış sahəsindən faktiki istifadə olunmasında qarşılqılı razılığın olmamasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər .

36. Bundan əlavə, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Saraxanım Quliyeva özü payın naturada ayrılması məqsədilə məhkəməyə müraciət etmiş və nəticədə müvafiq bölgü barədə məhkəmə aktı qəbul edilmişdir. Iş materialları ilə cavabdehin özünə aid qeyri-yaşayış sahəsindən iddiaçıların iradəsinə zidd istifadə etməsi təsdiq olunmur.

37. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçıların hüquqlarının pozulması və bunun nəticəsində onlara maddi və ya mənəvi zərərin vurulması sübuta yetirilməmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı iddiaçı3 Arif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar