Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-111/2026 08.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbi (Açar sözlər: birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması, şikayət qanunvericiliklə müəyyən edilmiş struktura uyğun olmadığından onun qeyri-mümkün sayılması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: I. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı.
1. Iddiaçı İddiaçı “24” dekabr 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək bayram pulu, gecə pulu, məzuniyyət pulu, artıq iş saatlarına görə əmək haqqına əlavələrin verilməsi və işə geri qaytarılma öhdəliyinin cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01- 02).
2. Daha sonra Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Babək rayonu, Qahab kənd orta məktəbi iddiaçının yazılı razılığı əsasında mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdu (mülki iş İ cild, iş vərəqə 93- 96).
3. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Babək rayonu Qahab kənd orta məktəbində mövsümi ocaqçı vəzifəsində işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günlərinin əvəzi olan 897,42 (səkkiz yüz doxsan yeddi manat, qırx iki qəpik) manat, iş vaxtından artıq vaxt ərzində görülən işə görə ödənilməli olan 735,38 (yeddi yüz otuz beş manat, otuz səkkiz qəpik) manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 628,02 (altı yüz iyirmi səkkiz manat, iki qəpik) manat pulun Babək rayonu, Qahab kənd orta məktəbi tərəfindən İddiaçı ödənilməsi, iddianın isə qalan hissədə rədd edilməsi qət edilmişdi (mülki iş III cild, iş vərəqə 50-66).
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayətləri.
4. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin qismən ləğv edilməsini, işə bərpa tələbinin təmin olunmasını, bayram günlərinə görə əmək haqqının 2020-2024-cü illər üzrə hesablanmasını, artıq iş saatlarına görə əmək haqqının 2016-2024-cü illər üzrə hesablanmasını, gecə vaxtı yerinə yetirilən işlərə görə əmək haqqının tam hesablanaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 145-148).
5. Həmçinin sözügedən qətnamədən cavabdeh cavabdeh2 ## ### 2026-cı ildə apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddiaçı İddiaçı Babək rayonu, Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günlərinə görə 897,42 manat, iş vaxtından artıq görülmüş işlərə görə 735,38 manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə 628,02 manat kompensasiyanın ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 155- 162).
6. Apellyasiya şikayətləri mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “04” iyun 2026-cı ildə daxil olmuşdu.
III. Apellyasiya instansiyası məhkəməsində apellyasiyanın mümkünlüyünün yoxlanılması.
7. Apellyasiya şikayətlərini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
8. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
9. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona əlavə edilməli sənədlər) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
11. Kollegiya müəyyən edir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf (həm iddiaçı, həm də cavabdeh) apellyasiya şikayəti vermişdir. Belə olan halda kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılmasının prosessual hədlərinin dürüst müəyyən edilməsi üçün ilkin olaraq məhz qeyri-mümkünlük əlamətləri daşıyan iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verilməlidir. Bu nəticəyə gələrkən kollegiya aşağıdakı mühüm prosessual və texniki əsasları rəhbər tutur:
12. Birincisi, qanunvericiliyin tələbinə görə, formal nöqsanları olan və apellyasiya mümkünlüyü üçün əsasları olmayan şikayət mütləq prosessual qaydada geri qaytarılmalıdır.
13. Ikincisi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin imperativ mətni apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad çıxarmaq səlahiyyətini və vəzifəsini müstəsna olaraq birinci instansiya məhkəməsinin üzərinə qoyur. Apellyasiya instansiyası məhkəməsinin birbaşa şikayəti geri qaytarmaq səlahiyyəti nəzərdə tutulmamışdır.
14. Üçüncüsü, hazırda mülki iş həm fiziki materialları ilə, həm də "Elektron məhkəmə" informasiya sistemində elektron formada apellyasiya instansiyası məhkəməsinin icraatında aktiv statusdadır. Iş yuxarı instansiyada aktiv olduğu müddətdə, birinci instansiya məhkəməsinin sistem üzərindən şikayətin geri qaytarılması ilə bağlı hər hansı prosessual sənədi (qərardadı, protokolu, bildirişi, müşayiət məktubunu) daxil etməsi və rəsmiləşdirməsi texniki və prosessual baxımdan qeyri-mümkündür.
