Məhkəmə qərarları › İş №2-3(1-8)-7/2026

Ali Məhkəmə Qərardad — İş №2-3(1-8)-7/2026

23.06.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-3(1-8)-7/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “etiraz edilmiş tələblərin və qəbul edilmiş tələblərin xxxxlarının təsdiq edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpası barədə ərizə; şikayət verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş ləğv prosesində olan Cavabdeh ASCnin kreditorlarının etiraz edilmiş tələblərinin xxxxsının və qəbul edilmiş tələblərinin xxxxsının təsdiq edilməsi barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2-3(103) **/**** saylı qərardadından kreditor “xxxx” şirkəti tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin xxxxsının və qəbul edilmiş tələblərinin xxxxsının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Ləğv prosesində olan Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin xxxxsı və qəbul edilmiş tələblərinin xxxxsı təsdiq edilmişdir.

3. Kreditor “xxxx” şirkəti həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın “xxxx” Şirkətinə aid hissədə ləğv edilməsi, “xxxx” Şirkətinin kreditor tələbləri etiraz edilmiş tələblər xxxxsından çıxarılıb qəbul edilmiş tələblər xxxxsına salınması və məhkəmə tərəfindən həmin tələblərin qəbul edilmiş tələblər xxxxsında təsdiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. “xxxx” şirkəti kassasiya şikayəti verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ləğvedici tərəfindən şirkətin kreditor tələbinə dair ## ### 2025-ci il tarixli rəsmi bildiriş “xxxx” şirkətinin ünvanına təqdim edilmişdir (Bildirişin surəti əlavə olunur). Həmin bildirişdə şirkətin kreditor tələbinin Bakı Apellyasiya Məhkəməsinin # ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə etiraz edilən kreditor tələbləri xxxxsında təsdiq edildiyi qeyd olunmuşdur. Bildiriş təqdim edildiyi vaxt “xxxx” şirkətinin əməkdaşları və hazırkı kassasiya şikayətini tərtib edən vəkil şirkətin etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri deyildi. Belə ki, şirkət tərəfindən verilmiş və bu şəxslərə səlahiyyətli nümayəndə qismində çıxış etməyə imkan verən müvafiq etibarnamənin müddəti ## #### 2025-ci il tarixində bitmişdir (Etibarnamənin surəti əlavə olunur). Həmin etibarnamənin surəti ## ###### 2023-cü il tarixli kreditor tələbinin qeydiyyatına dair məktubla Ləğvediciyə təqdim edildiyinə görə, Ləğvedici etibarnamənin müddətinin bitməsi və onların səlahiyyətli nümayəndə olmadığı barədə məlumatlı idi. Buna görə də Ləğvedici bildirişi bilavasitə şirkətin öz ünvanına göndərməli idi (## ###### 2023-cü il tarixli məktub və qoşmalarının surətləri kassasiya şikayətinə əlavə olunub). Buna baxmayaraq, Ləğvedici bildirişi şirkətin xaricdəki ünvanına göndərməmiş, onu birbaşa bizə göndərmişdir. Bildiriş alındıqdan dərhal sonra etibarnamənin yenilənməsi üçün şirkətə müraciət olunmuş, lakin şirkətin xaricdə yerləşməsi və xarici rəsmi sənədin notarial və Apostil qaydasında rəsmiləşdirilərək bizə təqdim olunmasının vaxt tələb etməsi səbəbindən etibarnamə yalnız ## ####### 2025-ci il tarixdə bizə təqdim olunmuşdur. Yeni etibarnamə əldə edildikdən sonra şirkətin səlahiyyətli nümayəndəsi və vəkili qismində # ###### 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək *-*(***)-**/**** nömrəli iş üzrə iştirakının və “Elektron məhkəmə” sistemində elektron kabinetə girişinin təmin edilməsi xahiş edilsə də, məhkəmə həmin işin Ali Məhkəməyə göndərildiyini və müraciətin aidiyyəti üzrə həmin məhkəməyə yönləndirildiyini bildirmişdir. Daha sonra Ali Məhkəməyə (## ###### 2025-cı il tarixində) və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra hakimə (## ###### 2025-ci il tarixində) analoji məzmunda müraciətlər etmişlər, lakin *-*(***)-**/**** nömrəli iş üzrə “Nümayəndə” qismində “Elektron məhkəmə” sistemində qeydiyyata alınmağı barədə avtomatik bildiriş onlara yalnız # ###### 2026-cı il tarixdə daxil olmuşdur. Elektron məhkəmə sisteminə daxil olaraq Bakı Apellyasiya Məhkəməsinin # ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə tanış olmuş, lakin həmin qərardada şirkətin kreditor tələbinə dair etirazın əsası olan qoşmanın, yəni Ləğvedicinin tərtib etdiyi tələbləri etiraz olunmuş kreditorların və etirazın əsasının göstərildiyi xxxxnın (bundan sonra “xxxx”) əlavə edilmədiyini aşkar edilmişdir. Şirkətin kreditor tələbinə etirazın hüquqi və faktiki əsaslarının olduğu xxxx mövcud olmadığından, Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsində nəzərdə tutulan forma və məzmun tələblərinə əməl etməklə kassasiya şikayətinin hazırlanması mümkün olmamışdır. xxxx ilə tanış olmaq məqsədilə ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə əlavə məktub ünvanladıqdan sonra, Bakı Apellyasiya Məhkəməsində *-*(***)-**/**** nömrəli iş üzrə # ##### 2026-cı il tarixdə məhkəmə iclasının keçiriləcəyi barədə ona bildiriş göndərilmiş və həmin gün müvafiq qərardadın tam mətni ilə, o cümlədən xxxx ilə tanış olmaq imkanı əldə etmişdir. ## ###### 2024-cü il tarixli qərardadın tam mətni faktiki olaraq onlara 0# ##### 2026-cı ildə verilmişdir.

