Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-119/2026 03.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı aliment tələbi (Açar sözlər: aliment tələbi, prosessual müddətin bərpası, formal nöqsanlar, imperativ tələblər, apellyasiya şikayətinin forması, cədvəl forması, subyektiv səbəblər, hüquqi müəyyənlik) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı "24" dekabr 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, övladı ## ##### 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Cavabdeh 246 (iki yüz qırx altı) manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-02). b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.
2. Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı ## ##### 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh 246 (iki yüz qırx altı) manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir ( iş vərəqə 49-53). II. Buraxılmış prosessual müddətin bərpasına dair müraciət və ona baxılması ilə bağlı qəbul edilmiş məhkəmə aktı.
3. Iddiaçı İddiaçı ## ### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Daşqın Səfərov) ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin “18” fevral 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (iş vərəqə 107-109). a) Müraciətin təmin edilməməsinə dair məhkəmənin hüquqi mövqeyi.
4. Şahbuz Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli qərardadında müraciətin təmin edilməməsinə dair hüquqi mövqeyini onunla əsaslandırmışdı ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ## ###### 2026-cı il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmiş, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 aylıq müddət ərzində ilk dəfə ## ###### 2026-cı il tarixdə şikayət verilsə də, həmin sənəd Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin və "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavənin imperativ tələblərinə riayət edilmədiyi üçün formal nöqsanlar əsası ilə geri qaytarılmışdır. Ilkin şikayətin qaytarılması barədə qərardadda mövcud çatışmazlıqlar dəqiq göstərilsə də, iddiaçının sonradan göndərdiyi ## #### 2026-cı il, ## ##### 2026-cı il və ## ### 2026-cı il tarixli təkrar apellyasiya şikayətlərində də həmin nöqsanlar aradan qaldırılmamış, nəticədə ## ### 2026-cı il tarixli şikayət artıq prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Iddiaçının forma və məzmun tələblərinə riayət edə bilməməsini özünün hüquqi biliklərinin azlığı, peşəkar hüquqi yardım almaq imkanının məhdudluğu və mürəkkəb prosessual qaydaları bilməməsi ilə əsaslandırmasına münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu kimi hallar qanunvericilikdə nəzərdə tutulmuş üzrlü səbəblər sırasına aid edilə bilməz.
b) Məhkəmə aktından verilmiş şikayət.
5. Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə razılaşmayan iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə məhkəməyə şikayət ünvanlamış, sözügedən qərardadın ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir (iş vərəqə 112-114). c) Şikayətin əsaslandırılması.
6. Şikayəti verən şəxs İddiaçı qərardadı qanunsuz və əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə, yəni ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti vermiş və beləliklə, apellyasiya hüququndan vaxtında istifadə etmişdir. Ilkin apellyasiya şikayəti mahiyyəti üzrə əsassız olduğuna görə deyil, yalnız prosessual sənədin forma və məzmun tələblərinə tam uyğun olmaması (formal çatışmazlıqlar) səbəbindən geri qaytarılmışdır. Sonradan həmin nöqsanlar onun tərəfindən aradan qaldırılmış və şikayət qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və Mülki-Prosessual Məcəlləsinin 4-cü maddələrinə əsasən şikayətin vaxtında verildiyi hallarda formal nöqsanlara görə apellyasiya instansiyasında işə baxılması imkanının tamamilə aradan qaldırılması məhkəmə müdafiəsi hüququnun həddindən artıq məhdudlaşdırılması xarakteri daşıyır. Bundan başqa, mübahisə azyaşlı uşağın saxlanılması və aliment tələbi ilə bağlı olduğundan, işə baxılarkən uşağın mənafeyinin üstünlüyü prinsipi də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə mühüm əhəmiyyət kəsb edən halları (şikayətin vaxtında təqdim olunmasını və nöqsanların sonradan aradan qaldırılmasını) tam və hərtərəfli aydınlaşdırmadan, hüquqi cəhətdən əsaslandırılmamış qərar qəbul etmişdir. Eyni zamanda, qərardaddakı nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil edir. Şikayətə uşağın xəstəliyi ilə bağlı tibbi sənədlər və əməkhaqqı barədə arayışlar kimi yeni sübutlar da əlavə olunmuşdur. ç) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
7. Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 116-117). III. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.
8. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “17” iyun 2026-cı ildə daxil olmuş və kollegiyanın “18” iyun 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. b) Şikayətə qarşı etirazın dəlilləri.
9. Şikayətə qarşı etiraz daxil olmamışdı.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
10. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
11. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
12. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadını iddiaçı İddiaçı mübahisələndirir. Iddiaçının verdiyi şikayət sözügedən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, həmin qərardad şikayətin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
V. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
14. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
15. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
16. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
17. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
18. -129.1-129.4-cü maddələrinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;
19. - 133.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir;
20. - 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir;
21. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;
22. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
23. Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
24. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).
25. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X2rşı" iş üzrə 1975-ci il ## ###### tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).
26. Həmçinin həmin Məhkəmənin "X4rşı" iş üzrə 1985-ci il ## ### tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).
27. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
28. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.
29. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
31. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normanın yuxarıda şərh edilən tələblərinə əsasən, məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi həm poçt rabitəsi, həm şəxsən imza etdirmə, həm də elektron sistem vasitəsilə həyata keçirilə bilər. Bu qaydaların müəyyən edilməsi tərəflərin məhkəmə aktlarından vaxtında xəbərdar olmasını təmin etməklə yanaşı, həm də prosessual müddətlərin axımının başlanğıc nöqtəsini dəqiqləşdirir.
32. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, Şahbuz Rayon Məhkəməsinin aliment tələbinin rədd edilməsinə dair ## ###### 2026-cı il tarixli qətnaməsi ## ###### 2026-cı il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilmiş və bununla da Mülki-Prosessual Məcəllənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada verilmişdir.
33. Qanunvericiliyin imperativ tələbinə görə, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ ## #### 2026-cı il tarixdə başa çatırdı (həmin gün qeyri iş günü olduğundan son gün ## #### 2026-cı il idi). Iş materiallarından aydın olur ki, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq şikayət müddəti ərzində, yəni ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə ilk apellyasiya şikayətini təqdim etmişdir. Lakin həmin şikayət Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin və Məcəlləyə əlavə edilmiş "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavənin tələblərinə cavab vermədiyi, cədvəl formasında tərtib edilmədiyi və formal nöqsanlara malik olduğu əsası ilə geri qaytarılmışdır.
34. Sonradan iddiaçı tərəfindən ## #### 2026-cı il tarixdə yenidən müraciət edilsə də, birinci instansiya məhkəməsi şikayəti qaytarmadan işi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmiş, sözügedən kollegiya isə ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətdə Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədiyini və işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmadığını qeyd edərək, apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş və işi nöqsanların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdır.
35. Hüquqi hərəkətlərin xronologiyasından müəyyən edilir ki, iş mülki iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə daxil olduqdan sonra iddiaçı ## ##### 2026-cı il və ## ### 2026-cı il tarixlərində təkrarən apellyasiya şikayətləri ilə müraciət etmişdir. Lakin Şahbuz Rayon Məhkəməsinin ## ### 2026-cı il və ## ### 2026-cı il tarixli qərardadları ilə həmin şikayətlər də geri qaytarılmışdır. Xüsusilə, ## ### 2026-cı il tarixli qərardadda düzgün olaraq göstərilmişdir ki, iddiaçı ## ### 2026-cı il tarixdə şikayət verərkən qanunla nəzərdə tutulmuş 1 aylıq şikayət müddətini buraxmış və müraciətinə müddətin bərpası barədə vəsatət əlavə etməmişdir. Bundan sonra iddiaçı ## ### 2026-cı il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.2-ci maddəsinin imperativ tələbinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır, eyni zamanda işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir.
37. Iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən bu prosessual qaydaya tam riayət olunmuş, tərəflər məhkəmə iclasına çağırılmış, iddiaçı İddiaçı və cavabdeh Gülnar Saleh qızının iştirakı ilə müraciət açıq məhkəmə iclasında geniş müzakirə olunmuş və tərəflərin izahatları dinlənilmişdir. Iddiaçı buraxılmış müddətin üzrlü sayılması üçün vəkil ilə müqavilə bağlaya bilməməsini, peşəkar hüquqi yardım imkanının məhdudluğunu, hüquqi biliklərinin azlığını, ilk şikayətləri özü tərtib etdiyini və oğlunun xəstəliyi ilə bağlı halları irəli sürmüşdür. Lakin mülki prosessual qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı sabit hüquqi mövqeyə əsasən, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın və müvafiq hərəkətin yerinə yetirilməsinə obyektiv maneə törətsin. Şəxsin hüquqi biliklərinin yetərsizliyi, peşəkar vəkil yardımından vaxtında istifadə edə bilməməsi və ya qanunvericiliyin tələblərini iddia etdiyi dərəcədə dərindən bilməməsi subyektiv xarakter daşıdığından, qanun qarşısında bərabərlik və prosessual sabitlik prinsipləri baxımından obyektiv və inkarolunmaz üzrlü səbəb kimi qəbul edilə bilməz.
38. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, mülki məhkəmə icraatında iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri kimi icraatın başlanmasına əsas verən sənədlərin forma və məzmununa dair qanunvericiliyin müəyyən etdiyi imperativ tələblər (MPM 149, 361) formal deyil, mülki prosesin çəkişmə, tərəflərin bərabərliyi və məhkəməyə çatımlılıq prinsiplərinin vizual və hüquqi ifadəsidir.
39. Iddiaçıya ilkin olaraq ## ###### 2026-cı il tarixli qərardadda, daha sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadında şikayətin hansı konkret nöqsanlara görə geri qaytarıldığı, onun Mülki- Prosessual Məcəlləyə əlavə edilmiş "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavənin tələblərinə uyğun olaraq cədvəl şəklində qurulmalı olduğu, maddi və prosessual hüquq normalarının pozulma xüsusiyyətlərinin sıralanmasının zəruriliyi dəqiq və aydın şəkildə izah edilmişdir. Buna baxmayaraq, iddiaçı sonrakı müraciətlərində və hazırda müddətin bərpa edilməsi barədə ərizəsinə əlavə etdiyi apellyasiya şikayətində də qeyd olunan imperativ tələbləri yerinə yetirməmiş, sənədi yenə də həmin Məcəllənin 361, 363-cü maddələrinin və * saylı Əlavənin prinsiplərinə zidd olaraq qeyri-cədvəl formatında, ümumi mülahizələrdən ibarət köhnə nöqsanlı üslubda təqdim etmişdir. Eyni nöqsanların ardıcıl olaraq təkrar edilməsi və qanunun imperativ sənəd formasına riayət olunmaması proses iştirakçısının vicdanlı prosessual davranış öhdəliyinə uyğun gəlmir. Şikayət verənin apellyasiya hüququnun formal əsaslarla məhdudlaşdırılması barədə dəlilləri əsassızdır, çünki məhkəməyə müraciət hüququ mütləq olmaqla yanaşı, həm də hüquqi müəyyənlik və qarşı tərəfin hüquqi sabitlik maraqlarının qorunması məqsədilə qanunla müəyyən edilmiş legitim şərtlərə və formalara əməl edilməsini tələb edir. Müddətin ötürülməsinin iddiaçının iradəsindən kənar olan inkarolunmaz obyektiv maneələrdən irəli gəlmədiyini, habelə təqdim olunan son şikayət sənədinin də qanunun imperativ formasına cavab vermədiyini nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina edilməsinə dair gəldiyi nəticəni tam qanuni, obyektiv və əsaslı hesab edir. Qanuni və üzrlü əsaslar olmadan buraxılmış prosessual müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola biləcəyindən, Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və buraxılmış müddətin bərpa olunması üçün hər hansı hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən iddiaçının şikayəti təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
41. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
42. - Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət rədd edilməli;
43. - Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
45. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
46. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət rədd edilsin. Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.