15. Dördüncüsü, Mülki-Prosessual Məcəllənin 363.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin şikayətin qaytarılması haqqında çıxaracağı qərardaddan tərəfin müstəqil şikayət vermək hüququ qanunla təmin olunur və bu hüququn reallaşması üçün iş mütləq birinci instansiya məhkəməsində qeydiyyata alınmalıdır.
16. Beşincisi, Mülki-Prosessual Məcəllənin 363.4-cü maddəsinin tələbinə görə, apellyasiya şikayətində olan formal nöqsanlar aradan qaldırıldıqdan (düzəldildikdən) sonra həmin şikayət birbaşa apellyasiya məhkəməsinə təqdim edilə bilməz, o, yenidən ümumi qaydada mütləq birinci instansiya məhkəməsinə verilməlidir.
17. Altıncısı, şikayətdəki nöqsanların aradan qaldırılması prosesində qanunla müəyyən edilmiş apellyasiya şikayəti vermə müddəti keçmiş olarsa, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə müraciət (vəsatət) də qanunvericiliyin tələbinə görə birbaşa yuxarı məhkəməyə deyil, məhz həmin birinci instansiya məhkəməsinə edilməlidir.
18. Qeyd olunan maddi-prosessual normaları və elektron kargüzarlıq sisteminin iş prinsipini qarşılıqlı əlaqədə təhlil edən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayəti mümkün görünsə də, vahid mülki iş üzrə iddiaçının şikayəti qanuni prosessual hərəkətlər edilmədən ayrıca apellyasiya baxışı keçirilə bilməz.
19. Tərəflərin bərabərliyi, şikayətlərə müştərək (birgə) baxılması, həmçinin prosessual qənaət prinsiplərinin təmin edilməsi məqsədi ilə iddiaçının apellyasiya şikayətinin mümkünlüyü üçün prosessual əsasların olmadığı təsbit edilməli və şikayətin rəsmən geri qaytarılması prosedurlarının həyata keçirilməsi məqsədilə mülki iş bütövlükdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
21. -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir;
22. -10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir;
23. -10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
24. Mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, apellyasiya şikayəti yazılı formada, "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə gücləndirilmiş elektron imzadan istifadə edilməklə verilməlidir.
25. Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin məzmunundan isə apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti ;barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməli olması aydın olur.
26. Bundan başqa Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
27. Iddiaçı İddiaçı elektron qaydada tərtib etdiyi apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normalarla əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, sözügedən prosessual müraciət Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsinə uyğun hazırlanmayıb.
28. Belə ki, iddiaçı İddiaçı elektron qaydada tərtib edərək təqdim etdiyi apellyasiya şikayətinin məzmunu tədqiq edilərkən müəyyən olunur ki, sözügedən prosessual müraciət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin və "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavəsinin imperativ struktur və forma tələblərinə tamamilə zidd olaraq hazırlanmışdır. Şikayətin ən başında müraciət edilən məhkəmə kollegiyasının adı göstərilməmiş, şikayət verən şəxsin ünvan hissəsi boş saxlanılmış və barəsində şikayət olunan qətnamənin nömrəsi yazılsa da, qəbul edildiyi tarix qeyd edilməmişdir. Bununla yanaşı, apellyasiya şikayəti formanın tələb etdiyi hüquqi strukturdan tamamilə kənara çıxaraq, bütün faktiki, maddi və prosessual dəlillər, habelə yekun tələb heç bir struktur bölgüsü aparılmadan yalnız "5. Işin halları" bölməsinə yığılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 47, 68, 164, 165 və 166-cı maddələrinə edilən maddi hüquqi iradlar formanın tələb etdiyi "6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər" bölməsində cədvəl formatında sıralanmamışdır. Eyni qaydada, məhkəmənin sübutları birtərəfli qiymətləndirməsi ilə bağlı Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə edilən prosessual istinad "7. Prosessual hüquq normalarının pozulması...", birinci instansiya məhkəməsinin ocaqçıların təhvil-təslim kitabındakı gecə növbəsi saatlarını nəzərə almaması və faktları düzgün araşdırmaması ilə bağlı mühüm dəlillər isə * saylı Əlavənin mütləq doldurulmalı olan 8, 9 və 10-cu bölmələri (faktiki halların aydınlaşdırılmaması, əhəmiyyətli halların sübut edilməməsi və nəticələrin işin hallarına uyğun gəlməməsi) altında strukturlaşdırılmaq əvəzinə tamamilə buraxılmışdır.
29. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var. Bu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayətidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq baxılmamış saxlanılması ilə nəticələnir.
30. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
32. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsi ilə hakimlərin vəzifəsi kimi, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq müəyyən edilmişdi.
33. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
34. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
35. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
36. Yuxarıda göstərilən hüquq normalarının tələbindən çıxış edərək kollegiya bildirir ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-1-ci maddələrində apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapmışdı. Qeyd edilən normalara görə İddiaçı, apellyasiya şikayətinin həmin Məcəllənin tələblərinə riayət edilmədən verilməsi onun birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmasına əsas olsa da, Babək Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayətini Mülki- Prosessual Məcəllənin tələblərinə riayət etmədən verdiyindən, Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
39. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
40. Kollegiya onu da bildirir ki, hazırkı mülki iş üzrə cavabdeh cavabdeh2 tərəfindən ## ### 2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti kollegiya tərəfindən formal cəhətdən mümkün hesab edilsə də, vahid mülki iş materiallarının bölünməzliyi, "Elektron məhkəmə" informasiya sistemində işin eyni vaxtda yalnız bir instansiyada aktiv statusda ola bilməsinin texniki reallığı və tərəflərin şikayətlərinə müştərək (birgə) baxılması prinsipi baxımından, hazırkı mərhələdə həmin şikayət üzrə ayrıca apellyasiya icraatının açılması prosessual olaraq qeyri-mümkündür.
41. Belə olan halda, cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə hüquqi icraat hərəkətləri birinci instansiya məhkəməsində iddiaçının şikayəti ilə bağlı Mülki-Prosessual Məcəllənin 363-cü maddəsi qaydasında keçiriləcək prosessual sənədləşmə dövründə həyata keçirilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad çıxarıldıqdan sonra, iddiaçı tərəfindən formal nöqsanlar aradan qaldırılmaqla şikayətin yenidən təqdim edilməsi, yaxud iddiaçının yenidən müraciət etməyəcəyi təqdirdə həmin geri qaytarılma qərardadından şikayət etmə müddətinin keçməsi və ya qeyd edilən Məcəllənin 363.1.4-cü maddəsinin tələbinə uyğun olaraq şikayəti verən şəxsin onun geri qaytarılması (geri götürülməsi) haqqında ərizəsinin daxil olması ilə bağlı prosessual nəticələrin tam qətiləşməsi gözlənilməli və yalnız bundan sonra mülki iş cavabdehin şikayəti ilə birlikdə baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilməlidir.
42. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
43. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
IV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkünlüyünün yoxlanılması üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı verdiyi ## ### 2026-cı il tarixli apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iddiaçı İddiaçı apellyasiya şikayətindəki formal və struktur nöqsanların birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi, şikayətin rəsmi qaydada geri qaytarılması prosedurlarının yerinə yetirilməsi və tərəflərin apellyasiya şikayətlərinə müştərək baxılmasının təmin edilməsi məqsədilə İddiaçı cavabdeh2 və Babək rayonu, Qahab kənd orta məktəbinə qarşı işə bərpa olunma, istifadə edilməmiş əmək məzuniyyətinə, iş günü hesab edilməyən bayram günlərinə, artıq iş saatlarına və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair mülki iş Babək Rayon Məhkəməsinə geri qaytarılsın. Birinci instansiya məhkəməsinə izah edilsin ki, iddiaçının apellyasiya şikayəti qanunvericiliyə uyğun olaraq geri qaytarıldıqdan və iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.4-cü maddəsinin qaydalarına əsasən nöqsanlar aradan qaldırılmaqla (düzəldilməklə) yenidən təqdim edildikdən, yaxud şikayət etmə müddəti keçdikdən və ya həmin Məcəllənin 363.1.4-cü maddəsinin qaydasında şikayətin geri qaytarılması (geri götürülməsi) barədə ərizə daxil olmaqla müvafiq prosessual nəticələr qətiləşdikdən sonra, iş cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə birlikdə baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.