Tətbiq edilən hüquq

6. İnzibati Prosessual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, ərizənin təmin edilməsi və kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

8. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

9. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən # ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı # ###### 2026-cı il tarixdə kreditor “xxxx” şirkətinin vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir (9-cu cild, səh 138). Bununla yanaşı ona hazırkı məhkəmədə qərardadına dair bildirişi aldığı gündən iki həftə ərzində kassasiya şikayəti vermək hüququ izah edilmişdir.

10. Lakin cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadından kassasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə verilmiş verilmiş, bununla da qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür.

11. Cavabdehin özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

12. Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Cavabdeh qeyd etmişdir ki, kreditorun tələbinə dair etirazın əsası olan qoşmanın, yəni ləğvedicinin tərtib etdiyi tələbləri etiraz olunmuş kreditorların və etirazın əsasının göstərildiyi xxxxnın əlavə edilmədiyi aşkar edilmiş və şirkətin kreditor tələbinə etirazın hüquqi və faktiki əsaslarının olduğu xxxx mövcud olmadığından Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsində nəzərdə tutulan forma və məzmun tələblərinə əməl etməklə kassasiya şikayətinin hazırlanması mümkün olmamışdır. xxxx ilə tanış olmaq məqsədilə ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə əlavə məktub ünvanladıqdan sonra, Bakı Apellyasiya Məhkəməsində *-*(***)-**/**** nömrəli iş üzrə # ##### 2026-cı il tarixdə məhkəmə iclasının keçiriləcəyi barədə iddiaçıya bildiriş göndərilmiş və həmin gün müvafiq qərardadın tam mətni ilə, o cümlədən xxxx ilə tanış olmaq imkanı əldə edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə göstərilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 47ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

14. “xxxx” şirkətinin nümayəndə və vəkilinin, kassasiya şikayəti vermək üçün iş materialları ilə tam tanış olması zəruri olduğu halda onun həmin materiallarla tanış olması hüquqi baxımdan mümkün idi. Onun bu imkandan özündən asılı olmayan səbəblərdən məhrum olması iş materialları ilə müəyyən edilmir.

15. Kassatorun vəkilinin MPM-in 47-ci maddəsindən gələn işlə tanış olma hüququndan istifadə etməməsi və nəticədə kassasiya şikayətini əsaslandırıla bilməməsi ilə şikayət verilməsi üçün qoyulmuş prosessual müddətin buraxılmasını üzrlü hesab edilə bilməz.

16. Həmçinin İPM-in 94.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 94.1ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

17. Yəni, iddiaçı yuxarıda qeyd olunan qərardadın ona çatdırıldığı məcəllə ilə müəyyən müddətlər çərçivəsində kassasiya şikayəti verə bilər və şikayət təqdim edildikdən sonrakı 1 ay ərzində isə kassasiya şikayətinin əsaslarını birbaşa Ali Məhkəməyə təqdim etmək imkanı olmasına baxmayaraq həmin imkandan istifadə etməmişdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərardadından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar