Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-40/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” nə dair Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilənin ləğv edilməsi, icarə obyektinin boşaldılması və pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ## ###### 2026-cı il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumunun (ödənişin tarixi və saatı: ## ###### 2026-cı il, saat 23:43:44; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). Iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti ## #### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 2idiyyət qaydasına istinad etməklə, iddianı Bakı Kommersiya Məhkəməsinə deyil, məhz Sumqayıt Kommersiya Məhkəməsinə vermək hüququ var idi. Belə ki, iddia tələblərindən biri cavabdehin mübahisəli sahədən çıxarılması ilə bağlıdır. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardaın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Icarəyəverən “X1" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## ####### 2021-ci il tarixli */Azb nömrəli icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 540 kvadrat metr anbar səhəsini icarəyə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə 3 (üç) il ərzində qüvvədə olacaq. Bu müqaviləyə onun müddəalarına əsasən xitam verilmədikdə və ya müddəti uzadılmadıqda, müqavilə qüvvəyə minmə tarixinin 3-cü (üçüncü) ildönümündə qüvvədən düşəcək. Həmin müqaviləyə ## ###### 2022-ci il tarixli * saylı əlavəyə əsasən icarəyə verilən əmlak kimi ünvan 1 ünvanında yerləşən, 2,63362 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 11820,1 kvadrat metr olan sahənin 195 kvadrat metr anbar səhəsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki tələb tərəflər arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyindən ümumi qaydadan fərqli ərazi aidiyyətini müəyyən edən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində müəyyənləşdirilmiş mübahisələrə aid edilmədiyi üçün iddia ərizəsi Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanının olduğu yerə görə verilməlidir. "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 3 Həmin ərazi vahidi isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə hazırkı ərizə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Qeyd olunur ki, Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə ## ###### 2019-cu il tarixli, * saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında yaranmış mübahisə daşınmaz əmlak üzərində əşya hüquqları ilə bağlı deyil, icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətidir və bu səbəbdən MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna ərazi aidiyyəti qaydaları tətbiq oluna bilməz. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarması qanuni və əsaslı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06 mart 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(3-8)-40/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-40/2026
01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver